Babaş Əfəndi Mikayılzadə — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair.
Babaş Əfəndi Mikayılzadə | |
---|---|
Molla Babaş Hacı Molla Bağı oğlu Mikayılzadə | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bico, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | Bakı |
Həyat yoldaşı | Xanım Mahmud ağa qızı Mahmudbəyova |
Uşağı | Abdulhəşim Mikayılzadə (?-1934) |
Atası | Hacı Molla Bağı |
Həyatı
Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır.
Təhsili
Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir.
Bicodan Şamaxıya
1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir. Bu ərkli və doğma çağırışdan qaça bilməyən Babaş Mikayılzadə Şamaxıya köçür, Şirvan Ruhani İdarəsinin üzvü kimi fəaliyyətə başlayır, Şamaxı məscidinin bərpasında ən yaxın maddi və mənəvi yardımçılardan biri kimi iştirak edir. Dərin mütaliə və mühakimələri, zəngin bilik və zəkası getdikcə artan-kamilləşən Babaş Mikayılzadə Şamaxının mərifət və elm adamlarının diqqətindən yayınmırdı. Şamaxının kübar mühitinin bir elm və ürfan sahibi kimi çox tezliklə qəbul etdiyi Babaş Mikayılzadə az bir zamanda ziyalı və zəngin Şamaxı ailələrinin dəvətli qonağına çevrildi. Hər gün eyni vaxtda xüsusi adamların müşayəti ilə bütün Şirvanda məşhur olan Şıxəlibəylilərə qonaq gətirilən Babaş Mikayılzadə bu ali ailənin müəlliminə çevrildi. Sonralar ölkəmizin böyük alimlərindən biri kimi tanınan akademik Ədhəm Şıxəlibəylinin bilik və savadının dərinliyi, dünyagörüşünün formalaşması ilk müəllimi, eyni zamanda həmkəndlisi Babaş Mikayılzadənin adı ilə daha çox bağlanırdı. Elə ona görə də akademik Ədhəm Şıxəlibəyli sevimli müəlliminin xatirəsini ömrünün sonuna kimi əziz tutmuşdur.
Məşhurlaşan Babaş əfəndi
Mənsub olduğu və təbliğ etdiyi İslam dinindən qaynaqlanan yüksək əxlaqı, dərin zəkası, diqqət çəkən davranışları tezliklə Babaş Mikayılzadənin Şamaxının digər əsilzadələri tərəfindən də tanınmasına səbəb oldu. Ona Babaş əfəndi deyə müraciət etməyə başladılar. (Şamaxıda xalq tərəfindən sevilən, biliyinə, təcrübəsinə, şəxsiyyətinə yüksək qiymət verilən din adamlarına "Əfəndi" deyə müraciət edirdilər.) Bütün Azərbaycanda, eləcə də yaxın ölkələrdə yüksək mədəniyyəti, zəngin ailə ənənələri ilə məşhur olan böyük nüfuz sahibi Mahmud ağa Mahmudbəyov bu mötəbər elm sahibini – Babaş Əfəndini xüsusi hörmət və ehtiramla evinə ailə müəllimi kimi dəvət etdi. Az vaxt ərzində Babaş Mikayılzadə bu ailədə çox əziz və munis bir insan kimi qəbul edildi. Tamamilə Babaş Mikayılzadəyə məftun olan bu ailə çəkinmədən yeganə qız övladlarını ona etibar etdilər. Sonra bu munislik qohumluğa çevrildi. Ailədə və qonşular arasında "Noğulbacı" çağırılan bu Xanım, Molla Babaş Əfəndinin həyat yoldaşı oldu. Böyük bir coğrafi ərazidə ən məşhur ailə ilə qohumluq Babaş Əfəndini daha da məşhurlaşdırdı. Şamaxı əsilzadələri Naseh Əfəndi və Salamovlar Babaş Əfəndi ilə oturub-durmağı şərəf və fəxarət bilərək onu təkrar-təkrar qonaq dəvət edir, maraqlı moizələrini dinləməkdən həzz alırdılar. Əlaqə dairəsi genişlənən Babaş Əfəndi Şamaxı mühitində mütləq ziyalı kimi etiraf olunaraq tezliklə, Azərbaycanın başqa bölgələrində də tanınmağa başladı. Ağdaş, Göyçay, Kürdəmir, Beyləqan, Gəncə, Bakı kimi şəhərlərdən mübahisəli elmi məsələlərin düzgün şərhi üçün tez-tez Babaş Əfəndiyə müraciət edənlər bir mənalı şəkildə onunla razılaşır, onun fikir və mülahizələrini qəbul edirdilər. Bütün mədəni, elmi məclislərdə tez-tez adı çəkilən Babaş Mikayılzadə bu insanlar arasında "ən kamil", "ən izzətli", "ləyaqət və ürfan sahibi" kimi əlavə tanıtımlarla şəxsləndirilirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində bütün Şamaxı və Bakı ədəbi-elmi məclislərinin ən aparıcı şəxsi kimi etiraf olunan Babaş Əfəndi güclü mühakimələri, məntiqi düşüncə və fikirləri, lətif danışıq və həssas hərəkətləri ilə ətrafındakıları valeh edirdi. Xalq arasında "Molla Babaş" adı ilə məşhurlaşmış Babaş Əfəndi Zaqafqaziya sərdarlıq nümayəndələri arasında etiraf olunan alim kimi tanınırdı. Babaş Əfəndini Azərbaycanda və Tiflisdə ən çox sevib təbliğ edən zəka sahiblərindən Ünsizadə qardaşlarının adlarını böyük ehtiramla yada salmaq gərəkdir. Tiflisdə yaşayan Ünsizadələr Babaş Əfəndinin Cənubi Qafqazda tanınması üçün səy göstərmişdilər.
