İbn Makula (tam adıː Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula; 1030 – 1082, Qorqan) — mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə.
İbn Makula | |
---|---|
ərəb. علي بن هبة الله بن علي بن جعفر بن علي بن مُحمَّد بن دلف | |
Doğum tarixi | 1030 |
Vəfat tarixi | 1082 |
Vəfat yeri | |
Fəaliyyəti | mühəddis, tarixçi |
Həyatı
IX əsrdə Əbu Cəfər Məhəmməd ibn Həbib əl-Bağdadi tərəfindən əsası qoyulan "əl-Mütəlif və-l-Müxtəlif" ("Adların oxşar və fərqli cəhətləri") janrı ərəb-müsəlman ədəbiyyatında bioqrafik ədəbiyyatın bir qolu hesab edilir. Bu janr XI əsrin ikinci yarısından başlayaraq çiçəklənmə dövrünü yaşayır. "Əl-Mütəlif və-l-Müxtəlif" mövzusunda yazan çoxsaylı müəlliflər arasında İbn Makulanın özünəməxsus yeri var. Qərbi Avropa və rus alimlərindən K.Brokelman və İ. Kraçkovski dövrün bu janrda yazmış çoxsaylı müəllifləri arasında məhz İbn Makulanın adını xüsusi qeyd etmişlər. Akademik İ. Kraçkovski İbn Makulanı əs-Səmaninin (1113–1167) sələfi kimi qəbul edərək onun "Əsmə ər-Ricəl" ("Hədis bilicilərinin adları") haqqında yazdığını vurğulamışdır.
Ərəb ədəbiyyatı tarixində mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə (genealogiya ilə məşğul olan alim) kimi məşhur olan Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula öz dövrünün tanınmış simalarındandır. O, Bağdadda vəzirlər, qazılar yetişdirən hörmətli, sayılıb-seçilən bir ailədə doğulmuşdur.
Makula adının mənası barədə ərəb müəllifləri məlumat vermir. Bununla maraqlanan İbn Xəllikan qeyd edir ki, o, bu sözün mənasını aça bilməmişdir. Onların nəsli Əbu Duləf əl-İcli övladları da adlanırdı. İclilər – Bəkr ibn Vail, sonra isə Rəbiədən Nəzər ibn Məad ibn Adnanın oğlullarından olan Mudarın qardaşlarının nəslidir. Azərbaycanla əlaqəsi olmuş Əmir Cavad Əbu Duləf əl Qasım ibn İsa əl-İcli bu nəsildəndir. İbn Kəsir xəbər verir ki, o, Xəlifə əl-Məmun və əl-Mütəsimin qoşun başçısı olmuşdur. Atası Hibbətullah isə Əmir əl-Möminin əl-Qaim Biəmrillahın vəziri olmuşdur. Bəzi mənbələrdə əmisi Hüseynin, digər mənbələrdə isə əmisi Abdullanın qazılar qazısı olması haqqında məlumat verilir. Bu nəsil həm də qazılar nəsli olduğu üçün İbn Makulanın həriki əmisinin müəyyən müddət qazılar qazısı olması mümkündür. Özünün "Səadülməlik" və "Əmir" ləqəbləriylə tanınmasının səbəbi, xəlifə Müqtədi Biəmrillah tərəfindən Xorasan və Səmərqəndə elçi kimi göndərilərkən bu adların verilməsidir.
Əslən İsfahan nahiyəsindəki Cərbəzqandan olan İbn Makula 5 Şaban 421-ci ildə (8 avqust 1030-cu il) Bağdad yaxınlığındakı Ukbəra kəndində anadan olmuşdur. İbn Makulanın doğum tarixi 402 (1011), 420, 422 və 429 (1038) olaraq da qeyd edilmişdir. Hər iki nisbə ilə, yəni Cərbəzqani və Bağdadi nisbələri ilə anılır. On yaşından etibarən tanınmış müəllimlərdən dərs alan İbn Makula iyirmi yaşına qədər onlardan Quran, ərəb dili, ədəbiyyat, hədis və hesabı öyrənmişdir. Daha sonra təhsilini davam etdirmək üçün Xorasan, Mavəraünnəhr, Cəzirə, Dəməşq və Misirə getmişdir. Yaxınları arasında hədis bilicisi kimi tanınmışdır. Əlavə olaraq hədis ravilərini gözəl tanıması, nəhv elmini dərindən bilməsi və yazdığı şeirlər onu daha da məşhur etmişdir. 462-ci ildə (1070) Bağdada qayıdan İbn Makulanın ölüm tarixi haqqında alimlərin fikri demək olar ki, bir qədər fərqlənir. İbn Əsakirə görə o, h. 475 (1082)-ci ildə Cürcanda özünün türk xidmətçiləri tərəfindən qətlə yetirilmişdir.
Hafiz İbn Nəsr də təqribən belə əhvalat danışır. İbn Nəsrə görə, h. 475-ci ildə (1082) Kirman tərəfə səfər edən İbn Makulanı yanında olan türk məmlükləri öldürərək malını ələ keçirmişlər. Əs-Səmani İbn Makulanın ya 476/1083, ya da 477/1084-cü ildə Əhvazda öldürülməsi haqqındakı məlumatı da İbn Nəsrdən eşitmişdir. Başqa bir versiyaya görə, İbn Makula Bağdaddan çıxıb Xuzistana gedərkən öldürülmüşdür. Bunu əs-Səmanidən başqa İbn-Xəlliqan da xəbər verir. O deyir: "Xidmətçiləri onu öldürərkən malını götürüb qaçmışlar".
