Azərbaycanda Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) şəxslər Azərbaycanda LGBT fərdi olmayan şəxslərin də qarşılaşdıqları hüquqi problemlərlə qarşılaşa bilirlər. Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyillər. Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir. Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşmışdır.
LGBT Hüququ | |
---|---|
Eyni cinsli münasibətlərin rəsmiləşdirilməsi | |
Eyni cinsli ittifaqlar rəsmiləşdirilmir. | |
Eyni cinsli nigahlar rəsmiləşdirilmir. | |
Digər hüquqlar | |
Evladlıq hüququ | |
LGBT qanunu | |
Cinsi dəyişmə |
Tarix
Azərbaycanda tarixən sosial və mədəni yığıncaqların keçirildiyi, kişilər və qadınlar üçün ayrı olan hamamlarda kişilər arasında eynicinsli əlaqənin baş verməsi Cəlil Məmmədquluzadə tərəfindən yazılan qısa satirik hekayədə öz əksini tapmışdır. XIX əsrdə androgen gözəllikləri ilə məşhur olan kişi rəqqaslar – mütriblər ancaq kişilərin iştirak etdiyi toylarda rəqs edirdilər və seks işçisi kimi də istifadə olunurdular. Uşaq yaşından öyrədilən mütriblər saqqalları böyüyənə qədər fəaliyyətlərini davam etdirirdilər. Hüseynqulu Sarabski "Qədim Bakı" əsərində onların Xalabacı rəqsini ifa etməsini qeyd edirdi. XX əsrin əvvəllərində Bakıda yaşamış Baninə görə aktiv geylərə adətən hörmət göstərilir, passiv geylər isə bəyənilmirdi.
1918-ci ildə Rusiya imperiyasından ayrılaraq müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasında homoseksuallıqa qarşı qanun yox idi. 1920-ci ildə Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra ölkədə kişilər arasında cinsi əlaqələri qadağan edən qanun qüvvəyə minmişdi. Baxmayaraq ki, Vladimir Lenin Sovet Rusiyasında homoseksuallığı leqal elan etmişdi, 1923-cü ildə Azərbaycan SSR-də kişilər arasında münasibətlər (qanunda səhvən pedarastiya adlandırılır, praktikada isə daha çox sodomiya ifadəsi işlədilirdi) cinayət tərkibli əməl elan edilmiş, hər iki tərəf könüllü şəkildə belə münasibətə razılaşmışdısa beş il, bir tərəf digər tərəfə qarşı təhdid və təzyiq istifadə etmişdisə, güc tətbiq edən tərəf səkkiz il azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan etmiş, 2000-ci ildə isə Sovet dövründən qalma anti-sodomiya qanunu ləğv edilmişdi.Azərbaycan Respublikası Milli Məclisinin rəsmi qəzeti olan Azərbaycan qəzetinin 28 may 2000-ci ildə nəşr edilmiş xüsusi nömrəsində qeyd edilir ki, Milli Məclis yeni Cinayət Məcəlləsini qəbul edib, Prezidentin imzalamsı ilə həmin məcəllə 2000-ci ilin sentyabrından qüvvəyə minib. 121-ci maddənin ləğv edilməsi Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün qarşısına qoyulmuş şərtlərdən biri idi, 2000-ci ildə anti-sodomiya qanununun ləğvindən sonra 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edilmiş və Şuranın 43-cü üzvü olmuşdur.
Ümumi yanaşma
Cəmiyyət
Əksər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanda da homoseksuallıq ətrafında qarışıqlıq olan bir məsələdir. Azərbaycanda homoseksuallığın psixoloji, sosioloji və hüquqi aspektləri haqqında obyektiv və düzgün məlumat yoxdur, çünki cəmiyyətdə homoseksuallıq haqqında düzgün məlumat yoxdur.
Gey, lezbiyan, biseksual və transgender olaraq "" çox nadir halda baş verir, LGBT şəxslər bunun verə biləcəyi nəticələrdən qorxurlar. Nəticə olaraq belə insanlar ikili həyat sürməyə məcbur olub, gey olduqlarından utanırlar. Maliyyə müstəqilliyi olub Bakıda yaşayan LGBT şəxslər əmin həyat sürə bilir, şəxsi mühitlərində rahat homoseksual həyat sürə bilirlər. Azərbaycanda LGBT şəxslərin hüquqları üçün mübarizə aparan heç bir siyasi hərəkat yoxdur, lakin insan haqları uğrunda mübarizə aparan aktivistlərdən bəziləri bu sahədə olan problemlərlə də bağlı fikirlər səsləndirirlər. Azərbaycanda LGBT şəxslərin hüquqlarını müdafiə edəcək təşkilata ehtiyac var.
Baxmayaraq ki, Azərbaycanda homoseksual münasibətlər leqallaşdırılıb, geylərə qarşı (əsasən kişi fahişələrə) polis təzyiqləri olması haqqında məlumat vardır. Polis təzyiqindən şikayət edənlər isə sonradan polisin qisas almasından çəkinərək kimliklərinin gizli saxlanmasını istəyirlər.