İctimai-siyasi fəaliyyəti
Erməni fitnələrinə qarşı
XX əsrin əvvəllərində Azərbaycanda, o cümlədən Şamaxıda baş verən hadisələr Babaş Mikayılzadənin diqqətindən kənarda qalmırdı. Rusiyada baş verən I Rus inqilabı ilə Fevral Burjua inqilabı arasındakı dövrdə ölkədə pərakəndəlik, hərcmərclik, xüsusilə rus ordusunun buraxılmasından sonra silahlı erməni qruplarının Bakıda, Şamaxıda "at oynatması" Zaqafqaziyada özlərini "hakimi-mütləq" kimi aparmaları, onların açıq-aşkar Azərbaycan idarəçilik orqanlarına güclü meyli çox uzaqgörən Babaş Əfəndini narahat etməyə başlamışdı. Hadisələrin inkişafının istiqamətini düzgün qiymətləndirən Babaş Əfəndi Şamaxının və Şirvan bölgəsinin digər başbilənləri ilə məsləhətləşərək gələcək təhlükəyə qarşı müqavimət göstərmək üçün Rusiya və Türkiyədən silah alınması təklifini vermişdi. Çox əfsuslar olsun ki, onun bu təklifinə biganəlik cəmi bir neçə aydan sonra Şamaxıda və onun ətraf kəndlərində böyük qırğınlara səbəb oldu. Silahlı ermənilər Şirvan bölgəsində insanlıq əleyhinə cinayətlər törətdilər. Onlarla kəndi yandırılıb, talan edərək müsəlman türklərin soyqırımını həyata keçirdilər. Həmin dövrdə Şamaxıda yaşayıb işləməsinə baxmayaraq, doğma kəndi Bico üçün narahatlıq keçirən Babaş Əfəndi bir an belə oranı unutmurdu. Qədim tarixi, zəngin mədəniyyəti, səs-küylü kişiləri, xalça-palazı, əkin-biçini və mal-qarası, eləcə də mütəfəkkir və ziyalı insanları ilə məşhur olan kəndin taleyi onun rahatsızlığına səbəb olmuşdu. Buna görə də Babaş Mikayılzadə tez-tez kəndin ağsaqqalları ilə görüşür, onları ermənilər tərəfindən törədilə biləcək qətl və talanlara müqavimət göstərmək üçün hazırlıyır, kəndin çox təpərli və igid ağsaqqalı Şahalı yüzbaşını daha ürəkli və çevik olmağa ruhlandırır, ona məsləhətlər verirdi. Bu hazırlığın nəticəsi kimi Ələt stansiyasından başlayaraq Bico kəndinə qədər bir çox yaşayış məntəqələrini yandırıb qarət edən, təpədən-dırnağadək silahlanmış 400 nəfərlik erməni hərbi quldur dəstəsi kəndə girən kimi gözlənilməz hücumla qarşılaşmış və bicolular tərəfindən darmadağın edilmişdi. 1918-i ilin mart ayının əvvəllərində baş verən bu hadisə sonralar təkcə Bico kəndinin deyil, bütün Şirvan tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi. Bütün kənd əhlinin şücaəti ilə qazanılan, Pirəmsaq döyüşünün həm mahir təşkilatçılığı, həm də sonradan bolşeviklər yanında "ört-basdır" edilməsi Babaş Mikayılzadənin çevik və tədbirli hərəkətinin nəticəsi idi. Erməni mənbələrində də özünün təsirli təsvirini tapan bu qırğın erməniləri həm bərk qorxutmuş, həm də xeyli narahat etmişdi. Ona görə də ermənilər heç bir hakimiyyət dəstəyi almayan bir kəndin əhalisinin nizamlı qoşun hissəsinə qarşı belə bir gözlənilməz əməliyyatının rəhbəri və təşkilatçısının məhz Molla Babaş olduğunu öyrənmişdilər. Bico kəndinin əhalisindən qisas almağı bacarmayan daşnaklar bu arzularını Molla Babaşa qarşı təklikdə reallaşdırmağı qarşılarına məqsəd qoymuşdurlar. Lakin bu da mümkünsüz idi. Onu görəndə "yolunu dəyişən", "yerişini itirən" ermənilər hər vaxt ayıq olan Molla Babaşa yaxın düşə bilmirlər. İntiqam hissi ilə yaşayan erməni kafirlər fürsət tapan kimi Babaş Əfəndinin hər iki qaynını ailə üzvləri ilə birlikdə vəhşicəsinə yandırdılar. Yalnız həmin gün başqa qohumlarının evində olan 9 yaşlı Əminə qaçmağa nail olaraq, sağ qalmışdı. Xidmətçilərə də aman verməyən bu kafirləri Babaş Əfəndi elə həmin axşam ələ keçirib, hər üçünü öldürür. Həmin vaxtdan Babaş Əfəndi Şirvan torpağından ermənilərin təmizlənməsi üçün xüsusi plan hazırlamağa başlayır. Lakin Azərbaycanın "Qırmızı Ordu" tərəfindən işğalı Babaş Əfəndinin arzularını ürəyində qoyur.
Amansız bolşevik rejiminin təzyiqləri
Türklərə və müsəlmanlara münasibətdə SSRİ hakimiyyətinin erməni hiyləsi, rus biganəliyi ilə idarə olunması Azərbaycana, onun tarixinə və milli-mənəvi dəyər sahiblərinə çox baha başa gəlirdi. Qaniçən quruluş el-obasını sevən, milli ənənələrə söykənən və qəhrəman kişilərin əl-qolunu bağlamışdı. Ömrü boyu qorxmaz və cəsarətli həyat yaşayan, Azərbaycan və Yaxın Şərq ədəbiyyatını, tarixini yaxşı bilən, Avropa və Şərq fəlsəfəsinə dərindən bələd olan, dini dəyərləri daha çox orijinalda – sonuncu İslam Peyğəmbərinin yolu və mənhəcinə uyğun şəkildə təbliğ etməyə çalışan Babaş Əfəndi yeni quruluşu nifrətlə qarşıladı. Bu nifrəti və kinini gizlədə bilməyən Babaş Əfəndini hakim dairələrin "gözündən salmaq" üçün ermənilərin əlinə fürsət düşdü. Şamaxı kimi zəngin və klassik bir şəhərin çox dəyərli insanlarını siyahıya alıb "rus hökumətinə" satan ermənilər Babaş Əfəndini xüsusi təqdimatla qeyd etmişdilər. Bu, Babaş Əfəndiyə baha başa gəldi. Tezliklə onun bütün qohumları siyahıya alınıb nəzarətə götürüldü. Məzlum və qorxaq yaşamağı qəbul etməyən Babaş Əfəndi bu heyfi də ermənilərdə qoymayıb. Xüsusi plan quraraq o, Şamaxıda çox fəallıq edən dörd ermənini tələyə salır və şəxsən məhv edir. Lakin bununla iş bitmir. Molla Babaş amansız Şura hökuməti tərəfindən nişangahda olduğunu bilirdi. Əslində bu ikrahlı hücum təkcə Babaş Əfəndiyə, onun yaxınlarına deyil, minillik inam və inanc dayaqlarımızın əsaslandığı dinimizə qarşı yönəlmişdi. Şura hökumətinin Azərbaycanı işğal etməsini heç cür həzm edə bilməyən, bunu ən vəhşi, ədalətsiz zorakılıq adlandıran Babaş Əfəndi bütün Azərbaycanı bu siyasi həyasızlığa qarşı cihada çağırırdı. Bolşevik hakimiyyəti, onun erməni əlaltıları hərəsi Azərbaycanı işğal etməkdə ayrı-ayrı məqsədlər güdsə də, Azərbaycanın itirdiyi uzun illər yanğısı ilə can vuruşdurduğu azadlığı və istiqlaliyyəti idi. Molla Babaş bu itkinin ağırlığını dərk etdiyi üçün onunla barışa bilmirdi. Şöhrət və hünərinə, el içindəki nüfuzuna arxayın olub, hər yerdə rus rejimini lənətləyirdi. Siyasi mövqeyini itirməmək üçün hər yola əl atan bolşeviklərin erməni əlaltıları Şamaxı kimi qədim və strateji cəhətdən əhəmiyyətli bir şəhərdə mövqelərini saxlamaq üçün hər cür yaltaqlıq edərək, yeni rejimə yaranır, onun düşmənləri barədə hökumətə ardıcıl məlumatlar verirdilər. Təşkilatlanmış ermənilər əsil sifətini gizlədə bilmirdi; həm hökumət yanında yaltaqlanıb hörmət qazanır, həm də çoxdan ürəklərində kök salıb onları narahat edən Babaş Əfəndidən qisas almağı həyata keçirməyi planlaşdırdılar. Beləliklə, Babaş Əfəndi Şamaxıda rus rejiminə ən qorxulu siyasi rəqib kimi təqdim olunurdu. Babaş Əfəndini həmin andan addım-addım izləməyə başladılar. Onun dayıları, əmisi və oğulları, Şirvanda "mollalar" adı ilə tanınan böyük bir nəslil yerli-yersiz incidilir, onlara böhtanlar atılırdı. Hökumət dairələri ermənilərin "fətvası"na əsaslanaraq Babaş Əfəndini "sındırmaq, əymək" üçün onun qohumlarını narahat edir, sorğu-suala tuturdular. Şirvandakı məscidləri dağıdır, müqəddəs sayılan dəyərlərə qarşı açıq-aşkar hörmətsizlik edirdilər. Bu iyrənc siyasətə dözməyən Babaş Əfəndi dayaz və cahil bolşevik rejminin mütləq iflasa uğrayacağını çəkinmədən hər yerdə izhar edirdi.
