Cənubi Azərbaycanda 2006-cı il etirazları, Xordad hadisələri və ya Milli Qiyam Günü — İran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbuat orqanında təhqir olunmalarına qarşı etirazları nəzərdə tutulur.
1 Xordad hadisələri, Milli Oyanış Günü və ya Milli Qiyam günü | |
---|---|
| |
Yer | İran |
Tarix | 22 may 2006-dən etibarən |
Səbəb | İranda yaşayan azərbaycanlıların təhqir edilməsi |
Əsas məqsəd | Azərbaycanlılara qarşı aparılan ayrı-seçkiliyə son qoyulması |
Təşkilatçılar | Rəsmi hakimiyyət nümayəndələri üzr istədi |
Hərəkətverici qüvvələr | Azərbaycanlılar |
Həlak olanlar | Rəsmi: 4 Amnesty Internationala görə: 10-larla İştirakçıların bildirdiyinə görə: 150-dən çox Digər mənbələrə görə: 30 |
Yaralananlar | Bilinmir |
Həbs olunanlar | Rəsmi: 330 Amnesty Internationala görə: 100-lərlə İştirakçıların bildirdiyinə görə: 5 mindən çox |
Arxaplan
İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı. Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir:
İsti yay günləri yaxınlaşır. Yenə də həşəratlar ətrafımızı saracaqlar. Həşəratlar qorxulacaq heyvanlar deyillər. Amma məsələ onların üzsüz olmalarıdır, insan onlarla nə edəcəyini bilə bilmir. Bunun üçün sizə həşəratlar qarşısında həşəratlaşmamanız üçün bəzi taktikalar öyrətməliyəm. Məsələ həşəratların insan dilindən anlamamalarıdır. Həşərat dilinin dilbilgisi çətin olduğuna görə, özlərinin 80 faizi öz dillərində danışmaq yerinə başqa dillərdə danışmağı tərcih edərlər.Həşəratlar öz dillərini özləri belə anlaya bilmədikləri halda, siz necə anlayasınız ?! Bu səbəblə onlarla sözlü müzakirə etmə yolları mümkün olmur və zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur. |
Bu məzmuna görə "həşəratlarla sözlü müzakirə", yəni birinci üsul mənasız hesab edilir və hekayənin davamında növbə "zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur" hissəsinə gəlir. Bu hekayəyə görə bu şirin üsullar bunlardır:
İkinci üsul: Həşəratların əsas bəslənmə qaynağı insan nəcisləri olduğuna görə, onlar kanalizasiyalarda yaşayır və insan nəcisi ilə bəslənirlər. Bir müddətllik təbii ehtiyaclarınızı tualetlərdə deyil, bağxalarda ya da ağarcların altında təmin edin. Beləliklə, həm bağçalarınızdakı ağac və çiçəkləriniz daha yaxşı yetişər, həm də həşəratların bəslənmə qaynaqları kəsilər və aclıqdan “ölərək soyları tükənər”. Üçüncü üsul: Həşəratlar bizim məhsulumuzu (nəcisimizi) yeyirlər.Bəzi heyvanlar da, misal üçün toyuq, qarğa, qurbaöa və kərtənkələlər də həşəratları yeyirlər. Həşəratların soyunu qurutmaq üçün bu heyvanlardan hər hansısa birini yaşadığı tualetlərinizdə saxlaya bilərsiniz. İki ay sonra bu həşəratların soyu tükənmiş olacaqdır. Dördüncü üsul: Həşəratların qorxulu yuxularına girən şeylərdən biri ayaqaltı başmağıdır. Milyonlarca il öncəsində “ibtidai insanlar” həşəratlardan qurtulmaq üçün bu silahı işlətmişdirlər. Həşəratlar ayaqaltı başmağının zərbəsini aldıqdan sonra kürəkləri üstünə yıxılar və qalxmağa çalışarlar. Bu vəziyyətdə bir