BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
884 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 12 noyabr 1993 |
Sessiya | № 3313 |
Kod | S/RES/884 |
Səsvermə |
|
Mövzu | Qarabağ münaqişəsi |
Nəticə | Qəbul edildi |
Sənəd |
Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi.BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.
Zəmin
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.
Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı Azərbaycan dövlətinin, eləcə də ATƏM-in Minsk qrupunun fəaliyyətdə olan sədrinin BMT Təhlükəsizlik Şurasına müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və noyabrın 12-də 884 saylı qətnamə qəbul edir.
Qətnamənin mətni
Qətnamə 9 bənddən ibarətdir. I bənddə atəşkəsin pozulması, hərbi əməliyyatların yenidən başlanması, xüsusilə də Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsi, dinc əhaliyə qarşı hücumlar, Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsi pislənilir. II bənddə Təhlükəsizlik Şurası Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ermənilərinin 1993-cü ildə qəbul edilmiş qətnamələrə riayət etməsinə nail olmaq məqsədilə öz təsir gücündən istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır.
III-VI bəndlərdə ATƏM-in Minsk qrupunun 9 üzvünün 1993-cü il 4 noyabr tarixli atəşkəs barədə bəyanatı qiymətləndirilir. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yenilənmiş cədvəli"nə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılması, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması və Azərbaycan Respublikasının yaxın vaxtlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılması tələb olunur. Həmçinin, şura tərəfləri Rusiya Federasiyasının vasitəçiliyi, Minsk qrupunun dəstəyi ilə effektli və daimi atəşkəsə nail olmaq üçün danışıqları davam etdirməyə çağırır. VI bənddə isə region dövlətlərindən tələb edilir ki, münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən və müdaxilədən çəkinsinlər.
VII-IX bəndlərdə Baş katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərmələri, qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etmələri xahiş olunur. Baş katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk Konfransının sədrindən Minsk prosesinin gedişi, xüsusilə şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsi xahiş edilir.
Əhəmiyyəti
Qətnamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir. Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır. Belə ki, istənilən hərbi işğal müvəqqəti hesab olunur və işğal olunmuş ərazi üzərində suverenliyin verilməsinə səbəb ola bilməz. Bu da onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda hər hansı dövlət yaradıla bilməz.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr problemin həlli üçün açar kimi istifadə oluna biləcək qətnamələr idi. Digər üç qətnamədə olduğu kimi, bu sənəddə də Azərbaycan torpaqlarının işğalına dərhal son verilməli olduğu qərara alınıb və Dağlıq Qarabağ münaqişəsinin "regionda sülh və təhlükəsizliyə" təhlükə yaratdığı faktı Təhlükəsizlik Şurası tərəfindən etiraf edilib.
Sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğu təsdiq edilir. Məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.
Qətnamə münaqişənin təkcə Dağlıq Qarabağda deyil, həm də onun ətrafında davam etdiyini qeyd edir.
Sənəddə Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərilməsi və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik edilməsi kimi məsələlər qeyd olunub.
Tənqidi yanaşmalar
884 saylı qətnamənin də digər əlaqəli qətnamələr kimi zəif cəhətləri qismində bu sənədin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi göstərilir.
Abxaziya ilə əlaqədar BMT səviyyəsində qəbul edilmiş qətnamələrdə Abxaziyanın demoqrafik tərkibini dəyişdirmək cəhdləri, o cümlədən ərazini əvvəllər burada yaşamayan insanlarla məskunlaşdırmaq cəhdləri də pislənsə də, oxşar mövqe Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamələrdə qeyd olunmamış, sadəcə məcburi köçkün faktı təsdiq edilmişdi.
Qətnamədə Azərbaycanın ərazilərinin işğal edilməsi qeyd edilsə də və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması açıq-aşkar tələb olunsa da, yalnız erməni tərəfinin hərəkətlərinin pislənməsi ilə bağlı müddəaya rast gəlinmir: Təhlükəsizlik Şurası bu hissədə "atəşkəsin pozulması", "hərbi əməliyyatların başlanması", "maraqlı tərəflər" kimi məchul növdə ifadələrdən istifadə etməklə vəziyyətdən narahat olduğunu çatdırır. Bu da çox güman ki, Təhlükəsizlik Şurasında siyasi konsensusun (ing. consensus) olmamasından irəli gəlir. Halbuki, Abxaziya məsələsində eyni şura yalnız abxaz tərəfini hərəkətlərinə görə aşkar surətdə tənqid edir. Buna görədir ki, 884 saylı qətnamədə yenə məchul növdə ifadə edilmiş "işğalçı qüvvələrin çıxarılması" qeydində məhz hansı işğalçı qüvvələrin kim tərəfindən çıxarılmalı olduğu aydın əks olunmur. Hətta bununla bağlı aşkar surətdə məhz Ermənistan dövlətinin üzərinə adi bir tələb belə qoyulmur. Bütün bunlar yalnız qətnamənin məntiqli təhlili nəticəsində fərz oluna bilər. Bunun əksinə olaraq, xorvatlarla boşnaklar arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar sözügedən qətnamədən bir il əvvəl — 1992-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 752 saylı qətnaməsində münaqişədə işğalçı qüvvələri dəstəkləyən və bu mənada Ermənistanı xatırladan Xorvatiyanın üzərinə belə tələblər qoyulmuşdur.
Qətnamədə Azərbaycanın daha əvvəl işğal edilmiş ərazilərinin adları çəkilmir, əvəzində "yaxın zamanlarda işğal edilmiş başqa rayonlar" ifadəsindən istifadə olunur. Bəzi müəlliflərə görə, işğal olunmuş ərazilərdən hərbi qüvvələrinin çıxarılmasının dəqiq tarixinin qeyd olunmaması sənədin digər zəif cəhəti hesab edilir. Həmçinin işğal edilmiş ərazilərdən işğalçı qüvvələr çıxarılmadığı təqdirdə onların hansı cəza tədbirlərinə və ya sanksiyalara məruz qalacağı göstərilmir. Eləcə də, sənədin məzmunundan tam olaraq aydın deyil ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dərhal tərk etmələrinin, yoxsa münaqişənin atəşkəs və danışıqlar yolu ilə həllinin daha çox tərəfdarıdırlar.
Təhlükəsizlik Şurasının silahlanmaya ümumi qadağa və ya embarqo qoyulması ilə bağlı mövqeyi də birmənalı deyil. "Hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsi" Ermənistana tələb kimi deyil, çağırış kimi ifadə olunur.
Sənəddə əks olunmuş "ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsin təcili bərpa edilməsi" ilə bağlı qeyd sanki BMT-nin münaqişənin həllini Rusiyanın öhdəsinə qoyması kimi başa düşülür.
Qətnamə Azərbaycan ərazilərinin işğalını təsdiq etsə də, münaqişənin Azərbaycanın lehinə həll edilməsi istiqamətində BMT tərəfindən əməli addımlar atılmamışdır. Nəticədə, tərəflər arasında İkinci Qarabağ müharibəsinin baş verməsi qaçınılmaz olmuş və bunun ardınca 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulmuş, sülh sazişinin imzalanması ilə bağlı tərəflər arasında görüşlər keçirilmişdir. Bununla da üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.
Qətnaməyə zidd davranışlar
14 fevral 1994-cü ildə Azərbaycanın BMT yanındakı daimi missiyası həmin ilin yanvarında əldə etdiyi, Ermənistan Respublikası silahlı qüvvələrinin nizami hissələrinin Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştirakını təsdiq edən təkzibedilməz sübutları BMT-nin Baş katibinə təqdim edib. 884 saylı qətnamədə Ermənistana hərbi kampaniyanı genişləndirməməsi ilə bağlı çağırış edilsə də, təqdim edilən sübutlarda Ermənistan Respublikası silahlı qüvvələrinin 555-ci motoatıcı alayının 1994-cü il yanvarın 21-dən 22-nə keçən gecə Ermənistanın Vardenis rayonundan irəliləyərək Azərbaycanın Kəlbəcər rayonuna daxil olması əks olunub. Bununla bağlı Azərbaycan tərəfi Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus əməliyyat xəritələrini, əsir götürülən şəxsi heyətin imzalı ifadələrini, o cümlədən erməni hərbçilərinin hərbi biletini katibliyə göndərməklə Ermənistanın Azərbaycana birbaşa təcavüz etdiyini katibliyin diqqətinə çatdırıb.
884 saylı qətnamədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı qeyd edilsə də, müxtəlif illərdə müxtəlif dövlətlər tərəfindən buna zidd addımlar atılmışdır.
İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət sonra 2020-ci il noyabrın 25-də Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hadisəni "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobud pozuntusu" adlandıraraq "Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurduğunu" qeyd etmişdir. Fransa Senatının bu addımını tənqid edən Türkiyənin Ədalət və İnkişaf Partiyası, CHP, MHP və İYİ Partiyasının qəbul etdiyi ortaq bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı xatırlanmış və Senatın qəbul etdiyi qərarın beynəlxalq hüquq baxımından heç bir hüquqi qüvvəsinin olmadığı diqqətə çatdırılmışdır.
Həmçinin bax
İstinadlar
- Human Rights Watch. Seven Years of Conflict in Nagorno-Karabakh (PDF) (ingilis). USA. 1994. səh. 80. 28 sentyabr 2022 tarixində (PDF).
- Ruslan Rehimov. "Dağlık Karabağ'daki işgale son verilmesini öngören BMGK kararları uygulanmıyor" (türk). . 29 sentyabr 2020. 03 noyabr 2020 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- Efegil, Ertan; Kasımlı, Cavid. Dağlık Karabağ Üzerine Yazılar (türk). I. İstanbul: Gündoğan Yayınları. 2014. ISBN .
- "Sixteen years pass since occupation of Azerbaijan's Zengilan region by Armenia" (ingilis). today.az. 29 oktyabr 2009. 01 yanvar 2010 tarixində .
- karabakh99.com. "What is UN Security Council Resolution 884, adopted on November 12, 1993, about?" (ingilis). 2020. 27 oktyabr 2021 tarixində . İstifadə tarixi: 21 oktyabr 2022.
- "Armenia-Azerbaijan Conflict" GRS (ingilis). 24 sentyabr 1997. səh. 4.
- Akçay, Deniz. "Dağlık Karabağ Uyuşmazlığında Self-Determinasyon Tezlerinin Göreceliği". Ermeni Araştırmaları (65). 2020: səh. 101-129. 2023-07-01 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- "Doc. S/2016/711 — Letter dated 15 August 2016 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General" (ingilis). 2016. (#cite_web_url); (#accessdate_missing_url)
- Coppieters, Bruno; Olivier, Paye. UN and CSCE Policies in Transcaucasia // Contested Borders in the Caucasus (ingilis). Bruxelles: VUB Press. 1996. səh. 103-136. ISBN . 18 oktyabr 2022 tarixində .
- Toğrul Aliyev. "Dağlık Karabağ Sorunu ve Uluslararası Örgütler" (PDF) (türk). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Uluslararası İlişkiler Anabilim Dalı. 2006. 18 oktyabr 2022 tarixində (PDF). İstifadə tarixi: 18 oktyabr 2022.
- Ministry of Foreign Affairs (Azerbaijan). "Documents of International Organizations on the Armenia-Azerbaijan conflict" (PDF) (ingilis). 2017. 01 iyul 2022 tarixində (PDF). İstifadə tarixi: 23 oktyabr 2022.
- United Nations Security Council. "United Nations Security Council Resolution 752" (PDF) (ingilis). 15 may 1992. 19 oktyabr 2022 tarixində (PDF). İstifadə tarixi: 19 oktyabr 2022.
- meclis.gov.az. "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı" (az.). 26 noyabr 2020. 31 iyul 2022 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- "Doc. S/1994/147". 17 sentyabr 2021 tarixində . İstifadə tarixi: 23 oktyabr 2022.
- azertag.az. "Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" (az.). 25 noyabr 2020. 22 sentyabr 2022 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- meclishaber.tbmm.gov.tr. "TBMM'de dört partiden Fransa Senatosu'na ortak tepki" (türk). 27 noyabr 2020. 16 oktyabr 2022 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
Xarici keçidlər
- Qətnamənin rəsmi mətni
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
BMT Tehlukesizlik Surasinin 884 sayli qetnamesi 1993 cu il noyabrin 12 de 822 1993 853 1993 ve 874 1993 sayli qetnamelerinin bir daha tesdiq edilmesi ile Ermenistan ve Azerbaycan arasinda Dagliq Qarabag regionu ve onun etrafindaki erazilerde davam etmekde olan munaqise barede narahatligin ifade olundugu terefler arasinda ateskesin pozulmasinin xususile de Azerbaycanin Zengilan rayonunun ve Horadiz seherinin isgal edilmesinin pislenildiyi Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi terefinden qurumun 3313 cu iclasinda yekdillikle qebul edilmis qerar 884 sayli qetname BMT Tehlukesizlik Surasi terefinden Qarabag munaqisesi ile elaqedar qebul edilmis qetnamelerin dorduncusu ve sonuncusudur Munaqisenin sulh yolu ile helli istiqametinde novbeti illerde hem BMT nin qurumlari hem de diger beynelxalq teskilatlar terefinden qebul edilmis qerarlarda ve verilmis beyanatlarda BMT Tehlukesizlik Surasinin Dagliq Qarabag munaqisesile bagli qetnamelerine istinad edilmis ve onlarin icrasinin zeruriliyi qeyd olunmusdur Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi884 sayli qetnameZengilan rayonuTarixi 12 noyabr 1993Sessiya 3313Kod S RES 884Sesverme Lehine 15 Eleyhine 0 Biteref 0Movzu Qarabag munaqisesiNetice Qebul edildiSened Qetnamede herbi emeliyyatlarin dayandirilmasi teleb edilse de bu seylerin neticesi az oldu ve vaxtasiri butun cebhe boyu doyusler ve top atesleri davam etdi BMT Tehlukesizlik Surasinin Dagliq Qarabag munaqisesile bagli diger qetnameleri kimi 884 sayli qetname de Ermenistan terefinden novbeti illerde de icra edilmediyine gore Azerbaycan torpaqlari texminen 30 il erzinde isgal altinda qalmisdir Bununla elaqedar Azerbaycan prezidenti Ilham Eliyev BMT nin ikili standartlar tetbiq etdiyini bezi olkelerle bagli qerarlarin bir nece gun erzinde heyata kecirildiyi halda Azerbaycana qarsi eyni munasibetin gosterilmediyini defelerle vurgulamisdir ZeminEsas meqaleler Birinci Qarabag muharibesi ve 1993 Yay emeliyyatlari 1980 ci illerin sonlarinda Ermenistanla Azerbaycan arasinda baslanmis silahli munaqise 1993 cu ilde ozunun en sert dovrune qedem qoyur Bele ki bir birinin ardinca Kelbecer Agdere Agdam Cebrayil Fuzuli Qubadli ve Zengilan rayonlari ermeni silahli quvveleri terefinden isgal edilir Sahesi 707 km ehalisi 33 890 nefer olan Zengilan Azerbaycanin isgal olunmus sonuncu rayonu olur Tesadufi deyil ki BMT Tehlukesizlik Surasinin munaqise ile bagli butun qetnameleri de mehz 1993 cu ilde qebul edilir Dagliq Qarabag munaqisesinin genislenmesi ve Azerbaycanin Zengilan rayonunun Ermenistan silahli quvveleri terefinden isgali ile bagli Azerbaycan dovletinin elece de ATEM in Minsk qrupunun fealiyyetde olan sedrinin BMT Tehlukesizlik Surasina muracietini nezere alaraq Tehlukesizlik Surasi veziyyeti qiymetlendirir ve noyabrin 12 de 884 sayli qetname qebul edir Qetnamenin metniQetname 9 bendden ibaretdir I bendde ateskesin pozulmasi herbi emeliyyatlarin yeniden baslanmasi xususile de Zengilan rayonunun ve Horadiz seherinin isgal edilmesi dinc ehaliye qarsi hucumlar Azerbaycan Respublikasinin erazisinin bombardman edilmesi pislenilir II bendde Tehlukesizlik Surasi Ermenistan hokumetini Azerbaycan Respublikasinin Dagliq Qarabag regionunun ermenilerinin 1993 cu ilde qebul edilmis qetnamelere riayet etmesine nail olmaq meqsedile oz tesir gucunden istifade etmeye ve herbi kampaniyani genislendirmek ucun lazimi vasitelerin munaqiseye celb olunan quvvelere verilmemesini temin etmeye cagirir III VI bendlerde ATEM in Minsk qrupunun 9 uzvunun 1993 cu il 4 noyabr tarixli ateskes barede beyanati qiymetlendirilir Maraqli tereflerden ATEM in Minsk qrupunun 2 8 noyabr 1993 cu il tarixinde Vyanada kecirilen iclasinda edilen duzelislerle Tehlukesizlik Surasinin 822 1993 ve 853 1993 sayli qetnamelerinin heyata kecirilmesi uzre texiresalinmaz addimlarin yenilenmis cedveli ne uygun olaraq herbi emeliyyatlarin ve dusmencilik hereketlerinin derhal dayandirilmasi Zengilan rayonundan ve Horadiz seherinden isgalci quvvelerin birterefli qaydada cixarilmasi ve Azerbaycan Respublikasinin yaxin vaxtlarda isgal edilmis basqa rayonlarindan isgalci quvvelerin cixarilmasi teleb olunur Hemcinin sura terefleri Rusiya Federasiyasinin vasiteciliyi Minsk qrupunun desteyi ile effektli ve daimi ateskese nail olmaq ucun danisiqlari davam etdirmeye cagirir VI bendde ise region dovletlerinden teleb edilir ki munaqisenin genislenmesine sebeb ola bilecek hereketlerden ve mudaxileden cekinsinler VII IX bendlerde Bas katibden ve muvafiq beynelxalq qurumlardan Zengilan rayonunun Horadiz seherinin ve Azerbaycanin cenub serhedinin ehalisi de daxil olmaqla zerer cekmis ehaliye tecili humanitar yardim gostermeleri qacqin ve mecburi kockunlere tehlukesiz ve leyaqetle oz evlerine qayitmaqda komeklik etmeleri xahis olunur Bas katibden ATEM in fealiyyetde olan sedrinden ve ATEM in Minsk Konfransinin sedrinden Minsk prosesinin gedisi xususile suranin muvafiq qetnamelerinin heyata kecirilmesi ve suraya meruzelerin teqdim olunmasinin davam etdirilmesi xahis edilir EhemiyyetiQetname munaqisenin beynelxalq huququn norma ve prinsipleri esasinda helli uzre siyasi prosesin huquqi cercivesini mueyyen edir Burada beynelxalq huququn bir sira prinsipleri qeyd olunur Bele ki Azerbaycanin suverenlik huquqlarini ve erazi butovluyunu tehdid eden Dagliq Qarabag munaqisesi cercivesinde problemin sulh yolu ile helline cagirisdan basqa Azerbaycanin erazi butovluyu bir daha tesdiq edilir hemcinin serhedlerin toxunulmazligi prinsipi ile yanasi erazi elde etmek meqsedile guc tetbiqinin yolverilmezliyi prinsipi de bir daha xatirladilir Bele ki istenilen herbi isgal muveqqeti hesab olunur ve isgal olunmus erazi uzerinde suverenliyin verilmesine sebeb ola bilmez Bu da onu gosterir ki Azerbaycanin raziligi olmadan Dagliq Qarabagda her hansi dovlet yaradila bilmez BMT Tehlukesizlik Surasinin qebul etdiyi 822 853 874 884 sayli qetnameler problemin helli ucun acar kimi istifade oluna bilecek qetnameler idi Diger uc qetnamede oldugu kimi bu senedde de Azerbaycan torpaqlarinin isgalina derhal son verilmeli oldugu qerara alinib ve Dagliq Qarabag munaqisesinin regionda sulh ve tehlukesizliye tehluke yaratdigi fakti Tehlukesizlik Surasi terefinden etiraf edilib Senedde Dagliq Qarabag regionunun Azerbaycan erazisi oldugu tesdiq edilir Mehz Ermenistan Respublikasi ile Azerbaycan Respublikasi arasinda gerginliyin olmasinin vurgulanmasi Ermenistanin isgal prosesinde istirak etdiyini subut edir Qetname munaqisenin tekce Dagliq Qarabagda deyil hem de onun etrafinda davam etdiyini qeyd edir Senedde Zengilan rayonunun Horadiz seherinin ve Azerbaycanin cenub serhedinin ehalisi de daxil olmaqla zerer cekmis ehaliye tecili humanitar yardim gosterilmesi ve qacqin ve mecburi kockunlere tehlukesiz ve leyaqetle oz evlerine qayitmaqda komeklik edilmesi kimi meseleler qeyd olunub Tenqidi yanasmalar884 sayli qetnamenin de diger elaqeli qetnameler kimi zeif cehetleri qisminde bu senedin cagiris xarakterli olmasi movcud veziyyeti pislemekle kifayetlenmesi gosterilir Abxaziya ile elaqedar BMT seviyyesinde qebul edilmis qetnamelerde Abxaziyanin demoqrafik terkibini deyisdirmek cehdleri o cumleden erazini evveller burada yasamayan insanlarla meskunlasdirmaq cehdleri de pislense de oxsar movqe Dagliq Qarabagla bagli qebul edilmis qetnamelerde qeyd olunmamis sadece mecburi kockun fakti tesdiq edilmisdi Qetnamede Azerbaycanin erazilerinin isgal edilmesi qeyd edilse de ve isgalci quvvelerin bu erazilerden cixarilmasi aciq askar teleb olunsa da yalniz ermeni terefinin hereketlerinin pislenmesi ile bagli muddeaya rast gelinmir Tehlukesizlik Surasi bu hissede ateskesin pozulmasi herbi emeliyyatlarin baslanmasi maraqli terefler kimi mechul novde ifadelerden istifade etmekle veziyyetden narahat oldugunu catdirir Bu da cox guman ki Tehlukesizlik Surasinda siyasi konsensusun ing consensus olmamasindan ireli gelir Halbuki Abxaziya meselesinde eyni sura yalniz abxaz terefini hereketlerine gore askar suretde tenqid edir Buna goredir ki 884 sayli qetnamede yene mechul novde ifade edilmis isgalci quvvelerin cixarilmasi qeydinde mehz hansi isgalci quvvelerin kim terefinden cixarilmali oldugu aydin eks olunmur Hetta bununla bagli askar suretde mehz Ermenistan dovletinin uzerine adi bir teleb bele qoyulmur Butun bunlar yalniz qetnamenin mentiqli tehlili neticesinde ferz oluna biler Bunun eksine olaraq xorvatlarla bosnaklar arasinda bas vermis silahli munaqise ile elaqedar sozugeden qetnameden bir il evvel 1992 ci ilde qebul edilmis BMT Tehlukesizlik Surasinin 752 sayli qetnamesinde munaqisede isgalci quvveleri destekleyen ve bu menada Ermenistani xatirladan Xorvatiyanin uzerine bele telebler qoyulmusdur Ikinci Qarabag muharibesi neticesinde isgaldan azad edilen Zengilanda 1993 cu ilden qalma xarabaliq Qetnamede Azerbaycanin daha evvel isgal edilmis erazilerinin adlari cekilmir evezinde yaxin zamanlarda isgal edilmis basqa rayonlar ifadesinden istifade olunur Bezi muelliflere gore isgal olunmus erazilerden herbi quvvelerinin cixarilmasinin deqiq tarixinin qeyd olunmamasi senedin diger zeif ceheti hesab edilir Hemcinin isgal edilmis erazilerden isgalci quvveler cixarilmadigi teqdirde onlarin hansi ceza tedbirlerine ve ya sanksiyalara meruz qalacagi gosterilmir Elece de senedin mezmunundan tam olaraq aydin deyil ki Tehlukesizlik Surasinin daimi uzvleri ermenilerin isgal etdikleri Azerbaycan erazilerini derhal terk etmelerinin yoxsa munaqisenin ateskes ve danisiqlar yolu ile hellinin daha cox terefdaridirlar Tehlukesizlik Surasinin silahlanmaya umumi qadaga ve ya embarqo qoyulmasi ile bagli movqeyi de birmenali deyil Herbi kampaniyani genislendirmek ucun lazimi vasitelerin munaqiseye celb olunan quvvelere verilmemesi Ermenistana teleb kimi deyil cagiris kimi ifade olunur Senedde eks olunmus ATEM in Minsk qrupuna komek meqsedile Rusiya Federasiyasi hokumetinin yardimi ile heyata kecirilen birbasa elaqeler neticesinde elde edilen ateskesin tecili berpa edilmesi ile bagli qeyd sanki BMT nin munaqisenin hellini Rusiyanin ohdesine qoymasi kimi basa dusulur Qetname Azerbaycan erazilerinin isgalini tesdiq etse de munaqisenin Azerbaycanin lehine hell edilmesi istiqametinde BMT terefinden emeli addimlar atilmamisdir Neticede terefler arasinda Ikinci Qarabag muharibesinin bas vermesi qacinilmaz olmus ve bunun ardinca 2020 ci il noyabrin 10 da Azerbaycan Rusiya prezidentlerinin ve Ermenistan bas nazirinin imzaladiqlari ucterefli beyanatla 30 ilden artiq davam eden Ermenistan Azerbaycan Dagliq Qarabag munaqisesine Azerbaycan torpaqlarinin isgalina son qoyulmus sulh sazisinin imzalanmasi ile bagli terefler arasinda gorusler kecirilmisdir Bununla da ucterefli beyanat BMT Tehlukesizlik Surasinin 1993 cu ilde qebul etdiyi qetnamelerin icrasini temin etmisdir Qetnameye zidd davranislar14 fevral 1994 cu ilde Azerbaycanin BMT yanindaki daimi missiyasi hemin ilin yanvarinda elde etdiyi Ermenistan Respublikasi silahli quvvelerinin nizami hisselerinin Azerbaycan erazisinde herbi emeliyyatlarda istirakini tesdiq eden tekzibedilmez subutlari BMT nin Bas katibine teqdim edib 884 sayli qetnamede Ermenistana herbi kampaniyani genislendirmemesi ile bagli cagiris edilse de teqdim edilen subutlarda Ermenistan Respublikasi silahli quvvelerinin 555 ci motoatici alayinin 1994 cu il yanvarin 21 den 22 ne kecen gece Ermenistanin Vardenis rayonundan irelileyerek Azerbaycanin Kelbecer rayonuna daxil olmasi eks olunub Bununla bagli Azerbaycan terefi Ermenistan Respublikasi silahli quvvelerine mexsus emeliyyat xeritelerini esir goturulen sexsi heyetin imzali ifadelerini o cumleden ermeni herbcilerinin herbi biletini katibliye gondermekle Ermenistanin Azerbaycana birbasa tecavuz etdiyini katibliyin diqqetine catdirib 884 sayli qetnamede Azerbaycanin erazi butovluyu serhedlerinin toxunulmazligi qeyd edilse de muxtelif illerde muxtelif dovletler terefinden buna zidd addimlar atilmisdir Ikinci Qarabag muharibesinin basa catmasindan qisa muddet sonra 2020 ci il noyabrin 25 de Fransa Senatinda qondarma Dagliq Qarabag Respublikasinin taninmasinin zeruriliyine dair 145 nomreli qetname layihesi muzakire edilerek qebul edilmisdir Azerbaycan Respublikasi Prezidentinin komekcisi Hikmet Haciyev bu hadiseni BMT Tehlukesizlik Surasinin muvafiq qetnamelerinin kobud pozuntusu adlandiraraq Fransanin ister Minsk qrupunun hemsedr olkesi isterse de BMT Tehlukesizlik Surasinin daimi uzvu kimi merami ve obyektiv fealiyyeti ile bagli ciddi suallar dogurdugunu qeyd etmisdir Fransa Senatinin bu addimini tenqid eden Turkiyenin Edalet ve Inkisaf Partiyasi CHP MHP ve IYI Partiyasinin qebul etdiyi ortaq beyanatda BMT Tehlukesizlik Surasinin qetnamelerinde Dagliq Qarabagin Azerbaycan erazisi kimi tanindigi xatirlanmis ve Senatin qebul etdiyi qerarin beynelxalq huquq baximindan hec bir huquqi quvvesinin olmadigi diqqete catdirilmisdir Hemcinin baxVikimenbede elaqeli metnler BMT Tehlukesizlik Surasinin Dagliq Qarabag munaqisesile bagli qetnameleri 1993 Yay emeliyyatlari Zengilanin azad edilmesiIstinadlarHuman Rights Watch Seven Years of Conflict in Nagorno Karabakh PDF ingilis USA 1994 seh 80 28 sentyabr 2022 tarixinde PDF Ruslan Rehimov Daglik Karabag daki isgale son verilmesini ongoren BMGK kararlari uygulanmiyor turk 29 sentyabr 2020 03 noyabr 2020 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Efegil Ertan Kasimli Cavid Daglik Karabag Uzerine Yazilar turk I Istanbul Gundogan Yayinlari 2014 ISBN 975 520 306 5 Sixteen years pass since occupation of Azerbaijan s Zengilan region by Armenia ingilis today az 29 oktyabr 2009 01 yanvar 2010 tarixinde karabakh99 com What is UN Security Council Resolution 884 adopted on November 12 1993 about ingilis 2020 27 oktyabr 2021 tarixinde Istifade tarixi 21 oktyabr 2022 Armenia Azerbaijan Conflict GRS ingilis 24 sentyabr 1997 seh 4 Akcay Deniz Daglik Karabag Uyusmazliginda Self Determinasyon Tezlerinin Goreceligi Ermeni Arastirmalari 65 2020 seh 101 129 2023 07 01 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Doc S 2016 711 Letter dated 15 August 2016 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary General ingilis 2016 cite web url accessdate missing url Coppieters Bruno Olivier Paye UN and CSCE Policies in Transcaucasia Contested Borders in the Caucasus ingilis Bruxelles VUB Press 1996 seh 103 136 ISBN 90 5487 117 2 18 oktyabr 2022 tarixinde Togrul Aliyev Daglik Karabag Sorunu ve Uluslararasi Orgutler PDF turk Ankara Universitesi Sosyal Bilimler Enstitusu Uluslararasi Iliskiler Anabilim Dali 2006 18 oktyabr 2022 tarixinde PDF Istifade tarixi 18 oktyabr 2022 Ministry of Foreign Affairs Azerbaijan Documents of International Organizations on the Armenia Azerbaijan conflict PDF ingilis 2017 01 iyul 2022 tarixinde PDF Istifade tarixi 23 oktyabr 2022 United Nations Security Council United Nations Security Council Resolution 752 PDF ingilis 15 may 1992 19 oktyabr 2022 tarixinde PDF Istifade tarixi 19 oktyabr 2022 meclis gov az Azerbaycan Respublikasi Milli Meclisinin Beyanati az 26 noyabr 2020 31 iyul 2022 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Doc S 1994 147 17 sentyabr 2021 tarixinde Istifade tarixi 23 oktyabr 2022 azertag az Hikmet Haciyev Fransa Senatinin bu qetnamesi Azerbaycan ucun adi kagiz parcasindan basqa bir sey deyil az 25 noyabr 2020 22 sentyabr 2022 tarixinde Istifade tarixi 18 oktyabr 2022 meclishaber tbmm gov tr TBMM de dort partiden Fransa Senatosu na ortak tepki turk 27 noyabr 2020 16 oktyabr 2022 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Xarici kecidlerQetnamenin resmi metni