Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976).
Sol Bellou | |
---|---|
ing. Saul Bellow | |
Doğum adı | Solomon Bellows |
Doğum tarixi | 10 iyun 1915[…] |
Vəfat tarixi | 5 aprel 2005[…](89 yaşında) |
Həyat yoldaşları |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, roman yazıçısı, universitet müəllimi[d], esseist, müəllif |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu.
Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi. 1941-ci ildə ABŞ vətəndaşlığını qəbul etmişdi.
Bu dövrdə Sol Bellou Trotski və trotskizmlə ciddi maraqlanırdı. Dostları vasitəsi ilə hətta Meksikada yaşayan Trotskidən görüş vaxtı almışdı. Lakin onun Mexikoya gəldiyi gün Stalinin bir nömrəli rəqibinin sovet kəşfiyyatının əli ilə aradan götürüldüyü məlum olmuşdu.
Sol Bellounun ilk böyük həcmli əsəri — "Yerlə göy arasındakı insan" (1944) romanı gündəliklər şəklində yazılmışdı. Burada hərbi xidmətə çağırış vərəqəsi gözləyən və həyata, müstəqil yaşayışa heç bir hazırlığı olmayan gəncin daxili dünyası psixoloji çalarlarla təsvir olunmuşdu.
Quttenheym fondunun təqaüdü Sol Bellouya 1948–1949-cu illərdə Romada və Parisdə yaşamağa, "Oqi Marçın macəraları" romanını tamamlamağa imkan yaratmışdı. Müəllif bu uğurlu əsərə görə ədəbiyyat sahəsində Milli mükafata layiq görülmüşdü. Eyni zamanda "İlin kitabı" nominasiyasının qalibi olmuşdu. Bellou ilk diqqətəlayiq romanında sonrakı əsərləri üçün də səciyyəvi olan bir sıra poetik-üslubi yeniliklər tətbiq etmiş, yaradıcı dəsti-xəttini təkmilləşdirməyə nail olmuşdu.
50-ci illərdə Bellou bir müddət Prinston universitetində ingilis ədəbiyyatını tədris etmişdi. Lakin getdikcə siyasiləşən, maliyyə qurumlarından asılı vəziyyətə düşən Nyu-York ədəbi mühitindən xoşlanmadığından yenidən Çikaqoya qayıtmışdı. 1962-ci ildən həyatının sonuna qədər yazıçı "həqiqi Amerika" adlandırdığı bu şəhərdə yaşamışdı. Çikaqoda bitirdiyi "Hersoq" (1964) romanına görə Sol Bellou Amerika qitəsindəki həmkarları arasında Fransa Akademiyasının mükafatını qazanan ilk yazıçı olmuşdu.
Romanın qəhrəmanı professor Moses Hersoq get-gedə insanlara, cəmiyyət həyatına yadlaşdığını hiss edir və bütün vasitələrlə bunun qarşısını almağa çalışır. Lakin onun tənhalıqla mübarizəsi məğlubiyyətlə başa çatır. Bu sadə süjet arxasında Sol Bellou həqiqətən də Qərb və Amerika ziyalılarını düşündürən ciddi bir problemə toxunmuşdu. "Hersoq" həm də ona ABŞ-nin ikinci milli mükafatını qazandırmışdı. Bellounun əsəri ikinci dəfə ABŞ-də "İlin kitabı" elan olunmuşdu.
İntellektual mühitin problem və mənəvi axtarışlarından bəhs edən başqa bir əsərində — "Humboldtun töhfəsi" (1975) romanında müəllif "Hersoq"da başlatdığı mövzunu daha dərin təhlil və inandırıcı müşahidələrlə davam etdirmişdi. Ümumiyyətlə, ziyalının cəmiyyətdəki mövqeyi və mənəvi nüfuzu məsələsi daim Bellounun diqqət mərkəzində dayanan mövzulardan idi. Bu əsər də mükafatsız qalmamış, yazıçı 1976-cı ilin Pulitser laureatı olmuşdu.
Sol Bellou çağdaş amerikan ədəbiyyatında təkcə romanlar müəllifi kimi tanınmamışdı. 1964-cü ildə Brodveydə onun dramaturgiyada debütü sayılan "Sonuncu təhlillər" pyesi tamaşaya qoyulmuşdu. Nəhayət, Bellou ilin ən yaxşı kitabına görə üç dəfə ABŞ Milli mükafatını alan yeganə amerikan yazıçısıdır. "Cənab Sammlerin planeti" (1971) romanı ilə o, üçqat laureata çevrilmişdi.
Göründüyü kimi, əsərlərinin miqyası, əhatə dairəsi və cəmiyyətə təsiri baxımından Sol Bellou inadla Nobelə doğru irəliləyirdi. Yazıçının bu niyyəti 1976-cı ildə reallaşdı. Həmin il İsveç Akademiyası "yaradıcılığında biri-biri ilə sıx çulğalaşan humanizm və müasir mədəniyyətin dərin təhlilinə görə" yəhudi əsilli amerikan yazıçısını ilin Nobel laureatı elan etdi. Yeni laureat saat yarımlıq Nobel mühazirəsində yalnız ədəbiyyatın problemlərindən danışmışdı.
