Ahşeri – Manna dövlətinin hökmdarı. Ahşerinin dövründə Manna xeyli güclənərək tam müstəqil xarici siyasət yeritmiş, eyni zamanda Azərbaycana gəlmiş (son tədqiqatlara görə geri qayıtmış) skif – sak tayfaları ilə ittifaqa girərək Ön Asiyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir.
Ahşeri | |
---|---|
Mannanın IV hökmdarı | |
e.ə. 675 – e.ə. 650 | |
Əvvəlki | Ullusunu |
Sonrakı | Ualli |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | monarx |
Uşağı | Ualli |
Dini | Politeizm |
Fəaliyyəti
Skiflərlə ittifaq
Aşşurla mübarizədə Ahşeri "Mannalılar ölkəsinın əyalətlərində" yerləşən kimmerlərin və skiflərin yardımından istifadə edirdi. Asarxaddon özünü "Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif qoşununu qılıncdan keçirən" kimi qələmə versə də Manna ona tabe olmamışdı.
Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi. Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə madaylar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi başçılıq etdiyi midiyalıların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.
Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır. Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı ərə verib verməmək məsələsini müzakirə edir. Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir. Lakin aşşurlular öz qüvvələrinə o qədər də əmin deyildilər. Aşşur hərbi başçılarından biri Asarxaddona müraciətnaməsində məsləhət görür ki, ordunun hamısını birdən Manna ərazisinə yeritməsin, təklif edir ki, hər ehtimala qarşı geri çəkilmək hadisəsi baş verərsə qoşunun sığına bilməsi üçün hərbi əməliyyatlar rayonunda qala tikilsin.
Aşşurbanipalın yürüşü
Ahşeri Aşşurbanipalın (e. ə. 669-627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli oldu. Əvvəlcə Aşşurbanipal hətta sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Aşşur qalalarının qaytarılmasına cəhd göstərir. Orakula müraciətində Aşşurbanipal soruşur: "Xocələrin rəisi Nabuşarrunusur adamlar, atlar və Aşşur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannalıların tutduqları Aşşur qalalarını (qaytarmaq üçün getməyə yığışır); (əgər o getsə), istər xeyirxah sözlə, (dostluq) müqaviləsilə, (istər savaş, döyüş, dava etməklə), istər hər hansı bir insan hiyləhərliyi ilə, nə olur-olsun, bu qalaları o qaytaracaqmı-sənin böyük tanrılığına məlumdur". Lakin Aşşur torpaqları sülh yolu ilə qaytarılmadı. Ahşerinin və Aşşurbanapalın qoşunları arasında döyüş baş verdi və mannalılar məğlubiyyətə uğradılar. "Saysız-hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayuciaş, Paşa (...) Su, Busutu, Aşdiaş, Urkiyamun, Sixua, Naziniri, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri" oda tutuldu və qarət olundu."
Aşşurbanipalın Rassam silindrindəki yazısında deyilir:
"Dördüncü yürüşümdə qoşunumu yığıb, Mannalılar ölkəsinin hökmdarı Ahşeriyə qarşı yürüş etdim. Aşşur, Sin, Şamaş, Adad, Bel, Nabu, Ninəvalı İştar, Kidmurinin hakiməsi, Arbelalı İştar, Ninurta, Nerqal, Nusku ilahilərin göstərişi ilə mən Mannalılar ölkəsinə basqın etdim və qələbə ilə keçdim. Onun möhkəmləndirilmiş şəhərlərini, saysız xırda məskənləri ilə birlikdə, işğal etdim; İzirtunun özünə kimi onları sökdüm, dağıtdım, yandırdım; bu məskənlərdən adam, at, eşşək, qaramal və davar çıxarıb apardım. Ahşeri mənim yürüşümün gedişini eşitdi və öz çar şəhəri İzirtunu tərk edib, möhkəm İştatti qalasına qaçdı və orada sığınacaq tapdı. Bu vilayəti mən fəth etdim, on beş günlük yol qədər onun ərazisini dağıtdım, xarabalığa döndərdim. Ahşerini, mənim hakimliyimə hörmət etməyəni, Arbelada yaşayan İştarın sözü ilə, əvvəldən dediyi kimi: "mən, Mannalılar çarı Ahşerinin ölümüyəm; necə demişdim elə də edəcəyəm" – o, qullarının əlinə düşdü, ölkəsinin camaatı onun əleyhinə üsyan qaldırdı, onun meyitini şəhərin küçəsinə atıb, cəsədini yerlə sürüdülər. Onun qardaşlarını, onun ailəsini, onun nəslini silah ilə qırdılar. Ondan sonra oğlu Ualli onun taxtına əyləşdi. Aşşurun, Sinin, Şamaşın, Adadın, Belin, Nabunun, Ninəvalı İştarın, Kidmurinin hakiməsi, Arbelalı İştarın, Ninurtanın, Nerqalın, Nuskunun – böyük ilahilərin, mənim hakimlərimin, qüvvətini görüb, o, mənim hakimliyimə baş əydi, canını qurtarmaq üçün günahlarını boynuna aldı, mənim hakimliyimi dilədi. Öz xələfi, oğlu Erisinnini Ninəvaya, mənim yanıma göndərdi və ayaqlarımdan öpdü. Mən ona mərhəmət göstərdim və barış üçün elçimi onun yanına göndərdim. O, öz qızını, özünün törəməsini mənə kəniz olmaq üçün göndərdi. Mənim hökmdar əcdadlarım zamanı təyin edilmiş keçmiş vergisini mənə gətirdilər. Əvvəlki vergisinə 30 at əlavə edib ona artıq vergi kəsdim."
Aşşurlular çoxdan onlara mənsub olan, lakin Mannalılar tərəfindən ələ keçirilmiş Allabria əyalətini və Aşşurla qonşuluqda yerləşən digər əraziləri özlərinə qaytardılar. Aşşurbanapal məlumat verir ki, o Ahşerinin əyalətlərini talayıb dağıtdı, onun bütün ölkəsini kiçiltdi, böyük qənimət və hədiyyələrlə sağsalamat Aşşura qayıtdı.
Ahşeriyə qarşı üsyan
Bu məğlubiyyətdən sonra mannalılar Ahşerinın əleyhinə çıxdılar. Mənbələrin məlumatına görə "ölkə əhalisi" (nise mati onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər. İ. M. Dyakonov bu üsyanı istismarçılar əleyhinə yönəldilmiş xalq üsyanı hesab edir. İ. H. Əliyev onun səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür. Q. A. Melikişvili güman edir ki, narazılığa "Manna hökmdarlarının skiflər və kimmerlərlə iqtifaqa aludəçiliyi" və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur. Bu üsyan Mannanın məğlubiyyətindən dərhal sonra baş vermişdir. Buna görə də bizə elə gəlir ki, ona öz mülklərini itirən Manna torpaq sahiblərinin narazılığı da səbəb ola bilərdi və çox güman ki, nise mati termini məhz belə torpaq sahiblərinə aid edilmişdir.
Adın etimologiyası
İ. Dyakonov iranmənşəli ad saymış və qədim fars dilindəki hşaya – "hökmranlıq" ("şah" sözü də buradandır) sözü ilə əlaqələndirilmişdir. Prof. Q. Qeybullayev isə qeyd edir ki, türkcə akiş – bir yerə yığış, dəstə, toplantı və ər – kişi, igid, döyüşçü sözlərindəndir. Ahşeri – dəstənin əri yaxud igid dəstə başçısı mənasını verir. Başqa bir yerdə isə professor adın şumercə akeş – onun ucbatından, onun xatirinə və ərə – qul sözlərindən ola biləcəyi ehtimalını da irəli sürərək,teofor ad olmaqla "Allahın xatirinə qul" mənasında daşıya biləcəyini qeyd etmişdir.
