Bertels Yevgeni Eduardoviç (13 (25) dekabr 1890, 25 dekabr 1890 və ya 1890, Sankt-Peterburq – 7 oktyabr 1957[…] və ya 1957, Moskva) — şərqşünas. SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistan əməkdar elm xadimi (1946). İran EA (1944) və Ərəb EA (Dəməşqdə) müxbir üzvü (1955). SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948).
Yevgeni Bertels | |
---|---|
rus. Евгений Эдуардович Бертельс | |
Doğum tarixi | 13 (25) dekabr 1890, 25 dekabr 1890 və ya 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 1957[…] və ya 1957 |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | şərqşünaslıq, İranşünaslıq, türkologiya |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Həyatı
1920-ci ildə Petroqrad Universitetinin Şərq dilləri fakültəsini bitirmiş, ömrünün sonunadək SSRİ EA Şərqşünaslıq İn-tunda (1930 ilədək SSRİ EA Asiya Muzeyi) işləmişdir. Y.Bertels fars, tacik və bir sıra türkdilli xalqların ədəbiyyat tarixi sahəsində görkəmli mütəxəssis olmuşdur. Sufizm və sufi ədəbiyyatına, Firdovsi, Sədi, Cami, Nəvai və b. klassiklərin yaradıcılığına, Yaxın və Orta Şərq xalqlarının mədəniyyət tarixinə həsr olunmuş əsərlərin müəllifidir. "İslam Ensiklopediyası"nın fəal müəlliflərindən olmuşdur.
Y.Bertels Firdovsinin "Şahnamə", Nizaminin "İsgəndərnamə" (Ə.Əlizadə ilə birlikdə) əsərlərinin elmi-tənqidi mətnini hazırlamış, mətnşünaslığa dair nəzəri məqalələr yazmışdır. Y.Bertels Azərb. ədəbiyyatının tədqiqi sahəsində də böyük iş görmüş, Nizami, Xaqani və Füzulinin yaradıcılığının tədqiqi ilə ardıcıl məşğul olmuşdur. Y.Bertels SSRİ-də Nizamişünaslığın banilərindəndir. Bir çox əsəri Şərq və Qərbi Avropa dillərinə tərcümə olunmuşdur. Y.Bertelsin şəxsi kitabxanası Azərb. SSR EA kitabxanasına verilmişdir. Əsərləri: "Böyük Azərbaycan şairi Nizami" (1958); "Nizami və Füzuli" (1962).
Bertels və Azərbaycan ədəbiyyatı
Faktlara münasibətdə Yevgeni Eduardoviç Bertelsin əsərləri özünün incəliyi, korrektliliyi, yüksək professionallığı və səlahətliliyi, zərif filoloji və mövzunun analiz olunması baxımından digərlərindən fərqlənir. Fars, tacik və bir sıra türkdilli ədəbiyyatların mahir bilicisi kimi o, ayrı-ayrı vaxtlarda qırx il ərzində Leninqrad Universitetində, Leninqrad şərq dilləri institutunda, Orta Asiya Dövlət universitetində, Moskva şərqşünaslıq institutunda dərs demiş və SSRİ Elmlər Akademiyasının Asiya muzeyinin elmi işçisi vəzifəsində çalışmışdır. Tədris işi ilə bərabər Y.E. Bertels Şərq xalqlarının ədəbiyyatının öyrənilməsi işində böyük zəhmət çəkmiş və şərq filologiyası sahəsində üç yüzdən çox samballı elmi işləri bizlərə töhfə vermişdir. Rus şərqşünaslıq tarixində şərq dillərini geniş mənimsəmə sayəsində o, sərbəst olaraq təkcə fars – tacik dillərini deyil, ərəb və bir neçə türkdilli (özbək, türkmən, azərbaycan və türk) ədəbiyyatların tədqiqatlarını həyata keçirirdi.
