Çöküntütoplanma
Dövriliyi
Çöküntütoplanmanın dövriliyi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə dövriliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gipslilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1–2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri). Kalium duzlarının sedimentasiya mərhələsində mövsümi ritmlərin quruluşu mürəkkəbləşir. Nazik gilli-karbonatlı sulfat təbəqəsi (mm hissələri) halit təbəqəsi (2-3 sm) ilə örtülür və onun üzərinə isə kalium duzları təbəqəsi çökür. Sonuncu təbəqə bəzən mineral tərkibinə görə 2 hissəyə bölünür (qədim kalium yataqları). Çöküntütoplanmanın dövriliyi digər tipi flişdir. Fliş ritmi 3 elementdən ibarətdir: fonomer (dənəvər qırıntı süxurlardan ibarət bazal), alevrit-gilli - aralıq və üst – narın gilli (terrigen fliş) və ya karbonat qırıntılı (dənəli), karbonatlı və karbonatlı-gilli, pelitomorf gilli karbonatsız üst element. Çox vaxt ritmin üst elementi sonrakı yuyulma nəticəsində kəsilişdə olmur. Fliş ritminin qalınlığı bir neçə on sm-dən 1,5 m-dək olur və hər bir sonrakı ritm əvvəlkinin yuyulmuş səthi üzərində yatır. Fliş qatları onlar və yüzlərlə km məsafədə uzanır, ümumi qalınlığı adətən bir neçə yüz m olur. Fliş ritmliliyi geosinklinal hövzələrdə suspenziya (turbidid) axınları ilə əlaqədardır. Çöküntütoplanmanın dövriliyinin üçüncü tipi (paralik) dəniz və qurunun sərhədlərinin dəyişməsi, yəni dənizin çoxsayda təkrarlanan transqressiya və reqressiyaları ilə əlaqədardır. Reqressiya zamanı dibin müəyyən hissəsi (zolağı) sudan çıxır, dibin meyilliyi böyük olduqda zolaq ensiz, kiçik olduqda isə enli olur. Təzə toplanmış çöküntülər eroziyaya uğrayır, dərələrdə isə allüvial (və delta) çöküntülər çökür. Sonra növbəti məhdud ölçülü transqressiya başlayır və yuyulmuş səth üzərində qeyri-uyğun olaraq kömür və əhəngdaşı ara qatları olan qumlu-alevritli və gilli çöküntülər toplanır. Qırışıqəmələgəlmənin tamamlanma mərhələsində yaranan dağönü çökəklərin paralik kömürlü hövzələrində (Donbas, Rur, Sileziya, Appalaç, Vorkuta və b.) paralik tip daha aydın təzahür edir. Ritmliliyin paralik tipinə səbəb olan tektonik rejimin xarakteri dəyişkəndir. Bəzi hallarda bu, transqressiya və reqressiya mərhələlərinin eyni cür inkişaf etdiyi adi ehtizazi hərəkətlərdir. Başqa hallarda isə çökəlmə sürətlə baş verir, lakin çöküntütoplanma passiv gedir. Çökəlmə prosesinin əvvəlində və sonunda, intensivliyindən asılı olaraq, paralik tiplərin quruluşu çox müxtəif olur. Çöküntütoplanmanın dövriliyi bütün təsvir olunan tipləri regional xarakterlidir.
