Cavad Mirhaşım oğlu Mircavadov (19 yanvar 1923, Bakı – 24 iyun 1992, Tiraspol) — azərbaycanlı rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1988). Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır. Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
Cavad Mircavadov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
Həyatı
C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir.
1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşamış, Dövlət Ermitajında fəhlə kimi çalışmışdır.Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və bədii birliyin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.
1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq 10 il ərzində öz təcrübələrində təsviri sənət üçün ənənəvi olmayan materiallardan – metal, daş, qum, bitum, qatran və sementdən istifadə etməyə başlayıb. Daha sonra dostları ilə Qobustana yollanan rəssam bir müddət burada yaradıcılıqla məşğul olur. Daha sonra Buzovnada 10 il müddətində tərki dünya həyat tərzi yaşadıqdan sonra Mircavadov 1966-cı ildə yenidən Bakıya qayıdır.
O Lyubov Mircavadova ilə ailə həyatı qurmuş, cütlüyün bu evlilikdən Xəzri adlı oğlu dünyaya gəlmişdir.
Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı idi. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə danışır:
"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.
Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı.
İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də.
“Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller almışdı."
1992-ci ildə o Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib.
O rəssam Tofiq Cavadovun qardaşıdır.
Yaradıcılığı
Cavad Mircavadov bir çoxları tərəfindən Azərbaycan rəssamlığında müasir istiqimətin banisi kimi tanınır. Bu rəssam Azərbaycan rəssamlıq məktəbinin ən parlaq novatorlarından biridir.
Cavad Mircavadovun ən erkən rəngkarlıq əsəri 1967-ci il tarixi ilə qeyd olunur. Bu əsərin adı “Yırtıcı”dır. Bizim qarşımızda ayaqları sarılı, arxası üstə atılmış qoyun, yaxında isə – hansısa canlı, dişini ağartmış, torbasayağı gövdəsi olan qeyri-adam təsvir olunub. Burada rəssamın təsvir etdiyi cəmiyyətə, onu əhatə edən mühitə alleqorik yanaşması aydın görünür.
Rəssamın Buzovnadan Bakıya qayıtmaq qərarı onun rənkarlığında yeni bir mərhələnin başlanğıcı sayılır. Buna baxmayaraq Buzovnada rəsm etdiyi az sayılı əsərləri Mircavadov yaradıcılığında mühüm yerə malikdir. Bu əsərlər əsasən kağız üzərində təsvir edilmiş qrafika nümunələri idi. Onlardan bəziləri mürəkkəbli qələmlə, bəziləri isə qara qələmlə icra edilmişdir. Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə demişdir:
"Mircavadov əsərlərində şeytanı dramatikləşdirmiş, onu güclü və bənzərsiz miqyasda təsvir etmişdir. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb. O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb etmişdir. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."
Rəssam həmin illərdə heykəltəraşlıq sənəti ilə fəal məşğul olduğu üçün onun rəsm əsərlərində əşyaların “həcmli-plastik” təhlilini əksini görmək mümkündür. Onun qrafika əsərlərinə “Mavi kompozisiya”, 1957, (100х80 sm), “Mistik” 1960, (200х150 sm), “Heykəltəraşlıq üçün eskiz” 1958, (150х150 sm), “Notr-Dam”, 1958, (280х180 sm) , “Texno Erotik” 1958, (45х45 sm), “Yük atı” 1959, (100х80 sm), “Fizioloji niyyət”, 1959, (40х30 sm), “Bədənin quruluşu”, 1960 (200х160 sm) kimi rəsmləri misal göstərmək olar.
Mircavadovun tamamilə intuitiv və instinktiv şəkildə yaratdığı “gülünc obrazları” onun öz dəyər sistemi daxilində bir bütövlük təşkil edir.
Onun təsvirləri, ilk növbədə, insana bənzər nəhəng, div obrazıdır. Rəssam bu anlayışlara ənənəvi mifologiyadan fərqli olaraq öz dünyalarına uyğun məna verib. O, “div” obrazını xeyirxah-zalım, qəddar, cəsur, bəzən də qorxaq kimi təsvir etmişdir. Rəssam insanda ola biləcək bütün alçaq və rüsvayçı cəhətlərlə birləşdirərək şəxsi anlayışına sadiq qalaraq əsərlər yaradıb.“Div” obrazı ilə yaradılan kompozisiyalar bir çox rakursdan incələndikdə onların əxlaqsız, oyunlara və boş əyləncələrə düşgün təsvir edildiyi görünür. Cavad əsərlərindəki insanpərvər, qəddar, şəhvətli və kor-koranə gücə sahib “divlərini” heyvan kimi təsvir edirdi. “Divlərin hiylələri” (1980, 220x240 sm), “Arena” (1981, 220x260 sm), “Ehtiras” (1983, 160x200 sm), “Ölümlə dialoq” (1976, 100x80 sm), “Qasırğa” ( 1984, 300x400 sm) rəsmləri bu qəbildən olan əsərlərdir.
