Qayıbzadə Abbas ağa Mirzə Nəbi əfəndi oğlu (9 (21) oktyabr 1849, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 30 dekabr 1919, Qazax, Qazax qəzası, Gəncə quberniyası, AXC) — şair, tərcüməçi və maarif xadimi.
Abbas ağa Nazir | |
---|---|
Abbas ağa Mirzə Nəbi əfəndi oğlu Qayıbzadə | |
Təxəllüsü | Nazir |
Doğum tarixi | 9 (21) oktyabr 1849 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1919 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sudağılan qəbiristanlığı, Salahlı kəndi, Ağstafa rayonu |
Fəaliyyəti | şair, tərcüməçi |
Həyatı
Abbas ağa Nazir 1849-cu il 9 oktyabrda Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçi-şairi idi. "Bəyani-hal" poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğu nəzmə çəkilmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxumuş, Zaqafqaziya müftisi Osman əfəndi Məhəmməd ağa oğlu Vidadovun (M. V. Vidadinin nəvəsi) məsləhəti və köməyi ilə Tiflisdəki "Məvariyi-Qafqaz ruhani idarəsi"nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilə qədər müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuş, Zaqafqaziya ruhani idarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il işləmişdir. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur.
Əbülqasım Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə orijinaldan tərcümə edib "Qeyrət" mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr etdirmişdir (1908). Tərcümənin təkrar çapı 1959-cu ildə tədqiqatçı-alim Məmmədağa Sultanov tərəfindən olmuşdur. Xalq şairi Səməd Vurğun bu tərcüməni yüksək qiyymətləndirərək xatirə-qeydlərində yazır: "Mən "Rüstəm və Söhrab"ın o dövrdəki ilk tərcüməsini necə maraq və məhəbbətlə oxuduğumu yaxşı xatırlayıram…"
Abbas ağa Nazir özü "Bax" adlı qəzəlində yazır ki, tale onu övlad qismətindən məhrum etsə də o qədər də qəm etmir, çünki min bir əziyyətlə ana dilinə çevirdiyi "Rüstəm və Söhrab" onun övladı, oğludur:
Olmadımsa gər ata, yox isə oğlum, nə qəmim, "Zadeyi-təbim" olan "Rüstəmü Söhrab"imə bax.
Qəzəlin sonunda o belə bir səmimi izahat da vermişdir: "Hərçənd "Rüstəm və Söhrab" hekayəsi məlik-üşşüəra Firdovsinin zadeyi-təbidir, mən isəm ondan türk dilinə nəzmən tərcümə və nəql etmişəm, ancaq bu məqamda münasibi-hal "Zədeyi-təbim" deməgə məcbur olduğundan, bu barədə mana diqqət dutmalarını ərbabi-mərifətdən rica edirəm".
Abbas ağa nazir həm də rus yazıçısı Lev Tolstoyun "İnsana çoxmu torpaq lazımdır?" povestini nəzmlə tərcümə etmiş, L. Tolstoya məktub yazıb tərcümənin çapı üçün icazə istəmişdir (1909). Onun 1909-cu il fevralın iyirmi dördündə Yasnaya Polyanaya yazdığı məktubda deyilirdi:
"Hörmətli cənab qraf Lev Nikolayeviç!
Mən bir müsəlman şairi kimi, öz müsəlman həmməzhəblərimi Sizin əsərinizlə tanış etmək arzusu və Sizin "İnsana çoxmu torpaq lazımdır?" başlıqlı əsərinizi tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək xoşbəxtliyinə nail olmuşam. Ona görə də Sizdən izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda göstərilən tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz. Hörmət və ehtiramla:Abbas ağa Qayıbov".
On gün keçməmiş Abbas ağa Qayıbov Lev Nikolayeviç Tolstoydan aşağıdakı məzmunda cavab məktubu almışdır: "Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə və yenidən nəşr etmək ixtiyarı vermişəm, odur ki, üzərinizə götürduyünüz zəhmət üçün Sizə yalnız təşəkkür edə bilərəm. Lev Tolstoy".
1910-cu il noyabr ayının onunda Nazir böyük rus yazıçısının ölümünə — "Qraf Tolstoyun ölümünə aid" mənzumə yazmışdır.
