Bu məqalədə heç bir məlumatın mənbəsi .(aprel 2024) |
Bu məqalədə , təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. Xahiş olunur, mətni nəzərdən keçirin və yeni mənbələr əlavə edərək məqaləni zənginləşdirin. Əlavə məlumat üçün səhifənin yaza bilərsiniz. (aprel 2024) Lütfən, müzakirələr davam etdiyi müddətdə şablonu məqalədən çıxarmayın. |
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi.
Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir. Dilə yaradıcı münasibət təkcə bədii dildə deyil, başqa nitq növlərində də özünü göstərə bilər. Bununla belə, nitq yaradıcılığı, yalnız bədii dildə həlledici amilə çevrilir.
Nitq yaradıcılığında fikrin məntiq və dil qanunları baxımından uğurlu ifadəsinin, obrazlı ümumiləşdirmə ilə əlaqələndirilməsi və bunun obrazlı emosional təcəssümünün rolu mühümdür. Bütün bu amillərin qarşılıqlı əlaqəsi nəticəsində əsərdəki emosional funksiyalar estetik funksiyaya çevrilir. Estetik funksiya bu və ya digər dərəcədə başqa nitq üslublarına da məxsusdur. Lakin ümumxalq dilinin başqa nitq üslublarında dilin kommunikativ (əlaqə, ünsiyyət) və təfəkkür (düşüncə) funksiyası başlıca rol oynadığı halda, bədii nitqdə estetik qayə ön plana keçir. Söz sənətinin estetik keyfiyyəti ilk növbədə nitqin quruluşu ilə məzmunu arasında harmonik uyğunluq, nitqin obrazlı və emosional ifadə forması, sözlərin müxtəlif məna çalarları və sosial boyalarından bədii məqsədlərlə istifadə edilməsi, nitqin poetik və ritmik səslənməsi kimi amillərin qarşılıqlı əlaqəsindən yaranır. Bədii dilin estetik təsviri poetik əsərlərdə daha aydın surətdə nəzərə çarpır. Poetik əsərlərdə dil vasitələri şeirin bitkin sisteminə daxil olaraq, onun poetik intonasiya tərzinə uyğunlaşır, hər bir söz, ibarə ritmin tələbi ilə başqa söz və ifadələrlə assosiativ əlaqələrə girərək, yeni məna və üslub çalarları kəsb edir, daha aydın və ahəngdar səslənir. Məsələn:
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım.
Dağ başından enib düzə,
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım,
Bir səs gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən!
(Səməd Vurğun. “Şair nə tez qocaldın sən!”)
Göründüyü kimi, burada hər bir sətir (misra) başqa nitq növlərində olmayan xüsusi bir melodik intonasiya ilə tələffüz edilir və belə intonasiya, həmçinin poetik ritm, obrazlı və emosional ifadə vasitələri sayəsində gerçəklikdə olduğundan daha gözəl və estetik şəkil alır.
Bütün xalqların tarixində bədii dil ədəbi dildən əvvəl meydana gəlmiş və onun formalaşmasında həlledici rol oynamışdır. Ədəbi dil yarandıqdan sonra isə şair və yazıçılar öz yaradıcılıqlarında ilk növbədə onun sabitləşmiş normalarına əsaslanmışlar. Ancaq yeni dövr ədəbiyyatı müxtəlif dövrlərin və ayrı-ayrı sosial təbəqələrə mənsub bədii surətlərin sosioloji xarakterini, fərdi xüsusiyyətlərini təcəssüm etdirərkən öz dilində nəinki başq nitq növlərindən, həmçinin ayrı-ayrı dialekt və şivələrdən, köhnəlmiş söz və ifadələrdən də yaradıcı surətdə istifadə edir. Məsələn, barbarizmlər, vulqarizmlər, dialektizmlər. Belə ki, bədii surətlərin fərdi xüsusiyyətləri xeyli dərəcədə onların nitqində öz əksini tapır. Bu cəhətdən surətlərin nitqi müəllif dilindən tamamilə fərqlənə bilər. Əsərin müəllif dili ilə verilən hissələri ədəbi dil normalarına əsaslandığı halda, surətlərin nitqi danışıq dilinin xüsusiyyətlərinə yaxın olur.
Ədəbiyyat
- Axundov A. Dilin estetikası. Bakı. 1985.
- Vəliyev K. Dastan poetikası. Bakı. 1984.