C.Mircavadovun yaradıcılığında daha bir sabit obraz qadındır. Burada qadın xeyirxah-mərhəmətsiz, səbirli, gözəl, ağıllı və həssas təsvir edilir. “Toy” (1973, 130x180 sm), “Şaman-Qadın” (1983, 70x80 sm), “Sakitlik və sərinlikdə” (1984, 80x60 sm), “Çılpaq qadın” (1984, 90x70 sm), “İris ilə qız” (1986) “Uzanan qadın” (1987, 100x120 sm), “Ümid işığı” (1982, 200x250 sm) və bir çox başqa əsərlərində özlərinin müxtəlif təzahürləri qadın obrazları təqdim olunur.
O, bəzi əsərlərində məzmuna uyğun olaraq hər dəfə eyni sxemdən, rənglərdən məharətlə istifadə etmiş, hər hansı bir həyat və ya cari hadisənin rəvayətini təqdim etmişdir. Məsələn, “Şubanada” (1984, 75x80 sm) və “Naxır” (1986, 60x80 sm) əsərləri, “Dəvə üstündə” kimi bir neçə kompozisiya onun bu qəbilədən olan əsərləridir.
Cavad Mircavadovun elə əsərləri var ki, rəssam bunların üzərində bir neçə il işləmişdir. “Müxtəlifliyin vahidlik panoramı” (1985-1987) adlı əsərində rəssam şərti olaraq müxtəlif xalq və tayfalara məxsus olan simaların nümunəsində bəşəriyyətin ümumi problem və qüsurlarla yükləndiyini nümayiş etdirməyə çalışmışdır. “Əsrin himni” və “Şərq miniatürü mövzusunda improvizasiya” bu qəbildən olan əsərlər silsiləsinə daxildir. “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsindən olan – “Atlılar” (1984), “Lüt-üryan” (1984), “Günəşli atlı” (1984), “Sarayda” (1985), həmçinin “Gəzinti” (1981), “Uşaq arabası” (1985) əsərləri də bu üslubda yaradılmışdır.
Rəssamın yaradıcılığında iki əsər xüsusi yer tutur. Bunlar “Məxfi gecə” (1982) və “Ümid işığı” (1982) tablolarıdır.
Məşhur sovet sənətşünası, rus və Avropa incəsənəti tarixinə dair bir çox əsərlərin müəllifi M.V. Alpatov Mircavadov haqqında yazırdı: "Mircavadov böyük gücə və böyük nəfəsə malik rəssamdır. Onun əsərlərində əzbərlənmiş üsul yoxdur".
Sərgiləri
Cavad Mircavadov 1975-ci ildə SSRİ Rəssamlıq İttifaqına üzv qəbul olunsa da, sovet incəsənət qurumları onu persona non qrata elan etmişdi və sonrakı illərdə də bu vəziyyət dəyişmədi. Mircavadov zaman-zaman Mədəniyyət Nazirliyi, Azərbaycan KP MK kimi dövlət qurumlarında, hətta Rəssamlar İttifaqında fərdi sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, rəssam hər dəfə rədd cavabı alırdı.
1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirildi. Növbəti sərgi isə Moskvada baş tutdu. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
1999-cu ildə Danimarkanın “Hyörning” muzeyində Cavadın fərdi sərgisinin kataloqunda fəlsəfə elmləri doktoru, professor Teddi Brunies “Müasir incəsənətin şamanı” adlı məqaləsində yazır:
“O, saçlarında daha çox ağlıq olan həmin nəcib canavara bənzəyirdi. Əsrlərin şahidi Cavad fırçasının sərt və güclü boyalarından doğan yaradıcı çalışmaların mövzusu sərhəd tanımırdı.”
