Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır.
Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir. Memarın müəllifi olduğu, lakin bədii və memarlıq əhəmiyyəti daşımayan taxta tikililər (Bakı qalası yaxınlığında ticarət sıraları, Balaxanıda Müqəddəs Makariya kilsəsi yaxınlığında, kilsənin inşasından əvvəl quraşdırılmış müvəqqəti taxta kilsə) siyahıda göstərilməmişdir.
Siyahı
İctimai binalar
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Müqəddəs Varfolomey kilsəsi | Bakı, Asəf Zeynallı küçəsi 67 | 1892-ci ildə İçərişəhərdəki Asəf Zeynallı küçəsində İ. Edelin layihəsi əsasında1818-ci ildə b.e. 71-ci ilində şəhid edilməsi ehtimal edilən yerdə inşa edilmiş və Müqəddəs Nikolay kilsəsinin inşasına kimi fəaliyyət göstərmiş (təxminən 1870-ci illər) qədim kilsənin yerində üslubunda inşa edilmişdi. Kilsə yerli dindarların iyanəsi sayəsində inşa edilmişdir. Kiçik sovmə formasında olan kilsənin daxilində Varfolomeyin, o cümlədən digər müqəddəsləri ikonaları yerləşdirilmişdir. Kilsənin divarında asılmış mərmər lövhədə İsanın on iki həvarisindən biri olan Müqəddəs Varfolomeyin məhz bu yerdə şəhadətə qovuşması qeyd edilmişdi. 1936-cı ilə kimi fasiləsiz fəaliyyət göstərmiş kilsə, həmin il SSRİ-də dinlə mübarizə çərçivəsində dağıdılmışdır. | ||
2 | Rəbbin çevrilməsi kilsəsi | Bakı, Qara Şəhər, S. M. Şibayevin neftayrıma zavodunun ərazisi, Nobel prospekti 111 | S. M. Şibayevin yerləşən neftayrıma zavodu ərazisində İ. Edelin layihəsi əsasında rus memarlığı üslubunda inşa edilmiş kilsə olmuşdur. Kilsənin əsası 15 dekabr 1891-ci ildə qoyulmuş, 28 mart 1892-ci ildə inşası tamamlanmış kilsənin həsr olunma mərasimi keçirilmişdir. Kilsə inşa ediləcəyi haqqında qərar Bakı dindarlarının sevincinə səbəb olmuş, yerli əhali öz təşəbbüsü ilə iyanə toplamağa başlamışdır. Kilsənin zəngi də bağışlanmışdır. SSRİ dövründə kilsənin fəaliyyəti dayandırılmış, kilsə binası isə texnikum kimi istifadə olunmuşdur. Sonradan bina sökülmüş və yerində mağazalar inşa edilmişdir. |
Mülki binalar
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | İki mərtəbəli yaşayış binası | Bakı, Mirzə Ağa Əliyev küçəsi 126 | Mirzə Ağa Əliyev (Çadrovaya) 126 və Murtuza Muxtarov (Persidskaya) 62 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli (üçüncü mərtəbə sonradan əlavə edilmişdir) yaşayış binasıdır. Yaşayış binası order və ordersiz inşaat sistemindən istifadənin üstünlük təşkil etdiyi dövrdə Bakıda şəhər tikintisinin memarlıq-sahə istiqamətini müəyyən edən binalardan biridir. Bu prinspi yonulmamış daşla hörülmüş kürəciklərin şaquli ritmli fasadın memarlıq düzülüşündə qorunur. Memarlıq kompozisiyasını zənginləşdirməklə yanaşı ona xüsusi dinamizm və incəlik gətirən ayna üzlüükləri və nazik profil edilmiş sandriklər sayəsində yaşayış binasının fasadının plastikası daha zəngin görünür. | ||
2 | İki mərtəbəli yaşayış binası | Bakı, Bülbül küçəsi 8 | Bülbül küçəsi (Bolşaya Morskaya) 8 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası 1891-1893-cü illərdə inşa edilmişdir. Klassik simmetriya prinsipləri ilə ucaldılan bina sifariş sistemi əsasında o zamanlar yalnız Bakıda deyil, bütün Avropada üstünlük təşkil edən istiqaməti əks etdirir. Yaşayış evinin xüsusi olaraq nəzərə çarpan frontonlu mərkəzi, pəncərə haşiyələri və ifadəli daş detalları ilə zəngin yonulmamış daşla hörülmüş mərtəbələri ilə memarlıq kompozisiyanı tarazlaşdıran yan rizalitləri vardır. | ||
3 | İki mərtəbəli yaşayış binası | Bakı, Bülbül küçəsi 10 və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi | 1890-cı illərin əvvəllərindən Birja meydanı (indiki Sahil bağı) ərazisində abadlaşdırma işlərinə başlanılır. Elə həmin il meydan yaxınlığında iki mərtəbəli bina layihəsinin həyata keçirilməsi üçün tikinti sahəsi ayrılır. 26 iyul 1891-ci ildə İ.V. Edel yaşayış binası layihəsini təqdim edir. Planlaşdırma baxımından evin sahəsi datılmış düzbucaq şəklindədir. Birinci mərtəbədə küçə tərəfdən dükan gözləri, içəriyə doğru isə, bir sırada yerləşən məhdud aşırımlı yaşayış otaqları yerləşdirilib. Memar, pilləkənləri perpendikulyar oxlar boyu yerləşdirib. Bir neçə pillə ilə vestibülə açılan baş pilləkən ikisıralı sistemə keçir. Həyət pilləkən qəfəsləri ensiz marşlıdır. Həyətin perimetri boyunca sütunlar üzərində açıq üslublu qalereya yerləşmişdir. Pilləkənlər irəliyə, həyət sahəsinə doğru çıxarılıblar və qalereyanın strukturuna daxildirlər. İri pəncərə gözləri otaqlara kifayət qədər təbii işıq düşməsini təmin edir. Bina, orta təbəqədən olan sifarişçi üçün nəzərdə tutulmuşdur. | ||
4 | İki mərtəbəli yaşayış binası | Bakı, Lev Tolstoy küçəsi, 128 | Lev Tolstoy küçəsi (Gimnaziyskaya) 128 ünvanında yerləşən iki mərtəbəli yaşayış evi şəhərin tarixi məhəllələrinin formalaşmasında və inkişafında əsas həcmi və memarlıq elementi kimi çıxış edən tikililərdən biridir. Fasadın memarlığı zövqlə həll olunmuşdur ki, bu da bölmələrdə və profillərdə, pəncərə kompozisiyasının şərhində, onların bədii tərtibatında, daşdan yonulmuş detalların işlənməsində özünü göstərir. | ||
5 | İki mərtəbəli yaşayış binası | Bakı, Çingiz Mustafayev küçəsi 89 | Çingiz Mustafayev küçəsi (Suraxanskaya) 89 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, fasadda binanın kompozisiya həllinin əsas komponentləri, onun proporsional bölünmələri, işıq və kölgə effektini verən çıxıntılı hörgü aydın şəkildə işlənmişdir, pəncərələrin relyef haşiyələri və təmiz yonulmuş daşdan olan divar fonunda bədii əhvali-ruhiyyə yaradan detallar, binanın plastikası üçün mühüm əhəmiyyətə malikdir. | ||
6 | İki mərtəbəli yaşayış binası | Bakı, Rəsul Rza küçəsi 9 | 1892-ci ildə Rəsul Rza (Mariinskaya) 9 ünvanında inşa edilmiş yaşayış binası əvvəlcə iki mərtəbəli olsa da, 1938-ci ildə binaya daha iki mərtəbə də əlavə edilmişdir. Ev, order sisteminin üsulları, aksentsiz kompozisiya əsasında inşa edilmişdir. Fasad nazik plastika, karnizllərin və memarlıq detallarının aydın çəkilməsi ilə fərqlənir. Bakının tarixi mərkəzinin şəhərsalma strukturuna daxil olan bina, küçənin memarlıq simasının formalaşmasında əhəmiyyətli rol oynamışdır. | ||
7 | İki mərtəbəli yaşayış evi | Bakı, Üzeyir Hacıbəyov küçəsi, 7 | 7 ünvanında yerləşən üç mərtəbəli (üçüncü mərtəbə sonradan artırılıb) yaşayış binası şəhərin tarixi məhəllələrinin quruluşunda həcm-məkan kompozisiyasının mühüm elementlərindən biridir. Klassik formalarda zəngin plastiklik, mərtəbələrin zərif, mütənasib hissələrə ayrılması, daş bloklardan olan gözəl yonulmamış hörgü həm ayrı-ayrı hissələrin, həm də bütöv fasadın memarlıq detallarının mükəmməl işlənməsi binanı fərqləndirən əsas xüsusiyyətlərdir. Giriş pilləkəninin divarı üzərində bəzəkli naxışlar və yaşayış üçün otaqların interyerlərinin tərtibatı memarın yüksək peşəkarlıq səviyyəsini göstərir. | ||
8 | İki mərtəbəli yaşayış evi | Bakı, Xaqani küçəsi 16 | Xaqani küçəsi (Molokanskaya) 16 ünvanında yerləşən iki mərtəbəli yaşayış evi (hazırda Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətininnin mədəniyyət sarayı kimi fəaliyyət göstərir, sonradan üçüncü mərtəbə inşa edilmişdir) Bakının mərkəzində sayca çox az olan əsl villalardan biri idi. Bağçalı bina, qırmızı xəttən kənarda yerləşirdi ki, bu da Bakıda tarixi məhəllənin salınmasında nadir hal idi. Bina, memarlıq üslubu baxımından italyan intibahına meyllidir. Burada korinf sütunları və klassik formalı eyvanlardan istifadə olunmuşdur. Bina, fasadının plastikliyi, incə qurulmuş interyerləri və ümumi plan xüsusiyyətlərinə görə fərqlənir. | ||
9 | Bakı, Nizami küçəsi 56 və Qoqol küçəsi 3 | Nizami küçəsi (Qubernskaya) 56 və Qoqol küçəsi (Praçeçnaya) 3 ünvanlarının kəsişməsində yerləşən üç mərtəbəli yaşayış binası 1890-cı ildə Edelin layihəsi əsasında inşa edilmişdir. Tində yerləşən bina, şəhər mərkəzinin tarixi məhəllələrinin şəhərsalma strukturunda aktiv iştirak edir. Binanın memarlıq kompozisiyası qeyri-order sisteminin prinsipləri zəminində qurulmuşdur. Pəncərə yerlərinin ritmi Bakı şəhərinin spesifikası və iqlim şəraitini əks etdirir. Mərtəbələrin divarlarının çıxıntılı hörgüsü, mərtəbələrarası kəmərlərin klassik profilləri, sandriklərin zənginlikləri və pəncərə haşiyələri və daş detalların yüksək keyfiyyəti maraqlı kompozisiya yaradır. | |||
10 | Bakı, Nizami küçəsi 58 | Nizami küçəsi (Qubernskaya) 58 ünvanında yerləşən üç mərtəbəli yaşayış binası iki mərhələdə inşa edilib. İlk iki mərtəbə İ. Edel tərəfindən 1902-ci ildə inşa edilib, üçüncü mərtəbə isə binaya 1960-cı ildə əlavə olunub. Binanın künc mövqeyi onun həcmli plastika və yan rizalitlərlə vurğulanan həllini əvvəlcədən müəyyən etmişdir. Xarakterik üslublu yaşayış evinin bütün strukturu şaquli bölgü ahəngi və kompozisiya modelləşdirilməsi ilə intibah memarlığı motivinin klassik əsasında inşa edilib. Antressolu mağazaların iri yarımpərgar şəkilli vitrinlərilə ümumi həcm sxemi, yonulmamış daşın əzəmətli blokları və ikinci mərtəbənin bölgü ahəngi ilə mükəmməlləşdirilən incə cızılmış pəncərələr yüksək estetik funksiya daşıyır. | |||
11 | Bakı, Qoqol küçəsi 16 | Qoqol küçəsi (Praçeçnaya) 16 və Nizami küçəsi (Qubernskaya) 81 küçələrinin kəsişməsində yerləşən Murtuza Muxtarovun gəlmələr üçün dörd mərtəbəli yaşayış binasının üç mərtəbəsi 1896-cı ildə İ. Edelin layihəsi üzrə inşa edilmiş, dördüncü mərtəbə isə 1910-cu ildə memar İosif Ploşko tərəfindən (ətraflı məlumat üçün bax) əlavə edilmişdir. Tin hissənin günbəzlə qurtaran yarımdairəvi həlli şəhərin tarixi mərkəzinin bu hissəsini çox gözəl tamamlamaqla, aktiv şəhərsalma elementi qismində çıxış edir. Stil-nöqteyi nəzərindən fasadların memarlığında order sisteminin klassik üsullarından istifadə olunmuşdur. Çoxotaqlı rahat mənzilləri, zəngin interyerləri ilə fərqlənir. Vurğulanmış rizalitlər, ifadəli üfüqi bölmələr, pəncərələr üzərində bitki ornamentli motivlər, pilyastrlı pəncərə yerlərinin ritmi, metal məhəccərlərə malik uzun daş balkonlar fasadın mülayim plastikasını müəyyən edirlər. Bu yaşayış binası şəhərsalma xarakteri yaratmaqla, Bakının bədii obrazını formalaşdıran zəruri komponentlərdən biridir. | |||
12 | Şəmsi Əsədullayevin evi | Bakı, Qoqol küçəsi 9 | Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası “Neft və kerosin kralı” ləqəbi ilə tanınan Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə 1896-cı ildə mema İ. Edelin layihəsi əsasında inşa edilmişdir. Bina üç küçəyə baxır və monumental fasadı və həcmi ilə tarixi mərkəzin şəhərsalma sistemində əhəmiyyətli yer tutur. Onun memarlıq həllinin səciyyəvi cəhətini sarayın vacib hissələrini müvəffəqiyyətlə bərkidən günbəzlə tamamlanmış yarımdairəvi künclər təşkil edir. Ərazinin səmərəli istifadəsi, təmtəraqlı mənzillərin planlaşma üsulları, parad zallarının bəzədilməsi ilə interyerin zənginliyi bu sarayın bədii əhəmiyyətini yüksəltmişdir. Binanın memarlığı klassik formalarda verilmiş, həcmi plastika, mərtəbələrin dərin çıxıntılı hörgüsü fonunda pəncərə girişlərinin ritmi və iri daş kronşteynli çoxsaylı eyvanlarla zənginləşdirilmişdir. | ||
