Albert Eynşteyn (alm. Albert Einstein; 14 mart 1879[…], Ulm, Vürtemberq krallığı[d], Almaniya imperiyası[…] – 18 aprel 1955[…], Prinstom, Nyu Cersi, ABŞ[…]) — alman fiziki; nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).
Albert Eynşteyn | |
---|---|
alm. Albert Einstein | |
Doğum tarixi | 14 mart 1879[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 aprel 1955[…](76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | abdominal aort anevrizması[d] |
Dəfn yeri |
|
Elm sahəsi | nəzəri fizika |
Elmi dərəcəsi |
|
Elmi adları |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Alfred Klyayner[d], Henrix Burxart[d], Henrix Fridrix Veber[d] |
Tanınır |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Iki oğlu və 1 qızı dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-yə köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dəki bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.
Nisbilik nəzəriyyəsi və xüsusilə, kütlə və enerjinin ekvivalentliyi: E = mc2 münasibətinə görə məşhurdur. 1921-ci ildə nəzəri fizika elmindəki xidmətlərinə və ələlxüsus da fotoelektrik effektinin kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, tək atomlu qazların kvant nəzəriyyəsi, aşağı şüalanma sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.
1999-cu ildə "Time" jurnalının keçirdiyi səsverməyə əsasən "əsrin adamı", tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.
Uşaqlığı və təhsili
1879-cu ildə Almaniyanın Ulm şəhərində dünyaya gələn Albert Eynşteyn 1880-ci ildə ailəsi ilə birlikdə Münhenə köçmüşdür. Münhendə atası Herman Eynşteyn və əmisi Cakob elektrik şirkəti qurdular. Anası Paulina Eynşteyn istedadlı pianoçu idi. Onun özündən yaşca kiçik Maya adında bacısı var idi. Məktəbə getməzdən əvvəl danışmaqda çətinlik çəkdiyinə görə Alberti anası və atası həkimə aparmışdılar.
Dörd yaşında xəstə olarkən atası onu əyləndirmək üçün ona maqnitli kompas verir. Hətta bu yaşda kompasın əqrəbinin hərəkəti onda böyük maraq oyatmışdı.
Herman və Paulina Eynşteyn yəhudi əsilli, lakin dindar olmayan ailə idilər. Dini əməllərdən daha çox uşaqlarının təhsillərini düşünürdülər. Albert beş yaşında olarkən onu daha yaxşı təhsil verdiyini düşündükləri Katolik Xristian məktəbinə yazdırırlar. Bundan sonra Albert buradakı kəskin qanunlardan narahat idi, lakin buna baxmayaraq həmişə yüksək qiymətlər alırdı.
Anası Paulina uşaqlarının kiçik yaşlarından musiqiyə bələd olmasını istəyirdi. Buna görə Alberti skripka, Mayanı isə piano dərslərinə aparırdı. Albert skripka dərslərinə altı yaşında başladı, on dörd yaşına qədər davam etdi. Motsartın əsərlərini çox bəyənir və onun sonatalarını çala bilmək üçün çox məşqlər edirdi.
Albert doqquz yaşı olarkən Katolik məktəbindən çıxır və təhsilini Luitpold Gimnaziyasında davam etdirir. Gimnaziya və Latıncaya böyük önəm verirdi. O burada Latın dili və riyaziyyat dərslərində ən yüksək qiymətləri alırdı. Gimnaziya orta məktəbdən daha möhkəm qaydalara tabe idi, buna görə Albert tez-tez müəllimlərlə mübahisə edir, müəllimlər isə onun azad və üsyankar xarakterini bəyənmirdilər.
Albertin ailəsi köhnə yəhudi ənənəsi olaraq həftədə bir gün kasıb bir tələbəni şam yeməyinə dəvət edirdilər. Maks Talmud adında yoxsul tələbənin onların evinə ziyarəti Albertin on yaşı olarkən başlamış və beş il davam etmişdi. Albert bu tələbə ilə söhbət etməkdən həzz alırdı, Talmud isə qısa vaxtda onun adi uşaq olmadığını başa düşmüşdü. On üç yaşı olarkən Talmudun gətirdiyi Emanuel Kantın kitabını oxumuş və onu başa düşməkdə qəti çətinlik çəkməmişdi.
On bir yaşı olarkən yəhudi ənənəsi olaraq evdə din dərsləri almağa başlayır. Bu dövrdə Albert dinə dərin meyl duymağa başladı, bütün dini vacib əməlləri mütəmadi olaraq yerinə yetirirdi. Lakin dinə olan marağı uzun çəkmədi. Bir il ərzində oxuduğu elmi kitabların dinlə uyğun olmadığını gördü və bütün dini qaydalara şübhə ilə yanaşmağa başladı.
1891-ci ildə əmisi Cakob ona cəbr kitabı gətirmişdi. Həmin il Albert Pifaqor teoreminin alternativ isbatını yaratdı. On altı yaşı olarkən isə öz ağlı sayəsində diferensial və inteqral hesabı ilə analitik həndəsəni öyrəndi.
1894-cü ildə 14 ildən sonra Albertin atası və əmisinin açdığı şirkət iflas etdi. Buna görə hər iki ailə İtaliyaya getmək qərarına gəldilər. Ailəsi Albertin Münhendə qalıb təhsilini tamamlamasına qərar verdilər. Albertin gimnaziyanı bitirməsinə hələ üç il qalmışdı, lakin üç ay Münhendə tək qaldıqdan sonra ağır depressiv hal yaşamağa başlayır. Həkimdən sinir sistemində olan gərginlik səbəbi ilə arayış aldı, gimnaziyadan tərk etdi və İtaliyaya ailəsinin yanına getdi.
İsveçrədəki təhsili
Təhsilini yarıda qoyan Albert ailəsinə Federal Politexnik Məktəbinə daxil olmağa söz verdi. Həmin məktəb diplom tələb etmədiyi üçün ondan yalnız imtahandan uğurla keçmək tələb olunurdu. İtaliyada yaşamaq Albert üçün çox rahat idi. O, burada çoxlu muzey, qalereya gəzirdi.
Albert Enşteyn militarizm və məcburi hərbi xidmətə də xoş münasibət bəsləmirdi. Atasına alman vətəndaşlığından çıxıb İsveçrə vətandaşı olmaq istədiyini bildirdi. Atası tərəddüd etsə, də lazım olan sənədləri imzaladı. 1896-cı ildə alman vətəndaşlığından çıxması haqqında sənədi əldə etsədə, 1901-ci ilə kimi İsveçrə vətəndaşı da ola bilmədi və beş il müddətində heç bir yerə aid olmadan yaşadı.
1895-ci ildə Politexnikə imtahan verdi. Bura imtahan vermək üçün on səkkiz yaşından böyük olmalı idi, lakin on altı yaşında olduğuna görə imtahan verə bilmək üçün xüsusi icazə sənədi aldı. Eynşteyn atasının tövsiyəsinə uyun olaraq mühəndislik bölümünə imtahan vermişdi. Riyaziyyat və fizikadan yüksək qiymətlər almasına baxmayaraq digər fənnlərdən yaxşı nəticə əldə etməmişdi. Politexnikin müdiri onun potensialını görüb İsveçrə məktəblərindən diplom alıb yenidən imtahan verməsini tövsiyə etmişdi. Ailəsi bu tövsiyəni qiymətləndirərək onu İsveçrə məktəblərindən birinə göndərirlər. Məktəbdəki təhsil mühiti onun xarakterinə çox uyğun idi, bütün imtahanları uğurla verərək 1896-cı ildə məktəbi bitirdi.
Məzun Eynşteyn lazım olan yaşdan altı yaş kiçik olmasına baxmayaraq Politexnikə qəbul olundu. Gələcək həyat yoldaşı, serbiya əsilli Mileva Maric ilə də burada tanış olur. Mileva bir il əczaçılıq oxuduqdan sonra fizika bölümündə təhsil almağa başlamışdı. Aralarında məhəbbət münasibəti yaranan bu gənclər təhsillərinin son ilində evlənməyə qərar verirlər. Onlar çox vaxt birlikdə fizika, kitablar haqqında söhbətlər edirdilər.
Eynşteyn təhsilinin üçüncü ilində professor Henrix Veberin elektrotexnika laborotoriyasında dərs alır. Burada o həm də özünün icad etdiyi yenilikləri də sınaqdan keçirirdi. Veberə qarşı olan dikbaşlığının nəticəsi olaraq müəllimi məzuniyyətdən sonra onun universitetdə akademik pozisiyaya keçməsinə mane olmuşdu.
1899-cu ildə Albert universitetdən fizika diplomu ilə məzun oldu. Elmi fəaliyyətini davam etdirmək üçün universitetdə iş tapmaq istəsə də, təhsil müddəti ərzində üsyankar xarakterinə görə müəllimləri tərəfindən sevilməyən Eynşteyn heç bir nəticə əldə edə bilmədi. On səkkiz ay axtarışdan sonra Marsel Qrossmanın köməyi ilə patent ofisində işləməyə başladı.
Elmi karyerası
1908-ci ildə Albert Eynşteyn artıq məşhur alim olaraq tanınırdı və Bern Universitetində müəllim kimi işləyirdi. Ondan sonrakı ildə isə patent ofisindəki işindən və müəllimlikdən çıxaraq Sürix Universitetində fizika dosentliyinə başladı. 1911-ci ildə Praqada Karl-Ferdinand Universitetində professor adını aldı. 1914-cü ildə Almaniyaya qayıtdı, Kaiser Vilhelm Fizika İnstitunda idarəçi, Berlin Humbolt Universitetində isə professor oldu. Bu işlərindəki müqavilələrdə onun müəllimlik fəaliyyətini məhdudlaşdıran çoxlu sayda maddələr var idi. 1921-ci ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür. Mükafat fotoelektrik təsirin izah olunması səbəbi ilə verilmişdi.
Amerika vətəndaşlığı və Prinston
1933-cü ildə Amerikada universitetləri ziyarət edərkən Alman hökumətinin yəhudilərin müəllimlik daxil olmaqla bütün rəsmi mövqelərdən məhrum etdiyini öyrəndi. Bir ay sonra nasistlər kitab yandırma kampaniyasına başladılar və Enşteynin də kitabları onların arasında idi. Bu ərəfədə Enşteyn artıq Almaniyaya geri qayıtmayacağını açıqladı. 1933-cü ilin mart ayında Avropaya qayıdarkən bir neçə ay Belçikada qaldı. Daha sonra müvəqqəti olaraq İngiltərəyə səfər etdi. Həmin il ABŞ-yə köçmək qərarına gəldi. Burada müxtəlif nüfuzlu universitetlərdə öz fəaliyyətini davam etdirdi. 1955-ci ilə kimi, yəni ölümünə qədər burada yaşadı.
Manhetten layihəsi
1939-cu ildə fizik olan macar elm xadimi da daxil olduğu qrup nasistlərin atom bombası haqqında tədqiqat aparması haqqında Vaşinqtona xəbərdarlıq etdi. Lakin qrupun xəbərdarlığına ciddi yanaşılmadı. Eynşteyn nüfuzundan istifadə edərək bu məsələ ilə bağlı Ruzveltə məktub göndərdi. Bu xəbərdarlıq ABŞ-nin nüvə silahını təkmilləşdirməsi üçün təkanverici qüvvə oldu. Nəticə olaraq, ABŞ nüvə silahı yarada bilən yeganə ölkə oldu.
Albert Enşteyn 1954-cü ildə (ölümündən bir il əvvəl) dostu Linus Paulinqə belə demişdi: "Həyatımda yalnız bir böyük xəta etdim. Prezident Ruzveltə atom bombası tövsiyəsini vermək. Amma onun da səbəbi vardı. Almanların bunu daha əvvəl etmək təhlükəsi."
Ölümü və beyninin oğurlanması
18 aprel 1955-ci ildə Albert Enşteyn daxili qanaxma keçirdi. İsrailin yaranmasının yeddinci ildönümü münasibətilə televiziya üçün çıxış mətni hazırlayırdı, lakin bu işini tamamlaya bilmədən vəfat etdi. Eynşteyn bu sözləri deyərək əməliyyat olmaqdan imtina etmişdir: "İstədiyim vaxt getmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasızdı. İndi getmək vaxtıdı və bunu nəzakətli şəkildə etmək istəyirəm." 76 yaşında Prinston xəstəxanasında vəfat etmişdir.
Eynşteyn öldükdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi idi. Harvey cəsədi yandırmaq üçün hazırladı, beynini isə gizlədərək özü ilə evə apardı.
Beyni oğurlanan Eynşteynin ailəsi şokda idi. Hökumət də daxil olmaqla hamı beyinin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etmədi. Buna görə onu işdən çıxardılar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkdi. Eynşteynin bədəninin qalan hissəsi isə yandırılaraq külləri bilinməyən yerə səpildi.
Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edildi və belə nəticəyə gəlindi ki, Albert Enşteynin beyni normal insan beynindən bəzi hüceyrələrinin çox olması ilə fərqlənir. Enşteynin beyni 53 il sonra oğurlandığı Prinston xəstəxanasına qaytarıldı və Hervey bundan üç il sonra özü də vəfat etdi.
Din haqqında fikirləri
1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan bir qız Albert Eynşteynin özünə məktub yazmışdır.
"Hörmətli Eynşteyn!
Məktəbdə dərs zamanı bizdə belə bir sual yarandı: alimlər dua edirlərmi? Bu sualımızdan digər bir sual da törənmişdi: biz eyni zamanda həm elmə, həm də dinə inana bilərikmi? Hazırda biz digər alimlərə və elm sahəsində görkəmli şəxslərə məktub yazırıq və onların bizim məktubumuza cavab verəcəklərinə ümid edirik. Siz bizim sualımızı cavablandırsanız, bu bizim üçün böyük bir şərəf olacaq. Alimlər dua edirlər? Edirlərsə, nə haqda edirlər?
Hal-hazırda mən altıncı sinifdə, missis Ellisin sinfində oxuyuram.
Hörmətlə Fillis."
Beş gündən sonra Eynşteyn məktubu lakonik olaraq cavablandırmışdır. Eynşteynin cavabı bu sual ətrafında Karl Saqanın və yaxud Klavdiy Ptolemeyin düşüncələri ilə yanaşı ahəngdar görünürdü.
"Hörmətli Fillis, Mən sənin sualına bacardığım qədər sadə dildə cavab verməyə çalışacağam.
Mənim cavabım:
Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansısa bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır. Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb.
Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhundan dəfələrlə güclü bir ruhun Bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur.
Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxarır.
Hörmətlə, sizin A. Eynşteyn."
Maraqlı faktlar
- Albert Eynşteynin soyadı almanca "daş" deməkdir.
- Eynşteyndən laboratoriyasının harada olduğunu soruşduqda o, gülümsəyərək qələmini göstərirdi.
- Eynşteynin məşhur dilini çıxardığı foto jurnalist və fotoqrafların onu bezdirməsi nəticəsində yaranıb. Belə ki, növbəti jurnalist ondan "kameraya gülümsəməyi" rica etdikdə o bu şəkildə reaksiya vermişdir.
- Albert Eynşteyn heç vaxt corab geymirdi.
- Albert Eynşteyn ölüm ayağında olarkən son sözlərini yanında olan italyan tibb bacısına demiş, həmin qadınsa alman dilini başa düşmədiyinidən Albert Eynşteynin ölüm ayağında nə dediyi bu günə qədər müəyyənləşməmişdi.
- Albert Eynşteyn 3 yaşına qədər danışmamışdır. Ancaq bir dəfə yeməyinin isti olması nəticəsində o danışdı. Ailəsi indiyə qədər onun nə üçün danışmadığını soruşduqda O demişdir: İndiyə qədər hər şey qaydasında olub.
Mənbə
İstinadlar
- https://www.ige.ch/de/ueber-uns/einstein.html.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Эйнштейн Альберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1978. Т. 29 : Чаган — Экс-ле-Бен. С. 578–579.
- Sieben Jahre «Schusterhandwerk».
- Albert Einstein und das IGE.
- Leidse Hoogleraren (nid.).
- https://www.library.ethz.ch/en/Resources/Digital-library/Einstein-Online/Einstein-s-Studies-at-the-Polytechnic-Institute-in-Zurich-1896-1900.
- Eynşteyn A., Klyayner A. A New Determination of Molecular Dimensions. 1905. doi:10.3929/ETHZ-A-000565688
- http://www.einstein-bern.ch.
- Eine neue Bestimmung der MoleküldimensionenMathematics Subject Classification: 70—Mechanics of particles and systems (ing.). 1997.
- Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 578.
- Кузнецов Б. Г., 1980, с. 25–26.
- "Albert Eynşteynin din haqqında düşüncələri". 2018-03-24 tarixində . İstifadə tarixi: 2014-12-21.
- Albert Eynşteyn heç vaxt corab geyinməyib 2021-10-26 at the Wayback Machine Factroom.ru saytında
Xarici keçidlər
- Albert Einstein Biyografi 2012-07-28 at the Wayback Machine (türk.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Albert Eynsteyn alm Albert Einstein 14 mart 1879 Ulm Vurtemberq kralligi d Almaniya imperiyasi 18 aprel 1955 Prinstom Nyu Cersi ABS alman fiziki nezeriyyeci muasir nezeri fizikanin yaradicilarindan biri fizika uzre Nobel mukafati laureati 1921 ictimai xadim Almaniya 1879 1893 1914 1933 Isvecre 1893 1914 ve ABS de yasayib 1933 1955 Dunyanin 20 den cox nufuzlu universitetlerinin o cumleden bir cox elmler akademiyasinin SSRI EA nin fexri xarici uzvu 1926 Albert Eynsteynalm Albert Einstein Dogum tarixi 14 mart 1879 1879 03 14 Dogum yeri Ulm Vurtemberq kralligi d Almaniya imperiyasi Vefat tarixi 18 aprel 1955 1955 04 18 76 yasinda Vefat yeri Prinstom Nyu Cersi ABS Vefat sebebi abdominal aort anevrizmasi d Defn yeri Saglamliq ve Tibb Milli Muzeyi d Elm sahesi nezeri fizikaElmi derecesi fizika uzre felsefe doktoru d 1906 Elmi adlari professor d akademikIs yerleri Isvecre Eqli Mulkiyyet Federal Institutu d 1902 1909 Karlov Universiteti d Surix Universiteti 1909 1911 Karl ve Ferdinand Universiteti d 1911 1912 Isvecre Federal Texnologiya Institutu 1912 1914 Kayzer Uilhelm Cemiyyeti d 1917 1933 Prinston Universiteti 1933 1955 Leyden Universiteti Bern Universiteti 1908 1909 Almaniya Fizika Cemiyyeti d 1916 1918 Humboldt adina Berlin Universiteti 1914 1933 Prussiya Elmler Akademiyasi d 1914 1933 Ali Arasdirmalar Institutu d Leyden Universiteti 1920 1946 Bern Berkli Kaliforniya UniversitetiTehsili Isvecre Federal Texnologiya Institutu 1896 1900 Surix Universiteti 1905 Elmi rehberleri Alfred Klyayner d Henrix Burxart d Henrix Fridrix Veber d Taninir Umumi nisbilik Xususi nisbilik Fotoelektrik effekt E mc 2 kutle enerji ekvivalenti E hf Plank Eynsteyn elaqesi Brownian hereket nezeriyyesi Eynsteyn sahe tenlikleri Bose Einstein statistikasi Bose Einstein kondensati Qravitasiya dalgasi Kosmoloji sabit Vahid sahe nezeriyyesi EPR paradoksu Ansamblin tercumesiUzvluyu London Kral Cemiyyeti Prussiya Elmler Akademiyasi d Leopoldin Alman Milli Elmler Akademiyasi Dei Lincei Akademiyasi Amerika Felsefe Cemiyyeti d Bavariya Elmler Akademiyasi d Gottingen Elmler Akademiyasi d SSRI Elmler Akademiyasi Fransa Elmler Akademiyasi Isvec Kral Elmler Akademiyasi Amerika Incesenet ve Elmler Akademiyasi ABS Milli Elmler Akademiyasi 1922 ABS Milli Elmler Akademiyasi 1942 Mukafatlari Vikianbarda elaqeli mediafayllar Adi tarixde 100 en nufuzlu sexs ve tarixde 100 en cox oyrenilmis sexsiyyetler siyahisina daxil edilib Ilk tehsilini Munhendeki Luitpold Gimnaziyasinda alib 1894 cu ilde Hermann Eynsteynin iflasi neticesinde onlar Italiyaya kocurler Albert tehsilini Munhende davam etdirir 1896 ci ilde Isvecreye tehsilini davam etdirmek ucun gedir ve Isvecre Federal Politexnik Mektebinde fizika ve riyaziyyat muellimi ixtisasi uzre tehsilini davam etdirir 1903 cu ilde Mileva Maric ile evlenir Iki oglu ve 1 qizi dunyaya gelir 1905 ci ilde doktorluq dissertasiyasi mudafie edir ve 1909 cu ilde Surix Universitetinde professor kimi calismaga baslayir 1911 ci ilde Praqa Universitetinde fizika professoru olur 1912 ci ilde Surix Universitetine geri donub riyaziyyatci Marsel Qrossman ile birge fealiyyet gosterir 1914 cu ilde Berlin Universitetinde professor kimi calismaga baslayir Albert Eynsteyn alman vetendasi olsa da 1933 cu ilde siyasi sebeblere gore bundan imtina edib ABS ye kocur ve Prinston Universitetinde professor kimi calismaga basladi 1940 ci ilde Amerika vetendasi olur ve 1945 ci ilde teqaude cixir Ikinci dunya muharibesinden sonra Albert Eynsteyn boyuk sohret qazanir Albert Eynsteyn Haim Ueytsman ile Quds Universitetinde birge calisir 1945 ci ilde prezident Ruzvelte yazdigi mektubunda fizik ve muhendisler terefinden nuve silahinin yaradilmasi barede xeber verir Xirosima ve Naqasaki faciesinden sonra elmi kesflerin insanliq eleyhine istifade edilmesinden bir elm adami kimi boyuk pesmanliq hissi kecirir ve bundan sonra nuve silahlarinin yaradilmasina ve istifadesine qarsi mubarize aparir Atom bombasi Albert Eynsteyne Avropa ve ABS deki bir cox universitetlerden fizika ve tibb sahelerinde qururlu doktor derecesini almaga haqq qazandirir Calismalari neticesinde bir cox mukafatlar alir Bunlar arasinda Kopli Nisani 1925 ve Franklin Nisani 1935 da var idi 1921 ci ilde fizika sahesinde fotoeffekt bagli islerine gore Nobel mukafati na layiq gorulur Albert Eynsteyn 18 aprel 1955 ci ilde Prinstonda vefat edir Nisbilik nezeriyyesi ve xususile kutle ve enerjinin ekvivalentliyi E mc2 munasibetine gore meshurdur 1921 ci ilde nezeri fizika elmindeki xidmetlerine ve elelxusus da fotoelektrik effektinin kesfine gore Nobel mukafatina layiq gorulmusdur Eynsteynin fizika elmine bexs etdiyi diger tohfeler arasinda xususi nisbilik nezeriyyesi umumi nisbilik nezeriyyesi mexanikanin klassik problemleri ve onlarin kvant fizikasina tetbiqi meseleleri mehlullarda Broun hereketinin izahi tek atomlu qazlarin kvant nezeriyyesi asagi sualanma sixliqlarinda isigin istilik xususiyyetleri Foton nezeriyyesi ve diger elmi tedqiqat islerini gostermek olar 1999 cu ilde Time jurnalinin kecirdiyi sesvermeye esasen esrin adami taninmis fizikler arasinda kecirilmis sorgulara gore ise butun dovr ve xalqlarin en boyuk fiziki adina layiq gorulmusdur Muasir gunumuzde Eynsteyn adi dahi duha kimi sozlere sinonim kimi isledilmekdedir Usaqligi ve tehsili1879 cu ilde Almaniyanin Ulm seherinde dunyaya gelen Albert Eynsteyn 1880 ci ilde ailesi ile birlikde Munhene kocmusdur Munhende atasi Herman Eynsteyn ve emisi Cakob elektrik sirketi qurdular Anasi Paulina Eynsteyn istedadli pianocu idi Onun ozunden yasca kicik Maya adinda bacisi var idi Mektebe getmezden evvel danismaqda cetinlik cekdiyine gore Alberti anasi ve atasi hekime aparmisdilar Albert Eynsteyn uc yasinda olarken Dord yasinda xeste olarken atasi onu eylendirmek ucun ona maqnitli kompas verir Hetta bu yasda kompasin eqrebinin hereketi onda boyuk maraq oyatmisdi Herman ve Paulina Eynsteyn yehudi esilli lakin dindar olmayan aile idiler Dini emellerden daha cox usaqlarinin tehsillerini dusunurduler Albert bes yasinda olarken onu daha yaxsi tehsil verdiyini dusundukleri Katolik Xristian mektebine yazdirirlar Bundan sonra Albert buradaki keskin qanunlardan narahat idi lakin buna baxmayaraq hemise yuksek qiymetler alirdi Anasi Paulina usaqlarinin kicik yaslarindan musiqiye beled olmasini isteyirdi Buna gore Alberti skripka Mayani ise piano derslerine aparirdi Albert skripka derslerine alti yasinda basladi on dord yasina qeder davam etdi Motsartin eserlerini cox beyenir ve onun sonatalarini cala bilmek ucun cox mesqler edirdi Albert doqquz yasi olarken Katolik mektebinden cixir ve tehsilini Luitpold Gimnaziyasinda davam etdirir Gimnaziya ve Latincaya boyuk onem verirdi O burada Latin dili ve riyaziyyat derslerinde en yuksek qiymetleri alirdi Gimnaziya orta mektebden daha mohkem qaydalara tabe idi buna gore Albert tez tez muellimlerle mubahise edir muellimler ise onun azad ve usyankar xarakterini beyenmirdiler Albertin ailesi kohne yehudi enenesi olaraq heftede bir gun kasib bir telebeni sam yemeyine devet edirdiler Maks Talmud adinda yoxsul telebenin onlarin evine ziyareti Albertin on yasi olarken baslamis ve bes il davam etmisdi Albert bu telebe ile sohbet etmekden hezz alirdi Talmud ise qisa vaxtda onun adi usaq olmadigini basa dusmusdu On uc yasi olarken Talmudun getirdiyi Emanuel Kantin kitabini oxumus ve onu basa dusmekde qeti cetinlik cekmemisdi On bir yasi olarken yehudi enenesi olaraq evde din dersleri almaga baslayir Bu dovrde Albert dine derin meyl duymaga basladi butun dini vacib emelleri mutemadi olaraq yerine yetirirdi Lakin dine olan maragi uzun cekmedi Bir il erzinde oxudugu elmi kitablarin dinle uygun olmadigini gordu ve butun dini qaydalara subhe ile yanasmaga basladi 1891 ci ilde emisi Cakob ona cebr kitabi getirmisdi Hemin il Albert Pifaqor teoreminin alternativ isbatini yaratdi On alti yasi olarken ise oz agli sayesinde diferensial ve inteqral hesabi ile analitik hendeseni oyrendi 1894 cu ilde 14 ilden sonra Albertin atasi ve emisinin acdigi sirket iflas etdi Buna gore her iki aile Italiyaya getmek qerarina geldiler Ailesi Albertin Munhende qalib tehsilini tamamlamasina qerar verdiler Albertin gimnaziyani bitirmesine hele uc il qalmisdi lakin uc ay Munhende tek qaldiqdan sonra agir depressiv hal yasamaga baslayir Hekimden sinir sisteminde olan gerginlik sebebi ile arayis aldi gimnaziyadan terk etdi ve Italiyaya ailesinin yanina getdi Isvecredeki tehsiliTehsilini yarida qoyan Albert ailesine Federal Politexnik Mektebine daxil olmaga soz verdi Hemin mekteb diplom teleb etmediyi ucun ondan yalniz imtahandan ugurla kecmek teleb olunurdu Italiyada yasamaq Albert ucun cox rahat idi O burada coxlu muzey qalereya gezirdi Albert Ensteyn militarizm ve mecburi herbi xidmete de xos munasibet beslemirdi Atasina alman vetendasligindan cixib Isvecre vetandasi olmaq istediyini bildirdi Atasi tereddud etse de lazim olan senedleri imzaladi 1896 ci ilde alman vetendasligindan cixmasi haqqinda senedi elde etsede 1901 ci ile kimi Isvecre vetendasi da ola bilmedi ve bes il muddetinde hec bir yere aid olmadan yasadi 1895 ci ilde Politexnike imtahan verdi Bura imtahan vermek ucun on sekkiz yasindan boyuk olmali idi lakin on alti yasinda olduguna gore imtahan vere bilmek ucun xususi icaze senedi aldi Eynsteyn atasinin tovsiyesine uyun olaraq muhendislik bolumune imtahan vermisdi Riyaziyyat ve fizikadan yuksek qiymetler almasina baxmayaraq diger fennlerden yaxsi netice elde etmemisdi Politexnikin mudiri onun potensialini gorub Isvecre mekteblerinden diplom alib yeniden imtahan vermesini tovsiye etmisdi Ailesi bu tovsiyeni qiymetlendirerek onu Isvecre mekteblerinden birine gonderirler Mektebdeki tehsil muhiti onun xarakterine cox uygun idi butun imtahanlari ugurla vererek 1896 ci ilde mektebi bitirdi Mezun Eynsteyn lazim olan yasdan alti yas kicik olmasina baxmayaraq Politexnike qebul olundu Gelecek heyat yoldasi serbiya esilli Mileva Maric ile de burada tanis olur Mileva bir il eczaciliq oxuduqdan sonra fizika bolumunde tehsil almaga baslamisdi Aralarinda mehebbet munasibeti yaranan bu gencler tehsillerinin son ilinde evlenmeye qerar verirler Onlar cox vaxt birlikde fizika kitablar haqqinda sohbetler edirdiler Albert Eynsteyn ve heyat yoldasi Eynsteyn tehsilinin ucuncu ilinde professor Henrix Veberin elektrotexnika laborotoriyasinda ders alir Burada o hem de ozunun icad etdiyi yenilikleri de sinaqdan kecirirdi Vebere qarsi olan dikbasliginin neticesi olaraq muellimi mezuniyyetden sonra onun universitetde akademik pozisiyaya kecmesine mane olmusdu 1899 cu ilde Albert universitetden fizika diplomu ile mezun oldu Elmi fealiyyetini davam etdirmek ucun universitetde is tapmaq istese de tehsil muddeti erzinde usyankar xarakterine gore muellimleri terefinden sevilmeyen Eynsteyn hec bir netice elde ede bilmedi On sekkiz ay axtarisdan sonra Marsel Qrossmanin komeyi ile patent ofisinde islemeye basladi Elmi karyerasi1908 ci ilde Albert Eynsteyn artiq meshur alim olaraq taninirdi ve Bern Universitetinde muellim kimi isleyirdi Ondan sonraki ilde ise patent ofisindeki isinden ve muellimlikden cixaraq Surix Universitetinde fizika dosentliyine basladi 1911 ci ilde Praqada Karl Ferdinand Universitetinde professor adini aldi 1914 cu ilde Almaniyaya qayitdi Kaiser Vilhelm Fizika Institunda idareci Berlin Humbolt Universitetinde ise professor oldu Bu islerindeki muqavilelerde onun muellimlik fealiyyetini mehdudlasdiran coxlu sayda maddeler var idi 1921 ci ilde Nobel Fizika Mukafatina layiq gorulmusdur Mukafat fotoelektrik tesirin izah olunmasi sebebi ile verilmisdi Amerika vetendasligi ve PrinstonEynsteynin 1935 ci ilde Prinstonda cekilmis portreti 1933 cu ilde Amerikada universitetleri ziyaret ederken Alman hokumetinin yehudilerin muellimlik daxil olmaqla butun resmi movqelerden mehrum etdiyini oyrendi Bir ay sonra nasistler kitab yandirma kampaniyasina basladilar ve Ensteynin de kitablari onlarin arasinda idi Bu erefede Ensteyn artiq Almaniyaya geri qayitmayacagini aciqladi 1933 cu ilin mart ayinda Avropaya qayidarken bir nece ay Belcikada qaldi Daha sonra muveqqeti olaraq Ingiltereye sefer etdi Hemin il ABS ye kocmek qerarina geldi Burada muxtelif nufuzlu universitetlerde oz fealiyyetini davam etdirdi 1955 ci ile kimi yeni olumune qeder burada yasadi Manhetten layihesi1939 cu ilde fizik olan macar elm xadimi da daxil oldugu qrup nasistlerin atom bombasi haqqinda tedqiqat aparmasi haqqinda Vasinqtona xeberdarliq etdi Lakin qrupun xeberdarligina ciddi yanasilmadi Eynsteyn nufuzundan istifade ederek bu mesele ile bagli Ruzvelte mektub gonderdi Bu xeberdarliq ABS nin nuve silahini tekmillesdirmesi ucun tekanverici quvve oldu Netice olaraq ABS nuve silahi yarada bilen yegane olke oldu Albert Ensteyn 1954 cu ilde olumunden bir il evvel dostu Linus Paulinqe bele demisdi Heyatimda yalniz bir boyuk xeta etdim Prezident Ruzvelte atom bombasi tovsiyesini vermek Amma onun da sebebi vardi Almanlarin bunu daha evvel etmek tehlukesi Olumu ve beyninin ogurlanmasiHeyatinin sonuncu ili 18 aprel 1955 ci ilde Albert Ensteyn daxili qanaxma kecirdi Israilin yaranmasinin yeddinci ildonumu munasibetile televiziya ucun cixis metni hazirlayirdi lakin bu isini tamamlaya bilmeden vefat etdi Eynsteyn bu sozleri deyerek emeliyyat olmaqdan imtina etmisdir Istediyim vaxt getmek isteyirem Heyati suni sekilde uzatmaq menasizdi Indi getmek vaxtidi ve bunu nezaketli sekilde etmek isteyirem 76 yasinda Prinston xestexanasinda vefat etmisdir Eynsteyn oldukden sonra elme olan tohfelerine gore butlesdirilmesini istemirdi Buna gore de ailesi onun cesedinin yandirilmasi qerarina gelmisdi Hemin gece xestexanada Harvey novbetci idi Harvey cesedi yandirmaq ucun hazirladi beynini ise gizlederek ozu ile eve apardi Beyni ogurlanan Eynsteynin ailesi sokda idi Hokumet de daxil olmaqla hami beyinin geri qaytarilmasini teleb etse de Harvey bunu qebul etmedi Buna gore onu isden cixardilar Harvey beyini yalniz elmi teqdiqatda istifade edeceyine soz verdikden sonra ailesi iddialardan el cekdi Eynsteynin bedeninin qalan hissesi ise yandirilaraq kulleri bilinmeyen yere sepildi Onun beyni muxtelif beyin mutexessisleri terefinden tedqiq edildi ve bele neticeye gelindi ki Albert Ensteynin beyni normal insan beyninden bezi huceyrelerinin cox olmasi ile ferqlenir Ensteynin beyni 53 il sonra ogurlandigi Prinston xestexanasina qaytarildi ve Hervey bundan uc il sonra ozu de vefat etdi Din haqqinda fikirleri1936 ci ilde Nyu Yorkda altinci sinifde oxuyan bir qiz Albert Eynsteynin ozune mektub yazmisdir Hormetli Eynsteyn Mektebde ders zamani bizde bele bir sual yarandi alimler dua edirlermi Bu sualimizdan diger bir sual da torenmisdi biz eyni zamanda hem elme hem de dine inana bilerikmi Hazirda biz diger alimlere ve elm sahesinde gorkemli sexslere mektub yaziriq ve onlarin bizim mektubumuza cavab vereceklerine umid edirik Siz bizim sualimizi cavablandirsaniz bu bizim ucun boyuk bir seref olacaq Alimler dua edirler Edirlerse ne haqda edirler Hal hazirda men altinci sinifde missis Ellisin sinfinde oxuyuram Hormetle Fillis Bes gunden sonra Eynsteyn mektubu lakonik olaraq cavablandirmisdir Eynsteynin cavabi bu sual etrafinda Karl Saqanin ve yaxud Klavdiy Ptolemeyin dusunceleri ile yanasi ahengdar gorunurdu Hormetli Fillis Men senin sualina bacardigim qeder sade dilde cavab vermeye calisacagam Menim cavabim Alimler butun hadiselerin ve hetta insanlarin fealiyyetlerinin tebietin qanunlari sayesinde bas verdiklerini hesab edirler Bu sebebden her hansisa bir alim hadiselerin gedisatina dualarin tesir edeceyini dusunmur Buna baxmayaraq etiraf etmeliyik ki bizim fovqeltebii gucler haqqinda biliklerimiz besitdir Buna gore heyatimizin sonu ve vahid ruh haqqinda inanclarimiz imana esaslanir Elmin muasir inkisafina baxmayaraq bu inanclar butun dunyada genis yayilib Bundan savayi elmin derinliklerine varan her bir sexs fovqeltebii bir ruhun insan ruhundan defelerle guclu bir ruhun Beseriyyetin qanunlarini idare etdiyine emin olur Belelikle elm ile mesgul olmaq insanda diger sadelovh dini hisslerden ferqlenen xususi bir nov dini hissin yaranmasina getirib cixarir Hormetle sizin A Eynsteyn Maraqli faktlarAlbert Eynsteynin soyadi almanca das demekdir Eynsteynden laboratoriyasinin harada oldugunu sorusduqda o gulumseyerek qelemini gosterirdi Eynsteynin meshur dilini cixardigi foto jurnalist ve fotoqraflarin onu bezdirmesi neticesinde yaranib Bele ki novbeti jurnalist ondan kameraya gulumsemeyi rica etdikde o bu sekilde reaksiya vermisdir Albert Eynsteyn hec vaxt corab geymirdi Albert Eynsteyn olum ayaginda olarken son sozlerini yaninda olan italyan tibb bacisina demis hemin qadinsa alman dilini basa dusmediyiniden Albert Eynsteynin olum ayaginda ne dediyi bu gune qeder mueyyenlesmemisdi Albert Eynsteyn 3 yasina qeder danismamisdir Ancaq bir defe yemeyinin isti olmasi neticesinde o danisdi Ailesi indiye qeder onun ne ucun danismadigini sorusduqda O demisdir Indiye qeder her sey qaydasinda olub Menbe Usaqlar ucun ensiklopediya Riyaziyyat Baki Serq Qerb 2008 seh 606 Albert Eynsteyn IsguzarIstinadlarhttps www ige ch de ueber uns einstein html Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Ejnshtejn Albert Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1978 T 29 Chagan Eks le Ben S 578 579 Sieben Jahre Schusterhandwerk Albert Einstein und das IGE Leidse Hoogleraren nid https www library ethz ch en Resources Digital library Einstein Online Einstein s Studies at the Polytechnic Institute in Zurich 1896 1900 Eynsteyn A Klyayner A A New Determination of Molecular Dimensions 1905 doi 10 3929 ETHZ A 000565688 http www einstein bern ch Eine neue Bestimmung der MolekuldimensionenMathematics Subject Classification 70 Mechanics of particles and systems ing 1997 Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә III ҹild Gaјybov Eldarov Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1979 S 578 Kuznecov B G 1980 s 25 26 Albert Eynsteynin din haqqinda dusunceleri 2018 03 24 tarixinde Istifade tarixi 2014 12 21 Albert Eynsteyn hec vaxt corab geyinmeyib 2021 10 26 at the Wayback Machine Factroom ru saytindaXarici kecidlerAlbert Einstein Biyografi 2012 07 28 at the Wayback Machine turk