İsaak (İtsxok, Ayzek) Başevis-Zinger (idiş יצחק באַשעװיס — İtsxok Başevis (hərfi tərcüməsi "Şevanın qızı" — yazıçının anasının adı), əsl soyadı Zinger, ing. Isaac Bashevis Singer; 14 iyul 1904[…], Leonçin[d], Mazovets voyevodluğu – 24 iyul 1991[…]) — yəhudi əsilli ABŞ yazıçısı, korrektor, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978).
İsaak Başevis-Zinger | |
---|---|
idiş יצחק זינגער | |
Təxəllüsü | Bashevis, Warszawski, D. Segal |
Doğum tarixi | 14 iyul 1904[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 iyul 1991[…](87 yaşında) |
Vəfat səbəbi | insult |
Fəaliyyəti | tərcüməçi, roman yazıçısı, esperantoçu, avtobioqraf[d], jurnalist, uşaq ədəbiyyatı yazıçısı, yazıçı, ssenarist, nasir |
Fəaliyyət illəri | 1927-ci ildən |
Əsərlərinin dili | İdiş dili, ingilis dili |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Polşa yəhudisi İsaak Başevis-Zinger əsərlərini idişdə yazsa da, çox güman ki, həyatının böyük bir hissəsini ABŞ-də yaşadığına görə ədəbi aləmdə daha çox amerikan yazıçısı kimi tanınır. Onun uşaqlıq illəri Varşavanın yəhudi məhəlləsində keçmişdi. Atası ravvin olduğundan oğlunun təlim-tərbiyəsinin ortodoks yəhudi prinsipləri əsasında aparılmasına xüsusi diqqət yetirmişdi. Kiçik Zinger bir tərəfdən yəhudi qanunlarını, iudey və aramey mətnlərini əzbərləməli olmuş, o biri tərəfdən isə elmi kitablar və rus klassiklərinin əsərlərini oxumuşdu. Kənddə keçirdiyi yay ayları isə gələcək yazıçının soydaşlarının həyat və məişəti ilə yaxından tanış olmasına, özünün dediyi kimi, "yəhudi tarixinin içərisində" yaşamasına imkan yaratmışdı.
Atasının ravvin kimi görmək istədiyi İsaak Zinger bir müddət Varşavadakı yəhudi ruhani seminariyasında təhsil almışdı. Lakin sonra fikrini dəyişmiş və "Ədəbi vərəqlər" adlı yəhudi jurnalında çalışmağa başlamışdı. İlk hekayələri bu jurnalda çap edilmişdi. O, özünə Başevis (rusca Başevis – yəni anasının adı ilə Baştebanın oğlu) təxəllüsünü götürmüşdü. Kiçik hekayələr yazmaqla yanaşı İsaak Başevis alman dilindən idişə bədii tərcümələrlə də məşğul olurdu.
Yazıçı kimi daha tez tanınan böyük qardaşı İzrail Coşua Zingerin Nyu-Yorka, "Jewish Daily Forward" qəzetinə dəvət olunması İsaakın da həyatına təsirsiz ötüşməmişdi. Doğrudur, o daha bir müddət Varşavada yaşamış, "Qlobus" adlı yəhudi ədəbi dərgisinin redaktor müavini işləmişdi. Jurnal variantı 1934-cü ildə çıxan "Şeytan Qorayda" romanı da onun Polşa dövrü yaradıcılığının məhsuludur. Əsərdə XVII əsrdəki xasidi yəhudilərinin yaşamı öz əksini tapmışdı.
30-cu illər İsaak Başevisin həyatının çətin dövrü idi. Yazıçının əqidəcə kommunist olan ilk arvadı oğlunu da götürərək SSRİ-yə mühacirət etmişdi. Avropada antisemitizmin güclənməsi yəhudilərə yaxşı heç nə vəd etmirdi. Belə şəraitdə böyük qardaşının dəvətini qəbul edən İsaak Başevis 1935-ci ildə ABŞ-yə, Nyu-Yorka köçmüşdü. Lakin yeni vətənində təxminən on il əsl yaradıcılıq böhranı keçirmiş, ortaya hər hansı yeni əsər qoya bilməmişdi. Buna bir tərəfdən yoxsulluq və meqapolis həyatına öyrənməməsi, o biri tərəfdən isə yeganə ümid yeri saydığı qardaşı Coşuanın (1893–1944) vaxtsız vəfatı səbəb olmuşdu. Yeri gəlmişkən, İsaak və Coşuanın bacısı Ester Kreytman (1891–1954) da idişdə yazıb-yaradan yazıçı kimi Belçika yəhudilərinin ədəbiyyat tarixinə daxil olmuşdu.
