Şahmar Zülfüqar oğlu Ələkbərov (23 avqust 1943, Kirovabad – 12 avqust 1992, Bakı) — Azərbaycanlı aktyor, ssenarist, səs aktyoru, mətn oxuyan, rejissor, Azərbaycan SSR xalq artisti (1989), Sovet İttifaqı Kommunist Partiyasının üzvü (1978-ci ildən).
Şahmar Ələkbərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Dil xərçəngi |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Kamilə Ələkbərova |
Uşaqları | İzulət Ələkbərova Ləman Ələkbərova |
Atası | Zülfüqar Ələkbərov |
Anası | İzulət Ələkbərova |
Fəaliyyəti | aktyor rejissor ssenarist səs aktyoru mətn oxuyan |
Fəaliyyət illəri | 1966-1992 |
Təhsili | Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsi |
Mükafatları | |
IMDb | ID0017873 |
Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Səhnədə ilk rolu "Dağlarda döyüş" filmi ilə başlayıb. Son "Yük" olmuşdur. Filmin premyerasını görməsə də, film Şahmar Ələkbərovun ssenarisi əsasında baş tutmuşdu. Film Bakı milyonçusu Ağa Musa Nağıyevdən bəhs edirdi. Ekranlaşdırılan film Berlin Film Festivalında nümayiş etdirilmişdir."Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi universitetdə saxlanılıb. Şahmar Ələkbərov teleradio sahəsində də fəal olub. Onun radioda ilk çıxışı "Ulduz" proqramının aparıcısı kimi olub. Bundan başqa onlarca televiziya tamaşasında yadda qalan obrazlar yaradıb. "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub. Bir çox filmlərin dublyajında iştirak edib. Yaxınları Şahmar Ələkbərovu "Canlı trio" adlandırırdılar.
Bioqrafiya
Erkən illəri
Şahmar Ələkbərov 23 avqust 1943-cü ildəGəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçüb. Orta məktəbi 15 yaşında bitirib. Evdə bildirir ki, sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verəcək, amma məlum olduğu kimi belə etmir və anası İzulət xanım buna bərk əsəbləşir, çünki İzulət Ələkbərova Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi.
Həyat yoldaşı teatrşünas Kamilə Ələkbərova idi. Kamilə Ələkbərovadan iki ekiz qızı var idi: İzulət və Ləman. Evli olan əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır xaricdə yaşayırlar. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısıdır.
Cəmi 50 il ömür yaşadı. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər çox idi. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı "kino aktyorluğu" studiyasına dəvət edib.
Karyerası
"Dağlarda döyüş" filmindəndən başlamışdı onun ilk aktyor karyerası. İncəsənət İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya gətirmişdi. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil almışdı. Bu o demək idi ki, Şahmar Ələkbərov artıq püxtələşmiş bir aktyor idi və elə "Dağlarda döyüş" filmindəki debütündə də bu aydın görünür. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş vermişdi. Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün "Tikanlı məftillər" povesti əsasında ssenarini yazmışdı. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir. Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınmışdı və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının sərhədi başladı. Və bu sərhəd onun rejissor kimi tamamladığı "Qəzəlxan" filminə qədər uzun və keşməkeşli bir yol keçdi.
Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir. Şahmar Ələkbərovun yaradıcılığında Məzahirin özünəməxsus yeri var."Mən ki, gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilmişdi. Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz idi. Bu sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə çəkmişdi. Ümumiyyətlə, Şahmar Ələkbərov Tofiq Tağızadənin filmlərində çox az çəkilmişdir. "Qızılqaz" və bir də "Mən ki, gözəl deyildim". Hər ikisində də çox maraqlı obrazlar yaratmışdır.
Rejissor kimi
Sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Bir az da xəstələnmişdi. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Beləliklə o rejissor kimi işləməyə qərar verdi və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkdi. Bu ictimai motivli filmdə Şahmar Ələkbərov, çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatlığı var idi. Ssenarini Anar özünün "Şəhərin yay günləri" povesti əsasında yazmışdı. Amma Gülbəniz Əzimzadə ilə elə rahat işləyirdi ki, elə bil uzun illər rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyuldu. Ssenari müəllifi də, Gülbəniz Əzimzadə də, tamaşaçılar da filmdən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.
Sonra isə Elçin özünün "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə"ni çəkdi. Bu isə 1989-cu il idi. O vaxt Şahmar Ələkbərova dəhşətli xəstəlik əzab versə də, işləyirdi. Elə bil tələsirdi. Filmi çox az müddətə çəkdi. Amma film hazır olanda çox ciddi münaqişələrlə qarşılandı. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirdilər. Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. "Azərbaycan qadınının keşiyində duran" bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini "daşqalaq etdilər". "Sahilsiz gecə" cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi. Ona münasibət bu gün də birmənalı deyil. Şahmar Ələkbərovun yaxın dostu və tələbə yoldaşı Tariyel Qasımov film haqqında bu cür demişdi.
"Elçinin ssenarisində ifa etdiyim rol yox idi. Onu rəhmətlik Şahmar Ələkbərovun özü əlavə etdi ssenariyə. Dedi ki, həm filmdə iştirak edərsən, həm də gedib Riqanı görərsən. Mənim çəkildiyim səhnə Riqada çəkilib. O vaxt da rəhmətlik Şahmar çox xəstə idi, əziyyət çəkirdi. Amma çox gözəl film alındı. Düzdür, sovet dövründə çox tənqid etdilər o filmi".
Xalq artisti və filmdə Roza rolunun ifaçısı Nuriyyə Əhmədova isə fikirlərini bu cür izah etmişdi.
"Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı".
Əməkdar artist Mehriban Xanlarova.
"Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, "Sahilsiz gecə"yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm".
Amma Şahmar Ələkbərov onlarla elə gözəl dil tapdı ki, hər şey çox rahatlıqla sona yetdi.
Filmdə həqiqətən çox ciddi ictimai motivlər vardır. Bəli, müharibə hər bir vəziyyətdə insanlara faciələr gətirir. Ailələri başsız qoyur, taleləri bədbəxt edir. Elə filmin qəhrəmanı Zibeydə kimi. Rejissor bu obraz üçün Türkmənistandan dəvət etmişdi. Şahmarın ilk sərbəst işi idi "Sahilsiz gecə". Hər kadrına diqqətlə yanaşırdı. Montajda da ehtiyatlılıq göstərirdi. Xoşbəxtlikdən hər şey uğurlu alınmışdı və film geniş rezonans doğurmuşdu. Amma, Şahmar Ələkbərov ürəyincə sevinə bilmədi. Xəstə idi. Çənə sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi. "Sahilsiz gecə"nin xoş təəssüratları onun ağrılı cisminə bir yüngüllük gətirsə də, bunlar da ötəri oldu. Cərrahiyyə əməliyyatı üçün Almaniyaya gedəsi oldu. Yaxşı idi.
Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayıb. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə işləyirdi. Yenə də elə bil harasa tələsirdi. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film ekranlara çıxdı. "Qəzəlxan" Azərbaycan şairi Əliağa Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi. Amansız ölüm onu kinodan apardı. 1992-ci ildə Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşdu. Çox idi arzuları. Bir ssenari yazmışdı. Özü çəkmək istəyirdi onu. Məşhur Bakı milyoneri Ağa Musa Nağıyevə həsr etmişdi. Doğrudur, ölümündən sonra bu ssenari çəkildi. Rejissor Rövşən Almuradlı çəkdi bu filmi. Özü də 1995-ci ildə.
Aktyor kimi
Şahmar Ələkbərovun bəzi rolları: Qəzənfər ("Yeddi oğul istərəm…"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Rizvan ("Qızıl qaz"), oğlanlardan biri ("Bizim küçənin oğlanları"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Qatır Məmməd"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar…"), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.
"Yeddi oğul istərəm…" filmində Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı gözəl səhnələrdən biridir. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar Ələkbərov bunu bacarırdı, bu hər aktyora xas olan keyfiyyət deyildi.
Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü demək istəyirdi. Bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari aparıb və deyib. "Adil müəllim, film çəkmək istəyirəm." Adil İsgəndərov cavabında deyir: "Sənin nə gözəl kostyumun var". Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var, birini də mənə tikdirək". Bu o deməkdir ki, artıq Şahmar Ələkbərov rejissor kimi fəaliyyət kimi göstərə bilərdi.
Vəfatı
Yeddi il əzab-əziyyətli xəstəlik davam etdi. "Firəngiz" filminin çəkilişlərindən başlamışdı. Stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilmişdi. Şahmar Ələkbərov mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözürdü. Çox möhkəm iradəli adam idi. 1992-ci ilin qışında ailəsi tərəfindən Hamburqa aparılıb, amma orda bir çarə tapılmayıb.
Bakıya qayıdanda Şahmar Ələkbərov xəstəxanaya yerləşdirildi. Həyat yoldaşı Kamilla Ələkbərova və qızları İzulətlə Ləman (əkiz qızları) onunla xəstəxanada qalıb. Uzun sürən əzab-əziyyətdən sonra kino xadimi, xalq artisti Şahmar Ələkbərov 12 avqust 1992-ci il, 48 yaşında dil xərçəngindən vəfat etdi.
İrsi
Şahmar Ələkbərov o qədər qayğıkeş, o qədər səmimi insan idi ki, onunla həmsöhbət olan hər kəs məmnunluqla ayrılardı ondan, həm də uzun müddət unutmazdı bu görüşün xoş məqamlarını. Bu nikbinlik ona tanrı vergisi idi. İnsanları sevirdi və bu sevgi onun təbiətində idi. Onun xoşhal, insanpərvər, humanist duyğuları sənətinə də keçmişdi. Rolları da elə özünə oxşayırdı. Hansı rolunu götürürsən götür, elə Şahmardı ki, durub. Həsən Əbluc, Tariyel Qasımov ilə yaxın dost olmuşdur.
Xatirəsi
Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. Bütün bu yaradıcı "ittifaqlar" çox uğurlu alınmışdı. Bunlar haqqında o öz "Xatirələrim" adlı yazısında çox gözəl açıqlamalar vermişdi. Lakin ömür bu yazıları kitab halında çap etməyə ona imkan vermədi. Orada hər şey var idi. O təkcə Şahmar Ələkbərovun tərcümeyi-halı deyil, bütövlükdə Azərbauycan kinosunun 20 illik dövrünün canlı salnaməsi idi.
Şahmar Ələkbərov haqqında "Kino" qəzetinin xüsusi buraxılışı hazırlanmışdı. 1994-cü ildə nəşr olunan həmin buraxılışda onun haqqında çox şeylərdən söhbət gedirdi və "Yeddi oğul istərəm…" filminin yaranması prosesi ilə bağlı həmin xatirələrdən bir hissəni də orada çap edilib. Həmin xatirələri oxuduqca hiss edirsən ki, Şahmar Ələkbərov bu sənəti, bu xalqı, bu milləti necə də sevirmiş. Bəlkə elə onun rollarına hopmuş şirinlik də bu sevgidən irəli gəlib.
