Altuntəpə ― Türkmənistanın cənubunda Miana kəndi yaxınlığında Eneolit və Tunc dövrlərinə aid arxeoloji abidə.
1965–1975-ci illərdə V.M.Massonun rəhbərlik etdiyi ekspedisiya Altuntəpəni tətqiq etmişdir. Aşağı təbəqələrdən e.ə. V–IV minilliklərdə yaşamış oturaq əkinçi maldarlara aid yaşayış məskəninin qalıqları; möhrəpalçıq evlər, naxışlı keramika məmulatı, gildən düzəldilmiş insan və heyvan fiqurları, daş qablar, mis məmulat və s. aşkar edilmişdir. Altuntəpə e.ə. III minilliyin əvvəllərində ərazisi təqribən 46 hektara çatan iri yaşayış məskəninə çevrilmişdi. Altuntəpədə sənətkarlıq sahələri intensiv inkişaf etmişdi. Dulus çarxında hazırlanan keramika məmulatı ikiyaruslu xüsusi kürədə bişirilirdi. Arsenli və qurğuşunlu tuncdan hazırlanmış əşyalar, o cümlədən qablar geniş yayılmışdı.
E.ə. III minilliyin sonu — II minilliyin əvvəllərində Altuntəpə mürəkkəb daxili quruluşa malik şəhərtipli yaşayış məskəninə çevrilmişdi (sənətkarlıq və zadəgan məhəllələri, zikkurat tipində pilləli qülləsi olan monumental ibadət mərkəzi, bəzək əşyaları, o cümlədən qızıldan hazırlanmış öküz və canavar başı tapılmış kahinlər sərdabəsi). Ev tiplərinə və kollektiv sərdabələrdə qoyulmuş dəfn əşyalarına görə əhali üç qrupa — zadəganlar, tacirlər və sənətkarlara bölünürdü.
Altuntəpə mədəniyyəti üçün mürəkkəb formalı zərif gil qablar, dəvə qoşulmuş araba modelləri, tunc və gümüş məmulat (xəncərlər, kərkilər, güzgülər, o cümlədən müxtəlif zoomorf möhürlər və s.) səciyyəvidir. Altuntəpənin Mesopotamiya (memarlıq və torevtikadakı təsir) və Harappa mədəniyyəti (fil sümüyündən hazırlanmış gətirilmə əşyalar, heroqlif yazılı möhür) ilə əlaqəsi nəzərə çarpır. E.ə. II minilliyin ortalarında Altuntəpə tənəzzülə uğramış və tamamilə tərk edilmişdir.
Xarici keçid
- Древнейшие племена. Раннеклассовое общество Алтын-депе
- Древние цивилизации, затерянные в песках Ахалского велаята Туркмении. Алтын-депе как бы снова появился из небытия 2016-03-04 at the Wayback Machine
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 400. ISBN .
- V. M. Masson and V. I. Sarianidi, Central Asia: Turkmenia before the Achaemenids (trans. Tringham, 1972); review: Charles C. Kolb, American Anthropologist (1973), 1945–1948
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Altuntepe Turkmenistanin cenubunda Miana kendi yaxinliginda Eneolit ve Tunc dovrlerine aid arxeoloji abide 1965 1975 ci illerde V M Massonun rehberlik etdiyi ekspedisiya Altuntepeni tetqiq etmisdir Asagi tebeqelerden e e V IV minilliklerde yasamis oturaq ekinci maldarlara aid yasayis meskeninin qaliqlari mohrepalciq evler naxisli keramika memulati gilden duzeldilmis insan ve heyvan fiqurlari das qablar mis memulat ve s askar edilmisdir Altuntepe e e III minilliyin evvellerinde erazisi teqriben 46 hektara catan iri yasayis meskenine cevrilmisdi Altuntepede senetkarliq saheleri intensiv inkisaf etmisdi Dulus carxinda hazirlanan keramika memulati ikiyaruslu xususi kurede bisirilirdi Arsenli ve qurgusunlu tuncdan hazirlanmis esyalar o cumleden qablar genis yayilmisdi E e III minilliyin sonu II minilliyin evvellerinde Altuntepe murekkeb daxili qurulusa malik sehertipli yasayis meskenine cevrilmisdi senetkarliq ve zadegan mehelleleri zikkurat tipinde pilleli qullesi olan monumental ibadet merkezi bezek esyalari o cumleden qizildan hazirlanmis okuz ve canavar basi tapilmis kahinler serdabesi Ev tiplerine ve kollektiv serdabelerde qoyulmus defn esyalarina gore ehali uc qrupa zadeganlar tacirler ve senetkarlara bolunurdu Altuntepe medeniyyeti ucun murekkeb formali zerif gil qablar deve qosulmus araba modelleri tunc ve gumus memulat xencerler kerkiler guzguler o cumleden muxtelif zoomorf mohurler ve s seciyyevidir Altuntepenin Mesopotamiya memarliq ve torevtikadaki tesir ve Harappa medeniyyeti fil sumuyunden hazirlanmis getirilme esyalar heroqlif yazili mohur ile elaqesi nezere carpir E e II minilliyin ortalarinda Altuntepe tenezzule ugramis ve tamamile terk edilmisdir Xarici kecidDrevnejshie plemena Ranneklassovoe obshestvo Altyn depe Drevnie civilizacii zateryannye v peskah Ahalskogo velayata Turkmenii Altyn depe kak by snova poyavilsya iz nebytiya 2016 03 04 at the Wayback MachineIstinadlarAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 400 ISBN 978 9952 441 02 4 V M Masson and V I Sarianidi Central Asia Turkmenia before the Achaemenids trans Tringham 1972 review Charles C Kolb American Anthropologist 1973 1945 1948