Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu (30 aprel 1911, Bico, Şamaxı qəzası – 1996, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1965), professor, AMEA-nın həqiqi üzvü (1983).
Ədhəm Şıxəlibəyli | |
---|---|
Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Mükafatları |
Həyatı
Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyəti
Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969–1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir.
Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir.
Ədhəm Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü olmuşdur. Eyni zamanda BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü seçilmişdir. Həmçinin Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının üzvü olmuşdur. Habelə, professor Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini vəzifəsini icra etmişdir.
Elmi fəaliyyəti
Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələlərini müəyyən etmiş, onların struktur zonalara bölmüş və onların yaranmasında şimali-qərbi kembridənqabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca birləşmələrinə səbəb olmasını əsaslandırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetallik filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut etmişdir.
Ədhəm Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geologji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.
Vəfatı
Ədhəm Şıxəlibəyli 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Mükafatları
Ədhəm Şıxəlibəyli 1979-cu ildə Əməkdar elm xadimi fəxri adını qazanmışdır.
İstinadlar
- "Şixəlibəyli Ədhəm Şahlarbəy oğlu" (Azərbaycan). science.gov.az. 9-9-2021 tarixində .
- "Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu" (Azərbaycan). shamakhi-encyclopedia.az. 2-9-2016 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sixelibeyli Edhem Sahlarbey oglu 30 aprel 1911 Bico Samaxi qezasi 1996 Baki geologiya mineralogiya elmleri doktoru 1965 professor AMEA nin heqiqi uzvu 1983 Edhem SixelibeyliSixelibeyli Edhem Sahlarbey ogluDogum tarixi 30 aprel 1911Dogum yeri Bico Samaxi qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1996Vefat yeri Baki AzerbaycanElmi derecesi geologiya mineralogiya elmleri doktoruMukafatlariHeyatiEdhem Sixelibeyli 1911 ci ilde Samaxi qezasinin Bico kendinde indiki Agsu rayonu anadan olmusdur 1937 ci ilde Azerbaycan Dovlet Neft ve Senaye Universitetinin Geoloji kesfiyyat fakultesini bitirmisdir Edhem Sixelibeyli 1947 ci ilde Boyuk Qafqazin cenub yamacinin Azerbaycan hissesinin geoloji qurulusu movzusunda namizedlik dissertasiyasi mudafie ederek geologiya mineralogiya uzre felsefe doktoru 1965 ci ilde Kicik Qafqazin serq hissesinin geoloji qurulusu ve tektonik inkisaf tarixi Azerbaycan movzusunda doktorluq dissertasiyasi mudafie ederek geologiya mineralogiya uzre elmler doktoru elmi derecelerini almisdir 1968 ci ilde Azerbaycan EA muxbir uzvu 1983 cu ilde ise heqiqi uzvu secilmisdir Emek fealiyyetiEdhem Sixelibeyli 1954 cu ilden etibaren Geologiya ve Geofizika Institutunda fealiyyet gostermisdir Uzun muddet Geologiya ve Geofizika Institutunun Geotektonika stratiqrafiya ve litologiya sobesine rehberlik etmis Edhem Sixelibeyli hemcinin 1969 1971 ci illerde Elcezairde neft qaz yataqlarinin axtarisini aparan Sovet geoloqlar qrupuna da basciliq etmisdir Akademik 1992 ci ilden omrunun sonuna qeder Azerbaycan Geoloqlarinin Milli Komitesinin prezidenti vezifesinde cixis etmisdir O AEA nin Yer haqqinda Elmler Bolmesinin akademik katibinin muavini vezifesini icra etmisdir Edhem Sixelibeyli SSRI EA Geologiya geofizika geokimya ve dag elmleri sobesinin muessiselerarasi tektonik komissiyasinin uzvu olmusdur Eyni zamanda BDU nun Dovlet Geologiya ve Mineral Ehtiyatlari Komitesinin elmi texniki suralarinin uzvu secilmisdir Hemcinin Azerbaycan Sovet Ensiklopediyasi Redaksiya Surasinin uzvu olmusdur Habele professor Azerbaycan Milli Elmler Akademiyasinin Xeberler jurnali Yer Elmleri seriyasinin bas redaktorunun muavini vezifesini icra etmisdir Elmi fealiyyetiSerqi Qafqazin qirisiqliq sisteminin emele gelmesinin merhelelerini mueyyen etmis onlarin struktur zonalara bolmus ve onlarin yaranmasinda simali qerbi kembridenqabaq ve simal serqi rifey yariqlarinin rolunun elmi esaslarini vermisdir O simal serq istiqametde uzanan Qerbi Xezer gomulmus qalximini askar etmis ve bu qalximin Qafqaz qirisiqliq sisteminin musbet strukturlarinin Xezer denizine yaxinlasdiqca birlesmelerine sebeb olmasini esaslandirmisdir Ilk defe olaraq Balaken Zaqatala regionunda polimetallik filiz yataqlarinin askar edilmesi perspektivliyini subut etmisdir Edhem Sixelibeyli 250 den cox elmi eserin o cumleden 15 monoqrafiyanin muellifi ve Azerbaycanin geologji tektonik paleotektonik geomorfoloji neotektonik ve metallogenik xeritelerinin Qafqazin ve Avropanin tektonik xeritelerinin hemmuellifidir VefatiEdhem Sixelibeyli 1996 ci ilde Baki seherinde vefat etmisdir MukafatlariEdhem Sixelibeyli 1979 cu ilde Emekdar elm xadimi fexri adini qazanmisdir Istinadlar Sixelibeyli Edhem Sahlarbey oglu Azerbaycan science gov az 9 9 2021 tarixinde Sixelibeyli Edhem Sahlarbey oglu Azerbaycan shamakhi encyclopedia az 2 9 2016 tarixinde