Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Şarl Teodor Anri De Koster (fr. Charles-Theodore-Henri De Coster; 20 avqust 1827-ci il, Münhen – 7 may 1879-cu il, Brüssel) — Belçika yazıçısı, Belçika milli ədəbiyyatının banisi.
Şarl de Koster | |
---|---|
Doğum adı | Charles-Theodore-Henri De Coster |
Doğum tarixi | |
Doğum yeri | Münhen, Almaniya |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Brüssel, Belçika |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1847–1879 |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü | |
Şarl de Koster Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H. Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi". Gələcək yazıçının uşaqlıq illəri D‘Arjantonun sarayında keçmişdir.
Yazıçının atası 1834-cü ildə dünyasını dəyişmişdir. Bundan bir il öncə isə onlar artıq vətənə qayıdaraq, Brüsseldə məskunlaşmışdılar və gələcək yazıçının ömrünün bütün qalan hissəsi bu şəhərdə keçmişdir. Onun yeganə bacısı Karolina da elə həmin il burada dünyaya gəlmişdi. Atası öləndən sonra anası onu təhsil aldığı pansiondan çıxarır. Məktəbdən çıxarılmasının səbəbini yazıçı xatirələrinin birində belə əsaslandırmışdır: "Mən o zaman zəif, kövrək bir uşaq idim… mən ağlayırdım, ancaq görəndə ki, mənə gülürlər, onda göz yaşlarımı saxlayırdım, lakin hirs başıma vururdu".
Lyej şəhərinə köçən D‘Arjanto öz xaç oğlunu unutmur və onun Sen-Mişel kollecinə verilməsini tələb edir. Şarl bu məktəbdə çox yaxşı təhsil almış, qədim yunan və latın dillərini mükəmməl öyrənmişdir. Ancaq burada təhsil aldığı zaman onun dinə inamı sarsılır və bu məktəbi bitirdikdən sonra o, ilahiyyat seminariyasında təhsilini davam etdirməkdən birmənalı şəkildə imtina edir. Bu vaxt artıq onun on yeddi yaşı tamam olmuşdu və Şarl işləyərək anasına kömək etmək qərarına gəlir. Şarl məşhur Mərkəzi Belçika bankına kiçik klerk (köməkçi) vəzifəsinə işə düzəlir və altı il burada işləyir (1844–1850).
Şairlik xülyasına düşmüş, azad həyat sürmək istəyən bir gəncin bu illər ərzində həyatını təsəvvür etmək elə də çətin deyil. O, 1847-ci ildə bir neçə dostu ilə birlikdə "Şən gənclər cəmiyyəti" adlı bir ədəbi dərnək yaradır. Bu dərnəyin açılışında de Koster Fransua Rable üslubunda şən və zarafatyana bir çıxış edir və bununla da azadfikirli bir gənc olduğunu göstərir.
İyirmi gənc brüsselli – onların içərisində rəssamlar, musiqiçilər, şairlər, ümumiyyətlə ədəbiyyat və sənət pərəstişkarları olan hərbçilər, hüquqşünaslar, naşirlər və s. var idi və onlar qarşılarına belə bir məqsəd qoymuşdular ki, böyük yazıçıların əsərlərini öyrənsinlər və öz yaradıcılıqlarını da inkişaf etdirsinlər. Bu "Şən gənclər" həftədə bir dəfə toplaşır, şam işığında öz əsərlərini oxuyur və onları müzakirə edirdilər. Yaxşı əsərlər özlərinin təsis etdikləri bir nüsxədə çıxan "Jurnal"da çap olunurdu.
XIX əsrin 40–50-ci illəri Belçika ədəbiyyatı hələ müstəqil deyildi, sırf milli səciyyə daşımırdı. Bu ədəbiyyat, Avropa, xüsusilə də, fransız romantizminin təsiri altında idi. "Şən gənclər" də ilk vaxtlar romantik əhval-ruhiyəli idilər. Gənc de Koster öz ilk əsəri olan "Şərq nağılı" adlandırdığı "Məhəmməd" novellasını məşhur fransız romantiki Rene Şatobrianın təsiri altında yazmışdır.
"Şən gənclər" yalnız ədəbiyyatla deyil, teatrla da məşğul olurdular. Onların bu teatrı üçün, dramaturq olmaq arzusu ilə yaşayan de Koster dram əsərləri yazırdı.
Şair olmaq istəyən bir adamın bankda işləməsi mümkün olmadığına görə de Koster ərizə verib işdən azad olur və 1850-ci ildə ədəbiyyat və fəlsəfə fakültəsinə daxil olur. O, nümunəvi bir tələbə idi. Ancaq Niderland inqilabı haqqında dərs istisna olmaqla, başqa sahələr o qədər də onu cəlb etmirdi. Bu vaxt de Kosterin diqqətini XVI əsr daha çox özünə cəlb edir.
Tələbəlik illərində de Koster bir sıra istedadlı gənclərlə tanış olur. Xüsusilə, 1851-ci ildə onların dərnəyinə daxil olan rəssam onu başqa rəssamlarla da tanış edir. Ropsla yanaşı, o, rəssam və heykəltaraş də yaxın dost olur.
1851-ci ildə birinci kurs tələbəsi olan 24 yaşlı Şarl de Koster 19 yaşlı Eliza Spryöytlə tanış olur. Bu qız Şarlın həyatında və yaradıcılığında həddindən artıq böyük rol oynamışdır. Yazıçı "Love" adlı şerini bu qıza həsr etmişdir. Bundan əlavə, onun "Aşiq olmuş gəncin silueti" romantik povestinin baş qəhrəmanı və "Ulenşpigel əfsanəsi" romanındakı Nele bu qızın prototipləridir.
Böyük vəzifə sahibi və çox varlı adam olan Elizanın atası, qızının heç bir maddi imkanı olmayan Şarl kimi bir adamla görüşməyinə razı ola bilməzdi. Ona görə də bu gənclər gizli görüşməyə məcbur olurlar. Daha çox isə məktublaşma yolu ilə əlaqə saxlayırdılar.
De Koster Elizaya çoxsaylı məktub ünvanlamışdır ki, bu məktublar yazıçının daxili aləminin açılmasında, onun mənəvi-psixoloji durumunun müəyyənləşdirilməsində və bir sənətkar kimi yetişməsində böyük əhəmiyyət kəsb edir. Bu məktubların həm də xüsusi bədii əhəmiyyəti var. Yazıçı yazmaq istədiyi əsərlər haqqında bu qızla məsləhətləşir, öz gələcək planları və düşüncələri barədə ona məlumatlar verirdi. Məsələn o, məktublarının birində yazırdı: "Bu günlərdə sənə oxumaq üçün verəcəyim əsəri mənim əvvəllər yazdığım əsərlərlə müqayisə etdikdə görəcəksən ki, mənim ağlım nə qədər inkişaf edib. Mən indi hiss edirəm ki, həyatım daha dərin olubdur. Fikirlərim genişlənibdir…" Bəzən De Koster məktub vasitəsilə sanki Elizaya hesabat verirdi: "Bu gün axşam mən "Sir Halevin"in ilk 80 səhifəsini nəzərdən keçirtdim. Hələ uzunçuluq var" (De Koster özü bu məktubları üzə çıxartmamışdır. Bu məktubları ilk dəfə onun bioqrafiyasını yazan Ş. Potven çap etdirmişdir. O, məktubları məzmununa və bir sıra başqa xüsusiyyətlərinə görə sıralamışdır).
De Kosterin məktublarında bu "qəribə" yazıçının bütün qeyri-adi xasiyyətləri öz əksini tapmışdır. Belə ki, onun şəxsiyyətinin zahirən çox ziddiyyətli görünməsinə baxmayaraq o, "birsifətli" və bütün adam idi. Yumoru və gülüşü çox sevən, dünya ədəbiyyatında ən şən qəhrəmanlardan birinin müəllifi olan de Koster kədərli, qəmli bir adam olmuşdur. O özü haqqında deyirdi: "Mənim ürəyimin dərinliklərində əbədi bir kədər kök salıb. Mən təbiətən kədərli bir insanam". De Kosterin üzərində hakim kəsilən kədər, həyatı bütün varlığı qədər sevən, onu daha gözəl görmək istəyən, onun arzuladığı şəkildə olmamasından narahat olan bir ziyalının, sənətkarın kədəri idi.
De Koster 1855-ci ildə universiteti ədəbiyyat və fəlsəfə elmləri namizədi kimi bitirir. Bu diplom ona müəllimlik etmək hüququ versə də, De Koster bu sahədə işləmək istəmir. Daha münasib iş tapmaq üçün o, yenə xaç atası d‘Arjantoya müraciət edir. Qraf bacısının da köməyi ilə ona çox gəlirli bir iş yeri (şərab ticarəti müfəttişi) tapır. Ancaq de Koster bu işdən də imtina edir və yoxsul həyat tərzini, hətta öz xaç atasından belə asılı olmaqdan üstün tutur. Bundan sonra o, ömrünün bütün qalan hissəsini daim ehtiyac içərisində yaşamışdır.
1856-cı ildə Brüsseldə "Ulenşpigel" jurnalı nəşrə başlayır. Jurnalda əsasən gənclər çalışırdı. Bu jurnal əvvəlcə siyasətdən və sosial mövzulardan uzaq olan bir mətbu orqan kimi nəzərdə tutulmasına baxmayaraq, 1860-cı illərdən başlayaraq Belçikanın mütərəqqi ziyalılarının xitabət kürsüsünə çevrilir. Felisyen Rops bu jurnalın ürəyi idi. O, de Kosteri də jurnalın işinə cəlb edir. Beləliklə, bir təsadüf nəticəsində de Koster də "Ulenşpigel"çi olur və özünün gələcək qəhrəmanı ilə yaxından tanış olur.
Yaradıcılığı
De Koster bədii yaradıcılığa da çox erkən yaşlarından başlamışdır. 1840–1850-ci illərdə Avropa romantiklərinin təsiri altında yazdığı ilk əsərləri bədii xüsusiyyətləri ilə elə də seçilmirdi. Bu dövrdə o, eyni zamanda ədəbi tənqidlə də məşğul olurdu və ilk tənqidi qeydlərini 1851–1852-ci illərdə "Yeni xülasə" jurnalında çap etdirmişdir. Bu jurnalın səhifələrində bir publisist kimi tez-tez sosial və siyasi mövzularda kəskin tənqidi məqalələrlə çıxış edən de Koster, öz hüquqları uğrunda mübarizəyə qalxan fəhlə sinfini də müdafiə edirdi.