Sərginin açılışında “Hyörning” (Danimarka) muzeyinin bədii rəhbəri Torben Tutusen demişdir:
“Cavad Mircavadov sovet dövründə həmişə hökumətlə qarşıdurmada olan rəssamlar nəslinin nümayəndəsi idi. Cavad sənətində daim tamaşaçıya nüfuz edir, dini və qadağan olunmuş mövzulara müraciət edir. Cavad öz kətanında insan və bioloji hadisələri təsvir etməklə onu sırf insan varlığı məsələsi ilə üzləşməyə təhrik etmişdir. Cavadın həddindən artıq ifadəli üslubunda belə çılğın motivlərlə uyğun gələn əsərləri var”.
Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.
2013-cü ildə Cavad Mircavadovun “Şərq miniatürləri improvizasiyası” silsiləsindən “Məkkəyə səyahət” adlı əsəri məşhur “Sotbis” Hərracına çıxarılıb. Əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilib. 1985-86-cı illərə aid əsər skandinaviyalı kolleksiyaçısının şəxsi kolleksiyasından seçilib.
Bundan əlavə, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində rəssamın 90 illik yubiley sərgisi keçirilib. Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
Mükafatları
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988-ci il
İstinadlar
- Cavad Mircavadov // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- . 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
- Ləman Mustafaqızı. (az.). news.lent.az. 22.11.2013 / 22:36. 2013-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-07.
- Mircavadın möcüzələrlə dolu yaradıcılıq dünyası 2023-02-18 at the Wayback Machine — 525-ci qəzet
- Mirseyid, 2011. səh. 14
- "Nazim Hikməti emalatxanasına buraxmayan Azərbaycan rəssamı". aznews.az (az.). 2023-10-23 tarixində . İstifadə tarixi: 2023-09-29.
- ÇELİKBAĞ, 2014. səh. 273
- ÇELİKBAĞ, 2014. səh. 276
- ADRQ, 2017. səh. 276
- ADRQ, 2017. səh. 28
- ADRQ, 2017. səh. 29
- ÇELİKBAĞ, 2014. səh. 275
- ÇELİKBAĞ, 2014. səh. 278
Mənbə
- Azərbaycan Rəssamları haqqında qısa məlumat kitabçası. Baku: Azərbaycan Dövlət Rəsm Qalereyası. 2017. səh. 7.
- Çelikbağ, Tahir. CAVAD MİRCAVADOVUN YARATICILIĞI (türk). Akademik Sosyal Araştırmalar Dergisi,. 2014. 270–284.
- Adil Mirseyid. Cavad Mircavadov haqqında. Bakı: Ekspress. 2011. səh. 14.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cavad Mirhasim oglu Mircavadov 19 yanvar 1923 Baki 24 iyun 1992 Tiraspol azerbaycanli ressam Azerbaycan SSR emekdar incesenet xadimi 1988 Ressamin olumunden sonra bir cox xarici olkelerde ferdi sergileri teskil olunub Onun eserleri Azerbaycan Milli Incesenet Muzeyi Azerbaycan Dovlet Resm Qalereyasi Moskva Serq Xalqlari Muzeyi ve hemcinin bir cox sexsi qalereya ve kolleksiyalarda saxlanilir Hal hazirda Cavad Mircavadovun 17 eseri Azerbaycan Dovlet Resm Qalereyasinin fondunda qorunub saxlanmaqdadir Cavad MircavadovDogum tarixi 19 yanvar 1923Dogum yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 24 iyun 1992 69 yasinda Vefat yeri TiraspolDefn yeri BakiFealiyyeti ressamMukafatlari Ressamin 1989 cu ilde Moskvada Serq Xalqlari Muzeyinde teskil olunmus ferdi sergisinin annotasiyasinda Cavad Mircavadov muasir Azerbaycan rengkarliginin banisi adlandirilib HeyatiC Mircavadov 1923 cu il yanvarin 19 da Bakida dogulub Usaqligi Bakinin Fatmayi kendinde kecib O 1938 ci ilde 15 yasi olanda Azerbaycan kinoteatrina afisaceken ressam Zarubinin yaninda ise duzelir Kinoteatrin bas ressami afisa islerinin hamisini ona tapsirir Burada 1 il calisdiqdan sonra ise gecikdiyi ucun 6 ay muddetinde hebs edilir ve Bayil hebsxanasina gonderilir 1941 1949 cu illerde Mircavadov Bakida ressamliq