"Qaraçöp" xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır.
Xalça | |
Qaraçöp | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Qaraçöp xalçaları |
Məktəbi | |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qazax xalçaçılıq məktəbi |
Ümumi məlumat
Gəncə-Qazax tipinin Qazax qrupuna daxil olan bu xalçanın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən bir neçə kəndin adı ilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə "Qaraçöp" adı ilə tanınırdı. Ümumiyyətlə, bu kəndlər, xüsusilə Ləmbəli, Muğanlı və Tüllər Qazax xalçaçılıq qrupunun əsas inkişaf mərkəzlərindəndir və Borçalı xalçaçılıq mərkəzi onlara bitişikdir. Burada toxunan xalçalar "Qarabirçək" adı ilə də tanınır. V. Muradovun "Qazax-Borçalı bölgəsinin xalçaçıları" kitabında dərc olunan məlumatlara əsasən qeyd etmək olar ki, Qaraçöp xalçaları bu gün də Gürcüstan Respublikası ərazisində yerləşən və azərbaycanlıların məskunlaşdığı Bolnisi (Çörük Qəmərli), Marneuli (Sarvan) və Dmanisi (Başkeçid) rayonlarında toxunur. "Qaraçöp" sözündə "qara" – Dədə Qorqud ağzında "böyük" deməkdi, "çöp" isə yerlilərin deyimində "yurd", "oba", "olacaq" mənasına gəlir"
Bədii analiz
XIX – XX əsrlərdə hazırlanmış "Qaraçöp" xalçalarının nümunələri bədii baxımdan sadədir. Nadir hallarda xüsusi sifarişlə istehsal olunan ən keyfiyyətli və yüksək kateqoriyalı xalçalara rast gəlmək olar. "Qaraçöp" xalçalarının ara sahəsini əhatə edən haşiyə zolaqları "Gəncə" və "Qazax" xalçalarının haşiyə zolaqları ilə eynidir. Yaşıl rəngli ara sahə daha çox "Qaraçöp" xalçaları üçün xarakterikdir.
"Qaraçöp" xalçası orijinal və tanınan bədii kompozisiyaya malikdir. Onun kompozisiyası iki hissədən ibarətdir: ara sahə və haşiyə. Xalçanın ara sahəsinin yuxarı hissəsi mərkəzdən aşağı hissədə güzgü simmetriyasında təkrarlanır. Mərkəzdə bütün sahənin 1/3 hissəsini tutan bir böyük kvadrat formalı medalyon, onun daxilində isə zirehşəkilli ornament fonunda səkkizguşəli medalyon yerləşir. Onun mərkəzində kiçik səkkizguşəli medalyon var, ondan yuxarı və aşağıda – iki cüt qoç buynuzu kvadratda və buynuzşəkilli çıxıntıları dörd istiqamətə uzanan kvadratlar təsvir olunmuşdur. Ara sahənin yuxarı və aşağı hissələrində müxtəlif ölçülü bir neçə kvadrat təsvir edilmişdir. Ən böyük kvadratlar ara sahənin dörd küncündə yerləşir. Bir qayda olaraq, onların içərisində doqquz səkkizguşəli gül, xaricdə isə ədəbiyyatda qarmaqlı adlanan stilizə edilmiş buynuz təsvirləri vardır.