Media
Azərbaycanda LGBT şəxslər üçün nəzərdə tutulmuş və Ruslan Baluxin tərəfindən 25 may 2011-ci ildə istifadəyə verilmiş "gay.az" saytı fəaliyyət göstərir.Azərbaycan KİV-ində LGBT fərdləri olsa da, mediaya nəzarət etmək məqsədi güdən hökumət homoseksuallığı hökumət tənqidçiləri və müxalif fikirli jurnalistlərə qarşı təzyiq vasitəsi kimi istifadə edir.
2000-ci ildə Azərbaycanda eyni cinsli münasibətlərin dekriminalizasiyası insan haqqları sahəsində irəli atılmış böyük addım idi.Prezident Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına gedən yolda qarşısında duran bütün maneələri aradan qaldırmaq istəyi dekriminalizasiya üçün əsas faktor olmuşdur.
Ədəbiyyat
2009-cu ildə Azərbaycan yazıçısı Əli Əkbər azərbaycanlı və erməni gənc arasında homoseksual sevgidən bəhs edən "Artuş və Zaur" adlı romanı nəşr etdirmişdir. Müəllifin sözlərinə görə erməni və gey olmaq Azərbaycan cəmiyyətinin əsas tabularıdır. 2014-cü ildə azərbaycanlı yazıçı iki gənc oğlanın sevgisindən bəhs edən "" adlı romanı çap edilmişdir.
Hazırkı vəziyyət
Azərbaycan əsasən müsəlman əhalinin üstünlük təşkil etdiyi dünyəvi dövlətdir. LGBTQ fərdlərinə qarşı dövlətin heç bir hüquqi təzyiq cəhdi olmasa da bu fərdlər cəmiyyət tərəfindən daim təzyiq hiss edirlər. Ölkə əhalisi arasında mövcud olan homofobiyanın əsas səbəbi insanlarda mövzu ilə bağlı yanlış məlumatların olması və ya ümumiyyətlə məlumatsızlıq, həmçinin "köhnə ənənələr"lə əlaqədardır. Homoseksual fərdlərin ailələri, xüsusilə kənd və rayonlarda, əsasən, onların seksual orientasiyasını qəbul etmirlər. Kaminq-aut ailə başçılarının şiddəti və ya sosial imtina ilə nəticələnir, eləcə də homoseksual şəxslər heteroseksual ailə qurmağa məcbur edilirlər.
2011-ci ilə kimi Azərbaycanda homoseksual cütlüklərin birliklərinin hüquqi tanınması üçün konkret hüquqi forma da yox idi. 2011-ci ildə Azərbaycanda LGBT hüquqlarının təbliği və bu mövzu ilə bağlı işləyən bloqların kordinə edilməsi üçün Gender və Tərəqqi İctimai Birliyi yaradılmışdır. Azərbaycanda LGBT mövzulu ilk bloq olan www.freelgbt.com 2012-ci ildə tərəfindən yaradılmışdır. Təşkilat rəhbərlərinin sözlərinə görə hökumət LGBT adlı təşkilatı qeydiyyata almadığına görə bu cür ad seçilmişdir. 2012-ci ildə Azərbaycanın LGBT kütləsi tərəfindən də dəstəklənən Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində ölkədə ilk gey praydın keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. Bu məlumat cəmiyyətin bəzi təbəqələrində etirazla qarşılansa da, bəzi insan haqları müdafiəçiləri bu xəbəri dəstəkləmişdilər.[] Ölkədə bu müsabiqənin keçirilməsi həm də qonşu İran ilə münasibətlərdə problemə səbəb olmuşdur. İran dini liderləri Ayətullah Məhəmməd Müctəhed Şəbüstəri və Ayətullah Cəfər Sübhani gey praydın keçiriləcəyi təqdirdə Azərbaycanın "anti-İslami davranış" sərgiləyəcəyini bildirmişdilər. Bu, İranın Azərbaycan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə səbəb olmuş, etirazçılar İranın Azərbaycanın daxili işlərinə qarışmasına qarşı şüarlar qaldırmışlar. AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, İranın iradlarının heç bir əsası yoxdur və gələcəkdə İranın Azərbaycanın işlərinə qarışmaması üçün xəbərdarlıq səsləndirmişdi. Cavab olaraq İran Azərbaycandakı səfirini geri çağırmış, Azərbaycan isə İranın üzr istəməsini tələb edərək, Tehrandakı səfirini geri çağırmışdı.
İsa Şahmarlının intiharı
2014-cü ilin yanvarında Azad LGBT adlı təşkilatın açıq gey olan rəhbəri İsa Şahmarlı özünü Göy qurşağı bayrağından asaraq intahar etmişdir. İntihar vaxtı işsiz və borclu olan İsa onu "xəstə" hesab edən ailəsindən də uzaqlaşmışdı. Öz şəxsi Facebook hesabında ölümündən qabaq mesaj yazmış İsa cəmiyyəti ölümündə günahkar elan edirdi, onun mesajı isə ölümündən sonra dostları tərəfindən aşkarlanmışdır.
