İllarion İvanoviç Vorontsov-Daşkov (27 may 1837, Sankt-Peterburq – 15 yanvar 1916, Alupka, Tavriya quberniyası[d]) — Rusiya dövlət və hərbi xadimi.
İllarion Vorontsov-Daşkov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 may 1837 |
Doğum yeri | |
Vəfat tarixi | 15 yanvar 1916(78 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XIX əsrin 90-cı illərində Şərqi Anadolu ərazilərində erməni millətçi ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin nəticəsiz qaldığını görən daşnaklar öz iyrənc əməllərinin davamını Cənubi Qafqazda həyata keçirməyi qərara aldılar.
Əsrin əvvəllərində Çar Rusiyasının üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, ucqarlarda fəhlələrin tətil hərəkatı, inqilabi yüksəliş və digər ciddi amillər imperiya əhalisinə görünməmiş sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən "qaynar nöqtə" hesab olunurdu. Fəhlələrin Bakıda, Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili keçirildi. Belə mənzərə Cənubi Qafqazın erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda, Karaklisdə, İrəvanda, Qafanda, Alaverdi misəritmə zavodunda fəhlələr dəfələrlə tətil keçirdilər. Maraqlısı bu idi ki, erməni proletariatı da ümumrus tətillərini dəstəkləyirdi.
1905-ci ildə azərbaycanlılarla yanaşı, Gürcüstanda da Tiflis dəmiryolçularının tətili başladı. Qori, Tianet qəzalarında, Kaxetiya və Meqreliya kəndlərində silahlı toqquşmalar qeydə alındı. Bütün Cənubi Qafqazda siyasi sabitlik tamamilə pozulmuşdu. İmperiyanın cənub ucqarlarında milli zəmində alovlanan tətillərə hökumətin loyal münasibəti açıq-aşkar hiss olunurdu. Belə bir ağır vəziyyətdə çar hökumətinin əsas məqsədi müsəlman əhalisini qorxutmaq və onları öz torpaqlarından sıxışdırıb çıxarmağa başlamış daşnaklarla mübarizəni dərinləşdirmək idi. Daşnaklar erməni muxtariyyəti uğrunda aparılan mübarizədə, eləcə də 1903-cü ildə kilsə əmlakının çar fərmanı ilə müsadirə olunmasında əsas günahların hökumətdə olduğunu bildirərək, bütün mübarizənin imperiyaya qarşı yönəldildiyi haqqında məlumatlar, bildirişlər yaymağa başladılar. Hökumət isə daşnakların sosial dayaqlarının daha da laxladılması üçün erməni-türk müsəlman qırğınına bir növ rəvac vərməkdə idi.
2 fevral 1905-ci ildə Quba meydanında daşnaklar tərəfindən Ağarza adlı bir nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi müsəlmanların qəzəbinə səbəb oldu. Lakin 1905-ci ildə bir nəfər azərbaycanlı məhbusun dindirilməyə aparılarkən yolda erməni əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ondan xəbər verirdi ki, ermənilər bu münaqişəyə qabaqcadan çox yaxşı hazırlaşmışdılar. Milli zəmində silahlı qarşıdurmanın aradan qaldırılması üçün heç bir ciddi tədbir görməyən yerli hakimiyyət praktiki olaraq, hadisələrin daha da gərginləşməsində maraqlı idi. 1905–1906-cı illər erməni-türk müsəlman qarşıdurması zamanı ermənilərin türklərə qarşı amansız, vəhşi münasibəti nəticəsində minlərlə türk qanına qəltan edildi. Ermənilər qoca, uşaq, qadın demədən, qarşılarına çıxan hər bir müsəlman türkünü vəhşicəsinə qətlə yetirdilər. Bu qanlı hadisələrin canlı şahidi olmuş görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi "Qanlı illər" adlı sənədli əsərində problemin kökünə nüfuz etmiş, millətlərarası toqquşmaya və qan tökülməsinə gətirib çıxaran səbəbləri dəqiq göstərmişdir. Bu, ilk növbədə, "Daşnaqsütyun"un Qafqazda oynadığı "qanlı teatr"dır; ikincisi, yerli hakimiyyətin nümayəndələrinin soyuqqanlığı və fəaliyyətsizliyidir; üçüncüsü, azərbaycanlıların sadəlövhlüyü və səriştəsizliyidir, onlar erməni hiylə və fitnəkarlığını vaxtında başa düşməmişdilər, habelə silahlanmamışdılar; dördüncüsü, Moskvanın, Londonun və Parisin fəal köməyi ilə ermənilərin "Böyük Ermənistan" yaratmaq məqsədi ilə muxtariyyətə can atmasıdır.