17 iyul 2018-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Muzey Mərkəzində Şahmar Ələkbərovun 75 illik yubileyi qeyd olunmuşdur.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989
- Ən yaxşı bədii filmə görə mükafat – 1991
Filmoqrafiya
Adı | İl | Filmin növü |
---|---|---|
1001-ci qastrol | 1974 | (Tammetrajlı bədii film) — film səsləndirən: Rejissor (Eldar Əliyev) |
Ad günü | 1977 | (Tammetrajlı bədii film) — film səsləndirən: Əli (David Uplisaşvili) |
Adsız su | 1985 | (Tammetrajlı bədii film) — Mətni oxuyan |
Babək | 1979 | (Tammetrajlı bədii film) — rol: Cavidan |
1985 | Tammetrajlı bədii film | |
Bakıda küləklər əsir | 1974 | (Tammetrajlı bədii film) — rol: Azad |
…balıq sevdası | 1979 | (Tammetrajlı bədii film) — Mətni oxuyan |
1981 | Tammetrajlı bədii film | |
1973 | Tammetrajlı bədii film | |
Bayquş gələndə… | 1981 | (Tammetrajlı bədii film) — film səsləndirən: Kamil (Vidadi Əliyev) |
Bir ailəlik bağ evi | 1978 | (Tammetrajlı bədii film) — film səsləndirən: Eldar (İqor Kvaşa) |
Birisigün, gecəyarısı… | 1981 | (Tammetrajlı bədii film) — film səsləndirən: Məmmədov (Hacımurad Yegizarov) |
1983 | Tammetrajlı bədii film | |
Bizim küçənin oğlanları | 1973 | (Tammetrajlı bədii film) — rol: İbrahim |
1977 | Tammetrajlı bədii film | |
1985 | Tammetrajlı bədii film | |
1979 | Tammetrajlı bədii film | |
1983 | Tammetrajlı bədii film | |
Dağ Meşəsindən Keçərkən… | 1964 | (Tammetrajlı bədii film) — film səsləndirən: Seyfi (Elxan Qasımov) |
1971 | (Tammetrajlı bədii film) — Mətni oxuyan | |
Dağlarda döyüş | 1967 | (Tammetrajlı bədii film) — rol: Fərrux |
1984 | Tammetrajlı bədii film | |
1973 | Tammetrajlı bədii film | |
1983 | Tammetrajlı bədii film | |
Dədə Qorqud | 1975 | (Tammetrajlı bədii film) — film səsləndirən: Alp Aruz (Givi Toxadze) |
Dəli Kür (film, 1969) — film səsləndirən: Rus Əhməd (Eldar Əliyev)
Əcəmi Naxçıvani (film, 1976) — film səsləndirən
Ən vacib müsahibə (film, 1971) — film səsləndirən: Altay (Səyavuş Şəfiyev)
Firəngiz (film, 1975) — rol: Feyzi
Arxadan vurulan zərbə (film, 1977) — rol: Gündüz
Gilas ağacı (film, 1972) — film səsləndirən
Əlavə iz (film, 1981) — rol: müstəntiq Babayev
Gözlə məni (film, 1980) — rol: Tahir; film səsləndirən: Nicat (Rasim Balayev)
Gəmi saatının sirri (film, 1983) — Kadrarxası mətn
Həyat bizi sınayır (film, 1972) — rol: Arif
Axırıncı aşırım (film, 1971) — rol: İman
Dörd bazar günü (film, 1975)
Qanun naminə (film, 1968) — film səsləndirən: Mehman (Bimbolat Vatayev)
Var olun qızlar (film, 1972) — film səsləndirən: İsa (Rəfael Dadaşov)
Mən ki gözəl deyildim (film, 1968) — rol: Məzahir
Yeddi oğul istərəm (film, 1970) — rol: Qəzənfər
O qızı tapın (film, 1970) — film səsləndirən: Rüstəm (Tofiq Mirzəyev)
Nəsimi (film, 1973) — film səsləndirən: Dövlət bəy (Tofiq Mirzəyev)
Yol əhvalatı (film, 1980) — film səsləndirən: (Yusif Əlizadə)
Qanlı Zəmi (film, 1985) — rol: İbiş
İstintaq (film, 1976) — film səsləndirən: Teymur (Tofiq Mirzəyev)
Tütək səsi (film, 1975) — film səsləndirən: Cəbrayıl ()
Üzeyir ömrü (film, 1981) — rol: Mirzağa Əliyev
İstintaq davam edir (film, 1966) — film səsləndirən: Səlim (Fuad Poladov)
Arvadım mənim, uşaqlarım mənim (film — kinoalmanax, 1978) — rol: kolxoz sədri, bəyin qardaşı
Ötən ilin son gecəsi (film, 1983) — rol: Qəzənfər
Qəzəlxan (film, 1991) — quruluşçu rejissor
Sahilsiz gecə (film, 1989) — quruluşçu rejissor
İstinadlar
- "Ad günün mübarək, Şahmar Ələkbərov!" ( (az.)). Mərkəz. 2011. səh. 11. 2019-09-13 tarixində . İstifadə tarixi: 2018-05-25.
- "Şahmar Ələkbərovun xanımı və əkiz qızları niyə xaricdə yaşayır?". m.virtualaz.org. 12 sentyabr 2013. İstifadə tarixi: 2018-05-26.
- Cəvahir. Yeddi oğuldan biri: Şahmar Ələkbərov xatırlandı //Mərkəz.- 2008.- 19 avqust.- S. 11.
- "«Məşhur tələbə yoldaşım» — «Şahmarın ölüm xəbərini sükan arxasında eşidəndə, qəzaya uğradım»" ( (az.)). modern.az. 2014. səh. 7. 2019-04-26 tarixində . İstifadə tarixi: 2018-05-25.
- Məhərrəmova T. Kinomuzun Şahmarı: O, yaradıcı insan kimi çərçivədə qalmaq istəmirdi //Kaspi.- 2008.- 19 avqust.- S. 11.
- АЛЕКПЕРОВ Шахмар Зульфугар оглы 2016-08-20 at the Wayback Machine Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с., 96 л. ил.
- "Azərbaycan kinosu: var ki, yox deyil" (az.). jam-news.net. 15 mart 2017. İstifadə tarixi: 2018-05-26.
- "Canlı "trio", məlahətli səs (diksiya), bənzərsiz aktyor, maraqlı rejissor" (az.). medeniyyet.az. 2017-08-23. 2020-01-27 tarixində . İstifadə tarixi: 2018-05-26.
- "Yeddi oğullardan biri" ( (az.)). Region Plus. 2014. səh. 9. 2021-12-07 tarixində . İstifadə tarixi: 2018-05-25.
- . lacin.info.az. 17 mart 2015. 2018-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- DarkSite. (rus). Darksite.az. 02.08.2016. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-03.
- Ə. Mövsüm. "Əliağa Vahid haqqında film" //Odlar yurdu.- 1990, avqust.- № 15.- səh. 1.
- Ələsgərov, Ə. "Səidənin taleyi" [Bayram Bayramovun "Mən ki gözəl deyildim" povestinin ekranlaşdırılması] //Kommunist.- 1969.- 8 may.
- R. Heydər. Azərbaycan bədii ədəbiyyatı və kino sənətinin qarşılıqlı əlaqələri problemləri. Bakı, 1997, səh. 186.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
- "Красавицей я не была. Знаете ли вы, что…". 2016-08-04 tarixində . İstifadə tarixi: 2018-05-25.
- . 2018-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 309–310.
- "Şahmar Ələkbərovun "Sahilsiz gecə" filminə niyə etiraz edirdilər?". Mədəniyyət (az.). m.modern.az. 28 fevral 2013. İstifadə tarixi: 2018-05-26.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 311; 342–345.
- ""Atamı məclislərdə içirdib bədahətən dediklərini öz adlarına çap edərmişlər"- MÜSAHİBƏ". 2019-08-11 tarixində . İstifadə tarixi: 2018-05-25.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220.
- Azəri, L. "Yeddi oğul istərəm": 45 il əvvəl çəkilən ekran əsəri bu gün də maraqla seyr edilir: [rejissor Tofiq Tağızadənin eyniadlı filminin 50 illiyi haqqında] //Mədəniyyət.- 2015.- 7 avqust.- S.10.
- "Kino yenilikləri" qəzeti. 21 sentyabr 1976-cı il.
- "Abbasqulu bəyin nazıyla çox oynuyuruq aa, Kərbəlayi": "Məşhur filmlərdən məşhur sitatlar": [Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında] //Azadlıq.- 2015.- 21 iyul.- S.14.
- "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- . 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 186.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218–219.
- "El qəhrəmanı ekranda". "Kommunist" qəzeti. 8 fevral 1975-ci il.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 300.
- Fərhad İsrafilov: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və…" : Azərbaycanın məşhur "Yeddi oğul istərəm" filmində Qəqəni obrazını canlandıran aktyor Fərhad İsrafilovun Milli. Az xəbər portalına müsahibəsi //Ədalət.- 2010.- 2 noyabr.- S. 8.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 189–190.
- "Məşhur aktyorun həyat yoldaşı: "Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram"". news.day.az. 24 iyun 2011. 2021-12-01 tarixində . İstifadə tarixi: 2018-05-26.
- "Xalq Artisti Şahmar Ələkbərovun xatirəsi anılıb" ( (az.)). .[ölü keçid]
- Mehdizadə, İ. Yeddi oğuldan biri anıldı: [ADMİU-da "Yeddi oğul istərəm" filmininin qəhrəmanlardan biri olan rejissor və aktyor Şahmar Ələkbərovun 70 illiyi ilə bağlı tədbir] //525-ci qəzet.- 2012.- 27 dekabr.- S. 7.
- Sputnik Azerbaijan. "Muzey mərkəzində Şahmar Ələkbərovun xatirəsi anıldı" (az.). Youtube.com. 17.07.2018. İstifadə tarixi: 2018-07-17.
- APA TV. "Şahmar Ələkbərovun 75 illik yubileyi qeyd olunub" (az.). Youtube.com. 18.07.2018. İstifadə tarixi: 2018-07-18.
- Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı 2010-12-05 at the Wayback Machine — anl.az saytı
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
- Şahmar Ələkbərov — IMDb səhifəsi
- Ürəklərdə yaşayan sənətkar. Şahmar Ələkbərov filmi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahmar Zulfuqar oglu Elekberov 23 avqust 1943 Kirovabad 12 avqust 1992 Baki Azerbaycanli aktyor ssenarist ses aktyoru metn oxuyan rejissor Azerbaycan SSR xalq artisti 1989 Sovet Ittifaqi Kommunist Partiyasinin uzvu 1978 ci ilden Sahmar ElekberovDogum tarixi 23 avqust 1943Dogum yeri Gence Azerbaycan SSR SSRIVefat tarixi 12 avqust 1992 48 yasinda Vefat yeri Baki AzerbaycanVefat sebebi Dil xercengiVetendasligi SSRI AzerbaycanHeyat yoldasi Kamile ElekberovaUsaqlari Izulet Elekberova Leman ElekberovaAtasi Zulfuqar ElekberovAnasi Izulet ElekberovaFealiyyeti aktyor rejissor ssenarist ses aktyoru metn oxuyanFealiyyet illeri 1966 1992Tehsili Azerbaycan Dovlet Teatr Instutunun dram ve kino aktyorlugu fakultesiMukafatlari 1989IMDb ID0017873 Teatrda ilk defe Uilyam Sekspirin Lope de Veqa tamasasinda cixis edib Ustalar tamasasinda qazandigi ugurdan sonra boyuk tamasaci auditoriyasinin regbetini qazanib Sehnede ilk rolu Daglarda doyus filmi ile baslayib Son Yuk olmusdur Filmin premyerasini gormese de film Sahmar Elekberovun ssenarisi esasinda bas tutmusdu Film Baki milyoncusu Aga Musa Nagiyevden behs edirdi Ekranlasdirilan film Berlin Film Festivalinda numayis etdirilmisdir Azerbaycanfilm kinostudiyasinda aktyor ve rejissor kimi fealiyyet gosterib Tehsilini basa vurduqdan sonra muellim assistent kimi universitetde saxlanilib Sahmar Elekberov teleradio sahesinde de feal olub Onun radioda ilk cixisi Ulduz proqraminin aparicisi kimi olub Bundan basqa onlarca televiziya tamasasinda yadda qalan obrazlar yaradib Molla Nesreddin radio verilisinin aparicisi olub Bir cox filmlerin dublyajinda istirak edib Yaxinlari Sahmar Elekberovu Canli trio adlandirirdilar BioqrafiyaErken illeri Sahmar Elekberov 23 avqust 1943 cu ildeGencede anadan olub Atasi eslen cebrayilli Zulfuqar kisi anasi koku Tiflise bagli Izulet xanimdir Sahmarin 9 yasi olanda ailesi Genceden Bakiya kocub Orta mektebi 15 yasinda bitirib Evde bildirir ki senedlerini Dovlet Universitetinin serqsunasliq fakultesine verecek amma melum oldugu kimi bele etmir ve anasi Izulet xanim buna berk eseblesir cunki Izulet Elekberova Azerbaycanda acilmis ilk pedaqoji texnikumun birinci mezunlarindan idi ve oglunu sehnede gormek istemirdi Heyat yoldasi teatrsunas Kamile Elekberova idi Kamile Elekberovadan iki ekiz qizi var idi Izulet ve Leman Evli olan ekiz qizlari Izulet ve Leman Elekberovalar coxdandir xaricde yasayirlar Izulet xanimin heyat yoldasi Fuad Isgenderov Azerbaycanin Belcika Kralliginda fovqelade ve selahiyyetli sefiri ve eyni zamanda Azerbaycanin Avropa Ittifaqi yaninda numayendeliyinin bascisidir Cemi 50 il omur yasadi Amma bu muddetde yaratdigi obrazlar cekdiyi filmler cox idi Teatr Institutunun aktyorluq fakultesinde Rza Tehmasibin kursunda tehsil alib 1964 cu ilde Azerbaycan Incesenet Institutunu bitirib Hele III kursda iken Azerbaycan Dovlet Akademik Milli Dram Teatrina ise goturulub Bundan sonra meshur senetkar Adil Isgenderov onu kinostudiyanin nezdinde ozunun yaratdigi kino aktyorlugu studiyasina devet edib Karyerasi 1974 cu ilde istehsal edilmis Bakida kulekler esir filminden bir sehne Sahmar Elekberov Azad rolunda 1967 ci ilde istehsal edilmis Daglarda doyus filminden bir sehne Sahmar Elekberov Ferrux rolunda Daglarda doyus filmindenden baslamisdi onun ilk aktyor karyerasi Incesenet Institutunu tezece bitirse de kinoya hedsiz hevesi onu studiyaya getirmisdi Hem de bu institutda Rza Tehmasibin kursunda tehsil almisdi Bu o demek idi ki Sahmar Elekberov artiq puxtelesmis bir aktyor idi ve ele Daglarda doyus filmindeki debutunde de bu aydin gorunur 1967 ci ilde bu filme kinorejissor Kamil Rustembeyov qurulus vermisdi Merhum yazici jurnalist Ehmedaga Qurbanov ozunun Tikanli meftiller povesti esasinda ssenarini yazmisdi Sahmar Elekberovun da qehremani serhed qosunlarinda xidmet eden siravi esgerdir Maraqli macera sujeti var filmin Serhedi kecen bir neferin izine dusen Ferrux boyuk cetinliklerden sonra onu yaxalayir ve melum olur ki bu onun bir vaxtlar muharibe dovru Vetenden qacaq dusmus oz atasidir Ilk rol ilk cetinlik ilk sinaq Bunlar hamisi Sahmarin taleyinde ugurlu alinmisdi ve onun qehremani Ferruxun butun xarakterik cizgileri mehz aktyor meharetinin neticesi olaraq ressam deqiqliyi ile yaradilmisdi Beli serhedci obrazi ile onun yaradiciliq mekaninin serhedi basladi Ve bu serhed onun rejissor kimi tamamladigi Qezelxan filmine qeder uzun ve kesmekesli bir yol kecdi Sahmar Elekberovun yaradiciliq bioqrafiyasinda ele filmler var ki onlar milli menevi deyerlerimizin en qiymetli numuneleri sirasindadir Bunun sebebi ise bu filmlerin milli menevi deyerlerimize soykenerek tariximizin mueyyen dovrunun real ab havasini canli eks etdirmesidir Sahmar Elekberovun yaradiciliginda Mezahirin ozunemexsus yeri var Men ki gozel deyildim filminin qehremani sade semimi genc Mezahirin obrazi ele bil Sahmar Elekberovun xarakterine bicilmisdi Aktyor hec bir impovizeye yol vermeden bu sade surucunun butun daxili dunyasini etrafdakilara munasibetini cox canli strixlerle tamasacilara catdirir Muharibenin agir gunlerinde uzaq dag kendlerinden birinde bas veren hadiseleri eks etdiren bu lirik dramatik filmin qehremanlari arasinda nikbin xarakteri ile secilen Mezahirin oz yeri var Mezahir kinomuzda yeni bir obraz idi Bu surucu oglanin nikbin ruhu filmin facievi yukunu xeyli azaldir O hemise gulur zarafat edir sanki insanlarin qelbine cokmus muharibe agrilarini def etmek isteyir Mezahirin sevgisinde de bir semimiyyet var Filmi rejissor Tofiq Tagizade cekmisdi Umumiyyetle Sahmar Elekberov Tofiq Tagizadenin filmlerinde cox az cekilmisdir Qizilqaz ve bir de Men ki gozel deyildim Her ikisinde de cox maraqli obrazlar yaratmisdir Rejissor kimi Serbest film cekmek arzusu onu rahat buraxmirdi Bir az da xestelenmisdi Sehhetinde bas veren problemler ona aktyor kimi islemek imkani vermirdi Belelikle o rejissor kimi islemeye qerar verdi ve ilk defe Gulbeniz Ezimzade ile birge Imtahan filmini cekdi Bu ictimai motivli filmde Sahmar Elekberov cox boyuk hevesle islemisdi Her sey ona tanis idi Kamera da operator isi de dekorasiyalarin qurulmasi da aktyor oyunlari da ki oz pesesi idi Amma narahatligi var idi Ssenarini Anar ozunun Seherin yay gunleri povesti esasinda yazmisdi Amma Gulbeniz Ezimzade ile ele rahat isleyirdi ki ele bil uzun iller rejissorluq etmisdi Film ekranlara cixanda artiq butun tesvislere son qoyuldu Ssenari muellifi de Gulbeniz Ezimzade de tamasacilar da filmden razi qalmisdilar Sahmar Elekberova da bu lazim idi Sonra ise Elcin ozunun Toyugun diri qalmasi povesti esasinda ssenarisini yazdigi Sahilsiz gece ni cekdi Bu ise 1989 cu il idi O vaxt Sahmar Elekberova dehsetli xestelik ezab verse de isleyirdi Ele bil telesirdi Filmi cox az muddete cekdi Amma film hazir olanda cox ciddi munaqiselerle qarsilandi Sebeb ise muharibe dovrunde qadinlarin heyatinda bezi meqamlarin gosterilmesi idi Studiyanin qarsisina toplanan qadinlar piket kecirir filmi legv etdirmek isteyirdiler Bu film ekrana cixdigi gunden boyuk mubahiseler dogurdu Azerbaycan qadininin kesiyinde duran bezi sexsler Sahmar Elekberovun ekran isini dasqalaq etdiler Sahilsiz gece cemi bir nece defe numayis olunduqdan sonra ekranlardan biryolluq itdi Ona munasibet bu gun de birmenali deyil Sahmar Elekberovun yaxin dostu ve telebe yoldasi Tariyel Qasimov film haqqinda bu cur demisdi Elcinin ssenarisinde ifa etdiyim rol yox idi Onu rehmetlik Sahmar Elekberovun ozu elave etdi ssenariye Dedi ki hem filmde istirak edersen hem de gedib Riqani gorersen Menim cekildiyim sehne Riqada cekilib O vaxt da rehmetlik Sahmar cox xeste idi eziyyet cekirdi Amma cox gozel film alindi Duzdur sovet dovrunde cox tenqid etdiler o filmi Xalq artisti ve filmde Roza rolunun ifacisi Nuriyye Ehmedova ise fikirlerini bu cur izah etmisdi Bir defe Sahmar zeng eledi ki kinostudiyaya gelme burda millet doludur seni oldurerler Deme qadinlar kinostudiyanin heyetine yigisaraq etiraz edib qisqirirmislar Sonradan melum oldu ki bu piketin kecirilmesinde kinostudiyada isleyen ermenilerin de eli varmis Eslinde filmde etiraz edilesi meqam yox idi Orda sadece olaraq qadinlarin muharibe vaxti dusduyu muhit gosterilirdi Gosterilirdi ki muharibe qadinlari ozleri istemeden fahiseliye ducar edir Ve o vaxt ele movzuda film cekmek cetin bir is idi Cox teessuf ki o cur ekran eseri yiyesiz qaldi Emekdar artist Mehriban Xanlarova Film numayis olunanda bezi etirazlara sebeb oldu Hemin vaxt Sahmar Elekberov berk xeste olsa da bele seylere fikir vermirdi Cox pesekar yanasirdi ve deyirdi ki bele seyler olur Amma menim haqqimda da deyirdiler ki guya o filmden sonra meni doyubler Bu tamamile yalandi Amma men bu gun de sevinirem ki Sahilsiz gece ye cekilmisem Cunki Sahmar Elekberov kimi bir adamla islemisem Amma Sahmar Elekberov onlarla ele gozel dil tapdi ki her sey cox rahatliqla sona yetdi Filmde heqiqeten cox ciddi ictimai motivler vardir Beli muharibe her bir veziyyetde insanlara facieler getirir Aileleri bassiz qoyur taleleri bedbext edir Ele filmin qehremani Zibeyde kimi Rejissor bu obraz ucun Turkmenistandan devet etmisdi Sahmarin ilk serbest isi idi Sahilsiz gece Her kadrina diqqetle yanasirdi Montajda da ehtiyatliliq gosterirdi Xosbextlikden her sey ugurlu alinmisdi ve film genis rezonans dogurmusdu Amma Sahmar Elekberov ureyince sevine bilmedi Xeste idi Cene sumuyunde cerrahiyye emeliyyati aparilmali idi Sahilsiz gece nin xos teessuratlari onun agrili cismine bir yungulluk getirse de bunlar da oteri oldu Cerrahiyye emeliyyati ucun Almaniyaya gedesi oldu Yaxsi idi Coxdan qelbinde gezdirdiyi bir arzunu reallasdirmaq isteyirdi Bu meshur qezelxan Eliaga Vahidin ekran obrazini yaratmaqdan ibaret idi Ve gunlerin birinde Sahmar Elekberov oz ssenarisi esasinda Qezelxan i cekmeye baslayib 1990 ci il idi O xestehal veziyyetde isleyirdi Yene de ele bil harasa telesirdi Bas rola genc aktyor Logman Kerimovu devet etmisdi Cekilisler dayanmadan gedir her sey oz qaydasinda idi Film qurtaranda melum oldu ki material coxdur Sahmar Elekberov filmi iki hissede cekmeyi qerara aldi 1991 ci ilde ise film ekranlara cixdi Qezelxan Azerbaycan sairi Eliaga Vahidin heyat ve yaradiciliginin muxtelif anlarini canlandirir Burada Baki kendlerinin adet eneneleri XX esr edebi muhiti cox real eks olunmusdu Efsus ki Sahmar Elekberov filmin ekran taleyini izleye bilmedi Amansiz olum onu kinodan apardi 1992 ci ilde Sahmar Elekberovun omru ebediyyete qovusdu Cox idi arzulari Bir ssenari yazmisdi Ozu cekmek isteyirdi onu Meshur Baki milyoneri Aga Musa Nagiyeve hesr etmisdi Dogrudur olumunden sonra bu ssenari cekildi Rejissor Rovsen Almuradli cekdi bu filmi Ozu de 1995 ci ilde Aktyor kimi 1969 cu ilde istehsal edilmis Intizar filminden bir sehne Sahmar Elekberov ogul Leyla Bedirbeyli ana rolunda Sahmar Elekberovun bezi rollari Qezenfer Yeddi ogul isterem Ogul Intizar Iman Axirinci asirim Arif Heyat bizi sinayir Rizvan Qizil qaz oglanlardan biri Bizim kucenin oglanlari Azad Bakida kulekler esir Qatir Memmed Qatir Memmed Feyzi Firengiz Gunduz Kerimli Arxadan vurulan zerbe Cavidan Babek Nuru Qeribe adam Tahir Gozle meni Xaliq Qocalar qocalar Cumsud Avqust gelende Ibrahim Atlari yeherleyin kimi obrazlar bir birinden ferqli xarakter ve dunyagorusce muxtelif insanlardir Ancaq onlari birlesdiren Sahmar Elekberovun aktyor istedadi gozel ifa terzi ve bir de senetine olan hedsiz mehebbetidir Yeddi ogul isterem filminde Qeqeninin Olme Qezenfer dayi olme deye onu yarali halda qucaqladigi gozel sehnelerden biridir Bu cox nadir sehnelerdendir ki hetta olum aninda aktyor tamasacini facienin icerisinden qoparib tebessume qovusdurur Sahmar Elekberov bunu bacarirdi bu her aktyora xas olan keyfiyyet deyildi Sahmar Elekberov kinoda rejissor kimi de sozunu demek isteyirdi Bir defe studiyanin direktoru Adil Isgenderovun yanina bir ssenari aparib ve deyib Adil muellim film cekmek isteyirem Adil Isgenderov cavabinda deyir Senin ne gozel kostyumun var Yaxinlasib elini kostyumun parcasina surterek Gozel materiali var birini de mene tikdirek Bu o demekdir ki artiq Sahmar Elekberov rejissor kimi fealiyyet kimi gostere bilerdi Vefati Bakida Sahmar Elekberovun mezari Yeddi il ezab eziyyetli xestelik davam etdi Firengiz filminin cekilislerinden baslamisdi Stomatoloqda dili zedelenmisdi cekilislerde soyuqladigi ucun xoraya cevrilmisdi Sahmar Elekberov murekkeb mualice terapiyalarina xesteliyinin fesadlarina metinlikle dozurdu Cox mohkem iradeli adam idi 1992 ci ilin qisinda ailesi terefinden Hamburqa aparilib amma orda bir care tapilmayib Bakiya qayidanda Sahmar Elekberov xestexanaya yerlesdirildi Heyat yoldasi Kamilla Elekberova ve qizlari Izuletle Leman ekiz qizlari onunla xestexanada qalib Uzun suren ezab eziyyetden sonra kino xadimi xalq artisti Sahmar Elekberov 12 avqust 1992 ci il 48 yasinda dil xercenginden vefat etdi IrsiSahmar Elekberov o qeder qaygikes o qeder semimi insan idi ki onunla hemsohbet olan her kes memnunluqla ayrilardi ondan hem de uzun muddet unutmazdi bu gorusun xos meqamlarini Bu nikbinlik ona tanri vergisi idi Insanlari sevirdi ve bu sevgi onun tebietinde idi Onun xoshal insanperver humanist duygulari senetine de kecmisdi Rollari da ele ozune oxsayirdi Hansi rolunu goturursen gotur ele Sahmardi ki durub Hesen Ebluc Tariyel Qasimov ile yaxin dost olmusdur Xatiresi Umumiyyetle 20 illik yaradiciligi dovrunde muxtelif rejissorlarla islemisdi Sahmar Elekberov Butun bu yaradici ittifaqlar cox ugurlu alinmisdi Bunlar haqqinda o oz Xatirelerim adli yazisinda cox gozel aciqlamalar vermisdi Lakin omur bu yazilari kitab halinda cap etmeye ona imkan vermedi Orada her sey var idi O tekce Sahmar Elekberovun tercumeyi hali deyil butovlukde Azerbauycan kinosunun 20 illik dovrunun canli salnamesi idi Sahmar Elekberov haqqinda Kino qezetinin xususi buraxilisi hazirlanmisdi 1994 cu ilde nesr olunan hemin buraxilisda onun haqqinda cox seylerden sohbet gedirdi ve Yeddi ogul isterem filminin yaranmasi prosesi ile bagli hemin xatirelerden bir hisseni de orada cap edilib Hemin xatireleri oxuduqca hiss edirsen ki Sahmar Elekberov bu seneti bu xalqi bu milleti nece de sevirmis Belke ele onun rollarina hopmus sirinlik de bu sevgiden ireli gelib 17 iyul 2018 ci ilde Azerbaycan Dovlet Film Fondunun teskilatciligi ile Muzey Merkezinde Sahmar Elekberovun 75 illik yubileyi qeyd olunmusdur MukafatlariAzerbaycan SSR emekdar artisti fexri adi 23 dekabr 1976 Azerbaycan SSR xalq artisti fexri adi 21 mart 1989 En yaxsi bedii filme gore mukafat 1991FilmoqrafiyaEsas meqale Adi Il Filmin novu1001 ci qastrol 1974 Tammetrajli bedii film film seslendiren Rejissor Eldar Eliyev Ad gunu 1977 Tammetrajli bedii film film seslendiren Eli David Uplisasvili Adsiz su 1985 Tammetrajli bedii film Metni oxuyanBabek 1979 Tammetrajli bedii film rol Cavidan1985 Tammetrajli bedii filmBakida kulekler esir 1974 Tammetrajli bedii film rol Azad baliq sevdasi 1979 Tammetrajli bedii film Metni oxuyan1981 Tammetrajli bedii film1973 Tammetrajli bedii filmBayqus gelende 1981 Tammetrajli bedii film film seslendiren Kamil Vidadi Eliyev Bir ailelik bag evi 1978 Tammetrajli bedii film film seslendiren Eldar Iqor Kvasa Birisigun geceyarisi 1981 Tammetrajli bedii film film seslendiren Memmedov Hacimurad Yegizarov 1983 Tammetrajli bedii filmBizim kucenin oglanlari 1973 Tammetrajli bedii film rol Ibrahim1977 Tammetrajli bedii film1985 Tammetrajli bedii film1979 Tammetrajli bedii film1983 Tammetrajli bedii filmDag Mesesinden Kecerken 1964 Tammetrajli bedii film film seslendiren Seyfi Elxan Qasimov 1971 Tammetrajli bedii film Metni oxuyanDaglarda doyus 1967 Tammetrajli bedii film rol Ferrux1984 Tammetrajli bedii film1973 Tammetrajli bedii film1983 Tammetrajli bedii filmDede Qorqud 1975 Tammetrajli bedii film film seslendiren Alp Aruz Givi Toxadze Deli Kur film 1969 film seslendiren Rus Ehmed Eldar Eliyev Ecemi Naxcivani film 1976 film seslendiren En vacib musahibe film 1971 film seslendiren Altay Seyavus Sefiyev Firengiz film 1975 rol Feyzi Arxadan vurulan zerbe film 1977 rol Gunduz Gilas agaci film 1972 film seslendiren Elave iz film 1981 rol mustentiq Babayev Gozle meni film 1980 rol Tahir film seslendiren Nicat Rasim Balayev Gemi saatinin sirri film 1983 Kadrarxasi metn Heyat bizi sinayir film 1972 rol Arif Axirinci asirim film 1971 rol Iman Dord bazar gunu film 1975 Qanun namine film 1968 film seslendiren Mehman Bimbolat Vatayev Var olun qizlar film 1972 film seslendiren Isa Refael Dadasov Men ki gozel deyildim film 1968 rol Mezahir Yeddi ogul isterem film 1970 rol Qezenfer O qizi tapin film 1970 film seslendiren Rustem Tofiq Mirzeyev Nesimi film 1973 film seslendiren Dovlet bey Tofiq Mirzeyev Yol ehvalati film 1980 film seslendiren Yusif Elizade Qanli Zemi film 1985 rol Ibis Istintaq film 1976 film seslendiren Teymur Tofiq Mirzeyev Tutek sesi film 1975 film seslendiren Cebrayil Uzeyir omru film 1981 rol Mirzaga Eliyev Istintaq davam edir film 1966 film seslendiren Selim Fuad Poladov Arvadim menim usaqlarim menim film kinoalmanax 1978 rol kolxoz sedri beyin qardasi Oten ilin son gecesi film 1983 rol Qezenfer Qezelxan film 1991 quruluscu rejissor Sahilsiz gece film 1989 quruluscu rejissorIstinadlar Ad gunun mubarek Sahmar Elekberov az Merkez 2011 seh 11 2019 09 13 tarixinde Istifade tarixi 2018 05 25 Sahmar Elekberovun xanimi ve ekiz qizlari niye xaricde yasayir m virtualaz org 12 sentyabr 2013 Istifade tarixi 2018 05 26 Cevahir Yeddi oguldan biri Sahmar Elekberov xatirlandi Merkez 2008 19 avqust S 11 Meshur telebe yoldasim Sahmarin olum xeberini sukan arxasinda esidende qezaya ugradim az modern az 2014 seh 7 2019 04 26 tarixinde Istifade tarixi 2018 05 25 Meherremova T Kinomuzun Sahmari O yaradici insan kimi cercivede qalmaq istemirdi Kaspi 2008 19 avqust S 11 ALEKPEROV Shahmar Zulfugar ogly 2016 08 20 at the Wayback Machine Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr M Sov enciklopediya 1987 640 s 96 l il Azerbaycan kinosu var ki yox deyil az jam news net 15 mart 2017 Istifade tarixi 2018 05 26 Canli trio melahetli ses diksiya benzersiz aktyor maraqli rejissor az medeniyyet az 2017 08 23 2020 01 27 tarixinde Istifade tarixi 2018 05 26 Yeddi ogullardan biri az Region Plus 2014 seh 9 2021 12 07 tarixinde Istifade tarixi 2018 05 25 lacin info az 17 mart 2015 2018 06 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 05 26 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 13 DarkSite rus Darksite az 02 08 2016 2017 04 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 08 03 E Movsum Eliaga Vahid haqqinda film Odlar yurdu 1990 avqust 15 seh 1 Elesgerov E Seidenin taleyi Bayram Bayramovun Men ki gozel deyildim povestinin ekranlasdirilmasi Kommunist 1969 8 may R Heyder Azerbaycan bedii edebiyyati ve kino senetinin qarsiliqli elaqeleri problemleri Baki 1997 seh 186 M Emrahov Muharibe illerinin kino salnamesi 1941 1945 ci iller Tehsil medeniyyet incesenet 2004 1 seh 126 129 Krasavicej ya ne byla Znaete li vy chto 2016 08 04 tarixinde Istifade tarixi 2018 05 25 2018 02 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 05 25 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 309 310 Sahmar Elekberovun Sahilsiz gece filmine niye etiraz edirdiler Medeniyyet az m modern az 28 fevral 2013 Istifade tarixi 2018 05 26 Xamis Muradov Kinofabrikden baslanan yol Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 4 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 278 298 311 342 345 Atami meclislerde icirdib bedaheten dediklerini oz adlarina cap edermisler MUSAHIBE 2019 08 11 tarixinde Istifade tarixi 2018 05 25 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 816 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 220 Azeri L Yeddi ogul isterem 45 il evvel cekilen ekran eseri bu gun de maraqla seyr edilir rejissor Tofiq Tagizadenin eyniadli filminin 50 illiyi haqqinda Medeniyyet 2015 7 avqust S 10 Kino yenilikleri qezeti 21 sentyabr 1976 ci il Abbasqulu beyin naziyla cox oynuyuruq aa Kerbelayi Meshur filmlerden meshur sitatlar Kamil Rustembeyovun Axirinci asirim filmi haqqinda Azadliq 2015 21 iyul S 14 2011 ci ilin yubilyar filmleri Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi Dovlet Film Fondu Kino Bulleten IV buraxilis Baki Apostroff 2011 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 815 2018 02 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 05 25 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 180 186 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 218 219 El qehremani ekranda Kommunist qezeti 8 fevral 1975 ci il Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 300 Ferhad Israfilov Icimdeki aglamaq mexanizmini ise saldim ve Azerbaycanin meshur Yeddi ogul isterem filminde Qeqeni obrazini canlandiran aktyor Ferhad Israfilovun Milli Az xeber portalina musahibesi Edalet 2010 2 noyabr S 8 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 180 189 190 Meshur aktyorun heyat yoldasi Kinostudiyanin yanindan kecende o terefe baxmiram news day az 24 iyun 2011 2021 12 01 tarixinde Istifade tarixi 2018 05 26 Xalq Artisti Sahmar Elekberovun xatiresi anilib az olu kecid Mehdizade I Yeddi oguldan biri anildi ADMIU da Yeddi ogul isterem filmininin qehremanlardan biri olan rejissor ve aktyor Sahmar Elekberovun 70 illiyi ile bagli tedbir 525 ci qezet 2012 27 dekabr S 7 Sputnik Azerbaijan Muzey merkezinde Sahmar Elekberovun xatiresi anildi az Youtube com 17 07 2018 Istifade tarixi 2018 07 17 APA TV Sahmar Elekberovun 75 illik yubileyi qeyd olunub az Youtube com 18 07 2018 Istifade tarixi 2018 07 18 Respublika kino seneti iscilerine Azerbaycan SSR fexri adlarinin verilmesi haqqinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 23 dekabr 1976 ci il tarixli Fermani 2010 12 05 at the Wayback Machine anl az saytiMenbeAzerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 53 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 814 Xarici kecidlerSahmar Elekberov IMDb sehifesi Ureklerde yasayan senetkar Sahmar Elekberov filmi