Şahmarlının ölümü Azərbaycanda LGBT hüququ sahəsində aktivliyin yaranmasına səbəb olmuşdur. Onun ölüm günü kimi qeyd edilir və 2015-ci ildə bu günlə əlaqədar olaraq xüsusi maarifləndirici videolar hazırlanmışdır.
LGBT təşkilatları
2015-ci ildə Azərbaycanda üç LGBT təşkilatı fəaliyyət göstərir. "LGBT Azerbaijan Gay.Az" Azərbaycanda LGBT fərdlər üçün nəzərdə tutulmuş ilk informasiya portalıdır. Gender və Tərəqqi İctimai Birliyi 2007-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təklif edilən yerli layihələrin həyata keçirilməsi məqsədiylə yaradılıb.
Nəfəs LGBT Azərbaycan təşkilatının əsası 2012-ci ildə qoyulub. Müxtəlif tədbirlər həyata keçirən təşkilat, Avropa Birliyinin Azərbaycandakı deleqasiyası və müxtəlif ölkələrinin səfirlik nümayəndələri ilə ölkədəki LGBT problemlərini müzakirə edir.
Azad LGBT təşkilatının əsası 2012-ci ildə İsa Şahmarlı tərəfindən qoyulmuşdur. Təşkilat təhsil sahəsindəki LGBT problemləri və mediada daha yaxşı təmsil olunma ilə bağlı məsələlərlə məşğul olur. Təşkilat LGBT film gecələrinin təşkili də daxil olmaqla, Bakıda müxtəlif tədbirlər keçirir. Təşkilat rəhbəri İsa Şahmarlının ölümündən sonra təşkilat üzvləri "Sevgi elə Sevgidir" (Azərbaycanda LGBT fərdlərin dəstəklənməsi üçün təşkil edilmiş onlayn foto kompaniyası) və "Rəng" (İsanın doğum günü münasibətilə onun müxtəlif fotolarından təşkil olunmuş sərgi) adlı foto layihələri həyata keçirmişdir. 2015-ci ildə Azad LGBT təşkilatı əvvəlki layihələri haqqında məlumat verən və azad onlayn təhsil alətləri təklif edən saytı təqdim etmişdir.
Hüquq cədvəli
Eynicinsli münasibətlərin leqallığı | (2000-ci ildən) |
Razılıqlı yaş həddi | (2000-ci ildən) |
İş sahəsində anti-diskriminasiya qanunu | |
Məhsul və xidmət sahəsində anti-diskriminasiya qanunu | |
Digər sahələrdə anti-diskriminasiya qanunu (dolayı yolla diskriminasiya, nifrət təbli edən nitq və s. daxil olmaqla) | |
Nifrət cinayəti qanunu | |
Eynicinsli evlilik | |
Eynicinsli cütlüklərin tanınması | |
Eynicinsli cütlüklərin övladlığa uşaq götürməsi | |
Eynicinsli cütlüklərin birgəliyinin qəbulu | |
Gey və lezbiyanların orduda açıq xidməti | |
Cinsini dəyişmək hüququ | |
Lezbiyanlar üçün IVF | |
Gey kişi cütlüklər üçün ödənişli surroqatlıq | |
Gey kişi cütlüklər üçün qanvermə hüququ |
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Meaker, Morgan. "Azerbaijan worst place to be gay in Europe, finds LGBTI index". The Guardioan. 10 may 2016. 28 September 2021 tarixində . İstifadə tarixi: 11 may 2016.
- . European Region of the International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association. 27 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- "Названы худшие для жизни геев страны". lenta.ru. 10 may 2016. 17 July 2021 tarixində . İstifadə tarixi: 11 may 2016.
- ""Мама говорила: воруй, насилуй женщин, но будь мужчиной". Истории геев и трансгендеров в Азербайджане". currenttime.tv. 2021-08-05 tarixində . İstifadə tarixi: 9 iyun 2016.
- Lala Mahmudova. "Azeri Masculinities and Making Men in Azerbaijan". Loyola University Chicago. 2017. 29 June 2023 tarixində . İstifadə tarixi: 30 may 2019.
- Healey, Dan. "Masculine purity and 'Gentlemen's Mischief': Sexual Exchange and Prostitution between Russian Men, 1861–1941". . Vol. 60, No. 2 (Summer, 2001), p. 258.
- United Nations High Commissioner for Refugees. . Unhcr.org. 2012-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2015.
- Russian S.F.S.R. Harold Joseph Berman (redaktor). Soviet criminal law and procedure: the RSFSR codes (University of California original). Harvard University Press. 1966. səh. 196. June 9, 2019 tarixində . İstifadə tarixi: November 18, 2015.
- Spartacus International Gay Guide, page 1216. Bruno Gmunder Verlag, 2007.
- . 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2015.
- . 2013-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2015.
- . meydan.tv. 2018-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
- "Olimpiya çempionu olan homoseksual ərə getdi". 2021-04-19 tarixində . İstifadə tarixi: 2019-03-29.
- "International Helsinki Federation Annual Report on Human Rights Violations (2001): Azerbaijan". refworld.org. International Helsinki Federation for Human Rights (IHF). 29 June 2023 tarixində . İstifadə tarixi: 11 may 2016.