1929-1930-cu illərdən başlayaraq Bertelsin elmi yaradıcılığında bir neçə tədqiqat mövzuları müəyyən edilir. Hər bir mövzu onun tərəfindən müxtəlif xarakterli elmi işlərdə uzun illər boyu tətqiq edilmişdir. Söhbət fars tacik ədəbiyyatından, Nizami yaradıcılığından, sufizmdən, Nəvai və onun müasirlərinin yaradıcılığından, necə deyərlər qerat şairlərindən, eləcə də iran və türk filologiyasına aid olan ümumi məsələrdən gedir. Vacib məqamlardan biri də odur ki, Bertels Şərq xalqlarının ədəbiyyatlarının öyrənilməsini, əsrlər boyu iqtisadi və siyasi şəraitdən doğmuş, qarşılıqlı mədəni və ədəbi əlaqələri nəzərə almadan təsəvvürünə gətirə bilmir.
Özünün "Orta Asiyada fars dilində ədəbiyyat" adlı elmi işində Bertels iri həcmli faktiki materiallara əsaslanaraq, şərq klassiklərinin bir-biri ilə sıx əlaqəsini və eləcə də onların nadir yaradıcılıqlarını açıqlayır. Adı çəkilən tədqiqatda alim, fars və müxtəlif türk dillərində yaradan iyirmidən cox müəllifin qəzəllərinin, qəsidələrinin, beytlərinin, məsnəvilərinin və kıtlarının müqayisəli analizini aparır. Onların içərisində Rudaki, Abu Şükür Bəlxi, Şəhid Balxi, Dəqiqi, Firdovsi, Ünsuri, Fərruxi, Minuçixri, Xəqani, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Sənani, Cəlaləddin Rumi, Əlişir Nəvai, Əbdül Rəhman Cami, Füzuli və b. var idi. Bertels yazırdı: "… fars ədəbiyyatının ayrı-ayrı hissələrinin bir-biri ilə bağlılığına baxmayaraq, onu bütün inkişafı boyu bütün coğrafi və xronoloji baxımdan heç bir vəclə absolyut olaraq eyni şəkilli qəbul etmək olmaz. Onun yayıldığı müxtəlif sahələrdə, böyük təsadüflər nəticəsində böyük fərqlər ortaya çıxıb ki, bunu da baş verən müxtəlif tarixi proseslərlə əlaqələndirmək olar".. Daha sonra alim əlavə edir: "Fars ədəbiyyatı demək olar ki, dörd regionda yayılıb ki, bunların da hər biri özünün spesifik xassəsilə fərqlənir: 1. Zaqafqaziya (Aran, Şirvan, Gürcüstan, Ermənistan); 2. Orta Asiya (Xorəzm, Buxara, Xorasanın hissələri, Fərqanə, Balx, Qazna); 3. İran (fars İraqı, Xəzəryanı, Fars, Həmədan, Sistan); 4. Hindistan".. Bertelsin fikrincə şairlərin yaradıcılıqlarının spesifik xassəsi ilk növbədə mövzu seçimində, dilin fərdiliyindədir ki, bunu da misal gətirilən məişət detalları, mənzərə rəsmləri təsdiqləyir. Tam aydındır ki, "Nizami və Xəqaninin xarakterik cəhətləri yalnız Zaqafqaziyada inkişaf edə bilərdi… məhz bu cür Əmir Xosrovun yaradıcılığı Hindistanın Türkiyəyə aid olan sahəsinin xarakterik şəraitini əks etdirir…".. Bu prizmadan baxan rus şərqşünası Şərq şairlərinin yaradıcılıqlarına həsr olunmuş monoqrafiyaları, məqalələri, resenziyaları yazır.
1934-cü ildən etibarən rus iranistikası, türkologiyası, ərəbistikası Firdovsi, Nizami, Nəvai və Avisennanın yübileylərinin keçirilməsinə böyük diqqət yetirir. Bu yübileylərin hər birinin keçirilməsində Bertelsin böyük əməyi var. Belə ki, 1935-ci ildə Firdousinin yübileyi ərəfəsində o, rus şərqşünaslığı tarixində ilk dəfə olaraq şairin həyat və yaradıcılığı haqda monoqrafiyasını çapdan çıxarır. Avropa və müasir iran alimləri tərəfindən Firdovsi haqqında apardıqları tədqiqatları dərindən analiz edən Bertels, məşhur şairin dövründə Səmənid Buxarasında yaranan bütün ədəbiyyatı dərindən tətqiq edir. Bu görülən işin sayəsində alimin – "Buxarada fars poeziyası" adlanan daha bir elmi əsəri ortaya çıxır ki, burada iranistikada ilk dəfə olaraq orta əsr farsdilli ədəbiyyat materiallarına müasir ədəbiyyatşünaslığın analizinin verilməsi təcrübəsi həyata keçirilir.
