Geokimya Yer qabığının və okeanlar kimi böyük geoloji sistemləri, mexanizmləri kimya alətləri və prinsipləri ilə izah edən elm sahəsidir. Geokimya geologiyanin bir qoludur. Geokimya bütün Günəş sistemi eləcə də Yerdə mantiya konveksiya, planetlərin formalaşması və qranit və bazalt mənşəyi, o cümlədən prosesləri öyrənən elmdir.Geokimya geoloji proseslərin inkişafında kimyəvi elementlərin tarixini, onların minerallarda və süxurlarda daşınma və yerləşmə formalarını öyrənir. Müxtəlif geoloji proseslərdə kimyəvi elementlərin toplanma şəraitini öyrənməklə, geokimya faydalı qazıntı yataqlarının fiziki-kimyəvi əmələgəlmə şəraitini xarakterizə edir və bununla da onların axtarış yollarını göstərir. Yataqların geokimyəvi axtarış üsulları geoloji-axtarış işlərində geniş tətbiq edilir və bu işləri yüngülləşdirərək və ucuzlaşdıraraq, geofiziki üsullarla birgə yer səthinə çıxmayan gizli yataqların axtarışına zəmin yaradır. Yataqların yeni tipli mineral xammalın və ya filizin yeni növünün texnoloji mənimsənilməsində geokimya elementin çıxarılmasına böyük köməklik göstərir. Yəni çıxarılmaya məruz qalan elementin hansı halda olması geokimyəvi üsullarla müəyyən edilir (mineral müstəqildirmi, qatışıqlar izomorfdurmu və hansı minerallarda iştirak edir və s.). Müxtəlif kimyəvi, fiziki üsulları bilərək, fiziki kimyanın məlumatlarından istifadə edərək, termodinamik hesablamalar apararaq, geokimya yataqların, xüsusilə də müxtəlif geokimyəvi proseslər nəticəsində üst-üstə gələnlərin genezisinin mürəkkəb məsələlərini həll etməyə qadirdir.Geokimya kompleks elmdir. O geoloji (mineralogiya, petrologiya, litologiya, faydalı qazıntı yataqları, hidrogeologiya və s.) və kimyəvi (qeyri-üzvi və fiziki kimya, kimyəvi termodinamika, kristallokimya, kolloid kimyası) elmləri arasında aralıq vəziyyət tutur. Hal-hazırda petroloji və geodinamik məsələləri geokimyasız həll etmək qeyri-mümkündür. Bununla yanaşı, bizim planetin tərkibi və əmələ gəlməsi məsələlərində geokimya astronomik (kosmogeniya, meteoritika), fiziki (radiogeologiya, nüvə geologiyası, geofizika), bioloji (biokimya, torpaqşünaslıq) və coğrafi (fiziki coğrafiya,landşaftsünaşlıq) elmlərlə təmasda olur.
Geokimyəvi tədqiqat üsulları
Kimya, riyaziyyat və digər elementar elmlərdən fərqli olaraq, spesifik tədqiqat üsullarına malik olan geokimya kompleks bir elm kimi öz tədqiqatlarında geoloji-mineraloji və kimyəvi metodları tətbiq edir. Fiziki üsullardan spektral, rentgen-spektral, rentgen-struktur, neytron-aktivləşmə, radiometriya, izotop, mikrozond və s. analizlər geniş istifadə edilir. Geokimyəvi axtarışların spesifik üsullarına metallometriya aiddir. Bu üsulun köməyilə yatağın ətrafında həm narın, həm də kristallik süxurlarda, həmçinin yatağı yuyan sularda elementlərin səpələnmə oreollarını qurmaq mümkün olur. Hal-hazırda geokimyəvi üsullarla bir çox nadir və nadir torpaq elementlərin müxtəlif mineral paragenezislərdə, möhtəvilər və əsas kütlədə paylanmasının öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu yolla maqmatik, metamorfik və metasomatik süxurların əmələ gəlməsində bu və ya digər proseslərin (kristallaşma diferensiasiyası, assimilyasiya, hibridizm və s.) rolunu qiymətləndirmək mümkün olur. Bununla yanaşı, təbii proseslərin eksperimentlərlə öyrənilməsi də böyük vüsət almışdır. Mineralların sintezi, onların növbəti dəyişmələri, digər minerallarla əvəz edilməsi, pozulmasının öyrənilməsi bu proseslərdə kimyəvi elementlərin daşınma üsullarını, filiz çökdürən məhlulların tərkibini dəqiqləşdirməyə və öyrənilən mineralların əmələgəlmə şəraitini araşdırmağa imkan verir.
