Toğrul Fərman oğlu Nərimanbəyov (7 avqust 1930[…], Bakı, Azərbaycan SSR, SSRİ – 2 iyun 2013, XV arondisman (Paris), Fransa) — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Toğrul Nərimanbəyov | |
---|---|
Doğum tarixi | 7 avqust 1930[…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 2013(82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.
Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.
O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir.
Həyatı
Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib. Atası Fərman Nərimanbəyov AXC-nin xaricdə oxumağa göndərdiyi 40 tələbədən biri olub. O Tuluza Universitetinin mühəndis-elektrik ixtisasını bitirib. Fransada yaşayarkən İrma Lya Rude adlı dərzi bir xanımla ailə həyatı qurub. Toğrulun qardaşı Vidadi burada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır və tələbə yoldaşı elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir. Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir. 1930-cu ilin sonlarında Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olarkən Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını vermişdir.
Toğrul Nərimanbəyov 1946-cı ildə əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. 1955-ci ildə buradan məzun olur. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşür. 1961-ci ildə Toğrulun anası bəraət alıb Bakıya qayıdır. Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən vətəni Azərbaycana qayıdır.
1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayır. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilir və burada fərdi sərgilər açır. 1992-ci ildə Lüküsemburq şəhərinə köçür. 1992-1993-cü illərdə sənət həyatını burada davam etdirir. Burada bir neçə salonda sərgiləri keçilir və böyük rəğbət toplayır. 1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçür. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldan dövrlərindən biri hesab edilir.
Ailə həyatı
Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun ilk xanımı 1922-ci il doğumlu heykəltəraş Elmira Hüseynova olub. Bu evlilikdən Toğrul Nərimanbəyovun Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib. Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatır qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub: Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.
Yaradıcılığı
İlk illəri
Rəssamın yaradıcılığı abstraksionizm və fiquratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, həmçinin özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur.
Sovet İttifaqı dövründə rəssamın sənətini araşdıran sənətşünaslar həmişə Toğrul Nərimanbəyovu “novator” (novator) kimi qələmə verirdilər.
Toğrul Nərimanbəyov yaradıcılığına 1950-ci illərdə başlayır. O bu barədə deyir:
Mənim sənətə ilk gəldiyim illər çox qarmaqarışıq və təzadlı illər idi. Elə bir dövr idi ki, sənətdə sosialist realizmi kimi bir istiqamət böyük önəmə sahib idi. Üstəlik, rəssamlara “səyyar eksponentlər” kimi bir siyasi məsələni reallaşdırmaq tapşırığı verilmişdi. Bu istedadlı insanların bədii azadlığını məhdudlaşdırmaq, sosialist-realizm üslubunda yalnız şablon sənət əsərləri yaratmaq siyasəti idi.
Nərimanbəyov yaradıcılığına yeni başlayanda onun bəzi əsərlərində Avropa və Rusiya incəsənətinin təsiri olmuşdur. Gözləri ənənəvi rəsmlərə öyrəşmiş Azərbaycan sənətsevərləri rəssamın fərqli bədii üslubunu birmənəlı qarşılamadılar.
Rəssam 1950-ci ildə Türkiyənin küçəsi adlı əsəri ilə Azərbaycan Dövlət Rəsm Sərgisinə qoşulur. Daha sonra 1953-cü ildə qardaşı Vidadi Nərimanbəyovu rəsm etdiyi “Qardaşımın portreti” , “Venera gecələri” əsərlərini ərsəyə gətirir. O ən uğurlu rəsmlərindən biri olan “Yaylaqdan dönüş” əsərini 1954-cü ildə tamamlayır. Nərimanbəyovun 1955-ci ildə Litva İncəsənət Universitetinin rəssamlıq fakültəsində bitirmə dissertasiyası olan “Baltikyanı balıqçılar” əsəri rəssamın ilkin əsərləri sırasında ən qiymətli rəsm əsərlərindən biridir.
1955-ci ildə o vətəni Azərbaycana qayıdır. Bu dövrdə Azərbaycanda yaşayan rəssamların həyata və sənətə baxışlarında fərqliliklər var idi. Nərimanbəyov özünü həmişə müxtəlif cərəyanlarda müxtəlif qollarda sınayıb. O, rəngkarlığın müxtəlif sahələrində, xüsusilə mənzərə, portret və natürmortda çoxlu uğurlu əsərlər yaratmışdır.
Rəssam ilk mənzərə və natürmort əsərlərində "sərt üslub" sənətindən təsirlənmişdir. Onun bu istiqamətdə ərsəyə gətirdiyi ilk əsərləri “Bakıda bağ (qapı önü)” (1955), “Bayıl mənzərəsi” (1955), “Bakı günorta vaxtı” (1956) tablolarıdır. Onun 1963-cü ildə çəkdiyi “Ağaclar və qayalar” əsəri də bu istiqamətdə çəkilmiş mənzərə əsərlərindəndir. Bu yöndə çəkdiyi ilk natürmort əsərləri isə “Meyvələr”, “Qabaqla natürmort”, “Narlar və armudlar” əsərləridir.
Toğrulun ilk uğurlu əsərlərindən biri olan "Xəzərdə şəfəq" (1957) romantik üslubda çəkilmişdir. Cəsur neftçilərdən bəhs edən “Fırtınadan da güclü” (1960), “Xoşbəxtlik” (1961), “Sevinc" (1963), nasist həbsxanasının çətin şəraitini təsvir edən "Həyat üçün" (1963) tablolarında dramatizm və rəssamın fəlsəfi fikirləri diqqəti cəlb edir.