Bu kvadratların arasında yerləşdirilən kvadratın içərisində stilizə edilmiş həyat ağacının təsviri var. Orta sahənin qalan hissəsi iki cüt qoç buynuzu şəklində ornamentlə doldurulmuşdur, həm ayrı, həm də kvadratın içərisində təsvir edilmiş. Haşiyə üç hissəyə bölünüb, mərkəzdə böyük orta (adətən ona ara və ya ana haşiyə deyilir) haşiyə, onun hər iki tərəfində isə kiçik haşiyələr var. Qaraçöp xalçalarında ara haşiyə bu xalça üçün xarakterik olan təkrar elementlərin birləşməsindən əldə edilən bir neçə növə malikdir. Ən tipik element mərkəzdə birləşdirilmiş dörd ox şəklindədir, həmçinin iki cüt qoç buynuzu və qarmaqlı romb ornamentlərlə birlikdə istifadə olunur. Eyni zamanda "məşəl" və ya "şamdanlı" adlı haşiyədən də istifadə olunur. Qaraçöp xalçasının ən səciyyəvi kiçik haşiyəsi "mollabaşı" haşiyəsidir, daha nadir haşiyə üçbucaqlı motivlə düzəldilmişdir, bəzən "meandr" haşiyəsinə də rast gəlinir. Bir qayda olaraq, bu xalçalarda əsas fiqurların düzülüşündə simmetriya, birləşmə boşluğunu dolduran elementlər arasında isə asimmetriya müşahidə edilir
"Qaraçöp xalçaları"nın orta sahəsi əsasən xalçanın mərkəzində yerləşən böyük səkkizbucaqlı göldən ibarətdir. Xətləri qarmaqşəkilli çıxıntı sırası ilə tərtib edilmiş kiçik ölçülü analoji göllər isə orta sahənin künclərində yerləşir. Qarmaqşəkilli çıxıntılar mərkəzi göldə (medalyonda) daxili xətt boyunca keçdiyi halda, kiçik göllərdə (medalyonlarda) xarici xətt boyunca sıralanır. Ağ yerlikli daxili sahədə çox sayda kiçik ulduzabənzər naxışlar yerləşdirilmişdir.
Rəng xüsusiyyətləri: Qaraçöp xalçasının ara sahəsi əsasən yaşıl, qırmızı və açıq göy rənglərdə olur. Mərkəzi gölün içərisində yerləşən səkkizbucaqlı ornament, dörd küncündə yerləşən kvadrat göllər, eləcə də ara haşiyəsi adətən ağ yerlikdə olurlar.
Semantik məna. Dördbucaqlı xalça dünyanın proyeksiyasıdır, burada mərkəz ən müqəddəs hissədir. Buna görə də əsas semantik yükü xalçanın mərkəzi hissəsində yerləşən elementlər, eləcə də daha çox işlənən elementlər daşıyır. Bu xalça üçün səciyyəvi olan motivlər arasında iki birləşən qoç buynuzu, iki və ya dörd qarmaqlı romb, kvadrat, 9 səkkizguşəli ulduz şəklində ornamentləri göstərmək olar.
9 ədəd səkkizbucaqlı ulduz. Qaraçöp xalçasının dörd bucağında olan iri kvadrat göllərin içərisində həmişə 9 səkkizbucaqlı ulduz yerləşir. Xalçanın belə kompozisiyası, eyni zamanda göllərdə davamlı olaraq təkrarlanan ulduzların sayı bu faktı Qaraçöp xalçasının tipoloji xüsusiyyətlərinə aid etməyə imkan verir. Ulduzların sayı semantik yükü daşıdığı üçün doqquz rəqəminin mənasını nəzərdən keçirmək çox vacibdir . Doqquz rəqəmi türk xalqlarında müqəddəs hesab olunur .
Texniki xüsusiyyətlər
Orta ölçülü "Qaraçöp xalçaları" daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur. "Qaraçöp xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 26x26 ilmədən 35x35 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 68 min ilmədən 120 min ilməyə təsadüf edilir. "Qaraçöp xalçaları"nda xovun hündürlüyü 5–8 mm-dir.
Xarici muzey və kolleksiyalarda
“Qaraçöp” xalçaları dünyanın bir çox muzeylərində də qorunub saxlanılır. Bu xalçalar Kanada Tekstil Muzeyində - “Qazax”, Azərbaycan; Hindistanda Danny Mehranın Xalça Kolleksiyasında , Budapeşt Tətbiqi İncəsənət Muzeyində - “Qazax”, “Qaraçöp”; İsveçrə Bazel muzeyində ; İstanbul Vakıflar Xalı Muzeyində , Praqa Milli Qalereyasında isə “Qaraçöp” adı ilə verilmişdir.