İstinadlar
- Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2006
- S. Əliyarlı – Azərbaycan tarixi, Bakı Dövlət Universitetinin nəşri, Bakı, 2009
- F. Cəlilov – Qədim türk eli – Saqa-Qamər boyları, Bakı, 2006
- F. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006
- Q. A. Melikişvili. UKN, VDİ, 3, 1971, № 445, səh 446
- AVİU № 68
- AVİU № 65
- И. М. Дьяконов. История Мидии, səh. 266
- И. Алиев. История Мидии, səh. 225
- AVİU № 68 Q 7, 9, 10, 11, 12, 13, 14
- AVİU № 68, 18, 19
- AVİU № 69 (2)
- AVİU № 75, (2)
- AVİU № 72, № 73. 23
- S. Qaşqay – Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə, Bakı, 2006, səh 91
- AVİU № 72, № 73
- И. М. Дьяконов "Развитие земелыных отношений в Ассирии" , Л., 1949, səh. 112
- AVİU № 73, 73
- И. М. Дьяконов, История Мидии, səh. 174
- И. Алиев. История Мидии, səh. 208
- Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh.67
- S. Qaşqay – Manna dövləti, Bakı,1993, səh 168
- Дьяконов И. М. История Мидии. М. — Л., 1956
- Радлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV, I, səh 107
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994
- Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ahseri Manna dovletinin hokmdari Ahserinin dovrunde Manna xeyli guclenerek tam musteqil xarici siyaset yeritmis eyni zamanda Azerbaycana gelmis son tedqiqatlara gore geri qayitmis skif sak tayfalari ile ittifaqa girerek On Asiyanin en guclu dovletlerinden birine cevrilmisdir AhseriMannanin IV hokmdarie e 675 e e 650EvvelkiUllusunuSonrakiUalliSexsi melumatlarFealiyyeti monarxUsagi UalliDini PoliteizmFealiyyetiSkiflerle ittifaq Assurla mubarizede Ahseri Mannalilar olkesinin eyaletlerinde yerlesen kimmerlerin ve skiflerin yardimindan istifade edirdi Asarxaddon ozunu Mannalilar olkesinin ehalisini ram edilmeyen kutileri peren peren salan onlari xilas ede bilmeyen muttefiq skif qosununu qilincdan keciren kimi qeleme verse de Manna ona tabe olmamisdi Assur allahinin orakuluna verilen sorgularda Asarxaddon addimbasi sorusur ki atlar ve qosunla birlikde assur reisleri Midiya olkesinden xerac toplamaga gedende mannalilar onun xerac toplayanlarina hucum edeceklermi Ahserinin hakimiyyeti dovrunde Assur eleyhine madaylar usyan qaldirdiqda mannalilar onlarla birlikde cixis etdiler Guman edildiyi kimi basciliq etdiyi midiyalilarin birliyi xalq herekati neticesinde yaranmisdi Kastaritinin mannalilarin ve muttefiq kimmerlerin qosunlari Assurla mubarizede qelebe caldilar Orakula sorgularda Kastaritinin kimmerlerin ve mannalilarin birlesmis qosunlarinin tutmaq istedikleri muxtelif seherler sadalanir Sorgulardan birinden gorunur ki Asarxaddon oz dusmenleri ile danisiqlar aparmaq qerarina gelir meqsed onlarin birliyini parcalamaq idi O madaylarin ve ehtimal ki mannalilarin da yanina qasid gonderir oz qizini skif hokmdari ere verib vermemek meselesini muzakire edir Diger melumatdan goruruk ki o kimmerleri oz terefine cekmeye cehd gostererek mannalilar eleyhine cixmaq qerarina gelir Lakin assurlular