İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi | |
---|---|
Əsası qoyulub | 1901 |
Ölkə | |
Ünvan | İstiqlaliyyət küçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması
1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi.
Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım göstərir, məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.
Problemləri
Qız məktəbi açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar.Çünki ruhanilərin oxuduğu kitablarda qızların təhsil alması düzgün hesab olunmurdu. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər.Əslində bunları edib öz əllərini günaha bulamışdılar. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğənbər, xəlifə, imamlardan hadisələr və sübutlar gətirərək bu işi küfr adlandırıb. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Tapançalı-xəncərli qoçular isə təhdidə keçirdilər"..
Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görədə o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar.
İngiltərəyə, Fransaya gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. bu düzdü
Açılışı
1901-ci ildə bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin hadisəni belə təsvir edərək yazır: "Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa Zeynalabdin!".
Keçirilən dərslər
Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma geyinirdilər. Bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirdi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası ümumi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.
Məzunlar
Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar.
- Rəhilə Hacıbababəyova
- Şəfiqə Əfəndizadə
- Səkinə Axundzadə
- Nazlı Tahirova (Naxçıvanda qızlar məktəbi açan)
- (Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan)
- Yəməntac xanım və s.
Binası
Əvvəlcə Tağıyevin qızlar məktəbinin yerində Cümə məscidi tikilməli imiş, amma müəyyən səbəblər üzündən bu baş vermir. Beləliklə, məscidin yeri 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilir.
Binanın layihəsi 1892–1904-cu illərdə Bakının baş memarı olmush İ.V. Qoslavskinin əməyinin məhsuludur. Bina 1898–1901-ci illərdə tikilib. O zaman belə bir məktəb nəinki Rusiyada, Bakıda, hətta butun İslam aləmində yox imiş. Məhz 5 ildən sonra, 1906-cı ildə Tiflisdə ilk belə müsəlman qızlar üçün məktəb açılır. Tağıyev bu məktəbin tikintisinə 300 min rubldan çox pul xərcləyibmiş.
Tağıyevin qızlar məktəbinin binasında 1918–1920-ci illərdə Azərbaycan Demokratik Cumhuriyyətinin Parlamenti yerləşib.
Hazırda bu binada AMEA Əlyazmalar İnstitutu yerləşir.
Müəllimləri
- Nazlı Nəzərbabayeva
- Məryəm Sulkeviç
- Adilə xanım Şahtaxtinskaya
- Gülbahar xanım Əhriyeva
- Məryəm Gembitskaya
- Şəfiqə Əfəndizadə
- Mina xanım Aslanova
- Gövhər Qazıyeva
- Nabat xanım Nərimanova
- Şəhrəbanı xanım Şabanova
- Səkinə Axundzadə (1865–1927; ilk qadın dramaturq, yazıçı).
Qalereya
İnqilabdan əvvəlki Bakıda məktəbin binası | Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun binası (2010) |
- Qız şagirdlər və müəllimlər (1902)
- Tikiş dərsi.
- Orijinal mətn (az.)
H.Z.Tağıyev və həyat yoldaşı Sona xanım, H.Zərdabi və həyat yoldaşı Hənifə xanım Məlikova, Ə. Topçubaşov məktəbin şagirdləri ilə birlikdə
- Tikiş dərsi (1911).
- Orijinal mətn (az.)
Məktəbdə dərs (1911). Lövhədə "İlk qadın tatar məktəbi" yazılıb (XX əsrin əvvəllərində azərbaycanlıları tatar adlandırırdılar)
- Məktəbin direktoru Hənifə xanım Məlikova şagirdlər arasında
Həmçinin bax
Ədəbiyyat
- Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- . 2011-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
- . 2012-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
- Manaf Süleymanov, Hacı Zeynalabdin Tağıyev, Bakı, "Gənclik", 1996, səh 17
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 272.
- "ehileabdurahmanzade.wordpress.com – Tağıyevin qızlar məktəbi". 2021-12-11 tarixində . İstifadə tarixi: 2011-11-29.
- "Arxivlənmiş surət". 2021-06-24 tarixində . İstifadə tarixi: 2018-03-07.