Lev Tolstoy, ədibi-əzəmi rus, Dari-dükyadan eylədi rəhmət. Yəni fot oldu, səd həzar, əfsus, Nuri-şəmsi-həqiqətü hikmət.
Firudin bəy Köçərli də Abbas ağa Nazirlə məktublaşmış, onun poeziyasını yüksək qiymətləndirmişdir. O, 1911-ci il oktyabrın 10-da Abdulla Şaiqə yazdığı məktubunda Nazirin xoştəb bir şair, həyalı bir insan olduğunu bildirir: "Dağların vəsfində Qazax şairlərindən Mustafa ağa Arifin, Kazım ağa Salik və əlan hal-həyatda olan Abbas ağa Nazirin gözəl şerləri var ki, məcmuəmə giriblər…
Abbas ağa Nazirin "Bəyani-halım" namində xeyli məğrub bir əsəri var, oxusanız xoşunuza gələr, əfsus ki, çap olunmayıbdır. Abbas ağa bacarardı öz xərcinə çap etdirməyə, amma utancaq adam olduğuna görə özünü qeyrilərlə tanış etdirməkdən həya edir. Bilmirəm, onun əsərlərindən nəzərinizə yetişənlərdən olubdurmu? "Rüstəm və Söhrab"ın tərcüməsi, "Mövlüdi nəbavi", "Millətə xitab", "Molla və şeytan", "Çoxmu lazımdır insana torpaq?", "Bəyani-halım" və qeyriləri. Abbas ağa çox qabil və xoştəb şairdir, amma çoxları onu tanımır, o cəhətə ki, özünü nəzərə verən adam deyil".
Firudin bəy Köçərli 1909-cu ildə Abbas ağa Nazirin altmış illik yubileyi münasibətilə yazdığı məqalədə onu millət və Vətən üçün atəşin təranələr oxuyan həqiqi şair adlandırır. "Həqiqi şair… millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən oğullarının ürəyinə yandırıcı od salıb onları hər qism fədakarlığa və cannisarlığa şövqməd eləsin".
Abbas ağa Nazir isə 1909-cu ildə Firudin bəy Köçərliyə göndərdiyi məktubunda yazır ki, "Sizinlə gec tanış olmağıma heyfsilənirəm. Hərgah qırx il bundan əqdəm mənim şerimə Sizin kimi qədr-qiymət verən olsaydı, indiyə kimi otuz-qırx cild kitab yazardım".
1911-ci il dekabrın 5-də Tiflisdə M. F. Axundovun yüz illiyi təntənəsində Gürcü Zadəganlar Cəmiyyəti Teatrında məruzə edən Firudin bəy Köçərli yubiley gecəsini Abbas ağa Nazirin böyük dramaturqa həsr etdiyi on üç bəndlik şeri ilə açmışdır. Nazir şerində M. F. Axundovun təkcə Azərbaycan xalqına və ədəbiyyatına deyil, hətta yaxın Şərq xalqlarına və ədəbiyyatına olan misilsiz xidmətini nəzmə çəkmişdir:
Millətə şahrahi-elm açdın, Mərhaba, ey mühəndisi-qadir!
Vətənə təxmi-mərifət saçdın, Sən ey ustadı-kamilü mahir!
Bir əlifbayi-tazə tərh etdin, Şivəsi xoş, oxunmağı asan;
Rəsmi-təlimi zikrü şərh etdin, Qoymadın bir qüsuru, bir nöqsan.
Firudin bəy Köçərli 1912-ci ildə çap etdirdiyi "Balalara hədiyyə" kitabına Abbas ağa Nazirin "Vətən", "Qarayazı meşəsinin vəsfi və ovçuların zülmü" və başqa şerlərini daxil etmişdir.
Hələ 1908-ci il dekabrın 5-də Firudin bəy Köçərli Qoridən Abdulla Şaiqə yazırdı: "Rus şairlərinin əsərlərindən türkcə tərcümə etmək üçün Abbas ağa Qayıbov Nazir təxəllüsə müraciət etmənizi səlah görürəm. Cənab Abbas ağanın çox səlamət və rəvan təbi var və özü də rus dilini kamil bilir. Abbas ağadan başqa yenə bir neçə xoştəb şairlər vardır və onlar rus dilini bilmirlər. Abbas ağa Tiflisdə sünni idareyi-ruhaniyyəsinin kargüzarıdır".