Geokimyanın bölmələri və başqa elmlərlə əlaqəsi
Geokimya Yer haqqında yeni bir elm kimi fundamental təbiət elmləri olan fizika və kimya, habelə geoloji elmlərlə – mineralogiya, petroqrafiya, geologiya ilə sıx əlaqədə inkişaf etmişdir. Geokimya fizika və kimya ilə xüsusi bağlıdır. Geokimya elementlərin Yerin müxtəlif cisimlərində paylanmasını öyrənərkən bir tərəfdən fizika və kimyanın eksperimental metodikasından, digər tərəfdən isə təbiətdə elementlərin assosiasiyasını izah etmək üçün fizika və kimyanın əsas qanunlarından,atomların parametrlərinə aid olan məlumatlardan və elementlərin fiziki-kimyəvi xüsusiy-yətlərindən geniş istifadə edir. Bir çox geokimyəvi məsələlərin həllində, məsələn, izotop ölçmələrində, neytron aktivləşmə üsullarının tətbiqində fizik-eksperimentatorların iştirakı labüddür. Yerin dərin qatlarının şəraitinə cavab verən kimyəvi proseslərin modelləşdirilməsindəfizika və kimyanın xüsusi rolu vardır. Fizika sahəsində bir çox kəşflər sonralar Yer elmlərində böyük əhəmiyyətə malik olmuşdur. Akademik V.İ.Vernadskinin qeyd etdiyi kimi, fizik geoloqun görüş dairəsindən xaricdə işləyərək, bəzən geoloji hadisələrin yeni sahələrini aşkar edir. Geokimya geofizika ilə sıx əlaqədardır. Bizim planetin müxtəlif zonalarının energetika məsələləri geokimyəvi qanunlarla həyata keçirilən aktiv enerji daşıyıcılarının – radioaktiv elementlərin paylanması ilə əlaqədardır. Hesab etmək olar ki, seysmika və geotermiya hadisələri, maddənin elektrik keçiriciliyi və maqnit xassələri, yüksək təzyiq şəraitində polimorf çevrilmələr və reaksiyalar mantiyanın atomar tərkibilə əlaqədardır. Geokimyanın bir çox məsələləri petrologiya və litologiya ilə əlaqədardır. Müxtəlif tip süxurlar şəklində rast gələn ayrı-ayrı mineral assosiasiyalar qanunauyğun bir proses olub, konkret geoloji şəraitdə əmələ gələn fiziki-kimyəvi sistemin məhsuludur. Maqmanın diferensiasiyası, assimilyasiya, metasomatoz,hibridizm və kontakt metamorfizm prosesləri atomların yenidən qruplaşması ilə müşayiət olunur. İstənilən süxurun əmələ gəlməsi ən geniş yayılan elementlərin – O, Si, Al, Fe, Ca, Na, K, Mg, H, Ti, P yenidən qruplaşmasıdır. Kimyəvi analizlərin bütün hesablamalarında bu elementlər və ya onların oksidləri əks olunur. Süxurların kimyəvi tərəfinin güclü inkişafı onların kimyəvi tərkibinin dəyişməsi qanunları haqqında elmin - petro-kimyanın yaranmasına səbəb olmuşdur. İstənilən süxur dövrü sistemin elementlərini saxlayır, ona görə də süxurlarda, onların minerallarında elementlərin paylanması geokimyanıpetrologiya ilə bağlayır və artıq geokimyanın məsələlərinəçevrilir. Çökmə süxurların əmələ gəlməsi kimyəvi elementlərin bərk və maye faza arasında, kalloid sistemdə kardinal yenidən qruplaşması ilə əlaqədardır, ona görə də litogenezə bir neçəgeokimyəvi məsələlər daxildir. Məlumdur ki, bir çox süxurlar doymuş məhlullardan elementlərin kimyəvi yolla çökməsi nəticəsində əmələ gəlir və burada geokimyəvi proses «təmiz» halda üzə çıxır. Bununla əlaqədar olaraq, təəccüblü deyildir ki, bir çox məşhur litoloq alimlər müxtəlif fiziki-kimyəvi şəraitlərdəki sedimentasiya proseslərində geokimyəvi məsələləri həll etmək məcburiyyətində qalmışlar. Beləliklə, geokimya-mineralogiya-petroqrafiyanın vəhdəti təbiətdə atommineral-süxurun real bütövlüyünü əks etdirir. Geokimyəvi proseslərdə canlı maddə – heyvan və bitki kütlələrinin planetar məcmusu xüsusi rol oynayır. Planetlərin qaz balansı və əksər kimyəvi elementlərin dövr etməsi biosferin – Yerin həyat qabığının orqanizmlərinin birbaşa və dolayı iştirakı ilə baş verir. Buradan geokimyanın biologiya ilə əlaqəsi aydın olur və bu əlaqənin əsasında V.İ.Vernadski tərəfindən əsası qoyulmuş biogeokimya yaranmışdır.