Çətinliklərə baxmayaraq Zinger 1943-cü ildə ABŞ vətəndaşlığı almış, iki il sonra isə böhran dövrünü arxada qoyaraq yenidən yazmağa başlamışdı. Onun Polşa yəhudilərinin alman işğalı nəticəsində məruz qaldırqları mənəvi sarsıntılardan bəhs edən iki cildlik "Moskatlar ailəsi" romanı yalnız 1950-ci ildə işıq üzü görmüşdü. "Malikanə" adlandırdığı digər iki cildlik romanında (1967–1969) isə İsaak Zinger yəhudilərin patriarxal həyatdan ayrılaraq böyük sənaye şəhərlərində yerləşmələrini geniş sosial və məişət lövhələri fonunda əks etdirməyə çalışmışdı.
Yəhudi əsilli digər Nobel mükafatı laureatı Sol Bellou Zingerin əsərlərinin tərcüməçisini öz üzərinə götürəndən sonra yazıçının yaradıcılığına maraq artmış, romanları nüfuzlu amerikan nəşrlərində özünə yer tapmağa başlamışdı. Məhsuldar yazıçı kimi tanınan Zinger 50–60-cı illərdə çoxsaylı hekayələr, bir neçə roman, dörd cildlik avtobioqrafiya və uşaqlar üçün ondan çox kitab nəşr etdirmişdi. Onun orta əsrlər Polşa yəhudilərinin həyatından bəhs edən "Kölə" romanı (1962) Amerikada bestsellerə çevrilmişdi. Məhəbbət mövzusundakı "Şoşa" romanı (1978) isə yazıçının şöhrətini daha da artırmışdı. 1964-cü ildə İsaak Başevis Amerikanın qeyri-ingilis dilli yazıçıları arasında ilk olaraq Milli Ədəbiyyat və İncəsənət institutunun fəxri üzvü seçilmişdi. Beş il sonra isə yazıçı uşaq ədəbiyyatı üzrə milli kitab mükafatını qazanmışdı.
İsaak Zinger "mənşəyi baxımından polyak-yəhudi mədəni ənənələrinə gedib çıxan və insanlar üçün əbədi problemləri diqqət mərkəzinə çəkən emosional təhkiyə ustalığına görə" 1978-ci ildə Nobel mükafatına layiq görüldü. İsveç Akademiyasının üzvü Lare Yyulensten təqdimat nitqində onu "tayı-bərabəri olmayan hekayəçi, mahir üslub ustası və söz sehrkarı" adlandırmışdı. Zingerin namizədliyi nəzərdən keçirilərkən onun orta əsr yəhudi həyatından bəhs edən və öz orijinallığı ilə seçilən əsərlərinə daha çox önəm verilmişdi.
Laureat Nobel mühazirəsində layiq görüldüyü mükafatı özünə və yaradıcılığına deyil, mühacirətin, torpaqsızlığın, sərhədsizliyin dili olan, özündə hərbi söz və terminləri ehtiva etməyən müasir yəhudi dilinə — idişə verildiyini bildirmişdi. O, yazıb-yaratdığı dili qorxudulmuş, lakin gələcəyə ümid və inamını heç zaman itirməyən insanın dili kimi dəyərləndirmişdi.
Üslubuna və yaradıcılığının mifoloji köklərinə görə bir sıra amerikan tənqidçiləri İsaak Zingeri Frans Kafka və Xorxe Luis Borxeslə müqayisə edirlər. Nobel laureatı olandan bir neçə il sonra verdiyi müsahibələrin birində yazıçı demişdi: "Uşaq vaxtı müxtəlif uydurma əhvalatlar danışanda mənə yalançı deyirdilər. İndi isə məni yazıçı adlandırırlar. Əlbəttə, bu irəliyə doğru mühüm addımdır. Lakin arada heç bir fərq yoxdur".
İsaak Başevis-Zinger şəxsiyyətində və yaradıcılığında yəhudi, polyak və amerikan mədəniyyətlərinin əsas özəlliklərini məharətlə sintez edən bir sənətkar kimi XX əsrin ədəbi fikrində özünəməxsus yer tutur.