Doğma kənddə üzləşdiyi bolşevik təxribatı
Sovet hakimiyyətinin kəskin siyasi hücumları və qələbəsi bütün vətən və millət yolunda vuruşan əksər camiələri çaşdırdığı bir vaxtda Molla Babaş da Şamaxıdan doğma kəndi Bicoya qayıtdı. Çox yaxın qohumu, o vaxtlar "NKVD" (Xalq Daxili İşlər Komissarı) kimi nüfuzlu vəzifə sahibi olan İsmayıl Məhərrəmovun (o, Şamaxı Qazisi Hacı Məcid Əfəndinin nəvəsi idi) məsləhəti ilə siyasi "toqquşmalar"dan bir qədər kənarlaşsa da, axıra qədər bu sakit mövqeyində qərar tuta bilmədi. Bicoya həmin il müəllim göndərilən, sonralar Azərbaycanda yazıçı kimi tanınan "qızğın" bir bolşevik, xüsusi təhriklə, Babaş Əfəndi üçün əsil başağrısına çevrildi. O, hakimiyyətdən aldığı xüsusi tapşırığa uyğun olaraq, bilərəkdən Babaş əfəndi ilə münaqişə törətməli, hətta canı bahasına olsa belə, ədavət aparmalı idi. Hökumət də buna əsaslanıb Babaş əfəndini həbs etməli idi. (Sonralar məlum olmuşdu ki, həmin bolşevik Babaş Əfəndinin bütün qohumlarını həbs etdirmək üçün xüsusi plan hazırlayıbmış. Plan ailə münaqişəsi əsasında həyata keçiriləcəkdi; bolşevik Babaş əfəndinin oğlu Abdulhəşim bəyin nişanlısına məktub göndərəcəkdi. Bundan qeyzlənən nəsil bolşevikə qarşı ədavətə qalxacaq, hakimiyyət orqanları da "sovet müəllimi"ni qorumaq üçün kütləvi həbslər keçirəcəkdi.) Abdulhəşim bəyin toy mərasimi ərəfəsində bolşevikin bu əxlaqsız hərəkəti Molla Babaşa çatan kimi o qəti qərar vermişdi - "öldürmək!" Babaş əfəndi bu addımı atmazdan əvvəl bütün qohumlarını başına yığıb demişdi: "İşinizdə möhkəm və hazır olun, bu axşam onu "itirəcəyəm!" Amma bolşevikin bəxti gətirmişdi. Molla Babaşın bir vaxtlar bolşeviklə bir yerdə təhsil almış iki yaxın qohumu – və Əliqulu Heydərov onu bu fikirdən çəkindirməyə nail oldular. Babaş əfəndi bolşevik müəllimi evinə gətizdirib və ona kimə sataşdığını "başa salır". Ölümün qara kabusu ilə üz-üzə qalan gələcək məşhur yazıçı səhv etdiyini yalvarışlarla etiraf edir. "Qələt etdiyini" boynuna alaraq aman diləyir. Babaş Mikayılzadə gecə ikən onun kənddən çıxmasını tələb edir. Sonralar böyük yazıçı kimi tanınan, ADU-nun professoru olan həmin bolşevik bu sətirlərin müəllifinə dönə-dönə o vaxtkı hadisələri xatırlayaraq, etirafını bildirmişdi: "Bütün ömrüm boyu belə cəsarətli adam görməmişəm. Dərin məntiq və ağlı ilə hər kəsi heyran qoyan nadir şəxsiyyət idi. Bu kişi əsil milli obraz idi. Heyflər olsun ki, mənsub olduğum partiyaya "sədaqətim" arzumu ürəyimdə qoydu. Dəfələrlə olub ki, indi mənimlə kafedrada çalışan professor Əli Fəhmi, Əkrəm Cəfər elə mənim yanımdaca Babaş əfəndiyə telefon açaraq ondan hansısa mübahisəli məsələ ilə bağlı fikir bildirməyini xahiş ediblər. Sonra razılıq əlaməti olaraq onun ünvanına xoş sözlər söyləyiblər. Mən isə ürəyimdə deyirdim: Mən o kişini yaxşı tanıyıram. Atan yaxşı bilir, mən də Babaş kişinin qarğışına düşdüm. Həyatım boyu müsəlman süfrəsinə həsrət qaldım. Heç bilmirəm ki, öləndə cənazəmi müsəlman kimi götürəcəklər, ya yox?."
Quba sürgünü
Bolşevik müəllimin kənddən qovulması Molla Babaşın və onun yaxınlarının vəziyyətini daha da ağırlaşdırdı; hər gün sorğu-sual edilməsi Babaş Əfəndiyə ağır gəlirdi. Mərdanə mübarizədən qorxmayaraq o, yenidən Şamaxıya köçdü. Amma Şamaxıda tuğyan edən sovet hakimiyyəti onu daha ağır təhdidlərə məruz qoydu. İnqilabdan əvvəl Şamaxı pristavının müavini işləyən çoxsifətli erməni Qaroğlanov arzusuna çatmışdı; Şamaxı məmurları Babaş Əfəndini ən qorxulu "inqilab düşməni" kmi tanıyırdı. Düşdüyü ağır vəziyyətdən təkbaşına qurtulmağın mümkünsüzlüyünü görən Babaş Əfəndi fənd işlədərək "günahlarını yumaq üçün özünü günahkar saydığını etiraf edib" cəzaya hazır olduğunu bildirməklə hökumətdən sürgün olunmasını xahiş etdi. Məhz bu halda o, dövrünün qanunlarına görə güllələnmədən və ya Sibirə sürgün edilməkdən qurtula bilərdi. Qaroğlanov "gözünü açınca" Babaş Əfəndi Qubanın Çiçi kəndində sürgün olundu. 70 yaşlı bir insanın, məğrur bir kişinin vətənsizlik və qəriblik dərdi onu ağır əzablara, dözülməz ağrılara düçar etdi. Hər addımda vəhşi rus imperiyasının qanlı qanunları ilə üzləşən Babaş Əfəndi Çiçi kəndində müəllim işləməklə ailəsini dolandırır, arabir Bicodakı qohumlarına əl də tuturdu. Quba həyatı onun ədəbi-bədii yaradıcılıq fəaliyyətinin ən zəngin dövrü oldu. O, burada siyasi, mənəvi, iqtisadi cəhətdən işğal olunmuş vətənin taleyinə ağrılı şeirlər yazırdı. Şeirlərini "Yetim", "Kimsəsiz", əsasən də "Məsail" imzaları ilə yazan Babaş Əfəndi bu seirlərdə həm özünün, həm də vətəni Azərbaycanın acı taleyini diqqətə çatdırırdı.
Bakı həyatının faciəli başlanğıcı
1933-cü ildə sürgün vaxtı başa çatan Babaş Mikayılzadə Bakıda məskunlaşdı. Şamaxılı əsilzadələrin və qohumlarının köməyi ilə Bakının Binəqədi və Məhəmmədi kəndlərində müəllim işləyən Babaş Əfəndi tezliklə yenidən böyük elm və din xadimləri ilə əhatə olundu. Bakı mühiti çox tez bir zamanda Babaş Əfəndini - zəngin dünyagörüşlü bir ürfan sahibini, ziyalını tanıyıb etiraf etdi. Bu mühitin seçmə ziyalıları Əkrəm Cəfər, Əli Fəhmi, Muxtar Əfəndi, Axund Ağa Əlizadə, Ağa Zəki, Müfti Hacı İbrahim, Mirmövsüm Həkimzadə kimi elm adamları Babaş Əfəndinin Bakıdakı "Şor Hamam" məhəlləsindəki (Mirzə Fətəli küçəsi) evinə toplaşar, səmimi elmi, dini, fəlsəfi məzmunlu söhbətlər edər, Babaş Əfəndinin Azərbaycan, ərəb, fars, rus dillərindəki şərh və izahatlarını dinləyər, onun ensiklopedik "dünyası"na heyranlıqla məftun olduqlarını bildirərdilər. Yenicə Bakı mühitinə alışan, ömrünün geridə qalan ağrılarını unudan, dərin duyğulu insanlar arasında olmağından həzz alan Babaş Əfəndi 1934-cü ildə daha bir faciə ilə üzləşdi – çoxsaylı övladları içərisində ona yeganə ümid çırağı qalan, "Mollalar" nəslinin sevib qoruduğu, oğlu Abdulhəşimin müəmmalı ölümü Babaş Əfəndinin dünyasını qana boyadı. (Gənc yaşlarında "Musavatçı" olan Abdulhəşimin ən yaxın dostu böyük dramaturq Cəfər Cabbarlı olmuşdur.) Abdulhəşimin ölümü təklik və ümidsizliyin müdhiş və qara zəhmini Babaş Əfəndinin mənzilinə əbədi "qonaq" gətirdi. Babaş Əfəndi oğul, vətən, yurd ağrılı şeirlər yazmağa başladı. Başdan-başa nalə və fəryadlarla yoğrulan bu şeirlər Molla Babaşın talan və viran könlünə qismən rahatlıq verirdi.
