Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar.
Xəzər minoqası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Xəzər minoqası | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
|
Morfoloji əlamətləri
Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur. Ağız dəliyində daxili dodaq dişlərinin sayı 10-11, bəzən 9 arasında dəyişir.Kür çayında ovlanan Xəzər minoqasının bədənin ümumi uzunluğu 32,5 - 48,8 sm, orta hesabla 40,7 sm, bədən kütləsi 70-165 q, orta hesabla 117,3 q olur.
Yayılması
Minoqaları şərti olaraq dəniz və çay minoqalarına ayırırlar. Dəniz minoqaları keçicidir. Bunlar Atlantik okeanında, Sakit okeanın Şimal sularında, Qərbi Avropa, Şimali Avropa və Şərqi Asiya, Şimali Amerikanın Sakit okeanı sahillərində rast gəlinir. Bu minoqaların Cənub yarımkürəsinin Cənubi Amerika, Avstraliya və Yeni Zelandiya sahillərində yaşayan növləri də vardır. Xəzər minoqası Xəzər dənizində, Kür çayının Varvara bəndinə, Araz çayının Bəhramtəpə bəndinə qədər olan hissələrində, Lənkərançay və Astaraçayda yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
Minoqalar dəniz sahillərində və şirinsularda yayılıb, keçici balıqdırlar. Minoqalar balıqlarla həm qidalanır, həm də onları yaralayır.Üzvü maddələr,detrid, lil, bitki qalıqları, yosunlar və balıq əti ilə qidalanırlar. Minoqalar bəzən balıqların üzərinə yapışaraq, yarımparazit həyat tərzi keçirirlər.
Çoxalması
Xəzər minoqasının kürüləmə miqrasiyası noyabr-fevral aralığında baş verir. Kürülərini may ayından avqust ayına kimi çayın yuxarı hissəsinin qumlu-çınqıllı yerlərə tökürlər. Kürü tökmüş yaşlı fərdlər sonradan ölürlər. Sürfələrin inkişafı şəkildəyişmə yolu ilə gedir və bir neçə il davam edir. Yaşlı minoqanın formasını almış sürfələr dənizə qayıdırlar. Onlar dənizdə cinsi yetişkənliyə çatdıqdan sonra yenidən çoxalmaq üçün Kür çayına girirlər. Minoqa adətən payız-qış (noyabr-fevral) aylarında suda temperatur 6-11 °C olduqda çaya girir və çayda hərəkəti gecə vaxtı baş verir. Vətəgələrdə ovlanan minoqaların kütləsi 45-204 q olur. Azərbaycanın başqa vətəgə əhəmiyyətli balıqlarından fərqli olaraq minoqaların məhsuldarlığı o qədər də yüksək olmur. Onların əksəriyyətinin verdiyi kürünün miqdarı 23-25 min ədəddən çox olmur. Payız-qış aylarında çaya girən minoqalar çox gizli həyat tərzi keçirir. Bu dövrdə onların bir hissəsi quma girir, bəziləri isə bir-birinə sarınaraq yumaq şəklində daşlar arasında toplanır. Bu dövrdə onların fəallığı azalır, səsə və digər xarici təsirlərə çox zəif reaksiya göstərirlər, onları hətta ələ götürmək də olur. Çoxalma ərəfəsində erkək və dişi fərdlərdə ciddi dəyişikliklər baş verir. Erkəklər rəngini dəyişir, və bədənləri uzanır, daha fəal olurlar. Suda temperatur 16-20 °C olduqda kürü tökməyə başlayırlar. Kürüdən çıxmış sürfələr xırda qurda bənzəyir, onların bədəni o qədər şəffaf olur ki, daxili orqanları aydın görünür. Bədənin aşağı hissəsində yerləşən sarılıq kisəsi sürfələrin ilk dövrdə qidalanmasını təmin edir.
Təsərrüfat əhəmiyyəti
Qiymətli vətəgə balığıdır. Başlıca olaraq, Kür çayında, az miqdarda isə Lənkərançayda ovlanılır.
Mühafizə tədbirləri
Minoqa Xəzərin digər balıqlarından qidalılıq keyfiyyətinə, dadına, bədənində olan yağın miqdarına (31- 34%) görə fərqlənir. Ümumi Xəzər balıq ovunda minoqa həmişə mühüm yer tutmuşdur. Kür çayının axını tənzim olunduqdan sonra minoqa ehtiyatı kəskin surətdə azalmışdır. Minoqanın ehtiyatının artırılması üçün bu balığın qeyri - qanuni ovu üzərində, xüsusilə çoxalmaq üçün Kür çayına girən dövrdə, daim ciddi nəzarətin tə'min olunması, süni artırılma işlərinin həyata keçirilməsi vacibdir.
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.125.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.178.
- Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 326.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh66.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xezer minoqasi lat Caspiomyzon wagneri en qedim baliq novlerinden biri hesab olunur Coxlari onu suilani ile qarisdirirlar Lakin diqqetle baxdiqda onda bel ve quyruq uzgeclerinin oldugunu gormek olar Xezer minoqasiElmi tesnifatXETA parent ve rang parametrlerini doldurmaq lazimdir Xezer minoqasiBeynelxalq elmi adiCaspiomyzon wagneri Karl Fedorovich Kessler 1870Seklin VikiAnbarda axtarisiITIS 159732NCBI 682871Morfoloji elametleriBedeni uzunsov girde ve pulcuqsuzdur Basinin geri hissesinde bedenin yanlarinda 7 eded qelseme delikleri var Cut dos qarin ve anal uzgecler yoxdur Ancaq iki eded bel ve bir quyruq uzgecleri vardir Agzi girde sorucu qif seklindedir kenarlarinda nazik deri bigciqlari olur Agizin icinde dodaqlarin ve dilin uzerinde coxlu miqdarda xirda qerni disler yerlesmisdir Ust cene lovheciyinde 1 alt cene lovheciyinde 5 bezen 4 6 kut dis olur Agiz deliyinde daxili dodaq dislerinin sayi 10 11 bezen 9 arasinda deyisir Kur cayinda ovlanan Xezer minoqasinin bedenin umumi uzunlugu 32 5 48 8 sm orta hesabla 40 7 sm beden kutlesi 70 165 q orta hesabla 117 3 q olur YayilmasiMinoqalari serti olaraq deniz ve cay minoqalarina ayirirlar Deniz minoqalari kecicidir Bunlar Atlantik okeaninda Sakit okeanin Simal sularinda Qerbi Avropa Simali Avropa ve Serqi Asiya Simali Amerikanin Sakit okeani sahillerinde rast gelinir Bu minoqalarin Cenub yarimkuresinin Cenubi Amerika Avstraliya ve Yeni Zelandiya sahillerinde yasayan novleri de vardir Xezer minoqasi Xezer denizinde Kur cayinin Varvara bendine Araz cayinin Behramtepe bendine qeder olan hisselerinde Lenkerancay ve Astaracayda yayilmisdir Yasayis yeri ve heyat terziMinoqalar deniz sahillerinde ve sirinsularda yayilib kecici baliqdirlar Minoqalar baliqlarla hem qidalanir hem de onlari yaralayir Uzvu maddeler detrid lil bitki qaliqlari yosunlar ve baliq eti ile qidalanirlar Minoqalar bezen baliqlarin uzerine yapisaraq yarimparazit heyat terzi kecirirler CoxalmasiXezer minoqasinin kuruleme miqrasiyasi noyabr fevral araliginda bas verir Kurulerini may ayindan avqust ayina kimi cayin yuxari hissesinin qumlu cinqilli yerlere tokurler Kuru tokmus yasli ferdler sonradan olurler Surfelerin inkisafi sekildeyisme yolu ile gedir ve bir nece il davam edir Yasli minoqanin formasini almis surfeler denize qayidirlar Onlar denizde cinsi yetiskenliye catdiqdan sonra yeniden coxalmaq ucun Kur cayina girirler Minoqa adeten payiz qis noyabr fevral aylarinda suda temperatur 6 11 C olduqda caya girir ve cayda hereketi gece vaxti bas verir Vetegelerde ovlanan minoqalarin kutlesi 45 204 q olur Azerbaycanin basqa vetege ehemiyyetli baliqlarindan ferqli olaraq minoqalarin mehsuldarligi o qeder de yuksek olmur Onlarin ekseriyyetinin verdiyi kurunun miqdari 23 25 min ededden cox olmur Payiz qis aylarinda caya giren minoqalar cox gizli heyat terzi kecirir Bu dovrde onlarin bir hissesi quma girir bezileri ise bir birine sarinaraq yumaq seklinde daslar arasinda toplanir Bu dovrde onlarin fealligi azalir sese ve diger xarici tesirlere cox zeif reaksiya gosterirler onlari hetta ele goturmek de olur Coxalma erefesinde erkek ve disi ferdlerde ciddi deyisiklikler bas verir Erkekler rengini deyisir ve bedenleri uzanir daha feal olurlar Suda temperatur 16 20 C olduqda kuru tokmeye baslayirlar Kuruden cixmis surfeler xirda qurda benzeyir onlarin bedeni o qeder seffaf olur ki daxili orqanlari aydin gorunur Bedenin asagi hissesinde yerlesen sariliq kisesi surfelerin ilk dovrde qidalanmasini temin edir Teserrufat ehemiyyetiQiymetli vetege baligidir Baslica olaraq Kur cayinda az miqdarda ise Lenkerancayda ovlanilir Muhafize tedbirleriMinoqa Xezerin diger baliqlarindan qidaliliq keyfiyyetine dadina bedeninde olan yagin miqdarina 31 34 gore ferqlenir Umumi Xezer baliq ovunda minoqa hemise muhum yer tutmusdur Kur cayinin axini tenzim olunduqdan sonra minoqa ehtiyati keskin suretde azalmisdir Minoqanin ehtiyatinin artirilmasi ucun bu baligin qeyri qanuni ovu uzerinde xususile coxalmaq ucun Kur cayina giren dovrde daim ciddi nezaretin te min olunmasi suni artirilma islerinin heyata kecirilmesi vacibdir EdebiyyatAzerbaycanin heyvanlar alemi Onurgalilar III cild Baki Elm 2004 s 125 Ebdurrehmanov Y E Azerbaycan faunasi Baliqlar VII cild Baki Elm 1966 224 s 178 Abbasov H S Haciyev R V Ixtiologiya Baki 2007 seh 326 IstinadlarIntegrated Taxonomic Information System ing 1996 Esgerov F S Zaytsev Y Y Qasimov R Y Quliyev Z Biomuxteliflik Xezerin esrarengiz baliqlari Beser XXI nesriyyati Baki 2003 seh66