Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev (1877, Bakı – 1961, Bakı) — Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1957).
Əbdülhüseyn Babayev | |
---|---|
![]() | |
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 1961 |
Vəfat yeri | |
Fəaliyyəti | xarrat[d], şəbəkə ustası |
Mükafatları | ![]() |
Həyat və yaradıcılığı
Əbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur. O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır.
Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir.
Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (Moskva, 1939) Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır. Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi.
Əbdülhüseyn Babayev bir neçə il Azərbaycan Dövlət Rəssamlıq Məktəbində şəbəkə emalatxanasına rəhbərlik etmişdir. Onun şagirdlərindən Ağasəf Cəfərov, Mirzəağa Qafarov, Amil Salamov bu sənəti öyrənmiş və müxtəlif şəbəkə kompozisiyaları yaratmışlar.
Əbdülhüseyn Babayev müharibə illərindəki fəaliyyətinə görə "", "" medalları ilə təltif edilmiş və ona xalq tətbiqi incəsənəti sahəsindəki xidmətlərinə görə 5 yanvar 1957-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
Əbdülhüseyn Babayev 1961-ci ildə Bakıda vəfat etmişdir. SSRİ xalq rəssamı Mikayıl Abdullayev 1961-ci ildə şəbəkə ustasına həsr etdiyi "Yüz yaşlı usta Əbdülhüseyn Babayev" portretini tamamlamış və bu əsər müxtəlif ölkələrdə nümayiş etdirilmiş, Tretyakov qalereyasında saxlanılmışdır.
İstinadlar
- Babayev Əbdülhüseyn Mikayıl oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 583. ISBN .
- Нәҹәфов, М. Маһир шәбәкә устасы // Коммунист. № 6 (10342). 8 январ 1957. С. 4.
- Бабајев Әбдүлһүсејн Микајыл оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 519.
- Ә. М. Бабаевә Азәрбайҹан ССР әмәкдар инҹәсәнәт хадими фәхри ады верилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәясәт Һей'әтинин Фәрманы // Коммунист. № 5 (10341). 6 январ 1957. С. 1.
- Нәҹәфов, М. Микајыл Абдуллајев. Бакы: Јазычы. 1983. С. 31–32.
Xarici keçidlər
- Rafael Hüseynov. Tanımaq və anmaq borcu // 525-ci qəzet. 2 oktyabr 2023.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebdulhuseyn Kerbelayi Mikayil oglu Babayev 1877 Baki 1961 Baki Azerbaycan xarrati sebeke ustasi Azerbaycan SSR emekdar incesenet xadimi 1957 Ebdulhuseyn BabayevDogum tarixi 1877Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1961Vefat yeri Baki Azerbaycan SSR SSRIFealiyyeti xarrat d sebeke ustasiMukafatlariHeyat ve yaradiciligiEbdulhuseyn Babayev 1877 ci ilde Bakida anadan olmusdur O oxudugu mollaxanani terk ederek arababend atasi Kerbelayi Mikayilin yaninda 10 il usta sagirdi isledikden sonra qapi pencere ve xonca bagdati duzeltmeyi susebend baglamagi oyrenmisdir Sonralar on ile yaxin muddet erzinde o Qafqaz ve Merkuri gemicilik sirketinde islemis burada yuzlerle gemi tekeri baglamisdir Genc yaslarinda rehil kesmeyi oyrenen usta Ebdulhuseyn en sade quruluslu bir qulle rehilden murekkeb quruluslu alti ve sekkiz qulle rehile qeder kesmeyi bacarirdi O mixsiz ve yapisqansiz duzeltdiyi rehillerde yenilik yaratmaga calisir bezen iki rehili bir birinin icinde kesir bezen sekkiz ve daha cox hisseden ibaret bir nece formaya salina bilen rehil duzeldirdi Onun hazirladigi rehiller Azerbaycan muzeylerinde numayis etdirilir Ebdulhuseyn Babayevin yaradiciliginda Ceferi Xab bidar Sekkiz qulle On alti qulle adli murekkeb sebekeler muhum yer tutmusdur O Azerbaycan Edebiyyati Muzeyi Azerbaycan Tarixi Muzeyi Xalq Teserrufati Nailiyyetleri Sergisinde Moskva 1939 Azerbaycan SSR pavilyonu ucun sebeke kompozisiyalari hazirlamisdir Usta Ebdulhuseyn sebeke ornamentlerini ezberden cekir duzeltdiyi arakesmelerde qapi ve pencere sebekelerinde habele mebel bezeklerinde muxtelif naxislar tetbiq edir cox zaman eyni bir sebeke kompozisiyasina curbecur ornament unsurleri daxil edirdi Ebdulhuseyn Babayev bir nece il Azerbaycan Dovlet Ressamliq Mektebinde sebeke emalatxanasina rehberlik etmisdir Onun sagirdlerinden Agasef Ceferov Mirzeaga Qafarov Amil Salamov bu seneti oyrenmis ve muxtelif sebeke kompozisiyalari yaratmislar Ebdulhuseyn Babayev muharibe illerindeki fealiyyetine gore Qafqazin mudafiesine gore 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medallari ile teltif edilmis ve ona xalq tetbiqi inceseneti sahesindeki xidmetlerine gore 5 yanvar 1957 ci ilde Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin Fermani ile Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi verilmisdir Ebdulhuseyn Babayev 1961 ci ilde Bakida vefat etmisdir SSRI xalq ressami Mikayil Abdullayev 1961 ci ilde sebeke ustasina hesr etdiyi Yuz yasli usta Ebdulhuseyn Babayev portretini tamamlamis ve bu eser muxtelif olkelerde numayis etdirilmis Tretyakov qalereyasinda saxlanilmisdir IstinadlarBabayev Ebdulhuseyn Mikayil oglu Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 2 ci cild Argentina Babilik 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2010 seh 583 ISBN 978 9952 441 05 5 Nәҹәfov M Maһir shәbәkә ustasy Kommunist 6 10342 8 yanvar 1957 S 4 Babaјev Әbdүlһүseјn Mikaјyl oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 519 Ә M Babaevә Azәrbajҹan SSR әmәkdar inҹәsәnәt hadimi fәhri ady verilmәsi һaggynda Azәrbajҹan SSR Ali Soveti Rәyasәt Һej әtinin Fәrmany Kommunist 5 10341 6 yanvar 1957 S 1 Nәҹәfov M Mikaјyl Abdullaјev Baky Јazychy 1983 S 31 32 Xarici kecidlerRafael Huseynov Tanimaq ve anmaq borcu 525 ci qezet 2 oktyabr 2023