Çeçenistan tarixi — çeçen xalqına və onların yaşadığı Çeçenistan ərazisinə aid edilir.
Qədim dövrlər
Çeçenistan Respublikasınının ərazisi Paleolit dövründən məskunlaşmışdır (əsasən, Kezenoy gölü və Xalxulau vadisi). Tunc dövründən (e.ə. 3–2-ci minilliklər), əsasən, qəbir abidələri qalmışdır. Əhali maldarlıq və əkinçiliklə məşğul olmuşdur. Maddi mədəniyyət abidələri qədim dövrlərdən Skifiya, Cənubi Qafqaz və Ön Asiya ilə əlaqələrin olduğunu göstərir. Yunan-Roma, gürcü və b. qaynaqlarda e.ə. 4–3 əsrlərdə Çeçenistan ərazisinə noxçi (naxçi, noxço) ümumi adı altında qarqarlar, durdzuklar, isadiklər (sodlar), kistlər kimi çeçen tayfalarının köçməsi qeyd edilir. Eramızın I əsrində çeçenlər alanların tayfa birliyinə qatılmışlar. IV əsr -də baş verən hun istilasından sonra Mərkəzi və Şimal-Şərqi Qafqaza yayılmış çeçenlər Qafqazın siyasi həyatında fəal rol oynamışlar.
Orta əsrlər
Ərəb-xəzər müharibələri (VIII əsr) zamanı Əməvilərin valisi (sonralar Əməvi xəlifəsi II Mərvan) 736–738 illərdə Durdzukistana (Çeçenistana) təşkil etdiyi yürüşlərindən sonra Dağıstan və Çeçenistanda islam dini yayılmağa başlamışdı. Orta əsrlərdə Çeçenistan ərazisinin düzənlik və dağlıq rayonlarının xeyli hissəsində Alaniya dövləti (IX–XIII əsrlər), bəzi dağlıq rayonlarında isə Sərir adlı dövlət qurumu mövcud idi. Monqol hücumlarından (1222 və 1238–40) sonra Terek çayının arxasındakı çöllər, qismən də Çeçen düzənliyi Qızıl Ordanın tərkibinə (Cuci ulusu) keçdi, indiki çeçen və inquşların əcdadları isə dağlıq yerlərə çəkilməyə məcbur oldular. XIV əsr -də çeçenlər Simsir erkən feodal dövlətini yaratdılar. XIV əsrin sonlarında (1395) çeçen torpaqlarına basqın edən Teymur Simsir dövlətini məhv etsə də, dağlıq əraziləri ələ keçirə bilmədİ.
XVI-XVIII əsrlər
XVI əsrin 1-ci yarısında çeçenlərin bir qismi tədricən düzənlik ərazilərə qayıtmağa başladı, eyni zamanda Həştərxan xanlığını işğal etmiş Rus dövlətinin Şimali Qafqazda təcavüzkar siyasəti gücləndi. Rus kazakları Terekboyu ərazilərdə kütləvi şəkildə məskunlaşmağa başladılar. Kabarda valiləri (hakimləri) rusların müttəfiqi kimi çıxış edirdilər. 1567-ci ildə Terek çayının sahilində ilk rus ostroqu (Terek qalası) inşa edildi. 1570-ci illərdə iri çeçen hakimlərindən biri olan Akkanın hökmdarı Şıx Mirzə Moskvaya səfirlik göndərdi və Rus dövlətinin himayəsinə keçdi. Lakin onun qətlindən və varisi Batayın devrilməsindən sonra 1610-cu ildə qumuq hakimləri Akkanı işğal etdilər. Çeçenlər kazak “məskənlərinə” daim basqınlar təşkil edirdilər. 1718-ci ildən sonra yeni qalaların inşası rusların Qafqazdakı mövqelərini xeyli möhkəmlətdi. Rusiya-İran müharibəsi (1722–23) zamanı I Pyotr bir müddət çeçen torpaqlarında qaldı. Məhz bu dövrdən ruslar naxço tayfasını çeçenlər (“Çeçen ail” adından), ölkələrini isə Çeçenistan (rusca Çeçnya) adlandırmağa başladılar.
1722–83 illərdə rus qoşunlarının Çeçenistana cəza ekspedisiyaları müntəzəm şəkil aldı. Cəza ekspedisiyaları “qiyamçı” aillərin yandırılması və ail ağsaqqallarının məcburən rus təbəəliyini qəbul etmələri ilə müşayiət olunurdu. Rus qalalarında saxlamaq üçün ən nüfuzlu nəsillərdən girovlar (əmanətlər) götürülürdü. Çeçenlər 1732-ci il iyulun 7-də rusları, 1735-ci ildə isə Krım xanının qüvvələrini məğlub etdilər. XVIII əsrdə bir tərəfdən rus qoşunlarına, digər tərəfdən onlarla müttəfiq olan kabardalılara, qumuqlara və b.-na qarşı mübarizə aparan çeçenlər daha sıx birləşdilər.
Mənbə
İstinadlar
- О Чеченской Республике 2021-12-28 at the Wayback Machine/
- Ахмадов Ш. Б. Чечня и Ингушетия в XVIII — начале XIX века (Очерки истории социально-экономического развития и общественно-политического устройства Чечни и Ингушетии в XVIII — начале XIX века). Монография. — Элиста: АПП «Джангар», 2002. — 528 с.
Ədəbiyyat
- Çeçenistan Respublikası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 474–476. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cecenistan tarixi cecen xalqina ve onlarin yasadigi Cecenistan erazisine aid edilir Cecenler 1862 ci ilin illisturasiyasiQedim dovrlerCecenistan Respublikasininin erazisi Paleolit dovrunden meskunlasmisdir esasen Kezenoy golu ve Xalxulau vadisi Tunc dovrunden e e 3 2 ci minillikler esasen qebir abideleri qalmisdir Ehali maldarliq ve ekincilikle mesgul olmusdur Maddi medeniyyet abideleri qedim dovrlerden Skifiya Cenubi Qafqaz ve On Asiya ile elaqelerin oldugunu gosterir Yunan Roma gurcu ve b qaynaqlarda e e 4 3 esrlerde Cecenistan erazisine noxci naxci noxco umumi adi altinda qarqarlar durdzuklar isadikler sodlar kistler kimi cecen tayfalarinin kocmesi qeyd edilir Eramizin I esrinde cecenler alanlarin tayfa birliyine qatilmislar IV esr de bas veren hun istilasindan sonra Merkezi ve Simal Serqi Qafqaza yayilmis cecenler Qafqazin siyasi heyatinda feal rol oynamislar Orta esrlerEreb xezer muharibeleri VIII esr zamani Emevilerin valisi sonralar Emevi xelifesi II Mervan 736 738 illerde Durdzukistana Cecenistana teskil etdiyi yuruslerinden sonra Dagistan ve Cecenistanda islam dini yayilmaga baslamisdi Orta esrlerde Cecenistan erazisinin duzenlik ve dagliq rayonlarinin xeyli hissesinde Alaniya dovleti IX XIII esrler bezi dagliq rayonlarinda ise Serir adli dovlet qurumu movcud idi Monqol hucumlarindan 1222 ve 1238 40 sonra Terek cayinin arxasindaki coller qismen de Cecen duzenliyi Qizil Ordanin terkibine Cuci ulusu kecdi indiki cecen ve inquslarin ecdadlari ise dagliq yerlere cekilmeye mecbur oldular XIV esr de cecenler Simsir erken feodal dovletini yaratdilar XIV esrin sonlarinda 1395 cecen torpaqlarina basqin eden Teymur Simsir dovletini mehv etse de dagliq erazileri ele kecire bilmedI XVI XVIII esrlerXVI esrin 1 ci yarisinda cecenlerin bir qismi tedricen duzenlik erazilere qayitmaga basladi eyni zamanda Hesterxan xanligini isgal etmis Rus dovletinin Simali Qafqazda tecavuzkar siyaseti guclendi Rus kazaklari Terekboyu erazilerde kutlevi sekilde meskunlasmaga basladilar Kabarda valileri hakimleri ruslarin muttefiqi kimi cixis edirdiler 1567 ci ilde Terek cayinin sahilinde ilk rus ostroqu Terek qalasi insa edildi 1570 ci illerde iri cecen hakimlerinden biri olan Akkanin hokmdari Six Mirze Moskvaya sefirlik gonderdi ve Rus dovletinin himayesine kecdi Lakin onun qetlinden ve varisi Batayin devrilmesinden sonra 1610 cu ilde qumuq hakimleri Akkani isgal etdiler Cecenler kazak meskenlerine daim basqinlar teskil edirdiler 1718 ci ilden sonra yeni qalalarin insasi ruslarin Qafqazdaki movqelerini xeyli mohkemletdi Rusiya Iran muharibesi 1722 23 zamani I Pyotr bir muddet cecen torpaqlarinda qaldi Mehz bu dovrden ruslar naxco tayfasini cecenler Cecen ail adindan olkelerini ise Cecenistan rusca Cecnya adlandirmaga basladilar 1722 83 illerde rus qosunlarinin Cecenistana ceza ekspedisiyalari muntezem sekil aldi Ceza ekspedisiyalari qiyamci aillerin yandirilmasi ve ail agsaqqallarinin mecburen rus tebeeliyini qebul etmeleri ile musayiet olunurdu Rus qalalarinda saxlamaq ucun en nufuzlu nesillerden girovlar emanetler goturulurdu Cecenler 1732 ci il iyulun 7 de ruslari 1735 ci ilde ise Krim xaninin quvvelerini meglub etdiler XVIII esrde bir terefden rus qosunlarina diger terefden onlarla muttefiq olan kabardalilara qumuqlara ve b na qarsi mubarize aparan cecenler daha six birlesdiler MenbeIstinadlar O Chechenskoj Respublike 2021 12 28 at the Wayback Machine Ahmadov Sh B Chechnya i Ingushetiya v XVIII nachale XIX veka Ocherki istorii socialno ekonomicheskogo razvitiya i obshestvenno politicheskogo ustrojstva Chechni i Ingushetii v XVIII nachale XIX veka Monografiya Elista APP Dzhangar 2002 528 s Edebiyyat Cecenistan Respublikasi Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 5 ci cild Brussel Cimli podzol torpaqlar 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2014 seh 474 476 ISBN 978 9952 441 10 9