İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı.
İdris Bitlisi | |
---|---|
kürd. ئیدریسی بەدلیسی | |
Doğum tarixi | 1452 və ya 1457 |
Doğum yeri | |
Vəfat tarixi | 1520 |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | tarix |
Həyatı
Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır.
Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.
Bitlisli İdris fars dilində olan "Həşt behişt" ("Səkkiz cənnət dairəsi") əsərində Osmanlı sülaləsinin tarixini yazmışdır. Əsər eyni zamanda, türk dilinə tərcümə edilmişdir.
İdris Bitlisi 15 noyabr 1520-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
Əsərləri
Tibb, kosmoqrafiya, fəlsəfə, mistisizm, siyasət, etika və tarix kimi müxtəlif sahələrdə fars, ərəb və türk dillərində çoxlu əsər, tərcümə və şərhləri var. Fikirlərində Mövlana Cəlaləddin Rumi, Sənai, Cami və Şəbüstərinin təsiri var.
- "Risaləyi Bahariyyə" — fəsillərin yaranması, xüsusiyyətləri və bəzi təbii hadisələr haqqında fars dilində risalə. Ağqoyunlu hökmdarı Yaqub bəyə həsr olunmuşdu.
- "Risaləyi Həzaniyyə" — Ağqoyunlu hökmdarı Yaqub bəyin Azərbaycandan Arran səyahətini izah edən fars dilində əsər.
- "Münazaratü-səvm vəli" — oruc və bayram məsələlərini ayə və nəsr qarışığı ilə izah edən fars dilində əsər. 1502 -ci ildə II Bəyazidə təqdim edilmişdir.
- "Həşt Behişt" — II Bəyazidin əmri ilə fars dilində yazılmış, Osmanlının tarixi haqqında əsər. Bitlisi burada görünməmiş bir ədəbi üslubdan istifadə etmiş və hadisələr ağır bir dil ilə, çox uzun cümlələrlə ifadə etmişdir. Bəziləri İdrisə, bəziləri isə digər şairlərə aid olan ərəb və fars dillərində şeirlər də daxil edilmişdir. İlk səkkiz Osmanlı sultanının hər birinin dövrü ayrı bir bölmədə izah edilmişdir.
- "Miratül-cəmal" — politologiya və etika haqqında fars dilində əsər. II təqdim edilmişdir.
- "Miratül-uşaq" — təsəvvüf sahəsi üzrə fars dilində nəsr və şeir qarışığı ilə yazılmış əsər. Yavuz Sultan Səlimə həsr edilmişdir.
- "Səlimnamə" — Yavuz Sultan Səlimin doğulmasından vəfatına qədər olan hadisələri əhatə edən, qismən nəzm və qismən nəsr ilə fars dilində yazılmış əsər. Həşt Behişt üslubundadır və "Zeyl-i Həşt Behişt" kimi də tanınır.
- "Münazarayi işk ba ağıl" — Təsəvvüf və fəlsəfə ilə bağlı fars dilində əsər.
- "Kasayid və münşəyat və mürasəlat" — Osmanlı sultanları, görkəmli dövlət xadimləri, bəzi alimlər haqqında yazdığı qasidə və az miqdarda məktublarından ibarət fars dilində əsər.
- "Məcmuayi Müşəyat" — müəllifin sultan adına yazdığı bəzi məktublar, dövlət adamlarına və din xadimlərinə yazdığı şəxsi məktublardan ibarət fars dilində əsər.
- "Qanuni Şahənşahi" — siyasətnamə növündə fars dilində əsər.
- "Risalətül-iba an məvakil-vəba" — tibb sahəsi haqqında ərəb dilində əsər. Tıp alanında Arapça kaleme alınmış eserdir. Əsər vəbadan qorunma yolları haqqındadır.
- "Risalə fin-nəfs" — ruh mövzuları haqqında ərəb dilində əsər.
- "Şərhu əsrari-səvm min şərhi əsrari-ibadət" — Məmlük sultanı Qansu Qavriyə təqdim edilmiş ərəb dilində əsər.
- "Məcmuatu-münşəyat" — türk dilində yazılmış bəzi məktublardan ibarət əsər. Bitlisin türkcə dilində yazılmış məlum yeganə əsəridir. Təbrik və fəthnamə nümunələrini ehtiva edir.
- "Həqqül-mübin fi şərhi Haqqıl-yaxın" — Şəbüstərinin kəlam haqqında yazdığı əsərə fars dilində şərh. Yavuz Sultan Səlimin dövründə tamamlanmışdır.
- "Haşiyə əla Təfrisi Beyza" — Beyzəvinin əsərində mövcud olan fatihə təfsirinə ərəb dilində annotasiya. II Bəyazidə hədiyyə edildi.
- "Tərcümə və Təfsiri Hədisi Ərbayin" — nəzm ilə fars dilinə tərcümə edilmiş qırx hədisdən və onların şərhlərindən ibarət olan əsər.
- "Tərcümə və Nəzmı Hədisi Ərbayin" — nəzm ilə fars dilinə tərcümə edilmiş qırx hədisdən və onların şərhlərindən ibarət olan əsər.
- "Tərcüməyi Həyatül-Heyvan" — Heyvanların faydaları və zərərləri haqqında XIV əsrdə Kəmaləddin Dəmiri tərəfindən yazılmış, 1517–1518-ci illərdə Yavuz Sultan Səlimin buyruğu ilə fars dilinə tərcümə edilən əsər.
İstinadlar
- İnalcık, 2011. səh. 414
- Genç, Vural. "Rethinking Idris-i Bidlisi: An Iranian Bureaucrat and Historian between the Shah and the Sultan". Iranian Studies. 52 (3–4). 2019: 427. doi:10.1080/00210862.2019.1649979.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Afyoncu, Erhan. Sorularla Osmanlı İmparatorluğu (türk). 2004. ISBN .
Yavuz’un İran seferi sırasında Anadolu’da Şah İsmail’i destekleyen 40 bin Türkmen’i öldürttüğü söylenir. Ancak bu bilgi devrin kaynaklarından sadece İdris-i Bitlisi’nin Selim Şah-nâme’sinde vardır.
(#accessdate_missing_url) - "Yavuz Sultan Selim'in 'Kürt açılımı" (türk). 2015-12-22 tarixində . İstifadə tarixi: 5 sentyabr 2021.
Əlavə ədəbiyyat
- Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
- Genç, Vural. "Rethinking Idris-i Bidlisi: An Iranian Bureaucrat and Historian between the Shah and the Sultan". Iranian Studies (ingilis). 52 (3–4). 2019: 425–447. doi:10.1080/00210862.2019.1649979.
- Genç, Vural. "An Iranian Shāh-nāma Writer at the Court of Bāyezid II: Malekzāda Āhi". Journal of Persianate Studies (ingilis). 13 (2). 2021: 119–145. doi:10.1163/18747167-bja10009.
- Markiewicz, Christopher. The Crisis of Kingship in Late Medieval Islam: Persian Emigres and the Making of Ottoman Sovereignty (ingilis). Cambridge University Press. 2019.
- Abdüsselam, Uygur. ""Kanun-i Şehinşâhî" Tercümelerinde Rastlanan Bazı Çeviri Hataları ve Bunların Tashihi". Türkiyat Araştırmaları Dergisi (türk) (22). 2007.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Idris Bitlisi ve ya Bitlisli Idris tam adi Molla Hakim Idris Bitlisi 1452 ve ya 1457 Bitlis 1520 Konstantinopol XV esrin sonu ve XVI esrin evvellerinde yasamis kurd esilli Osmanli tarixcisi ve dovlet xadimi Azerbaycan turkcesinde danisirdi Idris Bitlisikurd ئیدریسی بەدلیسیDogum tarixi 1452 ve ya 1457Dogum yeri Bitlis Bitlis emirliyiVefat tarixi 1520Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Eyyubsultan qebiristanligiElm saheleri tarixHeyatiMolla Hakim Idris Bitlisi 18 yanvar 1457 ci ilde indiki Turkiyenin Bitlis seherinde anadan olmusdur O Sefevi sahina xidmet etmis ve sonradan Osmanli sultani II Beyazidin sarayina kocmusdur Orada ona Osmanli sulalesinin tarixini yazmaq tapsirilmisdir Idris daha sonra Beyazidin oglu sultan Yavuz Selimin sarayinda tarixci kimi calismisdir Bitlisli Idris Selimname eserinde yazir ki I Selimin hakimiyyeti dovrunde kurd asiret rehberlerini bir araya getirmeye nail olmusdur Bundan sonra o kurdleri qizilbaslarla doyusmeye tesviq etmis onlar ise Anadolunu qizilbaslardan qilincla temizlemeye and icmisdir Bu vaxt 40 min qizilbas qilincdan kecirilir Bitlisli Idris Osmanlinin Kurdustani feth etmesinde gosterdiyi komeye gore vali teyin edilmisdir Bitlisli Idris fars dilinde olan Hest behist Sekkiz cennet dairesi eserinde Osmanli sulalesinin tarixini yazmisdir Eser eyni zamanda turk diline tercume edilmisdir Idris Bitlisi 15 noyabr 1520 ci ilde Istanbul seherinde vefat etmisdir EserleriTibb kosmoqrafiya felsefe mistisizm siyaset etika ve tarix kimi muxtelif sahelerde fars ereb ve turk dillerinde coxlu eser tercume ve serhleri var Fikirlerinde Movlana Celaleddin Rumi Senai Cami ve Sebusterinin tesiri var Risaleyi Bahariyye fesillerin yaranmasi xususiyyetleri ve bezi tebii hadiseler haqqinda fars dilinde risale Agqoyunlu hokmdari Yaqub beye hesr olunmusdu Risaleyi Hezaniyye Agqoyunlu hokmdari Yaqub beyin Azerbaycandan Arran seyahetini izah eden fars dilinde eser Munazaratu sevm veli oruc ve bayram meselelerini aye ve nesr qarisigi ile izah eden fars dilinde eser 1502 ci ilde II Beyazide teqdim edilmisdir Hest Behist II Beyazidin emri ile fars dilinde yazilmis Osmanlinin tarixi haqqinda eser Bitlisi burada gorunmemis bir edebi uslubdan istifade etmis ve hadiseler agir bir dil ile cox uzun cumlelerle ifade etmisdir Bezileri Idrise bezileri ise diger sairlere aid olan ereb ve fars dillerinde seirler de daxil edilmisdir Ilk sekkiz Osmanli sultaninin her birinin dovru ayri bir bolmede izah edilmisdir Miratul cemal politologiya ve etika haqqinda fars dilinde eser II teqdim edilmisdir Miratul usaq tesevvuf sahesi uzre fars dilinde nesr ve seir qarisigi ile yazilmis eser Yavuz Sultan Selime hesr edilmisdir Selimname Yavuz Sultan Selimin dogulmasindan vefatina qeder olan hadiseleri ehate eden qismen nezm ve qismen nesr ile fars dilinde yazilmis eser Hest Behist uslubundadir ve Zeyl i Hest Behist kimi de taninir Munazarayi isk ba agil Tesevvuf ve felsefe ile bagli fars dilinde eser Kasayid ve munseyat ve muraselat Osmanli sultanlari gorkemli dovlet xadimleri bezi alimler haqqinda yazdigi qaside ve az miqdarda mektublarindan ibaret fars dilinde eser Mecmuayi Museyat muellifin sultan adina yazdigi bezi mektublar dovlet adamlarina ve din xadimlerine yazdigi sexsi mektublardan ibaret fars dilinde eser Qanuni Sahensahi siyasetname novunde fars dilinde eser Risaletul iba an mevakil veba tibb sahesi haqqinda ereb dilinde eser Tip alaninda Arapca kaleme alinmis eserdir Eser vebadan qorunma yollari haqqindadir Risale fin nefs ruh movzulari haqqinda ereb dilinde eser Serhu esrari sevm min serhi esrari ibadet Memluk sultani Qansu Qavriye teqdim edilmis ereb dilinde eser Mecmuatu munseyat turk dilinde yazilmis bezi mektublardan ibaret eser Bitlisin turkce dilinde yazilmis melum yegane eseridir Tebrik ve fethname numunelerini ehtiva edir Heqqul mubin fi serhi Haqqil yaxin Sebusterinin kelam haqqinda yazdigi esere fars dilinde serh Yavuz Sultan Selimin dovrunde tamamlanmisdir Hasiye ela Tefrisi Beyza Beyzevinin eserinde movcud olan fatihe tefsirine ereb dilinde annotasiya II Beyazide hediyye edildi Tercume ve Tefsiri Hedisi Erbayin nezm ile fars diline tercume edilmis qirx hedisden ve onlarin serhlerinden ibaret olan eser Tercume ve Nezmi Hedisi Erbayin nezm ile fars diline tercume edilmis qirx hedisden ve onlarin serhlerinden ibaret olan eser Tercumeyi Heyatul Heyvan Heyvanlarin faydalari ve zererleri haqqinda XIV esrde Kemaleddin Demiri terefinden yazilmis 1517 1518 ci illerde Yavuz Sultan Selimin buyrugu ile fars diline tercume edilen eser IstinadlarInalcik 2011 seh 414 Genc Vural Rethinking Idris i Bidlisi An Iranian Bureaucrat and Historian between the Shah and the Sultan Iranian Studies 52 3 4 2019 427 doi 10 1080 00210862 2019 1649979 Idris Bidlisi Enciklopedicheskij slovar Brokgauza i Efrona V 86 tomah 82 t i 4 dop SPb 1890 1907 Afyoncu Erhan Sorularla Osmanli Imparatorlugu turk 2004 ISBN 9756480122 Yavuz un Iran seferi sirasinda Anadolu da Sah Ismail i destekleyen 40 bin Turkmen i oldurttugu soylenir Ancak bu bilgi devrin kaynaklarindan sadece Idris i Bitlisi nin Selim Sah name sinde vardir accessdate missing url Yavuz Sultan Selim in Kurt acilimi turk 2015 12 22 tarixinde Istifade tarixi 5 sentyabr 2021 Elave edebiyyatHalil Inalcik 2011 Has Bagcede ʿAys u Tarab Nedimler Sairler Mutribler Istanbul Turkiye Is Bankasi Kultur Yayinlari Genc Vural Rethinking Idris i Bidlisi An Iranian Bureaucrat and Historian between the Shah and the Sultan Iranian Studies ingilis 52 3 4 2019 425 447 doi 10 1080 00210862 2019 1649979 Genc Vural An Iranian Shah nama Writer at the Court of Bayezid II Malekzada Ahi Journal of Persianate Studies ingilis 13 2 2021 119 145 doi 10 1163 18747167 bja10009 Markiewicz Christopher The Crisis of Kingship in Late Medieval Islam Persian Emigres and the Making of Ottoman Sovereignty ingilis Cambridge University Press 2019 Abdusselam Uygur Kanun i Sehinsahi Tercumelerinde Rastlanan Bazi Ceviri Hatalari ve Bunlarin Tashihi Turkiyat Arastirmalari Dergisi turk 22 2007