Abbas ağa Nazir yüzlərlə lirik, satirik şerlərin, vətənpərvərlik ruhunda yazılmış mənzumə və qəzəllərin, rübailərin müəllifidir. "Vətən təranəsi", "1905-ci il inqilab cərəyanına dair", "Nəsihət", "Məktəb", "Könül, aldanma çərxə, bivəfadır", "Bax", "Təxmisi-qəzəli-Füzuli Bağdadi", "Molla və şeytan", "Millətə xitab", "Təraneyi-milliyə", "Vətən", "İsmayıl bəy Kasprinskinin vəfatına aid", "Ədəbiyyat" və s. kimi çoxlu poetik əhəmiyyətini itirməyən şeir və poemaları vardır.
Abbas ağa Nazir min misradan çox olan "Bəyani-halım" poemasında elm və fəzilət sahibi atası Mirzə Nəbinin şairliyini, ilk təhsilini Salahlıda aldığını, Qacarın Tiflisi yandırmasını, Vaqifin Qarabağa köçməyini nəzmə çəkmişdir. Poemada Abbas ağa Nazir ana tərəfdən Molla Vəli Vidadinin qız nəvəsi olduğunu tarixi faktlarla vermişdir Poemanın əsli Respublika Əlyazmaları İnstitutunda saxlanılır.
"Əsərləri"nin tam külliyyatını ilk dəfə tədqiqatçı Səmistan Nəzirli nəşr etdirmişdir.
Şair Abbas ağa Nazir Qayıbzadə 1919-cu il dekabrın 30-da Qazaxda vəfat etmişdir. Doğma kəndi Salahlıdakı Sudağılan qəbiristanlığında dəfn olunmuşdur. Nazirin vəfatından kədərlənən dövrünün maarif və mədəniyyət xadimləri onun ölümünü ağır itki kimi qiymətləndirərək mətbuat səhifələrində çıxış etmişlər. Həmin ili Qazax Seminariyasında ədəbiyyat müəllimi işləyən, sonralar görkəmli dövlət xadimi olan Yusif Qasımov "Azərbaycan" qəzetinin 1920-ci il 11 yanvar tarixli nömrəsində böyük bir məqalə ilə çıxış edərək yazırdı: "Onun vəfatı heç kəsi məraqə və təlaşa gətirmədi, o qədər əhali onun vəfatına kəmqeyd və kəmetina qaldı. Onu görən Firudin bəy Köçərli cənabları "Ar olsun bizə, bu böyük şəxsi çox həqiranə, çox beyhörmətanə yola salırıq. Bunun vəfatına çox beyganə baxırıq" — deyə burdakı beş-üç nəfərə etdiyi yanıqlı xitabı çox məqamlı və münasib oldu… Vətən və millət uğrunda atəşli təranələr çalan bir şəxsin aldığı mükafat iştə bu, amma ərbabi-fikrin çox da təqdirə və mükafata ehtiyacı yoxdur. O, özü-özünün hakimi və məhkumu, özü-özünün tosifi və zəmedicisidir".
Tanınmış maarifçi Fərhad Ağazadə də "Ədəbi tədqiq" adlı məqaləsində Abbas ağa Nazir poeziyasından, onun vətənpərvərlik ruhunda yazılmış şerlərindən söhbət açır. O yazırdı: "Mərhum Abbas ağa qayət dərəcədə Vətəni, yəni Azərbaycanı ürəkdən sevən bir şair idi. Vətən yaylalarının gülü-çiçəyi şairi məftun edir".
Əsərləri
- Molla və şeytan (nəzmlə hekayə). Tiflis: Gürcü nəşriyyatının "Şirkət" mətbəəsi, 1911, 15 səh.
- İki qardaş (poema). Tiflis: Gürcü nəşriyyatının "Şirkət" mətbəəsi, 1912, 18 səh.
- Əsərləri. Bakı: OKA Azərbaycan-Türkiyə ofset nəşriyyat və poliqrafiya şirkəti, 2004, 350 səh.
Tərcümələri
- Müsəvvər Rüstəm və Söhrab. Tiflis: "Qeyrət" mətbəəsi, 1908, 120 səh.
- Rüstəm və Söhrab. Bakı: Azərnəşr, 1959, 199 səh.
