Azərbaycan cəmiyyəti — 1941-ci ildə İsmayıl Şəmsin təşəbbüsü ilə Təbrizdə yaradılmış təşkilat. Təşkilat üzvlərinin əsas tələbləri İran konstitusiyasında qeyd olunmuş əyalət əncüməninin təşkil edilməsi, Milli məclisə nümayəndələrin xalq tərəfindən seçilməsi, Azərbaycan dilində bütün səviyyələrdə tədrisin təşkil olunması və Azərbaycan dilində kitabların nəşr olunması olub.
Azərbaycan cəmiyyəti | |
---|---|
Yaranma tarixi | oktyabr 1941 |
Ləğvolma tarixi | aprel 1942 |
Rəsmi dili | Azərbaycan türkcəsi |
Yarandığı yer | Təbriz |
Qurucusu | İsmayıl Şəms |
Sədr | Hacı Mirzə Əli Şəbüstəri |
Üzvləri | Hilal Nasiri Mir Mehdi Çavuşi Sadıq Padeqan Məhəmməd Biriya Mir Mehdi Etimad |
Təşkilatın qurucuları Sovet İttifaqının əməkdaşlıq təklifini rədd etdikləri üçün həm İran həm də Sovet İttifaqı tərəfindən təqiblərə məruz qalıblar. Nəticədə 6 ay sonra təşkilatın və onun orqanı olan "Azərbaycan" qəzetinin fəaliyyəti qadağan olunub. Aparıcı üzvləri isə SSRİ xüsusi xidmət orqanları tərəfindən məcburi şəkildə Azərbaycan SSR ərazisinə aparılıb 7 ay orada saxlanılıblar.
Haqqında
1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Azərbaycan Cəmiyyəti 1941-ci ilin oktyabr ayında İsmayıl Şəmsin təşəbbüsü ilə Təbrizdə yaradılıb. Cəmiyyətin qurucuları arasında Hacı Əli Şəbüstəri, İsmayıl Şəms, Əli Maşınçı, Hilal Nasiri, Sadıq Padeqan və digərləri var. Hacı Əli Şəbüstəri cəmiyyətin sədri, İsmayıl Şəms isə onun müavini seçildi. Təşkilatın əsas hədəfi Azərbaycanın ancaq azərbaycanlılar tərəfindən idarə edilməsini və Azərbaycan türkcəsinin Azərbaycanın rəsmi dili kimi tanınmasını təşviq etmək olub. Cəmiyyətin Tehran və başqa şəhərlərdə də şöbələri olub.
1941-ci il noyabrın 1-də cəmiyyətin mətbu orqanı olan "Azərbaycan" qəzeti çap olunmağa başlayıb. Bu qəzetə Hacı Əli Şəbüstəri və İsmayıl Şəms redaktorluq ediblər. Qəzet yarı fars yarı Azərbaycan türkcəsində çap olunurdu. Qəzetin saylarından birində cəmiyyətin məqsədinin sosial və milli azadlıq əldə etmək olduğu qeyd olunub. İlk dəfə "Azərbaycan" qəzetində Azərbaycana muxtariyyətin verilməsi və Təbrizdəki Pəhləvi küçəsinin adının "Səttar xan" adlandırılması məsələsi qaldırılıb. Cəmiyyət üzvləri konstitusiyada qeyd olunmuş məşrutə üsul-idarəsinin əməldə həyata keçirilməsini, əyalət əncüməninin təşkil edilməsini, Milli məclisə nümayəndələrin xalq tərəfindən seçilməsini, Azərbaycanda yeni sənaye obyektləri tikilməsini, ana dilində bütün səviyyələrdə tədrisin təşkil olunmasını və ana dilində kitabların nəşr olunmasını tələb edirdilər.
Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Məşrutə İnqilabının liderləri Səttar xan və Bağır xanın xatirəsinə həsr olunmuş gecə keçirlib. Həmin gecədə Təbrizdəki Pəhləvi Xiyabanına Səttar xanın adı verilməsi qərara alınıb və az sonra bu qərar cəmiyyət üzvləri tərəfindən həyata keçilirib. Cəmiyyətin təşəbbüsü ilə teatr truppası təşkil olunub. Bu truppa digər teatr və incəsənət dəstələrini də təşkilatda birləşdirmək məqsədilə 1942-ci ilin fevral ayında idarə heyəti təşkil edib. Bu idarə heyəti sonradan xüsusi komissiya yaradaraq incəsənət sahəsindəki kortəbiiliklə mübarizə aparmağı qarşısına məqsəd qoyub.