Xarici keçidlər
- İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbin drondan çəkilişi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Imperatrica Aleksandra Rus Muselman Qiz Mektebi ve ya Haci Zeynalabdin Tagiyevin Qizlar Mektebi Azerbaycanin maarifcilik tarixinde dunyevi tehsilin inkisafinda Azerbaycan qadininin tehsil almasinda boyuk rol oynamis mektebdir Mekteb gorkemli mesenat Haci Zeynalabdin Tagiyevin tesebbusu ve desteyi ile acilmisdir Bu acilmis mekteb muselman Serqinde ilk dunyevi qizlar mektebi idi Imperatrica Aleksandra Rus Muselman Qiz Mektebi40 23 47 sm e 49 52 55 s u Esasi qoyulub 1901Olke AzerbaycanUnvan Istiqlaliyyet kucesi Vikianbarda elaqeli mediafayllarYaranmasi1897 ci ilden Haci Zeynalabdin Tagiyev bu defe Rusiya imperator idarelerinin surundurmeciliyi ile uzlesir Icazeye mektebin binasinin yerinin mueyyen edilmesine ve tikilisine 4 il vaxt serf olunur 1896 ci ilde qiz mektebi acmaga icaze verildi Tagiyev mekteb binasinin layihesini mahir memar Qoslovskiye tapsirdi Binani 1898 ci ilde tikmeye basladilar ve 1900 cu ilde hazir oldu Muselman qizlar mektebi ucun bina duz Ismailiyye binasinin yaninda tikilir O mektebin erseye gelmesine 183 min 533 rubl pul rus pulu xercleyir Mektebin erseye gelmesinde dovrun boyuk ziyalilari da istirak edir Hesen bey Zerdabinin heyat yoldasi Henife xanim bu tesebbusu cox beyenir ve Haciya yardim gosterir mektebin muellimlerinden biri sonra da mudiri olur Hacinin ikinci yoldasi Sona xanim Tagiyeva Elimerdan bey Topcubasov ve basqa ziyalilar bu isi alqislayir mektebin tez acilmasi ucun ellerinden geleni edirler Problemleri Qiz mektebi acilmasina yerli ruhaniler mane olurdular Ruhaniler qizlara tehsil vermek teklifinden qezeblenir ve camaati ayaga qaldirirdilar Cunki ruhanilerin oxudugu kitablarda qizlarin tehsil almasi duzgun hesab olunmurdu Kohne fikirli ruhaniler mekteb acmaq teklifini beyenmis qazi Mir Mehemmed Kerimi qapisina ag neft tokub yandirmaqla hedeleyirdiler Eslinde bunlari edib oz ellerini gunaha bulamisdilar Mektebin mehz azerbaycanli qizlar ucun tesis edilmesi maarifci mesenatin heyatini boyuk tehluke qarsisinda qoyurdu Dovrun kohne fikirli muhafizekar adamlari azerbaycanli qizlarin oxumasini boyuk bir qebahet saydiqlarina gore Haci Zeynalabdin Tagiyevi de oldurmek isteyirdiler Qaraguruhcu iri emmameli qara ebali ruhaniler yekeqarin enliqursaq saqqali henali hacilar ortaya cixib ismeti nisvandan danisa danisa Qurandan ayeler peygenber xelife imamlardan hadiseler ve subutlar getirerek bu isi kufr adlandirib Haci Zeynalabdin Tagiyevi dinden kenar emellerde gunahlandirirdilar Tapancali xencerli qocular ise tehdide kecirdiler Lakin Hacinin xalq arasinda olan nufuzu ve etrafindaki adamlarin onu muhafize etmesi bu bedxahligin bas tutmasina imkan vermirdi Muselman qaraguruhcularinin sozunu kesmek ucun Haci Zeynalabdin Tagiyev nufuz sahibi olan Molla Mirze Mehemmed ogluna coxlu pul ve hediyyeler verib muqeddes yerlere Mekkeye Medineye Kerbalaya Qahireye Istanbula Tehrana gondermis ve tapsirmisdi ki oradaki mohteber resmi din xadimlerinden mucdehidlerinden hamisindan imza ve mohurle tesdiq edilmis resmi senedler alsin ki muselman qizlari da oglanlar kimi seriet mekteblerinden basqa muasir mekteblerde de tehsil ala