Oğlum məndən əvvəl eylədi vəfat,
Bundan sonra mənə de, nədir həyat?!
Çəkdi o sinəmə sağalmaz dağı,
Saraldı qəlbimin bağçası, bağı.
Açılmaz bağımda bir daha güllər,
Qalmadı munisim, ellər, ay ellər…
Sevimli oğlunun ölümündən sonra onun yarımçıq qalmış elm almaq arzusunu Bicoda yaşayan əmisi nəvələrinin əməlində görmək istəyən Babaş Mikayılzadə böyük həvəs və istəklə onların təhsilinə maddi yardım göstərdi. Zaman və quruluşdan asılı olmayaraq hər bir əsil müsəlman kimi savad və elmi yüksək qiymətləndirən Babaş Əfəndi çox sevdiyi əminəvəsi, sonralar Biconun ilk ziyalı qızı kimi tanınan 16 yaşlı Zibanın (Ziba Salamova sonralar Azərbaycanın maarifçi müəllimi kimi tanınmış həyat yoldaşı olmuşdur) təhsil alması şərəfinə şeir də yazmışdı:
Salam olsun sənə, ay Ziba qızım,
Nəsihət edirəm, dinlə sən sözüm…
Hər zaman dərsinə çox səy eylə sən,
Oxu ki, elmlə yüksələcəksən!
Yaxşı oxuyarsan, tez ucalarsan,
Yoldaşlar içində məşhur olarsan.
Qurtarıb məktəbi "insan" olarsan,
Adamlar içində kamil olarsan.
… Qızların bəzisi əxlaqsız gəzər,
Çəkin sən onlardan, eylə əl-həzər.
Cahilin sözünə eyləmə bavər
Ağlı kəm olandan olammaz sərvər,
Nadan kimsələrlə oturub-durma,
Onlardan yetişər sənə müəmma…
Mənim sözlərimi yadında saxla,
Ta ki, Məsaildən yadigar qala
20. X. 1938-ci il. Məsail
İkinci dünya müharibəsinin "Böyük Vətən Müharibəsi" dövrü başlayanda Babaş Əfəndi yaxın qohumlarına Rusiyanın bu müharibədə məğlub olması həvəsində olduğunu və bu məğlubiyyətin Azərbaycanın azadlığına səbəb olacağı ilə bağlı mövqeyini deməkdən çəkinməmişdi. Müharibənin ilk aylarında bütün nəslində oğlundan sonra ən çox sevdiyi Kamal Hüseynbaba oğlu Mikayılovun itkin düşməsi onun qaysaq bağlamış yaralarını qopartdı. O, müharibəyə, qəsbkar rus siyasətinə lənətlər yağdıran, insanlığa fəlakət və ölüm gətirən müharibənin tezliklə qurtarmasını, Azərbaycan xalqının düşməni olan Rusiyanın bu müharibədə məğlubiyyət arzularını ifadə edən şeirlər yazdı.
SON
Müharibədən sonra ümidsizliyə qapılan Babaş Əfəndi 1946-cı ildə 84 yaşında təqaüdə çıxdı. İşdən ayrılıb ev mühitinə qapılan Babaş Əfəndini müdrik insanlar yalqız və tənha buraxmadılar. Elə həmin ay Babaş Əfəndi Şeyxülislam Axund Ağa Əlizadə tərəfindən 1944-cü ildə fəaliyyəti bərpa olunmuş Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (indiki Qafqaz Müsəlmanları İdarəsi) baş məsləhətçi vəzifəsinə dəvət edildi. 10 il bu idarədə çalışan Molla Babaş uzun illər boyu əxz etdiyi biliyini başqalarına öyrətməkdən həzz alaraq insanlıq borcunu ləyaqətlə yerinə yetirirdi. Güclü yaddaş-hafizə sahibi olan Babaş Mikayılzadəni yaxşı tanıyan doğma qardaşı Nəcməddin Mikayılzadə, Tacəddin Əfəndi, Molla Məhəmməd Hacı Məhyəddin oğlu, Molla Qara Rəhimov, Hüseynbaba Salamoğlu, Canalı Şiralı oğlu Mirzəyev, Ziba Hüseynbaba qızı onun parlaq və zəngin zəkasından, aydın və məntiqli mühakimələrindən həvəslə xatirələr söyləyirdilər. Bütün həyatı boyu kimsəsizlərin və yoxsulların dayaq və ümid ünvanı olan Babaş Mikayılzadə Bakıda yaşadığı 25 il ərzində neçə-neçə həmkəndlisinə, onlarla şamaxılıya pasiban olmuşdur. Bütün var-dövlətini, zəngin kitabxanasını, eləcə də özünün bildiklərini evində saxlayıb oxutdurduğu kəslərdən əsirgəməmişdir.Babaş Əfəndinin yaxşılıqlarını heç vaxt unutmayan, onun xidmətlərindən hər yerdə ağızdolusu danışan Faiq Canəlı oğlu Mirzəyev (o, 1918-ci ildə Babaş Əfəndinin ermənilər tərəfindən ailələri ilə birlikdə qətlə yetirilmiş qayınlarından birinin sağ qalmış qızı Əminənin oğludur. 1994-cü ildə dünyasını dəyişmiş Əminə xanımı Babaş Əfəndi saxlayıb böyütmüşdür.) Babaş Əfəndi haqqında deyir: "Babam xeyirxah, əsl "Allah adamı", həyat yoldaşı Noğulbacı (adı Xanım olub) da sözün əsl mənasında əsilzadə xanım idi. Övlad ümidini itirən bu insanlar qohumlarına və kimsəsizlərə qayğı göstərməyi həyatlarının mənasına çevirmişdilər. Davranışımızdan tutmuş təhsilimizədək hər bir problemimizlə maraqlanan babam axşam biz evə qayıtmamış yemək yeməzdi. O vaxt Bakıya yolu düşən imkansız və qalmağa yeri olmayan tanış adamlar onun evinə pənah gətirərdilər. Gələn qonaqların hamısını babamgil eyni hörmətlə qarşılayardı. Bicoda yaşadığı günləri həsrətlə xatırlayan babam bütün bicoluları qızğın məhəbbətlə sevib əzizləyər, onlara qulluq göstərərdi." Nadir zəka və elm sahibi, mərd və qorxmaz insan Babaş Mikayılzadənin həyatının son dövrü mənəvi əzablar içərisində keçmişdir. Övladı Abdulhəşim bəyin ölümünü tez-tez xatırlaması, bundan duyduğu üzüntülər onu qəlbində bəslədiyi möhnət və dərdlərə tuş etmişdi. Ömrünün sonunda "ölümlə sövdələşən" "Hafizi-Quran" Babaş Əfəndi, sonradan yaxınlarına həm siyasi problem, həm də mənəvi dərd və əzab olmasın deyə, bütün yazdıqlarını yığıb yandırmışdır…
Babaş Əfəndi Hacı Molla Bağı oğlu Mikayılzadə 1957-ci ildə "qəm karvanı" olan zəngin və mənalı həyatını başa vuraraq 95 yaşında bu dünyadan çox küskün və məlallı köçmüşdür. Dəfnində iştirak edən qohumlarının söylədiklərinə görə Molla Babaşın dəfni Bakı və Şamaxının elm və din xadimlərinin, eləcə də böyük xalq kütləsinin sonsuz məhəbbət və ehtiramla iştirak etdikləri təntənəli bir mərasim kimi yaddaşlara köçmuşdür.
… Qədim Bakının indi çox təmtəraqlı, üstü gümbəzli, çil-çıraqlı, bağlı-bağatlı, pilləkənli, su krantlı, hündür hasarlı, əzəmətli və bəzəkli məzarları arasında yolu-rizi itmiş, gözü yollarda intizar qalan, gileyli bir məzar var. Heç kimə borcu, göz kölgəsi olmayan bu "məzar sahibi", yolunda təmənnasız və minnətsiz əziyyət çəkdiyi insanların görüşünə "həsrətdir". Bu həsrət onu yaman "üşüdür", həm də yandırır.
İndi bir məzar var qoca Bakıda,
Gözü yollardadı, könlü intizar.
İtibdir nə vaxtdır rizi-yolu da,
Bəxtindən eyləyir nalə, ahu-zar.
