Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi.
Tarixi dövlət | |||||
Edessa qraflığı | |||||
---|---|---|---|---|---|
| |||||
| |||||
Rəsmi dilləri | Latın dili İtalyan dili Erməni dili Ərəb dili Yunan dili | ||||
Dövlət dini | Roma-Katolik kilsəsi Erməni Həvari kilsəsi Süryani Pravoslav Kilsəsi İslam İudaizm | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Qraf | |||||
• 1098 - 1100 | I Baldvin | ||||
• 1131 - 1144 | II Joslen | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi.
İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı. Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı.
Qraflığın 1144-cü ildə zəngilər tərəfindən işğal edilməsi səlibçilərin ilk mühüm məğlubiyyəti hesab edilir. Məhz bu məğlubiyyət Avropanı İkinci Səlib yürüşünə həvəsləndirdi. Ancaq coğrafi mövqeyi və mövcud siyasi mühit səbəbilə İkinci Səlib yürüşündə bu bölgədən yan keçildi və hədəf olaraq Dəməşq şəhəri seçildi. Beləliklə, Edessa xristianların əlindən tamamilə çıxdı.
Tarixi
1098-ci ildə Bulonlu Baldvin Qüdsü və Antakyanı hədəf seçən əsas səlibçi qüvvələrindən ayrılaraq öncə Kilikiyaya, ardından Edessaya gəldi. Bölgənin Bizans imperatoruna tabe olan erməni əsilli hakimi Torosla yaxın münasibət quran Baldvin onun qızıyla evləndi və özünü onun yeganə varisi elan etdi. Edessalı Toros əslən erməni olsa da, Yunan Provaslov dininə mənsub idi və bu səbəblə, yerli ermənilər tərəfindən sevilmirdi. Bu da onun 1098-ci ilin martında ermənilər tərəfindən sui-qəsdlə öldürülməsinə səbəb oldu. Bu sui-qəsddə nə qədər rolu olduğu bilinməsə də, Bulonlu Baldvin hadisənin ardından dərhal hakimiyyəti ələ aldı və özünü müstəqil Edessa qrafı elan etdi.
1100-cü ildə qardaşı in ölümüylə Qüds kralı təyin olunan I Baldvin Edessa qraflığını qohumu (xalası nəvəsi idi) olan Burklu Baldvinə təhvil verdi. Bölgənin latın əsilli qrafları yerli ermənilərlə olduqca mehriban münasibət saxlayırdı. Belə ki, qraflığın ilk 3 hakimi də mühüm erməni əsilzadələrinin qızlarıyla evlənmişdi.
Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi. Qraflıq isə səlcuqlulara qarşı mühüm müdafiə məntəqəsi hesab edilən Turbessel qalasının hakimi Kurtenaylı Joslenə keçdi.
Ancaq səlcuqlarla olan mübarizədə məğlub olan I Joslen 1122-ci ildə yenidən əsir düşdü. Üstəlik bu dəfə, onu xilas etməyə gələn Qüds kralı II Baldvin də əsir alındı. Bir il sonra əsirlikdən qaçan I Joslen ertəsi il II Baldvinin də azadlığa buraxılmasına nail oldu. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər Hələb və Mosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ildə hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, bu dəfə əsir alındı və ölümünədək Hələbdə əsir tutuldu.
Edessa qrafları
PORTRET | ADI | SƏLTƏNƏT İLLƏRİ |
---|---|---|
I BALDVİN Βαλδουίνος Α΄ της Ιερουσαλήμ | 10 mart 1098 – 2 oktyabr 1100 | |
II BALDVİN Βαλδουίνος Β΄ της Ιερουσαλήμ | 2 oktyabr 1100 – 2 aprel 1118 | |
I JOSLEN Ζοσλέν Α΄ της Έδεσσας | 2 aprel 1118 – sentyabr 1131 | |
II JOSLEN Ζοσλέν Β΄ της Έδεσσας | sentyabr 1131 – 24 dekabr 1144 |
İstinadlar
- Ferdinandi, Sergio. La contea franca di Edessa: fondazione e profilo storico del primo principato crociato nel Levante (1098-1150). Medioevo. Roma: Antonianum. 2017. ISBN .
- Amin Maluf (1984). The Crusades Through Arab Eyes. ISBN 978-0-86356-023-1, səh. 30
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Edessa qrafligi lat Comitatus Edessanus 1098 1144 cu illerde movcud olmus feodal dovleti Qrafligin merkezi indiki Sanliurfa seheri oldugu ucun bir cox tarixi menbede Urfa qrafligi olaraq da adlandirilir Selibciler terefinden On Asiyada qurulan ilk feodal dovleti idi Tarixi dovletEdessa qrafligiBayraq Gerb1098 1150Resmi dilleri Latin dili Italyan dili Ermeni dili Ereb dili Yunan diliDovlet dini Roma Katolik kilsesi Ermeni Hevari kilsesi Suryani Pravoslav Kilsesi Islam IudaizmIdareetme formasi MonarxiyaQraf 1098 1100 I Baldvin 1131 1144 II Joslen Vikianbarda elaqeli mediafayllar Bizans imperiyasi doneminde bolge Suryani Pravoslav Kilsesi tabeliyinde oz intibah dovrunu yasamis hem yerli Mesopotamiya hem de yunan medeniyyetinin tesiri altinda inkisaf etmisdir Bele ki Birinci Selib yurusu esnasinda hedef secilen onemli seher merkezlerinden birine cevrilmisdi Ilk Edessa qrafi Bulonlu Baldvin daha sonra Quds krali oldu ve geride qalan qrafliq onun qohumlarina miras qaldi Diger selib dovletleriyle muqayisede Edessa qrafligi cografi olaraq elverissiz movqede idi Bele ki denize cixisi yox idi ve hemserhed oldugu dovlet ve tayfalarla munasibetleri yaxsi deyildi Qrafligin merkezi olan Edessa yeni indiki Sanliurfa ve diger muhum merkezleri selib quvvelerinden uzaq hesab edilen Ferat cayinin serq sahilinde qalirdi Qrafligin 1144 cu ilde zengiler terefinden isgal edilmesi selibcilerin ilk muhum meglubiyyeti hesab edilir Mehz bu meglubiyyet Avropani Ikinci Selib yurusune heveslendirdi Ancaq cografi movqeyi ve movcud siyasi muhit sebebile Ikinci Selib yurusunde bu bolgeden yan kecildi ve hedef olaraq Demesq seheri secildi Belelikle Edessa xristianlarin elinden tamamile cixdi Tarixi1098 ci ilde Bulonlu Baldvin Qudsu ve Antakyani hedef secen esas selibci quvvelerinden ayrilaraq once Kilikiyaya ardindan Edessaya geldi Bolgenin Bizans imperatoruna tabe olan ermeni esilli hakimi Torosla yaxin munasibet quran Baldvin onun qiziyla evlendi ve ozunu onun yegane varisi elan etdi Edessali Toros eslen ermeni olsa da Yunan Provaslov dinine mensub idi ve bu sebeble yerli ermeniler terefinden sevilmirdi Bu da onun 1098 ci ilin martinda ermeniler terefinden sui qesdle oldurulmesine sebeb oldu Bu sui qesdde ne qeder rolu oldugu bilinmese de Bulonlu Baldvin hadisenin ardindan derhal hakimiyyeti ele aldi ve ozunu musteqil Edessa qrafi elan etdi 1100 cu ilde qardasi in olumuyle Quds krali teyin olunan I Baldvin Edessa qrafligini qohumu xalasi nevesi idi olan Burklu Baldvine tehvil verdi Bolgenin latin esilli qraflari yerli ermenilerle olduqca mehriban munasibet saxlayirdi Bele ki qrafligin ilk 3 hakimi de muhum ermeni esilzadelerinin qizlariyla evlenmisdi Burklu Baldvinin doneminde qrafliq artiq bolgenin siyasi heyatinda aktiv rol oynamaga basladi Selcuqlarla mubarizede 1104 cu ilde Antakiya knyazi I Bohemondla birlikde esir dusdu ve bu dovrde qrafliq knyazin qohumu Tankred terefinden idare olundu 4 illik esaretin ardindan azadliga buraxilan Burklu Baldvin qrafligi elde etmek ucun mubarize aparmali oldu Bu mubarizede bezi yerli muselman emirleriyle ittifaq quran Burklu Baldvin bunun qarsiliginda Ferat cayinin serq sahilindeki muhum torpaqlari Mosul emirlerine qaytarmali oldu 1118 ci ilde I Baldvinin vefatiyla Burklu Baldvin Quds krali teyin edildi Qrafliq ise selcuqlulara qarsi muhum mudafie menteqesi hesab edilen Turbessel qalasinin hakimi Kurtenayli Joslene kecdi Ancaq selcuqlarla olan mubarizede meglub olan I Joslen 1122 ci ilde yeniden esir dusdu Ustelik bu defe onu xilas etmeye gelen Quds krali II Baldvin de esir alindi Bir il sonra esirlikden qacan I Joslen ertesi il II Baldvinin de azadliga buraxilmasina nail oldu Heleb yaxinligindaki bir qala ugrunda geden doyuslerde agir yaralanan I Joslen idareni oglu II Joslene tehvil vererek vefat etdi Bu esnada On Asiyada guclenen zengiler Heleb ve Mosul torpaqlarini ele kecirmis Edessa bolgesi ucun tehluke yaratmaga baslamisdilar 1144 cu ilde Edessa qalasini muhasireye alan zengiler 24 dekabrda qalani ele kecirdiler Canini zorla xilas eden II Joslen 1146 ci ilde hakimiyyeti berpa etmek ucun yeniden ayaqlansa da bu defe esir alindi ve olumunedek Helebde esir tutuldu Edessa qraflariPORTRET ADI SELTENET ILLERII BALDVIN Baldoyinos A ths Ieroysalhm 10 mart 1098 2 oktyabr 1100II BALDVIN Baldoyinos B ths Ieroysalhm 2 oktyabr 1100 2 aprel 1118I JOSLEN Zoslen A ths Edessas 2 aprel 1118 sentyabr 1131II JOSLEN Zoslen B ths Edessas sentyabr 1131 24 dekabr 1144IstinadlarFerdinandi Sergio La contea franca di Edessa fondazione e profilo storico del primo principato crociato nel Levante 1098 1150 Medioevo Roma Antonianum 2017 ISBN 978 88 7257 103 3 Amin Maluf 1984 The Crusades Through Arab Eyes ISBN 978 0 86356 023 1 seh 30