bilerler Bu muqeddes isde seriete zidd hec ne yoxdur Hacinin gorduyu tedbirler semere vermirdi Ona gorede o mecbur olub mescidde ruhaniler qarsisinda cixis etmeli oldu Camaat qizlarimizin zemane dersi oxumalari vacibdir Gozleri acilar kulfetle reftari xos olar Ingiltereye Fransaya gedib oxuyan cavanlarimiz heresi oralarda qollarina bir arvad kecirib getirirler Cunki qizlarimizla mecazlari tutmur dolana bilmirler Ecnebi arvadlardan dogulan usaqlar butun varidatimiza verese cixirlar Isler bele getse ata baba ocagimiz qalacaq Quransiz namazsiz serietsiz Teze mekteblerde qizlara ehkami seriyyet paltar tikmek toxuculuq metbex isleri muselman Azerbaycan ve rus dilinde oxuyub yazmaq elm hesab tifillere terbiye vermek oyredilecek Burda ne pis is var Molla Eli Haci Xelil oglu Qulaq as Men qizlari ismetsiz etmek istemirem namehremle uzu aciq olmaga cagirmiram Siraga gun gece iyirmi yasli ortancil qizin sancilanmisdi az qalmisdi olsun Lopabig Ambarsum hekimi getizdirdin qizi yoxladi dava derman eledi qiz olumden qurtardi Indi de gorum Lopabig Ambarsumun evezine muselman arvad hekimi olsaydi seriete hansi duzgun gelerdi Arvad hekimlerine muellimlerine ehtiyacimiz coxdur O mektebi men bize padsahliqdan vehsi deyilenden sonra qerara geldim acdirdim Etek dolusu pul tokub bu meqsedle bina tikdirmisem bu duzduAcilisiMektebin acilisi soldan birinci Haci Zeynalabdin Tagiyev sagdan birinci Ehmed bey Agaoglu 1901 ci ilde butun seher ehalisi mektebin acilisina toplasir Kaspi qezeti hemin hadiseni bele tesvir ederek yazir Nikolayevski kucesindeki gozel imaret bayraqlarla bezenmisdi Ikinci mertebedeki boyuk zal gunduz saat 12 de devetlilerle ve seherin eyan esreflerile dolmusdu Mektebin yaradilmasi tikilmesi barede danisiqlardan sonra cixislar oldu Mektebde oxuyacaq qizlarin xor destesi bir nece Azerbaycan mahnisi ifa etdi Sonra mektebin unvanina gonderilen tebrik teleqramlari oxundu Elimerdan bey Topcubasovun oxudugu tebriki Hesen bey imzalamisdi Orada deyilirdi Cox yasa Zeynalabdin Kecirilen derslerMektebin sertlerine gore qizlar ele mektebin ozunde qalirdilar Tedris kursu ise muselman ailesinin telebleri nezere alinmaqla el isleri ve evdarliq uzre elave sinifle rus ibtidai mekteblerindeki kurs esasinda qurulmusdu Qizlar tehsile 7 yasinda baslamali ve 4 il oxumali idi Dersler rus dilinde aparilirdi Beraber Azerbaycan dili ve din dersleri kecirilirdi Ilk vaxtlarda 50 sagirdin qebulu nezerde tutulmusdu ki onlarin 20 si Hacinin ianesi hesabina tehsil alir ve onlar da pansionda qalirdilar Lakin qebul ucun 50 nefer nezerde tutulsa da ele birinci il erize verenlerin sayi 58 e catir Muselman Serqinde yaradilan ilk qiz mektebi muselman enenelerini Avropa modernizmi ile bacariqla birlesdirerek Azerbaycanda dunyevi qadin tehsilinin esasini qoydu Keyfiyyetli tedris ucun Rusiyanin muxtelif bolgelerinden muellimler devet olunurdu Qizlar Avropa uslubunda olan ag yaxaliqli basliqli yarasiqli uniforma geyinirdiler Bolsevik isgalindan sonra sovet mekteblerinin geyimi de buradan goturulmusdu Tagiyev kasib ailelerden olan qizlarin tehsil almasi ucun varli ailelerden olan qizlarin qebulunu mehdudlasdirir Mektebin nufuzu getdikce artir yeddi yasina catar catmaz valideynler qiz ovladlarinin elinden tutub Hacinin mektebine