XX əsrin əvvəllərində Gürcüstan ərazilərinə Türkiyənin şərq ərazilərindən köçürülməkdə olan erməni əhalisi bölgənin yerli əhalisi ilə bu və ya digər formada qarşıdurma yaratmaqda maraqlı idi. Ermənilərin köçürülməsi ilə regionda hökm sürən qeyri-sabitliyin, etnik qarşıdurmaların və bir sıra qanlı olayların əsası qoyuldu. Cənubi Qafqazın inzibati mərkəzi olan Tiflisdə saylarını xeyli artırıb mühüm vəzifələrə yiyələnən erməniər artıq XX əsrin əvvəllərindən etibarən açıq şəkildə torpaq iddiaları irəli sürməyə və öz məkrli niyyətlərinə çatmaq üçün minillər boyu öz dədə-baba yurdlarında yaşayan yeni qonşularına-Şimali Azərbaycan türklərinə qarşı qətliamlar törətməyə başladılar. Tiflis əhalisi də bu faciədən yaxa qurtara bilmədi. Tiflisin azərbaycanlı əhalisi say tərkibinə görə azlıq təşkil edirdi. Odur ki, azərbaycanlılar və ermənilər arasında olan toqquşmalar adamları ciddi narahat edirdi. 1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfdən gələrək "Şeytan bazarı"ndakı türklərin "Roza" gül mağazası önündən keçərkən havaya açdıqları 5–10 atəş səsi toqquşmaya gətirib çıxardı. Həmin gün türklər erməniləri, ermənilər də türkləri güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Hökumətin yarıtmaz siyasəti nəticəsində çoxlu sayda türk qətlə yetirilməkdə idi. Azərbaycanlılardan ibarət özünümüdafiə dəstələrinin olmaması da qırğınların artmasına gətirib çıxardı. Yalnız 1906-cı ilin payızında "Difai" ("Müdafiə") müsəlman partiyası yarandı. Onun yaradıcılarının fikrincə, bu partiya "Daşnaqsütyun"a qarşı çıxmalı idi. "Difai"nin liderləri Əhməd bəy Ağayev və Ə. Rəfibəyli olmuşlar. Erməni terrorçularının xüsusi fəallıq göstərdiyi yerlərdə, Yelizavetpol, Cavanşir, Şuşa, Qaryagin və başqa qəzalarda partiyanın şöbələri yaradıldı. Qeyd etmək lazımdır ki, "Difai" təşkilatı millətlərarası toqquşmaların zəiflədiyi və daşnak terror dəstələrinin müsəlman əhalisi üçün bilavasitə ciddi təhlükənin ötüb keçdiyi məqamda təşəkkül tapmışdı. Təşkilat 1912-ci ilə qədər fəaliyyət göstərdi. Sonralar Müsavat partiyası təşkil olundu və "Defai"nin bir çox üzvləri Müsavat partiyasına daxil oldular. Digər Azərbaycan milli təşkilatı — "Müdafiə" 1907-ci ildə təsis olundu. Onun rəhbəri İsmayıl xan Ziyadxanov idi və fəaliyyəti Yelizavetpol və Tiflis quberniyasını əhatə edirdi. "Müdafiə"nin məqsədi iri torpaq sahiblərinin—bəylərin mənafeyini müdafiə etməkdən idi. Təşkilat qısa bir müddətdə fəaliyyət göstərdikdən sonra, nəhayət, 1909-cu ildə buraxıldı. Tarixçi Bəxtiyar Nəcəfov təşkilatların fəaliyyətinə toxunarkən qeyd edir ki, "…erməni terrorçularının iddialarına qarşı çıxmaq məqsədilə yaradılan Azərbaycan təşkilatları çox gec meydana çıxaraq, bir növ "kütləvilik, quruluş baxımından, əlbəttə ki, onlar "Daşnaqsütyun"un fəaliyyətinə hakim kəsilən təcavüzkarlıqdan, hücum ruhundan uzaq olmuşdular".