- rus dilində
- Виноградов В.В. О теории художественной речи. М. 1971.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede hec bir melumatin menbesi gosterilmemisdir Lutfen etibarli menbeler elave etmekle meqaleni tekmillesdirmeye komek edin Qerez yaradan menbesiz hisseler muzakiresiz siline biler aprel 2024 Bu meqalede orijinal tedqiqata tesdiqlene bilmeyen ifadelere mulahize ve serhlere yer verildiyi dusunulur Xahis olunur metni nezerden kecirin ve yeni menbeler elave ederek meqaleni zenginlesdirin Elave melumat ucun sehifenin muzakire sehifesine yaza bilersiniz aprel 2024 Lutfen muzakireler davam etdiyi muddetde sablonu meqaleden cixarmayin Bedii dil edebi eserlerin seir nesr dramaturgiya ve s obrazli ve emosional tesvirinin dil vasiteleri ile ifade formasi Bedii dil diger nitq novlerinden resmi karguzarliq metbuat elmi adi danisiq dili ve s ozunemexsus cehetleri ile secilir Soz senetinin yenice meydana geldiyi ilk dovrlerde gundelik danisiq diline qarsi qoyulan bedii dil normalari her seyden evvel yuksek pafosu ve temteraqli ifade uslubu ritmik qurulusu intonasiya terzi ses tekrarlarindan alliterasiya assonans ve s genis istifadesi ile ferqlenirdi Sifahi xalq edebiyyatinda xususile ilk dovrlerde ferdi yaradiciliq tesebbusleri mehdud oldugundan sonraki nesiller ister ideya ve mezmun isterse de bedii ve senetkarliq baximindan esasen oz seleflerinin senet eserlerine arxalanmis yaradiciliq prosesinde onlari davam ve inkisaf etdirmisdir Orta esrler yazili edebiyyati da esasen normativ xarakter dasiyirdi Sade dilde yazmaq adi danisiq sozleri isletmek bedii eserlerde gundelik heyat meselelerinden behs etmek o zamanki dovrun soz senetine yuksek munasibet ile bir araya sigmirdi Edebiyyata senete bele munasibet eserin ciddi mezmunu ile yanasi her bir sozun enenevi poetika qayda qanunlari esasinda deqiq secilib yerli yerinde isledilmesini de nezerde tuturdu Orta esrler yazili poeziyasinda yuksek forma kamilliyi teleb eden normativ qanunlar hemin dovr seirinde yuksek romantik seciyyeli xususi poetik dilin yaranmasina sebeb olmusdu Yalniz XIX esrde bedii nesrin xususi bir janr kimi formalasmasindan ve heyatla daha yaxindan bagli olan realist poeziyanin guclenmesinden sonra aydin oldu ki poetik meqsedler ucun xususi nitq uslubundan istifade etmek hec de mecburi deyildir genis umumxalq dilinin basqa uslub novlerinden ve leksik qatlarindan istifade etmekle de yuksek senet eserleri yaratmaq mumkundur Edebi dilin spesifik uslublarindan sayilan bedii dilin basqa nitq novlerinden ferqi ilk novbede senetkarliq baximindan islenib cilalanmasinda yazicinin xususi meqsedlerine tabe edilmesinde ve demeli yaradiciliq mehsulu kimi tezahur etmesindedir Dile yaradici munasibet tekce bedii dilde deyil basqa nitq novlerinde de ozunu gostere biler Bununla bele nitq yaradiciligi yalniz bedii dilde helledici amile cevrilir Nitq yaradiciliginda fikrin mentiq ve dil qanunlari baximindan ugurlu ifadesinin obrazli umumilesdirme ile elaqelendirilmesi ve bunun obrazli emosional tecessumunun rolu muhumdur Butun bu amillerin qarsiliqli elaqesi neticesinde eserdeki emosional funksiyalar estetik funksiyaya cevrilir Estetik funksiya bu ve ya diger derecede basqa nitq uslublarina da mexsusdur Lakin umumxalq dilinin basqa nitq uslublarinda dilin kommunikativ elaqe unsiyyet ve tefekkur dusunce funksiyasi baslica rol oynadigi halda bedii nitqde estetik qaye on plana kecir Soz senetinin estetik keyfiyyeti ilk novbede nitqin qurulusu ile mezmunu arasinda harmonik uygunluq nitqin obrazli ve emosional ifade formasi sozlerin muxtelif mena calarlari ve sosial boyalarindan bedii meqsedlerle istifade edilmesi nitqin poetik ve ritmik seslenmesi kimi amillerin qarsiliqli elaqesinden yaranir Bedii dilin estetik tesviri poetik eserlerde daha aydin suretde nezere carpir Poetik eserlerde dil vasiteleri seirin bitkin sistemine daxil olaraq onun poetik intonasiya terzine uygunlasir her bir soz ibare ritmin telebi ile basqa soz ve ifadelerle assosiativ elaqelere girerek yeni mena ve uslub calarlari kesb edir daha aydin ve ahengdar seslenir Meselen Ovculuga meyil saldim Gece gunduz colde qaldim Dag basindan enib duze Bir ox kimi suze suze Nece ceyran nisan aldim Bir ses geldi gullelerden Sair ne tez qocaldin sen Semed Vurgun Sair ne tez qocaldin sen Gorunduyu kimi burada her bir setir misra basqa nitq novlerinde olmayan xususi bir melodik intonasiya ile teleffuz edilir ve bele intonasiya hemcinin poetik ritm obrazli ve emosional ifade vasiteleri sayesinde gerceklikde oldugundan daha gozel ve estetik sekil alir Butun xalqlarin tarixinde bedii dil edebi dilden evvel meydana gelmis ve onun formalasmasinda helledici rol oynamisdir Edebi dil yarandiqdan sonra ise sair ve yazicilar oz yaradiciliqlarinda ilk novbede onun sabitlesmis normalarina esaslanmislar Ancaq yeni dovr edebiyyati muxtelif dovrlerin ve ayri ayri sosial tebeqelere mensub bedii suretlerin sosioloji xarakterini ferdi xususiyyetlerini tecessum etdirerken oz dilinde neinki basq nitq novlerinden hemcinin ayri ayri dialekt ve sivelerden kohnelmis soz ve ifadelerden de yaradici suretde istifade edir Meselen barbarizmler vulqarizmler dialektizmler Bele ki bedii suretlerin ferdi xususiyyetleri xeyli derecede onlarin nitqinde oz eksini tapir Bu cehetden suretlerin nitqi muellif dilinden tamamile ferqlene biler Eserin muellif dili ile verilen hisseleri edebi dil normalarina esaslandigi halda suretlerin nitqi danisiq dilinin xususiyyetlerine yaxin olur EdebiyyatAxundov A Dilin estetikasi Baki 1985 Veliyev K Dastan poetikasi Baki 1984 rus dilindeVinogradov V V O teorii hudozhestvennoj rechi M 1971