Yazıçı 24 iyul 1991-ci ildə ABŞ-nin Florida ştatının Mayami şəhərində vəfat etmişdir.
Nəşr olunmuş əsərləri
Qeyd: Nəşrolunma vaxtı əsərlərin yəhudi dilində orijinalının yazılıdığı tarixə deyil, ingilis dilində tərcümələrin nəşri tarixinə istinad edir. Bu tərcümələr 10–20 il ərzində edilib.
Romanları
- Satan in Goray (Qoraydakı şeytan) (1935)
- The Family Moskat (Muskat ailəsi) (1950)
- The Magician of Lublin (Lublin cədugarı) (1960)
- The Slave (Kölə) (1962)
- The Manor (Mülk) (1967)
- The Estate (Mülk) (1969)
- Enemies, a Love Story (Düşmənlər, sevgi hekayəsi) (1972)
- The Wicked City (Zalım şəhər) (1972)
- Shosha (1978)
- Old Love (Köhnə sevgi) (1979)
- Reaches of Heaven: A Story of the Baal Shem Tov (Cənnətə gedib çatanlar: Bal Şem Tovun hekayəsi) (1980)
- The Penitent (Tövbəkar) (1983)
- Teibele and Her Demon (Teibel və onun iblisi) (1983) (dram)
- The King of the Fields (Tarlalar hökmdarı) (1988)
- Scum (Çirkab) (1991)
- The Certificate (Şahadətnamə) (1992)
- Meshugah (1994)
- Shadows on the Hudson (Hudson kölgələri) (1997)
Kiçik hekayə topluları
- Gimpel the Fool and Other Stories (1957)
- The Spinoza of Market Street (Bazar küçəsinin Spinozası) (1963)
- Short Friday and Other Stories (Qısa cümə və digər hekayələr) (1963)
- The Image and Other Stories (Surət və digər hekayələr) (1968)
- The Séance and Other Stories (Seans və digər hekayələr) (1968)
- A Friend of Kafka and Other Stories (Kafkanın dostu və digər hekayələr) (1970)
- The Fools of Chelm and Their History (Çelm təlxəkləri və digər hekayələr) (1973)
- A Crown of Feathers and Other Stories (Lələklər tacı və digər hekayələ) (1974)
- Passions and Other Stories (Ehtiraslar və digər hekayələr) (1975)
- Old Love (Köhnə sevgi) (1979)
- The Collected Stories (Toplanmış hekayələr) (1982)
- The Death of Methuselah and Other Stories (Mezuselahın ölümü və digər hekayələr) (1988)
İstinadlar
- ЗИНГЕР // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- Zucker S. Isaac Bashevis Singer // Encyclopædia Britannica (ing.).
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Carnegie Hall linked open data (ing.). 2017.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Isaak Itsxok Ayzek Basevis Zinger idis יצחק בא שעװיס Itsxok Basevis herfi tercumesi Sevanin qizi yazicinin anasinin adi esl soyadi Zinger ing Isaac Bashevis Singer 14 iyul 1904 Leoncin d Mazovets voyevodlugu 24 iyul 1991 yehudi esilli ABS yazicisi korrektor Edebiyyat uzre Nobel mukafati laureati 1978 Isaak Basevis Zingeridis יצחק זינגער Texellusu Bashevis Warszawski D SegalDogum tarixi 14 iyul 1904 1904 07 14 Dogum yeri Leoncin d Leonsin d Mazovets voyevodlugu PolsaVefat tarixi 24 iyul 1991 1991 07 24 87 yasinda Vefat sebebi insultFealiyyeti tercumeci roman yazicisi esperantocu avtobioqraf d jurnalist usaq edebiyyati yazicisi yazici ssenarist nasirFealiyyet illeri 1927 ci ildenEserlerinin dili Idis dili ingilis diliUzvluyu Amerika Incesenet ve Edebiyyat Akademiyasi d Amerika Incesenet ve Elmler AkademiyasiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiPolsa yehudisi Isaak Basevis Zinger eserlerini idisde yazsa da cox guman ki heyatinin boyuk bir hissesini ABS de yasadigina gore edebi alemde daha cox amerikan yazicisi kimi taninir Onun usaqliq illeri Varsavanin yehudi mehellesinde kecmisdi Atasi ravvin oldugundan oglunun telim terbiyesinin ortodoks yehudi prinsipleri esasinda aparilmasina xususi diqqet yetirmisdi