Daşnakların Azərbaycan xalqına qarşı 1904–1905-ci illərdə törətdikləri vəhşiliklər təsadüfi epizodlar deyil, ciddi işlənib hazırlanmış və müəyyən dövrə qədər gizli saxlanmış planın bir hissəsi idi. Bu plan bir çox səbəbdən baş tutmadı. Bunu araşdıran tarixçi Bəxtiyar Nəcəfov yazır: "…burada ermənilərin öz qüvvə və imkanlarını həddindən artıq şişirtmələri, müsəlman əhalisi tərəfindən müqavimətlə qarşılanması və əlbəttə, çarizmə qarşı çıxan qüvvələrin məğlubiyyəti də öz rolunu oynayırdı. Buna müvafiq olaraq, ermənilər və təşkilatlanmış bütün erməni terrorçuları sonrakı illərdə öz taktikalarını dəyişdilər. Lakin döyüş qaydasını bərpa edərək Cənubi Qafqazda təxribatçılıq fəaliyyətlərini davam etdirmək üçün əsas qisasçılıq məqsədlərinə sadiq qaldılar". Hadisələrin sabitləşməyə doğru getdiyi bir vaxtda özünə gələn çar hökuməti ən qorxulu düşmənə—daşnaklara qarşı fəal mübarizə aparmağa başladı: həbslər keçirilir, partiya fəalları sürgün edilir, gizli mətbəələr dağıdılır, silahlar müsadirə olunurdu. Bütün bunlar tətbiq olunan hərbi vəziyyət fonunda baş verirdi. Doğrudur, bu proses uzun müddət baş verə bilməzdi. Erməni üsyançılar diaspor qurumları tərəfindən ayrılan külli miqdarda vəsait hesabına sürətlə silahlanırdılar. Şərait durmadan ermənilərin xeyirinə dəyişməkdə idi.
1905-ci ildə, ölkədə inqilabi yüksəlişin qızğın çağında qraf Vorontsov-Daşkov Cənubi Qafqazın canişini təyin olundu. Çar sarayında məharəti ilə ad çıxarmış qraf ermənilərə rəğbəti ilə seçilirdi. Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni idi və qraf qısa müddətdə zəngin erməni burjuaziyası və neft sənayeçiləri dairəsində geniş əlaqələr yaratmışdı. Onun köməyi ilə bütün Tiflisdə əsas vəzifələr erməni fırıldaqçılarının əlinə keçdi. Təsadüfi deyildi ki, Vorontsov-Daşkov erməni kapitalının köməyi ilə Balaxanıda zəngin neft mədəninə yiyələndi. 1905-ci ildə yeni canişin Bakıya gələrkən məlum oldu ki, onu neftçilərin tətilləri və fəhlələrin iş şəraiti deyil, öz mədənlərinin əmin-amanlığı maraqlandırır. Tətilçiləri ciddi cəzalandırmaqla hədələyən canişin Tiflisə döndü.
Qeyd etdiyimiz kimi, 1905–1906-cı illərdə Cənubi Qafqazın hər bir nöqtəsində dinc əhali erməni cəlladlarının yaramaz əməlləri ilə qarşılaşmaqda idilər. Elə bu dövrdə Bakı ilə yanaşı, Qarabağda da əhali quldurların ciddi təzyiqləri ilə ölüm-dirim mübarizəsi aparırdı. Demək olar ki, Şuşa yolu daşnak terrorçuları tərəfindən kəsilən vaxt şeyxülislam, müfti və qazi canişinin qəbuluna getdilər. Məqsəd canişindən Şuşa əhalisinə ərzaq çatdırılmasına kömək göstərməsini xahiş etmək idi. Lakin Vorontsov-Daşkov nümayəndələri qəbul etmədi və onlara çatdırdı ki, müsəlmanlara hələ bu da azdır. Şübhəsiz, ermənipərəst qrafın canişin təyin edilməsi təsadüfi deyildi. Belə ki, qismən güzəştlər hesabına başa gəlsə belə, istər mərkəzdə, istərsə də 1905-ci ilin əvvəlində ucqarlarda olan nisbi sakitlik çar hökumətinə hava — su kimi vacib idi. Belə bir güzəşt Vorontsov-Daşkovun səyləri nəticəsində müsadirə olunmuş əmlakın erməni-qriqorian kilsəsinə qaytarılması və erməni kilsə məktəblərinin açılması barədə 1906-cı ildə imperator fərmanının imzalanmasında özünü büruzə verdi. Vorontsov-Daşkovun Qafqazda apardığı siyasət erməni terrorçuların daha mülayim əhval-ruhiyyəli hissələrini çar hökuməti ilə barışdıra bildi. Ermənilər kilsə əmlakının müsadirəsi və kilsə məktəblərinin statusu barədə fərmanın ləğvində çar hökuməti ilə "dil tapmağın mümkünlüyü" fikrini təsdiq edən xoş məram gördülər.