Geokimyəvi fatsiyalar
Geokimyəvi fatsiyalar L.V.Pustovalov tərəfindən elmə gətirilmişdir. Çökmə süxurların əmələ gəlməsində fiziki-kimyəvi şəraitin rolunu əhatə edir. Bir-birinə uyuşan litoloji tərkibə məxsus çökmə süxurların yaranmasında iştirak edən vahid tektonik rejim, stabil geokimyəvi fon göstəriciləri və geokimyəvi anomaliyaların xarakteri geokimyəvi fasiyaların bir-birlərindən fərqləndirilməsində istifadə edilir. Geokimyəvi fatsiyalar Yer qabığının müəyyən bir sahəsinə xas olan, özünəməxsus fiziki-kimyəvi şəraitdə yığılıb təşəkkül tapmış çökmə süxurlar kompleksidir. Nəticədə eyni bir geoloji anda Yer səthinin müxtəlif sahələrində müxtəlif geokimyəvi əlamətlərlə səciyyələnən çökmə süxurlar əmələ gəlir. Dəniz və kontinental geokimyəvi fatsiyalar ayırılır. Birincilər arasında hidrogen sulfidli, sideritli, şamozitli, qlaukonitli, oksidləşmə və başqa geokimyəvi fatsiyalar; kontinental geokimyəvi fatsiyalar lateritli səhralar, kimyəvi çöküntülər, dəmir filizləri, kömürlər və başqaları aiddir.Geokimyəvi fasiyaların qiymətləndirilməsində həmçinin mineraloji tərkib, vulkanizm prosesinin təsiri, maqmatik və metamorfik suxurların paylanması, tektonik struktur, relyef, hakim paleoiqlim tipi və törəmə oreollar, müxtəlif fauna və flora növləri kimi göstəricilərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Fasiyaların müəyyənləşdirilməsində bir sıra indikator kimyəvi elementlərdən, xüsusilə B, Sr, S, C və Cl elementlərindən daha çox istifadə olunur.
Geokimyəvi proseslər
Geokimyəvi proseslər Yerin təkində və səthində baş verən kimyəvi proseslər. Bu proseslər nəticəsində mineral və süxurların əmələ gəlməsi və ya pozulması, onların kimyəvi tərkibinin dəyişməsi, bəzi kimyəvi elementlərin toplanması, digərlərin səpələnməsi, yəni onların miqrasiyası baş verir. Geokimyəvi proseslər ərinti və ya məhlulda maye fazasında, həmçinin ayrılmış kristallarla ərinti və ya məhlul və qaz arasında baş verə bilər. Biogeokimyəvi proseslər də bu proseslərə aiddir. Geokimyəvi proseslər adətən çoxsaylı kimyəvi elementlərdən təşkil olunmuş maddənin böyük kütlələri iştirak edir. Geokimyəvi proseslər təzyiq, temperatur və zamanın böyük intervallarında, həmçinin mühitin müxtəlif qələviliyi və ya turşluğu və müxtəlif oksidləşmə-reduksiya şəraitində baş verir. Təkamül edən bu proseslər üçün mərhələlik səciyyəvidir. Geokimyəvi proseslər endogen (maqmatik, pnevmatolit-hidrotermal, metasomatik, metamorfik) və ekzogen (, çöküntütoplanma, diagenez, epigenez, halogenez, biogeokimyəvi proseslər və b.) növlərə ayrılır. Geokimyəvi proseslər hərəkətverici qüvvələri Yer qabığının kimyəvi cəhətdən müxtəlifcinsli olması, geoloji və tektonik şəraitlərlə əlaqədar termodinamik şəraitin aramsız dəyişməsi, fiziki-kimyəvi tarazlığın pozulmasıdır. Bütün bunlar litosfer, hidrosfer və atmosferin təkamülü ilə bağlıdır.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- Mustafabəyli, Hüseyn. Geokimya terminlərinin izahlı lüğəti (Azərbaycan). Şəki: Kaskad. 2017. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Geokimya Yer qabiginin ve okeanlar kimi boyuk geoloji sistemleri mexanizmleri kimya aletleri ve prinsipleri ile izah eden elm sahesidir Geokimya geologiyanin bir qoludur Geokimya butun Gunes sistemi elece de Yerde mantiya konveksiya planetlerin formalasmasi ve qranit ve bazalt menseyi o cumleden prosesleri oyrenen elmdir Geokimya geoloji proseslerin inkisafinda kimyevi elementlerin tarixini onlarin minerallarda ve suxurlarda dasinma ve yerlesme formalarini oyrenir Muxtelif geoloji proseslerde kimyevi elementlerin toplanma seraitini oyrenmekle geokimya faydali qazinti yataqlarinin fiziki kimyevi emelegelme seraitini xarakterize edir ve bununla da onlarin axtaris yollarini gosterir Yataqlarin geokimyevi axtaris usullari geoloji axtaris islerinde genis tetbiq edilir ve bu isleri yungullesdirerek ve ucuzlasdiraraq geofiziki usullarla birge yer sethine cixmayan gizli yataqlarin axtarisina zemin yaradir Yataqlarin yeni tipli mineral xammalin ve ya filizin yeni novunun texnoloji menimsenilmesinde geokimya elementin cixarilmasina boyuk komeklik gosterir Yeni cixarilmaya meruz qalan elementin hansi halda olmasi geokimyevi usullarla mueyyen edilir mineral musteqildirmi qatisiqlar izomorfdurmu ve hansi minerallarda istirak edir ve s Muxtelif kimyevi fiziki usullari bilerek fiziki kimyanin melumatlarindan istifade ederek termodinamik hesablamalar apararaq geokimya yataqlarin xususile de muxtelif geokimyevi prosesler neticesinde ust uste gelenlerin genezisinin murekkeb meselelerini hell etmeye qadirdir Geokimya kompleks elmdir O geoloji mineralogiya petrologiya litologiya faydali qazinti yataqlari hidrogeologiya ve s ve kimyevi qeyri uzvi ve fiziki kimya kimyevi termodinamika kristallokimya kolloid kimyasi elmleri arasinda araliq veziyyet tutur Hal hazirda petroloji ve geodinamik meseleleri geokimyasiz hell etmek qeyri mumkundur Bununla yanasi bizim planetin terkibi ve emele gelmesi meselelerinde geokimya astronomik kosmogeniya meteoritika fiziki radiogeologiya nuve geologiyasi geofizika bioloji biokimya torpaqsunasliq ve cografi fiziki cografiya landsaftsunasliq elmlerle temasda olur Geokimyevi tedqiqat usullariKimya riyaziyyat ve diger elementar elmlerden ferqli olaraq spesifik tedqiqat usullarina malik olan geokimya kompleks bir elm kimi oz tedqiqatlarinda geoloji mineraloji ve kimyevi metodlari tetbiq edir Fiziki usullardan spektral rentgen spektral rentgen struktur neytron aktivlesme radiometriya izotop mikrozond ve s analizler genis istifade edilir Geokimyevi axtarislarin spesifik usullarina metallometriya aiddir Bu usulun komeyile yatagin etrafinda hem narin hem de kristallik suxurlarda hemcinin yatagi yuyan sularda elementlerin sepelenme oreollarini qurmaq mumkun olur Hal hazirda geokimyevi usullarla bir cox nadir ve nadir torpaq elementlerin muxtelif mineral paragenezislerde mohteviler ve esas kutlede paylanmasinin oyrenilmesi boyuk ehemiyyet kesb edir Bu yolla maqmatik metamorfik ve metasomatik suxurlarin emele gelmesinde bu ve ya diger proseslerin kristallasma diferensiasiyasi assimilyasiya hibridizm ve s rolunu qiymetlendirmek mumkun olur Bununla yanasi tebii proseslerin eksperimentlerle oyrenilmesi de boyuk vuset almisdir Minerallarin sintezi onlarin novbeti deyismeleri diger minerallarla evez edilmesi pozulmasinin oyrenilmesi bu proseslerde kimyevi elementlerin dasinma usullarini filiz cokduren mehlullarin terkibini deqiqlesdirmeye ve oyrenilen minerallarin emelegelme seraitini arasdirmaga imkan verir Geokimyanin bolmeleri ve basqa elmlerle elaqesiGeokimya Yer haqqinda yeni bir elm kimi fundamental tebiet elmleri olan fizika ve kimya habele geoloji elmlerle mineralogiya petroqrafiya geologiya ile six elaqede inkisaf etmisdir Geokimya fizika ve kimya ile xususi baglidir Geokimya elementlerin Yerin muxtelif cisimlerinde paylanmasini oyrenerken bir terefden fizika ve kimyanin eksperimental metodikasindan diger terefden ise tebietde elementlerin assosiasiyasini izah etmek ucun fizika ve kimyanin esas qanunlarindan atomlarin parametrlerine aid olan melumatlardan ve elementlerin fiziki kimyevi xususiy yetlerinden genis istifade edir Bir cox geokimyevi meselelerin hellinde meselen izotop olcmelerinde neytron aktivlesme usullarinin tetbiqinde fizik eksperimentatorlarin istiraki labuddur Yerin derin qatlarinin seraitine cavab veren kimyevi proseslerin modellesdirilmesindefizika ve kimyanin xususi rolu vardir Fizika sahesinde bir cox kesfler sonralar Yer elmlerinde boyuk ehemiyyete malik olmusdur Akademik V I Vernadskinin qeyd etdiyi kimi fizik geoloqun gorus dairesinden xaricde isleyerek bezen geoloji hadiselerin yeni sahelerini askar edir Geokimya geofizika ile six elaqedardir Bizim planetin muxtelif zonalarinin energetika meseleleri geokimyevi qanunlarla heyata kecirilen aktiv enerji dasiyicilarinin radioaktiv elementlerin paylanmasi ile elaqedardir Hesab etmek olar ki seysmika ve geotermiya hadiseleri maddenin elektrik keciriciliyi ve maqnit xasseleri yuksek tezyiq seraitinde polimorf cevrilmeler ve reaksiyalar mantiyanin atomar terkibile elaqedardir Geokimyanin bir cox meseleleri petrologiya ve litologiya ile elaqedardir Muxtelif tip suxurlar seklinde rast gelen ayri ayri mineral assosiasiyalar qanunauygun bir proses olub konkret geoloji seraitde emele gelen fiziki kimyevi sistemin mehsuludur Maqmanin diferensiasiyasi assimilyasiya metasomatoz hibridizm ve kontakt metamorfizm prosesleri atomlarin yeniden qruplasmasi ile musayiet olunur Istenilen suxurun emele gelmesi en genis yayilan elementlerin O Si Al Fe Ca Na K Mg H Ti P yeniden qruplasmasidir Kimyevi analizlerin butun hesablamalarinda bu elementler ve ya onlarin oksidleri eks olunur Suxurlarin kimyevi terefinin guclu inkisafi onlarin kimyevi terkibinin deyismesi qanunlari haqqinda elmin petro kimyanin yaranmasina sebeb olmusdur Istenilen suxur dovru sistemin elementlerini saxlayir ona gore de suxurlarda onlarin minerallarinda elementlerin paylanmasi geokimyanipetrologiya ile baglayir ve artiq geokimyanin meselelerinecevrilir Cokme suxurlarin emele gelmesi kimyevi elementlerin berk ve maye faza arasinda kalloid sistemde kardinal yeniden qruplasmasi ile elaqedardir ona gore de litogeneze bir necegeokimyevi meseleler daxildir Melumdur ki bir cox suxurlar doymus mehlullardan elementlerin kimyevi yolla cokmesi neticesinde emele gelir ve burada geokimyevi proses temiz halda uze cixir Bununla elaqedar olaraq teeccublu deyildir ki bir cox meshur litoloq alimler muxtelif fiziki kimyevi seraitlerdeki sedimentasiya proseslerinde geokimyevi meseleleri hell etmek mecburiyyetinde qalmislar Belelikle geokimya mineralogiya petroqrafiyanin vehdeti tebietde atommineral suxurun real butovluyunu eks etdirir Geokimyevi proseslerde canli madde heyvan ve bitki kutlelerinin planetar mecmusu xususi rol oynayir Planetlerin qaz balansi ve ekser kimyevi elementlerin dovr etmesi biosferin Yerin heyat qabiginin orqanizmlerinin birbasa ve dolayi istiraki ile bas verir Buradan geokimyanin biologiya ile elaqesi aydin olur ve bu elaqenin esasinda V I Vernadski terefinden esasi qoyulmus biogeokimya yaranmisdir Geokimyevi fatsiyalarGeokimyevi fatsiyalar L V Pustovalov terefinden elme getirilmisdir Cokme suxurlarin emele gelmesinde fiziki kimyevi seraitin rolunu ehate edir Bir birine uyusan litoloji terkibe mexsus cokme suxurlarin yaranmasinda istirak eden vahid tektonik rejim stabil geokimyevi fon gostericileri ve geokimyevi anomaliyalarin xarakteri geokimyevi fasiyalarin bir birlerinden ferqlendirilmesinde istifade edilir Geokimyevi fatsiyalar Yer qabiginin mueyyen bir sahesine xas olan ozunemexsus fiziki kim yevi seraitde yigilib tesekkul tapmis cokme suxurlar kompleksidir Neticede eyni bir geoloji anda Yer sethinin muxtelif sahelerinde muxtelif geokimyevi elametlerle seciyyelenen cokme suxurlar emele gelir Deniz ve kontinental geokimyevi fatsiyalar ayirilir Birinciler arasinda hidrogen sulfidli si de ritli samozitli qlaukonitli oksidlesme ve basqa geokimyevi fatsiyalar kontinental geokimyevi fatsiyalar lateritli sehralar kimyevi cokuntuler demir filizleri komurler ve basqalari aiddir Geokimyevi fasiyalarin qiymetlendirilmesinde hemcinin mineraloji terkib vulkanizm prosesinin tesiri maqmatik ve metamorfik suxurlarin paylanmasi tektonik struktur relyef hakim paleoiqlim tipi ve toreme oreollar muxtelif fauna ve flora novleri kimi gostericilerin oyrenilmesi muhum ehemiyyet kesb edir Fasiyalarin mueyyenlesdirilmesinde bir sira indikator kimyevi elementlerden xususile B Sr S C ve Cl elementlerinden daha cox istifade olunur Geokimyevi proseslerGeokimyevi prosesler Yerin tekinde ve sethinde bas veren kimyevi prosesler Bu prosesler neticesinde mineral ve suxurlarin emele gelmesi ve ya pozulmasi onlarin kimyevi terkibinin deyismesi bezi kimyevi elementlerin toplanmasi digerlerin sepelenmesi yeni onlarin miqrasiyasi bas verir Geokimyevi prosesler erinti ve ya mehlulda maye fazasinda hemcinin ayrilmis kristallarla erinti ve ya mehlul ve qaz arasinda bas vere biler Biogeokimyevi prosesler de bu proseslere aiddir Geokimyevi prosesler adeten coxsayli kimyevi elementlerden teskil olun mus maddenin boyuk kutleleri istirak edir Geokimyevi prosesler tezyiq temperatur ve zamanin boyuk intervallarinda hemcinin muhitin mux telif qeleviliyi ve ya turslugu ve muxtelif oksidlesme reduksiya seraitinde bas verir Teka mul eden bu prosesler ucun merhelelik se ciy yevidir Geokimyevi prosesler endogen maqmatik pnev matolit hidrotermal me tasomatik metamorfik ve ekzogen cokuntutoplanma diagenez epigenez halogenez biogeokim yevi prosesler ve b novlere ayrilir Geokimyevi prosesler hereketverici quvveleri Yer qabiginin kim yevi cehetden muxtelifcinsli olmasi geoloji ve tektonik seraitlerle elaqedar termodinamik seraitin aramsiz deyismesi fiziki kim yevi tarazligin pozulmasidir Butun bunlar litosfer hidrosfer ve atmosferin tekamulu ile baglidir MenbeGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 679 Mustafabeyli Huseyn Geokimya terminlerinin izahli lugeti Azerbaycan Seki Kaskad 2017 ISBN 978 9952 8330 0 3