getirirdiler Bir nece ilden sonra Haci boyuk meblegde pul verib mektebe Qizlar seminariyasi statusu alir ve mekteb 6 illik olur Boyuk mesenat Haci Zeynalabdin Tagiyevin milleti ucun acdigi isiqli yolu Azerbaycan Demokratik Respublikasi ADR hokumeti davam etdirdi 1919 cu ilin evvellerinde Baki qadin muellimler seminariyasi umumi muellimler seminariyasina cevrildi Atalar analar artiq hec neden cekinmeden qizlarini mektebe gonderirdiler Hokumet xalqin milli eneneler vetenperverlik ruhunda terbiye olunmasinda muhum rol oynayan muzeylerin diger maarif ve senet ocaqlarinin acilmasi sahesinde de muhum tedbirler heyata kecirirdi MezunlarBu mektebi bitiren onlarla azerbaycanli qiz sonradan Azerbaycanin tereqqisinde yaxindan istirak edir Cumhuriyyet feallarindan olurlar Rehile Hacibababeyova Sefiqe Efendizade Sekine Axundzade Nazli Tahirova Naxcivanda qizlar mektebi acan Bakida Qadin Xeyriyye Cemiyyeti ni yaradan Yementac xanim ve s BinasiEvvelce Tagiyevin qizlar mektebinin yerinde Cume mescidi tikilmeli imis amma mueyyen sebebler uzunden bu bas vermir Belelikle mescidin yeri 5 noyabr 1896 ci ilde resmi olaraq qizlar mektebine verilir Binanin layihesi 1892 1904 cu illerde Bakinin bas memari olmush I V Qoslavskinin emeyinin mehsuludur Bina 1898 1901 ci illerde tikilib O zaman bele bir mekteb neinki Rusiyada Bakida hetta butun Islam aleminde yox imis Mehz 5 ilden sonra 1906 ci ilde Tiflisde ilk bele muselman qizlar ucun mekteb acilir Tagiyev bu mektebin tikintisine 300 min rubldan cox pul xercleyibmis Tagiyevin qizlar mektebinin binasinda 1918 1920 ci illerde Azerbaycan Demokratik Cumhuriyyetinin Parlamenti yerlesib Hazirda bu binada AMEA Elyazmalar Institutu yerlesir MuellimleriNazli Nezerbabayeva Meryem Sulkevic Adile xanim Sahtaxtinskaya Gulbahar xanim Ehriyeva Meryem Gembitskaya Sefiqe Efendizade Mina xanim Aslanova Govher Qaziyeva Nabat xanim Nerimanova Sehrebani xanim Sabanova Sekine Axundzade 1865 1927 ilk qadin dramaturq yazici QalereyaInqilabdan evvelki Bakida mektebin binasi Azerbaycan Milli Elmler Akademiyasi Elyazmalar Institutunun binasi 2010 Qiz sagirdler ve muellimler 1902 Tikis dersi Orijinal metn az H Z Tagiyev ve heyat yoldasi Sona xanim H Zerdabi ve heyat yoldasi Henife xanim Melikova E Topcubasov mektebin sagirdleri ile birlikde Tikis dersi 1911 Orijinal metn az Mektebde ders 1911 Lovhede Ilk qadin tatar mektebi yazilib XX esrin evvellerinde azerbaycanlilari tatar adlandirirdilar Mektebin direktoru Henife xanim Melikova sagirdler arasindaHemcinin baxMuqeddes Nina qiz gimnaziyasi Baki Mariinski Qadin Gimnaziyasi Baki EdebiyyatMisir Merdanov Azerbaycanin tehsil tarixi Tehsil nesriyyati 2011 ci il Baki I cild 295 s IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir 2011 11 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 11 29 2012 08 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 07 14 Manaf Suleymanov Haci Zeynalabdin Tagiyev Baki Genclik 1996 seh 17 Huseyn Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 272 ehileabdurahmanzade wordpress com Tagiyevin qizlar mektebi 2021 12 11 tarixinde Istifade tarixi 2011 11 29 Arxivlenmis suret 2021 06 24 tarixinde Istifade tarixi 2018 03 07 Xarici kecidlerImperatrica Aleksandra Rus Muselman Qiz Mektebin drondan cekilisi