Sonrakı illərdə, daha doğrusu, I və II Balkan müharibələri ərəfəsində daşnakların bir sıra təşkilatları yaradılmaqda idi. Bu işdə canişin Vorontsov-Daşkovun misilsiz xidmətlərini qeyd etmək olar. Xüsusilə, daşnakların Rusiya ilə mövcud münasibətlərin nizama salınması, eləcə də Türkiyəyə qarşı silahlı çıxışlara hazırlıqdan ibarət olan siyasi xətti canişinin yorulmaz fəaliyyəti nəticəsində həyata keçirilməkdə idi. Məhz bu dövrdən başlayaraq qraf Vorontsov-Daşkov daşnaklarla çar arasında olan münasibətlərin həlli istiqamətində öz üzərinə bir çox öhdəliklər götürməli oldu. Bütün məsələlər çarla aparılan məktublaşmalarda öz əksini təfərrüatı ilə tapmışdır. Vorontsov-Daşkov dönə-dönə Rusiya hökumətinin və Cənubi Qafqazda erməni icmasının mənafe ümumiliyini qeyd edir, etiqad qardaşlarının—xristianların "vəhşi türklərdən" müdafiəasinin zəruriliyinə diqqət yetirir, yeni Rusiya-Türkiyə müharibəsində ermənilərin Rusiya ordusuna hansı köməyi göstərəcəyini vurğulayırdı. Eyni zamanda Vorontsov-Daşkov belə hesab edirdi ki, Cənubi Qafqazın erməni əhalisi ilə hökumət arasında baş vermiş münaqişələrin günahkarı rus məmurlarıdır, ilk növbədə Qafqazın sabiq canişini knyaz Lobanov-Rostovskidir. O, 90-cı illərdə Türkiyə Ermənistanında erməni çıxışları zamanı Rusiyanın Türkiyə ilə müharibəyə girməsinə imkan verməmişdi.
Qeyd etmək lazımdır ki, bu dövrdə ermənilər çar hökumətinə qarşı loyal münasibət sərgiləməkdə idilər. Əsas məqsəd müharibə başlayacağı təqdirdə çar hökumətinə hərtərəfli dəstək göstəriləcəyinı açıq şəkildə bəyan etmək idi. Nəticədə, Tiflisdə "Daşnaqsütyun"un xarici işlər naziri Zavriyevlə Vorontsov-Daşkov arasında intensiv danışıqlar başlandı. Bu danışıqlarda yepiskop Mesrop, Samson Arutyunov və A. Xatisov iştirak edirdilər. Daşnaqlar müharibə başlayarsa bütün qüvvələrini Qafqaz ordusunun sərəncamına verməyi öz öhdələrinə götürdülər. Öz növbəsində Vorontsov-Daşkov ermənilərlə Şərqi Anadolunun, Kilikiyanın vilayətlərindən ibarət muxtar Ermənistan yaradılacağını vəd etdi.
Tiflis danışıqları daha sonra Peterburqda davam etdirildi. Burada ilkin sazişlər işlənib hazırlandı. Bu sazişlər özündə prinsip etibarı ilə iki əsas məsələni əks etdirirdi:
1. Türkiyə əraziləri hesabına yaradılacaq muxtar Ermənistan; 2. Türkiyəyə qarşı müharibə zamanı erməni terrorçu dəstələrinin rus ordusu ilə müttəfiq vuruşması. Hadisələrin sonrakı gedişatı və müharibə zamanı bir daha təsdiq olundu ki, erməni silahlı dəstələri rus ordusuna elə də ciddi köməklik göstərmək iqtidarında deyildi.
1915-ci ilin sonlarında qraf Voronsov-Daşkov Qafqaz canişini vəzifəsindən azad olundu. Ermənipərəstliyi ilə məşhurlaşmış bu canişin on il ərzində (1905–1915) Cənubi Qafqazda açıq-aşkar ermənipərəst siyasət yürüdürdü. Onun hakimiyyəti illərində "Daşnaqsütyun" möhkəmlənərək, öz sıralarını yenidən qurdu, ermənilər Cənubi Qafqazın iqtisadi və siyasi həyatında öz mövqelərini daha da gücləndirdilər. Voronsov-Daşkovun yerinə əqidəli monarxiya tərəfdarı və "dövlətçi" böyük knyaz Nikolay Nikolayeviç canişin təyin olundu.
İstinadlar
- Bibliothèque nationale de France Illarion Ivanovich Vorontsov-Dashkov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Pas L. v. Illarion Ivanovitch Vorontsov-Dashkov // Genealogics (ing.). 2003.
- Воронцов-Дашков Илларион Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Ordubadi M. S. Qanlı illər 2023-03-31 at the Wayback Machine. Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, s. 7-11.
- Fəxri Hacıyev, Ermənilərin Cənubi Qafqaza kütləvi köçləri və 1905-ci ildə törətdikləri qətliamlar barədə, Gürcüstan arxiv mənbələri əsasında, səh.43, "Diplomatiya aləmi"—Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin orqanı 27/210, 14 yanvar 2005.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Illarion Ivanovic Vorontsov Daskov 27 may 1837 Sankt Peterburq 15 yanvar 1916 Alupka Tavriya quberniyasi d Rusiya dovlet ve herbi xadimi Illarion Vorontsov DaskovSexsi melumatlarDogum tarixi 27 may 1837 1837 05 27 Dogum yeri Sankt Peterburq Rusiya imperiyasiVefat tarixi 15 yanvar 1916 1916 01 15 78 yasinda Vefat yeri Alupka Yalta qezasi d Tavriya quberniyasi d Rusiya imperiyasiDefn yeri Morsansk rayonu d Fealiyyeti siyasetci herbi qulluqcuHerbi xidmetMensubiyyeti Rusiya imperiyasiQosun novu suvariDoyusler Birinci Dunya muharibesiRutbesi general mayorTeltifleri Vikianbarda elaqeli mediafayllarHeyatiXIX esrin 90 ci illerinde Serqi Anadolu erazilerinde ermeni milletci ekstremistlerinin heyata kecirdikleri qanli hadiselerin neticesiz qaldigini goren dasnaklar oz iyrenc emellerinin davamini Cenubi Qafqazda heyata kecirmeyi qerara aldilar Esrin evvellerinde Car Rusiyasinin uzlesdiyi agir sosial iqtisadi veziyyet ucqarlarda fehlelerin tetil herekati inqilabi yukselis ve diger ciddi amiller imperiya ehalisine gorunmemis sarsintilar getirdi Cenubi Qafqaz bu baximdan en qaynar noqte hesab olunurdu Fehlelerin Bakida Yelizavetpolda Gedebeyde umumi siyasi tetili kecirildi Bele menzere Cenubi Qafqazin ermeni ehalisi meskunlasan cenub qerb qezalarinda da ara sira musahide edilirdi 1905 ci ilde Aleksandropolda Karaklisde Irevanda Qafanda Alaverdi miseritme zavodunda fehleler defelerle tetil kecirdiler Maraqlisi bu idi ki ermeni proletariati da umumrus tetillerini destekleyirdi 1905 ci ilde azerbaycanlilarla yanasi Gurcustanda da Tiflis demiryolcularinin tetili basladi Qori Tianet qezalarinda Kaxetiya ve Meqreliya kendlerinde silahli toqqusmalar qeyde alindi Butun Cenubi Qafqazda siyasi sabitlik tamamile pozulmusdu Imperiyanin cenub ucqarlarinda milli zeminde alovlanan tetillere hokumetin loyal munasibeti aciq askar hiss olunurdu Bele bir agir veziyyetde car hokumetinin esas meqsedi muselman ehalisini qorxutmaq ve onlari oz torpaqlarindan sixisdirib cixarmaga baslamis dasnaklarla mubarizeni derinlesdirmek idi Dasnaklar ermeni muxtariyyeti ugrunda aparilan mubarizede elece de 1903 cu ilde kilse emlakinin car fermani ile musadire olunmasinda esas gunahlarin hokumetde oldugunu bildirerek butun mubarizenin imperiyaya qarsi yoneldildiyi haqqinda melumatlar bildirisler yaymaga basladilar Hokumet ise dasnaklarin sosial dayaqlarinin daha da laxladilmasi ucun ermeni turk muselman qirginina bir nov revac vermekde idi 2 fevral 1905 ci ilde Quba meydaninda dasnaklar terefinden Agarza adli bir nefer azerbaycanlinin vehsicesine qetle yetirilmesi muselmanlarin qezebine sebeb oldu Lakin 1905 ci ilde bir nefer azerbaycanli mehbusun dindirilmeye aparilarken yolda ermeni esgerleri terefinden vehsicesine qetle yetirilmesi ondan xeber verirdi ki ermeniler bu munaqiseye qabaqcadan cox yaxsi hazirlasmisdilar Milli zeminde silahli qarsidurmanin aradan qaldirilmasi ucun hec bir ciddi tedbir gormeyen yerli hakimiyyet praktiki olaraq hadiselerin daha da gerginlesmesinde maraqli idi 1905 1906 ci iller ermeni turk muselman qarsidurmasi zamani ermenilerin turklere qarsi amansiz vehsi munasibeti neticesinde minlerle turk qanina qeltan edildi Ermeniler qoca usaq qadin demeden qarsilarina cixan her bir muselman turkunu vehsicesine qetle yetirdiler Bu qanli hadiselerin canli sahidi olmus gorkemli Azerbaycan yazicisi Memmed Seid Ordubadi Qanli iller adli senedli eserinde problemin kokune nufuz etmis milletlerarasi toqqusmaya ve qan tokulmesine getirib cixaran sebebleri deqiq gostermisdir Bu ilk novbede Dasnaqsutyun un Qafqazda oynadigi qanli teatr dir ikincisi yerli hakimiyyetin numayendelerinin soyuqqanligi ve fealiyyetsizliyidir ucuncusu azerbaycanlilarin sadelovhluyu ve seristesizliyidir onlar ermeni hiyle ve fitnekarligini vaxtinda basa dusmemisdiler habele silahlanmamisdilar dorduncusu Moskvanin Londonun ve Parisin feal komeyi ile ermenilerin Boyuk Ermenistan yaratmaq meqsedi ile muxtariyyete can atmasidir XX esrin evvellerinde Gurcustan erazilerine Turkiyenin serq erazilerinden kocurulmekde olan ermeni ehalisi bolgenin yerli ehalisi ile bu ve ya diger formada qarsidurma yaratmaqda maraqli idi Ermenilerin kocurulmesi ile regionda hokm suren qeyri sabitliyin etnik qarsidurmalarin ve bir sira qanli olaylarin esasi qoyuldu Cenubi Qafqazin inzibati merkezi olan Tiflisde saylarini xeyli artirib muhum vezifelere yiyelenen ermenier artiq XX esrin evvellerinden etibaren aciq sekilde torpaq iddialari ireli surmeye ve oz mekrli niyyetlerine catmaq ucun miniller boyu oz dede baba yurdlarinda yasayan yeni qonsularina Simali Azerbaycan turklerine qarsi qetliamlar toretmeye basladilar Tiflis ehalisi de bu facieden yaxa qurtara bilmedi Tiflisin azerbaycanli ehalisi say terkibine gore azliq teskil edirdi Odur ki azerbaycanlilar ve ermeniler arasinda olan toqqusmalar adamlari ciddi narahat edirdi 1905 ci ilin oktyabr ayinin 20 de axsam saat 9 da 3 neferin faytonla ermeni mehellesi terefden gelerek Seytan bazari ndaki turklerin Roza gul magazasi onunden kecerken havaya acdiqlari 5 10 ates sesi toqqusmaya getirib cixardi Hemin gun turkler ermenileri ermeniler de turkleri gulle yagisina tutdular Gunler otdukce proses daha da derinlesirdi Hokumetin yaritmaz siyaseti neticesinde coxlu sayda turk qetle yetirilmekde idi Azerbaycanlilardan ibaret ozunumudafie destelerinin olmamasi da qirginlarin artmasina getirib cixardi Yalniz 1906 ci ilin payizinda Difai Mudafie muselman partiyasi yarandi Onun yaradicilarinin fikrince bu partiya Dasnaqsutyun a qarsi cixmali idi Difai nin liderleri Ehmed bey Agayev ve E Refibeyli olmuslar Ermeni terrorcularinin xususi fealliq gosterdiyi yerlerde Yelizavetpol Cavansir Susa Qaryagin ve basqa qezalarda partiyanin sobeleri yaradildi Qeyd etmek lazimdir ki Difai teskilati milletlerarasi toqqusmalarin zeiflediyi ve dasnak terror destelerinin muselman ehalisi ucun bilavasite ciddi tehlukenin otub kecdiyi meqamda tesekkul tapmisdi Teskilat 1912 ci ile qeder fealiyyet gosterdi Sonralar Musavat partiyasi teskil olundu ve Defai nin bir cox uzvleri Musavat partiyasina daxil oldular Diger Azerbaycan milli teskilati Mudafie 1907 ci ilde tesis olundu Onun rehberi Ismayil xan Ziyadxanov idi ve fealiyyeti Yelizavetpol ve Tiflis quberniyasini ehate edirdi Mudafie nin meqsedi iri torpaq sahiblerinin beylerin menafeyini mudafie etmekden idi Teskilat qisa bir muddetde fealiyyet gosterdikden sonra nehayet 1909 cu ilde buraxildi Tarixci Bextiyar Necefov teskilatlarin fealiyyetine toxunarken qeyd edir ki ermeni terrorcularinin iddialarina qarsi cixmaq meqsedile yaradilan Azerbaycan teskilatlari cox gec meydana cixaraq bir nov kutlevilik qurulus baximindan elbette ki onlar Dasnaqsutyun un fealiyyetine hakim kesilen tecavuzkarliqdan hucum ruhundan uzaq olmusdular Dasnaklarin Azerbaycan xalqina qarsi 1904 1905 ci illerde toretdikleri vehsilikler tesadufi epizodlar deyil ciddi islenib hazirlanmis ve mueyyen dovre qeder gizli saxlanmis planin bir hissesi idi Bu plan bir cox sebebden bas tutmadi Bunu arasdiran tarixci Bextiyar Necefov yazir burada ermenilerin oz quvve ve imkanlarini heddinden artiq sisirtmeleri muselman ehalisi terefinden muqavimetle qarsilanmasi ve elbette carizme qarsi cixan quvvelerin meglubiyyeti de oz rolunu oynayirdi Buna muvafiq olaraq ermeniler ve teskilatlanmis butun ermeni terrorculari sonraki illerde oz taktikalarini deyisdiler Lakin doyus qaydasini berpa ederek Cenubi Qafqazda texribatciliq fealiyyetlerini davam etdirmek ucun esas qisasciliq meqsedlerine sadiq qaldilar Hadiselerin sabitlesmeye dogru getdiyi bir vaxtda ozune gelen car hokumeti en qorxulu dusmene dasnaklara qarsi feal mubarize aparmaga basladi hebsler kecirilir partiya feallari surgun edilir gizli metbeeler dagidilir silahlar musadire olunurdu Butun bunlar tetbiq olunan herbi veziyyet fonunda bas verirdi Dogrudur bu proses uzun muddet bas vere bilmezdi Ermeni usyancilar diaspor qurumlari terefinden ayrilan kulli miqdarda vesait hesabina suretle silahlanirdilar Serait durmadan ermenilerin xeyirine deyismekde idi 1905 ci ilde olkede inqilabi yukselisin qizgin caginda qraf Vorontsov Daskov Cenubi Qafqazin canisini teyin olundu Car sarayinda mehareti ile ad cixarmis qraf ermenilere regbeti ile secilirdi Onun arvadi Liza Qriqoryevna milliyyetce ermeni idi ve qraf qisa muddetde zengin ermeni burjuaziyasi ve neft senayecileri dairesinde genis elaqeler yaratmisdi Onun komeyi ile butun Tiflisde esas vezifeler ermeni firildaqcilarinin eline kecdi Tesadufi deyildi ki Vorontsov Daskov ermeni kapitalinin komeyi ile Balaxanida zengin neft medenine yiyelendi 1905 ci ilde yeni canisin Bakiya gelerken melum oldu ki onu neftcilerin tetilleri ve fehlelerin is seraiti deyil oz medenlerinin emin amanligi maraqlandirir Tetilcileri ciddi cezalandirmaqla hedeleyen canisin Tiflise dondu Qeyd etdiyimiz kimi 1905 1906 ci illerde Cenubi Qafqazin her bir noqtesinde dinc ehali ermeni celladlarinin yaramaz emelleri ile qarsilasmaqda idiler Ele bu dovrde Baki ile yanasi Qarabagda da ehali quldurlarin ciddi tezyiqleri ile olum dirim mubarizesi aparirdi Demek olar ki Susa yolu dasnak terrorculari terefinden kesilen vaxt seyxulislam mufti ve qazi canisinin qebuluna getdiler Meqsed canisinden Susa ehalisine erzaq catdirilmasina komek gostermesini xahis etmek idi Lakin Vorontsov Daskov numayendeleri qebul etmedi ve onlara catdirdi ki muselmanlara hele bu da azdir Subhesiz ermeniperest qrafin canisin teyin edilmesi tesadufi deyildi Bele ki qismen guzestler hesabina basa gelse bele ister merkezde isterse de 1905 ci ilin evvelinde ucqarlarda olan nisbi sakitlik car hokumetine hava su kimi vacib idi Bele bir guzest Vorontsov Daskovun seyleri neticesinde musadire olunmus emlakin ermeni qriqorian kilsesine qaytarilmasi ve ermeni kilse mekteblerinin acilmasi barede 1906 ci ilde imperator fermaninin imzalanmasinda ozunu buruze verdi Vorontsov Daskovun Qafqazda apardigi siyaset ermeni terrorcularin daha mulayim ehval ruhiyyeli hisselerini car hokumeti ile barisdira bildi Ermeniler kilse emlakinin musadiresi ve kilse mekteblerinin statusu barede fermanin legvinde car hokumeti ile dil tapmagin mumkunluyu fikrini tesdiq eden xos meram gorduler Sonraki illerde daha dogrusu I ve II Balkan muharibeleri erefesinde dasnaklarin bir sira teskilatlari yaradilmaqda idi Bu isde canisin Vorontsov Daskovun misilsiz xidmetlerini qeyd etmek olar Xususile dasnaklarin Rusiya ile movcud munasibetlerin nizama salinmasi elece de Turkiyeye qarsi silahli cixislara hazirliqdan ibaret olan siyasi xetti canisinin yorulmaz fealiyyeti neticesinde heyata kecirilmekde idi Mehz bu dovrden baslayaraq qraf Vorontsov Daskov dasnaklarla car arasinda olan munasibetlerin helli istiqametinde oz uzerine bir cox ohdelikler goturmeli oldu Butun meseleler carla aparilan mektublasmalarda oz eksini teferruati ile tapmisdir Vorontsov Daskov done done Rusiya hokumetinin ve Cenubi Qafqazda ermeni icmasinin menafe umumiliyini qeyd edir etiqad qardaslarinin xristianlarin vehsi turklerden mudafieasinin zeruriliyine diqqet yetirir yeni Rusiya Turkiye muharibesinde ermenilerin Rusiya ordusuna hansi komeyi gostereceyini vurgulayirdi Eyni zamanda Vorontsov Daskov bele hesab edirdi ki Cenubi Qafqazin ermeni ehalisi ile hokumet arasinda bas vermis munaqiselerin gunahkari rus memurlaridir ilk novbede Qafqazin sabiq canisini knyaz Lobanov Rostovskidir O 90 ci illerde Turkiye Ermenistaninda ermeni cixislari zamani Rusiyanin Turkiye ile muharibeye girmesine imkan vermemisdi Qeyd etmek lazimdir ki bu dovrde ermeniler car hokumetine qarsi loyal munasibet sergilemekde idiler Esas meqsed muharibe baslayacagi teqdirde car hokumetine herterefli destek gosterileceyini aciq sekilde beyan etmek idi Neticede Tiflisde Dasnaqsutyun un xarici isler naziri Zavriyevle Vorontsov Daskov arasinda intensiv danisiqlar baslandi Bu danisiqlarda yepiskop Mesrop Samson Arutyunov ve A Xatisov istirak edirdiler Dasnaqlar muharibe baslayarsa butun quvvelerini Qafqaz ordusunun serencamina vermeyi oz ohdelerine goturduler Oz novbesinde Vorontsov Daskov ermenilerle Serqi Anadolunun Kilikiyanin vilayetlerinden ibaret muxtar Ermenistan yaradilacagini ved etdi Tiflis danisiqlari daha sonra Peterburqda davam etdirildi Burada ilkin sazisler islenib hazirlandi Bu sazisler ozunde prinsip etibari ile iki esas meseleni eks etdirirdi 1 Turkiye erazileri hesabina yaradilacaq muxtar Ermenistan 2 Turkiyeye qarsi muharibe zamani ermeni terrorcu destelerinin rus ordusu ile muttefiq vurusmasi Hadiselerin sonraki gedisati ve muharibe zamani bir daha tesdiq olundu ki ermeni silahli desteleri rus ordusuna ele de ciddi komeklik gostermek iqtidarinda deyildi 1915 ci ilin sonlarinda qraf Voronsov Daskov Qafqaz canisini vezifesinden azad olundu Ermeniperestliyi ile meshurlasmis bu canisin on il erzinde 1905 1915 Cenubi Qafqazda aciq askar ermeniperest siyaset yurudurdu Onun hakimiyyeti illerinde Dasnaqsutyun mohkemlenerek oz siralarini yeniden qurdu ermeniler Cenubi Qafqazin iqtisadi ve siyasi heyatinda oz movqelerini daha da guclendirdiler Voronsov Daskovun yerine eqideli monarxiya terefdari ve dovletci boyuk knyaz Nikolay Nikolayevic canisin teyin olundu IstinadlarBibliotheque nationale de France Illarion Ivanovich Vorontsov Dashkov BnF identifikatoru fr aciq melumat platformasi 2011 Pas L v Illarion Ivanovitch Vorontsov Dashkov Genealogics ing 2003 Voroncov Dashkov Illarion Ivanovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Ordubadi M S Qanli iller 2023 03 31 at the Wayback Machine Eseri ereb elifbasindan ceviren sadelesdiren ve capa hazirlayan E D Bagirov Naxcivan Ecemi NPB 2001 s 7 11 Fexri Haciyev Ermenilerin Cenubi Qafqaza kutlevi kocleri ve 1905 ci ilde toretdikleri qetliamlar barede Gurcustan arxiv menbeleri esasinda seh 43 Diplomatiya alemi Azerbaycan Respublikasi Xarici Isler Nazirliyinin orqani 27 210 14 yanvar 2005