oz quvvelerine o qeder de emin deyildiler Assur herbi bascilarindan biri Asarxaddona muracietnamesinde meslehet gorur ki ordunun hamisini birden Manna erazisine yeritmesin teklif edir ki her ehtimala qarsi geri cekilmek hadisesi bas vererse qosunun sigina bilmesi ucun herbi emeliyyatlar rayonunda qala tikilsin Assurbanipalin yurusu Ahseri Assurbanipalin e e 669 627 ci iller daha guclu tezyiqinin sinagindan kecmeli oldu Evvelce Assurbanipal hetta sulh muqavilesi vasitesile Manna terefinden zebt edilmis Assur qalalarinin qaytarilmasina cehd gosterir Orakula muracietinde Assurbanipal sorusur Xocelerin reisi Nabusarrunusur adamlar atlar ve Assur hokmdari Assurbanapalin herbi quvveleri ile birlikde mannalilarin tutduqlari Assur qalalarini qaytarmaq ucun getmeye yigisir eger o getse ister xeyirxah sozle dostluq muqavilesile ister savas doyus dava etmekle ister her hansi bir insan hiyleherliyi ile ne olur olsun bu qalalari o qaytaracaqmi senin boyuk tanriligina melumdur Lakin Assur torpaqlari sulh yolu ile qaytarilmadi Ahserinin ve Assurbanapalin qosunlari arasinda doyus bas verdi ve mannalilar meglubiyyete ugradilar Saysiz hesabsiz kicik yasayis meskenleri ile birlikde sekkiz mohkemlendirilmis seher Ayucias Pasa Su Busutu Asdias Urkiyamun Sixua Naziniri o cumleden Urmeyate Uzbia qalalarini ve paytaxt Izirtunu ehate eden yasayis meskenleri oda tutuldu ve qaret olundu Assurbanipalin Rassam silindrindeki yazisinda deyilir Dorduncu yurusumde qosunumu yigib Mannalilar olkesinin hokmdari Ahseriye qarsi yurus etdim Assur Sin Samas Adad Bel Nabu Ninevali Istar Kidmurinin hakimesi Arbelali Istar Ninurta Nerqal Nusku ilahilerin gosterisi ile men Mannalilar olkesine basqin etdim ve qelebe ile kecdim Onun mohkemlendirilmis seherlerini saysiz xirda meskenleri ile birlikde isgal etdim Izirtunun ozune kimi onlari sokdum dagitdim yandirdim bu meskenlerden adam at essek qaramal ve davar cixarib apardim Ahseri menim yurusumun gedisini esitdi ve oz car seheri Izirtunu terk edib mohkem Istatti qalasina qacdi ve orada siginacaq tapdi Bu vilayeti men feth etdim on bes gunluk yol qeder onun erazisini dagitdim xarabaliga donderdim Ahserini menim hakimliyime hormet etmeyeni Arbelada yasayan Istarin sozu ile evvelden dediyi kimi men Mannalilar cari Ahserinin olumuyem nece demisdim ele de edeceyem o qullarinin eline dusdu olkesinin camaati onun eleyhine usyan qaldirdi onun meyitini seherin kucesine atib cesedini yerle suruduler Onun qardaslarini onun ailesini onun neslini silah ile qirdilar Ondan sonra oglu Ualli onun taxtina eylesdi Assurun Sinin Samasin Adadin Belin Nabunun Ninevali Istarin Kidmurinin hakimesi Arbelali Istarin Ninurtanin Nerqalin Nuskunun boyuk ilahilerin menim hakimlerimin quvvetini gorub o menim hakimliyime bas eydi canini qurtarmaq ucun gunahlarini boynuna aldi menim hakimliyimi diledi Oz xelefi oglu Erisinnini Ninevaya menim yanima gonderdi ve ayaqlarimdan opdu Men ona merhemet gosterdim ve baris ucun elcimi onun yanina gonderdim O oz qizini ozunun toremesini mene keniz olmaq ucun gonderdi Menim hokmdar ecdadlarim zamani teyin edilmis kecmis vergisini mene getirdiler Evvelki vergisine 30 at elave edib ona artiq vergi kesdim Assurlular coxdan onlara mensub olan lakin Mannalilar terefinden ele kecirilmis Allabria eyaletini ve Assurla qonsuluqda yerlesen diger erazileri ozlerine qaytardilar Assurbanapal melumat verir ki o Ahserinin eyaletlerini talayib dagitdi onun butun olkesini kiciltdi boyuk qenimet ve hediyyelerle sagsalamat Assura qayitdi Ahseriye qarsi usyan Bu meglubiyyetden sonra mannalilar Ahserinin eleyhine cixdilar Menbelerin melumatina gore olke ehalisi nise mati onun meyidini oz seherinin kucesine tullayib cesedini surutlediler Onun qardaslarini ailesini neslini qilincdan kecirdiler I M Dyakonov bu usyani istismarcilar eleyhine yoneldilmis xalq usyani hesab edir I H Eliyev onun sebebini hokmdar hakimiyyetinin despotik idareye cevrilmesinde gorur Q A Melikisvili guman edir ki naraziliga Manna hokmdarlarinin skifler ve kimmerlerle iqtifaqa aludeciliyi ve sonuncularin Manna torpaqlarinda meskunlasmasi sebeb olmusdur Bu usyan Mannanin meglubiyyetinden derhal sonra bas vermisdir Buna gore de bize ele gelir ki ona oz mulklerini itiren Manna torpaq sahiblerinin naraziligi da sebeb ola bilerdi ve cox guman ki nise mati termini mehz bele torpaq sahiblerine aid edilmisdir Adin etimologiyasiI Dyakonov iranmenseli ad saymis ve qedim fars dilindeki hsaya hokmranliq sah sozu de buradandir sozu ile elaqelendirilmisdir Prof Q Qeybullayev ise qeyd edir ki turkce akis bir yere yigis deste toplanti ve er kisi igid doyuscu sozlerindendir Ahseri destenin eri yaxud igid deste bascisi menasini verir Basqa bir yerde ise professor adin sumerce akes onun ucbatindan onun xatirine ve ere qul sozlerinden ola bileceyi ehtimalini da ireli surerek teofor ad olmaqla Allahin xatirine qul menasinda dasiya bileceyini qeyd etmisdir IstinadlarAzerbaycan tarixi yeddi cildde I cild Baki 2006 S Eliyarli Azerbaycan tarixi Baki Dovlet Universitetinin nesri Baki 2009 F Celilov Qedim turk eli Saqa Qamer boylari Baki 2006 F Celilov Azer xalqi II nesri Baki 2006 Q A Melikisvili UKN VDI 3 1971 445 seh 446 AVIU 68 AVIU 65 I M Dyakonov Istoriya Midii seh 266 I Aliev Istoriya Midii seh 225 AVIU 68 Q 7 9 10 11 12 13 14 AVIU 68 18 19 AVIU 69 2 AVIU 75 2 AVIU 72 73 23 S Qasqay Qedim Azerbaycan tarixi mixi yazili menbelerde Baki 2006 seh 91 AVIU 72 73 I M Dyakonov Razvitie zemelynyh otnoshenij v Assirii L 1949 seh 112 AVIU 73 73 I M Dyakonov Istoriya Midii seh 174 I Aliev Istoriya Midii seh 208 G A Melikishvili Nekotorye voprosy istorii Mannejskogo carstvo seh 67 S Qasqay Manna dovleti Baki 1993 seh 168 Dyakonov I M Istoriya Midii M L 1956 Radlov V V Opyt slovarya tyurkskih narechij t I IV I seh 107 Q Qeybullayev Azerbaycan turklerinin tesekkul tarixinden Baki 1994 Gejbullaev G A K etnogenezu azerbajdzhancev tom 1 Baku 1991Hemcinin baxMannalilar Azerbaycan turklerinin etnogenezi