İstanbul Vakıflar Xalı Muzeyində qorunan E. 100 inv.№-li xalça kompozisiya baxımından Qazax xalça məktəbinin "Qaraçöp" çeşnisini xatırladan bu xalça XVIII əsrə aiddir. Ölçüsü 205x145 sm, toxuma texnikası gördəst olan bu xalça vaxtilə "Yeni Cami" məscidinin anbarından muzeyə təhvil verilmişdir. Saxlandığı muzeyin toplusunda şimali-şərqi Anadolu nümunəsi kimi təqdim olunsa da elə ilk baxışdan xalçanın mərkəzindəki həndəsi formalı göl onun məhz Qazax məktəbinin əsrlər boyu formalaşdırdığı klassik bədii ənənə əsasında toxunduğunu sübut edir. Xalçanın ara sahəsinin künclərində yerləşdirilmiş kiçik ölçülü dörd ağ yerlikli köməkçi göllər və hətta onların içərisində yerləşdirilmiş ulduzlar belə "Qaraçöp" xalçasının bədii ənənələrini özündə yaşadır.
Xarici tədqiqatçıların əsərlərində
“Qaraçöp” xalçalarına müxtəlif illərdə dərc olunmuş xarici tədqiqatçıların əsərlərində də rast gəlinir. Qeyd edək ki, bu xalçalar daha çox “Qazax” və “Qaraçöp” adları altında qeyd edilmişdir. James F. Ballard , Ali Hosain , Yetkin Şerare , Walter B. Denny kitablarında “Qazax”, Raoul Tschebull , George W. O Bannon , Enzo e Roberto Danon , Gordon Redford Walker , Mirco Cattai və Walter B. Denny kitablarında isə “Qaraçöp” adı ilə verilmişdir.
İstinadlar
- Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.
- "Керимов Л. Азербайджанский ковёр. III том. 1983 s.153". 2023-09-06 tarixində . İstifadə tarixi: 2023-09-01.
- "Muradov. V. Qazax-Borçalı bölgəsinin xalçaçıları. Bakı, 2014, s.156, 163, 168, 176, 191, 208, 210, 213, 215, 217, 222, 224, 225, 227, 228, 230, 244, 251, 255, 258, 262, 272, 274, 281". 2017-12-27 tarixində . İstifadə tarixi: 2023-09-12.
- N. Əbdülrəhmanlı "Qaraçöp". "Dünya" nəşriyyatı. Bakı-1996. s.20
- "Керимов Л. Азербайджанский ковёр. III том. 1983 s.153". 2023-09-06 tarixində . İstifadə tarixi: 2023-09-01.
- Керимов Л. Азербайджанский ковёр. I том. Баку-Ленинград: "Издательство Академии Наук Азербайджанской ССР, 1961, s.6, tab.50–59
- Галабекова С.Ш. Типология Азербайджанского ковра "Гарачёп". "Известия по Архитектуре и Искусству Азербайджана". 3, 2000, с. 34–36
- Галабекова С.Ш. Типология Азербайджанского ковра "Гарачёп". "Известия по Архитектуре и Искусству Азербайджана". 3, 2000, с. 36
- Галабекова С.Ш. "Четырехугольность ковра – как упорядоченная бесконечность мира", "Известия по Архитектуре и Искусству Азербайджана", 1, 2000, с.40–49; с.46.
- Галабекова С.Ш. Типология Азербайджанского ковра "Гарачёп". "Известия по Архитектуре и Искусству Азербайджана". 3, 2000, с. 38–39
- Türk Medeniyyeti tarihi Ziya Gökalp İstanbul, 1976, s150–152; Фадлун Эфенди "Двенадцать символов. Баку: "Гянджлик, 1998, с96–97.
- "Керимов Л. Азербайджанский ковёр. III том. 1983 s.153". 2023-09-06 tarixində . İstifadə tarixi: 2023-09-01.
- "The Textile Museum of Canada". 2024-05-13 tarixində . İstifadə tarixi: 2024-05-21.
- "Arxivlənmiş surət". 2024-05-13 tarixində . İstifadə tarixi: 2024-05-13.
- "Museum of Applied Arts Budapest". 2024-05-21 tarixində . İstifadə tarixi: 2024-05-21.
- В.Г.Керимли. Тюрки в Грузии. Баку, «Текнур», 2011. 240 стр. s.219
- Rasim Əfəndiyev. Azərbaycan xalçalari dünya kolleksiyalarinda. 2010. s.166
- Klimtova Zdenka. Kavkazske koberce/Caucasian rugs. 22. Rijna 2006 – 28. Ledna 2007 / October 22, 2006 – January 28, 2007. National Gallery in Prague, 2006 p.44-45 (şəkil 10)
- Rasim Əfəndiyev. Azərbaycan xalçaları dünya kolleksiyalarında. 2010. s.166.
- Catalogue of Oriental Rugs in The Collection of James F. Ballard. 1924 p.171
- Ali Hosain “Oriental Carpets”. ACO DRUCK GMBH, Braunschweig, 1963, p.17
- Yetkin Şerare “Early Caucasian carpets in Turkey” II Volume, 1978, p.79-80
- Walter B Denny Oriental rugs. [New York]: Cooper-Hewitt Museum. USA, Library of Catalog Card Number: 78-62734, 1979, p.64
- Raoul Tschebull. Kazak rugs. Textile Museum Journal. Volume III, Number 2, December, 1971, p.3
- Oriental rugs the collector s guide George W. O Bannon. Quintet Publishing Limited London, 1994, p.30
- Collezione Textila. Catalogo a cura di Enzo e Roberto Danon. Tappeti Classici D`oriente. Dal XVI al XIX secolo. 1996, p.47
- Gordon Redford Walker “Oriental rugs: an introduction”, Prion, 1999, p.124
- Mirco Cattai. İtinerari3. IL MONDO DEİ KAZAK. Mohtashem. Tappeti Antichi Rari Pregiati. Mostra - Exhibition. 12-30 ottobre - October 2004, p. 29
- Walter B Denny Oriental rugs. [New York]: Cooper-Hewitt Museum. USA, Library of Catalog Card Number: 78-62734, 1979, p.64
Mənbə
- Qaraçöp xalçası 2011-08-07 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qaracop xalcalari Gence Qazax tipli Qazax qrupuna daxil olan Azerbaycan xovlu xalcalaridir XalcaQaracopQaracop xalcalariXalca haqqinda melumatlarTam adi Qaracop xalcalariMektebiNovu Xovlu xalcaOlke AzerbaycanToxunmasi haqqinda melumatlarUslubu Qazax xalcaciliq mektebiUmumi melumatGence Qazax tipinin Qazax qrupuna daxil olan bu xalcanin adi muasir Gurcustan Respublikasinin erazisinde Qazax rayonundan 20 km simal qerbde yerlesen bir nece kendin adi ile baglidir Etnik azerbaycanlilarin meskunlasdigi kecmis Muganli rayonunda yerlesen Muganli Lembeli Tuller Qembeli Duzeqrem kendleri umumilikde Qaracop adi ile taninirdi Umumiyyetle bu kendler xususile Lembeli Muganli ve Tuller Qazax xalcaciliq qrupunun esas inkisaf merkezlerindendir ve Borcali xalcaciliq merkezi onlara bitisikdir Burada toxunan xalcalar Qarabircek adi ile de taninir V Muradovun Qazax Borcali bolgesinin xalcacilari kitabinda derc olunan melumatlara esasen qeyd etmek olar ki Qaracop xalcalari bu gun de Gurcustan Respublikasi erazisinde yerlesen ve azerbaycanlilarin meskunlasdigi Bolnisi Coruk Qemerli Marneuli Sarvan ve Dmanisi Baskecid rayonlarinda toxunur Qaracop sozunde qara Dede Qorqud