Yaradıcılığı
İbn Makulanın müəllimləri arasında Xətib əl-Bağdadi, Buşra ibn Masis əl-Fatini ər-Rumi, Əhməd ibn Məhəmməd əl Atiqi və Qazı Əbu-t-Tayyib ət-Təbəri kimi alimlər olmuşdur. Onlardan başqa Übeydullah ibn Ömər ibn Şahin, Məhəmməd ibn Məhəmməd əl-Gilani, Əbu Mənsur Məhəmməd ibn əs-Savaq, Əbdüssəməd ibn Məhəmməd ibn Mukrəm və onun Bağdaddakı təbəqələri, Əbülqasım əl-Hinəi və onun Dəməşqdəki təbəqələrinin hədislərini dinləməsi haqqında orta əsr mənbələri məlumat verirlər. Onlardan bəzilərini Misirdə, digərlərini isə Xorasan, Mavəraünnəhr, Cibəl, əl-Cəzirə və sahil şəhərlərində dinləmişdir. İbn Makula təhsil aldığı şəhərlərdə bir çox hafiz və alimlərlə görüşmüşdür. Onun şeyxi olmuş Əbu Bəkr əl-Xətib (Xətib əl-Bağdadi), fəqih Nəsr ibn İbrahim əl-Müqəddəsi, Hafiz əl-Həsən ibn Əhməd əs-Səmərqəndi, Məhəmməd ibn Əbdülvahid əd-Duqqəq, Şuc’a ibn Faris əz-Zəhli, Əbu Abdulla əl-Humeydi, Məhəmməd ibn Tərxan ət-Türki və başqaları ondan faydalananlar arasında sayılmışlar. Onlar İbn Makuladan hədis öyrənmişlər.
Ərəb ədəbiyyatında İbn Makulanın əsil-nəcabətli nəsli haqqında da məlumatlara rast gəlmək olur. O, İmam Əlinin (r.a.) nəslindən olan Əş-Şərif Əbu Talib Əli ibn Hüseyn ibn əl-Həsən ibn Əli ibn əl-Hüseyn ibn Məhəmməd ibn əl-Həsən, Əbülhüseyn Əli ibn Məhəmməd ət-Tabaraninin əshabələrindən bir qrupu haqqında rəvayət etmiş, çoxlu hədis yazmışdır. Hədis toplamaq üçün Nişapura səfər etmiş, qeyri-adi (ğarib) hədisləri təsnif etdiyi samballı bir kitab yazmışdır. Həmədanda qərarlaşmış, imla məclisləri təşkil etmişdi. Şiraveyh əd-Deyləmi "ət-Tabəqat" əsərində yazırdı ki, Əmir Əbu Nəsr Səad əl-Mülkün vəziri kimi tanınırdı, o dəfələrlə elçi (səfir) kimi göndərilmişdi. O, kamil bir hafiz idi, bu iş onu həmişə məşğul etmişdi. Yaşadığı dövrdə Xətibdən başqa ona tay yox idi. İbn əl-Əsakirin məlumatına görə onun atası Hibbətullah Əmir əl-Mömin əl-Qaimin vəziri olmuş, əmisi əl-Hüseyn isə Bağdadda qazı məhkəmələrinə başçılıq etmişdir.
Əbülhəsən Məhəmməd ibn Mərzuqə görə, Xətib əl-Bağdadinin "Əl-Mutənif" əsərini təhlil edən İbn Makula onu bu əsərinə görə məzəmmət etmişdi. Bu xəbər Xətibə çatmışdı. İbn Makula Xətibin yanına gələrkən o, bu haqda xəbər alır. İbn Makula bunu inkar edir, heç cür boynuna almır və israr edərək deyir: "heç ağlıma da gəlməyib". Deyirlər ki, İbn Makulanın yazdığı tənqid Xətib əl-Bağdadi ölənə qədər səssiz qalır, yalnız o vəfat edəndən sonra işıq üzü görür. Ibn Makulanın Xətib əl Bağdadinin əsərinə yazdığı tənqidi mətn "Mustəmərrul-avham" ("Xəyalların davamlı olması") adlanırdı.
İbn Makula haqqında orta əsr müəlliflərindən əl-Müqəddəsi, əs-Səmani, İbn-Nəccar, əd-Duni və əs-Siləfi də öz fikirlərini bildirmişlər. Əs-Səmani demişdir:
İbn Makula ağıllı, gözüaçıq, bilikli bir hafiz olmuşdur. Hafizəsini o qədər cilalamışdı ki, hətta onu "İkinci Xətib" deyə adlandırırdılar. O, güclü dilçi olmaqdan başqa, bəlağətli ifadələri, üslubu və bir çox əhəmiyyətli şeirləri olan mübariz bir şair kimi də tanınmışdır. |
Dünyanı dolaşan İbn Makula dövrünün mədəniyyət mərkəzlərindən olan Bağdadda qərar tutmuşdur. Bu şəhərdə azərbaycanlı Bədil ibn Əli əl-Bərzəndi* İbn Makulanın özünün şeyxlərinə hədis nəql etmişdir.
Ərəb müəlliflərindən İbn Nəccar onun gənc yaşlarından elmi sevdiyini, hədis toplaması haqqında məlumat verir. O, qeyd edirdi ki, camaat şeyxləri onun evinə yola salar, İbn Makula onları dinləyərdi, sonra isə özü də səyahətə çıxardı. Hədis işində o çox usta idi. Ədəb elminə də yiyələnmişdi. Onun nəzm, nəsr və digər ədəbi əsərləri var. Əl-Müqtədi Billah onu Səmərqənd və Buxaraya elçi təyin etmişdi. Ümumiyyətlə, alimlərin çoxu onun hafizəsinin iti olmasını xüsusi qeyd edirlər. Əl-Hümeyd deyərdi:
Əl-Xətibə (Xətib əl-Bağdadi) bir sualla müraciət edəndə o, kitaba baxandan sonra məni hali edirdi, İbn Makulaya müraciət edəndə isə heç vaxt olmayıb ki, hafizəsi ilə mənə cavab verməsin. Elə dəqiqliklə deyirdi ki, sanki kitabdan oxuyurdu. |
Bunu Əbu-Tahir əs-Siləfi də təsdiq edir. Onun məlumatına görə, Əbulğənaim ən-Nərsədən əl-Xətib haqqında soruşarkən demişdi:
Misli olmayan dağ kimidir. Onun kimisini biz görməmişik. Ondan nə soruşurdunsa cavab verirdi, yalnız kitaba baxandan sonra. Lakin olurdu ki, əmir (İbn Makula) həmin an cavab verirdi. Bu onun hafizəsinin güclü olmasına dəlalət edir. |
İbn Makula Azərbaycanlı ziyalılar haqqında
İbn Makula Azərbaycanla yaxından tanış olaraq onun ziyalıları ilə bağlı adam olmuşdur. Onun naxçıvanlı alimlər, o cümlədən Xodadad ibn Asim haqqındakı məlumatı ilk mənbə kimi qiymətlidir. Böyük bioqrafik alim əs-Səmani İbn Makulanın şeyxləri arasında naxçıvanlı Xodadad ibn Asimin də adını çəkir.
İbn Makula "Əl-İkməl" əsərində Əhməd ibn Yusif əl-Ərdəbili əl-Kisəyi haqqında danışarkən özünün Ərdəbildə və Arranda olması barədə məlumat verir. Onun Ərdəbillə bağlı olmasını göstərən digər məlumat isə Əbu Bəkr Əhməd ibn Hüseynəl-Ləccamın ərdəbilli olmasını təsdiq edən faktdır. Ərdəbil şeyxiimam Əhməd ibn Yusif İbn Makulanı əl-Ləccamın ərdəbilli olmasına inandırmışdı.
Gəncədə Əbu Tahir əs-Siləfi İbn Makulanın bu şəhərə səfəri haqqında məlumat almışdı. Gəncədə görüşmüşdü. Əs-Siləfi bu xəbri özünün "Mucəm əl-Səfər" əsərində qeyd etmişdir.
İbn Makula Azərbaycan şəhərlərindən Gəncə və Ərdəbillə yanaşı Urmiyada olması haqqında da oxucusunu məlumatlandırır. Onun bu şəhərlərdə olması haqqındakı məlumatları yalnız İbn Makulanın öz dili ilə dedikləridir. Ola bilsin ki, İbn Makulanın Azərbaycan şəhərlərində olub adını xüsusi olaraq vurğulamadığı şəhərlər də olmuşdur. İbn Makulanın "əl-İkməl" əsəri digər əsərlərindən daha məşhur olmuşdur. Bu əsərin məlumatından əs-Səmani, Yaqut əl Həməvi və digər ərəbdilli müəlliflər istifadə etmişlər.
İbn Makulanın "əl-İkməl" kitabı ilə Vəliyuddin Əbu Abdulla Məhəmməd ibn Abdulla əl-‘Amri ət-Təbrizinin h.VIII əsrin alimlərindən bəhs edən "Əl-İkməl fi əsmə’ir-ricəl" əsəri ilə qarışdırmamalıdır. Bu əsər "Muşkətul-masabih" əsəri ilə birlikdə Peterburqda 1898–1899-cu illərdə rus dilində nəşr olunmuşdur.
Onun qeyd olunan bu əsərindən başqa "Məfəxərat əl qələm və-s-seyf və-d-dinar ("Qələm, qılınc və dinarın özlərini öyməsi"), "Mustəmirrul-avham alə zavi-t-təmənna val-əhləm" ("Xəyalların arzu və istəklər üzərində sürəkliliyi"), "Kitab əl Vüzara" ("Vəzirlər kitabı"), "Kitab fi elmi-hədis" ("Hədis elmi haqqında kitab") adlı kitablar da İbn Makulanın əsərləri sırasında sayılır.
İbn Makula "Əl-İkməl" əsərində əsasən mühəddisləri qələmə almışdır. Bunun da səbəbi dövrlə bağlı hadisədir. İbn Makulanın dövründə bu elm sahəsi ən hörmətli sahələrdən hesab olunurdu. Buna görə də alimlərin çoxu öz ixtisasları ilə bərabər həm də hədislə məşğul olmağı bir növ özlərinə borc bilirdilər. İbn Makula əsərində 55 nəfər azərbaycanlı fəqihin adını çəkir..Bunlardan Bab əl-Əbvab, Gəncə, Ərdəbil, Bərdə, Bərzənd, Naxçıvan, Dəbil, Zəncan, Sərab, Urmiya, Uşnu, Marağa, Miyanə, Qəbələ şəhərindən çıxmış mühəddislər üstünlük təşkil edir. Onlardan bir neçəsi ixtisar olmaqla əsasən həqiqəti söylədikləri göstərilir.
Xilafət dövrü ərəb-müsəlman tarixşünaslığında şəxsiyyətlərin cəmiyyətdəki rolu mövzusu IX əsrdən başlayaraq yeni bir ünsür kimi meydana gəlmişdir. Artıq bu dövrdən başlayaraq ərəb-müsəlman mütəfəkkirlərinin əsərlərində şəxsiyyətlərin tərcümeyi-halı, onların mədəni həyatda oynadıqları rol nəzərə çatdırılaraq xüsusi şəkildə qeyd olunmağa başlayır.
Quranın nazil olmasından ilk fiksasiyasına qədər on illərlə vaxt keçmişdi. Bu müddət ərzində müsəlman bioqrafik əsərlərinin yaranması üçün zəmin hazırlanmış oldu. Yalnız xəlifə Əbu Bəkr dövründə Quranın kitab şəklinə salınması Zeyd ibn Sabit tərəfindən reallaşdı. Bu mövzuda ilk yazılar Muhəmməd peyğəmbərin (s.a.s.) həyat tərzinə, zaman keçdikçə onun səhabələrinə, səhabələrin davamçılarına, davamçıları izləyənlərə, təfsirçilərə və təfsirçilərdən sonra gələnlərə həsr olunmuşdur. Ərəb Şərqində ilk bioqrafik əsərlədən biri Həmd ibn Səad əz-Zuhri əl Bəsrinin (ö. 230/845) səhabələr və onların davamçıları haqqındaolan "ət-Tabəqat əl-kubra" əsəri hesab edilir. Bu əsərin ardınca nüfuzlu hədis bilicilərinə həsr olunmuş Məhəmməd ibn İsmayıl əl-Buxarinin (ö. 256/870) "Buxara tarixi" əsəri oxucuları arasında məşhurlaşmışdı. Özünün "Sihah" əsərindən əvvəl yazdığı bu kitab da səhabələrdən tutmuş dövrünün şeyxləri də daxil olmaqla 13000-ə yaxın ravinin etibarlılıq dərəcəsini təsbit etmişdir.
Zaman keçdikcə şəxsiyyətlərə həsr edilmiş əsərlərin sayı artmağa başlayır. Əgər Xilafətin formalaşdığı dövrdə və ilk ərəbfəthləri zamanı daha çox siyasi tarixin yazılmasına yer verilirdisə, getdikcə görkəmli şəxsiyyətlərin tərcümeyi-halının yazılmasına üstünlük verilməyə başlanır. Əl-Bəhşəl kimi tanınan Əbülhəsən Əsləm ibn Səhl ibn Əsləm əl-Vasiti ər-Rəzzaz (ö.h. 288/902) özünün IX–X əsrlər astanasında yazdığı 258 səhifəlik "Tarixu-Vasit" kitabının 10 səhifəsini siyasi tarixə, 248 səhifəsini isə dövrün görkəmli şəxsiyyətlərinə həsr etmişdir. Əl-Vasitinin kitabından sonra şəxsiyyətlərin qeydə alınmasını Hafiz Əbülhəsən əd-Darəqutni (X əsr) davam etdirərək, "Əsma ət-Tabiin" ("Davamçıların adları") adlı bir sorğu kitabı tərtib etmişdir.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Record #44555775 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
- Əliyeva Nərgiz Ağasəlim qızı. İbn Makula (1030–1082) azərbaycanlı ziyalılar haqqında. Bakı: Turxan NPB, 2014. – s.14–21[ölü keçid]
- И. Ю. Крачковский. Избранные сочинения, т. IV. М.-Л., 1957, с. 315–316
- ابن خلكان. كتاب و فياة االعيان و انبا الزمان. الجلد االول، القاھرة،١٩٨١ ،ص.٣٣٣
- ابن ماكوال.االكمال فى رفع االرتيابعن الموتلف والمختلف فى االسمأ الكنى واالنساب، بيروت، ١٩٩٠ ، الجلداالول، ص. ب
- ابنالكثير. البداية و النھاية.الجلد الخامس، دار الطقوى، المدينة المنورة، ص.٦٥٨
- إبنعساكر. تاريخ إبنعساكر. الجلد الثانى عشرة،ص. ٨٣-١٨٢
- .شذراتالذھب فى اخبار من ذھب للموٴرخ الفقيه االديب ابى الفالح عبد الحى بن العماد الحنبلى.ج.٣ — ٤ ، بيروت، ص. ١٨٣
- Nuri Topaloğlu. İbn Makula. İslam Ansiklopedisi. C. 20, İstanbul, 1999, s. 168
- الزرقلى خير الدين. االعالم. القاھرة ١٣٧٣-٧٨ ﴿١٩۵٩-١٩۵۶ ﴾الجلد الخامس ، النشر .الثانى، ص. ٧٨١
- إبنعساكر. تاريخ إبنعساكر. الجلد الثانى عشرة ، ص. ٠٨٢
- ابن ماكوال. الجلداالول ،ص. ١٨
- ابن ماكوال. الجلد االول ،ص. ج
- ابن ماكوال. الجلد االول ، ص. ٨١٢- ٢ ١ ٩
- الجلد االول ، ص. ج
- Mustafa el-Azami. Buhari. Muhammed ibn İsmail. İslam ansiklopedisi. c. 6.İstanbul, 1992, s. 371
- Крачковский И. Ю. Арабская географическая литература. Избр. соч., т.IV. М-Л.: Изд-во АН СССР, 1957, c.315
Xarici keçidlər
Əliyeva Nərgiz Ağasəlim qızı. İbn Makula (1030–1082) azərbaycanlı ziyalılar haqqında. Bakı: Turxan NPB, 2014.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ibn Makula tam adiː Ebu Nesr Eli ibn Hibbetullah ibn Eli ibn Cefer ibn Eli ibn Mehemmed ibn Makula 1030 1082 Qorqan mavle boyuk emir alim tarixci edib hafiz tenqidci nessebe Ibn Makulaereb علي بن هبة الله بن علي بن جعفر بن علي بن م حم د بن دلف Dogum tarixi 1030Vefat tarixi 1082Vefat yeri Qorqan Qorqan sehristani Gulustan ostani IranFealiyyeti muheddis tarixciHeyatiIX esrde Ebu Cefer Mehemmed ibn Hebib el Bagdadi terefinden esasi qoyulan el Mutelif ve l Muxtelif Adlarin oxsar ve ferqli cehetleri janri ereb muselman edebiyyatinda bioqrafik edebiyyatin bir qolu hesab edilir Bu janr XI esrin ikinci yarisindan baslayaraq ciceklenme dovrunu yasayir El Mutelif ve l Muxtelif movzusunda yazan coxsayli muellifler arasinda Ibn Makulanin ozunemexsus yeri var Qerbi Avropa ve rus alimlerinden K Brokelman ve I Krackovski dovrun bu janrda yazmis coxsayli muellifleri arasinda mehz Ibn Makulanin adini xususi qeyd etmisler Akademik I Krackovski Ibn Makulani es Semaninin 1113 1167 selefi kimi qebul ederek onun Esme er Ricel Hedis bilicilerinin adlari haqqinda yazdigini vurgulamisdir Ereb edebiyyati tarixinde mavle boyuk emir alim tarixci edib hafiz tenqidci nessebe genealogiya ile mesgul olan alim kimi meshur olan Ebu Nesr Eli ibn Hibbetullah ibn Eli ibn Cefer ibn Eli ibn Mehemmed ibn Makula oz dovrunun taninmis simalarindandir O Bagdadda vezirler qazilar yetisdiren hormetli sayilib secilen bir ailede dogulmusdur Makula adinin menasi barede ereb muellifleri melumat vermir Bununla maraqlanan Ibn Xellikan qeyd edir ki o bu sozun menasini aca bilmemisdir Onlarin nesli Ebu Dulef el Icli ovladlari da adlanirdi Icliler Bekr ibn Vail sonra ise Rebieden Nezer ibn Mead ibn Adnanin oglullarindan olan Mudarin qardaslarinin neslidir Azerbaycanla elaqesi olmus Emir Cavad Ebu Dulef el Qasim ibn Isa el Icli bu nesildendir Ibn Kesir xeber verir ki o Xelife el Memun ve el Mutesimin qosun bascisi olmusdur Atasi Hibbetullah ise Emir el Mominin el Qaim Biemrillahin veziri olmusdur Bezi menbelerde emisi Huseynin diger menbelerde ise emisi Abdullanin qazilar qazisi olmasi haqqinda melumat verilir Bu nesil hem de qazilar nesli oldugu ucun Ibn Makulanin heriki emisinin mueyyen muddet qazilar qazisi olmasi mumkundur Ozunun Seadulmelik ve Emir leqebleriyle taninmasinin sebebi xelife Muqtedi Biemrillah terefinden Xorasan ve Semerqende elci kimi gonderilerken bu adlarin verilmesidir Eslen Isfahan nahiyesindeki Cerbezqandan olan Ibn Makula 5 Saban 421 ci ilde 8 avqust 1030 cu il Bagdad yaxinligindaki Ukbera kendinde anadan olmusdur Ibn Makulanin dogum tarixi 402 1011 420 422 ve 429 1038 olaraq da qeyd edilmisdir Her iki nisbe ile yeni Cerbezqani ve Bagdadi nisbeleri ile anilir On yasindan etibaren taninmis muellimlerden ders alan Ibn Makula iyirmi yasina qeder onlardan Quran ereb dili edebiyyat hedis ve hesabi oyrenmisdir Daha sonra tehsilini davam etdirmek ucun Xorasan Maveraunnehr Cezire Demesq ve Misire getmisdir Yaxinlari arasinda hedis bilicisi kimi taninmisdir Elave olaraq hedis ravilerini gozel tanimasi nehv elmini derinden bilmesi ve yazdigi seirler onu daha da meshur etmisdir 462 ci ilde 1070 Bagdada qayidan Ibn Makulanin olum tarixi haqqinda alimlerin fikri demek olar ki bir qeder ferqlenir Ibn Esakire gore o h 475 1082 ci ilde Curcanda ozunun turk xidmetcileri terefinden qetle yetirilmisdir Hafiz Ibn Nesr de teqriben bele ehvalat danisir Ibn Nesre gore h 475 ci ilde 1082 Kirman terefe sefer eden Ibn Makulani yaninda olan turk memlukleri oldurerek malini ele kecirmisler Es Semani Ibn Makulanin ya 476 1083 ya da 477 1084 cu ilde Ehvazda oldurulmesi haqqindaki melumati da Ibn Nesrden esitmisdir Basqa bir versiyaya gore Ibn Makula Bagdaddan cixib Xuzistana gederken oldurulmusdur Bunu es Semaniden basqa Ibn Xelliqan da xeber verir O deyir Xidmetcileri onu oldurerken malini goturub qacmislar YaradiciligiIbn Makulanin muellimleri arasinda Xetib el Bagdadi Busra ibn Masis el Fatini er Rumi Ehmed ibn Mehemmed el Atiqi ve Qazi Ebu t Tayyib et Teberi kimi alimler olmusdur Onlardan basqa Ubeydullah ibn Omer ibn Sahin Mehemmed ibn Mehemmed el Gilani Ebu Mensur Mehemmed ibn es Savaq Ebdussemed ibn Mehemmed ibn Mukrem ve onun Bagdaddaki tebeqeleri Ebulqasim el Hinei ve onun Demesqdeki tebeqelerinin hedislerini dinlemesi haqqinda orta esr menbeleri melumat verirler Onlardan bezilerini Misirde digerlerini ise Xorasan Maveraunnehr Cibel el Cezire ve sahil seherlerinde dinlemisdir Ibn Makula tehsil aldigi seherlerde bir cox hafiz ve alimlerle gorusmusdur Onun seyxi olmus Ebu Bekr el Xetib Xetib el Bagdadi feqih Nesr ibn Ibrahim el Muqeddesi Hafiz el Hesen ibn Ehmed es Semerqendi Mehemmed ibn Ebdulvahid ed Duqqeq Suc a ibn Faris ez Zehli Ebu Abdulla el Humeydi Mehemmed ibn Terxan et Turki ve basqalari ondan faydalananlar arasinda sayilmislar Onlar Ibn Makuladan hedis oyrenmisler Ereb edebiyyatinda Ibn Makulanin esil necabetli nesli haqqinda da melumatlara rast gelmek olur O Imam Elinin r a neslinden olan Es Serif Ebu Talib Eli ibn Huseyn ibn el Hesen ibn Eli ibn el Huseyn ibn Mehemmed ibn el Hesen Ebulhuseyn Eli ibn Mehemmed et Tabaraninin eshabelerinden bir qrupu haqqinda revayet etmis coxlu hedis yazmisdir Hedis toplamaq ucun Nisapura sefer etmis qeyri adi garib hedisleri tesnif etdiyi samballi bir kitab yazmisdir Hemedanda qerarlasmis imla meclisleri teskil etmisdi Siraveyh ed Deylemi et Tabeqat eserinde yazirdi ki Emir Ebu Nesr Sead el Mulkun veziri kimi taninirdi o defelerle elci sefir kimi gonderilmisdi O kamil bir hafiz idi bu is onu hemise mesgul etmisdi Yasadigi dovrde Xetibden basqa ona tay yox idi Ibn el Esakirin melumatina gore onun atasi Hibbetullah Emir el Momin el Qaimin veziri olmus emisi el Huseyn ise Bagdadda qazi mehkemelerine basciliq etmisdir Ebulhesen Mehemmed ibn Merzuqe gore Xetib el Bagdadinin El Mutenif eserini tehlil eden Ibn Makula onu bu eserine gore mezemmet etmisdi Bu xeber Xetibe catmisdi Ibn Makula Xetibin yanina gelerken o bu haqda xeber alir Ibn Makula bunu inkar edir hec cur boynuna almir ve israr ederek deyir hec aglima da gelmeyib Deyirler ki Ibn Makulanin yazdigi tenqid Xetib el Bagdadi olene qeder sessiz qalir yalniz o vefat edenden sonra isiq uzu gorur Ibn Makulanin Xetib el Bagdadinin eserine yazdigi tenqidi metn Mustemerrul avham Xeyallarin davamli olmasi adlanirdi Ibn Makula haqqinda orta esr muelliflerinden el Muqeddesi es Semani Ibn Neccar ed Duni ve es Silefi de oz fikirlerini bildirmisler Es Semani demisdir Ibn Makula agilli gozuaciq bilikli bir hafiz olmusdur Hafizesini o qeder cilalamisdi ki hetta onu Ikinci Xetib deye adlandirirdilar O guclu dilci olmaqdan basqa belagetli ifadeleri uslubu ve bir cox ehemiyyetli seirleri olan mubariz bir sair kimi de taninmisdir Dunyani dolasan Ibn Makula dovrunun medeniyyet merkezlerinden olan Bagdadda qerar tutmusdur Bu seherde azerbaycanli Bedil ibn Eli el Berzendi Ibn Makulanin ozunun seyxlerine hedis neql etmisdir Ereb muelliflerinden Ibn Neccar onun genc yaslarindan elmi sevdiyini hedis toplamasi haqqinda melumat verir O qeyd edirdi ki camaat seyxleri onun evine yola salar Ibn Makula onlari dinleyerdi sonra ise ozu de seyahete cixardi Hedis isinde o cox usta idi Edeb elmine de yiyelenmisdi Onun nezm nesr ve diger edebi eserleri var El Muqtedi Billah onu Semerqend ve Buxaraya elci teyin etmisdi Umumiyyetle alimlerin coxu onun hafizesinin iti olmasini xususi qeyd edirler El Humeyd deyerdi El Xetibe Xetib el Bagdadi bir sualla muraciet edende o kitaba baxandan sonra meni hali edirdi Ibn Makulaya muraciet edende ise hec vaxt olmayib ki hafizesi ile mene cavab vermesin Ele deqiqlikle deyirdi ki sanki kitabdan oxuyurdu Bunu Ebu Tahir es Silefi de tesdiq edir Onun melumatina gore Ebulgenaim en Nerseden el Xetib haqqinda sorusarken demisdi Misli olmayan dag kimidir Onun kimisini biz gormemisik Ondan ne sorusurdunsa cavab verirdi yalniz kitaba baxandan sonra Lakin olurdu ki emir Ibn Makula hemin an cavab verirdi Bu onun hafizesinin guclu olmasina delalet edir Ibn Makula Azerbaycanli ziyalilar haqqindaIbn Makula Azerbaycanla yaxindan tanis olaraq onun ziyalilari ile bagli adam olmusdur Onun naxcivanli alimler o cumleden Xodadad ibn Asim haqqindaki melumati ilk menbe kimi qiymetlidir Boyuk bioqrafik alim es Semani Ibn Makulanin seyxleri arasinda naxcivanli Xodadad ibn Asimin de adini cekir Ibn Makula El Ikmel eserinde Ehmed ibn Yusif el Erdebili el Kiseyi haqqinda danisarken ozunun Erdebilde ve Arranda olmasi barede melumat verir Onun Erdebille bagli olmasini gosteren diger melumat ise Ebu Bekr Ehmed ibn Huseynel Leccamin erdebilli olmasini tesdiq eden faktdir Erdebil seyxiimam Ehmed ibn Yusif Ibn Makulani el Leccamin erdebilli olmasina inandirmisdi Gencede Ebu Tahir es Silefi Ibn Makulanin bu sehere seferi haqqinda melumat almisdi Gencede gorusmusdu Es Silefi bu xebri ozunun Mucem el Sefer eserinde qeyd etmisdir Ibn Makula Azerbaycan seherlerinden Gence ve Erdebille yanasi Urmiyada olmasi haqqinda da oxucusunu melumatlandirir Onun bu seherlerde olmasi haqqindaki melumatlari yalniz Ibn Makulanin oz dili ile dedikleridir Ola bilsin ki Ibn Makulanin Azerbaycan seherlerinde olub adini xususi olaraq vurgulamadigi seherler de olmusdur Ibn Makulanin el Ikmel eseri diger eserlerinden daha meshur olmusdur Bu eserin melumatindan es Semani Yaqut el Hemevi ve diger erebdilli muellifler istifade etmisler Ibn Makulanin el Ikmel kitabi ile Veliyuddin Ebu Abdulla Mehemmed ibn Abdulla el Amri et Tebrizinin h VIII esrin alimlerinden behs eden El Ikmel fi esme ir ricel eseri ile qarisdirmamalidir Bu eser Musketul masabih eseri ile birlikde Peterburqda 1898 1899 cu illerde rus dilinde nesr olunmusdur Onun qeyd olunan bu eserinden basqa Mefexerat el qelem ve s seyf ve d dinar Qelem qilinc ve dinarin ozlerini oymesi Mustemirrul avham ale zavi t temenna val ehlem Xeyallarin arzu ve istekler uzerinde surekliliyi Kitab el Vuzara Vezirler kitabi Kitab fi elmi hedis Hedis elmi haqqinda kitab adli kitablar da Ibn Makulanin eserleri sirasinda sayilir Ibn Makula El Ikmel eserinde esasen muheddisleri qeleme almisdir Bunun da sebebi dovrle bagli hadisedir Ibn Makulanin dovrunde bu elm sahesi en hormetli sahelerden hesab olunurdu Buna gore de alimlerin coxu oz ixtisaslari ile beraber hem de hedisle mesgul olmagi bir nov ozlerine borc bilirdiler Ibn Makula eserinde 55 nefer azerbaycanli feqihin adini cekir Bunlardan Bab el Ebvab Gence Erdebil Berde Berzend Naxcivan Debil Zencan Serab Urmiya Usnu Maraga Miyane Qebele seherinden cixmis muheddisler ustunluk teskil edir Onlardan bir necesi ixtisar olmaqla esasen heqiqeti soyledikleri gosterilir Xilafet dovru ereb muselman tarixsunasliginda sexsiyyetlerin cemiyyetdeki rolu movzusu IX esrden baslayaraq yeni bir unsur kimi meydana gelmisdir Artiq bu dovrden baslayaraq ereb muselman mutefekkirlerinin eserlerinde sexsiyyetlerin tercumeyi hali onlarin medeni heyatda oynadiqlari rol nezere catdirilaraq xususi sekilde qeyd olunmaga baslayir Quranin nazil olmasindan ilk fiksasiyasina qeder on illerle vaxt kecmisdi Bu muddet erzinde muselman bioqrafik eserlerinin yaranmasi ucun zemin hazirlanmis oldu Yalniz xelife Ebu Bekr dovrunde Quranin kitab sekline salinmasi Zeyd ibn Sabit terefinden reallasdi Bu movzuda ilk yazilar Muhemmed peygemberin s a s heyat terzine zaman kecdikce onun sehabelerine sehabelerin davamcilarina davamcilari izleyenlere tefsircilere ve tefsircilerden sonra gelenlere hesr olunmusdur Ereb Serqinde ilk bioqrafik eserleden biri Hemd ibn Sead ez Zuhri el Besrinin o 230 845 sehabeler ve onlarin davamcilari haqqindaolan et Tabeqat el kubra eseri hesab edilir Bu eserin ardinca nufuzlu hedis bilicilerine hesr olunmus Mehemmed ibn Ismayil el Buxarinin o 256 870 Buxara tarixi eseri oxuculari arasinda meshurlasmisdi Ozunun Sihah eserinden evvel yazdigi bu kitab da sehabelerden tutmus dovrunun seyxleri de daxil olmaqla 13000 e yaxin ravinin etibarliliq derecesini tesbit etmisdir Zaman kecdikce sexsiyyetlere hesr edilmis eserlerin sayi artmaga baslayir Eger Xilafetin formalasdigi dovrde ve ilk erebfethleri zamani daha cox siyasi tarixin yazilmasina yer verilirdise getdikce gorkemli sexsiyyetlerin tercumeyi halinin yazilmasina ustunluk verilmeye baslanir El Behsel kimi taninan Ebulhesen Eslem ibn Sehl ibn Eslem el Vasiti er Rezzaz o h 288 902 ozunun IX X esrler astanasinda yazdigi 258 sehifelik Tarixu Vasit kitabinin 10 sehifesini siyasi tarixe 248 sehifesini ise dovrun gorkemli sexsiyyetlerine hesr etmisdir El Vasitinin kitabindan sonra sexsiyyetlerin qeyde alinmasini Hafiz Ebulhesen ed Darequtni X esr davam etdirerek Esma et Tabiin Davamcilarin adlari adli bir sorgu kitabi tertib etmisdir Hemcinin baxBuxariIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Record 44555775 VIAF cd Dublin Ohio OCLC 2003 Eliyeva Nergiz Agaselim qizi Ibn Makula 1030 1082 azerbaycanli ziyalilar haqqinda Baki Turxan NPB 2014 s 14 21 olu kecid I Yu Krachkovskij Izbrannye sochineniya t IV M L 1957 s 315 316 ابن خلكان كتاب و فياة االعيان و انبا الزمان الجلد االول القاھرة ١٩٨١ ص ٣٣٣ ابن ماكوال االكمال فى رفع االرتيابعن الموتلف والمختلف فى االسمأ الكنى واالنساب بيروت ١٩٩٠ الجلداالول ص ب ابنالكثير البداية و النھاية الجلد الخامس دار الطقوى المدينة المنورة ص ٦٥٨ إبنعساكر تاريخ إبنعساكر الجلد الثانى عشرة ص ٨٣ ١٨٢ شذراتالذھب فى اخبار من ذھب للموٴرخ الفقيه االديب ابى الفالح عبد الحى بن العماد الحنبلى ج ٣ ٤ بيروت ص ١٨٣ Nuri Topaloglu Ibn Makula Islam Ansiklopedisi C 20 Istanbul 1999 s 168 الزرقلى خير الدين االعالم القاھرة ١٣٧٣ ٧٨ ١٩۵٩ ١٩۵۶ الجلد الخامس النشر الثانى ص ٧٨١ إبنعساكر تاريخ إبنعساكر الجلد الثانى عشرة ص ٠٨٢ ابن ماكوال الجلداالول ص ١٨ ابن ماكوال الجلد االول ص ج ابن ماكوال الجلد االول ص ٨١٢ ٢ ١ ٩ الجلد االول ص ج Mustafa el Azami Buhari Muhammed ibn Ismail Islam ansiklopedisi c 6 Istanbul 1992 s 371 Krachkovskij I Yu Arabskaya geograficheskaya literatura Izbr soch t IV M L Izd vo AN SSSR 1957 c 315Xarici kecidlerEliyeva Nergiz Agaselim qizi Ibn Makula 1030 1082 azerbaycanli ziyalilar haqqinda Baki Turxan NPB 2014