Fasilələr
Yer səthinin bu və ya digər sahəsində çöküntülərin toplanmadığı müxtəlif zaman intervalları; süxur qatlarının bütün kəsilişlərində müşahidə edilir. Çöküntütoplanmada fasilələr qısamüddətli və iri regional qalxma mərhələlərinə uyğun gələn böyük zaman intervallarına (bir neçə dövr, hətta eralar) qədər davam edə bilər. Fasilələr aşınma qabığının olması ilə özünü göstərə bilər və ya əvvəl əmələ gəlmiş çöküntülərin, hətta böyük qalınlıqlı çöküntü qatlarının yuyulması ilə müşayiət edilə bilər. Belə hallarda isə çöküntü qatı daxilində aydın seçilən uyğunsuzluqlar müşahidə edilir. Bəzən fasilə (adətən, qısamüddətli) yuyulma ilə müşayiət olunmur və ancaq çöküntütoplanmanın dayandığını göstərir və çöküntü süxur təbəqəliliyində əks olunur. Qısamüddətli çoxsaylı fasilələr (yuyulmanın olub-olmamasından asılı deyil) üçün Barell (Barrell, 1917) diastem terminini təklif etmişdir. Belə fasilələrin varlığı kəsilişlərin hətta uyğunsuzluq və aydın yuyulma izləri olmayan hissələrində uzun sürən çöküntütoplanma müddətilə çöküntülərin qalınlığı arasında kəskin fərqin olması ilə izah edilir.
Oksidləşmə — reduksiya rejimi
Bir sıra amillərdən asılıdır: a) üzvi maddənin miqdarı; b) qaz rejimi (hidrogen-sulfidlə zəhərlənmənin olub-olmaması); c) müxtəlif dərəcəli aerasiyanı şərtləndirən hidrodinamik rejim; ç) hövzənin dərinliyi; d) (yüksək sürətlərdə üzvi maddə oksidləşməyə macal tapmır). Müasir dənizlərdə 3 tipdə olur. Birinci tip oksigenlə zəngin normal aerasiya olunan hövzələrə uyğun gəlir. Bu halda çöküntüdə həmişə Eh=+50÷+300 mν olan oksidləşmiş paslı-qonur üst plyonka əmələ gəlir; çox vaxt bu zonada Fe-Mn konkresiyaları, qlaukonit olur; plyonkanın qalınlığı bir neçə mm-dən 10–20-30 sm-dək dəyişir. Oksidləşmiş plyonkanın qalınlığı çöküntü daşınıb gətirilən üzvi maddənin miqdarından asılıdır. Üst plonkanın altında Fe sulfidləri, və Eh — 100–300 mν olan reduksiya zonası yerləşir. İkinci tip hövzəyə üzvi maddə az daxil olduğundan və bu maddə çox pozulduğundan lillər bütün qalınlığı boyu (15 m-dək) qırmızı-qonur rəngdə (okean dərin su qırmızı gilləri) olur, reduksiya zonası isə olmur. Anomal qaz rejimli dənizlərdə (üçüncü tip), xüsusilə dibyanı sularda H2S varsa, lillərdə oksidləşmə pərdəsi olmur və onlar ən üst hissədən Eh −50–300 mv olan reduksiya zonasını təşkil edir. Birinci və ikinci tip oksidləşmə-reduksiya rejimində, oksidləşmə pərdəsi çox nazik (0,5–2,0 sm) olsa da (Qara dənizdə 150 m az dərinliyədək) çöküntülərdə dib faunası həmişə rast gəlir. Üçüncü tipdə dib faunası olmur. Dib suyunun qısamüddətli (mövsümi) H2S zəhərlənməsi zamanı dib faunası hələ yaşayır, lakin o, zəngin olmayan spesifik formalardan ibarət olur (Azov dənizi). Oksidləşmə — reduksiya rejimlərinin analoji tipləri, çox güman ki, keçmiş geoloji hövzələrdə də mövcud olmuşdur.
Sürəti
Çöküntü materiallarının gətirilməsi və hövzə dibinin çökəlməsi və ya qurunun (qitənin) müəyyən hissəsinin enmə sürəti, çöküntülərin yuyulması və digər proseslərin intensivlik nisbətindən asılıdır. Ən böyük çöküntütoplanmanın sürəti sahələrin müasir çöküntülərində müşahidə edilir (ildə bir neçə m-dək). İri çayların deltalarında çöküntütoplanmanın sürəti yüksək olur. Çöküntütoplanmanın sürəti müasir deltaönü sahədə ildə 1 mm, turbidit axınları inkişaf edən rayonlarda ildə 0,5 mm, okeanların mərkəzi hissələrində isə 1000 ildə 1–10 mm təşkil edir. Belə hesab edirlər ki, çöküntülərin qalınlığının epoxanın davamiyyətinə bölünməsindən alınan çöküntütoplanmanın sürəti qiyməti yalnız təqribi olacaqdır, çünki bu zaman süxurların sıxlaşması və izotop yaşın təyinində olan xətalar nəzərə alınmır. Belə bir fikir də mövcuddur ki, çöküntütoplanmanın sürəti tektonik çökəlməni səciyyələndirən əsas kriterilərdən biridir. Lakin, bu göstərici yalnız kompensasion çökəkliklərə tətbiq edilə bilər. Çöküntütoplanmanın sürəti çöküntü süxurların tekstur və autigen mineralogiyasında əks olunur. Çəplaylı teksturlar adətən çöküntütoplanmanın sürəti böyük olduqda, horizontallaylılar isə kiçik olduğu hallarda formalaşır. Qədim relikt dəniz dibi çöküntütoplanmanın sürəti sıfra bərabər olduğunu göstərir. Yuyulma axınlarının təsiri altında çöküntütoplanmanın çox ləng getməsini göstərən mühüm əlamət qlaukonit və fosforitlərin olmasıdır. Lilyeyənlərin izlərinin olması çöküntütoplanmanın yavaş getməsini göstərən əlamətlərdəndir.
Həmçinin bax
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
CokuntutoplanmaDovrili yiCokuntutoplanmanin dovrili yi kesilislerde eyniadli ve ya yaxin petroqrafik suxur tiplerinin defelerle tekraridir Dovriliyin tipleri ve sebebleri muxtelifdir Bunlardan biri sedimentasiyanin movsumi deyiskenliyidir yeni ilin muxtelif fesillerinde muxtelif petroqrafik cokuntu tiplerinin cokmesidir Bele dov riliyin klassik numunesi buzlaqonu gollerin lentvari gilleridir yay vaxti buzlagin intensiv erimesi fonunda daha qaba payiz qis fesillerinde ise daha ince cokuntuler toplanir Movsumi tebeqelilik humid zonalarin sirinsulu gollerinde cox tez tez yaranir ve kesilisde nazik mm hisseleri ve ya bir nece mm gah gil ve sapropel yaxud gil ve alevrit tebeqeleri novbelesir Movsumi mikrotebeqelilik bezen deniz cokuntulerinde de musahide edilir muasir Qara denizin derinsu ve qismen Xezer denizinin cokuntuleri Lakin movsumi tebeqelilik xususile arid tipli hem deniz ve hem de gol hovzeleri halogenez merhelesi ucun seciyyevidir Sulfat merhelesinde gilli karbonatli tebeqeler karbonatli gip slilerle novbelesir bele ki birincilerin qalinligi mm hisseleri qeder ikincilerininki ise 1 2 mm olur Krimda Sak ve b goller Halit pillesinde az qalinliqli karbonatli sulfat tebeqecikleri 3 5 sm halit tebeqecikleri ile novbelesir Xezeryani cokekliyin golleri Kalium duzlarinin sedimentasiya merhelesinde movsumi ritmlerin qurulusu murekkeblesir Nazik gilli karbonatli sulfat tebeqesi mm hisseleri halit tebeqesi 2 3 sm ile ortulur ve onun uzerine ise kalium duzlari tebeqesi cokur Sonuncu tebeqe bezen mineral terkibine gore 2 hisseye bolunur qedim kalium yataqlari Cokuntutoplanmanin dovrili yi diger tipi flisdir Flis ritmi 3 elementden ibaretdir fonomer denever qirinti suxurlardan ibaret bazal alevrit gilli araliq ve ust narin gilli terrigen flis ve ya karbonat qirintili deneli karbonatli ve karbonatli gilli pelitomorf gilli karbonatsiz ust element Cox vaxt ritmin ust elementi sonraki yuyulma neticesinde kesilisde olmur Flis ritminin qalinligi bir nece on sm den 1 5 m dek olur ve her bir sonraki ritm evvelkinin yuyulmus sethi uzerinde ya tir Flis qatlari onlar ve yuzlerle km mesafede uzanir umumi qalinligi adeten bir nece yuz m olur Flis ritmliliyi geosinklinal hovzelerde suspenziya turbidid axinlari ile elaqedardir Cokuntutoplanmanin dovrili yinin ucun cu tipi paralik deniz ve qurunun serhedlerinin deyismesi yeni denizin coxsayda tekrarlanan transqressiya ve reqressiyalari ile elaqedardir Reqressiya za mani dibin mueyyen hissesi zolagi sudan cixir dibin meyilliyi boyuk olduqda zolaq ensiz kicik olduqda ise enli olur Teze top lanmis cokuntuler eroziyaya ugrayir derelerde ise alluvial ve delta cokuntuler cokur Sonra novbeti mehdud olculu transqressiya baslayir ve yuyulmus seth uzerinde qeyri uygun olaraq komur ve ehengdasi ara qatlari olan qumlu alev ritli ve gilli cokuntuler toplanir Qirisiqemelegelmenin tamam lanma merhelesinde yaranan dagonu cokek lerin paralik komurlu hovzelerinde Donbas Rur Sileziya Appalac Vorkuta ve b paralik tip daha aydin tezahur edir Ritmliliyin paralik tipine sebeb olan tektonik rejimin xarakteri deyiskendir Bezi hallarda bu transqressiya ve reqressiya merhelelerinin eyni cur inkisaf etdiyi adi ehtizazi hereketlerdir Basqa hallarda ise cokelme suretle bas verir lakin cokuntutoplanma passiv gedir Cokelme prosesinin evvelinde ve sonunda intensivli yinden asili olaraq paralik tiplerin qurulusu cox muxteif olur Cokuntutoplanmanin dovrili yi butun tesvir olunan tipleri regional xarakterlidir FasilelerYer sethinin bu ve ya diger sahesinde cokuntulerin toplanmadigi muxtelif zaman intervallari suxur qatlarinin butun kesilislerinde musahide edilir Cokuntutoplanmada fasileler qisamuddetli ve iri regional qalxma merhelelerine uygun gelen boyuk zaman intervallarina bir nece dovr hetta eralar qeder davam ede biler Fasileler asinma qabiginin olmasi ile ozunu gostere biler ve ya evvel emele gelmis cokuntulerin hetta boyuk qalinliqli cokuntu qatlarinin yuyulmasi ile musayiet edile biler Bele hallarda ise cokuntu qati daxilinde aydin secilen uygunsuzluqlar musahide edilir Bezen fasile adeten qisamuddetli yuyulma ile musayiet olunmur ve ancaq cokuntutoplanmanin dayandigini gosterir ve cokuntu suxur tebeqeliliyinde eks olunur Qisamuddetli coxsayli fasileler yuyulmanin olub olmamasindan asili deyil ucun Barell Barrell 1917 diastem terminini teklif etmisdir Bele fasilelerin varligi kesilislerin hetta uygunsuzluq ve aydin yuyulma izleri olmayan hisselerinde uzun suren cokuntutoplanma muddetile cokuntulerin qalinligi arasinda keskin ferqin olmasi ile izah edilir Oksidlesme reduksiya rejimiBir sira amillerden asilidir a uzvi maddenin miqdari b qaz rejimi hidrogen