Sonrakı aylarda SSRİ siyasi və hərbi rəhbərləri tərəfindən Sovet rejiminin təbliğ etmək məqsədilə əməkdaşlığa dəvət olunsalar da bunu qəbul etməyiblər. Daha sonraTudə Partiyasının nümayəndəsi Rza Rusta Təbrizə gələrək Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms və Sadıq Padeqanla görüşüb. Bu görüşdə o təklif edib ki cəmiyyət ləğv olunsun və onun üzvləri Təbrizdə Tudə Partiyasının təşkilatını təşkil etsinlər. Mirzə Əli Şəbüstəri və İsmayıl Şəms bu təklifi rədd ediblər.
Cəmiyyətin fəaliyyəti mərkəzi hökuməti narahat etdiyinə görə "Azərbaycan" qəzetini Tehranda yaymaq və oxumaq qadağan olundu. 1942-ci ildə Üçüncü ostanın valisi Xəlil Fəhimi cəmiyyətə qarşı "Xalqa müraciət" adlı xüsusi bəyanat dərc etdirdi. 1942-ci ilin aprel ayında İran hökumətinin nümayəndələri tərəfindən cəmiyyətin və "Azərbaycan" qəzetinin fəaliyyəti qadağan olundu. Bir həftə sonra cəmiyyətin aktiv üzvləri olan İsmayıl Şəms, Hacı Əli Şəbüstəri, Mir Mehdi Etimad, Məhəmməd Biriya Sovet hərbçiləri tərəfindən məcburi şəkildə Bakıya aparılıblar. Onlara SSRİ vətəndaşlığını qəbul edib orda qalmaq təklif olunsa da bunu qəbul etməyiblər. 7 ay Azərbaycan SSR ərazisində yaşadıqdan sonra 1943-cü ildə Təbrizə geri qayıda biliblər.
Həmçinin bax
Mənbə
İstinadlar
- Atabaki, 2000. səh. 64
- "WW2 People's War - Fact File : Persia Invaded". www.bbc.co.uk. İstifadə tarixi: 2025-03-10.
- "World War II - Pacific, Japan, Allies | Britannica". www.britannica.com (ingilis). 2025-03-07. İstifadə tarixi: 2025-03-10.
- Ələkbərli, 2021. səh. 113
- Atabaki, 2000. səh. 65
- Məmmədli, 2009. səh. 99
- Şəms, 1981. səh. 9
- Həsənov, 2004. səh. 54
- Rəhimli, 2015. səh. 24
- Atabaki, 2000. səh. 89
- Yenisey, 2009. səh. 135
- Pişəvəri, 2005. səh. 26
- Çeşmazər, 1986. səh. 35
- Ağayeva, 2004. səh. 16
- Cavid, 2005. səh. 42
- Bayramova, Şəymən. "Güney Azərbaycan mətbuatı..." sherg.az (az.). 2017-05-16. İstifadə tarixi: 2024-12-24.
- Məmmədli, 2009. səh. 119
- Mərəndli, 2017. səh. 15
- "سیاست زبانی و ساختار حکومت ملی آذربایجان- دکتر محمدرضا هیئت". tebarens.com. İstifadə tarixi: 2024-12-25.
- Əhməd, 1998. səh. 31
- Güney Azərbaycan: tarix və müasirlik (az.). Bakı: Zərdabi LTD. 2014. 197. ISBN . 2025-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-26.
- Ələkbərli, 2021. səh. 115
- Mustafayev, 1998. səh. 84
- Həsənov, 2004. səh. 59
- Məmmədli, 2009. səh. 119-120
- Mustafayev, 1998. səh. 85
- Pişəvəri, 2005. səh. 29
- Rəhimli, 2015. səh. 26
- Mustafayev, 1998. səh. 86
- Şəms, 1981. səh. 10
- Şəms, 1981. səh. 11
- Mustafayev, 1998. səh. 87
- Həsənov, 2004. səh. 61
- Məmmədli, 2009. səh. 121
- Çeşmazər, 1986. səh. 13
- Şəms, 1981. səh. 12
- Rüstəmli, 1997. səh. 31
- Qəribli, 2014. səh. 184
Ədəbiyyat
- Ağayeva, Gözəl. Təbriz ədəbi mühiti (az.). Bakı: Nurlar NPM. 2004. səh. 168. ISBN .
- Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN .
- Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-26.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. Archived from the original on 2023-05-02. İstifadə tarixi: 2025-02-26.
- Əhməd, Vüqar. M.C.Pişəvəri: “Həyatı, mühiti və yaradıcılığı" (az.). Bakı: Göytürk nəşriyyatı. 1998. səh. 248.
- Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN . 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
- Həsənov, Həsən. Cənubi Azərbaycanda Milli Demokratik hərəkat (1941-1946-cı illər) (az.). Bakı: Elm nəşriyyatı. 2004. səh. 204.
- Qəribli, İslam. Ədəbiyyat sərhəd tanımır (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 262.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN . 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
- Məmmədli, Pərvanə. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər (az.). Bakı: Elm nəşriyyatı. 2009. səh. 230.
- Mustafayev, Vidadi. Cənubi AzərbaycanMilli Şüur (XX əsrin birinci yarısında) (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1998. səh. 200. 2024-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.}
- Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
- Rəhimli, Əkrəm. 21 Azərə gedən yol:Güney Azərbaycanda milli-demokratik hərəkat:1941-1946-cı illər (az.). Bakı: Araz nəşriyyatı. 2015. səh. 240. ISBN .
- Rüstəmli, Nərgiz. Hər addımda məzarım var (az.). Bakı: "Yazıçı" ədəbi nəşrlər evi. 1997. səh. 120.
- Şəms, İsmayıl. Tərcümeyi halım (PDF) (az.). Dortmund: 21 Azər jurnalı. 1981. səh. 15. 2024-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-25.
- Yenisey, Gülara. İranda etnosiyasi hərəkatlar (1922-2004) (az.). Bakı: Qanun nəşriyyatı. 2009. səh. 248.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan cemiyyeti 1941 ci ilde Ismayil Semsin tesebbusu ile Tebrizde yaradilmis teskilat Teskilat uzvlerinin esas telebleri Iran konstitusiyasinda qeyd olunmus eyalet encumeninin teskil edilmesi Milli meclise numayendelerin xalq terefinden secilmesi Azerbaycan dilinde butun seviyyelerde tedrisin teskil olunmasi ve Azerbaycan dilinde kitablarin nesr olunmasi olub Azerbaycan cemiyyetiYaranma tarixi oktyabr 1941Legvolma tarixi aprel 1942Resmi dili Azerbaycan turkcesiYarandigi yer TebrizQurucusu Ismayil SemsSedr Haci Mirze Eli SebusteriUzvleri Hilal Nasiri Mir Mehdi Cavusi Sadiq Padeqan Mehemmed Biriya Mir Mehdi Etimad Teskilatin quruculari Sovet Ittifaqinin emekdasliq teklifini redd etdikleri ucun hem Iran hem de Sovet Ittifaqi terefinden teqiblere meruz qaliblar Neticede 6 ay sonra teskilatin ve onun orqani olan Azerbaycan qezetinin fealiyyeti qadagan olunub Aparici uzvleri ise SSRI xususi xidmet orqanlari terefinden mecburi sekilde Azerbaycan SSR erazisine aparilib 7 ay orada saxlaniliblar Haqqinda1941 ci ilin avqust sentyabr aylarinda Britaniya ve SSRI qosunlari Irana daxil oldular 1941 ci il sentyabrin 17 de Rza sah taxtindan imtina ederek Irani terk etdi Bundan sonra olke erazisinde hebsde olan siyasi mehbuslar azadliga buraxildilar ve muxtelif siyasi teskilatlar yaranmaga basladi Azerbaycan Cemiyyeti 1941 ci ilin oktyabr ayinda Ismayil Semsin tesebbusu ile Tebrizde yaradilib Cemiyyetin quruculari arasinda Haci Eli Sebusteri Ismayil Sems Eli Masinci Hilal Nasiri Sadiq Padeqan ve digerleri var Haci Eli Sebusteri cemiyyetin sedri Ismayil Sems ise onun muavini secildi Teskilatin esas hedefi Azerbaycanin ancaq azerbaycanlilar terefinden idare edilmesini ve Azerbaycan turkcesinin Azerbaycanin resmi dili kimi taninmasini tesviq etmek olub Cemiyyetin Tehran ve basqa seherlerde de sobeleri olub 1941 ci il noyabrin 1 de cemiyyetin metbu orqani olan Azerbaycan qezeti cap olunmaga baslayib Bu qezete Haci Eli Sebusteri ve Ismayil Sems redaktorluq edibler Qezet yari fars yari Azerbaycan turkcesinde cap olunurdu Qezetin saylarindan birinde cemiyyetin meqsedinin sosial ve milli azadliq elde etmek oldugu qeyd olunub Ilk defe Azerbaycan qezetinde Azerbaycana muxtariyyetin verilmesi ve Tebrizdeki Pehlevi kucesinin adinin Settar xan adlandirilmasi meselesi qaldirilib Cemiyyet uzvleri konstitusiyada qeyd olunmus mesrute usul idaresinin emelde heyata kecirilmesini eyalet encumeninin teskil edilmesini Milli meclise numayendelerin xalq terefinden secilmesini Azerbaycanda yeni senaye obyektleri tikilmesini ana dilinde butun seviyyelerde tedrisin teskil olunmasini ve ana dilinde kitablarin nesr olunmasini teleb edirdiler Azerbaycan Cemiyyetinin tesebbusu ile Mesrute Inqilabinin liderleri Settar xan ve Bagir xanin xatiresine hesr olunmus gece kecirlib Hemin gecede Tebrizdeki Pehlevi Xiyabanina Settar xanin adi verilmesi qerara alinib ve az sonra bu qerar cemiyyet uzvleri terefinden heyata kecilirib Cemiyyetin tesebbusu ile teatr truppasi teskil olunub Bu truppa diger teatr ve incesenet destelerini de teskilatda birlesdirmek meqsedile 1942 ci ilin fevral ayinda idare heyeti teskil edib Bu idare heyeti sonradan xususi komissiya yaradaraq incesenet sahesindeki kortebiilikle mubarize aparmagi qarsisina meqsed qoyub Sonraki aylarda SSRI siyasi ve herbi rehberleri terefinden Sovet rejiminin teblig etmek meqsedile emekdasliga devet olunsalar da bunu qebul etmeyibler Daha sonraTude Partiyasinin numayendesi Rza Rusta Tebrize gelerek Mirze Eli Sebusteri Ismayil Sems ve Sadiq Padeqanla gorusub Bu gorusde o teklif edib ki cemiyyet legv olunsun ve onun uzvleri Tebrizde Tude Partiyasinin teskilatini teskil etsinler Mirze Eli Sebusteri ve Ismayil Sems bu teklifi redd edibler Cemiyyetin fealiyyeti merkezi hokumeti narahat etdiyine gore Azerbaycan qezetini Tehranda yaymaq ve oxumaq qadagan olundu 1942 ci ilde Ucuncu ostanin valisi Xelil Fehimi cemiyyete qarsi Xalqa muraciet adli xususi beyanat derc etdirdi 1942 ci ilin aprel ayinda Iran hokumetinin numayendeleri terefinden cemiyyetin ve Azerbaycan qezetinin fealiyyeti qadagan olundu Bir hefte sonra cemiyyetin aktiv uzvleri olan Ismayil Sems Haci Eli Sebusteri Mir Mehdi Etimad Mehemmed Biriya Sovet herbcileri terefinden mecburi sekilde Bakiya apariliblar Onlara SSRI vetendasligini qebul edib orda qalmaq teklif olunsa da bunu qebul etmeyibler 7 ay Azerbaycan SSR erazisinde yasadiqdan sonra 1943 cu ilde Tebrize geri qayida bilibler Hemcinin baxDemokratiya ocagi Azerbaycan Zehmetkesler TeskilatiMenbeIstinadlar Atabaki 2000 seh 64 WW2 People s War Fact File Persia Invaded www bbc co uk Istifade tarixi 2025 03 10 World War II Pacific Japan Allies Britannica www britannica com ingilis 2025 03 07 Istifade tarixi 2025 03 10 Elekberli 2021 seh 113 Atabaki 2000 seh 65 Memmedli 2009 seh 99 Sems 1981 seh 9 Hesenov 2004 seh 54 Rehimli 2015 seh 24 Atabaki 2000 seh 89 Yenisey 2009 seh 135 Piseveri 2005 seh 26 Cesmazer 1986 seh 35 Agayeva 2004 seh 16 Cavid 2005 seh 42 Bayramova Seymen Guney Azerbaycan metbuati sherg az az 2017 05 16 Istifade tarixi 2024 12 24 Memmedli 2009 seh 119 Merendli 2017 seh 15 سیاست زبانی و ساختار حکومت ملی آذربایجان دکتر محمدرضا هیئت tebarens com Istifade tarixi 2024 12 25 Ehmed 1998 seh 31 Guney Azerbaycan tarix ve muasirlik az Baki Zerdabi LTD 2014 197 ISBN 978 9952 33 083 0 2025 01 13 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 02 26 Elekberli 2021 seh 115 Mustafayev 1998 seh 84 Hesenov 2004 seh 59 Memmedli 2009 seh 119 120 Mustafayev 1998 seh 85 Piseveri 2005 seh 29 Rehimli 2015 seh 26 Mustafayev 1998 seh 86 Sems 1981 seh 10 Sems 1981 seh 11 Mustafayev 1998 seh 87 Hesenov 2004 seh 61 Memmedli 2009 seh 121 Cesmazer 1986 seh 13 Sems 1981 seh 12 Rustemli 1997 seh 31 Qeribli 2014 seh 184 Edebiyyat Agayeva Gozel Tebriz edebi muhiti az Baki Nurlar NPM 2004 seh 168 ISBN 9952403356 Atabaki Touraj Azerbaijan Ethnicity and the Struggle for Power in Iran ingilis London I B Tauris 2000 seh 288 ISBN 9781860645549 Cavid Salamulla O gunun hesreti ile PDF az Baki Yurd nesriyyati 2005 seh 63 2021 07 28 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2025 02 26 Cesmazer Mirqasim Azerbaycan Demokrat Partiyasinin yaranmasi ve fealiyyeti PDF az Baki Elm nesriyyati 1986 seh 121 Archived from the original on 2023 05 02 Istifade tarixi 2025 02 26 Ehmed Vuqar M C Piseveri Heyati muhiti ve yaradiciligi az Baki Goyturk nesriyyati 1998 seh 248 Elekberli Faiq Azerbaycan turk felsefi ve ictimai fikir tarixi XIX XX esrler az III Baki Elm ve tehsil nesriyyati 2021 seh 684 ISBN 9789952817607 2024 12 03 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 12 02 Hesenov Hesen Cenubi Azerbaycanda Milli Demokratik herekat 1941 1946 ci iller az Baki Elm nesriyyati 2004 seh 204 Qeribli Islam Edebiyyat serhed tanimir az Baki Elm ve tehsil nesriyyati 2014 seh 262 Merendli Baris 21 Azer soyqirimi 1946 1947 ci illerde Cenubi Azerbaycanda kutlevi qirginlar az Baki Elm ve tehsil nesriyyati 2017 seh 376 ISBN 978 9952 8312 8 3 2024 12 07 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 12 25 Memmedli Pervane Cenubi Azerbaycan metbuati tarixi XIX XX XXI yuzillikler az Baki Elm nesriyyati 2009 seh 230 Mustafayev Vidadi Cenubi AzerbaycanMilli Suur XX esrin birinci yarisinda PDF az Baki Elm nesriyyati 1998 seh 200 2024 04 17 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2025 01 10 Piseveri Seyid Cefer Xatireler 1941 1945 az Baki Azerbaycan Demokrat Firqesinin nesri 2005 seh 394 Rehimli Ekrem 21 Azere geden yol Guney Azerbaycanda milli demokratik herekat 1941 1946 ci iller az Baki Araz nesriyyati 2015 seh 240 ISBN 9789952828528 Rustemli Nergiz Her addimda mezarim var az Baki Yazici edebi nesrler evi 1997 seh 120 Sems Ismayil Tercumeyi halim PDF az Dortmund 21 Azer jurnali 1981 seh 15 2024 10 05 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2025 02 25 Yenisey Gulara Iranda etnosiyasi herekatlar 1922 2004 az Baki Qanun nesriyyati 2009 seh 248