1939-cu ildən Bertelsin Nizaminin, 1940-cı ildən isə Nəvainin həyat və yaradıcılıqları haqqında elmi əsərlər çap olunmağa başlayır.
Nizami mövzusu Bertelsin elmi yaradıcılığının mərkəzi kimi adlana bilər. Ona ali¬min ən çox əsərləri həsr olunub və bununla da Nizami və onun dövrünün öyrənilməsi işin¬dəki əsas məsələ müəyyən dərəcədə həll olunmuş olub. Alim Nizaminin poema¬la¬rının mətinlərinin həqiqi olmasını müəyyən etməkdən üçün çox nəhəng olan tekstoloji iş aparmış, hər beş poemanın (çapdan buraxılıb: "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Şərəfnamə", "İqbalnamə") elmi tənqidçisi olmuş və nəhayət "Şərəfnamə"-nin elmi tərcüməsini həyata keçirmişdir. Tekstoloji işinin konsepsiyasını o, "Nizaminin mətnləri üzərində iş" adlı məqaləsində açıqlamışdır..
Y.E.Bertelsə Nizami irsinin tədqiqatını apararkən, konkret tarixi metodlardan istifadə edir və bununla da görkəmli azərbaycan şairinin əsərləri ilə ondan əvvəlki və onun müasirlərinin yaradıcılıqları ilə sıx əlaqəni aşkar edir. Alim "Orta əsr şərq ədəbiyyatında fars dilində yazılan və özünün dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur" sözlərini deməklə əsl həqiqəti ilk dəfə olaraq açıqlayır. Nəvai mövzusu üzərində işi Y.E.Bertels, Nizami mövzusu ilə paralel aparır. Nəvai ədəbiyyatı, ondan əvvəl yaşayan və onun müasirlərinin əsərlərinin təhlili yekun monoqrafiyanın yazılmasına gətirib-çıxarır ki, bu da müəllifin özünün dediyi kimi şairin "yaradıcı təcrübə tərcümeyi-halı" kimi təqdim oluna bilər.
Y.E.Bertelsə Nəvainin müasiri və dostu Əbdar Rəhmani Cami haqqında yazılan monoqrafiya və müsəlman orta əsr dövründə İskəndər haqqında romandakı tarixi şəxslərin tədqiqatı işi də məxsusdur. "İskəndər haqqında roman və onun başlıca Şərq versiyaları" işi qarşılıqlı ədəbi əlaqələrin birbaşa diaxronik tədqiqatının nümunəsi olmaqla yanaşı, Yaxın və Orta Şərq xalqlarının mədəni həyatında böyük rol oynamışdır. Y.E.Bertels romandakı çoxsaylı versiyaları müqayisə edərək, elmə farsdilli Hind şairi – Xosrov Dəhlavi haqda təmamilə yeni bir materialı daxil edir.
Məşhur rus şərqşünası uzun illər ərzində özünün fars dilində ədəbiyyat tarixi konsepsiyasını təkmilləşdirirdi. Onun nəzəriyyəsində ən vacib problemlərdən biri fars və türkdilli ədəbiyyatçıların müqayisəsini aparmaq işi idi. "Fars-tacik ədəbiyyatı tarixi" əsərinin müqədiməsində o, yazırdı: "Necə deyərlər klassik dildə, yəni dar və ya fars dilində olan ədəbi irsə, hər halda hər iki xalqın (fars və tacik) ixtiyarı var, və bu ədəbiyyatı bir xalqın adı ilə bağlamaq cəhdi digərinə qarşı ədalətsizlik kimi qiymətləndirilə bilər". Bununla belə Y.E.Bertels, ayrı-ayrı süjet xəttlərinin, – poetik obrazların, metoforların, fəndlərin, metr sayı və s. yalnız müqayisəsi ilə kifayətlənmir. O, şərq yazıçılarının yaradıcılıqlarının üslub xassələrini müəyyən edərkən, onların əsərlərindəki xalq mənbəinə yüksək əhəmiyyət verir. Alim tərəfindən klassik fars poeziyasına verilən nəticəni, rubainin şifahi xalq ədəbiyyatı ilə əlaqəsinə və ürəkləri fəth edən sufi lirikası xalq mahnılarına olan məhəbbətdən irəli gəlir kimi fikrə ünvanlandırmaq lazımdır. Burada fövqəladə vacib olan bir məqamı qeyd olunur, bu da ondan ibarətdir ki, "… artıq X əsrdən başlayaraq fars-tacik ədəbiyyatlarında iki ayrı-ayrı axının yaranması halı sezilməyə başlayır: özündə ərəb ədəbiyyatının təsirini hiss edən saray poeziyası və qədim xalq ənənələrini qoruyub-saxlayan və inkişaf etdirən poeziya".