- Dennis van der Veur, Forced Out;LGBT people in Azerbaijan, report for ILGA, 2007
- . gay.az. 2016-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- United Nations High Commissioner for Refugees. "Azerbaijan: State media embroiled in gay bashing controversy". Unhcr.org. 6 May 2008. 22 January 2022 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- United Nations High Commissioner for Refugees. "Azerbaijan: Opposition journalist says he is victim of vicious smear campaign". Unhcr.org. 10 April 2008. 16 April 2017 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- United Nations High Commissioner for Refugees. "Amnesty International Report 2009 – Azerbaijan". Unhcr.org. 2017-04-16 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- "Discriminatory laws and practices and acts of violence against individuals based on their sexual orientation and gender identity" (PDF). ohchr.org. Unated Nations General Assembly. 2022-03-03 tarixində (PDF). İstifadə tarixi: 30 noyabr 2016.
- Council of Europe. Study on Homophobia, Transphobia and Discrimination on Grounds of Sexual Orientation and Gender Identity Legal Report: Azerbaijan (PDF). The Danish Institute for Human Rights. 2018-06-12 tarixində (PDF). İstifadə tarixi: 2016-11-29.
- Ammon, Richard. "Gay Life in Azerbaijan". globalgayz.com. March 2nd, 2012. 2023-06-29 tarixində . İstifadə tarixi: 29 noyabr 2016.
- "Azerbaijan: Situation of homosexuals; legality; treatment of homosexuals by police; government attitude towards police treatment of homosexuals". refworld.org. 15 February 2006. 29 June 2023 tarixində . İstifadə tarixi: 29 noyabr 2016.
- Gənc yazardan homoseksuallara dəstək 2016-03-10 at the Wayback Machine, 23 İyun 2014, İstifadə tarixi: 19 noyabr 2015
- GALLUP WorldView 2020-04-07 at the Wayback Machine – data accessed on 19 noyabr 2015
- "Azerbaijan". US Department of State Bureau of Democracy, Human Rights, and Labor. 2017-11-26 tarixində . İstifadə tarixi: 30 noyabr 2016.
- . 2012-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
- Western Media on Eurovision 2015-02-13 at the Wayback Machine. Radio Liberty. 25 May 2012.
- . 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
- Antidze, Margarita. . Reuters. 22 May 2012. 31 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2012.
- Lomsadze, Girgoi. "Azerbaijan: Pop Music vs. Islam". EurasiaNet.org. 21 May 2012. 25 May 2012 tarixində . İstifadə tarixi: 19 noyabr 2012.
- "Iran recalls envoy to Azerbaijan ahead of Eurovision". AFP. 22 May 2012. 22 May 2012 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- "Azerbaijan Demands Apology From Iran Over Eurovision". Voice of America. 24 May 2012. 27 May 2012 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- "Azerbaijan Recalls Ambassador To Iran". (Radio Free Europe/Radio Liberty). 30 May 2012. 31 May 2012 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- "Isa Shakhmarli, Azeri Gay Rights Activist, Allegedly Commits Suicide With A Rainbow Flag". The Huffington Post. 2015-09-24 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- "LGBT Leader Dies From Apparent Suicide, Hanging Himself With Rainbow Flag". The New Civil Rights Movement. 2015-04-02 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- Geybullayeva, Arzu. "The rainbow colors are not for Azerbaijani taste". balcanicaucaso.org. 04/03/2014. 2021-10-22 tarixində . İstifadə tarixi: 30 noyabr 2016.
- "Declaration of Nefes LGBT Azerbaijan – 22nd January date as 'LGBT Pride Day In Azerbaijan'". IGLHRC: International Gay and Lesbian Human Rights Commission. 2015-07-03 tarixində . İstifadə tarixi: 19 noyabr 2015.
- "Cinsi azlıq: "İşverən məni görəndə sanki şok keçirir"". BBC. 23 İyul 2014. 2021-09-23 tarixində . İstifadə tarixi: 30 noyabr 2016.
- . saglamhayat.az. 2016-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
- . Nəfəs LGBT, Humanist ol yetər!. Bazar ertəsi, Sen 16 2013. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
- . nefeslgbt.org. 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
- . AZAD. 2019-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
- . SİA – Səs İnformasiya Agentliyi. 2013-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.02.2013.