Kicik Zinger bir terefden yehudi qanunlarini iudey ve aramey metnlerini ezberlemeli olmus o biri terefden ise elmi kitablar ve rus klassiklerinin eserlerini oxumusdu Kendde kecirdiyi yay aylari ise gelecek yazicinin soydaslarinin heyat ve meiseti ile yaxindan tanis olmasina ozunun dediyi kimi yehudi tarixinin icerisinde yasamasina imkan yaratmisdi Atasinin ravvin kimi gormek istediyi Isaak Zinger bir muddet Varsavadaki yehudi ruhani seminariyasinda tehsil almisdi Lakin sonra fikrini deyismis ve Edebi vereqler adli yehudi jurnalinda calismaga baslamisdi Ilk hekayeleri bu jurnalda cap edilmisdi O ozune Basevis rusca Basevis yeni anasinin adi ile Bastebanin oglu texellusunu goturmusdu Kicik hekayeler yazmaqla yanasi Isaak Basevis alman dilinden idise bedii tercumelerle de mesgul olurdu Yazici kimi daha tez taninan boyuk qardasi Izrail Cosua Zingerin Nyu Yorka Jewish Daily Forward qezetine devet olunmasi Isaakin da heyatina tesirsiz otusmemisdi Dogrudur o daha bir muddet Varsavada yasamis Qlobus adli yehudi edebi dergisinin redaktor muavini islemisdi Jurnal varianti 1934 cu ilde cixan Seytan Qorayda romani da onun Polsa dovru yaradiciliginin mehsuludur Eserde XVII esrdeki xasidi yehudilerinin yasami oz eksini tapmisdi 30 cu iller Isaak Basevisin heyatinin cetin dovru idi Yazicinin eqidece kommunist olan ilk arvadi oglunu da goturerek SSRI ye muhaciret etmisdi Avropada antisemitizmin guclenmesi yehudilere yaxsi hec ne ved etmirdi Bele seraitde boyuk qardasinin devetini qebul eden Isaak Basevis 1935 ci ilde ABS ye Nyu Yorka kocmusdu Lakin yeni veteninde texminen on il esl yaradiciliq bohrani kecirmis ortaya her hansi yeni eser qoya bilmemisdi Buna bir terefden yoxsulluq ve meqapolis heyatina oyrenmemesi o biri terefden ise yegane umid yeri saydigi qardasi Cosuanin 1893 1944 vaxtsiz vefati sebeb olmusdu Yeri gelmisken Isaak ve Cosuanin bacisi Ester Kreytman 1891 1954 da idisde yazib yaradan yazici kimi Belcika yehudilerinin edebiyyat tarixine daxil olmusdu Cetinliklere baxmayaraq Zinger 1943 cu ilde ABS vetendasligi almis iki il sonra ise bohran dovrunu arxada qoyaraq yeniden yazmaga baslamisdi Onun Polsa yehudilerinin alman isgali neticesinde meruz qaldirqlari menevi sarsintilardan behs eden iki cildlik Moskatlar ailesi romani yalniz 1950 ci ilde isiq uzu gormusdu Malikane adlandirdigi diger iki cildlik romaninda 1967 1969 ise Isaak Zinger yehudilerin patriarxal heyatdan ayrilaraq boyuk senaye seherlerinde yerlesmelerini genis sosial ve meiset lovheleri fonunda eks etdirmeye calismisdi Yehudi esilli diger Nobel mukafati laureati Sol Bellou Zingerin eserlerinin tercumecisini oz uzerine goturenden sonra yazicinin yaradiciligina maraq artmis romanlari nufuzlu amerikan nesrlerinde ozune yer tapmaga baslamisdi Mehsuldar yazici kimi taninan Zinger 50 60 ci illerde coxsayli hekayeler bir nece roman dord cildlik avtobioqrafiya ve usaqlar ucun ondan cox kitab nesr etdirmisdi Onun orta esrler Polsa yehudilerinin heyatindan behs eden Kole romani 1962 Amerikada bestsellere cevrilmisdi Mehebbet movzusundaki Sosa romani 1978 ise yazicinin sohretini daha da artirmisdi 1964 cu ilde Isaak Basevis Amerikanin qeyri ingilis dilli yazicilari arasinda ilk olaraq Milli Edebiyyat ve Incesenet institutunun fexri uzvu secilmisdi Bes il sonra ise yazici usaq edebiyyati uzre milli kitab mukafatini qazanmisdi Isaak Zinger menseyi baximindan polyak yehudi medeni enenelerine