Burada Y.U.Bertelsin hər bir xalqın milli məsələyə, milli qürura olan münasi¬bə¬tinə aid hər bir şeyə prinsipial şəkildə yanaşmasını qeyd etmək lazımdır. Şərq ədəbiy¬yatının filoloji əsaslarının öyrənilməsinə həsr edilmiş bir məqalədə o yazır: "… olanı, bir xalqdan digərinə keçdiyi səbəbdən rədd etmək, yalnız reallıqla hesablaşmamaq şərtilə mümkündür, təsir əlbəttə ki nəzərə alınmalıdır, lakin düşünmək olmaz ki, bu açar hər bir qıfılı aça bilər və elmi işin mənası təmamilə bununla bağlıdır. İqtibas prosesinin özü yox, onun vacibliyi, götürülən materialın yeni şəkildə təqdim olunması maraq doğurur"..
Müasir şərqşünaslıq – XIX əsrin sonu və XX əsrin əvvəllərində rus elminin yarat-dığı ən gözəl irs kimi dəyərləndirilir. Keçmiş rus şərqşünasları, bir qayda olaraq, Şərq xalqlarının mədəni irsinin təhlilinə müraciət edərkən, əsas fikri nəzəri ümu¬miləşmələrdən qaçınaraq fikirlərini faktların dəqiq təqdim olunmasında, bədii analizin aparılmasında cəmləyirdilər. XX əsrdə ölkəşünaslıqla bərabər, şərq ölkələrinin ümumi qanunauyğunluqları, siyasi, iqtisadi, mədəni inkişafı da dərindən tətqiq edilir. XX əsrin ikinci yarısında alimlər təkcə ayrıca götürülmüş bir mədəniyyətin analizini aparmaqdan çəkinərək, region həcmində və hətta daha geniş – aləm masştabında ümumi inkişaf kontekstində bir-biri ilə bağlı mədəniyyətlərin təhlilini həyata keçirirlər.
Əsərləri
- Бертельс Е.Э. Великий азербайджанский поэт Низами. — Баку, Изд-во АзФАН, 1940
- Бертельс Е.Э. Махтум-Кули о художественном творчестве // Совет Эдебиети. — Ашхабад, 1944. — № 7. — С. 128–138.
- Бертельс E.Э. Неджеф-оглан, туркменский роман о поэте // Белек [дар] С.E. Малову. — Фрунзе, 1946.
- Бертельс Е.Э. Роман об Александре и его главные версии на Востоке. — М.; Л.: Изд-во АН СССР, 1948.
Həmçinin bax
İstinadlar
- Бертельс Евгений Эдуардович // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
- Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке)
- Бертельс Евгений Эдуардович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Evgenij Eduardovič Bertels // Erik Amburger database (alm.).
- Бертельс Е.Э. Избранные труды. Навои и Джами. М. Наука,1965, 498с,səh 6
- Бертельс Е.Э. Избранные труды. Навои и Джами. М. Наука,1965, 498с,səh 6-7
- Бертельс Е.Э. Избранные труды. Навои и Джами. М. Наука,1965, 498с,səh 7
- Бертельс Е.Э. Избранные труды. Навои и Джами. М. Наука,1965, 498с,səh 35-50
- Бертельс Е.Э. Избранные труды Низами и Физули. М. Изд.во восточной литературы, 1962, 553с. səh 4
- Бертельс Е.Э. Избранные труды. История персидской таджикской литературы. М. Наука,1960, 527с. səh 24
- Бертельс Е.Э. Избранные труды. История персидской таджикской литературы. М. Наука,1960, 527с. səh 106
Xarici keçidlər
- Bağırov Abuzər. Y. E. Bertels və Azərbaycan ədəbiyyatı. AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. Bakı: "Elm", 2007.