sulfidle zeherlenmenin olub olmamasi c muxtelif dereceli aerasiyani sertlendiren hidrodinamik rejim c hovzenin derinliyi d yuksek suretlerde uzvi madde oksidlesmeye macal tapmir Muasir denizlerde 3 tipde olur Birinci tip oksigenle zengin normal aerasiya olunan hovzelere uygun gelir Bu halda cokuntude hemise Eh 50 300 mn olan oksidlesmis pasli qonur ust plyonka emele gelir cox vaxt bu zonada Fe Mn konkresiyalari qlaukonit olur plyonkanin qalinligi bir nece mm den 10 20 30 sm dek deyisir Oksidlesmis plyonkanin qalinligi cokuntu dasinib getirilen uzvi maddenin miqdarindan asilidir Ust plonkanin altinda Fe sulfidleri ve Eh 100 300 mn olan reduksiya zonasi yerlesir Ikinci tip hovzeye uzvi madde az daxil oldugundan ve bu madde cox pozuldugundan liller butun qalinligi boyu 15 m dek qirmizi qonur rengde okean derin su qirmizi gilleri olur reduksiya zonasi ise olmur Anomal qaz rejimli denizlerde ucuncu tip xususile dibyani sularda H2S varsa lillerde oksidlesme perdesi olmur ve onlar en ust hisseden Eh 50 300 mv olan reduksiya zonasini teskil edir Birinci ve ikinci tip oksidlesme reduksiya rejiminde oksidlesme perdesi cox nazik 0 5 2 0 sm olsa da Qara denizde 150 m az derinliyedek cokuntulerde dib faunasi hemise rast gelir Ucuncu tipde dib faunasi olmur Dib suyunun qisamuddetli movsumi H2S zeherlenmesi zamani dib faunasi hele yasayir lakin o zengin olmayan spesifik formalardan ibaret olur Azov denizi Oksidlesme reduksiya rejimlerinin analoji tipleri cox guman ki kecmis geoloji hovzelerde de movcud olmusdur SuretiCokuntu materiallarinin getirilmesi ve hovze dibinin cokelmesi ve ya qurunun qitenin mueyyen hissesinin enme sureti cokuntulerin yuyulmasi ve diger proseslerin intensivlik nisbetinden asilidir En boyuk cokuntutoplanmanin sureti sahelerin muasir cokuntulerinde musahide edilir ilde bir nece m dek Iri caylarin deltalarinda cokuntutoplanmanin sureti yuksek olur Cokuntutoplanmanin sureti muasir deltaonu sahede ilde 1 mm turbidit axinlari inkisaf eden rayonlarda ilde 0 5 mm okeanlarin merkezi hisselerinde ise 1000 ilde 1 10 mm teskil edir Bele hesab edirler ki cokuntulerin qalinliginin epoxanin davamiyyetine bolunmesinden alinan cokuntutoplanmanin sureti qiymeti yalniz teqribi olacaqdir cunki bu zaman suxurlarin sixlasmasi ve izotop yasin teyininde olan xetalar nezere alinmir Bele bir fikir de movcuddur ki cokuntutoplanmanin sureti tektonik cokelmeni seciyyelendiren esas kriterilerden biridir Lakin bu gosterici yalniz kompensasion cokekliklere tetbiq edile biler Cokuntutoplanmanin sureti cokuntu suxurlarin tekstur ve autigen mineralogiyasinda eks olunur Ceplayli teksturlar adeten cokuntutoplanmanin sureti boyuk olduqda horizontallaylilar ise kicik oldugu hallarda formalasir Qedim relikt deniz dibi cokuntutoplanmanin sureti sifra beraber oldugunu gosterir Yuyulma axinlarinin tesiri altinda cokuntutoplanmanin cox leng getmesini gosteren muhum elamet qlaukonit ve fosforitlerin olmasidir Lilyeyenlerin izlerinin olmasi cokuntutoplanmanin yavas getmesini gosteren elametlerdendir Hemcinin baxYer sethi CokuntulerMenbeGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 679