gedib cixan ve insanlar ucun ebedi problemleri diqqet merkezine ceken emosional tehkiye ustaligina gore 1978 ci ilde Nobel mukafatina layiq goruldu Isvec Akademiyasinin uzvu Lare Yyulensten teqdimat nitqinde onu tayi beraberi olmayan hekayeci mahir uslub ustasi ve soz sehrkari adlandirmisdi Zingerin namizedliyi nezerden kecirilerken onun orta esr yehudi heyatindan behs eden ve oz orijinalligi ile secilen eserlerine daha cox onem verilmisdi Laureat Nobel muhaziresinde layiq gorulduyu mukafati ozune ve yaradiciligina deyil muhaciretin torpaqsizligin serhedsizliyin dili olan ozunde herbi soz ve terminleri ehtiva etmeyen muasir yehudi diline idise verildiyini bildirmisdi O yazib yaratdigi dili qorxudulmus lakin geleceye umid ve inamini hec zaman itirmeyen insanin dili kimi deyerlendirmisdi Uslubuna ve yaradiciliginin mifoloji koklerine gore bir sira amerikan tenqidcileri Isaak Zingeri Frans Kafka ve Xorxe Luis Borxesle muqayise edirler Nobel laureati olandan bir nece il sonra verdiyi musahibelerin birinde yazici demisdi Usaq vaxti muxtelif uydurma ehvalatlar danisanda mene yalanci deyirdiler Indi ise meni yazici adlandirirlar Elbette bu ireliye dogru muhum addimdir Lakin arada hec bir ferq yoxdur Isaak Basevis Zinger sexsiyyetinde ve yaradiciliginda yehudi polyak ve amerikan medeniyyetlerinin esas ozelliklerini meharetle sintez eden bir senetkar kimi XX esrin edebi fikrinde ozunemexsus yer tutur Yazici 24 iyul 1991 ci ilde ABS nin Florida statinin Mayami seherinde vefat etmisdir Nesr olunmus eserleriQeyd Nesrolunma vaxti eserlerin yehudi dilinde orijinalinin yazilidigi tarixe deyil ingilis dilinde tercumelerin nesri tarixine istinad edir Bu tercumeler 10 20 il erzinde edilib Romanlari Satan in Goray Qoraydaki seytan 1935 The Family Moskat Muskat ailesi 1950 The Magician of Lublin Lublin cedugari 1960 The Slave Kole 1962 The Manor Mulk 1967 The Estate Mulk 1969 Enemies a Love Story Dusmenler sevgi hekayesi 1972 The Wicked City Zalim seher 1972 Shosha 1978 Old Love Kohne sevgi 1979 Reaches of Heaven A Story of the Baal Shem Tov Cennete gedib catanlar Bal Sem Tovun hekayesi 1980 The Penitent Tovbekar 1983 Teibele and Her Demon Teibel ve onun iblisi 1983 dram The King of the Fields Tarlalar hokmdari 1988 Scum Cirkab 1991 The Certificate Sahadetname 1992 Meshugah 1994 Shadows on the Hudson Hudson kolgeleri 1997 Kicik hekaye toplulariGimpel the Fool and Other Stories 1957 The Spinoza of Market Street Bazar kucesinin Spinozasi 1963 Short Friday and Other Stories Qisa cume ve diger hekayeler 1963 The Image and Other Stories Suret ve diger hekayeler 1968 The Seance and Other Stories Seans ve diger hekayeler 1968 A Friend of Kafka and Other Stories Kafkanin dostu ve diger hekayeler 1970 The Fools of Chelm and Their History Celm telxekleri ve diger hekayeler 1973 A Crown of Feathers and Other Stories Lelekler taci ve diger hekayele 1974 Passions and Other Stories Ehtiraslar ve diger hekayeler 1975 Old Love Kohne sevgi 1979 The Collected Stories Toplanmis hekayeler 1982 The Death of Methuselah and Other Stories Mezuselahin olumu ve diger hekayeler 1988 IstinadlarZINGER Bolshaya rossijskaya enciklopediya rus Moskva Bolshaya rossijskaya enciklopediya 2004 Zucker S Isaac Bashevis Singer Encyclopaedia Britannica ing Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Carnegie Hall linked open data ing 2017 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax