Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı alayı (polk) olub. Bu alay Cənubi Qafqaz müsəlmanlarından təşkil edilirək, İmperiyanın qeyri-nizami döyüş dəstələrindən biri hesab edilirdi.
Zaqafqaziya atlı-müsəlman alayı | |
---|---|
Növü | Atlı alay |
Yaranma tarixi | 1835 — 1857 |
Ölkə | Rusiya imperiyası |
Daxildir | Qafqaz korpusu |
Qərargah | Macarıstan |
Müharibələr | |
Komandanlıq | |
Məşhur komandirləri | Həsən bəy Ağalarov |
Tarixi
2 iyun 1835-ci ildə general-feldmarşal İvan Paskeviçin müraciəti əsasında Zaqafqaziya atlı-müsəlman alayı barədə əsasnamə təstiq edildi. Əsasnaməyə görə alayın sıralarına bir nəfər alay komandiri (alay bəy), iki nəfər alay komandirinin müavini (yarı alay bəy, yarbəy), 6 nəfər sultan (yüzlük komandiri), 18 nəfər naib (yüzlük komandirinin müavinləri), 48 nəfər vəkil (uryadniklər), 600 kiçik rütbəli atlı döyüşcülər (vsadniklər) və 198 nəfər döyüşçü sayılmayan aşağı rütbəlilər daxil idi.
Bundan əlavə, Əlahiddə Qafqaz Korpusundan göndərilən əmrə əsasən, korpusun döyüşçü dəstələrindən iki nəfər Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilən zabit də polka göndərilmişdi. Onlardan biri alay komandanının adyutantı, digəri isə alay yerləşim zabiti (kvartirmeysteri) və xəzinədar kimi xidmət edirdi. Həmçinin hər yüz nəfərlik dəstəyə bir nəfər kazak çavuş da təyin edilmişdi.
Alayda xidmət müddəti dörd il təyin edildi. Hər iki ildən sonra alayın bir hissəsi Zaqafqaziyada yeni yaradılmış digər hərbi hissə ilə əvəz olunurdu. Alay komandirləri Rusiya İmperiyasının qərərgah zabitləri sırasından seçilirdi. Seçim üçün tələb olunan şərtlərə Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilmək, əvvəllər belə bir alaya komandanlıq etmə təcrübəsi kimi şərtləri var idi. Seçim "ali əmrlə" təstiq edilirdi. Alay komandirini seçərkən komandirin Rusiya İmperiyasına sadiq qalacağına, eyni zamanda onun Zaqafqaziyanın köklü (nəsil-nəcabətli) müsəlman ailələrindən birindən olmasına xüsusi fikir verilirdi.
Alay əsasnaməsində qeyd edilib ki:
... yuxarı və ya aşağı rütbələrdən hər hansı biri dörd il xidmət etdikdən sonra hərbi xidmətdə qalmaq arzusundadırsa, bu, nəinki qadağan olunmur, həm də təsdiqlənir və həvəsləndirilir.
Alayın formalaşdırılması 1 sentyabr 1834-cü ildə tamamlandı və 2 mart 1835-ci il tarixində onun döyüşçüləri Tiflisdən ayrılaraq Varşavaya yola düşdülər. General-feldmarşal Parkeviç burada xidmət etməkdı idi. Bu alay ləğv edilənə qədər Varşava ətraflarında xidmət etdi. Alayın yerləşim yeri Varşavanın 46 verstliyindəki Soxaçeve məntəqəsində idi. Həmçinin alayın 200 döyüşçü Varşava şəhərində qarnizon xidmətini həyata keçirirdi.
1 mart 1839-cu ildə imperator əmri ilə bu alaydan 30 nəfər seçilərək Rusiya imperatorunun mühafizə dəstəsinə cəlb edildilər. Bu barədə verilən əmrdə deyilirdi:
Bu komandaya mühafizə xidmətinə qadir, cəsarət, xidmət və davranış baxımından əla insanlar seçilir.
Həmin dəstə Leyb-Qvardiyanın Qafqaz eskadronunun bir hissəsi oldu. Onlar kazarmalarda yaşayır, milli kişi geyimlərinə əsaslanan öz geyim formasına malik olur, milli (Azərbaycan) mətbəxdən yemək yeyirdilər. 1848-ci ilin dekabrında Qafqaz-Dağ Mühafizəçiləri yarımeskadrilyasının heyətinə daha bir qeyri-döyüş rütbəsi - "Əliyilər təriqətinin əfəndisi" (şiəlik nəzərdə tutulur) daxil edildi. Dəstə rəsmiləri imperatoru və onun ailə üzvlərini səfərlərdə müşayiət edir, saray və iqamətgahları qoruyur, müxtəlif mərasimlərdə iştirak edirdilər. 1857-ci ildə Müsəlman Mühafizəçilər Dəstəsi Leyb-Qvardiyanın Qafqaz eskadronu Qafqaz Mühafizəçilər squadronunun IV tağımını təşkil etməyə başladılar.
1849-cu ildə Zaqafqaziya Atlı Müsəlman Alayı Rusiya İmperiyasının Macarıstandakı inqilaba hərbi müdaxiləsi zamanı həyata keçirilən yürüşdə iştirak etdi. Yürüşün sonunda bu Alay Macar yürüşündə iştiraka görə Müqəddəs Georgi Bayrağı ilə mükafatlandırıldı. Mükafatda "Üsyançı macarlara qarşı işlərdə göstərdiyi əla şücaət və cəsarətə görə, 1849-cu il "iyulun 21-də Debreçin şəhəri yaxınlığındakı döyüşə və döyüş zamanı düşməndən 74 silahı geri almasına görə" sözləri qeyd edilmişdi.
10 yanvar 1852-ci ildə alay dörd yüz nəfərlik qüvvəyə çevrildi.
10 yanvar 1852 ci ildə Alay buraxılaraq, dörd yüzlükdən ibarət heyət yenidən toplanılır; yeni alayın döyüşçü sayı azaldılır. 1856-cı ildə Rusiya İmperiyası Krım müharibəsindən məğlub olub, Paris Sülh Müqaviləsini imzalamağa məcbur oldu. Həmin Sülh Müqaviləsi imzalandıqdan sonra İmperiyanın hər bir sahəsində islahatlara, o cümlədın ordunun da azaldılmasına başlanıldı. 24 avqust 1856-cı ildə İmperatorun yüksək əmri ilə, alay döyüşçülərinin sayı 200 nəfərə endirərək, Zaqafqaziya Atlı-Müsəlman diviziyonu təşkil edildi. Nəhayət, 1857-ci ildə divizionun fəaliyyətinə xitam verildi.
Polkun komandirləri
- Polkovnik, (17 may 1846-cı ildən general-mayor) (1834- 12 aprel 1852)
- Polkovnik Həsən bəy Ağalarov (12 aprel 1852 - 17 aprel 1857)
Polkda hərbi xidmətdə olan tanınmış şəxslər
- İsmayıl xan Naxçıvanski - atlılar generalı
- Cəfərqulu ağa Bakıxanov - general-leytenant
- Ağayev Nikolay Nikolayeviç
- İsrafil bəy Yadigarov
- İsmayıl bəy Qutqaşınlı
- Kərim bəy Novruzov
Qeydlər
- Rusiya Dövlət Hərbi Tarixi Arxivinin yayımladığı kitabın ikinci cildində deyilir:
1835-ci ildə iki qeyri-nizami polk yaradıldı: Zaqafqaziya müsəlmanlarından və ermənilərdən ibarət Zaqafqaziya atlı-müsəlman (1856-cı ildən diviziyon) və çərkəzlərdən, kabardinlərdən, çeçenlərdən və digər dağlılardan ibarət Qafqaz atlı-dağlı (1842-ci ildən diviziyon); 1856-cı ildə isə dağıdıldılar.
Həmçinin bax
İstinadlar
- Российский государственный военно-исторический архив: путеводитель. 2. səh. 225.
- Казачьи войска: хроники гвардейскихъ казачьихъ частей помѣщены въ книгѣ Императорская Гвардія. səh. 40.
- Ахмедов, 2019
- Исмаилов, 2005. səh. 79
- "Həsən bəy Ağalarov". kepenekci.org. 2012. İstifadə tarixi: 16 oktyabr 2023.
Mənbə
- Сабухи Ахмедов. Из истории зарождения военной униформы в Азербайджане (PDF). İRS. 2019.
- Эльдар Эльхан оглы Исмаилов. Агаларов Гасан-бек. // Георгиевские кавалеры — азербайджанцы. Moskva: Герои отечества. 247.
Əlavə ədəbiyyat
- Э. Э. Исмаилов. Георгиевские кавалеры — азербайджанцы. Москва. 2005.
- Национальная Академия Наук Азербайджана. Музей истории Азербайджана. Генералы Азербайджана. Каталог. — Баку, 2005. . Bakı. 2005.
- М. И. Марков История конницы. Часть 4-я. Глава 37. История конницы. Часть 4-я. Глава 37.
- А. Л. Гизетти. Сборник сведений о георгиевских кавалерах и боевых знаках отличий кавказских войск. Тифлис. 1901.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zaqafqaziya atli muselmen alayi Rusiya Imperator ordusuna daxil olan azerbaycanlilardan ibaret atli alayi polk olub Bu alay Cenubi Qafqaz muselmanlarindan teskil edilirek Imperiyanin qeyri nizami doyus destelerinden biri hesab edilirdi Zaqafqaziya atli muselman alayiNovu Atli alayYaranma tarixi 1835 1857Olke Rusiya imperiyasiDaxildir Qafqaz korpusuQerargah MacaristanMuharibelerKomandanliqMeshur komandirleri Hesen bey AgalarovTarixiAlayin zabitleri 2 iyun 1835 ci ilde general feldmarsal Ivan Paskevicin muracieti esasinda Zaqafqaziya atli muselman alayi barede esasname testiq edildi Esasnameye gore alayin siralarina bir nefer alay komandiri alay bey iki nefer alay komandirinin muavini yari alay bey yarbey 6 nefer sultan yuzluk komandiri 18 nefer naib yuzluk komandirinin muavinleri 48 nefer vekil uryadnikler 600 kicik rutbeli atli doyusculer vsadnikler ve 198 nefer doyuscu sayilmayan asagi rutbeliler daxil idi Bundan elave Elahidde Qafqaz Korpusundan gonderilen emre esasen korpusun doyuscu destelerinden iki nefer Qafqaz diyarinin turk dilini Azerbaycan dilini bilen zabit de polka gonderilmisdi Onlardan biri alay komandaninin adyutanti digeri ise alay yerlesim zabiti kvartirmeysteri ve xezinedar kimi xidmet edirdi Hemcinin her yuz neferlik desteye bir nefer kazak cavus da teyin edilmisdi Alayda xidmet muddeti dord il teyin edildi Her iki ilden sonra alayin bir hissesi Zaqafqaziyada yeni yaradilmis diger herbi hisse ile evez olunurdu Alay komandirleri Rusiya Imperiyasinin qerergah zabitleri sirasindan secilirdi Secim ucun teleb olunan sertlere Qafqaz diyarinin turk dilini Azerbaycan dilini bilmek evveller bele bir alaya komandanliq etme tecrubesi kimi sertleri var idi Secim ali emrle testiq edilirdi Alay komandirini secerken komandirin Rusiya Imperiyasina sadiq qalacagina eyni zamanda onun Zaqafqaziyanin koklu nesil necabetli muselman ailelerinden birinden olmasina xususi fikir verilirdi Alay esasnamesinde qeyd edilib ki yuxari ve ya asagi rutbelerden her hansi biri dord il xidmet etdikden sonra herbi xidmetde qalmaq arzusundadirsa bu neinki qadagan olunmur hem de tesdiqlenir ve heveslendirilir Alayin formalasdirilmasi 1 sentyabr 1834 cu ilde tamamlandi ve 2 mart 1835 ci il tarixinde onun doyusculeri Tiflisden ayrilaraq Varsavaya yola dusduler General feldmarsal Parkevic burada xidmet etmekdi idi Bu alay legv edilene qeder Varsava etraflarinda xidmet etdi Alayin yerlesim yeri Varsavanin 46 verstliyindeki Soxaceve menteqesinde idi Hemcinin alayin 200 doyuscu Varsava seherinde qarnizon xidmetini heyata kecirirdi 1 mart 1839 cu ilde imperator emri ile bu alaydan 30 nefer secilerek Rusiya imperatorunun muhafize destesine celb edildiler Bu barede verilen emrde deyilirdi Bu komandaya muhafize xidmetine qadir cesaret xidmet ve davranis baximindan ela insanlar secilir Hemin deste Leyb Qvardiyanin Qafqaz eskadronunun bir hissesi oldu Onlar kazarmalarda yasayir milli kisi geyimlerine esaslanan oz geyim formasina malik olur milli Azerbaycan metbexden yemek yeyirdiler 1848 ci ilin dekabrinda Qafqaz Dag Muhafizecileri yarimeskadrilyasinin heyetine daha bir qeyri doyus rutbesi Eliyiler teriqetinin efendisi sielik nezerde tutulur daxil edildi Deste resmileri imperatoru ve onun aile uzvlerini seferlerde musayiet edir saray ve iqametgahlari qoruyur muxtelif merasimlerde istirak edirdiler 1857 ci ilde Muselman Muhafizeciler Destesi Leyb Qvardiyanin Qafqaz eskadronu Qafqaz Muhafizeciler squadronunun IV tagimini teskil etmeye basladilar 1849 cu ilde Zaqafqaziya Atli Muselman Alayi Rusiya Imperiyasinin Macaristandaki inqilaba herbi mudaxilesi zamani heyata kecirilen yurusde istirak etdi Yurusun sonunda bu Alay Macar yurusunde istiraka gore Muqeddes Georgi Bayragi ile mukafatlandirildi Mukafatda Usyanci macarlara qarsi islerde gosterdiyi ela sucaet ve cesarete gore 1849 cu il iyulun 21 de Debrecin seheri yaxinligindaki doyuse ve doyus zamani dusmenden 74 silahi geri almasina gore sozleri qeyd edilmisdi 10 yanvar 1852 ci ilde alay dord yuz neferlik quvveye cevrildi 10 yanvar 1852 ci ilde Alay buraxilaraq dord yuzlukden ibaret heyet yeniden toplanilir yeni alayin doyuscu sayi azaldilir 1856 ci ilde Rusiya Imperiyasi Krim muharibesinden meglub olub Paris Sulh Muqavilesini imzalamaga mecbur oldu Hemin Sulh Muqavilesi imzalandiqdan sonra Imperiyanin her bir sahesinde islahatlara o cumledin ordunun da azaldilmasina baslanildi 24 avqust 1856 ci ilde Imperatorun yuksek emri ile alay doyusculerinin sayi 200 nefere endirerek Zaqafqaziya Atli Muselman diviziyonu teskil edildi Nehayet 1857 ci ilde divizionun fealiyyetine xitam verildi Polkun komandirleriPolkovnik 17 may 1846 ci ilden general mayor 1834 12 aprel 1852 Polkovnik Hesen bey Agalarov 12 aprel 1852 17 aprel 1857 Alayin komandirlerinden biri olan Hesen bey Agalarov Varsava 1856 ci il Polkda herbi xidmetde olan taninmis sexslerIsmayil xan Naxcivanski atlilar generali Ceferqulu aga Bakixanov general leytenant Agayev Nikolay Nikolayevic Israfil bey Yadigarov Ismayil bey Qutqasinli Kerim bey NovruzovQeydlerRusiya Dovlet Herbi Tarixi Arxivinin yayimladigi kitabin ikinci cildinde deyilir 1835 ci ilde iki qeyri nizami polk yaradildi Zaqafqaziya muselmanlarindan ve ermenilerden ibaret Zaqafqaziya atli muselman 1856 ci ilden diviziyon ve cerkezlerden kabardinlerden cecenlerden ve diger daglilardan ibaret Qafqaz atli dagli 1842 ci ilden diviziyon 1856 ci ilde ise dagidildilar Hemcinin baxKengerli suvarileriIstinadlarRossijskij gosudarstvennyj voenno istoricheskij arhiv putevoditel 2 seh 225 Kazachi vojska hroniki gvardejskih kazachih chastej pomѣsheny v knigѣ Imperatorskaya Gvardiya seh 40 Ahmedov 2019 Ismailov 2005 seh 79 Hesen bey Agalarov kepenekci org 2012 Istifade tarixi 16 oktyabr 2023 MenbeSabuhi Ahmedov Iz istorii zarozhdeniya voennoj uniformy v Azerbajdzhane PDF IRS 2019 Eldar Elhan ogly Ismailov Agalarov Gasan bek Georgievskie kavalery azerbajdzhancy Moskva Geroi otechestva 247 Elave edebiyyatE E Ismailov Georgievskie kavalery azerbajdzhancy Moskva 2005 Nacionalnaya Akademiya Nauk Azerbajdzhana Muzej istorii Azerbajdzhana Generaly Azerbajdzhana Katalog Baku 2005 Baki 2005 M I Markov Istoriya konnicy Chast 4 ya Glava 37 Istoriya konnicy Chast 4 ya Glava 37 A L Gizetti Sbornik svedenij o georgievskih kavalerah i boevyh znakah otlichij kavkazskih vojsk Tiflis 1901