Mənbə
- "Abbas ağa Nazir Qayıbov". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 547–588.
- XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qayibzade Abbas aga Mirze Nebi efendi oglu 9 21 oktyabr 1849 Salahli Yelizavetpol qezasi Tiflis quberniyasi Rusiya imperiyasi 30 dekabr 1919 Qazax Qazax qezasi Gence quberniyasi AXC sair tercumeci ve maarif xadimi Abbas aga NazirAbbas aga Mirze Nebi efendi oglu QayibzadeTexellusu NazirDogum tarixi 9 21 oktyabr 1849Dogum yeri Salahli Yelizavetpol qezasi Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 30 dekabr 1919 1919 12 30 70 yasinda Vefat yeri Qazax Qazax qezasi Gence quberniyasi AXCDefn yeri Sudagilan qebiristanligi Salahli kendi Agstafa rayonuFealiyyeti sair tercumeciHeyatiAbbas aga Nazir 1849 cu il 9 oktyabrda Qazax qezasinin Salahli kendinde maarifci ailesinde dogulmusdur Atasi Mirze Nebi efendi Qayibov 1810 1869 dovrunun gorkemli maarifci sairi idi Beyani hal poemasinda klassik sair Molla Veli Vidadinin qiz nevesi oldugu nezme cekilmisdir Ilk tehsilini meshur din alimi emisi oglu Mirze Huseyn Efendi Qayibzadeden 1830 1917 almisdir On dord yasina kimi kend mektebinde oxumus Zaqafqaziya muftisi Osman efendi Mehemmed aga oglu Vidadovun M V Vidadinin nevesi mesleheti ve komeyi ile Tiflisdeki Mevariyi Qafqaz ruhani idaresi nin nezdinde acilmis alti sinifli uc illik mektebe daxil olmusdur Uc illik tehsilini bitirdikden sonra dogma kendi Salahliya qayitmis 1873 cu ile qeder muellimlik etmisdir Sonra Tiflise devet olunmus Zaqafqaziya ruhani idaresinde bas katib komekcisi bas katib vezifesinde otuz bes il islemisdir 1910 cu ilden Tiflisden dogma kendi Salahliya qayidib mektebdarliqla mesgul olmusdur Ebulqasim Firdovsinin Sahname sinden Rustem ve Sohrab dastanini Celil Memmedquluzadenin meslehetile orijinaldan tercume edib Qeyret metbeesinde meshur ressam Izof Rotterin rengli sekillerile nefis tertibatla nesr etdirmisdir 1908 Tercumenin tekrar capi 1959 cu ilde tedqiqatci alim Memmedaga Sultanov terefinden olmusdur Xalq sairi Semed Vurgun bu tercumeni yuksek qiyymetlendirerek xatire qeydlerinde yazir Men Rustem ve Sohrab in o dovrdeki ilk tercumesini nece maraq ve mehebbetle oxudugumu yaxsi xatirlayiram Abbas aga Nazir ozu Bax adli qezelinde yazir ki tale onu ovlad qismetinden mehrum etse de o qeder de qem etmir cunki min bir eziyyetle ana diline cevirdiyi Rustem ve Sohrab onun ovladi ogludur Olmadimsa ger ata yox ise oglum ne qemim Zadeyi tebim olan Rustemu Sohrab ime bax Qezelin sonunda o bele bir semimi izahat da vermisdir Hercend Rustem ve Sohrab hekayesi melik ussuera Firdovsinin zadeyi tebidir men isem ondan turk diline nezmen tercume ve neql etmisem ancaq bu meqamda munasibi hal Zedeyi tebim demege mecbur oldugundan bu barede mana diqqet dutmalarini erbabi merifetden rica edirem Abbas aga nazir hem de rus yazicisi Lev Tolstoyun Insana coxmu torpaq lazimdir povestini nezmle tercume etmis L Tolstoya mektub yazib tercumenin capi ucun icaze istemisdir 1909 Onun 1909 cu il fevralin iyirmi dordunde Yasnaya Polyanaya yazdigi mektubda deyilirdi Hormetli cenab qraf Lev Nikolayevic Men bir muselman sairi kimi oz muselman hemmezheblerimi Sizin eserinizle tanis etmek arzusu ve Sizin Insana