Azərbaycan yaradılış mifləri — azərbaycanlıların mifik inanclarına görə dünyanın yaradılması və ilk insanların (əcdadların) məskunlaşmalarını təsvir edir.
Aləmin və insanın yaradılması
Qədim bir Azərbaycan əfsanəsinə görə, göylə birlikdə yoxdan var edilən yerin ardınca heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanlar qısa müddət ərzində çoxalıb yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra başlanğıcda bir olan göy və yer bir-birindən ayrılmışdır. Azərbaycan inanclarında göy Tanrının bir neməti olaraq qəbul edilir, "Göy üzü ilə Yer üzü Tanrının iki meyvəsidir deyilir".
İran Azərbaycan türkləri Altay və Qırğız türkləri ilə bənzər şəkildə əvvəlcə göyün, sonra isə yerin yaradıldığına inanırlar. İran azərbaycanlılarının inancına görə göy yeddi qatdır, ilk qatı torpaqdır, digərlərində isə mələklər vəzifələrinə uyğun olaraq yaşayırlar. Yeddinci qatda isə Tanrı taxtında oturub dünyanı idarə edir.
Azərbaycan mifoloji mətnlərində suyun yaradılışda oynadığı rol vurğulanır. Qeyd edilir ki, ilk əvvəl bütün yer su ilə örtülmüşdü. Allah suyu lil edir, sonra onu qurudub torpaq edir. Torpaqdan bitkilər cücərir, insanlar yaranır.Şah İsmayıl Xətainin "Gövhəri ab eylədim, tutdu cahanı sərbəsərp" sözləri də yaradılış dövrünə, yerin su ilə əhatə olunan ilk dövrünə işarədir.
Azərbaycan aşıq poeziyasında ab (su), atəş, xak (torpaq) və bad (hava) varlığı təşkil edən ünsürlər sayılır. Göyçəli Aşıq Nəcəf dünyanın 6 gündə yarandığını, insanın isə 4 ünsürdən yarandığını qeyd edir. Xaltanlı Tağı insanın yaranmasının 4 ünsürdən başladığını qeyd edir:
Abi-atəş, xak badan-cəm oldu,
Adəm dəryasından sorağa gəldim.
Şərin biətindən, dinin şərtindən,
Ana vücudundan yarpağa gəldim.
Təbiət hadisələrinin yaranması
Xalq arasındakı bir rəvayətə görə, Fatma qadın yeddi rəngdə yumaq dolayıb qıçının altına qoyduqdan sonra, əsən külək səbəbiylə yumaq diyirlənib getdiyi üçün Heydərə əsəbiləşir, belindəki ox və yayı çıxarıb onu vurmaq istəyir. Yayı düz tutmadığı üçün Heydər gülərək qaçıb, Fatma qadının yunlarını göyün yeddinci qatında gizlədib. Beləliklə, göy qurşağı yaranmışdır.
Təqvimlə bağlı yayılmış bir mifə görə Novruzda bir yerə toplaşan el biliciləri illərə ad vermişdir və insanların xasiyyəti ilin adını aldığı heyvana görə təyin edilir. Məsələn, insanlar siçan ilində gəmirib dağıdar, at ilində dözümlü olar, it ilində müharibə edərlər. Başqa bir mifdə isə qeyd edilir ki, hökmdar insanlarının illəri qarışdırdığını gördüyü üçün qarşısına çıxan heyvanlarla illəri adlandırmışdır.
Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Boz ay başqa aylardan gün aldığı üçün bu ayın günləri hava şəraiti baxımından müxtəlif keçir.
Əcdadlar
Azərbaycan mifik inanclarına görə, kainatdakı hər şeyin adını Dədə Qorqud vermişdir. Dədə Qorqun igidlərə “ər” adı verməsi onu demiurq (yaradıcı) və mədəni qəhrəman statusuna yüksəldir. Onda sözə əsaslanan məna səltənətinin yaradıcısı motivini görmək mümkündür.
Günəşin övladları ilə bağlı mifə görə, kainatın yaradıcısı və idarəçisi olan Günəş səyahətə çıxır. Bundan istifadə edən Günəşin naxələf övladları Qış, Duman və Bulud (Keçəl qız) onun istəkli övladı Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar. Günəş geri qayıtdıqdan sonra naxələf övladlarını cəzalandırır. Qış yer üzündən qovulur, Duman qayalara, Bulud isə dağlara göndərilir. Bundan sonra Günəş Saçlı qızı həmişə yanında gəzdirir. Bu mifə görə insanlar Saçlı qızın törəmələri və Günəşin istəkli nəvələridir. Dağ, Qaya, Təpə, Düzən, Çay, Dəniz isə Günəşin oğlan övladlarıdır.
“İnsan nəsli” adlanan əfsanəyə görə insan nəslinin yaranması 3 mərhələdən ibarətdir. Birinci nəsilin ömrü 500-600 ildir, uca və enlikürək olurlar, qazmada yaşayırlar. Birinci nəsilin sayı artanda yerdə yaşamaq üçün imkan olmayacağını görən Allah ömrü azaldaraq 300 il edib. İkinci nəsil artandan sonra Allah ömrü bir dəfə də azaldıb. Sonuncu insan nəsli 70-100 il yaşayır.
Qədim dövr mifoloji düşüncələrinə görə, keçmiş dövr insanları çox böyük olar. Bu inanca görə insanlar getdikcə balacalaşırlar və vaxt keçdikcə daha balaca olacaqlar. Buna görə də insanlar köhnə məzarların içində tapılan böyük sümüklərin azmanlara aid olduğunu iddia edər və "Uğuz ölçüsü" adlandırarlar. Bədəni böyük olan insanlara da "Uğuzdan qalma" deyilər. Azərbaycanın bəzi bölgələrində yazıya alınmış rəvayətlərə görə, uğuzlar (1000 il ömür) və ya uzunlar (300 il ömür) əvvəllər yaşamış, iri cüssəli, azman varlıqlardır. Onlardan danışılanda "bizim əcdadımız olub" deyilər. Uzunlar insan irqini meşədə tapmış, uzunların qocası gələcəyi görərək insanların uzunları əvəz edəcəyini bildirmişdir.
Aləmin ölüb-dirilməsi
Aləmin yatdığı vaxtda, Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir. Bu inanc tenqriçiliklə əlaqələndirilir.
İstinadlar
- Türk Mitolojisinin Ana Hatlari. Yaşar Çoruhlu, 2002. 237 səhifə
- Kalafat, 1998. səh. 59
- İRAN TÜRKLÜĞÜNDE GELENEKSEL TÜRK İNANÇLARININ ETKİ VE İZLERİ. Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks. Yrd. Doç. Dr. Mousa RAHIMI.
- Babək, 2011. səh. 48-49
- Babək, 2011. səh. 40
- Babək, 2011. səh. 14-15
- Karakurt, 2011. səh. 144
- Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 419-446
- Beydili, 2003. səh. 21
- Beydili, 2003. səh. 324
- Qafarlı, 1999. səh. 27-30
- Qafarlı, 2004. səh. 69
- Qaliboğlu, 2020. səh. 152
- Beydili, 2003. səh. 573-574
- Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- Beydili, 2003. səh. 42
Ədəbiyyat
- Aynur Babək. Azərbaycan folklorunda su ilə bağlı inamlar, Bakı, "Nurlan", 2011. – 212 səh.
- Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.
- Deniz Karakurt. Türk Əfsanə Sözlüyü. Türkiyə, 2011.
- Elçin Qaliboğlu (İmaməliyev). Yaradılış mifləri və Azərbaycan əfsanələri. Bakı, Elm və təhsil, 2020, 180 səh.
- Ramazan QAFARLI. MİF, ƏFSANƏ, NAĞIL VƏ EPOS (EPİK. ƏNƏNƏDƏ JARLARARASI ƏLAQƏ). Bakı, 1999.
- Ramazan QAFARLI. Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat). Bakı, 2004.
- Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan yaradilis mifleri azerbaycanlilarin mifik inanclarina gore dunyanin yaradilmasi ve ilk insanlarin ecdadlarin meskunlasmalarini tesvir edir Alemin ve insanin yaradilmasiEsas meqale Azerbaycan mifologiyasi Alemin yaranmasi ve sonuTebiet tesviri Qedim bir Azerbaycan efsanesine gore goyle birlikde yoxdan var edilen yerin ardinca heyvanlar bitkiler ve insanlar yaradilmisdir Insanlar qisa muddet erzinde coxalib yere sigmadiqlari ucun bir birleri ile mubarize etmeye baslamisdilar Bundan sonra baslangicda bir olan goy ve yer bir birinden ayrilmisdir Azerbaycan inanclarinda goy Tanrinin bir nemeti olaraq qebul edilir Goy uzu ile Yer uzu Tanrinin iki meyvesidir deyilir Iran Azerbaycan turkleri Altay ve Qirgiz turkleri ile benzer sekilde evvelce goyun sonra ise yerin yaradildigina inanirlar Iran azerbaycanlilarinin inancina gore goy yeddi qatdir ilk qati torpaqdir digerlerinde ise melekler vezifelerine uygun olaraq yasayirlar Yeddinci qatda ise Tanri taxtinda oturub dunyani idare edir Azerbaycan mifoloji metnlerinde suyun yaradilisda oynadigi rol vurgulanir Qeyd edilir ki ilk evvel butun yer su ile ortulmusdu Allah suyu lil edir sonra onu qurudub torpaq edir Torpaqdan bitkiler cucerir insanlar yaranir Sah Ismayil Xetainin Govheri ab eyledim tutdu cahani serbeserp sozleri de yaradilis dovrune yerin su ile ehate olunan ilk dovrune isaredir Azerbaycan asiq poeziyasinda ab su ates xak torpaq ve bad hava varligi teskil eden unsurler sayilir Goyceli Asiq Necef dunyanin 6 gunde yarandigini insanin ise 4 unsurden yarandigini qeyd edir Xaltanli Tagi insanin yaranmasinin 4 unsurden basladigini qeyd edir Abi ates xak badan cem oldu Adem deryasindan soraga geldim Serin bietinden dinin sertinden Ana vucudundan yarpaga geldim Tebiet hadiselerinin yaranmasi Xalq arasindaki bir revayete gore Fatma qadin yeddi rengde yumaq dolayib qicinin altina qoyduqdan sonra esen kulek sebebiyle yumaq diyirlenib getdiyi ucun Heydere esebilesir belindeki ox ve yayi cixarib onu vurmaq isteyir Yayi duz tutmadigi ucun Heyder gulerek qacib Fatma qadinin yunlarini goyun yeddinci qatinda gizledib Belelikle goy qursagi yaranmisdir Teqvimle bagli yayilmis bir mife gore Novruzda bir yere toplasan el bilicileri illere ad vermisdir ve insanlarin xasiyyeti ilin adini aldigi heyvana gore teyin edilir Meselen insanlar sican ilinde gemirib dagidar at ilinde dozumlu olar it ilinde muharibe ederler Basqa bir mifde ise qeyd edilir ki hokmdar insanlarinin illeri qarisdirdigini gorduyu ucun qarsisina cixan heyvanlarla illeri adlandirmisdir Bir efsaneye gore kecmis zamanda il aylara bolunende her aya 32 gun verilir Boz aya ise 14 gun dusur Boz ay incimesin deye her ay Boz aya 1 gun verir Boz az yene qisa qaldigi ucun bezi aylar yene ona gun verir Boz ay basqa aylardan gun aldigi ucun bu ayin gunleri hava seraiti baximindan muxtelif kecir Ecdadlar Dede Qorqudun portreti Asif Azerelli Azerbaycan mifik inanclarina gore kainatdaki her seyin adini Dede Qorqud vermisdir Dede Qorqun igidlere er adi vermesi onu demiurq yaradici ve medeni qehreman statusuna yukseldir Onda soze esaslanan mena seltenetinin yaradicisi motivini gormek mumkundur Gunesin ovladlari ile bagli mife gore kainatin yaradicisi ve idarecisi olan Gunes seyahete cixir Bundan istifade eden Gunesin naxelef ovladlari Qis Duman ve Bulud Kecel qiz onun istekli ovladi Suani Sacli qizi esir edib tendire salirlar Gunes geri qayitdiqdan sonra naxelef ovladlarini cezalandirir Qis yer uzunden qovulur Duman qayalara Bulud ise daglara gonderilir Bundan sonra Gunes Sacli qizi hemise yaninda gezdirir Bu mife gore insanlar Sacli qizin toremeleri ve Gunesin istekli neveleridir Dag Qaya Tepe Duzen Cay Deniz ise Gunesin oglan ovladlaridir Insan nesli adlanan efsaneye gore insan neslinin yaranmasi 3 merheleden ibaretdir Birinci nesilin omru 500 600 ildir uca ve enlikurek olurlar qazmada yasayirlar Birinci nesilin sayi artanda yerde yasamaq ucun imkan olmayacagini goren Allah omru azaldaraq 300 il edib Ikinci nesil artandan sonra Allah omru bir defe de azaldib Sonuncu insan nesli 70 100 il yasayir Qedim dovr mifoloji dusuncelerine gore kecmis dovr insanlari cox boyuk olar Bu inanca gore insanlar getdikce balacalasirlar ve vaxt kecdikce daha balaca olacaqlar Buna gore de insanlar kohne mezarlarin icinde tapilan boyuk sumuklerin azmanlara aid oldugunu iddia eder ve Uguz olcusu adlandirarlar Bedeni boyuk olan insanlara da Uguzdan qalma deyiler Azerbaycanin bezi bolgelerinde yaziya alinmis revayetlere gore uguzlar 1000 il omur ve ya uzunlar 300 il omur evveller yasamis iri cusseli azman varliqlardir Onlardan danisilanda bizim ecdadimiz olub deyiler Uzunlar insan irqini mesede tapmis uzunlarin qocasi geleceyi gorerek insanlarin uzunlari evez edeceyini bildirmisdir Alemin olub dirilmesiAlemin yatdigi vaxtda Novruz bayramina acilacaq gece gunduze cevirilende canli ve cansiz alemde olan her sey bir anliq yatir ve sonra oyanir Bunun menasi olub dirilmedir Alemin yatdigi vaxt deyilen zaman perioduna yaradilisdan beri kecmis butun zamanlar daxildir Menasi yaradilisin tezelenerek yeniden canlanmasini simvolize etmesidir Bu vaxt her gelende dunya yeniden tezelenir ve buna gore de alemin yatdigi vaxt yaradilis anini simvolize edir Bu inanc tenqricilikle elaqelendirilir IstinadlarTurk Mitolojisinin Ana Hatlari Yasar Coruhlu 2002 237 sehife Kalafat 1998 seh 59 IRAN TURKLUGUNDE GELENEKSEL TURK INANCLARININ ETKI VE IZLERI Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks Yrd Doc Dr Mousa RAHIMI Babek 2011 seh 48 49 Babek 2011 seh 40 Babek 2011 seh 14 15 Karakurt 2011 seh 144 Esatirler efsane ve revayetler Baki Serq Qerb 2005 anl az Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 419 446 Beydili 2003 seh 21 Beydili 2003 seh 324 Qafarli 1999 seh 27 30 Qafarli 2004 seh 69 Qaliboglu 2020 seh 152 Beydili 2003 seh 573 574 Esatirler efsane ve revayetler Baki Serq Qerb 2005 anl az Beydili 2003 seh 42EdebiyyatAynur Babek Azerbaycan folklorunda su ile bagli inamlar Baki Nurlan 2011 212 seh Beydili Celal Turk Mitolojisi Ansiklopedik Sozluk turk Yurt Yayinevi 2003 Deniz Karakurt Turk Efsane Sozluyu Turkiye 2011 Elcin Qaliboglu Imameliyev Yaradilis mifleri ve Azerbaycan efsaneleri Baki Elm ve tehsil 2020 180 seh Ramazan QAFARLI MIF EFSANE NAGIL VE EPOS EPIK ENENEDE JARLARARASI ELAQE Baki 1999 Ramazan QAFARLI Azerbaycan turklerinin mifologiyasi mifik dunya modeli tesnifat Baki 2004 Kalafat Yasar Eski Turk Dini Izleri turk 1998 Azerbaycan etnoqrafiyasi Uc cildde III cild 2007 Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb