Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycan və sovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitab və monoqrafiyanın müəllifi. Azadə Rüstəmova əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri, xüsusən də Nizami Gəncəvini irsi haqqında tədqiqatları ilə tanınır.
Azadə Rüstəmova | |
---|---|
Azadə Cəfər qızı Rüstəmova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Elm sahələri | şərqşünaslıq, ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Ədəbiyyat İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti; REA Şərqşünaslıq İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | Yevgeni Bertels |
Tanınmış yetirmələri | Teymur Kərimli, Lalə Əlizadə, Məmmədli Nəzakət Fətəli qızı |
Mükafatları |
Həyatı
Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. O, 132 saylı şəhər orta məktəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində davam etdirib. Rüstəmova 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur. O, 1956-cı ildə SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin elmi rəhbərliyi altında Füzulinin "Leyli və Məcnun" poeması mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Azadə Rüstəmova Azərbaycana döndükdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb, 1971-ci ildə "XII-XVII əsrlərdə Azərbaycan epik şeirinin inkişaf yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 1961–1991-ci illərdə Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri işləyib, 1990-cı ildə professor adını alıb.Orta əsrlər Azərbaycan ədəbiyyatı, sonra Nizamişünaslıq şöbələrinə uzun müddət rəhbərlik edən Azadə Rüstəmova 1991-ci ildən Orta əsrlər şöbəsində baş elmi işçi olub.
1992–2000-ci illərdə Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü olub, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Akademik fəaliyyəti
Azadə Rüstəmova əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri, xüsusən də Nizami Gəncəvini irsi haqqında tədqiqatları ilə tanınır.
Onun fəaliyyətinin əsas istiqamətini orta əsrlər ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiq və təhlili təşkil edirdi. Orta əsrlər Azərbaycan şeirinin tarixi-nəzəri səpkidə araşdırılması, həmin dövr ədəbiyyatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əlaqələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ideyalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin tədqiqatlarında öz elmi həllini tapmışdır.
O, 15-dən artıq kitabın, 300-ə qədər məqalənin, o cümlədən, "Azərbaycan epik şeirinin inkişaf yolları (XII–XVII əsrlər)" (1977), Nizami Gəncəvi (həyatı və sənəti)" (1979), "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası" (1990), "Mütəfəkkir Mövlana Füzuli" (1996), "Nizami və onun poeziya sələfləri" (2001) və b. əhəmiyyətli tədqiqatların müəllifidir. Həmçinin, Türkiyədə nəşr olunan 30 cildlik "Türk xalqları ədəbiyyatı ensiklopediyası"nın "Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı" hissəsini yazmışdır. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış "Azərbaycan ədəbiyyatı (müxtəsər oçerk)" kitabının (2003), nəşr edilməkdə olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi"nin II, III cildlərinin müəlliflərindən biridir.
Azadə Rüstəmova 15-dən artıq elmi kadr yetişdirmişdir.
Azadə Rüstəmova Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1982), ilə təltif edilmişdir (1971).
Azadə Rüstəmova 2005-ci il aprelin 19-da Bakıda vəfat etmişdir.
Bəzi işləri
- Füzuii yaşayır. (Vəfatının 400 illiyi münasibətilə) // Azərbaycan müəllimi. — 1958. — 6 aprel
- Nizami və Füzuli "Leyli və Məcnun"ları. (Füzulinin 400 illiyi münasibətilə // Ədəbiyyat və incəsənət. — 1958. — 12 aprel.
- Füzulinin lirikası // Bakı. — 1958. — 14 avqust
- Füzuli "Leyli və Məcnun"unda qadına münasibət // Azərbaycan qadını. — 1958. — № 7.- S. 16–17.
- Füzulinin "Leyli və Məcnun" poemasının ideya-bədii xüsusiyyətləri // Məhəmməd Füzuli. Elmi-tədqiqi məqalələr. — Bakı: Azərnəşr, 1958.-S. 139–173
- Vidadinin irsi və onun nəşri tarixindən // Azərbaycan SSR EA Xəbərləri. İctimai elmlər ser. — 1960. — № 4. — S. 113–121.
- Fələki irsinin öyrənilməsi tarixindən // Azərbaycan SSR EA Xəbərləri. İctimai elmlər ser. — 1961. — № 3. — S.87–92.
- Низамиведение: достижения и задачи // Известия Академии наук Азербайджанской ССР. Bakı. 1987. S. 49–60.