- Евгений Эдуардович[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bertels Yevgeni Eduardovic 13 25 dekabr 1890 25 dekabr 1890 ve ya 1890 Sankt Peterburq 7 oktyabr 1957 ve ya 1957 Moskva serqsunas SSRI EA muxbir uzvu 1939 Ozbekistan 1944 ve Tacikistan emekdar elm xadimi 1946 Iran EA 1944 ve Ereb EA Demesqde muxbir uzvu 1955 SSRI Dovlet mukafati laureati Nizami yaradiciligi ile bagli tedqiqatlarina gore 1948 Yevgeni Bertelsrus Evgenij Eduardovich BertelsDogum tarixi 13 25 dekabr 1890 25 dekabr 1890 1890 12 25 ve ya 1890Dogum yeri Sankt Peterburq Rusiya imperiyasiVefat tarixi 7 oktyabr 1957 1957 10 07 ve ya 1957Vefat yeri Moskva RSFSR SSRIDefn yeri Novodevicye qebiristanligiElm saheleri serqsunasliq Iransunasliq turkologiyaIs yeri REA Serqsunasliq InstitutuTehsili Sankt Peterburq Dovlet Universitetinin Huquq fakultesi d 1914 Sankt Peterburq Dovlet Universitetinin Serqsunasliq fakultesi d 1920 Uzvluyu SSRI Elmler AkademiyasiMukafatlariHeyati1920 ci ilde Petroqrad Universitetinin Serq dilleri fakultesini bitirmis omrunun sonunadek SSRI EA Serqsunasliq In tunda 1930 iledek SSRI EA Asiya Muzeyi islemisdir Y Bertels fars tacik ve bir sira turkdilli xalqlarin edebiyyat tarixi sahesinde gorkemli mutexessis olmusdur Sufizm ve sufi edebiyyatina Firdovsi Sedi Cami Nevai ve b klassiklerin yaradiciligina Yaxin ve Orta Serq xalqlarinin medeniyyet tarixine hesr olunmus eserlerin muellifidir Islam Ensiklopediyasi nin feal muelliflerinden olmusdur Y Bertels Firdovsinin Sahname Nizaminin Isgendername E Elizade ile birlikde eserlerinin elmi tenqidi metnini hazirlamis metnsunasliga dair nezeri meqaleler yazmisdir Y Bertels Azerb edebiyyatinin tedqiqi sahesinde de boyuk is gormus Nizami Xaqani ve Fuzulinin yaradiciliginin tedqiqi ile ardicil mesgul olmusdur Y Bertels SSRI de Nizamisunasligin banilerindendir Bir cox eseri Serq ve Qerbi Avropa dillerine tercume olunmusdur Y Bertelsin sexsi kitabxanasi Azerb SSR EA kitabxanasina verilmisdir Eserleri Boyuk Azerbaycan sairi Nizami 1958 Nizami ve Fuzuli 1962 Bertels ve Azerbaycan edebiyyatiFaktlara munasibetde Yevgeni Eduardovic Bertelsin eserleri ozunun inceliyi korrektliliyi yuksek professionalligi ve selahetliliyi zerif filoloji ve movzunun analiz olunmasi baximindan digerlerinden ferqlenir Fars tacik ve bir sira turkdilli edebiyyatlarin mahir bilicisi kimi o ayri ayri vaxtlarda qirx il erzinde Leninqrad Universitetinde Leninqrad serq dilleri institutunda Orta Asiya Dovlet universitetinde Moskva serqsunasliq institutunda ders demis ve SSRI Elmler Akademiyasinin Asiya muzeyinin elmi iscisi vezifesinde calismisdir Tedris isi ile beraber Y E Bertels Serq xalqlarinin edebiyyatinin oyrenilmesi isinde boyuk zehmet cekmis ve serq filologiyasi sahesinde uc yuzden cox samballi elmi isleri bizlere tohfe vermisdir Rus serqsunasliq tarixinde serq dillerini genis menimseme sayesinde o serbest olaraq tekce fars tacik dillerini deyil ereb ve bir nece turkdilli ozbek turkmen azerbaycan ve turk edebiyyatlarin tedqiqatlarini heyata kecirirdi 1929 1930 cu illerden baslayaraq Bertelsin elmi yaradiciliginda bir nece tedqiqat movzulari mueyyen edilir Her bir