"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi — Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 1964-cü ildə yaradılmışdır. Sarayın inşa edilməsinin əsası Şirvanşah I İbrahim tərəfindən XIV əsrdə qoyulmuş, digərləri tərəfindən davam etdirilmişdir.
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi | |
---|---|
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi | |
Açılış tarixi | 1964 |
Mövzu | Tarix |
Yerləşir | :İçəri şəhər Qəsr döngəsi 76 |
Telefon | 492 10 73, 437 12 47 |
İş rejimi | 1-7- ci günlər, saat 9:00-17:00 |
Muzeyin tarixi
Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi — memarlıq qoruq — muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılıb."Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş mühafizə statusu almışdır.,
Saray Kompleksi
XI–XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı XV əsr memarlığının şah əsəri orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir. Saray Yaşayış binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən xəttat və rəssamların otaqları, dəftərxana, mətbəx, xidmətçi otaqları, ərzaq otaqları, və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s. otaqlar vardı. Şirvan daim diqqət mərkəzində olmuş, bərəkətli torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi. Çox təəssüflər olsun ki, əsrlər keçdikcə saray əldən-ələ keçmiş, varidatı talan edilərək, müxtəlif yollarla başqa ölkələrə daşınmış, daşınmaz varidatı isə vəhşicəsinə məhv edilmişdir. Səyyahların məlumatları, eləcə də saray ərazisindən tapılmış lekal formalı şirli kaşı nümunələri təsdiq edir ki, saray eksteryerdən mavi bəzəkli günbəzlərə malik imiş. Bədr Şirvaninin Divanından aydın olur ki, sarayın əsas günbəzi digərlərindən fərqli olaraq qızıl təbəqəsi ilə üzlənibmiş. Günbəzlərin səthindəki çox nəfis işlənmiş, mavi-qızılı çalarlı, şəbəkə naxışlı kaşılar günəş şüaları altında göydəki ulduzlar təki bərq vurarmış. Sarayın bütün tikililəri əhəng daşı olan yerli badamdar daşından inşa edilmişdir. Daşların bir-birinə pərçim edildiyi kütlə möhkəmliyi, hörgü sırası isə mütənasibliyi və səliqəsi ilə hər zaman heyrət doğurmuşdur. Bu gün Saray otaqlarında qurulmuş ekspozisiyalarda rəqəmsal texnologiyalardan istifadə edilməklə, sarayın əsrlər öncə dağıdılmış günbəzinin kaşı bəzəkləri, hökmdar taxtı, animasiyalı orta əsr miniatürü və s. nümayiş etdirilir, saray əhlinin, qulluqçuların gündəlik həyat tərzi əks olunur., "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi aşağıdakı hissələrdən ibarətdir.
- Yaşayış binası
- Divanxana
- Seyid Yəhya Bakuvinin türbəsi
- Key Qubad Məscidinin qalıqları
- Sultan Murad darvazası
- Şirvanşahların ailə türbəsi
- Şah məscidi
- Saray hamamı
Divanxana
Divanxana (XV əsr) Şirvanşahların saray kompleksinin ən klassik əsəridir. Abidənin incə daşoyma arabeskaları əsrlərdir ki, ziyarətçiləri valeh edir. Naxışların relyef dərinliyi bəzi yerlərdə 4–5 sm-ə çatır. Portalın sağ və sol haşiyəsindəki altıguşəli medalyonlarda orta əsr ərəb "kufi" xətti ilə müsəlmanların müqəddəs sözləri yazılmışdır ki, onlar da özü-özlüyündə rombları əmələ gətirmişdir. Divanxananın o dövrün siyasi hadisələri ilə əlaqədar yarımçıq qalmış inşaatı bu gün də təyinat funksiyasına dair müzakirələr doğurur.
Seyid Yəhya Bakuvinin türbəsi
Seyid Yəhya Bakuvinin türbəsi (XV əsr) Saray kompleksinin orta həyətində yerləşir. Səkkizguşəli türbə el arasında "Dərviş" türbəsi kimi də tanınır. Bir çox ehtimallara görə, türbə Azərbaycanın Şirvan bölgəsində dünyaya göz açmış məşhur alim Seyid Yəhya Bakuvinindir. Bütün dünyada tanınmış bu alim ensiklopedik biliyə malik ilahiyyatçı, həm də tanınmış sufi olmuşdur. Seyid Yəhyanın əsasən ərəb dilində yazmiş olduğu, fəlsəfə, tarix, astronomiya, təbabət və riyaziyyata dair elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir.