toyuq tükü ilə onları qıdıqlayınız. Onlar qıdıqlanmağı sevər və gülməkdən keçinərlər. Elə o anda suları çıxacaq qədər başlarına bərk bir zərbə endirin. Beşinci üsul: Həşəratlardan qurtulmaq üçün həşərat dərmanları da işlədilə bilər. Bu dərmanlar qaz və maye formasında olmaqla iki növdədirlər. Maye olanlarını tualet yoluna axıda bilərsiniz. Qaz formasında olanları isə tualetinizə püskürdün. Xəmir formasında olanları isə yeyə biləcəkləri formada işlədin. Altıncı üsul:Ayaqaltı başmağı ya da həşərat öldürücü dərmanlardan faydalanacaq vəziyyətdə deyilsəniz, yaxa-paça olub onlarla güləşməkdən başqa çarə yoxdur. Güləşmə texnikalarından istifadə edərək onları yıxıb işlərinə son verə bilərsiniz. Bu üsuldan gözlənilən nəticəni ala bilmədikdə təəccüb etməyin, çünki son illərdə güləşimiz geriləmiş və həşəratlar bu sahədə üstünlük qazanmışdırlar. Yeddinci üsul:Həşəratların ən güclüsünü (ən hörmətlisini) tapıb hər kəsin önündə rüsvay edib, alçaldın. Misal üçün su ilə dolu bir aftafa verin əlinə və 4 ayağını da - təbii dörd ayaq, çünki onlar 4 ayaqdırlar (4 ayaqlı fars dilində məcaz olaraq heyvan anlamında işlənilir) - qaldırmasını emr edin. Sonra ibrət olsun deyə o biri həşəratları onu izləmək üçün çağırın. Kimilərinə görə bu üsul həşəratın kompleksə qapılmasına və daha da azğınlamasına yol aça biləcəyi üçün gözlənilməz nəticələr verə bilər. Ən yaxşısı, işi uzatmadan və hər kəsin rahatlaması üçün, elə işin əvvəlindəykən ayaqaltı başmağını başına endirib, işinə son verin. Səkkizinci üsul: Həşəratlar bığ yerləri tərləməyə başlayan kimi evlənib, bir sürü uşaq doğuzdurarlar. Bu səbəblə də sayıları sürətlə artır. Həşəratlarla mübarizə etmənin yollarından biri də evlənmə şərtlərini onlar üçün çətinləşdirməkdir. Tualetlərdə otura bilmələri üçün depozit və kirayə tutarını normalın 5 qatına qatlarsanız, bu üstü-başı yırtıq yeniyetmə həşəratlara kimsə qızını verməz. Ordu da yardım edib bunları sərbazlığa (əsgərliyə) alsa əla olar, çünki əsgərlik müddətini (İranda 2 il) bitirənə qədər ölərlər. Doqquzuncu üsul: Bütün bu üsulları sınadıqdan sonra yox etmə cəhdləriniz yenə uğursuz qaldısa, sülhsevər formada bir yerdə yaşamaqdan başqa çarəniz qalmamışdır. Ama üzlərini görməyə dayana bilməyə bilərsiniz. Bu halda onları plastik cərraha aparıb bülbül və sərçə kimi görünmələrini təmin edə bilərsiniz. |
Etirazlar
Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.
Bu karikaturanın yayımlanmasından 5 gün sonra Azərbaycan türkü olan tələbələr Tehran Universitetində hadisəy' etiraz etmək məqsədilə nümayiş təşkil etdilər. ISNA xəbər agentliyinin verdiyi məlumata görə, öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla protest edən azərbaycanlı tələbələr, ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınamışlardır. Şüarlar arasında "Haray Haray Mən Türkəm", "Türkün dili ölməz, fars dilinə dönməz", "Azərbaycan əyilməz, Türkün beli bükülməz", "Ya azadlıq, ya ölüm", "Rədd olsun fars faşizmi" şüarları olmuşdur.