Bir sıra opponentlər Sol Bellounun məhz 1976-cı ildə Nobel mükafatı almasını siyasi qərar sayır, İsveç Akademiyasının ABŞ-nın yaranmasının 200 illik yubileyinə (1776–1976) töhfəsi kimi qiymətləndirirlər.
1976-cı ildə Sol Bellounun İsrailə səfər təəssüratlarını əks etdirən "Yerusəlimə və geriyə" kitabı çap olunmuşdu. Digər əsərlərindəki kiimi bu kitabında da Bellou yəhudi ideyasının qızğın tərəfdarı kimi çıxış etmişdi. Onun bir sıra hallarda özünü "amerika yazıçısı" yox, "yəhudi yazıçısı" adlandırması faktı da bəllidir. Müəllifin bu əsəri İsraildə də müəyyən mübahisələr doğurmuşdu.
Dövrün dəbdə olan intellektualı kimi Sol Bellou bir çox məşhur ictimai-siyasi xadimlərlə, dövlət adamları ilə sıx təmaslara malik idi. O, bohema həyatı keçirirdi. Yazıçı rəsmən beş dəfə evlənmişdi. Soyadlarından da aydın göründüyü kimi xanımlarının ikisi erməni əsilli olmuşdular.
Bir çox yüksək mükafatlar almasına baxmayaraq, Sol Bellounun yaradıcılığını məşhur müasirlərinin heç də hamısı qəbul etmirdi. Məsələn, Rusiyadan olan mühacir yazıçı və keçmiş Nobel iddiaçısı V.Nabokov onu açıq şəkildə "ortabab cızmaqaraçı" adlandırmışdı.
Sol Bellou 5 aprel 2005-ci ildə ABŞ-nin Massaçusets ştatının Bruklayn şəhərində vəfat etmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Saul Bellow // Encyclopædia Britannica (ing.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sol Bellou ing Saul Bellow 10 iyun 1915 5 aprel 2005 Edebiyyat uzre Nobel mukafati laureati 1976 Sol Bellouing Saul BellowDogum adi Solomon BellowsDogum tarixi 10 iyun 1915 1915 06 10 Vefat tarixi 5 aprel 2005 2005 04 05 89 yasinda Heyat yoldaslari bilinmir 1937 1956 bilinmir 1956 1959 bilinmir 1961 1964 bilinmir 1989 2005 Tehsili Viskonsin Medison Universiteti Cikaqo Universiteti 1933 Simal Qerb Universiteti 1937 Fealiyyeti yazici roman yazicisi universitet muellimi d esseist muellifUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Amerika Incesenet ve Edebiyyat Akademiyasi d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiEsl adi ve soyadi Solomon Belous olan Sol Bellou Kanada dogumlu amerikan yazicisidir O Peterburqdan Kanadaya kocmus yehudi muhacirlerin ailesinde dunyaya gelmisdi Ozunun etirafina gore usaqliq illeri bir az xaric bir az polyak gettosu bir az da orta esr kimi kecmisdi Ticaretle mesgul olan atasi ile dindar anasi onu sirf yehudi eneneleri ruhunda terbiye etmisdiler Kicik yaslarindan dord xarici dilde danisir rus ve ingilis klassikasini oxuyurdu Yazici olmaga qerar veren Sol Bellou 1933 cu ilde Cikaqo universitetinin ingilis filologiyasi bolumunde tehsile baslamisdi Lakin uzlesdiyi antisemitizm onu Nort Vestern universitetinin sosiologiya ve antropologiya sobesine deyisilmeye mecbur etmisdi Antropologiya bakalavri diplomu ile Cikaqoya qayitdiqdan sonra pedaqoji institutda muellim Britannika ensiklopediyasinda redaktor islemisdi 1941 ci ilde ABS vetendasligini qebul etmisdi Bu dovrde Sol Bellou Trotski ve trotskizmle ciddi maraqlanirdi Dostlari vasitesi ile hetta Meksikada yasayan Trotskiden gorus vaxti almisdi Lakin onun Mexikoya geldiyi gun Stalinin bir nomreli reqibinin sovet kesfiyyatinin eli ile aradan goturulduyu melum olmusdu Sol Bellounun ilk boyuk hecmli eseri Yerle goy arasindaki insan 1944 romani gundelikler seklinde yazilmisdi Burada herbi xidmete cagiris vereqesi gozleyen ve heyata musteqil yasayisa hec bir hazirligi olmayan gencin daxili dunyasi psixoloji calarlarla tesvir olunmusdu Quttenheym fondunun teqaudu Sol Bellouya 1948 1949 cu illerde Romada ve Parisde yasamaga Oqi Marcin maceralari romanini tamamlamaga imkan yaratmisdi Muellif bu ugurlu esere gore edebiyyat sahesinde Milli mukafata layiq gorulmusdu Eyni zamanda Ilin kitabi nominasiyasinin qalibi