coxmu torpaq lazimdir basliqli eserinizi tatar Azerbaycan diline nezmle tercume etmek xosbextliyine nail olmusam Ona gore de Sizden izhari hormetle xahis edirem ki yuxarida gosterilen tercumenin nesrine ve yayilmasina lutfen icaze veresiniz Hormet ve ehtiramla Abbas aga Qayibov On gun kecmemis Abbas aga Qayibov Lev Nikolayevic Tolstoydan asagidaki mezmunda cavab mektubu almisdir Men artiq iyirmi ile yaxindir ki arzu edenlerin hamisina menim 1881 ci ilden sonra yazdigim butun yazilari istenilen dile tercume ve yeniden nesr etmek ixtiyari vermisem odur ki uzerinize goturduyunuz zehmet ucun Size yalniz tesekkur ede bilerem Lev Tolstoy 1910 cu il noyabr ayinin onunda Nazir boyuk rus yazicisinin olumune Qraf Tolstoyun olumune aid menzume yazmisdir Lev Tolstoy edibi ezemi rus Dari dukyadan eyledi rehmet Yeni fot oldu sed hezar efsus Nuri semsi heqiqetu hikmet Firudin bey Kocerli de Abbas aga Nazirle mektublasmis onun poeziyasini yuksek qiymetlendirmisdir O 1911 ci il oktyabrin 10 da Abdulla Saiqe yazdigi mektubunda Nazirin xosteb bir sair heyali bir insan oldugunu bildirir Daglarin vesfinde Qazax sairlerinden Mustafa aga Arifin Kazim aga Salik ve elan hal heyatda olan Abbas aga Nazirin gozel serleri var ki mecmueme giribler Abbas aga Nazirin Beyani halim naminde xeyli megrub bir eseri var oxusaniz xosunuza geler efsus ki cap olunmayibdir Abbas aga bacarardi oz xercine cap etdirmeye amma utancaq adam olduguna gore ozunu qeyrilerle tanis etdirmekden heya edir Bilmirem onun eserlerinden nezerinize yetisenlerden olubdurmu Rustem ve Sohrab in tercumesi Movludi nebavi Millete xitab Molla ve seytan Coxmu lazimdir insana torpaq Beyani halim ve qeyrileri Abbas aga cox qabil ve xosteb sairdir amma coxlari onu tanimir o cehete ki ozunu nezere veren adam deyil Firudin bey Kocerli 1909 cu ilde Abbas aga Nazirin altmis illik yubileyi munasibetile yazdigi meqalede onu millet ve Veten ucun atesin teraneler oxuyan heqiqi sair adlandirir Heqiqi sair millet ve Veten yolunda canlar feda etmek lazim ise Veten ogullarinin ureyine yandirici od salib onlari her qism fedakarliga ve cannisarliga sovqmed elesin Abbas aga Nazir ise 1909 cu ilde Firudin bey Kocerliye gonderdiyi mektubunda yazir ki Sizinle gec tanis olmagima heyfsilenirem Hergah qirx il bundan eqdem menim serime Sizin kimi qedr qiymet veren olsaydi indiye kimi otuz qirx cild kitab yazardim 1911 ci il dekabrin 5 de Tiflisde M F Axundovun yuz illiyi tentenesinde Gurcu Zadeganlar Cemiyyeti Teatrinda meruze eden Firudin bey Kocerli yubiley gecesini Abbas aga Nazirin boyuk dramaturqa hesr etdiyi on uc bendlik seri ile acmisdir Nazir serinde M F Axundovun tekce Azerbaycan xalqina ve edebiyyatina deyil hetta yaxin Serq xalqlarina ve edebiyyatina olan misilsiz xidmetini nezme cekmisdir Millete sahrahi elm acdin Merhaba ey muhendisi qadir Vetene texmi merifet sacdin Sen ey ustadi kamilu mahir Bir elifbayi taze terh etdin Sivesi xos oxunmagi asan Resmi telimi zikru serh etdin Qoymadin bir qusuru bir noqsan Firudin bey Kocerli 1912 ci ilde cap etdirdiyi Balalara hediyye kitabina Abbas aga Nazirin Veten Qarayazi mesesinin vesfi ve ovcularin zulmu ve basqa serlerini daxil etmisdir Hele 1908 ci il dekabrin 5 de Firudin bey