agzinda boyuk demekdi cop ise yerlilerin deyiminde yurd oba olacaq menasina gelir Bedii analizXIX esre aid Qaracop xalcasi XIX XX esrlerde hazirlanmis Qaracop xalcalarinin numuneleri bedii baximdan sadedir Nadir hallarda xususi sifarisle istehsal olunan en keyfiyyetli ve yuksek kateqoriyali xalcalara rast gelmek olar Qaracop xalcalarinin ara sahesini ehate eden hasiye zolaqlari Gence ve Qazax xalcalarinin hasiye zolaqlari ile eynidir Yasil rengli ara sahe daha cox Qaracop xalcalari ucun xarakterikdir Qaracop xalcasi orijinal ve taninan bedii kompozisiyaya malikdir Onun kompozisiyasi iki hisseden ibaretdir ara sahe ve hasiye Xalcanin ara sahesinin yuxari hissesi merkezden asagi hissede guzgu simmetriyasinda tekrarlanir Merkezde butun sahenin 1 3 hissesini tutan bir boyuk kvadrat formali medalyon onun daxilinde ise zirehsekilli ornament fonunda sekkizguseli medalyon yerlesir Onun merkezinde kicik sekkizguseli medalyon var ondan yuxari ve asagida iki cut qoc buynuzu kvadratda ve buynuzsekilli cixintilari dord istiqamete uzanan kvadratlar tesvir olunmusdur Ara sahenin yuxari ve asagi hisselerinde muxtelif olculu bir nece kvadrat tesvir edilmisdir En boyuk kvadratlar ara sahenin dord kuncunde yerlesir Bir qayda olaraq onlarin icerisinde doqquz sekkizguseli gul xaricde ise edebiyyatda qarmaqli adlanan stilize edilmis buynuz tesvirleri vardir Bu kvadratlarin arasinda yerlesdirilen kvadratin icerisinde stilize edilmis heyat agacinin tesviri var Orta sahenin qalan hissesi iki cut qoc buynuzu seklinde ornamentle doldurulmusdur hem ayri hem de kvadratin icerisinde tesvir edilmis Hasiye uc hisseye bolunub merkezde boyuk orta adeten ona ara ve ya ana hasiye deyilir hasiye onun her iki terefinde ise kicik hasiyeler var Qaracop xalcalarinda ara hasiye bu xalca ucun xarakterik olan tekrar elementlerin birlesmesinden elde edilen bir nece nove malikdir En tipik element merkezde birlesdirilmis dord ox seklindedir hemcinin iki cut qoc buynuzu ve qarmaqli romb ornamentlerle birlikde istifade olunur Eyni zamanda mesel ve ya samdanli adli hasiyeden de istifade olunur Qaracop xalcasinin en seciyyevi kicik hasiyesi mollabasi hasiyesidir daha nadir hasiye ucbucaqli motivle duzeldilmisdir bezen meandr hasiyesine de rast gelinir Bir qayda olaraq bu xalcalarda esas fiqurlarin duzulusunde simmetriya birlesme boslugunu dolduran elementler arasinda ise asimmetriya musahide edilir Qaracop xalcalari nin orta sahesi esasen xalcanin merkezinde yerlesen boyuk sekkizbucaqli golden ibaretdir Xetleri qarmaqsekilli cixinti sirasi ile tertib edilmis kicik olculu analoji goller ise orta sahenin kunclerinde yerlesir Qarmaqsekilli cixintilar merkezi golde medalyonda daxili xett boyunca kecdiyi halda kicik gollerde medalyonlarda xarici xett boyunca siralanir Ag yerlikli daxili sahede cox sayda kicik ulduzabenzer naxislar yerlesdirilmisdir Reng xususiyyetleri Qaracop xalcasinin ara sahesi esasen yasil qirmizi ve aciq goy renglerde olur Merkezi golun icerisinde yerlesen sekkizbucaqli ornament dord kuncunde yerlesen kvadrat goller elece de ara hasiyesi adeten ag yerlikde olurlar Semantik mena Dordbucaqli xalca dunyanin proyeksiyasidir burada merkez en muqeddes hissedir Buna gore de esas semantik yuku xalcanin merkezi hissesinde yerlesen elementler elece de daha cox islenen elementler dasiyir Bu xalca ucun seciyyevi olan motivler arasinda iki birlesen qoc buynuzu iki ve ya dord qarmaqli romb kvadrat 9 sekkizguseli ulduz seklinde ornamentleri gostermek olar 9 eded sekkizbucaqli ulduz Qaracop xalcasinin dord bucaginda olan iri kvadrat gollerin icerisinde hemise 9 sekkizbucaqli ulduz yerlesir Xalcanin bele kompozisiyasi eyni zamanda gollerde davamli olaraq tekrarlanan ulduzlarin sayi bu fakti Qaracop xalcasinin tipoloji xususiyyetlerine aid etmeye imkan verir Ulduzlarin sayi semantik yuku dasidigi ucun doqquz reqeminin menasini nezerden kecirmek cox vacibdir Doqquz reqemi turk xalqlarinda muqeddes hesab olunur Texniki xususiyyetlerOrta olculu Qaracop xalcalari daha cox istehsal olunurdu Bu xalcalarin olcusu esas etibarile cox da boyuk olmur Qaracop xalcalari da bir kvadrat desimetrde ilmelerin sixligi 26x26 ilmeden 35x35 ilmeye qeder yerlesir Bir kvadrat metrde ise 68 min ilmeden 120 min ilmeye tesaduf edilir Qaracop xalcalari nda xovun hundurluyu 5 8 mm dir Xarici muzey ve kolleksiyalarda Qaracop xalcalari dunyanin bir cox muzeylerinde de qorunub saxlanilir Bu xalcalar Kanada Tekstil Muzeyinde Qazax Azerbaycan Hindistanda Danny Mehranin Xalca Kolleksiyasinda Budapest Tetbiqi Incesenet Muzeyinde Qazax Qaracop Isvecre Bazel muzeyinde Istanbul Vakiflar Xali Muzeyinde Praqa Milli Qalereyasinda ise Qaracop adi ile verilmisdir Istanbul Vakiflar Xali Muzeyinde qorunan E 100 inv li xalca kompozisiya baximindan Qazax xalca mektebinin Qaracop cesnisini xatirladan bu xalca XVIII esre aiddir Olcusu 205x145 sm toxuma texnikasi gordest olan bu xalca vaxtile Yeni Cami mescidinin anbarindan muzeye tehvil verilmisdir Saxlandigi muzeyin toplusunda simali serqi Anadolu numunesi kimi teqdim olunsa da ele ilk baxisdan xalcanin merkezindeki hendesi formali gol onun mehz Qazax mektebinin esrler boyu formalasdirdigi klassik bedii enene esasinda toxundugunu subut edir Xalcanin ara sahesinin kunclerinde yerlesdirilmis kicik olculu dord ag yerlikli komekci goller ve hetta onlarin icerisinde yerlesdirilmis ulduzlar bele Qaracop xalcasinin bedii enenelerini ozunde yasadir Xarici tedqiqatcilarin eserlerinde Qaracop xalcalarina muxtelif illerde derc olunmus xarici tedqiqatcilarin eserlerinde de rast gelinir Qeyd edek ki bu xalcalar daha cox Qazax ve Qaracop adlari altinda qeyd edilmisdir James F Ballard Ali Hosain Yetkin Serare Walter B Denny kitablarinda Qazax Raoul Tschebull George W O Bannon Enzo e Roberto Danon Gordon Redford Walker Mirco Cattai ve Walter B Denny kitablarinda ise Qaracop adi ile verilmisdir IstinadlarNasirova S Gence Qazax