Bir həftə boyunca Azərbaycan türklərinin yaşadığı şəhər və qəsəbələrdə davam edən etiraz mitinqləri İslami Şura Məclisində də əks-səda tapdı. Türk kökənli millətvəkillərindən Əkbər Aləmi, Rza Rəhmani, Kərim Şafei, Eşrat Şayeğ və s. İslami Şura Məclisində nitq söyləyərək qəzetin adı keçən yaımını sərt şəkildə qınadılar. Mövzu ilə bağlı Prezidentin, Mədəniyyət və İslami İrşad nazirliyinin məsuliyyət daşıdığını bildirdilər.
İtkilər
İran qəzetinin karikaturasına etiraz mitinqlərində polisin xalqa atəş açması nəticəsində ən az 30 etirazçı öldürüldü, yüzlərcəsi isə yaralandı. Polisin açdığı atəş nətəcəsində ölənlərin arasında 16 və 15 yaşlarında iki gənc də var idi. Sulduz şəhərindəki etirazlarda öldürülənlər:
- Yəhya Novruz
- Tövhid Azəriyun
- Əsgər Şikar
- Əli Rza Qolpur
- Hemmat Əslzadə
- Əsgər Rəsmi
- Həbib Razev
- Həmzə Niyaz
- Məhəmməd Cənnətniya (65 yaşında)
- Hüseyn Fəthipur (16 yaşında)
Sulduz şəhərindəki etirazlarda öldürülənlərin bir qisminin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Digər şəhərlərdə öldürülənlərin bəzilərinin adları:
- Məcid Muəzzən
- Fərzad Əsədpur
- Eyvaz Səyyahi
- Cəlil Abidi
Amnesty International təşkilatının bildirdiyinə görə isə minlərlə yox, yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilmiş, onlarla Azərbaycan türkü isə öldürülmüşdür. Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdır.
Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək, işğəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır. Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdır. Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.
Nəticə
İlk əvvəllər adı çəkilən qəzetin rəsmiləri və karikaturaçı Azərbaycan türklərinə qarşı edilən bu alçaldıcı hadisəni səhv başa düşülmə kimi şərh etdilər, lakin artan təzyiqlər nəticəsində, hekayənin yayımlandığı tarixdən 9 gün sonra — 21 may 2006-cı ildə qəzet rəsmiləri üzr istədi və karikaturanı çəkən şəxs olan Mana Neyestaninin işdən qovulduğunu bildirdilər. O və baş redaktor Mehrdad Qasımfar həbs edildilər.
Etiraz nümayişlərinin artdığı günlərdə Mətbuat İzləmə Komissiyası hüquqi imkanlarından istifadə edərək qəzetin nəşrini müvəqqəti olaraq dayandırır və sənədləri məhkəməyə göndərir. Eyni zamanda dövrün Təbriz prokuroru Yusif Firuzi qəzetin bu yayımına görə məhkəməyə müraciət edir. 6 il sonra Tehranın 76 nömrəli məhkəməsi səs çoxluğu ilə qəzetin Cümə xüsusi redaktorlarını ölkədəki etnik azlıqları alçaltma, ictimaiyyəti narahat edici və reallığa zidd yayım etməkdə günahkar bildi.
İstinadlar
- "İran'da karikatür krizi". 2015-05-23 tarixində . İstifadə tarixi: 2018-08-05.
- GAMAC-ın 2006-cı il May hadisələri ilə bağlı Ankarada keçirdiyi konfransdan geniş məlumat [ölü keçid]
- Iran newspaper cockroach cartoon controversy[ölü keçid]
- "Iran Azeris protest over cartoon". 2016-12-31 tarixində . İstifadə tarixi: 2018-08-05.
- Qulamhüseyn Məmmədov. "Xordad hadisələri və ya Milli Qiyam günü nəyə görə olmuşdu?". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində .
- "Iranian Azerbaijan and the Cartoon Cockroach Controversy". 2021-10-24 tarixində . İstifadə tarixi: 2018-08-05.
- "İran'da Türklerin 'Edalet Teleb' May 2006 Üsyanları". 2018-08-17 tarixində . İstifadə tarixi: 2018-08-05.
- Wood, Graeme. "Iran: A Minority Report". The Atlantic (ingilis). 2020-10-16 tarixində . İstifadə tarixi: 2017-07-10.
- Ali M. Koknar. "Iranian Azeris: A Giant Minority". www.washingtoninstitute.org (ingilis). June 6, 2006. 2012-08-05 tarixində . İstifadə tarixi: 2017-07-10.
- . 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
- Ramin Cabbarlı. "İranda etnik etirazların dinamikası". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-12-20 tarixində .
- Amnesty International. Iran, Annual Report, 2007 2007-07-13 at the Wayback Machine
- "Iran Says 330 Arrested Over Recent Cartoon Unrest". RadioFreeEurope/RadioLiberty. June 22, 2006. 10 August 2017 tarixində . İstifadə tarixi: 31 December 2017.
- "Güney Azərbaycanda baş vermiş "May Qiyamı"ndan 12 il ötü". 2019-06-15 tarixində . İstifadə tarixi: 2018-08-05.
- "Iran Azeris protest over cartoon" (ingilis). 2006-05-28. 2016-12-31 tarixində . İstifadə tarixi: 2018-01-19.
- Daria Vaisman. "The other cartoon protests: Large demonstrations broke out across Iran in may 2006 to protest a cartoon insulting to Azeris", The Christian Science Monitor, 22 may 2007.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cenubi Azerbaycanda 2006 ci il etirazlari Xordad hadiseleri ve ya Milli Qiyam Gunu Iran hokumetinin hakimiyyeti altinda yasayan Azerbaycan turklerinin Iran hokumetinin resmi metbuat orqaninda tehqir olunmalarina qarsi etirazlari nezerde tutulur 1 Xordad hadiseleri Milli Oyanis Gunu ve ya Milli Qiyam gunuHekayenin baslandigi birinci karikatura Oglan heserat dilinde sorusur soosoo soosking sisko sooski sooskung Heserat ise Azerbaycan turkcesinde ne anlamina gelen nemene deye cavab verir Yer IranTarix 22 may 2006 den etibarenSebeb Iranda yasayan azerbaycanlilarin tehqir edilmesiEsas meqsed Azerbaycanlilara qarsi aparilan ayri seckiliye son qoyulmasiTeskilatcilar Resmi hakimiyyet numayendeleri uzr istediHereketverici quvveler AzerbaycanlilarHelak olanlar Resmi 4 Amnesty Internationala gore 10 larla Istirakcilarin bildirdiyine gore 150 den cox Diger menbelere gore 30Yaralananlar BilinmirHebs olunanlar Resmi 330 Amnesty Internationala gore 100 lerle Istirakcilarin bildirdiyine gore 5 minden coxArxaplanIran Islam Respublikasi Xeber Agentliyine aid olan Iran qezetinin 12 may 2006 ci il tarixli heftelik cume elavesinin usaq ve yeniyetmelere aid bolmesinde Heseratlarin bizleri heseratlasdirmamasi ucun ne edek basliqli karikatura yayimlandi Karikaturanin evvelinde olan ilk sekilde bir oglan guya heserat tarakan dilinde heseratden sorusur soosoo soosking sisko sooski sooskung susk sozu farscada heserat demekdir Cavabinda ise heserat bele cavab verir Nemene nemene Cenubi Azerbaycanda ne anlamina gelir Oglan heseratin danisigindan hec ne basa dusmur ve karikatura bele davam edir Isti yay gunleri yaxinlasir Yene de heseratlar etrafimizi saracaqlar Heseratlar qorxulacaq heyvanlar deyiller Amma mesele onlarin uzsuz olmalaridir insan onlarla ne edeceyini bile bilmir Bunun ucun size heseratlar qarsisinda heseratlasmamaniz ucun bezi taktikalar oyretmeliyem Mesele heseratlarin insan dilinden anlamamalaridir Heserat dilinin dilbilgisi cetin olduguna gore ozlerinin 80 faizi oz dillerinde danismaq yerine basqa dillerde danismagi tercih ederler Heseratlar oz dillerini ozleri bele anlaya bilmedikleri halda siz nece anlayasiniz Bu sebeble onlarla sozlu muzakire etme yollari mumkun olmur ve zorakiligi ozunde ehtiva eden sirin usullar qacinilmaz olur Hekayede adi kecen dorduncu usul Bu mezmuna gore heseratlarla sozlu muzakire yeni birinci usul menasiz hesab edilir ve hekayenin davaminda novbe zorakiligi ozunde ehtiva eden sirin usullar qacinilmaz olur hissesine gelir Bu hekayeye gore bu sirin usullar bunlardir Ikinci usul Heseratlarin esas beslenme qaynagi insan necisleri olduguna gore onlar kanalizasiyalarda yasayir ve insan necisi ile beslenirler Bir muddetllik tebii ehtiyaclarinizi tualetlerde deyil bagxalarda ya da agarclarin altinda temin edin Belelikle hem bagcalarinizdaki agac ve cicekleriniz daha yaxsi yetiser hem de heseratlarin beslenme qaynaqlari kesiler ve acliqdan olerek soylari tukener Ucuncu usul Heseratlar bizim mehsulumuzu necisimizi yeyirler Bezi heyvanlar da misal ucun toyuq qarga qurbaoa ve kertenkeleler de heseratlari yeyirler Heseratlarin soyunu qurutmaq ucun bu heyvanlardan her hansisa birini yasadigi tualetlerinizde saxlaya bilersiniz Iki ay sonra bu heseratlarin soyu tukenmis olacaqdir Dorduncu usul Heseratlarin qorxulu yuxularina giren seylerden biri ayaqalti basmagidir Milyonlarca il oncesinde ibtidai insanlar heseratlardan qurtulmaq ucun bu silahi isletmisdirler Heseratlar ayaqalti basmaginin zerbesini aldiqdan sonra kurekleri ustune yixilar ve qalxmaga calisarlar Bu veziyyetde bir toyuq tuku ile onlari qidiqlayiniz Onlar qidiqlanmagi sever ve gulmekden kecinerler Ele o anda sulari cixacaq qeder baslarina berk bir zerbe endirin Besinci usul Heseratlardan qurtulmaq ucun heserat dermanlari da isledile biler Bu dermanlar qaz ve maye formasinda olmaqla iki novdedirler Maye olanlarini tualet yoluna axida bilersiniz Qaz formasinda olanlari ise tualetinize puskurdun Xemir formasinda olanlari ise yeye bilecekleri formada isledin Altinci usul Ayaqalti basmagi ya da heserat oldurucu dermanlardan faydalanacaq veziyyetde deyilseniz yaxa paca olub onlarla gulesmekden basqa care yoxdur Gulesme texnikalarindan istifade ederek onlari yixib islerine son vere bilersiniz Bu usuldan gozlenilen neticeni ala bilmedikde teeccub etmeyin cunki son illerde gulesimiz gerilemis ve heseratlar bu sahede ustunluk qazanmisdirlar Yeddinci usul Heseratlarin en guclusunu en hormetlisini tapib her kesin onunde rusvay edib alcaldin Misal ucun su ile dolu bir aftafa verin eline ve 4 ayagini da tebii dord ayaq cunki onlar 4 ayaqdirlar 4 ayaqli fars dilinde mecaz olaraq heyvan anlaminda islenilir qaldirmasini emr edin Sonra ibret olsun deye o biri heseratlari onu izlemek ucun cagirin Kimilerine gore bu usul heseratin komplekse qapilmasina ve daha da azginlamasina yol aca bileceyi ucun gozlenilmez neticeler vere biler En yaxsisi isi uzatmadan ve her kesin rahatlamasi ucun ele isin evvelindeyken ayaqalti basmagini basina endirib isine son verin Sekkizinci usul Heseratlar big yerleri terlemeye baslayan kimi evlenib bir suru usaq doguzdurarlar Bu sebeble de sayilari suretle artir Heseratlarla mubarize etmenin yollarindan biri de evlenme sertlerini onlar ucun cetinlesdirmekdir Tualetlerde otura bilmeleri ucun depozit ve kiraye tutarini normalin 5 qatina qatlarsaniz bu ustu basi yirtiq yeniyetme heseratlara kimse qizini vermez Ordu da yardim edib bunlari serbazliga esgerliye alsa ela olar cunki esgerlik muddetini Iranda 2 il bitirene qeder olerler Doqquzuncu usul Butun bu usullari sinadiqdan sonra yox etme cehdleriniz yene ugursuz qaldisa sulhsever formada bir yerde yasamaqdan basqa careniz qalmamisdir Ama uzlerini gormeye dayana bilmeye bilersiniz Bu halda onlari plastik cerraha aparib bulbul ve serce kimi gorunmelerini temin ede bilersiniz Tebriz seherinde etirazlardan bir goruntu EtirazlarHekayede aciq askar formada sergilenen Turkluk eleyhine munasibet Iranda 10 milyonlarla yerli Azerbaycan turklerinin qezebine sebeb oldu Turklerin yasadigi cox seher qesebe ve kendlerde gunlerle davam eden ve genis kutlelerin istirak etdiyi etiraz mitinqleri teskil edildi Tehran Zencan Tebriz Urmiya Erdebil Eher Hemedan Keleyber Mugan Miyane Maraga Xoy Salmas Xiyav Qosacay Sulduz ve Merend seherlerinde teskil edilen numayislerde tehlukesizlik quvvelerinin mudaxilesi neticesinde cox sayda olen ve yaralananlar oldu Bu karikaturanin yayimlanmasindan 5 gun sonra Azerbaycan turku olan telebeler Tehran Universitetinde hadisey etiraz etmek meqsedile numayis teskil etdiler ISNA xeber agentliyinin verdiyi melumata gore oz dillerine edilen tehqiri pankartlar ve suarlarla protest eden azerbaycanli telebeler edalet anlayisini her fursetde dile getiren hokumeti qinamislardir Suarlar arasinda Haray Haray Men Turkem Turkun dili olmez fars diline donmez Azerbaycan eyilmez Turkun beli bukulmez Ya azadliq ya olum Redd olsun fars fasizmi suarlari olmusdur Bir hefte boyunca Azerbaycan turklerinin yasadigi seher ve qesebelerde davam eden etiraz mitinqleri Islami Sura Meclisinde de eks seda tapdi Turk kokenli milletvekillerinden Ekber Alemi Rza Rehmani Kerim Safei Esrat Sayeg ve s Islami Sura Meclisinde nitq soyleyerek qezetin adi kecen yaimini sert sekilde qinadilar Movzu ile bagli Prezidentin Medeniyyet ve Islami Irsad nazirliyinin mesuliyyet dasidigini bildirdiler ItkilerIran qezetinin karikaturasina etiraz mitinqlerinde polisin xalqa ates acmasi neticesinde en az 30 etirazci olduruldu yuzlercesi ise yaralandi Polisin acdigi ates netecesinde olenlerin arasinda 16 ve 15 yaslarinda iki genc de var idi Sulduz seherindeki etirazlarda oldurulenler Yehya Novruz Tovhid Azeriyun Esger Sikar Eli Rza Qolpur Hemmat Eslzade Esger Resmi Hebib Razev Hemze Niyaz Mehemmed Cennetniya 65 yasinda Huseyn Fethipur 16 yasinda Sulduz seherindeki etirazlarda oldurulenlerin bir qisminin sexsiyyetini mueyyen etmek mumkun olmamisdir Diger seherlerde oldurulenlerin bezilerinin adlari Mecid Muezzen Ferzad Esedpur Eyvaz Seyyahi Celil Abidi Amnesty International teskilatinin bildirdiyine gore ise minlerle yox yuzlerle etirazci Iran hakimiyyeti terefinden hebs edilmis onlarla Azerbaycan turku ise oldurulmusdur Resmi hakimiyyet ise etirazlar zamani 330 neferin hebs edildiyini 4 etirazcinin ise olduyunu aciqlamisdir Cenubi Azerbaycanli etirazcilarin bildirdiyine gore ise 5 minden artiq etirazci hebs edilerek isgence gormus 150 nefer oldurulmus itkin dusmus bir cox sexs ise sikest qalmisdir Cenubi Azerbaycanli aktivistlerin bildirdiyine gore Iran hakimiyyeti etirazcilarin bir qismini diri diri ya yandirmis ya da Urmiya golune atmisdir Buna gore de hokumet quvveleri terefinden oldurulenlerin tam siyahisini tertib etmek mumkun olmur NeticeIlk evveller adi cekilen qezetin resmileri ve karikaturaci Azerbaycan turklerine qarsi edilen bu alcaldici hadiseni sehv basa dusulme kimi serh etdiler lakin artan tezyiqler neticesinde hekayenin yayimlandigi tarixden 9 gun sonra 21 may 2006 ci ilde qezet resmileri uzr istedi ve karikaturani ceken sexs olan Mana Neyestaninin isden qovuldugunu bildirdiler O ve bas redaktor Mehrdad Qasimfar hebs edildiler Etiraz numayislerinin artdigi gunlerde Metbuat Izleme Komissiyasi huquqi imkanlarindan istifade ederek qezetin nesrini muveqqeti olaraq dayandirir ve senedleri mehkemeye gonderir Eyni zamanda dovrun Tebriz prokuroru Yusif Firuzi qezetin bu yayimina gore mehkemeye muraciet edir 6 il sonra Tehranin 76 nomreli mehkemesi ses coxlugu ile qezetin Cume xususi redaktorlarini olkedeki etnik azliqlari alcaltma ictimaiyyeti narahat edici ve realliga zidd yayim etmekde gunahkar bildi Istinadlar Iran da karikatur krizi 2015 05 23 tarixinde Istifade tarixi 2018 08 05 GAMAC in 2006 ci il May hadiseleri ile bagli Ankarada kecirdiyi konfransdan genis melumat olu kecid Iran newspaper cockroach cartoon controversy olu kecid Iran Azeris protest over cartoon 2016 12 31 tarixinde Istifade tarixi 2018 08 05 Qulamhuseyn Memmedov Xordad hadiseleri ve ya Milli Qiyam gunu neye gore olmusdu Milliyyet Arasdirmalar Merkezi 15 iyul 2019 tarixinde Iranian Azerbaijan and the Cartoon Cockroach Controversy 2021 10 24 tarixinde Istifade tarixi 2018 08 05 Iran da Turklerin Edalet Teleb May 2006 Usyanlari 2018 08 17 tarixinde Istifade tarixi 2018 08 05 Wood Graeme Iran A Minority Report The Atlantic ingilis 2020 10 16 tarixinde Istifade tarixi 2017 07 10 Ali M Koknar Iranian Azeris A Giant Minority www washingtoninstitute org ingilis June 6 2006 2012 08 05 tarixinde Istifade tarixi 2017 07 10 2017 07 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 08 05 Ramin Cabbarli Iranda etnik etirazlarin dinamikasi Milliyyet Arasdirmalar Merkezi 2019 12 20 tarixinde Amnesty International Iran Annual Report 2007 2007 07 13 at the Wayback Machine Iran Says 330 Arrested Over Recent Cartoon Unrest RadioFreeEurope RadioLiberty June 22 2006 10 August 2017 tarixinde Istifade tarixi 31 December 2017 Guney Azerbaycanda bas vermis May Qiyami ndan 12 il otu 2019 06 15 tarixinde Istifade tarixi 2018 08 05 Iran Azeris protest over cartoon ingilis 2006 05 28 2016 12 31 tarixinde Istifade tarixi 2018 01 19 Daria Vaisman The other cartoon protests Large demonstrations broke out across Iran in may 2006 to protest a cartoon insulting to Azeris The Christian Science Monitor 22 may 2007