Key Qubad Məscidi
Sarayın orta həyətində Key Qubad Məscidinin (XIV əsr) konservasiya edilmiş fraqmentləri qalmaqdadır. Abidə Azərbaycanlıların 1918-ci il mart soyqırımı zamanı erməni daşnakları tərəfindən atılmış artilleriya mərmisi ilə dağıdılmışdır. Ehtimal ki, məscid XIV əsrdə yaşamış Şirvanşah I Keyqubad tərəfindən tikilmişdir.
Sultan Murad darvazası
Sultan Murad darvazası (1585–1586) saray kompleksinin XVI əsrə aid olan yeganə abidəsidir. Bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olması dövrünün yeganə nümunəsidir. Portaldakı pannoda memarın adı həkk edilmişdir: "Ustad-sənətkar Əmirşah Vəlyankuhinin darvazası".
Şirvanşahların Ailə türbəsi
Şirvanşahların Ailə türbəsinin (1435–1436) girişi üzərində həkk edilmiş yazıda deyilir ki, böyük sultan Şirvanşah Xəlilullah bu türbəni öz anası və 6–7 yaşlı oğlu üçün inşa etdirmişdir. Şirvanşahın digər ailə üzvləri də sonradan bu türbədə dəfn edilmişdir. Türbə çoxşüalı ulduzlarla bəzədilmiş günbəzlə tamamlanır. Günbəzin çökək səthləri əvvəllər firuzəyi rəngli kaşılarla bəzədilibmiş. Təəssüf ki, kaşılar qorunub saxlanmamışdır.
Şah Məscidi
Şah Məscidinin (1441–1442) minarəsinin hündürlüyü 16 metrdir. Kitabəsində bu minarənin XV əsrdə Şirvanşah Xəlilullah tərəfindən tikdirildiyi qeyd edilmişdir. Təəssüf ki, minarənin daş şərəfəsi də XVIII yüzillikdə rus çar donanmasının gəmilərindən atılmış mərmi zərbəsindən dağılmışdır. Məscidin üç girişi, qadın və kişilərin ayrı ibadət etməsi üçün iki otağı vardır. Əsas girişin qarşı tərəfində Məkkənin istiqamətini bildirən mehrab yerləşir.
Şah ailəsinə mənsub olmuş hamam
Şah ailəsinə mənsub olmuş hamam(1438) 1939-cu ildə aparılmış arxeoloji qazıntı işləri zamanı aşkar edilmişdir. O, bütün şərq hamamları kimi yarı yerin altında, yarı yerin üstündə inşa edilməklə, qışda isti, yayda isə sərin olurmuş. Hamamın otaqları vaxtilə günbəzlərlə örtülmüşdür. Divarlarında son dərəcə gözəl işlənmiş ornamentlərin izləri indi də nəzərə çarpır. Kaşı bəzəklərinin bəzi qalıqları təkcə sağ küncdəki otaqda qalmışdır.
Həmçinin bax
Xarici keçidlər
- ""Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi". icomaz.az. İstifadə tarixi: 09.01.2021.
İstinadlar
- ""Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi". icomaz.az. 2021-01-11 tarixində . İstifadə tarixi: 09.01.2021.
- ""Şirvanşahlar Sarayı Kompleksi"". icherisheher.gov.az. 2022-06-17 tarixində . İstifadə tarixi: 09.01.2021.
- "Şirvanşahlar muzeyinin yeni ekspozisiyası". www.anl.az. 2021-01-11 tarixində . İstifadə tarixi: 09.01.2021.
- https://icherisheher.gov.az/az/93-sirvansahlar-saray-kompleksi/ (#bare_url_missing_title). 2022-06-17 tarixində .
- "Şirvanşahlar sarayının yaşayış binası". icherisheher.gov.az. 2022-08-01 tarixində . İstifadə tarixi: 09.01.2021.
- "Bakının tarixi tikililəri". portal.azertag.az. 2021-01-11 tarixində . İstifadə tarixi: 09.01.2021.
- "Saray inşaatının ən dəyərli nümunəsi". /www.anl.az. 2021-12-07 tarixində . İstifadə tarixi: 09.01.2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyi Azerbaycan Respublikasi Nazirler Kabinetinin serencami ile 1964 cu ilde yaradilmisdir Sarayin insa edilmesinin esasi Sirvansah I Ibrahim terefinden XIV esrde qoyulmus digerleri terefinden davam etdirilmisdir Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyi Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyiAcilis tarixi 1964Movzu TarixYerlesir Iceri seher Qesr dongesi 76Telefon 492 10 73 437 12 47Is rejimi 1 7 ci gunler saat 9 00 17 00Muzeyin tarixiSirvansahlar Sarayi Kompleksi 1957 ci il aprelin 23 de Azerbaycan SSR Nazirler Sovetinin 206 sayli serencami ile qoruq elan edilib Sirvansahlar Sarayi Kompleksi Dovlet tarixi memarliq qoruq muzeyi 1964 cu ilin yanvar ayinin 3 de Nazirler Sovetinin 3 sayli serencami ile yaradilib Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyi Azerbaycan Respublikasi Nazirler Kabinetinin yaninda Iceri seher Dovlet Tarix Memarliq Qorugu Idaresinin musteqil qurumu olaraq fealiyyet gosterir Saray Kompleksi 2000 ci ilde UNESCO nun Dunya Medeni Irs Siyahisina daxil edilmis 2013 cu ilde ise hemin teskilat terefinden guclendirilmis muhafize statusu almisdir Saray KompleksiXI XVI esrlerde movcud olmus Sirvansahlar dovletinin hokmdarlarina mexsus Sirvansahlar Sarayi XV esr memarliginin sah eseri orta esr medeniyyetinin elmin senetin ve butun menevi gozelliklerin ucaligini ozunde ehtiva eden yegane saraydir Saray Kompleksi 52 otaqli saray binasini Divanxana Seyid Yehya Bakuvi turbesi Key Qubad mescidinin qaliqlari Serq Portali Saray mescidi Sirvansahlarin ailevi turbesi ve Saray hamami abidelerini ozunde birlesdirir Saray Yasayis binasinin I mertebesinde otaqlarin sayi 27 idi Burada saray kitabxanasina xidmet eden xettat ve ressamlarin otaqlari defterxana metbex xidmetci otaqlari erzaq otaqlari ve s yerlesirdi Vaxtile 25 otagi olmus II mertebede ise taxt tac otagi zengin kitabxana sirvansah ve ailesine aid istirahet ve s otaqlar vardi Sirvan daim diqqet merkezinde olmus bereketli torpaqlari yadellilerin cekismeler meydanina cevrilmisdi Cox teessufler olsun ki esrler kecdikce saray elden ele kecmis varidati talan edilerek muxtelif yollarla basqa olkelere dasinmis dasinmaz varidati ise vehsicesine mehv edilmisdir Seyyahlarin melumatlari elece de saray erazisinden tapilmis lekal formali sirli kasi numuneleri tesdiq edir ki saray eksteryerden mavi bezekli gunbezlere malik imis Bedr Sirvaninin Divanindan aydin olur ki sarayin esas gunbezi digerlerinden ferqli olaraq qizil tebeqesi ile uzlenibmis Gunbezlerin sethindeki cox nefis islenmis mavi qizili calarli sebeke naxisli kasilar gunes sualari altinda goydeki ulduzlar teki berq vurarmis Sarayin butun tikilileri eheng dasi olan yerli badamdar dasindan insa edilmisdir Daslarin bir birine percim edildiyi kutle mohkemliyi horgu sirasi ise mutenasibliyi ve seliqesi ile her zaman heyret dogurmusdur Bu gun Saray otaqlarinda qurulmus ekspozisiyalarda reqemsal texnologiyalardan istifade edilmekle sarayin esrler once dagidilmis gunbezinin kasi bezekleri hokmdar taxti animasiyali orta esr miniaturu ve s numayis etdirilir saray ehlinin qulluqcularin gundelik heyat terzi eks olunur Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyi asagidaki hisselerden ibaretdir Yasayis binasi Divanxana Seyid Yehya Bakuvinin turbesi Key Qubad Mescidinin qaliqlari Sultan Murad darvazasi Sirvansahlarin aile turbesi Sah mescidi Saray hamamiDivanxana Divanxana XV esr Sirvansahlarin saray kompleksinin en klassik eseridir Abidenin ince dasoyma arabeskalari esrlerdir ki ziyaretcileri valeh edir Naxislarin relyef derinliyi bezi yerlerde 4 5 sm e catir Portalin sag ve sol hasiyesindeki altiguseli medalyonlarda orta esr