13 | Bakı, Tərlan Əliyarbəyov küçəsi 8 və A.K. Əlizadə küçəsi 7 | T. Əliyarbəyov (Milyutinski) 8, A.K. Əlizadə (Baryatinski) 7 və Nəzarət döngəsinin (Kontrolnaya pereulok) 2 kəsişməsində yerləşən taxir Kolesnikovun iki mərtəbəli yaşayış evi 1891-ci ildə memar İ. Edelin layihəsi əsasında inşa edilmişdir. Binada 1920-ci ilə kimi “Bakı qarşılıqlı kredit cəmiyyəti” yerləşirdi. Bina üç küçəyə açılır və tarixi məhəllələrin planlaşdırma strukturunda mühüm bir mövqe tuturdu. Yaşayış evi öz bədii-memarlıq göstəricilərinə hörə Bakı şəraitində klassik formalardan istifadənin maraqlı bir nümunəsidir. Əsas fasad toskan orderinin monumental formaları ilə təsvir olunmuş mərkəz və yan rizalitlərlə müəyyən olunurdu. İtalyan pəncərələrinin ritmi memarlıq kompozisiyasının inkişafında əsas rola malik mərkəzi hissəyə daxildir. Fasadların qurulmasında ustaların məharəti sayəsində heykəltəraşlıq formalarına çevrilən üzlük materialın – daş və əhəngdaşın əhəmiyyəti çox böyükdür. | |||
14 | Tacir Manafovun evi | Bakı, Əlimərdan bəy Topçubaşov 78 və Şamil Əzizbəyov 116 | Əlimərdan bəy Topçubaşov (Tatarskaya) 78 və Şamil Əzizbəyov (Nijniy-Priyutskaya) 116 küçələrinin kəsişməsində yerləşən iki mərtəbəli yaşayış binası künc sahədə yerləşməklə, fasadların klassik üsulların tətbiq edilməsi ilə qurulmuş memarlıq kompozisiyası sayəsində şəhərin tarixi məhəllələrinin tikilməsində vacib elementə çevrilmişdir. Fasadların profillənmiş kəmərlər ilə dəqiq proporsional bölünməsi, mərtəbələrin yonulmamış daşla hörgüsü ilə birlikdə pəncərə oyuqlarının ahəngliyi əla yonulmuş daş detallarla ümumilikdə XX əsrin əvvəllərində Bakının memarlığına xas yaşayış evi obrazı obrazı yaradırlar. | ||
15 | İki mərtəbəli yaşayış binası | Bakı, 28 may küçəsi 13 | 28 may küçəsi 13 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası 1891-1894-cü illərdə İ. Edelin layihəsi əsasında inşa edilmiş, 1950-ci ildə binaya daha iki mərtəbə də əlavə olunmuşdur. Fasadın forması mərkəzi-oxvari struktur və kənarlardan kəskin rizalit ilə ifadə olunmuşdur. Fasadın geniş plastikası mərtəbələrin incə çıxıntılı hörgüsü və əhəngdaşından olan memarlıq elementləri ilə bərkidilmişdir. Mənzillərin tərtibatında ənənəvi şüşəbənd çox uğurlu şəkildə tətbiq edilmişdir. | ||
16 | Bakı, 28 may küçəsi 5 | 28 may (Telefonnaya) 5, Bəşir Səfəroğlu (Kamenistoy) 186 və Rəşid Behbudov (Kaspiyskaya) 15 küçələrinin kəsişməsində 1895-1898-ci illərdə inşa edilmiş üç mərtəbəli gəlir evi şəhərin tarixi məhəllələrinin şəhərsalmasında xüsusi yer tutmaqla, iki mərkəzi magistral xəttinin kəsişməsində yerləşir və eyni zamanda üç küçəyə çıxışı mövcuddur. Memarlıq və planlaşdırma xüsusiyyətlərinə görə Bakıda stilində inşa edilmiş azsaylı binalardan biridir. Fasadın ordersiz sisteminin günbəzlə vurğulanmış qalın küncləri, ümumi görünüşü və korinf sütunları yaşayış evinin ümumi kompozisiyasının əsası olmuşdur. | |||
17 | Bakı, Füzuli küçəsi 33 | Füzuli küçəsi (Balaxanskaya) 33 ünvanında yerləşən neft sənayeçisi Rzayevin üç mərtəbəli yaşayış binası Bakı memarlığı üçün tipik olan, səciyyəvi planlaşdırma, qapalı həyət, ikicərgəli tikilmə sistemi ilə 1894-cü ildə İ. Edel tərəfindən inşa edilmişdir. Yastı rizalitlər, şüşəbənd üslublu şüşələnmiş eyvanla klassik formalarda daşdan düzəldilmiş memarlıq detalları ilə gözəl həll edilmiş fasad, küçənin quruluşunda mühüm yer tuturdu. Bina, Qış bulvarının inşası zamanı, 2010-cu illərdə sökülmüşdür. | |||
18 | Qrifonlu ev | Bakı, Yusif Məmmədəliyev küçəsi, 20 | Yusif Məmmədəliyev küçəsi (Politseyskaya) 20 ünvanında yerləşən, memar İ.V.Edelin layihəsi əsasında 1894-1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina, memarın yaradıcılığında xüsusi yer tutur. Malikanə (mülk) tipdə olan yaşayış evi 1894-1896-cı illərdə memar İ. Edel tərəfindən inşa edilmişdir. Bina ümumilikdə Yusif Məmmədəliyev (keçmiş Politeseyskaya) küçəsinin memarlıq quruluşuna uyğunlaşdırılsa da, öz klassik formaları, kompozisiyasının zərifliyi, memarlıq elementləri və detallarının incəliklə təsvir edilməsi ilə ətrafdakı binalardan fərqlənir. | ||
19 | Bir mərtəbəli yaşayış binası | Bakı, Vidadi küçəsi, 133 | Vidadi (Tserkovnaya) 133 ünvanında yerləşən və 1894-1896-cı illərdə kamera üslubunda inşa edilmiş bu yaşayış evi ordersiz sistemin xüsusiyyətləri ilə yerli iqlim şəraitinə uyğunlaşdırılmışdır. Fasadın kompozisiyasında istifadə olunan şüşəbənd tikiliyə xüsusi gözəllik vermişdir. Şüşəbənddə Avropa elementlərinin olmasına baxmayaraq, bina ümumilikdə yerli üslubda tikilmişdir. | ||
20 | Hacınskinin evi | Bakı, Əhməd Cavad küçəsi, 12 və Adil Babayev küçəsi 7 kəsişməsi | Əhməd Cavad (Vrangelskaya) 12 və Adil Babayev (Doktorskiy) 7 küçələrinin kəsişməsində yerləşən və 1895-1899-cu illərdə İ. Edelin layihəsi əsasında inşa edilmiş Hacıyevin evi, Bakı memarlığı üçün səciyyəvi olan proporsiyalı hissələrin saxlanılması şərti ilə klassik formalarda inşşa edilərək küçənin həcmli-məkan strukturunun ümumi sisteminə daxildir. Kompozisiyanın üçoxlu sistemi rizalitlərlə ifadə olunmuş, mərkəzi hissə isə özünəməxsus kartuş ilə vurğulanmışdır. Burada fasad divarlarının mürəkkəb çıxıntılı hörgüsü, pəncərə haşiyələri və detalların işlənməsi ilə müəyyənləşən ifadəli plastikası vardır. Təbii daşla üzlənmə də, həmçinin binanın estetik əhəmiyyətinin bir elementidir. | ||
21 | Bakı, Səməd Vurğun küçəsi 10 | Səməd Vurğun (Krasnovodskaya) 10 ünvannda 1899-cu ildə İ. Edelin layihəsi əsasında inşa edilmiş üç mərtəbəli gəlir evi, şəhərsalma və fəza həcmi baxımından Bakı şəhərinin tarixi məhəlləsində əhəmiyyətli mövqedə yerləşmişdir. Demək olar ki, kvadrat plana malik binanın hər üç tərəfində otaqlar iki sırada düzülmüşdür. Pilləkən qəfəsləri çox rahat yerləşdirilmişdir: Səməd Vurğun küçəsinə dördmarşlı, Üzeyir Hacıbəyli küçəsinə isə iki sıralı pilləkənlər perpendikulyardır. Yaşayış binasının monumental, nisbətən ciddi memarlığı Edelin yaradıcılığına aid olan digər binalardan fərqlənərək diqqət çəkir. Qabarıq profillənmiş horizontal bölümlər hakim mövqedən çıxış edirlər. Birinci mərtəbədə baş girişlər istisna edilməklə bütün iri dükan gözləri binanın hündürlüyü boyunca rizalitlərlə qeyd olunublar. Edelin fasad divarlarında tətbiq etdiyi rustovka binanın üslubi özəlliklərinin açıqlanmasında istiqamətverici amildir. | |||
22 | Mitrofanovun evi | Bakı, Səid Rüstəmov küçəsi 3 | Səid Rüstəmov (Oslovskaya) 3 və Həsən Abdullayev (Vodovoznaya) 6 küçələrinin kəsişməsində yerləşən Dmitri Mitofanovun sarayı 1903-cü ildə İ. Edel tərəfindən inşa edilmişdir. Bina, künc mövqeyini uğurla vurğulayan monumental həcmi-fəza həlli ilə fərqlənir. Həcmin üfüqiliyi pəncərə dəliklərinin ritmi ilə vurğulanan binanın ümumi strukturunu tarazlaşdıraraq bir sıra tinləmələrə bölünmüşdür. Binanın memarlığında klassik formaların bütün elementləri ilə order sistemindən istifadə edilmişdir. İri korinf orderi fasadların həllində ən vacib element kimi binanın bütün memarlıq kompozisiyasına daxil olur. Zəngin plastikası bə yüksək səviyyəli inşaat mədəniyyəti ilə bina, Bakı şəhərinin tarixi mərkəz tikililəri arasında çox böyük əhəmiyyət kəsb edir. Bina Edelin yaradıcılığının ən yaxşı nümunələrindən biridir. | ||
23 | İsa bəy Hacınskinin evi | Bakı, Neftçilər prospekti, 103 | İsa bəy HacınskininNeftçilər prospekti (İmperator II Aleksandr) 103 və Qüllə küçəsinin kəsişməsində yerləşən beş mərtəbəli evi 1912-ci ildə inşa edilib və prospektin dominantlarından biridir. Onun gözəl, fəal silueti və həcmli kompozisiyası tarixi məhəllələrin quruluşunda aparıcı yer tutur. Yaşayış binasının memarlıq həllində, əsasən, XX əsrin əvvəllərinə xas olan bütün səciyyəvi ziddiyyətləri ilə birgə bədii vəzifələr nöqteyi-nəzərindən Roman memarlığının prinsiplərindən istifadə olunmuşdur. Əsas fasadın sərt frontonu ilə tamamlanmış künc erkerin üstünlük təşkil edən şaquliliyi memarlıq vəzifəsinin həlli üçün “açıq vərəq” kimi xidmət göstərmişdir. Fasadların üzərində, pəncərələrin altında, estetik və bədii keyfiyyətlərə malik, lociya, eyvan və erkerlərin formasında həcmli plastikadan, mozaikadan, rəngli vitrajlardan geniş istifadə olunmuşdur. Burada, həmçinin divarların və plafonların plastikliyinin əasını təşkil etmiş dekorativ yapma, ön pilləkənlərin və yaşayış otaqlarının interyerlərində çox maraqlı şəkildə öz həllini tapmışdır. |
İstinadlar
- Гумбатова, Т. "Эдель Иоанн Вильгельмович - архитектор". baku.ru. 2016-03-04 tarixində . İstifadə tarixi: 8 iyun 2018.
- Фатуллаев, Ш. Градостроительство Баку XIX—начала XX веков/Под ред. проф. В. И. Пилявского. Ленинград: Стройиздат. 1978. səh. 215.
- "Часовня святого апостола Варфоломея (Баку)". ourbaku.com. 2021-06-17 tarixində . İstifadə tarixi: 7 iyun 2018.
- "Собор Св. Николая Чудотворца (Николаевский, старый)". ourbaku.com. 2022-02-13 tarixində . İstifadə tarixi: 7 iyun 2018.
- . ourbaku. 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
- Bakının memarlıq ensiklopediyası. səh. 507
- Bakının memarlıq ensiklopediyası. səh. 207
- Fətullayev. səh. 94
- Bakının memarlıq ensiklopediyası. səh. 234
- Bakının memarlıq ensiklopediyası. səh. 473
- Bakının memarlıq ensiklopediyası. səh. 350
- Bakının memarlıq ensiklopediyası. səh. 199
- Bakının memarlıq ensiklopediyası. səh. 388
- Bakının memarlıq ensiklopediyası. səh. 238
- Bakının memarlıq ensiklopediyası. səh. 275
- Bakının memarlıq ensiklopediyası. səh. 246
- Bakının memarlıq ensiklopediyası. səh. 247
- Bakının memarlıq ensiklopediyası. səh. 243
- Bakının memarlıq ensiklopediyası. səh. 244
- Bakının memarlıq ensiklopediyası. səh. 383
- Ensiklopediya. səh. 387
- Bakının memarlıq ensiklopediyası. səh. 482
- Bakının memarlıq ensiklopediyası. səh. 491
- Bakının memarlıq ensiklopediyası. səh. 489
- Bakının memarlıq ensiklopediyası. səh. 188
- "В Баку начался снос домов на улице Физули". sputnik.az. 17.02.2010. İstifadə tarixi: 7 iyun 2018.[ölü keçid]
- Bakının memarlıq ensiklopediyası. səh. 124
- Bakının memarlıq ensiklopediyası. səh. 502
- Bakının memarlıq ensiklopediyası. səh. 231
- Fətullayev-Fiqarov, Şamil. Bakı memarları (XIX əsrin sonu - XX əsrin əvvəllərində). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. 112.
- Bakının memarlıq ensiklopediyası. səh. 316
- Гершкович, Евгения. . Баку. No.27: 56. 2018-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- Ахундов, Фуад. "Драма дома Гаджинского" (PDF). Irs. No.5. 2010: 32-35. 2021-08-11 tarixində (PDF). İstifadə tarixi: 8 iyun 2018.
- Bakının memarlıq ensiklopediyası. səh. 166
Ədəbiyyat
- Fətullayev-Fiqarov, Şamil. Bakı memarları (XIX əsrin sonu - XX əsrin əvvəllərində). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. 112.
- Azərbaycan Respublikası Memarlar İttifaqı, Bakının Memarlıq Ensiklopediyası, Bakı: Şərq-Qərb, 2013, ISBN
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asagidaki siyahida memar ve mulki muhendis Iohann Edelin eserleri gosterilmisdir Edel 1863 cu ilde Bilovac koloniyasinda alman ailesinde dogulmusdur Moskva Ressamliq Heykelterasliq ve Memarliq Kollecinde tehsil aldigi dovrde onun layihesi esasinda Bakida onun layihesi esasinda yuvangelik luteran kilsesi tabeliyinde mektebin binasi insa edilir Tehsilini basa vurduqdan sonra Iohann da atasi ve emisinin islediyi Baki seherine kocur 1888 ci ilden Edel Madam Sofi Valdenin sexsi mulkunde teskil edilmis Mariinski qiz gimnaziyasinda tedris etmeye baslayir Memarin muellifi oldugu binalardan altisi dovrumuze catmamisdir Onlardan ikisi hele memarin ozunun sagliginda sokulmus Muqeddes Varfolomey ve Rebbin cevrilmesi kilseleridir Diger uc abide ise 2010 cu illerde insasi zamani sokulmus Mirze Aga Eliyev kucesi 126 unvaninda yerlesen iki mertebeli yasayis binasi Fuzuli kucesi 33 unvaninda yerlesen Rzayevin uc mertebeli evi ve Cingiz Mustafayev kucesi 89 unvaninda yerlesen iki mertebeli ev olmusdur Lev Tolstoy kucesi 128 unvaninda yerlesen iki mertebeli bina ise 2000 ci illerde sokulmus ve yerinde coxmertebeli yasayis binasi insa edilmisdir Siyahida sokulmus binalar qirmizi fonda gosterilmisdir Memarin muellifi oldugu lakin bedii ve memarliq ehemiyyeti dasimayan taxta tikililer Baki qalasi yaxinliginda ticaret siralari Balaxanida Muqeddes Makariya kilsesi yaxinliginda kilsenin insasindan evvel qurasdirilmis muveqqeti taxta kilse siyahida gosterilmemisdir SiyahiIctimai binalar Bina Unvan Qisa tesvir Sekil Koordinantlari1 Muqeddes Varfolomey kilsesi Baki Asef Zeynalli kucesi 67 1892 ci ilde Iceriseherdeki Asef Zeynalli kucesinde I Edelin layihesi esasinda1818 ci ilde b e 71 ci ilinde sehid edilmesi ehtimal edilen yerde insa edilmis ve Muqeddes Nikolay kilsesinin insasina kimi fealiyyet gostermis texminen 1870 ci iller qedim kilsenin yerinde uslubunda insa edilmisdi Kilse yerli dindarlarin iyanesi sayesinde insa edilmisdir Kicik sovme formasinda olan kilsenin daxilinde Varfolomeyin o cumleden diger muqeddesleri ikonalari yerlesdirilmisdir Kilsenin divarinda asilmis mermer lovhede Isanin on iki hevarisinden biri olan Muqeddes Varfolomeyin mehz bu yerde sehadete qovusmasi qeyd edilmisdi 1936 ci ile kimi fasilesiz fealiyyet gostermis kilse hemin il SSRI de dinle mubarize cercivesinde dagidilmisdir 40 21 58 c e 49 50 12 q u 2 Rebbin cevrilmesi kilsesi Baki Qara Seher S M Sibayevin neftayrima zavodunun erazisi Nobel prospekti 111 S M Sibayevin yerlesen neftayrima zavodu erazisinde I Edelin layihesi esasinda rus memarligi uslubunda insa edilmis kilse olmusdur Kilsenin esasi 15 dekabr 1891 ci ilde qoyulmus 28 mart 1892 ci ilde insasi tamamlanmis kilsenin hesr olunma merasimi kecirilmisdir Kilse insa edileceyi haqqinda qerar Baki dindarlarinin sevincine sebeb olmus yerli ehali oz tesebbusu ile iyane toplamaga baslamisdir Kilsenin zengi de bagislanmisdir SSRI dovrunde kilsenin fealiyyeti dayandirilmis kilse binasi ise texnikum kimi istifade olunmusdur Sonradan bina sokulmus ve yerinde magazalar insa edilmisdir 40 21 58 c e 49 50 12 q u Mulki binalar Bina Unvan Qisa tesvir Sekil Koordinantlari1 Iki mertebeli yasayis binasi Baki Mirze Aga Eliyev kucesi 126 Mirze Aga Eliyev Cadrovaya 126 ve Murtuza Muxtarov Persidskaya 62 kucelerinin kesismesinde yerlesen uc mertebeli ucuncu mertebe sonradan elave edilmisdir yasayis binasidir Yasayis binasi order ve ordersiz insaat sisteminden istifadenin ustunluk teskil etdiyi dovrde Bakida seher tikintisinin memarliq sahe istiqametini mueyyen eden binalardan biridir Bu prinspi yonulmamis dasla horulmus kureciklerin saquli ritmli fasadin memarliq duzulusunde qorunur Memarliq kompozisiyasini zenginlesdirmekle yanasi ona xususi dinamizm ve incelik getiren ayna uzluukleri ve nazik profil edilmis sandrikler sayesinde yasayis binasinin fasadinin plastikasi daha zengin gorunur 40 22 29 c e 49 49 50 q u 2 Iki mertebeli yasayis binasi Baki Bulbul kucesi 8 Bulbul kucesi Bolsaya Morskaya 8 unvaninda yerlesen iki mertebeli yasayis binasi 1891 1893 cu illerde insa edilmisdir Klassik simmetriya prinsipleri ile ucaldilan bina sifaris sistemi esasinda o zamanlar yalniz Bakida deyil butun Avropada ustunluk teskil eden istiqameti eks etdirir Yasayis evinin xususi olaraq nezere carpan frontonlu merkezi pencere hasiyeleri ve ifadeli das detallari ile zengin yonulmamis dasla horulmus mertebeleri ile memarliq kompozisiyani tarazlasdiran yan rizalitleri vardir 40 22 18 c e 49 50 40 q u 3 Iki mertebeli yasayis binasi Baki Bulbul kucesi 10 ve Uzeyir Hacibeyov kucesinin kesismesi 1890 ci illerin evvellerinden Birja meydani indiki Sahil bagi erazisinde abadlasdirma islerine baslanilir Ele hemin il meydan yaxinliginda iki mertebeli bina layihesinin heyata kecirilmesi ucun tikinti sahesi ayrilir 26 iyul 1891 ci ilde I V Edel yasayis binasi layihesini teqdim edir Planlasdirma baximindan evin sahesi datilmis duzbucaq seklindedir Birinci mertebede kuce terefden dukan gozleri iceriye dogru ise bir sirada yerlesen mehdud asirimli yasayis otaqlari yerlesdirilib Memar pillekenleri perpendikulyar oxlar boyu yerlesdirib Bir nece pille ile vestibule acilan bas pilleken ikisirali sisteme kecir Heyet pilleken qefesleri ensiz marslidir Heyetin perimetri boyunca sutunlar uzerinde aciq uslublu qalereya yerlesmisdir Pillekenler ireliye heyet sahesine dogru cixariliblar ve qalereyanin strukturuna daxildirler Iri pencere gozleri otaqlara kifayet qeder tebii isiq dusmesini temin edir Bina orta tebeqeden olan sifarisci ucun nezerde tutulmusdur 40 22 18 c e 49 50 40 q u 4 Iki mertebeli yasayis binasi Baki Lev Tolstoy kucesi 128 Lev Tolstoy kucesi Gimnaziyskaya 128 unvaninda yerlesen iki mertebeli yasayis evi seherin tarixi mehellelerinin formalasmasinda ve inkisafinda esas hecmi ve memarliq elementi kimi cixis eden tikililerden biridir Fasadin memarligi zovqle hell olunmusdur ki bu da bolmelerde ve profillerde pencere kompozisiyasinin serhinde onlarin bedii tertibatinda dasdan yonulmus detallarin islenmesinde ozunu gosterir 5 Iki mertebeli yasayis binasi Baki Cingiz Mustafayev kucesi 89 Cingiz Mustafayev kucesi Suraxanskaya 89 unvaninda yerlesen iki mertebeli yasayis binasi fasadda binanin kompozisiya hellinin esas komponentleri onun proporsional bolunmeleri isiq ve kolge effektini veren cixintili horgu aydin sekilde islenmisdir pencerelerin relyef hasiyeleri ve temiz yonulmus dasdan olan divar fonunda bedii ehvali ruhiyye yaradan detallar binanin plastikasi ucun muhum ehemiyyete malikdir 40 22 26 c e 49 49 50 q u 6 Iki mertebeli yasayis binasi Baki Resul Rza kucesi 9 1892 ci ilde Resul Rza Mariinskaya 9 unvaninda insa edilmis yasayis binasi evvelce iki mertebeli olsa da 1938 ci ilde binaya daha iki mertebe de elave edilmisdir Ev order sisteminin usullari aksentsiz kompozisiya esasinda insa edilmisdir Fasad nazik plastika karnizllerin ve memarliq detallarinin aydin cekilmesi ile ferqlenir Bakinin tarixi merkezinin sehersalma strukturuna daxil olan bina kucenin memarliq simasinin formalasmasinda ehemiyyetli rol oynamisdir 40 22 14 c e 49 50 25 q u 7 Iki mertebeli yasayis evi Baki Uzeyir Hacibeyov kucesi 7 7 unvaninda yerlesen uc mertebeli ucuncu mertebe sonradan artirilib yasayis binasi seherin tarixi mehellelerinin qurulusunda hecm mekan kompozisiyasinin muhum elementlerinden biridir Klassik formalarda zengin plastiklik mertebelerin zerif mutenasib hisselere ayrilmasi das bloklardan olan gozel yonulmamis horgu hem ayri ayri hisselerin hem de butov fasadin memarliq detallarinin mukemmel islenmesi binani ferqlendiren esas xususiyyetlerdir Giris pillekeninin divari uzerinde bezekli naxislar ve yasayis ucun otaqlarin interyerlerinin tertibati memarin yuksek pesekarliq seviyyesini gosterir 40 22 17 c e 49 50 28 q u 8 Iki mertebeli yasayis evi Baki Xaqani kucesi 16 Xaqani kucesi Molokanskaya 16 unvaninda yerlesen iki mertebeli yasayis evi hazirda Xezer Deniz Gemiciliyi Qapali Sehmdar Cemiyyetininnin medeniyyet sarayi kimi fealiyyet gosterir sonradan ucuncu mertebe insa edilmisdir Bakinin merkezinde sayca cox az olan esl villalardan biri idi Bagcali bina qirmizi xetten kenarda yerlesirdi ki bu da Bakida tarixi mehellenin salinmasinda nadir hal idi Bina memarliq uslubu baximindan italyan intibahina meyllidir Burada korinf sutunlari ve klassik formali eyvanlardan istifade olunmusdur Bina fasadinin plastikliyi ince qurulmus interyerleri ve umumi plan xususiyyetlerine gore ferqlenir 40 22 21 c e 49 50 39 q u 9 Baki Nizami kucesi 56 ve Qoqol kucesi 3 Nizami kucesi Qubernskaya 56 ve Qoqol kucesi Pracecnaya 3 unvanlarinin kesismesinde yerlesen uc mertebeli yasayis binasi 1890 ci ilde Edelin layihesi esasinda insa edilmisdir Tinde yerlesen bina seher merkezinin tarixi mehellelerinin sehersalma strukturunda aktiv istirak edir Binanin memarliq kompozisiyasi qeyri order sisteminin prinsipleri zemininde qurulmusdur Pencere yerlerinin ritmi Baki seherinin spesifikasi ve iqlim seraitini eks etdirir Mertebelerin divarlarinin cixintili horgusu mertebelerarasi kemerlerin klassik profilleri sandriklerin zenginlikleri ve pencere hasiyeleri ve das detallarin yuksek keyfiyyeti maraqli kompozisiya yaradir 40 22 22 c e 49 50 24 q u 10 Baki Nizami kucesi 58 Nizami kucesi Qubernskaya 58 unvaninda yerlesen uc mertebeli yasayis binasi iki merhelede insa edilib Ilk iki mertebe I Edel terefinden 1902 ci ilde insa edilib ucuncu mertebe ise binaya 1960 ci ilde elave olunub Binanin kunc movqeyi onun hecmli plastika ve yan rizalitlerle vurgulanan hellini evvelceden mueyyen etmisdir Xarakterik uslublu yasayis evinin butun strukturu saquli bolgu ahengi ve kompozisiya modellesdirilmesi ile intibah memarligi motivinin klassik esasinda insa edilib Antressolu magazalarin iri yarimpergar sekilli vitrinlerile umumi hecm sxemi yonulmamis dasin ezemetli bloklari ve ikinci mertebenin bolgu ahengi ile mukemmellesdirilen ince cizilmis pencereler yuksek estetik funksiya dasiyir 40 22 22 c e 49 50 25 q u 11 Baki Qoqol kucesi 16 Qoqol kucesi Pracecnaya 16 ve Nizami kucesi Qubernskaya 81 kucelerinin kesismesinde yerlesen Murtuza Muxtarovun gelmeler ucun dord mertebeli yasayis binasinin uc mertebesi 1896 ci ilde I Edelin layihesi uzre insa edilmis dorduncu mertebe ise 1910 cu ilde memar Iosif Plosko terefinden etrafli melumat ucun bax elave edilmisdir Tin hissenin gunbezle qurtaran yarimdairevi helli seherin tarixi merkezinin bu hissesini cox gozel tamamlamaqla aktiv sehersalma elementi qisminde cixis edir Stil noqteyi nezerinden fasadlarin memarliginda order sisteminin klassik usullarindan istifade olunmusdur Coxotaqli rahat menzilleri zengin interyerleri ile ferqlenir Vurgulanmis rizalitler ifadeli ufuqi bolmeler pencereler uzerinde bitki ornamentli motivler pilyastrli pencere yerlerinin ritmi metal meheccerlere malik uzun das balkonlar fasadin mulayim plastikasini mueyyen edirler Bu yasayis binasi sehersalma xarakteri yaratmaqla Bakinin bedii obrazini formalasdiran zeruri komponentlerden biridir 40 22 23 c e 49 50 25 q u 12 Semsi Esedullayevin evi Baki Qoqol kucesi 9 Qoqol Pracecnaya 9 Tolstoy Gimnaziceskaya 183 ve Hezi Aslanov Karantinnaya 84 kucelerinin kesismesinde yerlesen uc mertebeli saray tipli yasayis binasi Neft ve kerosin krali leqebi ile taninan Baki milyoncularindan Semsi Esedullayevin sifarisi ile 1896 ci ilde mema I Edelin layihesi esasinda insa edilmisdir Bina uc kuceye baxir ve monumental fasadi ve hecmi ile tarixi merkezin sehersalma sisteminde ehemiyyetli yer tutur Onun memarliq hellinin seciyyevi cehetini sarayin vacib hisselerini muveffeqiyyetle berkiden gunbezle tamamlanmis yarimdairevi kuncler teskil edir Erazinin semereli istifadesi temteraqli menzillerin planlasma usullari parad zallarinin bezedilmesi ile interyerin zenginliyi bu sarayin bedii ehemiyyetini yukseltmisdir Binanin memarligi klassik formalarda verilmis hecmi plastika mertebelerin derin cixintili horgusu fonunda pencere girislerinin ritmi ve iri das kronsteynli coxsayli eyvanlarla zenginlesdirilmisdir 40 22 25 c e 49 50 23 q u 13 Baki Terlan Eliyarbeyov kucesi 8 ve A K Elizade kucesi 7 T Eliyarbeyov Milyutinski 8 A K Elizade Baryatinski 7 ve Nezaret dongesinin Kontrolnaya pereulok 2 kesismesinde yerlesen taxir Kolesnikovun iki mertebeli yasayis evi 1891 ci ilde memar I Edelin layihesi esasinda insa edilmisdir Binada 1920 ci ile kimi Baki qarsiliqli kredit cemiyyeti yerlesirdi Bina uc kuceye acilir ve tarixi mehellelerin planlasdirma strukturunda muhum bir movqe tuturdu Yasayis evi oz bedii memarliq gostericilerine hore Baki seraitinde klassik formalardan istifadenin maraqli bir numunesidir Esas fasad toskan orderinin monumental formalari ile tesvir olunmus merkez ve yan rizalitlerle mueyyen olunurdu Italyan pencerelerinin ritmi memarliq kompozisiyasinin inkisafinda esas rola malik merkezi hisseye daxildir Fasadlarin qurulmasinda ustalarin mehareti sayesinde heykelterasliq formalarina cevrilen uzluk materialin das ve ehengdasin ehemiyyeti cox boyukdur 40 22 09 c e 49 50 20 q u 14 Tacir Manafovun evi Baki Elimerdan bey Topcubasov 78 ve Samil Ezizbeyov 116 Elimerdan bey Topcubasov Tatarskaya 78 ve Samil Ezizbeyov Nijniy Priyutskaya 116 kucelerinin kesismesinde yerlesen iki mertebeli yasayis binasi kunc sahede yerlesmekle fasadlarin klassik usullarin tetbiq edilmesi ile qurulmus memarliq kompozisiyasi sayesinde seherin tarixi mehellelerinin tikilmesinde vacib elemente cevrilmisdir Fasadlarin profillenmis kemerler ile deqiq proporsional bolunmesi mertebelerin yonulmamis dasla horgusu ile birlikde pencere oyuqlarinin ahengliyi ela yonulmus das detallarla umumilikde XX esrin evvellerinde Bakinin memarligina xas yasayis evi obrazi obrazi yaradirlar 40 22 39 c e 49 50 09 q u 15 Iki mertebeli yasayis binasi Baki 28 may kucesi 13 28 may kucesi 13 unvaninda yerlesen iki mertebeli yasayis binasi 1891 1894 cu illerde I Edelin layihesi esasinda insa edilmis 1950 ci ilde binaya daha iki mertebe de elave olunmusdur Fasadin formasi merkezi oxvari struktur ve kenarlardan keskin rizalit ile ifade olunmusdur Fasadin genis plastikasi mertebelerin ince cixintili horgusu ve ehengdasindan olan memarliq elementleri ile berkidilmisdir Menzillerin tertibatinda enenevi susebend cox ugurlu sekilde tetbiq edilmisdir 40 22 32 c e 49 50 45 q u 16 Baki 28 may kucesi 5 28 may Telefonnaya 5 Besir Seferoglu Kamenistoy 186 ve Resid Behbudov Kaspiyskaya 15 kucelerinin kesismesinde 1895 1898 ci illerde insa edilmis uc mertebeli gelir evi seherin tarixi mehellelerinin sehersalmasinda xususi yer tutmaqla iki merkezi magistral xettinin kesismesinde yerlesir ve eyni zamanda uc kuceye cixisi movcuddur Memarliq ve planlasdirma xususiyyetlerine gore Bakida stilinde insa edilmis azsayli binalardan biridir Fasadin ordersiz sisteminin gunbezle vurgulanmis qalin kuncleri umumi gorunusu ve korinf sutunlari yasayis evinin umumi kompozisiyasinin esasi olmusdur 40 22 33 c e 49 50 44 q u 17 Baki Fuzuli kucesi 33 Fuzuli kucesi Balaxanskaya 33 unvaninda yerlesen neft senayecisi Rzayevin uc mertebeli yasayis binasi Baki memarligi ucun tipik olan seciyyevi planlasdirma qapali heyet ikicergeli tikilme sistemi ile 1894 cu ilde I Edel terefinden insa edilmisdir Yasti rizalitler susebend uslublu suselenmis eyvanla klassik formalarda dasdan duzeldilmis memarliq detallari ile gozel hell edilmis fasad kucenin qurulusunda muhum yer tuturdu Bina Qis bulvarinin insasi zamani 2010 cu illerde sokulmusdur 40 22 36 c e 49 50 08 q u 18 Qrifonlu ev Baki Yusif Memmedeliyev kucesi 20 Yusif Memmedeliyev kucesi Politseyskaya 20 unvaninda yerlesen memar I V Edelin layihesi esasinda 1894 1896 ci illerde B Lazerevin sifarisi esasinda insa edilmis iki mertebeli malikane tipli bina memarin yaradiciliginda xususi yer tutur Malikane mulk tipde olan yasayis evi 1894 1896 ci illerde memar I Edel terefinden insa edilmisdir Bina umumilikde Yusif Memmedeliyev kecmis Politeseyskaya kucesinin memarliq qurulusuna uygunlasdirilsa da oz klassik formalari kompozisiyasinin zerifliyi memarliq elementleri ve detallarinin incelikle tesvir edilmesi ile etrafdaki binalardan ferqlenir 40 22 16 c e 49 50 21 q u 19 Bir mertebeli yasayis binasi Baki Vidadi kucesi 133 Vidadi Tserkovnaya 133 unvaninda yerlesen ve 1894 1896 ci illerde kamera uslubunda insa edilmis bu yasayis evi ordersiz sistemin xususiyyetleri ile yerli iqlim seraitine uygunlasdirilmisdir Fasadin kompozisiyasinda istifade olunan susebend tikiliye xususi gozellik vermisdir Susebendde Avropa elementlerinin olmasina baxmayaraq bina umumilikde yerli uslubda tikilmisdir 40 26 21 c e 49 48 24 q u 20 Hacinskinin evi Baki Ehmed Cavad kucesi 12 ve Adil Babayev kucesi 7 kesismesi Ehmed Cavad Vrangelskaya 12 ve Adil Babayev Doktorskiy 7 kucelerinin kesismesinde yerlesen ve 1895 1899 cu illerde I Edelin layihesi esasinda insa edilmis Haciyevin evi Baki memarligi ucun seciyyevi olan proporsiyali hisselerin saxlanilmasi serti ile klassik formalarda inssa edilerek kucenin hecmli mekan strukturunun umumi sistemine daxildir Kompozisiyanin ucoxlu sistemi rizalitlerle ifade olunmus merkezi hisse ise ozunemexsus kartus ile vurgulanmisdir Burada fasad divarlarinin murekkeb cixintili horgusu pencere hasiyeleri ve detallarin islenmesi ile mueyyenlesen ifadeli plastikasi vardir Tebii dasla uzlenme de hemcinin binanin estetik ehemiyyetinin bir elementidir 40 22 16 c e 49 50 21 q u 21 Baki Semed Vurgun kucesi 10 Semed Vurgun Krasnovodskaya 10 unvannda 1899 cu ilde I Edelin layihesi esasinda insa edilmis uc mertebeli gelir evi sehersalma ve feza hecmi baximindan Baki seherinin tarixi mehellesinde ehemiyyetli movqede yerlesmisdir Demek olar ki kvadrat plana malik binanin her uc terefinde otaqlar iki sirada duzulmusdur Pilleken qefesleri cox rahat yerlesdirilmisdir Semed Vurgun kucesine dordmarsli Uzeyir Hacibeyli kucesine ise iki sirali pillekenler perpendikulyardir Yasayis binasinin monumental nisbeten ciddi memarligi Edelin yaradiciligina aid olan diger binalardan ferqlenerek diqqet cekir Qabariq profillenmis horizontal bolumler hakim movqeden cixis edirler Birinci mertebede bas girisler istisna edilmekle butun iri dukan gozleri binanin hundurluyu boyunca rizalitlerle qeyd olunublar Edelin fasad divarlarinda tetbiq etdiyi rustovka binanin uslubi ozelliklerinin aciqlanmasinda istiqametverici amildir 40 22 27 c e 49 50 30 q u 22 Mitrofanovun evi Baki Seid Rustemov kucesi 3 Seid Rustemov Oslovskaya 3 ve Hesen Abdullayev Vodovoznaya 6 kucelerinin kesismesinde yerlesen Dmitri Mitofanovun sarayi 1903 cu ilde I Edel terefinden insa edilmisdir Bina kunc movqeyini ugurla vurgulayan monumental hecmi feza helli ile ferqlenir Hecmin ufuqiliyi pencere deliklerinin ritmi ile vurgulanan binanin umumi strukturunu tarazlasdiraraq bir sira tinlemelere bolunmusdur Binanin memarliginda klassik formalarin butun elementleri ile order sisteminden istifade edilmisdir Iri korinf orderi fasadlarin hellinde en vacib element kimi binanin butun memarliq kompozisiyasina daxil olur Zengin plastikasi be yuksek seviyyeli insaat medeniyyeti ile bina Baki seherinin tarixi merkez tikilileri arasinda cox boyuk ehemiyyet kesb edir Bina Edelin yaradiciliginin en yaxsi numunelerinden biridir 40 22 06 c e 49 49 05 q u 23 Isa bey Hacinskinin evi Baki Neftciler prospekti 103 Isa bey HacinskininNeftciler prospekti Imperator II Aleksandr 103 ve Qulle kucesinin kesismesinde yerlesen bes mertebeli evi 1912 ci ilde insa edilib ve prospektin dominantlarindan biridir Onun gozel feal silueti ve hecmli kompozisiyasi tarixi mehellelerin qurulusunda aparici yer tutur Yasayis binasinin memarliq hellinde esasen XX esrin evvellerine xas olan butun seciyyevi ziddiyyetleri ile birge bedii vezifeler noqteyi nezerinden Roman memarliginin prinsiplerinden istifade olunmusdur Esas fasadin sert frontonu ile tamamlanmis kunc erkerin ustunluk teskil eden saquliliyi memarliq vezifesinin helli ucun aciq vereq kimi xidmet gostermisdir Fasadlarin uzerinde pencerelerin altinda estetik ve bedii keyfiyyetlere malik lociya eyvan ve erkerlerin formasinda hecmli plastikadan mozaikadan rengli vitrajlardan genis istifade olunmusdur Burada hemcinin divarlarin ve plafonlarin plastikliyinin easini teskil etmis dekorativ yapma on pillekenlerin ve yasayis otaqlarinin interyerlerinde cox maraqli sekilde oz hellini tapmisdir 40 21 50 c e 49 49 58 q u IstinadlarGumbatova T Edel Ioann Vilgelmovich arhitektor baku ru 2016 03 04 tarixinde Istifade tarixi 8 iyun 2018 Fatullaev Sh Gradostroitelstvo Baku XIX nachala XX vekov Pod red prof V I Pilyavskogo Leningrad Strojizdat 1978 seh 215 Chasovnya svyatogo apostola Varfolomeya Baku ourbaku com 2021 06 17 tarixinde Istifade tarixi 7 iyun 2018 Sobor Sv Nikolaya Chudotvorca Nikolaevskij staryj ourbaku com 2022 02 13 tarixinde Istifade tarixi 7 iyun 2018 ourbaku 2016 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 7 iyun 2018 Bakinin memarliq ensiklopediyasi seh 507 Bakinin memarliq ensiklopediyasi seh 207 Fetullayev seh 94 Bakinin memarliq ensiklopediyasi seh 234 Bakinin memarliq ensiklopediyasi seh 473 Bakinin memarliq ensiklopediyasi seh 350 Bakinin memarliq ensiklopediyasi seh 199 Bakinin memarliq ensiklopediyasi seh 388 Bakinin memarliq ensiklopediyasi seh 238 Bakinin memarliq ensiklopediyasi seh 275 Bakinin memarliq ensiklopediyasi seh 246 Bakinin memarliq ensiklopediyasi seh 247 Bakinin memarliq ensiklopediyasi seh 243 Bakinin memarliq ensiklopediyasi seh 244 Bakinin memarliq ensiklopediyasi seh 383 Ensiklopediya seh 387 Bakinin memarliq ensiklopediyasi seh 482 Bakinin memarliq ensiklopediyasi seh 491 Bakinin memarliq ensiklopediyasi seh 489 Bakinin memarliq ensiklopediyasi seh 188 V Baku nachalsya snos domov na ulice Fizuli sputnik az 17 02 2010 Istifade tarixi 7 iyun 2018 olu kecid Bakinin memarliq ensiklopediyasi seh 124 Bakinin memarliq ensiklopediyasi seh 502 Bakinin memarliq ensiklopediyasi seh 231 Fetullayev Fiqarov Samil Baki memarlari XIX esrin sonu XX esrin evvellerinde Baki Serq Qerb nesriyyati 2013 112 Bakinin memarliq ensiklopediyasi seh 316 Gershkovich Evgeniya Baku No 27 56 2018 06 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 8 iyun 2018 Ahundov Fuad Drama doma Gadzhinskogo PDF Irs No 5 2010 32 35 2021 08 11 tarixinde PDF Istifade tarixi 8 iyun 2018 Bakinin memarliq ensiklopediyasi seh 166EdebiyyatFetullayev Fiqarov Samil Baki memarlari XIX esrin sonu XX esrin evvellerinde Baki Serq Qerb nesriyyati 2013 112 Azerbaycan Respublikasi Memarlar Ittifaqi Bakinin Memarliq Ensiklopediyasi Baki Serq Qerb 2013 ISBN 978 9952 32 064 0