Məzar var, yoluna mərmər döşənib,
Məzar var, üstünə güllər ələnib,
Məzar var, daşına ətir çilənib,
Məzar var, üstünə düşməyir güzar.
Günəşdən, ulduzdan uca olan da,
Doğulub dünyaya bəla olan da,
Torpağın, vətənin pula satan da,
Bu dar məzarlarda yatır "bəxtiyar?!!".
Dünyada qiymətin alan, almayan,
Mətahın dünyada satan, satmayan,
İzi bu dünyada qalan, qalmayan,
Hamısı bir "yatır" - ömrə intizar.
Məzar var, üstü də dəyişir il-il,
Məzar var, "danışır", "dillənir" dil-dil,
Məzar var, "Xəzinə" - laldır elə bil,
Daşında yazılıb sadə: "Məsail".
İstinadlar
- "Azərbaycan" qəzeti, 2 aprel 2013-cü il, №67 (6342), səh. 4. (az.)
Mənbə
Müəllif - Azərbaycan Respublikasının "əməkdar müəllimi"
Məqalənin sonundakı şeirin müəllifi Fikrət Mirzəyevdir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Babas Efendi Mikayilzade 1862 1957 ci illerde Azerbaycanda yasamis omrunu Islam dininin tebligi ile yanasi bolsevik ve dasnaklara qarsi mubarizeye hesr etmis ictimai ve din xadimi Mesail imzasi ile seirler yazmis sair Babas Efendi MikayilzadeMolla Babas Haci Molla Bagi oglu MikayilzadeOmrunun son caglarinda cekilmis yegane fotosekliDogum tarixi 1862Dogum yeri Bico Samaxi qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1957Vefat yeri Baki Azerbaycan SSR SSRIVefat sebebi xestelikDefn yeri BakiHeyat yoldasi Xanim Mahmud aga qizi MahmudbeyovaUsagi Abdulhesim Mikayilzade 1934 Atasi Haci Molla BagiHeyatiBabas Efendi Mikayilzade 1862 ci ilde Samaxi qezasinin Bico kendinde coxesrlik ziyaliliq ocagi olan Mollalar neslinde Haci Molla Baginin ailesinde dunyaya goz acmisdir Tehsili Usaq yaslarindan etrafi cox derin ve zekali insanlarla zengin olan Babas muderris qohumlarinin ehatesinde formalasmis ve zemanesinin taninmis elm adamlarindan sayilan dayisi Haci Ebdulhemid Efendiden esasli bilikler almisdi Genc yaslarindan zeka ve eqli ile secilen Babas Ebdulhemid Efendinin ona olan maragini artirmis dayisi ona hem de ereb ve fars dillerini mukemmel oyretmisdir Sonra dayisi onu Samaxiya getirmis onun tehsilini Sirvan Qazisi Ilahiyyat Doktoru Haci Mecid Efendiye tapsirmisdir Babasin yaddas ve idrakina heyran qalan Haci Mecid Efendi ona xususi maraq ve diqqet yetirmis onu daim nezaretde saxlamisdir Samaxida ali ruhani tehsilini basa vuran Babas Hafizi Quran kimi burani xususi diplomla bitirmisdir Samaxinin nufuzlu din xadimleri onu burada saxlamaga cehd etseler de Babas Efendi dogma kendi Bicoya qayidaraq ata baba ocaginin ziyaliliq enenesini davam etdirmis yaxin qohumlarinin elece de kendin diger yeniyetmelerinin tehsili ile mesgul olmusdur Bu dovrde Babas Mikayilzade hem de edebi yaradiciliga vaxt ayiraraq dini ve klassik movzuda eserler yazmis sevdiyi sairlerden tercumeler etmisdir Bicodan Samaxiya 1907 ci ilde fealiyyetinin en qizgin caginda Sirvan Qazisi Haci Mecid Efendi onu Samaxiya devet edir Bu erkli ve dogma cagirisdan qaca bilmeyen Babas Mikayilzade Samaxiya kocur Sirvan Ruhani Idaresinin uzvu kimi fealiyyete baslayir Samaxi mescidinin berpasinda en yaxin maddi ve menevi yardimcilardan biri kimi istirak edir Derin mutalie ve muhakimeleri zengin bilik ve zekasi getdikce artan kamillesen Babas Mikayilzade Samaxinin merifet ve elm adamlarinin diqqetinden yayinmirdi Samaxinin kubar muhitinin bir elm ve urfan sahibi kimi cox tezlikle qebul etdiyi Babas Mikayilzade az bir zamanda ziyali ve zengin Samaxi ailelerinin devetli qonagina cevrildi Her gun eyni vaxtda xususi adamlarin musayeti ile butun Sirvanda meshur olan Sixelibeylilere qonaq getirilen Babas Mikayilzade bu ali ailenin muellimine cevrildi Sonralar olkemizin boyuk alimlerinden biri kimi taninan akademik Edhem Sixelibeylinin bilik ve savadinin derinliyi dunyagorusunun formalasmasi ilk muellimi eyni zamanda hemkendlisi Babas Mikayilzadenin adi ile daha cox baglanirdi Ele ona gore de akademik Edhem Sixelibeyli sevimli muelliminin xatiresini omrunun sonuna kimi eziz tutmusdur Meshurlasan Babas efendi Mensub oldugu ve teblig etdiyi Islam dininden qaynaqlanan yuksek exlaqi derin zekasi diqqet ceken davranislari tezlikle Babas Mikayilzadenin Samaxinin diger esilzadeleri terefinden de taninmasina sebeb oldu Ona Babas efendi deye muraciet etmeye basladilar Samaxida xalq terefinden sevilen biliyine tecrubesine sexsiyyetine yuksek qiymet verilen din adamlarina Efendi deye muraciet edirdiler Butun Azerbaycanda elece de yaxin olkelerde yuksek medeniyyeti zengin aile eneneleri ile meshur olan boyuk nufuz sahibi Mahmud aga Mahmudbeyov bu moteber elm sahibini Babas Efendini xususi hormet ve ehtiramla evine aile muellimi kimi devet etdi Az vaxt erzinde Babas Mikayilzade bu ailede cox eziz ve munis bir insan kimi qebul edildi Tamamile Babas Mikayilzadeye meftun olan bu aile cekinmeden yegane qiz ovladlarini ona etibar etdiler Sonra bu munislik qohumluga cevrildi Ailede ve qonsular arasinda Nogulbaci cagirilan bu Xanim Molla Babas Efendinin heyat yoldasi oldu Boyuk bir cografi erazide en meshur aile ile qohumluq Babas Efendini daha da meshurlasdirdi Samaxi esilzadeleri Naseh Efendi ve Salamovlar Babas Efendi ile oturub durmagi seref ve fexaret bilerek onu tekrar tekrar qonaq devet edir maraqli moizelerini dinlemekden hezz alirdilar Elaqe dairesi genislenen Babas Efendi Samaxi muhitinde mutleq ziyali kimi etiraf olunaraq tezlikle Azerbaycanin basqa bolgelerinde de taninmaga basladi Agdas Goycay Kurdemir Beyleqan Gence Baki kimi seherlerden mubahiseli elmi meselelerin duzgun serhi ucun tez tez Babas Efendiye muraciet edenler bir menali sekilde onunla razilasir onun fikir ve mulahizelerini qebul edirdiler Butun medeni elmi meclislerde tez tez adi cekilen Babas Mikayilzade bu insanlar arasinda en kamil en izzetli leyaqet ve urfan sahibi kimi elave tanitimlarla sexslendirilirdi XIX esrin sonu XX esrin evvellerinde butun Samaxi ve Baki edebi elmi meclislerinin en aparici sexsi kimi etiraf olunan Babas Efendi guclu muhakimeleri mentiqi dusunce ve fikirleri letif danisiq ve hessas hereketleri ile etrafindakilari valeh edirdi Xalq arasinda Molla Babas adi ile meshurlasmis Babas Efendi Zaqafqaziya serdarliq numayendeleri arasinda etiraf olunan alim kimi taninirdi Babas Efendini Azerbaycanda ve Tiflisde en cox sevib teblig eden zeka sahiblerinden Unsizade qardaslarinin adlarini boyuk ehtiramla yada salmaq gerekdir Tiflisde yasayan Unsizadeler Babas Efendinin