xalcalari ing 2002 P 13 Kerimov L Azerbajdzhanskij kovyor III tom 1983 s 153 2023 09 06 tarixinde Istifade tarixi 2023 09 01 Muradov V Qazax Borcali bolgesinin xalcacilari Baki 2014 s 156 163 168 176 191 208 210 213 215 217 222 224 225 227 228 230 244 251 255 258 262 272 274 281 2017 12 27 tarixinde Istifade tarixi 2023 09 12 N Ebdulrehmanli Qaracop Dunya nesriyyati Baki 1996 s 20 Kerimov L Azerbajdzhanskij kovyor III tom 1983 s 153 2023 09 06 tarixinde Istifade tarixi 2023 09 01 Kerimov L Azerbajdzhanskij kovyor I tom Baku Leningrad Izdatelstvo Akademii Nauk Azerbajdzhanskoj SSR 1961 s 6 tab 50 59 Galabekova S Sh Tipologiya Azerbajdzhanskogo kovra Garachyop Izvestiya po Arhitekture i Iskusstvu Azerbajdzhana 3 2000 s 34 36 Galabekova S Sh Tipologiya Azerbajdzhanskogo kovra Garachyop Izvestiya po Arhitekture i Iskusstvu Azerbajdzhana 3 2000 s 36 Galabekova S Sh Chetyrehugolnost kovra kak uporyadochennaya beskonechnost mira Izvestiya po Arhitekture i Iskusstvu Azerbajdzhana 1 2000 s 40 49 s 46 Galabekova S Sh Tipologiya Azerbajdzhanskogo kovra Garachyop Izvestiya po Arhitekture i Iskusstvu Azerbajdzhana 3 2000 s 38 39 Turk Medeniyyeti tarihi Ziya Gokalp Istanbul 1976 s150 152 Fadlun Efendi Dvenadcat simvolov Baku Gyandzhlik 1998 s96 97 Kerimov L Azerbajdzhanskij kovyor III tom 1983 s 153 2023 09 06 tarixinde Istifade tarixi 2023 09 01 The Textile Museum of Canada 2024 05 13 tarixinde Istifade tarixi 2024 05 21 Arxivlenmis suret 2024 05 13 tarixinde Istifade tarixi 2024 05 13 Museum of Applied Arts Budapest 2024 05 21 tarixinde Istifade tarixi 2024 05 21 V G Kerimli Tyurki v Gruzii Baku Teknur 2011 240 str s 219 Rasim Efendiyev Azerbaycan xalcalari dunya kolleksiyalarinda 2010 s 166 Klimtova Zdenka Kavkazske koberce Caucasian rugs 22 Rijna 2006 28 Ledna 2007 October 22 2006 January 28 2007 National Gallery in Prague 2006 p 44 45 sekil 10 Rasim Efendiyev Azerbaycan xalcalari dunya kolleksiyalarinda 2010 s 166 Catalogue of Oriental Rugs in The Collection of James F Ballard 1924 p 171 Ali Hosain Oriental Carpets ACO DRUCK GMBH Braunschweig 1963 p 17 Yetkin Serare Early Caucasian carpets in Turkey II Volume 1978 p 79 80 Walter B Denny Oriental rugs New York Cooper Hewitt Museum USA Library of Catalog Card Number 78 62734 1979 p 64 Raoul Tschebull Kazak rugs Textile Museum Journal Volume III Number 2 December 1971 p 3 Oriental rugs the collector s guide George W O Bannon Quintet Publishing Limited London 1994 p 30 Collezione Textila Catalogo a cura di Enzo e Roberto Danon Tappeti Classici D oriente Dal XVI al XIX secolo 1996 p 47 Gordon Redford Walker Oriental rugs an introduction Prion 1999 p 124 Mirco Cattai Itinerari3 IL MONDO DEI KAZAK Mohtashem Tappeti Antichi Rari Pregiati Mostra Exhibition 12 30 ottobre October 2004 p 29 Walter B Denny Oriental rugs New York Cooper Hewitt Museum USA Library of Catalog Card Number 78 62734 1979 p 64MenbeQaracop xalcasi 2011 08 07 at the Wayback Machine