Xarici keçidlər
- Cənubi Qafqazın LGBT dünyası[ölü keçid], meydan.tv
- Cavid Nəbiyev: "Məni seksual istismar edirdilər"[ölü keçid] – Azərbaycanlı LGBT mühacirinin müsahibəsi
- Vahid Əli: Patriarxal cəmiyyət geyləri kişi olaraq görmür[ölü keçid] – Azərbaycanlı LGBT aktivistinin müsahibəsi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda Lezbiyan Gey Biseksual ve Transgender LGBT sexsler Azerbaycanda LGBT ferdi olmayan sexslerin de qarsilasdiqlari huquqi problemlerle qarsilasa bilirler Azerbaycanda hem kisiler hem de qadinlar arasinda eyni cinsli munasibetler leqal olsa da eynicinsli aileler heteroseksual ailelerin malik olduqlari huquqi mudafieye malik deyiller Beynelxalq Lezbiyan Gey Biseksual Trans ve Interseks Assosasiyasinin ILGA 10 may 2016 ci ilde aciqladigi melumata gore Azerbaycan Avropada LGBT ferdlerinin heyat seraiti ve huquqlarinin en pis veziyyetde oldugu olkedir Bele ki yalniz 5 faiz LGBT huquqlarinin temin olundugu Azerbaycan 49 Avropa olkesinin siralandigi siyahida 49 cu yerde qerarlasmisdir LGBT HuququEyni cinsli munasibetlerin resmilesdirilmesiEyni cinsli ittifaqlar resmilesdirilmir Eyni cinsli nigahlar resmilesdirilmir Diger huquqlarEvladliq huququ NLGBT qanunu NCinsi deyisme NTarixDord adam yarasiqli gence baxarken I Yassar dovruMutribin portreti Ezim Ezimzade cekildiyi il bilinmir Azerbaycanda tarixen sosial ve medeni yigincaqlarin kecirildiyi kisiler ve qadinlar ucun ayri olan hamamlarda kisiler arasinda eynicinsli elaqenin bas vermesi Celil Memmedquluzade terefinden yazilan qisa satirik hekayede oz eksini tapmisdir XIX esrde androgen gozellikleri ile meshur olan kisi reqqaslar mutribler ancaq kisilerin istirak etdiyi toylarda reqs edirdiler ve seks iscisi kimi de istifade olunurdular Usaq yasindan oyredilen mutribler saqqallari boyuyene qeder fealiyyetlerini davam etdirirdiler Huseynqulu Sarabski Qedim Baki eserinde onlarin Xalabaci reqsini ifa etmesini qeyd edirdi XX esrin evvellerinde Bakida yasamis Banine gore aktiv geylere adeten hormet gosterilir passiv geyler ise beyenilmirdi 1918 ci ilde Rusiya imperiyasindan ayrilaraq musteqilliyini elan etmis Azerbaycan Demokratik Respublikasinda homoseksualliqa qarsi qanun yox idi 1920 ci ilde Azerbaycanin SSRI nin terkibine qatilmasindan sonra olkede kisiler arasinda cinsi elaqeleri qadagan eden qanun quvveye minmisdi Baxmayaraq ki Vladimir Lenin Sovet Rusiyasinda homoseksualligi leqal elan etmisdi 1923 cu ilde Azerbaycan SSR de kisiler arasinda munasibetler qanunda sehven pedarastiya adlandirilir praktikada ise daha cox sodomiya ifadesi isledilirdi cinayet terkibli emel elan edilmis her iki teref konullu sekilde bele munasibete razilasmisdisa bes il bir teref diger terefe qarsi tehdid ve tezyiq istifade etmisdise guc tetbiq eden teref sekkiz il azadliqdan mehrum etme ile cezalandirilirdi 1991 ci ilde Azerbaycan yeniden musteqilliyini elan etmis 2000 ci ilde ise Sovet dovrunden qalma anti sodomiya qanunu legv edilmisdi Azerbaycan Respublikasi Milli Meclisinin resmi qezeti olan Azerbaycan qezetinin 28 may 2000 ci ilde nesr edilmis xususi nomresinde qeyd edilir ki Milli Meclis yeni Cinayet Mecellesini qebul edib Prezidentin imzalamsi ile hemin mecelle 2000 ci ilin sentyabrindan quvveye minib 121 ci maddenin legv edilmesi Azerbaycanin Avropa Surasina qebul edilmesi ucun qarsisina qoyulmus sertlerden biri idi 2000 ci ilde anti sodomiya qanununun legvinden sonra 25 yanvar 2001 ci ilde Azerbaycan Avropa Surasina qebul edilmis ve Suranin 43 cu uzvu olmusdur Umumi yanasmaAzerbaycanda LGBTQ ferdleri ucun nezerde tutulmus ilk kutlevi informasiya vasitesi Minority jurnalidir Azerbaycan poct markasi uzerinde ABS nin kisiler arasinda suyatullanma uzre Olimpiya cempionu homoseksualCemiyyet Ekser post sovet olkelerinde oldugu kimi Azerbaycanda da homoseksualliq etrafinda qarisiqliq olan bir meseledir Azerbaycanda homoseksualligin psixoloji sosioloji ve huquqi aspektleri haqqinda obyektiv ve duzgun melumat yoxdur cunki cemiyyetde homoseksualliq haqqinda duzgun melumat yoxdur Gey lezbiyan biseksual ve transgender olaraq cox nadir halda bas verir LGBT sexsler bunun vere bileceyi neticelerden qorxurlar Netice olaraq bele insanlar ikili heyat surmeye mecbur olub gey olduqlarindan utanirlar Maliyye musteqilliyi olub Bakida yasayan