mektebinde ilk resm tehsilini alir Hele mektebde oxudugu illerde o Pol Sezanin eserlerinden ibaret bir kitabla tanis olur ve 1949 cu ilde buradaki tehsilinin tamamladiqdan sonra Sezanin eserlerini Ermitajda gormek meqsedile Leninqrada yola dusur 1949 1954 cu illerde Leninqradda yasamis Dovlet Ermitajinda fehle kimi calismisdir Onun meqsedi Ermitajda sergilenen resmlerle yaxindan tanis olmaq idi Bu meqsedle ressam 5 il muddetinde burada calisir Eyni zamanda genc ressam tez tez Moskvaya sefer edir ve genclik illerinde Sezanin davamcilari olan boyuk sovet ressamlarindan bezileri ile tanis olmaq imkani qazanir Bu ressamlardan biri de Bubnoviy Valet in ve bedii birliyin esasini qoyan Pyotr Petrovic Koncalovski idi 1954 cu ilde Leninqraddan Bakiya qayidaraq 10 il erzinde oz tecrubelerinde tesviri senet ucun enenevi olmayan materiallardan metal das qum bitum qatran ve sementden istifade etmeye baslayib Daha sonra dostlari ile Qobustana yollanan ressam bir muddet burada yaradiciliqla mesgul olur Daha sonra Buzovnada 10 il muddetinde terki dunya heyat terzi yasadiqdan sonra Mircavadov 1966 ci ilde yeniden Bakiya qayidir O Lyubov Mircavadova ile aile heyati qurmus cutluyun bu evlilikden Xezri adli oglu dunyaya gelmisdir Cavad Mircavadov Qabriel Qarsia Markes perestiskari idi Yuz ilin tenhaligi Montan esseleri eserleri onun tekrar tekrar oxudugu kitablar idi Ressamin heyat yoldasi onunla bagli xatirelerinde bu barede danisir 1987 ci il idi Evde oturmusduq Varsavadan zeng geldi Danisan Cingiz Aytmatov idi Cavadin sehheti yaxsi olmadigina gore yerine men cavab verdim Cingiz dedi ki yaxin gunlerde Markes Varsavaya gelir ordan birlikde Moskvaya ucacaqlar Siz de gelin orda Cavadi Markesle gorusdurum Cingiz Cavadin Markes sevgisini bilirdi onlarin yaradici dunyasi eyni idi her ikisi mifik obrazlar yaradirdi Izah eledim ki sehheti yaxsi deyil ona gore gele bilmeyecyik Cavad qerara aldi ki sevimli yazicisi ile gorusmek nesib olmasa da ona bir tablosunu gondersin gonderdi de Yangin adli basqa bir tablosunu ise yazici Artur Miller almisdi 1992 ci ilde o Kopenhagen Moskva qatarinda yol gederken vefat edib O ressam Tofiq Cavadovun qardasidir YaradiciligiCavad Mircavadov bir coxlari terefinden Azerbaycan ressamliginda muasir istiqimetin banisi kimi taninir Bu ressam Azerbaycan ressamliq mektebinin en parlaq novatorlarindan biridir Buddist rahibler adli resm eseri Cavad Mircavadovun en erken rengkarliq eseri 1967 ci il tarixi ile qeyd olunur Bu eserin adi Yirtici dir Bizim qarsimizda ayaqlari sarili arxasi uste atilmis qoyun yaxinda ise hansisa canli disini agartmis torbasayagi govdesi olan qeyri adam tesvir olunub Burada ressamin tesvir etdiyi cemiyyete onu ehate eden muhite alleqorik yanasmasi aydin gorunur Ressamin Buzovnadan Bakiya qayitmaq qerari onun renkarliginda yeni bir merhelenin baslangici sayilir Buna baxmayaraq Buzovnada resm etdiyi az sayili eserleri Mircavadov yaradiciliginda muhum yere malikdir Bu eserler esasen kagiz uzerinde tesvir edilmis qrafika numuneleri idi Onlardan bezileri murekkebli qelemle bezileri ise qara qelemle icra edilmisdir Ressamin qrafika eserleri ile bagli meshur Qirgiz yazicisi Cingiz Aytmatov bele demisdir Mircavadov eserlerinde seytani dramatiklesdirmis onu guclu ve benzersiz miqyasda tesvir etmisdir Arasdirmalar neticesinde Cavad silueti mueyyen etmekle yanasi hem de rengi formadan ayirmagi bacarib ki bu da eserlerine qeyri adi gorkem verib Belke de buna gore ressam oz ketanlarinda personajlari ucun lazimi yer ayirib O eserlerinde esya ve fiqurlari hecm yaradaraq sanki ketandan cixacaq kimi tesvir etmeyi bacarib Eyni zamanda senetin basqa formalarini ve mesafelerini teleb etmisdir Istifade etdiyi renglerin unikal modulyasiyasi tebietin ozunde movcuddur Onun qanun mekan ve hududlardan kenara cixmasi aydin gorunur Ressam hemin illerde heykelterasliq seneti ile feal mesgul oldugu ucun onun resm eserlerinde esyalarin hecmli plastik tehlilini eksini gormek mumkundur Onun qrafika eserlerine Mavi kompozisiya 1957 100h80 sm Mistik 1960 200h150 sm Heykelterasliq ucun eskiz 1958 150h150 sm Notr Dam 1958 280h180 sm Texno Erotik 1958 45h45 sm Yuk ati 1959 100h80 sm Fizioloji niyyet 1959 40h30 sm Bedenin qurulusu 1960 200h160 sm kimi resmleri misal gostermek olar Mircavadovun tamamile intuitiv ve instinktiv sekilde yaratdigi gulunc obrazlari onun oz deyer sistemi daxilinde bir butovluk teskil edir Onun tesvirleri ilk novbede insana benzer neheng div obrazidir Ressam bu anlayislara enenevi mifologiyadan ferqli olaraq oz dunyalarina uygun mena verib O div obrazini xeyirxah zalim qeddar cesur bezen de qorxaq kimi tesvir etmisdir Ressam insanda ola bilecek butun alcaq ve rusvayci cehetlerle birlesdirerek sexsi anlayisina sadiq qalaraq eserler yaradib Div obrazi ile yaradilan kompozisiyalar bir cox rakursdan incelendikde onlarin exlaqsiz oyunlara ve bos eylencelere dusgun tesvir edildiyi gorunur Cavad eserlerindeki insanperver qeddar sehvetli ve kor korane guce sahib divlerini heyvan kimi tesvir edirdi Divlerin hiyleleri 1980 220x240 sm Arena 1981 220x260 sm Ehtiras 1983 160x200 sm Olumle dialoq 1976 100x80 sm Qasirga 1984 300x400 sm resmleri bu qebilden olan eserlerdir C Mircavadovun yaradiciliginda daha bir sabit obraz qadindir Burada qadin xeyirxah merhemetsiz sebirli gozel agilli ve hessas tesvir edilir Toy 1973 130x180 sm Saman Qadin 1983 70x80 sm Sakitlik ve serinlikde 1984 80x60 sm Cilpaq qadin 1984 90x70 sm Iris ile qiz 1986 Uzanan qadin 1987 100x120 sm Umid isigi 1982 200x250 sm ve bir cox basqa eserlerinde ozlerinin muxtelif tezahurleri qadin obrazlari teqdim olunur O bezi eserlerinde mezmuna uygun olaraq her defe eyni sxemden renglerden meharetle istifade etmis her hansi bir heyat ve ya cari hadisenin revayetini teqdim etmisdir Meselen Subanada 1984 75x80 sm ve Naxir 1986 60x80 sm eserleri Deve ustunde kimi bir nece kompozisiya onun bu qebileden olan eserleridir Cavad Mircavadovun ele eserleri var ki ressam bunlarin uzerinde bir nece il islemisdir Muxtelifliyin vahidlik panorami 1985 1987 adli eserinde ressam serti olaraq muxtelif xalq ve tayfalara mexsus olan simalarin numunesinde beseriyyetin umumi problem ve qusurlarla yuklendiyini numayis etdirmeye calismisdir Esrin himni ve Serq miniaturu movzusunda improvizasiya bu qebilden olan eserler silsilesine daxildir Serq miniaturu movzusunda improvizasiya silsilesinden olan Atlilar 1984 Lut uryan 1984 Gunesli atli 1984 Sarayda 1985 hemcinin Gezinti 1981 Usaq arabasi 1985 eserleri de bu uslubda yaradilmisdir Ressamin yaradiciliginda iki eser xususi yer tutur Bunlar Mexfi gece 1982 ve Umid isigi 1982 tablolaridir Meshur sovet senetsunasi rus ve Avropa inceseneti tarixine dair bir cox eserlerin muellifi M V Alpatov Mircavadov haqqinda yazirdi Mircavadov boyuk guce ve boyuk nefese malik ressamdir Onun eserlerinde ezberlenmis usul yoxdur SergileriCavad Mircavadov 1975 ci ilde SSRI Ressamliq Ittifaqina uzv qebul olunsa da sovet incesenet qurumlari onu persona non qrata elan etmisdi ve sonraki illerde de bu veziyyet deyismedi Mircavadov zaman zaman Medeniyyet Nazirliyi Azerbaycan KP MK kimi dovlet qurumlarinda hetta Ressamlar Ittifaqinda ferdi sergisinin kecirilmesi tesebbusu ile cixis etse de ressam her defe redd cavabi alirdi 1987 ci ilde Vecihe Semedova adina salonda ressamin ilk sergisi kecirildi Novbeti sergi ise Moskvada bas tutdu 1991 ci ilde ise Kopenhagen seherinde ferdi sergileri kecirilib Ressamin 1989 cu ilde Moskvada Serq Xalqlari Muzeyinde teskil olunmus ferdi sergisinin annotasiyasinda Cavad Mircavadov muasir Azerbaycan rengkarliginin banisi adlandirilib 1999 cu ilde Danimarkanin Hyorning muzeyinde Cavadin ferdi sergisinin kataloqunda felsefe elmleri doktoru professor Teddi Brunies Muasir incesenetin samani adli meqalesinde yazir O saclarinda daha cox agliq olan hemin necib canavara benzeyirdi Esrlerin sahidi Cavad fircasinin sert ve guclu boyalarindan dogan yaradici calismalarin movzusu serhed tanimirdi Serginin acilisinda Hyorning Danimarka muzeyinin bedii rehberi Torben Tutusen demisdir Cavad Mircavadov sovet dovrunde hemise hokumetle qarsidurmada olan ressamlar neslinin numayendesi idi Cavad senetinde daim tamasaciya nufuz edir dini ve qadagan olunmus movzulara muraciet edir Cavad oz ketaninda insan ve bioloji hadiseleri tesvir etmekle onu sirf insan varligi meselesi ile uzlesmeye tehrik etmisdir Cavadin heddinden artiq ifadeli uslubunda bele cilgin motivlerle uygun gelen eserleri var Ressamin olumunden sonra bir cox xarici olkelerde ferdi sergileri teskil olunub Onun eserleri Azerbaycan Milli Incesenet Muzeyi Azerbaycan Dovlet Resm Qalereyasi Moskva Serq Xalqlari Muzeyi ve hemcinin bir cox sexsi qalereya ve kolleksiyalarda saxlanilir 2013 cu ilde Cavad Mircavadovun Serq miniaturleri improvizasiyasi silsilesinden Mekkeye seyahet adli eseri meshur Sotbis Herracina cixarilib Eserin qiymeti 80 112 min ABS dollari mebleginde mueyyen edilib 1985 86 ci illere aid eser skandinaviyali kolleksiyacisinin sexsi kolleksiyasindan secilib Bundan elave 2013 cu ilde Medeniyyet ve Turizm Nazirliyinin teskilatciligi ile Milli Incesenet Muzeyinde ressamin 90 illik yubiley sergisi kecirilib Hal hazirda Cavad Mircavadovun 17 eseri Azerbaycan Dovlet Resm Qalereyasinin fondunda qorunub saxlanmaqdadir Mukafatlari Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 1988 ci ilIstinadlarCavad Mircavadov Artists of the World Online Allgemeines Kunstlerlexikon Online AKL Online alm Hrsg A Beyer B Savoy B K G Saur Verlag Verlag Walter de Gruyter 2009 ISSN 2750 6088 doi 10 1515 AKL 2013 12 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 10 28 Leman Mustafaqizi az news lent az 22 11 2013 22 36 2013 11 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 06 07 Mircavadin mocuzelerle dolu yaradiciliq dunyasi 2023 02 18 at the Wayback Machine 525 ci qezet Mirseyid 2011 seh 14 Nazim Hikmeti emalatxanasina buraxmayan Azerbaycan ressami aznews az az 2023 10 23 tarixinde Istifade tarixi 2023 09 29 CELIKBAG 2014 seh 273 CELIKBAG 2014 seh 276 ADRQ 2017 seh 276 ADRQ 2017 seh 28 ADRQ 2017 seh 29 CELIKBAG 2014 seh 275 CELIKBAG 2014 seh 278MenbeAzerbaycan Ressamlari haqqinda qisa melumat kitabcasi Baku Azerbaycan Dovlet Resm Qalereyasi 2017 seh 7 Celikbag Tahir CAVAD MIRCAVADOVUN YARATICILIGI turk Akademik Sosyal Arastirmalar Dergisi 2014 270 284 Adil Mirseyid Cavad Mircavadov haqqinda Baki Ekspress 2011 seh 14