- Fələki Şirvani // Академия наук Азербайджанской ССР. Институт литературы имени Низами. Bakı: Элм. 1987. S. 78.
- Азербайджанская литература : краткий очерк для азербайджанской диаспоры. Bakı: Элм. ред.: Б. А. Набиев, Т. Г. Керимли. 2005. 456. ISBN .
İstinadlar
- http://azertag.az/xeber/ADABIYYATSUNAS_ALIMIN_75_ILLIYI_QEYD_OLUNMUSDUR-376236.
- Hidayətqızı S. Elmimizin Azadə Rüstəmova səhifəsi: parlaq, zəngin və mənalı // 525-ci Qəzet (30). — 2013. aprel.
- Xəlilzadə F. Tarixi-poetik həqiqətlərə sadiqlik // Kaspiy (17-19). — 2014. may. — S. 16.
- "Rüstəmova Azadə Cəfər qızı". Science.gov.az. 2 dekabr 2018 tarixində arxivləşdirilib.
- "Orta əsrlərdən başlanan yol". Milli.Az (az.). 2012-07-18. İstifadə tarixi: 2024-01-07.
- "Ədəbiyyatşünas ömrü". medeniyyet.az. 26-07-2017. İstifadə tarixi: 2024-01-07.
- Ədəbiyyatşünas alimin 75 illiyi qeyd olunmuşdur // modern.az (3). — 2007. may.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azade Cefer qizi Rustemova 18 iyul 1932 Baki Azerbaycan SSR SSRI 19 aprel 2005 Baki Azerbaycan Azerbaycan ve sovet serqsunasi ve edebiyyatsunasi filologiya elmleri doktoru professor Azerbaycanin emekdar elm xadimi Azerbaycan Elmler Akademiyasinin muxbir uzvu Texminen 300 meqalenin hemcinin 20 kitab ve monoqrafiyanin muellifi Azade Rustemova esasen klassik Azerbaycan poeziyasinin numayendeleri xususen de Nizami Gencevini irsi haqqinda tedqiqatlari ile taninir Azade RustemovaAzade Cefer qizi RustemovaDogum tarixi 18 iyul 1932Dogum yeri Baki Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 19 aprel 2005 72 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanElm saheleri serqsunasliq edebiyyatsunasliqElmi derecesi elmler doktoruElmi adi professorIs yeri AMEA Edebiyyat InstitutuAlma mater Baki Dovlet Universiteti REA Serqsunasliq InstitutuTehsili Baki Dovlet UniversitetiElmi rehberi Yevgeni BertelsTaninmis yetirmeleri Teymur Kerimli Lale Elizade Memmedli Nezaket Feteli qiziMukafatlari 1971HeyatiAzade Cefer qizi Rustemova 1932 ci il iyulun 18 de Baki seherinde anadan olub O 132 sayli seher orta mektebini bitirdikden sonra tehsilini Azerbaycan Dovlet Universitetinin serqsunasliq fakultesinde davam etdirib Rustemova 1951 ci ilde universiteti ferqlenme diplomu ile bitirmis ve Moskvada kecmis SSRI Elmler Akademiyasi Serqsunasliq Institutunun aspiranti 1953 1956 olmusdur O 1956 ci ilde SSRI EA nin muxbir uzvu Yevgeni Bertelsin elmi rehberliyi altinda Fuzulinin Leyli ve Mecnun poemasi movzusunda namizedlik dissertasiyasi mudafie edib Azade Rustemova Azerbaycana dondukden sonra Azerbaycan Milli Elmler Akademiyasinin Nizami adina Edebiyyat Institutunda kicik elmi isci boyuk elmi isci vezifelerinde calisib 1971 ci ilde XII XVII esrlerde Azerbaycan epik seirinin inkisaf yollari movzusunda doktorluq dissertasiyasi mudafie edib O 1961 1991 ci illerde Edebiyyat Institutunun Nizamisunasliq sobesinin mudiri isleyib 1990 ci ilde professor adini alib Orta esrler Azerbaycan edebiyyati sonra Nizamisunasliq sobelerine uzun muddet rehberlik eden Azade Rustemova 1991 ci ilden Orta esrler sobesinde bas elmi isci olub 1992 2000 ci illerde Ali Attestasiya Komissiyasi Ekspert Surasinin uzvu olub 2001 ci ilde AMEA nin