LGBT sexsler emin heyat sure bilir sexsi muhitlerinde rahat homoseksual heyat sure bilirler Azerbaycanda LGBT sexslerin huquqlari ucun mubarize aparan hec bir siyasi herekat yoxdur lakin insan haqlari ugrunda mubarize aparan aktivistlerden bezileri bu sahede olan problemlerle de bagli fikirler seslendirirler Azerbaycanda LGBT sexslerin huquqlarini mudafie edecek teskilata ehtiyac var Baxmayaraq ki Azerbaycanda homoseksual munasibetler leqallasdirilib geylere qarsi esasen kisi fahiselere polis tezyiqleri olmasi haqqinda melumat vardir Polis tezyiqinden sikayet edenler ise sonradan polisin qisas almasindan cekinerek kimliklerinin gizli saxlanmasini isteyirler Media Azerbaycanda LGBT sexsler ucun nezerde tutulmus ve Ruslan Baluxin terefinden 25 may 2011 ci ilde istifadeye verilmis gay az sayti fealiyyet gosterir Azerbaycan KIV inde LGBT ferdleri olsa da mediaya nezaret etmek meqsedi guden hokumet homoseksualligi hokumet tenqidcileri ve muxalif fikirli jurnalistlere qarsi tezyiq vasitesi kimi istifade edir 2000 ci ilde Azerbaycanda eyni cinsli munasibetlerin dekriminalizasiyasi insan haqqlari sahesinde ireli atilmis boyuk addim idi Prezident Heyder Eliyevin Azerbaycanin Avropa Surasina geden yolda qarsisinda duran butun maneeleri aradan qaldirmaq isteyi dekriminalizasiya ucun esas faktor olmusdur Edebiyyat 2009 cu ilde Azerbaycan yazicisi Eli Ekber azerbaycanli ve ermeni genc arasinda homoseksual sevgiden behs eden Artus ve Zaur adli romani nesr etdirmisdir Muellifin sozlerine gore ermeni ve gey olmaq Azerbaycan cemiyyetinin esas tabularidir 2014 cu ilde azerbaycanli yazici iki genc oglanin sevgisinden behs eden adli romani cap edilmisdir Hazirki veziyyetBerlin ve Koln praydlarinda Azerbaycanda homofobiya ve eleyhine suarlar Azerbaycan esasen muselman ehalinin ustunluk teskil etdiyi dunyevi dovletdir LGBTQ ferdlerine qarsi dovletin hec bir huquqi tezyiq cehdi olmasa da bu ferdler cemiyyet terefinden daim tezyiq hiss edirler Olke ehalisi arasinda movcud olan homofobiyanin esas sebebi insanlarda movzu ile bagli yanlis melumatlarin olmasi ve ya umumiyyetle melumatsizliq hemcinin kohne eneneler le elaqedardir Homoseksual ferdlerin aileleri xususile kend ve rayonlarda esasen onlarin seksual orientasiyasini qebul etmirler Kaminq aut aile bascilarinin siddeti ve ya sosial imtina ile neticelenir elece de homoseksual sexsler heteroseksual aile qurmaga mecbur edilirler 2011 ci ile kimi Azerbaycanda homoseksual cutluklerin birliklerinin huquqi taninmasi ucun konkret huquqi forma da yox idi 2011 ci ilde Azerbaycanda LGBT huquqlarinin tebligi ve bu movzu ile bagli isleyen bloqlarin kordine edilmesi ucun Gender ve Tereqqi Ictimai Birliyi yaradilmisdir Azerbaycanda LGBT movzulu ilk bloq olan www freelgbt com 2012 ci ilde terefinden yaradilmisdir Teskilat rehberlerinin sozlerine gore hokumet LGBT adli teskilati qeydiyyata almadigina gore bu cur ad secilmisdir 2012 ci ilde Azerbaycanin LGBT kutlesi terefinden de desteklenen Avroviziya Mahni Musabiqesine ev sahibliyi etmesi erefesinde olkede ilk gey praydin kecirileceyi ile bagli melumat yayilmisdi Bu melumat cemiyyetin bezi tebeqelerinde etirazla qarsilansa da bezi insan haqlari mudafiecileri bu xeberi desteklemisdiler menbe gosterin Olkede bu musabiqenin kecirilmesi hem de qonsu Iran ile munasibetlerde probleme sebeb olmusdur Iran dini liderleri Ayetullah Mehemmed Muctehed Sebusteri ve Ayetullah Cefer Subhani gey praydin kecirileceyi teqdirde Azerbaycanin anti Islami davranis sergileyeceyini bildirmisdiler Bu Iranin Azerbaycan sefirliyi qarsisinda etiraz aksiyalarinin kecirilmesine sebeb olmus etirazcilar Iranin Azerbaycanin daxili islerine qarismasina qarsi suarlar qaldirmislar AR Prezidentinin Administrasiyasinin Ictimai siyasi meseleler sobesinin mudiri Eli Hesenov bildirmisdi ki Iranin iradlarinin hec bir esasi yoxdur ve gelecekde Iranin Azerbaycanin islerine qarismamasi ucun xeberdarliq seslendirmisdi Cavab olaraq Iran Azerbaycandaki sefirini geri cagirmis Azerbaycan ise Iranin uzr istemesini teleb ederek Tehrandaki sefirini geri cagirmisdi Isa Sahmarlinin intihari 2014 cu ilin yanvarinda Azad LGBT adli teskilatin aciq gey olan rehberi Isa Sahmarli ozunu Goy qursagi bayragindan asaraq intahar etmisdir Intihar vaxti issiz ve borclu olan Isa onu