olmusdu Bellou ilk diqqetelayiq romaninda sonraki eserleri ucun de seciyyevi olan bir sira poetik uslubi yenilikler tetbiq etmis yaradici desti xettini tekmillesdirmeye nail olmusdu 50 ci illerde Bellou bir muddet Prinston universitetinde ingilis edebiyyatini tedris etmisdi Lakin getdikce siyasilesen maliyye qurumlarindan asili veziyyete dusen Nyu York edebi muhitinden xoslanmadigindan yeniden Cikaqoya qayitmisdi 1962 ci ilden heyatinin sonuna qeder yazici heqiqi Amerika adlandirdigi bu seherde yasamisdi Cikaqoda bitirdiyi Hersoq 1964 romanina gore Sol Bellou Amerika qitesindeki hemkarlari arasinda Fransa Akademiyasinin mukafatini qazanan ilk yazici olmusdu Romanin qehremani professor Moses Hersoq get gede insanlara cemiyyet heyatina yadlasdigini hiss edir ve butun vasitelerle bunun qarsisini almaga calisir Lakin onun tenhaliqla mubarizesi meglubiyyetle basa catir Bu sade sujet arxasinda Sol Bellou heqiqeten de Qerb ve Amerika ziyalilarini dusunduren ciddi bir probleme toxunmusdu Hersoq hem de ona ABS nin ikinci milli mukafatini qazandirmisdi Bellounun eseri ikinci defe ABS de Ilin kitabi elan olunmusdu Intellektual muhitin problem ve menevi axtarislarindan behs eden basqa bir eserinde Humboldtun tohfesi 1975 romaninda muellif Hersoq da baslatdigi movzunu daha derin tehlil ve inandirici musahidelerle davam etdirmisdi Umumiyyetle ziyalinin cemiyyetdeki movqeyi ve menevi nufuzu meselesi daim Bellounun diqqet merkezinde dayanan movzulardan idi Bu eser de mukafatsiz qalmamis yazici 1976 ci ilin Pulitser laureati olmusdu Sol Bellou cagdas amerikan edebiyyatinda tekce romanlar muellifi kimi taninmamisdi 1964 cu ilde Brodveyde onun dramaturgiyada debutu sayilan Sonuncu tehliller pyesi tamasaya qoyulmusdu Nehayet Bellou ilin en yaxsi kitabina gore uc defe ABS Milli mukafatini alan yegane amerikan yazicisidir Cenab Sammlerin planeti 1971 romani ile o ucqat laureata cevrilmisdi Gorunduyu kimi eserlerinin miqyasi ehate dairesi ve cemiyyete tesiri baximindan Sol Bellou inadla Nobele dogru irelileyirdi Yazicinin bu niyyeti 1976 ci ilde reallasdi Hemin il Isvec Akademiyasi yaradiciliginda biri biri ile six culgalasan humanizm ve muasir medeniyyetin derin tehliline gore yehudi esilli amerikan yazicisini ilin Nobel laureati elan etdi Yeni laureat saat yarimliq Nobel muhaziresinde yalniz edebiyyatin problemlerinden danismisdi Bir sira opponentler Sol Bellounun mehz 1976 ci ilde Nobel mukafati almasini siyasi qerar sayir Isvec Akademiyasinin ABS nin yaranmasinin 200 illik yubileyine 1776 1976 tohfesi kimi qiymetlendirirler 1976 ci ilde Sol Bellounun Israile sefer teessuratlarini eks etdiren Yeruselime ve geriye kitabi cap olunmusdu Diger eserlerindeki kiimi bu kitabinda da Bellou yehudi ideyasinin qizgin terefdari kimi cixis etmisdi Onun bir sira hallarda ozunu amerika yazicisi yox yehudi yazicisi adlandirmasi fakti da bellidir Muellifin bu eseri Israilde de mueyyen mubahiseler dogurmusdu Dovrun debde olan intellektuali kimi Sol Bellou bir cox meshur ictimai siyasi xadimlerle dovlet adamlari ile six temaslara malik idi O bohema heyati kecirirdi Yazici resmen bes defe evlenmisdi Soyadlarindan da aydin gorunduyu kimi xanimlarinin ikisi ermeni esilli olmusdular Bir cox yuksek mukafatlar almasina baxmayaraq Sol Bellounun yaradiciligini meshur muasirlerinin hec de hamisi qebul etmirdi Meselen Rusiyadan olan muhacir yazici ve kecmis Nobel iddiacisi V Nabokov onu aciq sekilde ortabab cizmaqaraci adlandirmisdi Sol Bellou 5 aprel 2005 ci ilde ABS nin Massacusets statinin Bruklayn seherinde vefat etmisdir IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Saul Bellow Encyclopaedia Britannica ing MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax