Əbrəqunus nekropolları – Culfa rayonunun Əbrəqunus kəndi ərazisində yerləşən orta əsrlərə aid üç nekropol kompleksidir. Nekropollarda müxtəlif dövrlərdə xırda tədqiqat işləri aparılmışdır.
Əbrəqunus nekropolları | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Əbrəqunus |
Tikilmə tarixi | Orta əsrlər |
Vəziyyəti | Fəaliyyət göstərmir |
İstinad nöm. | 6071, 1882, 1883 |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
I Əbrəqunus nekropolu
Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, uzunsov təpənin üzərində yerləşən və orta əsrlərə aid olan I Əbrəqunus nekropolu əkin sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 m² – dir. 1990 – 1991 – ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.
Nekropol ərazisindəki qəbirlər müxtəlif dövrlərə aid olub müxtəli formalıdır. Şimal – qərb istiqamətində olan qəbirlərin başdaşıları dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. Daş – qutu qəbirlərin birindən aypara formalı tunc sırğalar tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma formasında olub, kobud hazırlanmışdır. Bəzi sinə daşları isə həndəsi və memarlıq ornamentləri ilə naxışlanmışdır. Onlardan birinin üzərində skematik quş, ucları dəyirmiləşdirilmiş həndəsi xəttlər, insan və ağac rəsmlərindən ibarət oyma naxışla haşiyələnmiş süjet həkk olunmuşdur.
Abidədən forma verməyən, çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz qab qırıqları aşkar olunmuşdur. Nekropolun XIV – XVII əsrlərə aid olduğu güman edilir.
II Əbrəqunus nekropolu
Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, I Əbrəqunus nekropolundan bir qədər aralıda, nalşəkilli kiçik təpə üzərində yerləşən II Əbrəqunus nekropolu orta əsrlərə aid arxeoloji abidədir. Nekropolun sahəsi 5600 m² – dir. Abidədə 1991 – ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.
Nekropoldakı qəbirlər qiblə istiqamətindədir. Qəbirlərin əksəriyyətinin başdaşıları saxlanmışdır. Düzbucaqlı prizma formalı sinə daşları kobud hazırlanmış, birinin üst hissəsi tağvari tamamlanmışdır. Digərinin üstündə isə insan təsviri vardır. Nekropolda bütün Azərbaycan ərazisində geniş yayılmış qəbirüstü qoç daşları da vardır. Lakin onların əksəri pis saxlanmışdır.
Nekropoldan son orta əsrlərə aid şirli və şirsiz saxsı, yüksək keyfiyyətli fayans qab sınıqlarıdan ibarət yerüstü materiallar aşkar olunmuşdur. Nekropol tədqiqatçılar tərəfindən XIV – XVII əsrlərə aid edilir.
III Əbrəqunus nekropolu
Culfa rayonunun Əbrəqunus kəndinin cənub - qərbində, Əbrəqunus çayının sol sahilində yerləşən III Əbrəqunus nekropolu orta əsrlərə aid arxeoloji abidədir. Nekropolun sahəsi 1800 m² –dir. Abidə yaşayış binaları ilə əhatə olunmuşdur. Nekropol ərazisində 1991 – ci ildə kləşfiyyat xarakterli tədqiqatlaraparılmışdır.
Nekropol ərazisindəki qəbirlərin başdaşıları ya saxlanmamış, ya da yararsız halda dövrümüzə çatmışdır. Əksəriyyəti qiblə istiqamətində olan qəbirlərin sinə daşları kobud şəkildə hazırlanmışdır. Bəzi qəbirlərin üstünə isə yonulmamış dördkünc daşlar qoyulmuşdur. Sinə daşlarına baxış keçirilən zaman heç bir yazıya və ya işarəyə rast gəlinməmiş, yalnız bir neçə qəbir daşında kiçik həndəsi naxışlar aşkarlanmışdır. Nekropolun yaxınlığında böyük alban–xristian monastırı olan (Müqəddəs Faddey monastırı) vardır. Tədqiqatçılar III Əbrəqunus nekropolunu XVI – XVIII əsrlərə aid edirlər.