xeste hesab eden ailesinden de uzaqlasmisdi Oz sexsi Facebook hesabinda olumunden qabaq mesaj yazmis Isa cemiyyeti olumunde gunahkar elan edirdi onun mesaji ise olumunden sonra dostlari terefinden askarlanmisdir Sahmarlinin olumu Azerbaycanda LGBT huququ sahesinde aktivliyin yaranmasina sebeb olmusdur Onun olum gunu kimi qeyd edilir ve 2015 ci ilde bu gunle elaqedar olaraq xususi maariflendirici videolar hazirlanmisdir LGBT teskilatlari 2015 ci ilde Azerbaycanda uc LGBT teskilati fealiyyet gosterir LGBT Azerbaijan Gay Az Azerbaycanda LGBT ferdler ucun nezerde tutulmus ilk informasiya portalidir Gender ve Tereqqi Ictimai Birliyi 2007 ci ilde Sehiyye Nazirliyi terefinden teklif edilen yerli layihelerin heyata kecirilmesi meqsediyle yaradilib Nefes LGBT Azerbaycan teskilatinin esasi 2012 ci ilde qoyulub Muxtelif tedbirler heyata keciren teskilat Avropa Birliyinin Azerbaycandaki deleqasiyasi ve muxtelif olkelerinin sefirlik numayendeleri ile olkedeki LGBT problemlerini muzakire edir Azad LGBT teskilatinin esasi 2012 ci ilde Isa Sahmarli terefinden qoyulmusdur Teskilat tehsil sahesindeki LGBT problemleri ve mediada daha yaxsi temsil olunma ile bagli meselelerle mesgul olur Teskilat LGBT film gecelerinin teskili de daxil olmaqla Bakida muxtelif tedbirler kecirir Teskilat rehberi Isa Sahmarlinin olumunden sonra teskilat uzvleri Sevgi ele Sevgidir Azerbaycanda LGBT ferdlerin desteklenmesi ucun teskil edilmis onlayn foto kompaniyasi ve Reng Isanin dogum gunu munasibetile onun muxtelif fotolarindan teskil olunmus sergi adli foto layiheleri heyata kecirmisdir 2015 ci ilde Azad LGBT teskilati evvelki layiheleri haqqinda melumat veren ve azad onlayn tehsil aletleri teklif eden sayti teqdim etmisdir Huquq cedveliEynicinsli munasibetlerin leqalligi 2000 ci ilden Raziliqli yas heddi 2000 ci ilden Is sahesinde anti diskriminasiya qanunuMehsul ve xidmet sahesinde anti diskriminasiya qanunuDiger sahelerde anti diskriminasiya qanunu dolayi yolla diskriminasiya nifret tebli eden nitq ve s daxil olmaqla Nifret cinayeti qanunuEynicinsli evlilikEynicinsli cutluklerin taninmasiEynicinsli cutluklerin ovladliga usaq goturmesiEynicinsli cutluklerin birgeliyinin qebuluGey ve lezbiyanlarin orduda aciq xidmetiCinsini deyismek huququLezbiyanlar ucun IVFGey kisi cutlukler ucun odenisli surroqatliqGey kisi cutlukler ucun qanverme huququIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Meaker Morgan Azerbaijan worst place to be gay in Europe finds LGBTI index The Guardioan 10 may 2016 28 September 2021 tarixinde Istifade tarixi 11 may 2016 European Region of the International Lesbian Gay Bisexual Trans and Intersex Association 27 October 2018 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 11 may 2016 Nazvany hudshie dlya zhizni geev strany lenta ru 10 may 2016 17 July 2021 tarixinde Istifade tarixi 11 may 2016 Mama govorila voruj nasiluj zhenshin no bud muzhchinoj Istorii geev i transgenderov v Azerbajdzhane currenttime tv 2021 08 05 tarixinde Istifade tarixi 9 iyun 2016 Lala Mahmudova Azeri Masculinities and Making Men in Azerbaijan Loyola University Chicago 2017 29 June 2023 tarixinde Istifade tarixi 30 may 2019 Healey Dan Masculine purity and Gentlemen s Mischief Sexual Exchange and Prostitution between Russian Men 1861 1941 Vol 60 No 2 Summer 2001 p 258 United Nations High Commissioner for Refugees Unhcr org 2012 10 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 18 noyabr 2015 Russian S F S R Harold Joseph Berman redaktor Soviet criminal law and procedure the RSFSR codes University of California original Harvard University Press 1966 seh 196 June 9 2019 tarixinde Istifade tarixi November 18 2015 Spartacus International Gay Guide page 1216 Bruno Gmunder Verlag 2007 2014 10 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 18 noyabr 2015 2013 07 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 18 noyabr 2015 meydan tv 2018 08 02 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 30 noyabr 2016 Olimpiya cempionu olan homoseksual ere getdi 2021 04 19 tarixinde Istifade tarixi 2019 03 29 International Helsinki Federation Annual Report on Human Rights Violations 2001 Azerbaijan refworld org International Helsinki Federation for Human Rights IHF 29 June 2023 tarixinde Istifade tarixi 11 may 2016 Dennis van der Veur Forced Out LGBT people in Azerbaijan report for ILGA 2007 gay az 2016 12 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 noyabr 2016 United Nations High Commissioner for Refugees Azerbaijan State media embroiled in gay bashing controversy Unhcr org 6 May 2008 22 January 2022 tarixinde Istifade tarixi 19 noyabr 2015 United Nations High Commissioner for Refugees Azerbaijan Opposition journalist says he is victim of vicious smear campaign Unhcr org 10 April 2008 16 April 2017 tarixinde Istifade tarixi 19 noyabr 2015 United Nations High Commissioner for Refugees Amnesty International Report 2009 Azerbaijan Unhcr org 2017 04 16 tarixinde Istifade tarixi 19 noyabr 2015 Discriminatory laws and practices and acts of violence against individuals based on their sexual orientation and gender identity PDF ohchr org Unated Nations General Assembly 2022 03 03 tarixinde PDF Istifade tarixi 30 noyabr 2016 Council of Europe Study on Homophobia Transphobia and Discrimination on Grounds of Sexual Orientation and Gender Identity Legal Report Azerbaijan PDF The Danish Institute for Human Rights 2018 06 12 tarixinde PDF Istifade tarixi 2016 11 29 Ammon Richard Gay Life in Azerbaijan globalgayz com March 2nd 2012 2023 06 29 tarixinde Istifade tarixi 29 noyabr 2016 Azerbaijan Situation of homosexuals legality treatment of homosexuals by police government attitude towards police treatment of homosexuals refworld org 15 February 2006 29 June 2023 tarixinde Istifade tarixi 29 noyabr 2016 Genc yazardan homoseksuallara destek 2016 03 10 at the Wayback Machine 23 Iyun 2014 Istifade tarixi 19 noyabr 2015 GALLUP WorldView 2020 04 07 at the Wayback Machine data accessed on 19 noyabr 2015 Azerbaijan US Department of State Bureau of Democracy Human Rights and Labor 2017 11 26 tarixinde Istifade tarixi 30 noyabr 2016 2012 11 02 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 noyabr 2015 Western Media on Eurovision 2015 02 13 at the Wayback Machine Radio Liberty 25 May 2012 2013 09 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 noyabr 2015 Antidze Margarita Reuters 22 May 2012 31 May 2012 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 noyabr 2012 Lomsadze Girgoi Azerbaijan Pop Music vs Islam EurasiaNet org 21 May 2012 25 May 2012 tarixinde Istifade tarixi 19 noyabr 2012 Iran recalls envoy to Azerbaijan ahead of Eurovision AFP 22 May 2012 22 May 2012 tarixinde Istifade tarixi 19 noyabr 2015 Azerbaijan Demands Apology From Iran Over Eurovision Voice of America 24 May 2012 27 May 2012 tarixinde Istifade tarixi 19 noyabr 2015 Azerbaijan Recalls Ambassador To Iran Radio Free Europe Radio Liberty 30 May 2012 31 May 2012 tarixinde Istifade tarixi 19 noyabr 2015 Isa Shakhmarli Azeri Gay Rights Activist Allegedly Commits Suicide With A Rainbow Flag The Huffington Post 2015 09 24 tarixinde Istifade tarixi 19 noyabr 2015 LGBT Leader Dies From Apparent Suicide Hanging Himself With Rainbow Flag The New Civil Rights Movement 2015 04 02 tarixinde Istifade tarixi 19 noyabr 2015 Geybullayeva Arzu The rainbow colors are not for Azerbaijani taste balcanicaucaso org 04 03 2014 2021 10 22 tarixinde Istifade tarixi 30 noyabr 2016 Declaration of Nefes LGBT Azerbaijan 22nd January date as LGBT Pride Day In Azerbaijan IGLHRC International Gay and Lesbian Human Rights Commission 2015 07 03 tarixinde Istifade tarixi 19 noyabr 2015 Cinsi azliq Isveren meni gorende sanki sok kecirir BBC 23 Iyul 2014 2021 09 23 tarixinde Istifade tarixi 30 noyabr 2016 saglamhayat az 2016 11 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 30 noyabr 2016 Nefes LGBT Humanist ol yeter Bazar ertesi Sen 16 2013 2017 09 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 11 29 nefeslgbt org 2017 09 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 30 noyabr 2016 AZAD 2019 09 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 noyabr 2015 SIA Ses Informasiya Agentliyi 2013 02 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 11 02 2013 Xarici kecidlerCenubi Qafqazin LGBT dunyasi olu kecid meydan tv Cavid Nebiyev Meni seksual istismar edirdiler olu kecid Azerbaycanli LGBT muhacirinin musahibesi Vahid Eli Patriarxal cemiyyet geyleri kisi olaraq gormur olu kecid Azerbaycanli LGBT aktivistinin musahibesi