movzu onun terefinden muxtelif xarakterli elmi islerde uzun iller boyu tetqiq edilmisdir Sohbet fars tacik edebiyyatindan Nizami yaradiciligindan sufizmden Nevai ve onun muasirlerinin yaradiciligindan nece deyerler qerat sairlerinden elece de iran ve turk filologiyasina aid olan umumi meselerden gedir Vacib meqamlardan biri de odur ki Bertels Serq xalqlarinin edebiyyatlarinin oyrenilmesini esrler boyu iqtisadi ve siyasi seraitden dogmus qarsiliqli medeni ve edebi elaqeleri nezere almadan tesevvurune getire bilmir Ozunun Orta Asiyada fars dilinde edebiyyat adli elmi isinde Bertels iri hecmli faktiki materiallara esaslanaraq serq klassiklerinin bir biri ile six elaqesini ve elece de onlarin nadir yaradiciliqlarini aciqlayir Adi cekilen tedqiqatda alim fars ve muxtelif turk dillerinde yaradan iyirmiden cox muellifin qezellerinin qesidelerinin beytlerinin mesnevilerinin ve kitlarinin muqayiseli analizini aparir Onlarin icerisinde Rudaki Abu Sukur Belxi Sehid Balxi Deqiqi Firdovsi Unsuri Ferruxi Minucixri Xeqani Nizami Gencevi Emir Xosrov Dehlevi Senani Celaleddin Rumi Elisir Nevai Ebdul Rehman Cami Fuzuli ve b var idi Bertels yazirdi fars edebiyyatinin ayri ayri hisselerinin bir biri ile bagliligina baxmayaraq onu butun inkisafi boyu butun cografi ve xronoloji baximdan hec bir vecle absolyut olaraq eyni sekilli qebul etmek olmaz Onun yayildigi muxtelif sahelerde boyuk tesadufler neticesinde boyuk ferqler ortaya cixib ki bunu da bas veren muxtelif tarixi proseslerle elaqelendirmek olar Daha sonra alim elave edir Fars edebiyyati demek olar ki dord regionda yayilib ki bunlarin da her biri ozunun spesifik xassesile ferqlenir 1 Zaqafqaziya Aran Sirvan Gurcustan Ermenistan 2 Orta Asiya Xorezm Buxara Xorasanin hisseleri Ferqane Balx Qazna 3 Iran fars Iraqi Xezeryani Fars Hemedan Sistan 4 Hindistan Bertelsin fikrince sairlerin yaradiciliqlarinin spesifik xassesi ilk novbede movzu seciminde dilin ferdiliyindedir ki bunu da misal getirilen meiset detallari menzere resmleri tesdiqleyir Tam aydindir ki Nizami ve Xeqaninin xarakterik cehetleri yalniz Zaqafqaziyada inkisaf ede bilerdi mehz bu cur Emir Xosrovun yaradiciligi Hindistanin Turkiyeye aid olan sahesinin xarakterik seraitini eks etdirir Bu prizmadan baxan rus serqsunasi Serq sairlerinin yaradiciliqlarina hesr olunmus monoqrafiyalari meqaleleri resenziyalari yazir 1934 cu ilden etibaren rus iranistikasi turkologiyasi erebistikasi Firdovsi Nizami Nevai ve Avisennanin yubileylerinin kecirilmesine boyuk diqqet yetirir Bu yubileylerin her birinin kecirilmesinde Bertelsin boyuk emeyi var Bele ki 1935 ci ilde Firdousinin yubileyi erefesinde o rus serqsunasligi tarixinde ilk defe olaraq sairin heyat ve yaradiciligi haqda monoqrafiyasini capdan cixarir Avropa ve muasir iran alimleri terefinden Firdovsi haqqinda apardiqlari tedqiqatlari derinden analiz eden Bertels meshur sairin dovrunde Semenid Buxarasinda yaranan butun edebiyyati derinden tetqiq edir Bu gorulen isin sayesinde alimin Buxarada fars poeziyasi adlanan daha bir elmi eseri ortaya cixir ki burada iranistikada ilk defe olaraq orta esr farsdilli edebiyyat materiallarina muasir edebiyyatsunasligin analizinin verilmesi tecrubesi heyata kecirilir 1939 cu ilden Bertelsin Nizaminin 1940 ci ilden ise Nevainin heyat ve yaradiciliqlari haqqinda elmi eserler cap olunmaga baslayir Nizami movzusu Bertelsin elmi yaradiciliginin merkezi kimi adlana biler Ona ali min en cox eserleri hesr olunub ve bununla da Nizami ve onun dovrunun oyrenilmesi isin deki esas mesele mueyyen derecede hell olunmus olub Alim Nizaminin poema la rinin metinlerinin heqiqi olmasini mueyyen etmekden ucun cox neheng olan tekstoloji is aparmis her bes poemanin capdan buraxilib Sirler xezinesi Xosrov ve Sirin Serefname Iqbalname elmi tenqidcisi olmus ve nehayet Serefname nin elmi tercumesini heyata kecirmisdir Tekstoloji isinin konsepsiyasini o Nizaminin metnleri uzerinde is adli meqalesinde aciqlamisdir Y E Bertelse Nizami irsinin tedqiqatini apararken konkret tarixi metodlardan istifade edir ve bununla da gorkemli azerbaycan sairinin eserleri ile ondan evvelki ve onun muasirlerinin yaradiciliqlari ile six elaqeni askar edir Alim Orta esr serq edebiyyatinda fars dilinde yazilan ve ozunun dest xetti olan Azerbaycan poeziyasi movcuddur sozlerini demekle esl heqiqeti ilk defe olaraq aciqlayir Nevai movzusu uzerinde isi Y E Bertels Nizami movzusu ile paralel aparir Nevai edebiyyati ondan evvel yasayan ve onun muasirlerinin eserlerinin tehlili yekun monoqrafiyanin yazilmasina getirib cixarir ki bu da muellifin ozunun dediyi kimi sairin yaradici tecrube tercumeyi hali kimi teqdim oluna biler Y E Bertelse Nevainin muasiri ve dostu Ebdar Rehmani Cami haqqinda yazilan monoqrafiya ve muselman orta esr dovrunde Iskender haqqinda romandaki tarixi sexslerin tedqiqati isi de mexsusdur Iskender haqqinda roman ve onun baslica Serq versiyalari isi qarsiliqli edebi elaqelerin birbasa diaxronik tedqiqatinin numunesi olmaqla yanasi Yaxin ve Orta Serq xalqlarinin medeni heyatinda boyuk rol oynamisdir Y E Bertels romandaki coxsayli versiyalari muqayise ederek elme farsdilli Hind sairi Xosrov Dehlavi haqda temamile yeni bir materiali daxil edir Meshur rus serqsunasi uzun iller erzinde ozunun fars dilinde edebiyyat tarixi konsepsiyasini tekmillesdirirdi Onun nezeriyyesinde en vacib problemlerden biri fars ve turkdilli edebiyyatcilarin muqayisesini aparmaq isi idi Fars tacik edebiyyati tarixi eserinin muqedimesinde o yazirdi Nece deyerler klassik dilde yeni dar ve ya fars dilinde olan edebi irse her halda her iki xalqin fars ve tacik ixtiyari var ve bu edebiyyati bir xalqin adi ile baglamaq cehdi digerine qarsi edaletsizlik kimi qiymetlendirile biler Bununla bele Y E Bertels ayri ayri sujet xettlerinin poetik obrazlarin metoforlarin fendlerin metr sayi ve s yalniz muqayisesi ile kifayetlenmir O serq yazicilarinin yaradiciliqlarinin uslub xasselerini mueyyen ederken onlarin eserlerindeki xalq menbeine yuksek ehemiyyet verir Alim terefinden klassik fars poeziyasina verilen neticeni rubainin sifahi xalq edebiyyati ile elaqesine ve urekleri feth eden sufi lirikasi xalq mahnilarina olan mehebbetden ireli gelir kimi fikre unvanlandirmaq lazimdir Burada fovqelade vacib olan bir meqami qeyd olunur bu da ondan ibaretdir ki