muxbir uzvu secilib Akademik fealiyyetiAzade Rustemova esasen klassik Azerbaycan poeziyasinin numayendeleri xususen de Nizami Gencevini irsi haqqinda tedqiqatlari ile taninir Onun fealiyyetinin esas istiqametini orta esrler edebiyyatinin tarixi nezeri problemlerinin tedqiq ve tehlili teskil edirdi Orta esrler Azerbaycan seirinin tarixi nezeri sepkide arasdirilmasi hemin dovr edebiyyatimizin janr metod ve uslub xususiyyetleri folklor elaqeleri varis ve irs problemi klassik senetkarlarimizin humanist beseri ideyalarinin dini ve sufi panteist fikrin poeziyadaki tecessumu ve b meseleler alimin tedqiqatlarinda oz elmi hellini tapmisdir O 15 den artiq kitabin 300 e qeder meqalenin o cumleden Azerbaycan epik seirinin inkisaf yollari XII XVII esrler 1977 Nizami Gencevi heyati ve seneti 1979 Klassik Azerbaycan poeziyasinda qezel Janrin tarixi ve poetikasi 1990 Mutefekkir Movlana Fuzuli 1996 Nizami ve onun poeziya selefleri 2001 ve b ehemiyyetli tedqiqatlarin muellifidir Hemcinin Turkiyede nesr olunan 30 cildlik Turk xalqlari edebiyyati ensiklopediyasi nin Qedim ve Orta esrler Azerbaycan edebiyyati hissesini yazmisdir Xaricde yasayan azerbaycanlilar ucun yazilmis Azerbaycan edebiyyati muxteser ocerk kitabinin 2003 nesr edilmekde olan coxcildli Azerbaycan edebiyyati tarixi nin II III cildlerinin muelliflerinden biridir Azade Rustemova 15 den artiq elmi kadr yetisdirmisdir Azade Rustemova Emekdar elm xadimi fexri adina layiq gorulmus 1982 Seref nisani ordeni ile teltif edilmisdir 1971 Azade Rustemova 2005 ci il aprelin 19 da Bakida vefat etmisdir Bezi isleriFuzuii yasayir Vefatinin 400 illiyi munasibetile Azerbaycan muellimi 1958 6 aprel Nizami ve Fuzuli Leyli ve Mecnun lari Fuzulinin 400 illiyi munasibetile Edebiyyat ve incesenet 1958 12 aprel Fuzulinin lirikasi Baki 1958 14 avqust Fuzuli Leyli ve Mecnun unda qadina munasibet Azerbaycan qadini 1958 7 S 16 17 Fuzulinin Leyli ve Mecnun poemasinin ideya bedii xususiyyetleri Mehemmed Fuzuli Elmi tedqiqi meqaleler Baki Azernesr 1958 S 139 173 Vidadinin irsi ve onun nesri tarixinden Azerbaycan SSR EA Xeberleri Ictimai elmler ser 1960 4 S 113 121 Feleki irsinin oyrenilmesi tarixinden Azerbaycan SSR EA Xeberleri Ictimai elmler ser 1961 3 S 87 92 Nizamivedenie dostizheniya i zadachi Izvestiya Akademii nauk Azerbajdzhanskoj SSR Baki 1987 S 49 60 Feleki Sirvani Akademiya nauk Azerbajdzhanskoj SSR Institut literatury imeni Nizami Baki Elm 1987 S 78 Azerbajdzhanskaya literatura kratkij ocherk dlya azerbajdzhanskoj diaspory Baki Elm red B A Nabiev T G Kerimli 2005 456 ISBN 5 8066 1788 3 Istinadlarhttp azertag az xeber ADABIYYATSUNAS ALIMIN 75 ILLIYI QEYD OLUNMUSDUR 376236 Hidayetqizi S Elmimizin Azade Rustemova sehifesi parlaq zengin ve menali 525 ci Qezet 30 2013 aprel Xelilzade F Tarixi poetik heqiqetlere sadiqlik Kaspiy 17 19 2014 may S 16 Rustemova Azade Cefer qizi Science gov az 2 dekabr 2018 tarixinde arxivlesdirilib Orta esrlerden baslanan yol Milli Az az 2012 07 18 Istifade tarixi 2024 01 07 Edebiyyatsunas omru medeniyyet az 26 07 2017 Istifade tarixi 2024 01 07 Edebiyyatsunas alimin 75 illiyi qeyd olunmusdur modern az 3 2007 may Xarici kecidlerAzade Rustemovanin televiziya cixisi az