Cenubi Qafqazda taninmasi ucun sey gostermisdiler Ictimai siyasi fealiyyetiErmeni fitnelerine qarsi XX esrin evvellerinde Azerbaycanda o cumleden Samaxida bas veren hadiseler Babas Mikayilzadenin diqqetinden kenarda qalmirdi Rusiyada bas veren I Rus inqilabi ile Fevral Burjua inqilabi arasindaki dovrde olkede perakendelik hercmerclik xususile rus ordusunun buraxilmasindan sonra silahli ermeni qruplarinin Bakida Samaxida at oynatmasi Zaqafqaziyada ozlerini hakimi mutleq kimi aparmalari onlarin aciq askar Azerbaycan idarecilik orqanlarina guclu meyli cox uzaqgoren Babas Efendini narahat etmeye baslamisdi Hadiselerin inkisafinin istiqametini duzgun qiymetlendiren Babas Efendi Samaxinin ve Sirvan bolgesinin diger basbilenleri ile meslehetleserek gelecek tehlukeye qarsi muqavimet gostermek ucun Rusiya ve Turkiyeden silah alinmasi teklifini vermisdi Cox efsuslar olsun ki onun bu teklifine biganelik cemi bir nece aydan sonra Samaxida ve onun etraf kendlerinde boyuk qirginlara sebeb oldu Silahli ermeniler Sirvan bolgesinde insanliq eleyhine cinayetler toretdiler Onlarla kendi yandirilib talan ederek muselman turklerin soyqirimini heyata kecirdiler Hemin dovrde Samaxida yasayib islemesine baxmayaraq dogma kendi Bico ucun narahatliq keciren Babas Efendi bir an bele orani unutmurdu Qedim tarixi zengin medeniyyeti ses kuylu kisileri xalca palazi ekin bicini ve mal qarasi elece de mutefekkir ve ziyali insanlari ile meshur olan kendin taleyi onun rahatsizligina sebeb olmusdu Buna gore de Babas Mikayilzade tez tez kendin agsaqqallari ile gorusur onlari ermeniler terefinden toredile bilecek qetl ve talanlara muqavimet gostermek ucun hazirliyir kendin cox teperli ve igid agsaqqali Sahali yuzbasini daha urekli ve cevik olmaga ruhlandirir ona meslehetler verirdi Bu hazirligin neticesi kimi Elet stansiyasindan baslayaraq Bico kendine qeder bir cox yasayis menteqelerini yandirib qaret eden tepeden dirnagadek silahlanmis 400 neferlik ermeni herbi quldur destesi kende giren kimi gozlenilmez hucumla qarsilasmis ve bicolular terefinden darmadagin edilmisdi 1918 i ilin mart ayinin evvellerinde bas veren bu hadise sonralar tekce Bico kendinin deyil butun Sirvan tarixinin qehremanliq sehifesine cevrildi Butun kend ehlinin sucaeti ile qazanilan Piremsaq doyusunun hem mahir teskilatciligi hem de sonradan bolsevikler yaninda ort basdir edilmesi Babas Mikayilzadenin cevik ve tedbirli hereketinin neticesi idi Ermeni menbelerinde de ozunun tesirli tesvirini tapan bu qirgin ermenileri hem berk qorxutmus hem de xeyli narahat etmisdi Ona gore de ermeniler hec bir hakimiyyet desteyi almayan bir kendin ehalisinin nizamli qosun hissesine qarsi bele bir gozlenilmez emeliyyatinin rehberi ve teskilatcisinin mehz Molla Babas oldugunu oyrenmisdiler Bico kendinin ehalisinden qisas almagi bacarmayan dasnaklar bu arzularini Molla Babasa qarsi teklikde reallasdirmagi qarsilarina meqsed qoymusdurlar Lakin bu da mumkunsuz idi Onu gorende yolunu deyisen yerisini itiren ermeniler her vaxt ayiq olan Molla Babasa yaxin duse bilmirler Intiqam hissi ile yasayan ermeni kafirler furset tapan kimi Babas Efendinin her iki qaynini aile uzvleri ile birlikde vehsicesine yandirdilar Yalniz hemin gun basqa qohumlarinin evinde olan 9 yasli Emine qacmaga nail olaraq sag qalmisdi Xidmetcilere de aman vermeyen bu kafirleri Babas Efendi ele hemin axsam ele kecirib her ucunu oldurur Hemin vaxtdan Babas Efendi Sirvan torpagindan ermenilerin temizlenmesi ucun xususi plan hazirlamaga baslayir Lakin Azerbaycanin Qirmizi Ordu terefinden isgali Babas Efendinin arzularini ureyinde qoyur Amansiz bolsevik rejiminin tezyiqleri Turklere ve muselmanlara munasibetde SSRI hakimiyyetinin ermeni hiylesi rus biganeliyi ile idare olunmasi Azerbaycana onun tarixine ve milli menevi deyer sahiblerine cox baha basa gelirdi Qanicen qurulus el obasini seven milli enenelere soykenen ve qehreman kisilerin el qolunu baglamisdi Omru boyu qorxmaz ve cesaretli heyat yasayan Azerbaycan ve Yaxin Serq edebiyyatini tarixini yaxsi bilen Avropa ve Serq felsefesine derinden beled olan dini deyerleri daha cox orijinalda sonuncu Islam Peygemberinin yolu ve menhecine uygun sekilde teblig etmeye calisan Babas Efendi yeni qurulusu nifretle qarsiladi Bu nifreti ve kinini gizlede bilmeyen Babas Efendini hakim dairelerin gozunden salmaq ucun ermenilerin eline furset dusdu Samaxi kimi zengin ve klassik bir seherin cox deyerli insanlarini siyahiya alib rus hokumetine satan ermeniler Babas Efendini xususi teqdimatla qeyd etmisdiler Bu Babas Efendiye baha basa geldi Tezlikle onun butun qohumlari siyahiya alinib nezarete goturuldu Mezlum ve qorxaq yasamagi qebul etmeyen Babas Efendi bu heyfi de ermenilerde qoymayib Xususi plan quraraq o Samaxida cox fealliq eden dord ermenini teleye salir ve sexsen mehv edir Lakin bununla is bitmir Molla Babas amansiz Sura hokumeti terefinden nisangahda oldugunu bilirdi Eslinde bu ikrahli hucum tekce Babas Efendiye onun yaxinlarina deyil minillik inam ve inanc dayaqlarimizin esaslandigi dinimize qarsi yonelmisdi Sura hokumetinin Azerbaycani isgal etmesini hec cur hezm ede bilmeyen bunu en vehsi edaletsiz zorakiliq adlandiran Babas Efendi butun Azerbaycani bu siyasi heyasizliga qarsi cihada cagirirdi Bolsevik hakimiyyeti onun ermeni elaltilari heresi Azerbaycani isgal etmekde ayri ayri meqsedler gudse de Azerbaycanin itirdiyi uzun iller yangisi ile can vurusdurdugu azadligi ve istiqlaliyyeti idi Molla Babas bu itkinin agirligini derk etdiyi ucun onunla barisa bilmirdi Sohret ve hunerine el icindeki nufuzuna arxayin olub her yerde rus rejimini lenetleyirdi Siyasi movqeyini itirmemek ucun her yola el atan bolseviklerin ermeni elaltilari Samaxi kimi qedim ve strateji cehetden ehemiyyetli bir seherde movqelerini saxlamaq ucun her cur yaltaqliq ederek yeni rejime yaranir onun dusmenleri barede hokumete ardicil melumatlar verirdiler Teskilatlanmis ermeniler esil sifetini gizlede bilmirdi hem hokumet yaninda yaltaqlanib hormet qazanir hem de coxdan ureklerinde kok salib onlari narahat eden Babas Efendiden qisas almagi heyata kecirmeyi planlasdirdilar Belelikle Babas Efendi Samaxida rus rejimine en qorxulu siyasi reqib kimi teqdim olunurdu Babas Efendini hemin andan addim addim izlemeye basladilar Onun dayilari emisi ve ogullari Sirvanda mollalar adi ile taninan boyuk bir neslil yerli yersiz incidilir onlara bohtanlar atilirdi Hokumet daireleri ermenilerin fetvasi na esaslanaraq Babas Efendini sindirmaq eymek ucun onun qohumlarini narahat edir sorgu suala tuturdular Sirvandaki mescidleri dagidir muqeddes sayilan deyerlere qarsi aciq askar hormetsizlik edirdiler Bu iyrenc siyasete dozmeyen Babas Efendi dayaz ve cahil bolsevik rejminin mutleq iflasa ugrayacagini cekinmeden her yerde izhar edirdi Dogma kendde uzlesdiyi bolsevik texribati Sovet hakimiyyetinin keskin siyasi hucumlari ve qelebesi butun veten ve millet yolunda vurusan ekser camieleri casdirdigi bir vaxtda Molla Babas da Samaxidan dogma kendi Bicoya qayitdi Cox yaxin qohumu o vaxtlar NKVD Xalq Daxili Isler Komissari kimi nufuzlu vezife sahibi olan Ismayil Meherremovun o Samaxi Qazisi Haci Mecid Efendinin nevesi idi mesleheti ile siyasi toqqusmalar dan bir qeder kenarlassa da axira qeder bu sakit movqeyinde qerar tuta bilmedi Bicoya hemin il muellim gonderilen sonralar Azerbaycanda yazici kimi taninan qizgin bir bolsevik xususi tehrikle Babas Efendi ucun esil basagrisina cevrildi O hakimiyyetden aldigi xususi tapsiriga uygun olaraq bilerekden Babas efendi ile munaqise toretmeli hetta cani bahasina olsa bele edavet aparmali idi Hokumet de buna esaslanib Babas efendini hebs etmeli idi Sonralar melum olmusdu ki hemin bolsevik Babas Efendinin butun qohumlarini hebs etdirmek ucun xususi plan hazirlayibmis Plan aile munaqisesi esasinda heyata kecirilecekdi bolsevik Babas efendinin oglu Abdulhesim beyin nisanlisina mektub gonderecekdi Bundan qeyzlenen nesil bolsevike qarsi edavete qalxacaq hakimiyyet orqanlari da sovet muellimi ni qorumaq ucun kutlevi hebsler kecirecekdi Abdulhesim beyin toy merasimi erefesinde bolsevikin bu exlaqsiz hereketi Molla Babasa catan kimi o qeti qerar vermisdi oldurmek Babas efendi bu addimi atmazdan evvel butun qohumlarini basina yigib demisdi Isinizde mohkem ve hazir olun bu axsam onu itireceyem Amma bolsevikin bexti getirmisdi Molla Babasin bir vaxtlar bolsevikle bir yerde tehsil almis iki yaxin qohumu ve Eliqulu Heyderov onu bu fikirden cekindirmeye nail oldular Babas efendi bolsevik muellimi evine getizdirib ve ona kime satasdigini basa salir Olumun qara kabusu ile uz uze qalan gelecek meshur yazici sehv etdiyini yalvarislarla etiraf edir Qelet etdiyini boynuna alaraq aman dileyir Babas Mikayilzade gece iken onun kendden cixmasini teleb edir Sonralar boyuk yazici kimi taninan ADU nun professoru olan hemin bolsevik bu setirlerin muellifine done done o vaxtki hadiseleri xatirlayaraq etirafini bildirmisdi Butun omrum boyu bele cesaretli adam gormemisem Derin mentiq ve agli ile her kesi heyran qoyan nadir sexsiyyet idi Bu kisi esil milli obraz idi Heyfler olsun ki mensub oldugum partiyaya sedaqetim arzumu ureyimde qoydu Defelerle olub ki indi menimle kafedrada calisan professor Eli Fehmi Ekrem Cefer ele menim yanimdaca Babas efendiye telefon acaraq ondan hansisa mubahiseli mesele ile bagli fikir bildirmeyini xahis edibler Sonra raziliq elameti olaraq onun unvanina xos sozler soyleyibler Men ise ureyimde deyirdim Men o kisini yaxsi taniyiram Atan yaxsi bilir men de Babas kisinin qargisina dusdum Heyatim boyu muselman sufresine hesret qaldim Hec bilmirem ki olende cenazemi muselman kimi goturecekler ya yox Quba surgunu Bolsevik muellimin kendden qovulmasi Molla Babasin ve onun yaxinlarinin veziyyetini daha da agirlasdirdi her gun sorgu sual edilmesi Babas Efendiye agir gelirdi Merdane mubarizeden qorxmayaraq o yeniden Samaxiya kocdu Amma Samaxida tugyan eden sovet hakimiyyeti onu daha agir tehdidlere meruz qoydu Inqilabdan evvel Samaxi pristavinin muavini isleyen coxsifetli ermeni Qaroglanov arzusuna catmisdi Samaxi memurlari Babas Efendini en qorxulu inqilab dusmeni kmi taniyirdi Dusduyu agir veziyyetden tekbasina qurtulmagin mumkunsuzluyunu goren Babas Efendi fend islederek gunahlarini yumaq ucun ozunu gunahkar saydigini etiraf edib cezaya hazir oldugunu bildirmekle hokumetden surgun olunmasini xahis etdi Mehz bu halda o dovrunun qanunlarina gore gullelenmeden ve ya Sibire surgun edilmekden qurtula bilerdi Qaroglanov gozunu acinca Babas Efendi Qubanin Cici kendinde surgun olundu 70 yasli bir insanin megrur bir kisinin vetensizlik ve qeriblik derdi onu agir ezablara dozulmez agrilara ducar etdi Her addimda vehsi rus imperiyasinin qanli qanunlari ile uzlesen Babas Efendi Cici kendinde muellim islemekle ailesini dolandirir arabir Bicodaki qohumlarina el de tuturdu Quba heyati onun edebi bedii yaradiciliq fealiyyetinin en zengin dovru oldu O burada siyasi menevi iqtisadi cehetden isgal olunmus vetenin taleyine agrili seirler yazirdi Seirlerini Yetim Kimsesiz esasen de Mesail imzalari ile yazan Babas Efendi bu seirlerde hem ozunun hem de veteni Azerbaycanin aci taleyini diqqete catdirirdi Baki heyatinin facieli baslangici 1933 cu ilde surgun vaxti basa catan Babas Mikayilzade Bakida meskunlasdi Samaxili esilzadelerin ve qohumlarinin komeyi ile Bakinin Bineqedi ve Mehemmedi kendlerinde muellim isleyen Babas Efendi tezlikle yeniden boyuk elm ve din xadimleri ile ehate olundu Baki muhiti cox tez bir zamanda Babas Efendini zengin dunyagoruslu bir urfan sahibini ziyalini taniyib etiraf etdi Bu muhitin secme ziyalilari Ekrem Cefer Eli Fehmi Muxtar Efendi Axund Aga Elizade Aga Zeki Mufti Haci Ibrahim Mirmovsum Hekimzade kimi elm adamlari Babas Efendinin Bakidaki Sor Hamam mehellesindeki Mirze Feteli kucesi evine toplasar semimi elmi dini felsefi mezmunlu sohbetler eder Babas Efendinin Azerbaycan ereb fars rus dillerindeki serh ve izahatlarini dinleyer onun ensiklopedik dunyasi na heyranliqla meftun olduqlarini bildirerdiler Yenice Baki muhitine alisan omrunun geride qalan agrilarini unudan derin duygulu insanlar arasinda olmagindan hezz alan Babas Efendi 1934 cu ilde daha bir facie ile uzlesdi coxsayli ovladlari icerisinde ona yegane umid ciragi qalan Mollalar neslinin sevib qorudugu oglu Abdulhesimin muemmali olumu Babas Efendinin dunyasini qana boyadi Genc yaslarinda Musavatci olan Abdulhesimin en yaxin dostu boyuk dramaturq Cefer Cabbarli olmusdur Abdulhesimin olumu teklik ve umidsizliyin mudhis ve qara zehmini Babas Efendinin menziline ebedi qonaq getirdi Babas Efendi ogul veten yurd agrili seirler yazmaga basladi Basdan basa nale ve feryadlarla yogrulan bu seirler Molla Babasin talan ve viran konlune qismen rahatliq verirdi Oglum menden evvel eyledi vefat Bundan sonra mene de nedir heyat Cekdi o sineme sagalmaz dagi Saraldi qelbimin bagcasi bagi Acilmaz bagimda bir daha guller Qalmadi munisim eller ay eller Sevimli oglunun olumunden sonra onun yarimciq qalmis elm almaq arzusunu Bicoda yasayan emisi nevelerinin emelinde gormek isteyen Babas Mikayilzade boyuk heves ve istekle onlarin tehsiline maddi yardim gosterdi Zaman ve qurulusdan asili olmayaraq her bir esil muselman kimi savad ve elmi yuksek qiymetlendiren Babas Efendi cox sevdiyi eminevesi sonralar Biconun ilk ziyali qizi kimi taninan 16 yasli Zibanin Ziba Salamova sonralar Azerbaycanin maarifci muellimi kimi taninmis heyat yoldasi olmusdur tehsil almasi serefine seir de yazmisdi Salam olsun sene ay Ziba qizim Nesihet edirem dinle sen sozum Her zaman dersine cox sey eyle sen Oxu ki elmle yukseleceksen Yaxsi oxuyarsan tez ucalarsan Yoldaslar icinde meshur olarsan Qurtarib mektebi insan olarsan Adamlar icinde kamil olarsan Qizlarin bezisi exlaqsiz gezer Cekin sen onlardan eyle el hezer Cahilin sozune eyleme baver Agli kem olandan olammaz server Nadan kimselerle oturub durma Onlardan yetiser sene muemma Menim sozlerimi yadinda saxla Ta ki Mesailden yadigar qala 20 X 1938 ci il Mesail Ikinci dunya muharibesinin Boyuk Veten Muharibesi dovru baslayanda Babas Efendi yaxin qohumlarina Rusiyanin bu muharibede meglub olmasi hevesinde oldugunu ve bu meglubiyyetin Azerbaycanin azadligina sebeb olacagi ile bagli movqeyini demekden cekinmemisdi Muharibenin ilk aylarinda butun neslinde oglundan sonra en cox sevdiyi Kamal Huseynbaba oglu Mikayilovun itkin dusmesi onun qaysaq baglamis yaralarini qopartdi O muharibeye qesbkar rus siyasetine lenetler yagdiran insanliga felaket ve olum getiren muharibenin tezlikle qurtarmasini Azerbaycan xalqinin dusmeni olan Rusiyanin bu muharibede meglubiyyet arzularini ifade eden seirler yazdi SONMuharibeden sonra umidsizliye qapilan Babas Efendi 1946 ci ilde 84 yasinda teqaude cixdi Isden ayrilib ev muhitine qapilan Babas Efendini mudrik insanlar yalqiz ve tenha buraxmadilar Ele hemin ay Babas Efendi Seyxulislam Axund Aga Elizade terefinden 1944 cu ilde fealiyyeti berpa olunmus Qafqaz Muselmanlari Ruhani Idaresine indiki Qafqaz Muselmanlari Idaresi bas meslehetci vezifesine devet edildi 10 il bu idarede calisan Molla Babas uzun iller boyu exz etdiyi biliyini basqalarina oyretmekden hezz alaraq insanliq borcunu leyaqetle yerine yetirirdi Guclu yaddas hafize sahibi olan Babas Mikayilzadeni yaxsi taniyan dogma qardasi Necmeddin Mikayilzade Taceddin Efendi Molla Mehemmed Haci Mehyeddin oglu Molla Qara Rehimov Huseynbaba Salamoglu Canali Sirali oglu Mirzeyev Ziba Huseynbaba qizi onun parlaq ve zengin zekasindan aydin ve mentiqli muhakimelerinden hevesle xatireler soyleyirdiler Butun heyati boyu kimsesizlerin ve yoxsullarin dayaq ve umid unvani olan Babas Mikayilzade Bakida yasadigi 25 il erzinde nece nece hemkendlisine onlarla samaxiliya pasiban olmusdur Butun var dovletini zengin kitabxanasini elece de ozunun bildiklerini evinde saxlayib oxutdurdugu keslerden esirgememisdir Babas Efendinin yaxsiliqlarini hec vaxt unutmayan onun xidmetlerinden her yerde agizdolusu danisan Faiq Caneli oglu Mirzeyev o 1918 ci ilde Babas Efendinin ermeniler terefinden aileleri ile birlikde qetle yetirilmis qayinlarindan birinin sag qalmis qizi Eminenin ogludur 1994 cu ilde dunyasini deyismis Emine xanimi Babas Efendi saxlayib boyutmusdur Babas Efendi haqqinda deyir Babam xeyirxah esl Allah adami heyat yoldasi Nogulbaci adi Xanim olub da sozun esl menasinda esilzade xanim idi Ovlad umidini itiren bu insanlar qohumlarina ve kimsesizlere qaygi gostermeyi heyatlarinin menasina cevirmisdiler Davranisimizdan tutmus tehsilimizedek her bir problemimizle maraqlanan babam axsam biz eve qayitmamis yemek yemezdi O vaxt Bakiya yolu dusen imkansiz ve qalmaga yeri olmayan tanis adamlar onun evine penah getirerdiler Gelen qonaqlarin hamisini babamgil eyni hormetle qarsilayardi Bicoda yasadigi gunleri hesretle xatirlayan babam butun bicolulari qizgin mehebbetle sevib ezizleyer onlara qulluq gostererdi Nadir zeka ve elm sahibi merd ve qorxmaz insan Babas Mikayilzadenin heyatinin son dovru menevi ezablar icerisinde kecmisdir Ovladi Abdulhesim beyin olumunu tez tez xatirlamasi bundan duydugu uzuntuler onu qelbinde beslediyi mohnet ve derdlere tus etmisdi Omrunun sonunda olumle sovdelesen Hafizi Quran Babas Efendi sonradan yaxinlarina hem siyasi problem hem de menevi derd ve ezab olmasin deye butun yazdiqlarini yigib yandirmisdir Babas Efendi Haci Molla Bagi oglu Mikayilzade 1957 ci ilde qem karvani olan zengin ve menali heyatini basa vuraraq 95 yasinda bu dunyadan cox kuskun ve melalli kocmusdur Defninde istirak eden qohumlarinin soylediklerine gore Molla Babasin defni Baki ve Samaxinin elm ve din xadimlerinin elece de boyuk xalq kutlesinin sonsuz mehebbet ve ehtiramla istirak etdikleri tenteneli bir merasim kimi yaddaslara kocmusdur Qedim Bakinin indi cox temteraqli ustu gumbezli cil ciraqli bagli bagatli pillekenli su krantli hundur hasarli ezemetli ve bezekli mezarlari arasinda yolu rizi itmis gozu yollarda intizar qalan gileyli bir mezar var Hec kime borcu goz kolgesi olmayan bu mezar sahibi yolunda temennasiz ve minnetsiz eziyyet cekdiyi insanlarin gorusune hesretdir Bu hesret onu yaman usudur hem de yandirir Indi bir mezar var qoca Bakida Gozu yollardadi konlu intizar Itibdir ne vaxtdir rizi yolu da Bextinden eyleyir nale ahu zar Mezar var yoluna mermer dosenib Mezar var ustune guller elenib Mezar var dasina etir cilenib Mezar var ustune dusmeyir guzar Gunesden ulduzdan uca olan da Dogulub dunyaya bela olan da Torpagin vetenin pula satan da Bu dar mezarlarda yatir bextiyar Dunyada qiymetin alan almayan Metahin dunyada satan satmayan Izi bu dunyada qalan qalmayan Hamisi bir yatir omre intizar Mezar var ustu de deyisir il il Mezar var danisir dillenir dil dil Mezar var Xezine laldir ele bil Dasinda yazilib sade Mesail Istinadlar Azerbaycan qezeti 2 aprel 2013 cu il 67 6342 seh 4 az MenbeMuellif Azerbaycan Respublikasinin emekdar muellimi Meqalenin sonundaki seirin muellifi Fikret Mirzeyevdir Vikimenbede Kateqoriya Babas Efendi Mikayilzade ile elaqeli melumatlar var