Kocerli Qoriden Abdulla Saiqe yazirdi Rus sairlerinin eserlerinden turkce tercume etmek ucun Abbas aga Qayibov Nazir texelluse muraciet etmenizi selah gorurem Cenab Abbas aganin cox selamet ve revan tebi var ve ozu de rus dilini kamil bilir Abbas agadan basqa yene bir nece xosteb sairler vardir ve onlar rus dilini bilmirler Abbas aga Tiflisde sunni idareyi ruhaniyyesinin karguzaridir Abbas aga Nazir yuzlerle lirik satirik serlerin vetenperverlik ruhunda yazilmis menzume ve qezellerin rubailerin muellifidir Veten teranesi 1905 ci il inqilab cereyanina dair Nesihet Mekteb Konul aldanma cerxe bivefadir Bax Texmisi qezeli Fuzuli Bagdadi Molla ve seytan Millete xitab Teraneyi milliye Veten Ismayil bey Kasprinskinin vefatina aid Edebiyyat ve s kimi coxlu poetik ehemiyyetini itirmeyen seir ve poemalari vardir Abbas aga Nazir min misradan cox olan Beyani halim poemasinda elm ve fezilet sahibi atasi Mirze Nebinin sairliyini ilk tehsilini Salahlida aldigini Qacarin Tiflisi yandirmasini Vaqifin Qarabaga kocmeyini nezme cekmisdir Poemada Abbas aga Nazir ana terefden Molla Veli Vidadinin qiz nevesi oldugunu tarixi faktlarla vermisdir Poemanin esli Respublika Elyazmalari Institutunda saxlanilir Eserleri nin tam kulliyyatini ilk defe tedqiqatci Semistan Nezirli nesr etdirmisdir Sair Abbas aga Nazir Qayibzade 1919 cu il dekabrin 30 da Qazaxda vefat etmisdir Dogma kendi Salahlidaki Sudagilan qebiristanliginda defn olunmusdur Nazirin vefatindan kederlenen dovrunun maarif ve medeniyyet xadimleri onun olumunu agir itki kimi qiymetlendirerek metbuat sehifelerinde cixis etmisler Hemin ili Qazax Seminariyasinda edebiyyat muellimi isleyen sonralar gorkemli dovlet xadimi olan Yusif Qasimov Azerbaycan qezetinin 1920 ci il 11 yanvar tarixli nomresinde boyuk bir meqale ile cixis ederek yazirdi Onun vefati hec kesi meraqe ve telasa getirmedi o qeder ehali onun vefatina kemqeyd ve kemetina qaldi Onu goren Firudin bey Kocerli cenablari Ar olsun bize bu boyuk sexsi cox heqirane cox beyhormetane yola saliriq Bunun vefatina cox beygane baxiriq deye burdaki bes uc nefere etdiyi yaniqli xitabi cox meqamli ve munasib oldu Veten ve millet ugrunda atesli teraneler calan bir sexsin aldigi mukafat iste bu amma erbabi fikrin cox da teqdire ve mukafata ehtiyaci yoxdur O ozu ozunun hakimi ve mehkumu ozu ozunun tosifi ve zemedicisidir Taninmis maarifci Ferhad Agazade de Edebi tedqiq adli meqalesinde Abbas aga Nazir poeziyasindan onun vetenperverlik ruhunda yazilmis serlerinden sohbet acir O yazirdi Merhum Abbas aga qayet derecede Veteni yeni Azerbaycani urekden seven bir sair idi Veten yaylalarinin gulu ciceyi sairi meftun edir EserleriMolla ve seytan nezmle hekaye Tiflis Gurcu nesriyyatinin Sirket metbeesi 1911 15 seh Iki qardas poema Tiflis Gurcu nesriyyatinin Sirket metbeesi 1912 18 seh Eserleri Baki OKA Azerbaycan Turkiye ofset nesriyyat ve poliqrafiya sirketi 2004 350 seh TercumeleriMusevver Rustem ve Sohrab Tiflis Qeyret metbeesi 1908 120 seh Rustem ve Sohrab Baki Azernesr 1959 199 seh Menbe Abbas aga Nazir Qayibov Azerbaycan usaq edebiyyati muntexebati XIX XX esrler Uc cildde II cild Baki Nasir 2002 seh 547 588 XX esr Azerbaycan yazicilari Ensiklopedik melumat kitabi Baki 2011