İstinadlar
- . 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
- AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2006
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebrequnus nekropollari Culfa rayonunun Ebrequnus kendi erazisinde yerlesen orta esrlere aid uc nekropol kompleksidir Nekropollarda muxtelif dovrlerde xirda tedqiqat isleri aparilmisdir Ebrequnus nekropollariIII Ebrequnus nekropolu erazisinde yerlesen Ebrequnus Muqeddes Faddey monastri39 08 13 sm e 45 38 00 s u Olke AzerbaycanSeher CulfaYerlesir EbrequnusTikilme tarixi Orta esrlerVeziyyeti Fealiyyet gostermirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 6071 1882 1883KateqoriyaYasayis yeri NekropolEhemiyyetiOlke ehemiyyetliEbrequnus nekropollariI Ebrequnus nekropoluCulfa rayonunun Ebrequnus kendinin qerbinde Erefse Naxcivan yolunun saginda uzunsov tepenin uzerinde yerlesen ve orta esrlere aid olan I Ebrequnus nekropolu ekin saheleri ile ehate olunmusdur Nekropolun sahesi 3200 m dir 1990 1991 ci illerde abidede kesfiyyat xarakterli tedqiqat isleri aparilmisdir Nekropol sablonu yigisdir erazisindeki qebirler muxtelif dovrlere aid olub muxteli formalidir Simal qerb istiqametinde olan qebirlerin basdasilari dovrumuze yaxsi veziyyetde catmisdir Das qutu qebirlerin birinden aypara formali tunc sirgalar tapilmisdir Ekser sine daslari dorduzlu prizma formasinda olub kobud hazirlanmisdir Bezi sine daslari ise hendesi ve memarliq ornamentleri ile naxislanmisdir Onlardan birinin uzerinde skematik qus uclari deyirmilesdirilmis hendesi xettler insan ve agac resmlerinden ibaret oyma naxisla hasiyelenmis sujet hekk olunmusdur Abideden forma vermeyen cehrayi rengde bisirilmis sirli ve sirsiz qab qiriqlari askar olunmusdur Nekropolun XIV XVII esrlere aid oldugu guman edilir II Ebrequnus nekropoluCulfa rayonunun Ebrequnus kendinin qerbinde Erefse Naxcivan yolunun saginda I Ebrequnus nekropolundan bir qeder aralida nalsekilli kicik tepe uzerinde yerlesen II Ebrequnus nekropolu orta esrlere aid arxeoloji abidedir Nekropolun sahesi 5600 m dir Abidede 1991 ci ilde kesfiyyat xarakterli tedqiqat isleri aparilmisdir Nekropoldaki qebirler qible istiqametindedir Qebirlerin ekseriyyetinin basdasilari saxlanmisdir Duzbucaqli prizma formali sine daslari kobud hazirlanmis birinin ust hissesi tagvari tamamlanmisdir Digerinin ustunde ise insan tesviri vardir Nekropolda butun Azerbaycan erazisinde genis yayilmis qebirustu qoc daslari da vardir Lakin onlarin ekseri pis saxlanmisdir Nekropoldan son orta esrlere aid sirli ve sirsiz saxsi yuksek keyfiyyetli fayans qab siniqlaridan ibaret yerustu materiallar askar olunmusdur Nekropol tedqiqatcilar terefinden XIV XVII esrlere aid edilir III Ebrequnus nekropoluCulfa rayonunun Ebrequnus kendinin cenub qerbinde Ebrequnus cayinin sol sahilinde yerlesen III Ebrequnus nekropolu orta esrlere aid arxeoloji abidedir Nekropolun sahesi 1800 m dir Abide yasayis binalari ile ehate olunmusdur Nekropol erazisinde 1991 ci ilde klesfiyyat xarakterli tedqiqatlaraparilmisdir Nekropol erazisindeki qebirlerin basdasilari ya saxlanmamis ya da yararsiz halda dovrumuze catmisdir Ekseriyyeti qible istiqametinde olan qebirlerin sine daslari kobud sekilde hazirlanmisdir Bezi qebirlerin ustune ise yonulmamis dordkunc daslar qoyulmusdur Sine daslarina baxis kecirilen zaman hec bir yaziya ve ya isareye rast gelinmemis yalniz bir nece qebir dasinda kicik hendesi naxislar askarlanmisdir Nekropolun yaxinliginda boyuk alban xristian monastiri olan Muqeddes Faddey monastiri vardir Tedqiqatcilar III Ebrequnus nekropolunu XVI XVIII esrlere aid edirler Istinadlar 2014 11 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 06 26 AMEA Naxcivan Ensiklopediyasi Baki 2006Hemcinin baxEbrequnus Culfa rayonu