Aləmin yatdığı vaxt və ya İlin təhvil olunması anı — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir.
Təsviri
Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər. Zəngəzur azərbaycanlılarının inanclarında bu an belə qeyd edilir: "Gecə, deyillər, su dayanır. Su dayanan vaxtı görsən ki, su dayanır, niyyətin tutur, görməsən, tutmur". Ağdaş azərbaycanlıları təzə suyu zəm-zəm suyu, dirilik suyu və ya Cənnətdən gələn su hesab edirdilər.
Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. İnsanlar (çeşmə başına gedib), əl-üzünü yuyar, su üstündən atılıb, evə yeni su gətirərlər. Xalq inancına görə, biri sudan götürüb, xəmir yoğursa, sudakı balaca daşlardan evə gətirib, yağ küpünə, çörək qabına və ya evin bir bucağına qoysa, o evdə çörək bol olar. Naxçıvanda təzə su güllərin dibinə tökülər, qalanı isə saxlanılardı.
Heyvanlar qəribə hərəkətlər edərək bu anı insanlara xəbər verirlər. Digər təbiət cisimləri də qeyri-adi hala düşür. Məsələn, ağaclar başlarını əyib torpağa toxunur.
Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir. Aləmin yatdığı vaxt deyilən period dünyanın başlanğıcının bir anını özündə saxlamışdır və buna görə də təbiətin sonsuz ölüb-dirilmələr dövranında əbədi yaşayışı canlandıran bir rəmzdir. Yəni aləmin yatdığı vaxtda köhnə nə varsa, yuxuya gedər, oyanması, başqa bir deyişlə ölüb-dirilməsi ilə hamısının adı simvolik olaraq "dəftərdən silinər". Bu anlayış təbiət və yaradılışın davamlılığına dair köhnə düşüncədən gəlir. Aləmin yatdığı vaxt inancındakı ölüb-dirilmə motivi türk tanrıçılıq inanclarının izlərini daşıyır.
Həmçinin bax
- — türk və altay xalq mədəniyyətində yeni ilin başlanğıcı.
İstinadlar
- Qasımova, 2018. səh. 116
- Beydili, 2003. səh. 42
- Qasımova, 2018. səh. 129
- Qasımova, 2018. səh. 130
- Beydili, 2003. səh. 431
Mənbə
- Sevinc Qasımova. Azərbaycanda Novruz ənənə və inancları. Bakı, "Elm və təhsil", 2018, 188 səh.
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Alemin yatdigi vaxt ve ya Ilin tehvil olunmasi ani Azerbaycan xalq inanclarinda qisin qurtardigi yazin basladigi mistik vaxt Bu vaxt tebietin tezelenmesini simvolize edir TesviriAxar su Lerik rayonu Alemin yatdigi vaxt Novruz bayramina acilacaq gece gunduze cevirilende bulaqlar dereler caylar yeni butun axan sular bir anligina dayanib tekrar axanda bas verir Bu zaman canli ve cansiz alemde olan her sey bir anliq yatir ve sonra oyanir Bunun menasi olub dirilmedir Hemin vaxtda kim ne arzu dilese yerine yeter Zengezur azerbaycanlilarinin inanclarinda bu an bele qeyd edilir Gece deyiller su dayanir Su dayanan vaxti gorsen ki su dayanir niyyetin tutur gormesen tutmur Agdas azerbaycanlilari teze suyu zem zem suyu dirilik suyu ve ya Cennetden gelen su hesab edirdiler Her sey tezelendiyi ucun gece evdeki kohne su atilmali butun qablar teze su ile yuyulmalidir Insanlar cesme basina gedib el uzunu yuyar su ustunden atilib eve yeni su getirerler Xalq inancina gore biri sudan goturub xemir yogursa sudaki balaca daslardan eve getirib yag kupune corek qabina ve ya evin bir bucagina qoysa o evde corek bol olar Naxcivanda teze su gullerin dibine tokuler qalani ise saxlanilardi Heyvanlar qeribe hereketler ederek bu ani insanlara xeber verirler Diger tebiet cisimleri de qeyri adi hala dusur Meselen agaclar baslarini eyib torpaga toxunur Alemin yatdigi vaxt deyilen zaman perioduna yaradilisdan beri kecmis butun zamanlar daxildir Menasi yaradilisin tezelenerek yeniden canlanmasini simvolize etmesidir Bu vaxt her gelende dunya yeniden tezelenir ve buna gore de alemin yatdigi vaxt yaradilis anini simvolize edir Alemin yatdigi vaxt deyilen period dunyanin baslangicinin bir anini ozunde saxlamisdir ve buna gore de tebietin sonsuz olub dirilmeler dovraninda ebedi yasayisi canlandiran bir remzdir Yeni alemin yatdigi vaxtda kohne ne varsa yuxuya geder oyanmasi basqa bir deyisle olub dirilmesi ile hamisinin adi simvolik olaraq defterden siliner Bu anlayis tebiet ve yaradilisin davamliligina dair kohne dusunceden gelir Alemin yatdigi vaxt inancindaki olub dirilme motivi turk tanriciliq inanclarinin izlerini dasiyir Hemcinin bax turk ve altay xalq medeniyyetinde yeni ilin baslangici IstinadlarQasimova 2018 seh 116 Beydili 2003 seh 42 Qasimova 2018 seh 129 Qasimova 2018 seh 130 Beydili 2003 seh 431MenbeSevinc Qasimova Azerbaycanda Novruz enene ve inanclari Baki Elm ve tehsil 2018 188 seh Turk Mitolojisi Ansiklopedik Sozluk Celal Beydili 2003 Yurt Yayinevi turk