Demokratik dünyagörüşə malik olan bu gənc ziyalı, liberal partiyanın sol qanadına qoşularaq, flamand xalqının müstəqilliyi, istismardan xilas olması uğrunda katolik qaragüruhuna qarşı mübarizə aparmışdır. De Koster, ümumiyyətlə, müstəmləkəçilik siyasətini kəskin tənqid atəşinə tutmuş, Fransa burjua dairələrinin qəsbkarlıq siyasətini ifşa etmişdir.
1850–1860-cı illərdə Belçikanın siyasi və mədəni həyatında Fransa respublikaçıları böyük rol oynamışdır. 1851-ci il dövlət çevrilişindən sonra III Napoleonun rəqibləri Belçikada sığınacaq tapmış və bu ölkədə siyasi fəallığın artmasında onların çox böyük xidmətləri olmuşdur. Belçika alimi H. Firens-Gevartın dediyi kimi, həmin dövrdə bu ölkədə mühacirət həyatı yaşayan məşhur fransız alimi, Sorbon Universitetinin professoru mühazirələri flamandları sanki qış yuxusundan oyatmışdır. De Kosterin "" haqqında mətbuatda ilk çıxış edən də məhz bu fransız alimi olmuşdur.
Beləliklə, 1850-ci illərin sonları və 1860-cı illərin əvvəllərindən başlayaraq Belçikada da siyasi fəaliyyət güclənməyə başlamışdır. Dövlətdə böyük nüfuza malik olan ruhanilər universitetlərdə azad təhsil sisteminin əleyhinə çıxır, hər yolla azadfikirliliyin inkişafına maneə olmağa çalışırdılar. Bu dövrdə həm də sinfi mübarizə genişlənmiş, ölkəni kütləvi üsyanlar bürümüşdü. Belə bir şəraitdə "Ulenşpigel" jurnalı Belçika ictimai-siyasi və mədəni həyatının və eləcə də ilk böyük flamand yazıçısı Şarl de Kosterin ədəbi-bədii səriştəsinin də formalaşmasında əvəzsiz rol oynamışdır.
De Koster özünün ilk böyük əsəri olan "Flamand əfsanələri"ni 1857-ci ildə yazıb başa çatdırmışdır. Bu kitaba daxil olan dörd əfsanə flamand və brabant folkloru materialları əsasında işlənmişdir. Bu əsəri ilə de Koster artıq özünün gələcək yaradıcılıq istiqamətini də müəyyənləşdirir. Belə ki, xalq yaradıcılığını yüksək qiymətləndirən, onların lazımi səviyyədə öyrənilmədiyini və qiymətləndirilmədiyini hesab edən yazıçı bu xəzinənin böyük potensialını müəyyən etmiş və öz yaradıcılığını onun əsasında qurmuşdur. Bu barədə o, Elizaya yazdığı məktubların birində deyirdi: "Bizdə tez-tez bunları tənqid etmələrinə baxmayaraq, mən bu əfsanələri çox sevirəm. Bu janrda canlı xarakterlər, canlı adamların surətlərini yaratmaq olar, onların sağlam təfəkkürünü göstərmək və öz şəxsində bunu əks etdirmək olar".
Yazıçı "" əsərini XVI əsrə aid olan arxaik fransız dilində yazmış, bununla də bu əsərə xüsusi bir kolorit vermişdir. Bu əsərdə nağıl aləmi real varlığın fonunda təsvir edilmişdir. Bu əsərdə folklor fantastikası məişət hadisələri ilə qaynayıb-qarışaraq xalqın gündəlik həyatının real təsvirini ifadə etmişdir. E. Deşanel bu əsəri çox yüksək qiymətləndirmişdir: "O, orta əsrləri necə varsa eləcə təsvir edib: kobud, sərt, qəmli, kələkbaz, eyni zamanda da uşaq kimi sadədil. O, özündən personajlarına, onlara məxsus olmayan nə bir fikir, nə bir instinkt, nə də bir hiss əlavə etməmişdir".
"" əsərinə dörd əfsanə daxil edilmişdir. Onlar məzmununa və ovqatına görə bir-birindən fərqli olmasına baxmayaraq, müəllif onları ümumi bir ideya, vahid bir əqidə ətrafında birləşdirə bilmişdir. Bu topluda verilən "", "Blanka, Klara və Kandida","Sir Halevin" və "Smetse Smeye" tədricən yaranmışdır.
De Koster 1861-ci ildə ikinci toplusunu — "Brabant hekayələəri"ni çap etdirmişdir. Bir qədər romantik ruhda yazılan bu hekayələr müəllifin köhnə qanun-qaydalarla, keçmişlə vidalaşması idi. O, yeni mərhələyə, yeni dövrə qədəm qoyurdu.
Ulenşpigel əfsanəsi
Öz kiçik uğurlarından ürəklənən de Koster ilk növbədə flamand xalqının, sonra isə dütün dünyanın ən möhtəşəm əsərlərindən biri olan "Ulenşpigel və Lamme Qudzak, onların Flandriyadakı qəhrəmanlıqları, məzəli və ləyaqətli əhvalatları haqqında əfsanə" adlı epopeyasını yazmağa başladı. Bu roman-epopeya oxuculara təqdim olunan andan məlum oldu ki, bu dünya ədəbiyyatı tarixinə daxil olan qeyri-adi bir əsərdir. Bircə onu demək kifayətdir ki, müəllifin bu şedevri onun bütün əsərlərini, hətta "" kimi qiymətli əsəri belə kölgədə qoymuşdur. Təsadüfi deyil ki, de Kosteri "ədəbiyyatın marşalı", onun bu əsərini isə flamand xalqının "Bibliya"sı adlandırmışlar.
De Koster 1860-cı ildə Brüssel arxivində işə girir. Burada işlədiyi vaxt o, çox maraqlı və çox qiymətli sənədlərlə tanış olur və gələcək epopeyası üçün material toplamağa başlayır. Bu materialları o, on ildən artıq bir vaxtda toplamışdır. "Ulenşpigel əfsanəsi" əsəri üzərində işləyərkən heç kim və heç nə ona maneə olmasın deyə o, 1864-cü ildə işdən çıxır və sevimli anasından və bacısından ayrılaraq Brüsselin ətrafında yerləşən İsseldə, kasıb bir komada məskunlaşır. Ondan nə üçün belə etdiyini soruşduqda o, belə cavab vermişdir: "Mübarizə etmək üçün. Yazıb-yaratmaq üçün mübarizə etmək lazımdır".
Antiklerikal tendensiya
Həmçinin katolik partiyası tərəfdarları üçün "Ulenşpigel" xoşagəlməz idi, çünki, burada antiklerikal tendensiya xüsusi vurğu ilə ifadə edilir. Bu romanda vaxt itirmədən Niderland və Belçikanın yenidən birləşməsinə fikir yönəlir, hansı ki, 1830-cu ildə Belçika bundan imtina etmişdi.
Sosial fikirlər
Əsərdəki sosial fikirlər, yazıçının yüksək təbəqəyə öz fikrini bildirir, bu romanda ümumi ictimaidən mühafizə edilmiş yeni struktur 1870-ci illər üçün qeyri adi idi və o vaxtlar naturalizm sənəti hakim idi. Bədii praktikasında de Koster Fablio, Rable, Montenyu və hollandiya ədiblərinin səviyyəsinə yüksəlir, lakin keçmişdə De Koster passeist deyil. Onun dövründə burjua mədəniyyəti, burjua dolğunluğu, zəriflik onu özünə cəlb edirdi. De Koster Renessansa müraciət edir ki, müasir burjuaziya onun böyük yaşını başa düşsün, onun romanı ilə Ulenşpigellə tanış olan xalq, bu romanda yuxarı təbəqənin cinayətləri, kilsə haqqında məlumat alırlar.
1867-ci ildə o "Ulenşpigel əfsanəsi" əsərini bitirdi, amma kiçik tirajla çap olunan bu əsər çox ləng satılırdı. De Kosterin kasıbçılığı davam edirdi. 1870-ci ildə onu Brüsseldə təzəcə açılmış hərbi məktəbdə ümumi tarix və fransız ədəbiyyatı fənnindən dərs deməyə dəvət etdilər. Əgər borc sahibləri imkan versəydilər de Kosterin bu məktəbdə dərs deməklə maddi vəziyyəti düzələ bilərdi. Bu borc sahibləri onun maaşının başını bağlayırlar (üzərinə həbs qoyulur). Buna baxmayaraq, yazıçı yazmaqda davam edir. 1870-ci ildə o, müasir mövzuda yazdığı "Toy səfəri" romanını çap etdirir. 1874–1878-ci illərdə isə yazıçı "Le Tour de Mond" adlı bir fransız jurnalında "Zelandiya" başlığı altında yol qeydlərinin bir hissəsini çap etdirir. Bu oçerklərin "Niderland" adlanan ikinci hissəsi isə yazıçının ölümündən sonra işıq üzü görmüşdür.
Şarl de Koster ömrünün son günlərini böyük məhrumiyyətlər içərisində keçirmiş, dilənçi vəziyyətində yaşamışdır. O, 1879-cu ildə hələ 52 yaşı tamam olmamış vərəm və qan təzyiqi xəstəliklərindən vəfat etmişdir.
Həmçinin bax
Mənbə
- Charles De Coster (Alman dilində)
- Britannica.com Charles de Coster
- Charles De Coster (holland)
- The glorious adventures of Tyl Ulenspiegl (Digitalisat der Erstausgabe der englischen Übersetzung)
- Charles de Coster
- About Charles de Coster 2016-01-23 at the Wayback Machine
- Шарль Де Костер
İstinadlar
- RKDartists (nid.).
- . 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-05.
- "Arxivlənmiş surət". 2012-03-15 tarixində . İstifadə tarixi: 2010-10-27.
- . 2008-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-10.
- Emil Deschanel. Prefase in:Charl de Coster. Legendes flamandes, Paris,1858, p. IV
- http://www.questia.com/library/encyclopedia/de-coster-charles-theodore-henri.jsp[ölü keçid]
- "Ulenşpigel əfsanəsi". 2016-03-11 tarixində . İstifadə tarixi: 2011-01-10.
- "antiklerikal tendensiya". 2012-03-15 tarixində . İstifadə tarixi: 2010-10-27.
Xarici keçidlər
- Koster Şarl de. Ulenşpigel və Lamme Qudzak əfsanəsi: Onların Flandriya və başqa ellərdəki şücaəti, qoçaqlığı, məzəli macəraları / Şarl de Koster; Tərcümə edən: B. Musayev.- B.: Öndər, 2005.- 656 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Sarl Teodor Anri De Koster fr Charles Theodore Henri De Coster 20 avqust 1827 ci il Munhen 7 may 1879 cu il Brussel Belcika yazicisi Belcika milli edebiyyatinin banisi Sarl de KosterDogum adi Charles Theodore Henri De CosterDogum tarixi 20 avqust 1827Dogum yeri Munhen AlmaniyaVefat tarixi 7 may 1879 51 yasinda Vefat yeri Brussel BelcikaFealiyyeti YaziciFealiyyet illeri 1847 1879Eserlerinin dili fransiz diliUzvluyu masonluqSarl de Koster Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiFransiz dilli yeni Belcika edebiyyatinin yaradicisi Sarl de Koster 1827 ci il avqustun 20 de Almaniyanin Munhen seherinde ruhani ailesinde anadan olmusdur Onun atasi Iprli flamand idi ve Bavariyada Tir yepiskopu ve Papa usul idaresinin rehberi qraf Sarl Mersi d Arjantonun sarayinda teserrufat rehberi vezifesinde isleyirdi Vaxtile zabiti olmus d Arjanto oz hemyerlisine ve qulluqcusuna rehmdillik gosterir ve vallon esilli Anna Mariya Kartreylin gozelliyini ozunde eks etdiren oglu de Kostere himayedarliq edir D Arjanto de Kosterin xac atasi idi Bu veziyyet Sarlin dunyaya gelmesi haqqinda bir sira dedi qodularin yaranmasina sebeb olmusdur Bezi tedqiqatcilar o cumleden de yazicinin bir sira muasirleri Sarlin ya qrafin ya da onun qardasinin ogey oglu oldugunu deyirdiler Ancaq butun bunlar faktlarla subut olunmamisdir Meshur Belcika tenqidcisi H Juen yazicinin 1962 ci ilde Brusselde capdan cixmis Ulenspigel efsanesi romanina yazdigi giris meqalesinde deyir Ulenspigel efsanesi nin gelecek muellifi hetta romantizm bundan ziyan cekse bele oz valideyinlerinin ovladi idi Gelecek yazicinin usaqliq illeri D Arjantonun sarayinda kecmisdir Yazicinin atasi 1834 cu ilde dunyasini deyismisdir Bundan bir il once ise onlar artiq vetene qayidaraq Brusselde meskunlasmisdilar ve gelecek yazicinin omrunun butun qalan hissesi bu seherde kecmisdir Onun yegane bacisi Karolina da ele hemin il burada dunyaya gelmisdi Atasi olenden sonra anasi onu tehsil aldigi pansiondan cixarir Mektebden cixarilmasinin sebebini yazici xatirelerinin birinde bele esaslandirmisdir Men o zaman zeif kovrek bir usaq idim men aglayirdim ancaq gorende ki mene gulurler onda goz yaslarimi saxlayirdim lakin hirs basima vururdu Sarl de Kosterin abidesi Lyej seherine kocen D Arjanto oz xac oglunu unutmur ve onun Sen Misel kollecine verilmesini teleb edir Sarl bu mektebde cox yaxsi tehsil almis qedim yunan ve latin dillerini mukemmel oyrenmisdir Ancaq burada tehsil aldigi zaman onun dine inami sarsilir ve bu mektebi bitirdikden sonra o ilahiyyat seminariyasinda tehsilini davam etdirmekden birmenali sekilde imtina edir Bu vaxt artiq onun on yeddi yasi tamam olmusdu ve Sarl isleyerek anasina komek etmek qerarina gelir Sarl meshur Merkezi Belcika bankina kicik klerk komekci vezifesine ise duzelir ve alti il burada isleyir 1844 1850 Sairlik xulyasina dusmus azad heyat surmek isteyen bir gencin bu iller erzinde heyatini tesevvur etmek ele de cetin deyil O 1847 ci ilde bir nece dostu ile birlikde Sen gencler cemiyyeti adli bir edebi dernek yaradir Bu derneyin acilisinda de Koster Fransua Rable uslubunda sen ve zarafatyana bir cixis edir ve bununla da azadfikirli bir genc oldugunu gosterir Iyirmi genc brusselli onlarin icerisinde ressamlar musiqiciler sairler umumiyyetle edebiyyat ve senet perestiskarlari olan herbciler huquqsunaslar nasirler ve s var idi ve onlar qarsilarina bele bir meqsed qoymusdular ki boyuk yazicilarin eserlerini oyrensinler ve oz yaradiciliqlarini da inkisaf etdirsinler Bu Sen gencler heftede bir defe toplasir sam isiginda oz eserlerini oxuyur ve onlari muzakire edirdiler Yaxsi eserler ozlerinin tesis etdikleri bir nusxede cixan Jurnal da cap olunurdu XIX esrin 40 50 ci illeri Belcika edebiyyati hele musteqil deyildi sirf milli seciyye dasimirdi Bu edebiyyat Avropa xususile de fransiz romantizminin tesiri altinda idi Sen gencler de ilk vaxtlar romantik ehval ruhiyeli idiler Genc de Koster oz ilk eseri olan Serq nagili adlandirdigi Mehemmed novellasini meshur fransiz romantiki Rene Satobrianin tesiri altinda yazmisdir Sen gencler yalniz edebiyyatla deyil teatrla da mesgul olurdular Onlarin bu teatri ucun dramaturq olmaq arzusu ile yasayan de Koster dram eserleri yazirdi Sair olmaq isteyen bir adamin bankda islemesi mumkun olmadigina gore de Koster erize verib isden azad olur ve 1850 ci ilde edebiyyat ve felsefe fakultesine daxil olur O numunevi bir telebe idi Ancaq Niderland inqilabi haqqinda ders istisna olmaqla basqa saheler o qeder de onu celb etmirdi Bu vaxt de Kosterin diqqetini XVI esr daha cox ozune celb edir Telebelik illerinde de Koster bir sira istedadli genclerle tanis olur Xususile 1851 ci ilde onlarin derneyine daxil olan ressam onu basqa ressamlarla da tanis edir Ropsla yanasi o ressam ve heykeltaras de yaxin dost olur Sarl de Kosterin qebri 1851 ci ilde birinci kurs telebesi olan 24 yasli Sarl de Koster 19 yasli Eliza Spryoytle tanis olur Bu qiz Sarlin heyatinda ve yaradiciliginda heddinden artiq boyuk rol oynamisdir Yazici Love adli serini bu qiza hesr etmisdir Bundan elave onun Asiq olmus gencin silueti romantik povestinin bas qehremani ve Ulenspigel efsanesi romanindaki Nele bu qizin prototipleridir Boyuk vezife sahibi ve cox varli adam olan Elizanin atasi qizinin hec bir maddi imkani olmayan Sarl kimi bir adamla gorusmeyine razi ola bilmezdi Ona gore de bu gencler gizli gorusmeye mecbur olurlar Daha cox ise mektublasma yolu ile elaqe saxlayirdilar De Koster Elizaya coxsayli mektub unvanlamisdir ki bu mektublar yazicinin daxili aleminin acilmasinda onun menevi psixoloji durumunun mueyyenlesdirilmesinde ve bir senetkar kimi yetismesinde boyuk ehemiyyet kesb edir Bu mektublarin hem de xususi bedii ehemiyyeti var Yazici yazmaq istediyi eserler haqqinda bu qizla meslehetlesir oz gelecek planlari ve dusunceleri barede ona melumatlar verirdi Meselen o mektublarinin birinde yazirdi Bu gunlerde sene oxumaq ucun vereceyim eseri menim evveller yazdigim eserlerle muqayise etdikde goreceksen ki menim aglim ne qeder inkisaf edib Men indi hiss edirem ki heyatim daha derin olubdur Fikirlerim genislenibdir Bezen De Koster mektub vasitesile sanki Elizaya hesabat verirdi Bu gun axsam men Sir Halevin in ilk 80 sehifesini nezerden kecirtdim Hele uzunculuq var De Koster ozu bu mektublari uze cixartmamisdir Bu mektublari ilk defe onun bioqrafiyasini yazan S Potven cap etdirmisdir O mektublari mezmununa ve bir sira basqa xususiyyetlerine gore siralamisdir De Kosterin mektublarinda bu qeribe yazicinin butun qeyri adi xasiyyetleri oz eksini tapmisdir Bele ki onun sexsiyyetinin zahiren cox ziddiyyetli gorunmesine baxmayaraq o birsifetli ve butun adam idi Yumoru ve gulusu cox seven dunya edebiyyatinda en sen qehremanlardan birinin muellifi olan de Koster kederli qemli bir adam olmusdur O ozu haqqinda deyirdi Menim ureyimin derinliklerinde ebedi bir keder kok salib Men tebieten kederli bir insanam De Kosterin uzerinde hakim kesilen keder heyati butun varligi qeder seven onu daha gozel gormek isteyen onun arzuladigi sekilde olmamasindan narahat olan bir ziyalinin senetkarin kederi idi De Koster 1855 ci ilde universiteti edebiyyat ve felsefe elmleri namizedi kimi bitirir Bu diplom ona muellimlik etmek huququ verse de De Koster bu sahede islemek istemir Daha munasib is tapmaq ucun o yene xac atasi d Arjantoya muraciet edir Qraf bacisinin da komeyi ile ona cox gelirli bir is yeri serab ticareti mufettisi tapir Ancaq de Koster bu isden de imtina edir ve yoxsul heyat terzini hetta oz xac atasindan bele asili olmaqdan ustun tutur Bundan sonra o omrunun butun qalan hissesini daim ehtiyac icerisinde yasamisdir 1856 ci ilde Brusselde Ulenspigel jurnali nesre baslayir Jurnalda esasen gencler calisirdi Bu jurnal evvelce siyasetden ve sosial movzulardan uzaq olan bir metbu orqan kimi nezerde tutulmasina baxmayaraq 1860 ci illerden baslayaraq Belcikanin mutereqqi ziyalilarinin xitabet kursusune cevrilir Felisyen Rops bu jurnalin ureyi idi O de Kosteri de jurnalin isine celb edir Belelikle bir tesaduf neticesinde de Koster de Ulenspigel ci olur ve ozunun gelecek qehremani ile yaxindan tanis olur YaradiciligiDe Koster bedii yaradiciliga da cox erken yaslarindan baslamisdir 1840 1850 ci illerde Avropa romantiklerinin tesiri altinda yazdigi ilk eserleri bedii xususiyyetleri ile ele de secilmirdi Bu dovrde o eyni zamanda edebi tenqidle de mesgul olurdu ve ilk tenqidi qeydlerini 1851 1852 ci illerde Yeni xulase jurnalinda cap etdirmisdir Bu jurnalin sehifelerinde bir publisist kimi tez tez sosial ve siyasi movzularda keskin tenqidi meqalelerle cixis eden de Koster oz huquqlari ugrunda mubarizeye qalxan fehle sinfini de mudafie edirdi Demokratik dunyagoruse malik olan bu genc ziyali liberal partiyanin sol qanadina qosularaq flamand xalqinin musteqilliyi istismardan xilas olmasi ugrunda katolik qaraguruhuna qarsi mubarize aparmisdir De Koster umumiyyetle mustemlekecilik siyasetini keskin tenqid atesine tutmus Fransa burjua dairelerinin qesbkarliq siyasetini ifsa etmisdir 1850 1860 ci illerde Belcikanin siyasi ve medeni heyatinda Fransa respublikacilari boyuk rol oynamisdir 1851 ci il dovlet cevrilisinden sonra III Napoleonun reqibleri Belcikada siginacaq tapmis ve bu olkede siyasi fealligin artmasinda onlarin cox boyuk xidmetleri olmusdur Belcika alimi H Firens Gevartin dediyi kimi hemin dovrde bu olkede muhaciret heyati yasayan meshur fransiz alimi Sorbon Universitetinin professoru muhazireleri flamandlari sanki qis yuxusundan oyatmisdir De Kosterin haqqinda metbuatda ilk cixis eden de mehz bu fransiz alimi olmusdur Belelikle 1850 ci illerin sonlari ve 1860 ci illerin evvellerinden baslayaraq Belcikada da siyasi fealiyyet guclenmeye baslamisdir Dovletde boyuk nufuza malik olan ruhaniler universitetlerde azad tehsil sisteminin eleyhine cixir her yolla azadfikirliliyin inkisafina manee olmaga calisirdilar Bu dovrde hem de sinfi mubarize genislenmis olkeni kutlevi usyanlar burumusdu Bele bir seraitde Ulenspigel jurnali Belcika ictimai siyasi ve medeni heyatinin ve elece de ilk boyuk flamand yazicisi Sarl de Kosterin edebi bedii seristesinin de formalasmasinda evezsiz rol oynamisdir De Koster ozunun ilk boyuk eseri olan Flamand efsaneleri ni 1857 ci ilde yazib basa catdirmisdir Bu kitaba daxil olan dord efsane flamand ve brabant folkloru materiallari esasinda islenmisdir Bu eseri ile de Koster artiq ozunun gelecek yaradiciliq istiqametini de mueyyenlesdirir Bele ki xalq yaradiciligini yuksek qiymetlendiren onlarin lazimi seviyyede oyrenilmediyini ve qiymetlendirilmediyini hesab eden yazici bu xezinenin boyuk potensialini mueyyen etmis ve oz yaradiciligini onun esasinda qurmusdur Bu barede o Elizaya yazdigi mektublarin birinde deyirdi Bizde tez tez bunlari tenqid etmelerine baxmayaraq men bu efsaneleri cox sevirem Bu janrda canli xarakterler canli adamlarin suretlerini yaratmaq olar onlarin saglam tefekkurunu gostermek ve oz sexsinde bunu eks etdirmek olar Yazici eserini XVI esre aid olan arxaik fransiz dilinde yazmis bununla de bu esere xususi bir kolorit vermisdir Bu eserde nagil alemi real varligin fonunda tesvir edilmisdir Bu eserde folklor fantastikasi meiset hadiseleri ile qaynayib qarisaraq xalqin gundelik heyatinin real tesvirini ifade etmisdir E Desanel bu eseri cox yuksek qiymetlendirmisdir O orta esrleri nece varsa elece tesvir edib kobud sert qemli kelekbaz eyni zamanda da usaq kimi sadedil O ozunden personajlarina onlara mexsus olmayan ne bir fikir ne bir instinkt ne de bir hiss elave etmemisdir Ulenspigel ve Lamme Qudzak efsanesi romaninin kecmis tesviri eserine dord efsane daxil edilmisdir Onlar mezmununa ve ovqatina gore bir birinden ferqli olmasina baxmayaraq muellif onlari umumi bir ideya vahid bir eqide etrafinda birlesdire bilmisdir Bu topluda verilen Blanka Klara ve Kandida Sir Halevin ve Smetse Smeye tedricen yaranmisdir De Koster 1861 ci ilde ikinci toplusunu Brabant hekayeleeri ni cap etdirmisdir Bir qeder romantik ruhda yazilan bu hekayeler muellifin kohne qanun qaydalarla kecmisle vidalasmasi idi O yeni merheleye yeni dovre qedem qoyurdu Ulenspigel efsanesi Esas meqale Ulenspigel efsanesi Oz kicik ugurlarindan ureklenen de Koster ilk novbede flamand xalqinin sonra ise dutun dunyanin en mohtesem eserlerinden biri olan Ulenspigel ve Lamme Qudzak onlarin Flandriyadaki qehremanliqlari mezeli ve leyaqetli ehvalatlari haqqinda efsane adli epopeyasini yazmaga basladi Bu roman epopeya oxuculara teqdim olunan andan melum oldu ki bu dunya edebiyyati tarixine daxil olan qeyri adi bir eserdir Birce onu demek kifayetdir ki muellifin bu sedevri onun butun eserlerini hetta kimi qiymetli eseri bele kolgede qoymusdur Tesadufi deyil ki de Kosteri edebiyyatin marsali onun bu eserini ise flamand xalqinin Bibliya si adlandirmislar De Koster 1860 ci ilde Brussel arxivinde ise girir Burada islediyi vaxt o cox maraqli ve cox qiymetli senedlerle tanis olur ve gelecek epopeyasi ucun material toplamaga baslayir Bu materiallari o on ilden artiq bir vaxtda toplamisdir Ulenspigel efsanesi eseri uzerinde isleyerken hec kim ve hec ne ona manee olmasin deye o 1864 cu ilde isden cixir ve sevimli anasindan ve bacisindan ayrilaraq Brusselin etrafinda yerlesen Isselde kasib bir komada meskunlasir Ondan ne ucun bele etdiyini sorusduqda o bele cavab vermisdir Mubarize etmek ucun Yazib yaratmaq ucun mubarize etmek lazimdir Antiklerikal tendensiya Hemcinin katolik partiyasi terefdarlari ucun Ulenspigel xosagelmez idi cunki burada antiklerikal tendensiya xususi vurgu ile ifade edilir Bu romanda vaxt itirmeden Niderland ve Belcikanin yeniden birlesmesine fikir yonelir hansi ki 1830 cu ilde Belcika bundan imtina etmisdi Sosial fikirler Eserdeki sosial fikirler yazicinin yuksek tebeqeye oz fikrini bildirir bu romanda umumi ictimaiden muhafize edilmis yeni struktur 1870 ci iller ucun qeyri adi idi ve o vaxtlar naturalizm seneti hakim idi Bedii praktikasinda de Koster Fablio Rable Montenyu ve hollandiya ediblerinin seviyyesine yukselir lakin kecmisde De Koster passeist deyil Onun dovrunde burjua medeniyyeti burjua dolgunlugu zeriflik onu ozune celb edirdi De Koster Renessansa muraciet edir ki muasir burjuaziya onun boyuk yasini basa dussun onun romani ile Ulenspigelle tanis olan xalq bu romanda yuxari tebeqenin cinayetleri kilse haqqinda melumat alirlar 1867 ci ilde o Ulenspigel efsanesi eserini bitirdi amma kicik tirajla cap olunan bu eser cox leng satilirdi De Kosterin kasibciligi davam edirdi 1870 ci ilde onu Brusselde tezece acilmis herbi mektebde umumi tarix ve fransiz edebiyyati fenninden ders demeye devet etdiler Eger borc sahibleri imkan verseydiler de Kosterin bu mektebde ders demekle maddi veziyyeti duzele bilerdi Bu borc sahibleri onun maasinin basini baglayirlar uzerine hebs qoyulur Buna baxmayaraq yazici yazmaqda davam edir 1870 ci ilde o muasir movzuda yazdigi Toy seferi romanini cap etdirir 1874 1878 ci illerde ise yazici Le Tour de Mond adli bir fransiz jurnalinda Zelandiya basligi altinda yol qeydlerinin bir hissesini cap etdirir Bu ocerklerin Niderland adlanan ikinci hissesi ise yazicinin olumunden sonra isiq uzu gormusdur Sarl de Koster omrunun son gunlerini boyuk mehrumiyyetler icerisinde kecirmis dilenci veziyyetinde yasamisdir O 1879 cu ilde hele 52 yasi tamam olmamis verem ve qan tezyiqi xesteliklerinden vefat etmisdir Hemcinin baxUlenspigel efsanesiMenbeCharles De Coster Alman dilinde Britannica com Charles de CosterVikianbarda Charles De Coster ile elaqeli mediafayllar var Charles De Coster holland The glorious adventures of Tyl Ulenspiegl Digitalisat der Erstausgabe der englischen Ubersetzung Charles de Coster About Charles de Coster 2016 01 23 at the Wayback Machine Sharl De KosterIstinadlarRKDartists nid 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 09 05 Arxivlenmis suret 2012 03 15 tarixinde Istifade tarixi 2010 10 27 2008 06 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 01 10 Emil Deschanel Prefase in Charl de Coster Legendes flamandes Paris 1858 p IV http www questia com library encyclopedia de coster charles theodore henri jsp olu kecid Ulenspigel efsanesi 2016 03 11 tarixinde Istifade tarixi 2011 01 10 antiklerikal tendensiya 2012 03 15 tarixinde Istifade tarixi 2010 10 27 Xarici kecidlerDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikimenbede elaqeli metnlerVikianbarda elaqeli media fayllar Koster Sarl de Ulenspigel ve Lamme Qudzak efsanesi Onlarin Flandriya ve basqa ellerdeki sucaeti qocaqligi mezeli maceralari Sarl de Koster Tercume eden B Musayev B Onder 2005 656 s