artiq X esrden baslayaraq fars tacik edebiyyatlarinda iki ayri ayri axinin yaranmasi hali sezilmeye baslayir ozunde ereb edebiyyatinin tesirini hiss eden saray poeziyasi ve qedim xalq enenelerini qoruyub saxlayan ve inkisaf etdiren poeziya Burada Y U Bertelsin her bir xalqin milli meseleye milli qurura olan munasi be tine aid her bir seye prinsipial sekilde yanasmasini qeyd etmek lazimdir Serq edebiy yatinin filoloji esaslarinin oyrenilmesine hesr edilmis bir meqalede o yazir olani bir xalqdan digerine kecdiyi sebebden redd etmek yalniz realliqla hesablasmamaq sertile mumkundur tesir elbette ki nezere alinmalidir lakin dusunmek olmaz ki bu acar her bir qifili aca biler ve elmi isin menasi temamile bununla baglidir Iqtibas prosesinin ozu yox onun vacibliyi goturulen materialin yeni sekilde teqdim olunmasi maraq dogurur Muasir serqsunasliq XIX esrin sonu ve XX esrin evvellerinde rus elminin yarat digi en gozel irs kimi deyerlendirilir Kecmis rus serqsunaslari bir qayda olaraq Serq xalqlarinin medeni irsinin tehliline muraciet ederken esas fikri nezeri umu milesmelerden qacinaraq fikirlerini faktlarin deqiq teqdim olunmasinda bedii analizin aparilmasinda cemleyirdiler XX esrde olkesunasliqla beraber serq olkelerinin umumi qanunauygunluqlari siyasi iqtisadi medeni inkisafi da derinden tetqiq edilir XX esrin ikinci yarisinda alimler tekce ayrica goturulmus bir medeniyyetin analizini aparmaqdan cekinerek region hecminde ve hetta daha genis alem masstabinda umumi inkisaf kontekstinde bir biri ile bagli medeniyyetlerin tehlilini heyata kecirirler EserleriBertels E E Velikij azerbajdzhanskij poet Nizami Baku Izd vo AzFAN 1940 Bertels E E Mahtum Kuli o hudozhestvennom tvorchestve Sovet Edebieti Ashhabad 1944 7 S 128 138 Bertels E E Nedzhef oglan turkmenskij roman o poete Belek dar S E Malovu Frunze 1946 Bertels E E Roman ob Aleksandre i ego glavnye versii na Vostoke M L Izd vo AN SSSR 1948 Hemcinin baxKitabi Dede Qorqud Nizami GenceviIstinadlarBertels Evgenij Eduardovich Literatory Sankt Peterburga HH vek rus pod red O V Bogdanova Lyudi i sudby Biobibliograficheskij slovar vostokovedov zhertv politicheskogo terrora v sovetskij period 1917 1991 rus SPb Peterburgskoe Vostokovedenie 2013 496 s Socialnaya istoriya otechestvennoj nauki o Vostoke ISBN 978 5 85803 225 0 Bertels Evgenij Eduardovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Evgenij Eduardovic Bertels Erik Amburger database alm Bertels E E Izbrannye trudy Navoi i Dzhami M Nauka 1965 498s seh 6 Bertels E E Izbrannye trudy Navoi i Dzhami M Nauka 1965 498s seh 6 7 Bertels E E Izbrannye trudy Navoi i Dzhami M Nauka 1965 498s seh 7 Bertels E E Izbrannye trudy Navoi i Dzhami M Nauka 1965 498s seh 35 50 Bertels E E Izbrannye trudy Nizami i Fizuli M Izd vo vostochnoj literatury 1962 553s seh 4 Bertels E E Izbrannye trudy Istoriya persidskoj tadzhikskoj literatury M Nauka 1960 527s seh 24 Bertels E E Izbrannye trudy Istoriya persidskoj tadzhikskoj literatury M Nauka 1960 527s seh 106Xarici kecidlerBagirov Abuzer Y E Bertels ve Azerbaycan edebiyyati AMEA Nizami adina Edebiyyat Institutu Baki Elm 2007 Evgenij Eduardovich olu kecid