ereb kufi xetti ile muselmanlarin muqeddes sozleri yazilmisdir ki onlar da ozu ozluyunde romblari emele getirmisdir Divanxananin o dovrun siyasi hadiseleri ile elaqedar yarimciq qalmis insaati bu gun de teyinat funksiyasina dair muzakireler dogurur Seyid Yehya Bakuvinin turbesi Seyid Yehya Bakuvinin turbesi XV esr Saray kompleksinin orta heyetinde yerlesir Sekkizguseli turbe el arasinda Dervis turbesi kimi de taninir Bir cox ehtimallara gore turbe Azerbaycanin Sirvan bolgesinde dunyaya goz acmis meshur alim Seyid Yehya Bakuvinindir Butun dunyada taninmis bu alim ensiklopedik biliye malik ilahiyyatci hem de taninmis sufi olmusdur Seyid Yehyanin esasen ereb dilinde yazmis oldugu felsefe tarix astronomiya tebabet ve riyaziyyata dair elmi eserleri hazirda dunya kitabxana ve muzeylerini bezeyir Key Qubad Mescidi Sarayin orta heyetinde Key Qubad Mescidinin XIV esr konservasiya edilmis fraqmentleri qalmaqdadir Abide Azerbaycanlilarin 1918 ci il mart soyqirimi zamani ermeni dasnaklari terefinden atilmis artilleriya mermisi ile dagidilmisdir Ehtimal ki mescid XIV esrde yasamis Sirvansah I Keyqubad terefinden tikilmisdir Sultan Murad darvazasi Sultan Murad darvazasi 1585 1586 saray kompleksinin XVI esre aid olan yegane abidesidir Bu abide Sirvansahlar dovleti devrildikden sonra turklerin Bakida olmasi dovrunun yegane numunesidir Portaldaki pannoda memarin adi hekk edilmisdir Ustad senetkar Emirsah Velyankuhinin darvazasi Sirvansahlarin Aile turbesi Sirvansahlarin Aile turbesinin 1435 1436 girisi uzerinde hekk edilmis yazida deyilir ki boyuk sultan Sirvansah Xelilullah bu turbeni oz anasi ve 6 7 yasli oglu ucun insa etdirmisdir Sirvansahin diger aile uzvleri de sonradan bu turbede defn edilmisdir Turbe coxsuali ulduzlarla bezedilmis gunbezle tamamlanir Gunbezin cokek sethleri evveller firuzeyi rengli kasilarla bezedilibmis Teessuf ki kasilar qorunub saxlanmamisdir Sah Mescidi Sah Mescidinin 1441 1442 minaresinin hundurluyu 16 metrdir Kitabesinde bu minarenin XV esrde Sirvansah Xelilullah terefinden tikdirildiyi qeyd edilmisdir Teessuf ki minarenin das serefesi de XVIII yuzillikde rus car donanmasinin gemilerinden atilmis mermi zerbesinden dagilmisdir Mescidin uc girisi qadin ve kisilerin ayri ibadet etmesi ucun iki otagi vardir Esas girisin qarsi terefinde Mekkenin istiqametini bildiren mehrab yerlesir Sah ailesine mensub olmus hamam Sah ailesine mensub olmus hamam 1438 1939 cu ilde aparilmis arxeoloji qazinti isleri zamani askar edilmisdir O butun serq hamamlari kimi yari yerin altinda yari yerin ustunde insa edilmekle qisda isti yayda ise serin olurmus Hamamin otaqlari vaxtile gunbezlerle ortulmusdur Divarlarinda son derece gozel islenmis ornamentlerin izleri indi de nezere carpir Kasi bezeklerinin bezi qaliqlari tekce sag kuncdeki otaqda qalmisdir Hemcinin baxSirvansahlar dovleti Sirvansahlar sarayi Sirvansahlar Sirvansahlar turbesi Sirvansahlarin saray binasi Sirvan beylerbeyliyi Sirvansahlar bayragiXarici kecidler Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyi icomaz az Istifade tarixi 09 01 2021 Istinadlar Sirvansahlar Sarayi Kompleksi Dovlet Tarix Memarliq qoruq muzeyi icomaz az 2021 01 11 tarixinde Istifade tarixi 09 01 2021 Sirvansahlar Sarayi Kompleksi icherisheher gov az 2022 06 17 tarixinde Istifade tarixi 09 01 2021 Sirvansahlar muzeyinin yeni ekspozisiyasi www anl az 2021 01 11 tarixinde Istifade tarixi 09 01 2021 https icherisheher gov az az 93 sirvansahlar saray kompleksi bare url missing title 2022 06 17 tarixinde Sirvansahlar sarayinin yasayis binasi icherisheher gov az 2022 08 01 tarixinde Istifade tarixi 09 01 2021 Bakinin tarixi tikilileri portal azertag az 2021 01 11 tarixinde Istifade tarixi 09 01 2021 Saray insaatinin en deyerli numunesi www anl az 2021 12 07 tarixinde Istifade tarixi 09 01 2021