Batan günəş (斜陽, Şuyo) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir.
Batan günəş | |
---|---|
yap. 斜陽 | |
| |
Müəllif | Osamu Dazai |
Orijinalın dili | yapon dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1947, 15 dekabr 1947 |
Nəşriyyat | Shinchosha |
Məzmun
29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi.
Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır. Naocinin sağ qaldığı xəbəri çıxır və o, evə qayıdır. Naoci müharibədən əvvəl olduğu kimi tiryəkdən asılıdır. Anasına və bacısına kobud davranır, vaxtının çoxunu Tokiodakı yazıçı dostları ilə keçirir. Kazuko Naocinin yazıçı kimi yaşadığı çətinliklərdən və insanların qeyri-səmimiliyindən bəhs etdiyi "Ay çiçəyi jurnalı"nı tapır.
Kazuko Naocinin köhnə tanışı və mentoru olan romançı Ueharaya məktublar yazmağa başlayır. O, Ueharaya onu sevdiyini və alkoqolik olmasına baxmayaraq ondan uşaq istədiyini yazır. Tez-tez xristianlıq və marksizm ideyalarından bəhs edir, Roza Lüksemburqun kitabını oxuduğunu bildirir. Məktublarda "M. C." qısaltmasından istifadə edir. Bu qısaltma həm "Mənim Çexovum" (ing. My Chekhov), həm də "Mənim uşağım" (ing. My child) sözlərini bildirir. Lakin Uehara onun yazdığı üç məktuba da cavab yazmır. Bu zaman Kazukonun anasının vəziyyəti pisləşir və ona vərəm diaqnozu qoyulur. Kazuko evin yaxınlığında qara bir ilan görür və atasının ölümünü xatırlayır. Tezlikdə anası ölür.
Kazuko Ueharanı görmək üçün Tokioya gedir və onla bir gecə keçirir. Bu zaman Naoci intihar edir və Kazuko üçün yazdığı intihar məktubunda aristokratik ailənin üzvü olmağın ona yaşatdığı zəiflikdən bəhs edir və fərdi üstün sayan bütün idealogiyaları qınayır. Hekayənin sonunda Kazuko Ueharaya məktub yazaraq və ondan hamilə olduğunu bildirir. Məktubun sonunda Uehara üçün yenə "M. C." qısaltmasından istifadə edir, lakin bu dəfə bu qısaltma "Mənim komediyaçım" (ing. My comedian) sözlərini bildirir.
Yazılması və nəşri
Digər əsərlərində olduğu kimi Osamu Dazai bu romanı yazarkən şəxsi təcrübələrindən istifadə etmişdir. Dazai romanı yazdığı 1947-ci ildə və adlı iki qadınla münasibətdə olmuşdur. O, romanın baş qəhrəmanı Kazukonu yaradarkən Tomiedən ilhamlanmaqla yanaşı Şizukonun gündəliklərindən də istifadə etmişdir.
Qəbul və adaptasiyalar
"Batan günəş" Osamu Dazainin ən məşhur və əsas əsərlərindən biri hesab olunur. Romanın xaos tərzində olan yazılış üslubu həm müharibədən sonrakı Yaponiyanın vəziyyətini, həm də yazıçının daxilində hökm sürən emosional böhranı əks etdirmişdir. "Batan günəş" nəşr olunduqdan dərhal sonra populyar olmuş və Yaponiyada postmüharibə ədəbiyyatının ilk vacib əsərlərindən biri hesab olunmuşdur. Əsər Anton Çexovun "Albalı bağı" (1904) əsəri ilə müqayisə olunur. Yaponiyada aristokratik sinifdən olan şəxslərin tənəzzülünü bildirmək üçün "Batan günəş adamları" (Şayozoku) ifadəsi yaranmışdır.
2024-cü ildə "" tərəfindən romanın ingilisdilli manqa versiyası nəşr olunmuşdur.
İstinadlar
- Lewell. səh. 68
- "The Setting Sun". The Japan Times (ingiliscə). 18 yanvar 2014. 25 iyul 2024 tarixində . İstifadə tarixi: 25 iyul 2024.
- O'Brien, James. "Osamu Dazai". Critical Survey of World Literature (ingiliscə). dekabr 2017: 747–752. İstifadə tarixi: 25 iyul 2024.
- Hale, Steven L. "The Setting Sun". Masterplots II: World Fiction Series (ingiliscə). fevral 1988. İstifadə tarixi: 25 iyul 2024.
- "Osamu Dazai's The Setting Sun: The Manga Edition (Tuttle Japanese Classics in Manga)". Amazon (ingiliscə). İstifadə tarixi: 25 iyul 2024.
Ədəbiyyat
- Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 65–68. ISBN . İstifadə tarixi: 25 iyul 2024.
Xarici keçidlər
- Tam yapona mətn saytında.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Batan gunes 斜陽 Suyo Yaponiya yazicisi Osamu Dazai terefinden yazilmis 1947 ci ilde nesr olunmus roman Ikinci Dunya muharibesinden sonra tenezzulde olan ve bohran yasayan aristokratik aileden behs edir Dazainin baslica eserlerinden biridir Batan gunesyap 斜陽Ilk yaponca nesrin uzluyu Muellif Osamu DazaiOrijinalin dili yapon diliOlke YaponiyaOrijinalin nesr ili 1947 15 dekabr 1947Nesriyyat ShinchoshaMezmun29 yasli Kazuko qardasi Naoci ve onlarin dul qalmis anasi Ikinci Dunya muharibesinden sonra Tokioda yasayan yoxsul aristrokratik ailenin uzvleridir Kazuko evli olmus olsa da bir ressamla munasibetde oldugu iddiasina gore bosanmis ailesinin evine qayitmis ve usagi olu dogulmusdur Sakit okean muharibesine gonderilmis Naoci itkindir Kazuko evin bagindaki ilan yumurtalarini gurze yumurtalari zenn ederek yandirdigini xatirlayir Melum olur ki Kazukonun atasi olerken evin etrafinda bir cox ilan var idi Kazuko ve anasi Vada dayinin komeyi ile Izu yarimadasindaki bir eve kocurler Kazuko anasina destek olmaq ucun fermada islemeye baslayir Naocinin sag qaldigi xeberi cixir ve o eve qayidir Naoci muharibeden evvel oldugu kimi tiryekden asilidir Anasina ve bacisina kobud davranir vaxtinin coxunu Tokiodaki yazici dostlari ile kecirir Kazuko Naocinin yazici kimi yasadigi cetinliklerden ve insanlarin qeyri semimiliyinden behs etdiyi Ay ciceyi jurnali ni tapir Kazuko Naocinin kohne tanisi ve mentoru olan romanci Ueharaya mektublar yazmaga baslayir O Ueharaya onu sevdiyini ve alkoqolik olmasina baxmayaraq ondan usaq istediyini yazir Tez tez xristianliq ve marksizm ideyalarindan behs edir Roza Luksemburqun kitabini oxudugunu bildirir Mektublarda M C qisaltmasindan istifade edir Bu qisaltma hem Menim Cexovum ing My Chekhov hem de Menim usagim ing My child sozlerini bildirir Lakin Uehara onun yazdigi uc mektuba da cavab yazmir Bu zaman Kazukonun anasinin veziyyeti pislesir ve ona verem diaqnozu qoyulur Kazuko evin yaxinliginda qara bir ilan gorur ve atasinin olumunu xatirlayir Tezlikde anasi olur Kazuko Ueharani gormek ucun Tokioya gedir ve onla bir gece kecirir Bu zaman Naoci intihar edir ve Kazuko ucun yazdigi intihar mektubunda aristokratik ailenin uzvu olmagin ona yasatdigi zeiflikden behs edir ve ferdi ustun sayan butun idealogiyalari qinayir Hekayenin sonunda Kazuko Ueharaya mektub yazaraq ve ondan hamile oldugunu bildirir Mektubun sonunda Uehara ucun yene M C qisaltmasindan istifade edir lakin bu defe bu qisaltma Menim komediyacim ing My comedian sozlerini bildirir Yazilmasi ve nesriDiger eserlerinde oldugu kimi Osamu Dazai bu romani yazarken sexsi tecrubelerinden istifade etmisdir Dazai romani yazdigi 1947 ci ilde ve adli iki qadinla munasibetde olmusdur O romanin bas qehremani Kazukonu yaradarken Tomieden ilhamlanmaqla yanasi Sizukonun gundeliklerinden de istifade etmisdir Qebul ve adaptasiyalar Batan gunes Osamu Dazainin en meshur ve esas eserlerinden biri hesab olunur Romanin xaos terzinde olan yazilis uslubu hem muharibeden sonraki Yaponiyanin veziyyetini hem de yazicinin daxilinde hokm suren emosional bohrani eks etdirmisdir Batan gunes nesr olunduqdan derhal sonra populyar olmus ve Yaponiyada postmuharibe edebiyyatinin ilk vacib eserlerinden biri hesab olunmusdur Eser Anton Cexovun Albali bagi 1904 eseri ile muqayise olunur Yaponiyada aristokratik sinifden olan sexslerin tenezzulunu bildirmek ucun Batan gunes adamlari Sayozoku ifadesi yaranmisdir 2024 cu ilde terefinden romanin ingilisdilli manqa versiyasi nesr olunmusdur IstinadlarLewell seh 68 The Setting Sun The Japan Times ingilisce 18 yanvar 2014 25 iyul 2024 tarixinde Istifade tarixi 25 iyul 2024 O Brien James Osamu Dazai Critical Survey of World Literature ingilisce dekabr 2017 747 752 Istifade tarixi 25 iyul 2024 Hale Steven L The Setting Sun Masterplots II World Fiction Series ingilisce fevral 1988 Istifade tarixi 25 iyul 2024 Osamu Dazai s The Setting Sun The Manga Edition Tuttle Japanese Classics in Manga Amazon ingilisce Istifade tarixi 25 iyul 2024 EdebiyyatLewell John Modern Japanese Novelists ingilisce Kodansha America 1993 65 68 ISBN 4 7700 1649 2 Istifade tarixi 25 iyul 2024 Xarici kecidlerTam yapona metn saytinda