Nərimanbəyov 1961-ci ildə Polşa ekspedisiyası zamanı çəkdiyi “Polyak gənc qızın portreti”, “Görüş”, “Kafedə”, “Krakov”, “Polşa sirki” və s. əsərlərində ölkədə inkişaf edən şəhərlər, insanların həyatı, mənəvi dünyası, sevgi içində yaşayan sevgililəri, kafelərdə dincələn gəncləri təsvir etmişdir. Rəssam yaradıclılğının ilk dövrlərində diqqətəlayiq portretlər də çəkmişdir. Onun bu dövrdə "Türk şairi Nazim Hikmət" (1960), "Sürücü Məmmədağa" (1960), "Şair Rəsul Rza" (1964), "Səs sənətçisi Bülbül" (1964), "Şair Bəxtiyar Vahabzadə" (1965), kətan üzərinə yağlı boya ilə çəkdiyi “Siqaret çəkən Settar Bəhlulzadə” (1961) və “Rəssamın portreti” (1962) rəsmləri rəssamın çox dəyərli portret əsərlərindəndir.
1963-cü ildə “Ana” tablosunda Nərimanbəyov öz anası və atası sürgündə olarkən ona və qardaşına dayəlik edən polyak əsilli Anna Andreyevnanı təsvir etmişdir.
1960-1980-ci illər
1960-1980-ci illər Nərimanbəyovun sənətdə ustalıq dövri idi. Bu illərdə Sovet İttifaqında rəssamlıq özünün inkişaf dövrünü yaşayırdı. 1960-cı illərin ikinci yarısı həm də, yeni sənət cərəyanlarının ortaya çıxdığı illər hesab olunur. Bu dövrdə o, sənət axtarışlarını cəsarətlə davam etdirir. Nərimanbəyov, bu dövrə aid əsərlərində, xüsusən mənzərə və natürmortlarında Azərbaycan torpağının bərəkətli olması ideyasını əks etdirmişdir. O, yaxın dostu, Azərbaycanın digər məşhur rəssamı Səttar Bəhlulzadə ilə Azərbaycanın bölgələrini gəzmiş, “Göyçay bağlarında” (1965), “Bolluq” (1968), “Bərəkət” (1968) və s kimi əsərlərini bu səyahətlər nəticəsində meydana çıxmışdır. Nərimanbəyov mənzərə əsərlərində daha çox doğulduğu şəhər olan Bakını təsvir edib. Sənətinin orta dövrlərində kətan üzərində yağlı boya texnikası ilə “Köhnə Bakı” (1964), “Bakıda bahar” (1964), “Bakı” (1965), “Bakıda küləkli gün” (1977) tablolarını ərsəyə gətirmişdir. Nərimanbəyovun Bakıya, onun tarixinə və memarlığına bağlılığı rəssamın tablolarında daha çox köhnə şəhər mənzərələrinin təsviri formasında özünü göstərirdi.
Nərimanbəyovun mövzulu əsərlərində bolluq, yaxşı həyat ideyalarının ön plana çıxdığını görürük. O, vətəni Azərbaycanı, xalqının həyat tərzini, gündəlik məişətini, adət-ənənələrini təsvir etdiyi bir çox əsər yaratmışdır. Rəssamın xalq məişətindən təsirləndiyi bayramlar mövzusunda "Buzovna kəndində bayram" (1965), "Festival" (1982), bazar mövzusunda isə "Bakı ətrafı bazar" (1968), "Bakıda bazar" (1974), “Şəki bazarı”, (1976) və “Payız bazarı” (1976) əsərlərində şərq bazarının səs-küylü mühiti, rəngarəngliyi təsvir edilmişdir.
Nərimanbəyov sənətinin bu dövründə portret əsərlərinə də böyük önəm vermişdir. Rəssamın portretlərinin ən mühüm xüsusiyyəti odur ki, çəkdiyi insanlarla əvvəlcə uzun müddət dostluq edər, onları tanıdıqdan sonra onların daxili aləmini, ideya və düşüncələrini müxtəlif cizgi və rənglərlə təsvir edərdi.
1960-80-ci illərdə rəssam, Azərbaycan yazıçıları, şairləri və rəssamları təsvir etdiyi "Şair Fikrət Qoca” (1966), “Yazıçı Anar” (1968), “Bəstəkar Emin Sabitoğlu” (1977), “Müğənni Yavər Kələntərli” (1977) və “Gürcü rəssamı Niko Pirosmani” (1966) və s. kimi portretlərini çəkmişdir. Toğrulun öz anası, fransız əsilli qadın İrma Lya Rudeni təsvir etdiyi “Anamın portreti” (1981) əsəri də rəssamın yaradıcılığında mühüm yer tutur. Rəssamın özünü təsvir etdiyi “Avtoportret” (1976) əsərində sənət axtarışında olduğunu anlamaq mümkündür.
Bu dövrdə Nərimanbəyov uşaqların portretlərini də çəkmişdir. Onun bu mövzuda uğurlu əsərləri “Gənc rəssam” (1965), “Tomik” (1969), “Günel” (1972), “Aysel” (1974), “Günay” (1975) və s əsərləridir. Öz qızını çəkdiyi “Yatmış Əsmər” (1964) və “Qız və natürmort” (1968) kompozisiyalarında balaca qız paklıq və bolluq rəmzi kimi təbiətin qoynunda, qızılgüllərin, çiçəklərin və meyvəli nar ağacının altında təsvir edilib.
Nərimanbəyov özü də peşəkar musiqiçi olduğundan daim musiqi mövzulu əsərlər hazırlayıb. Onun bədii şəxsiyyəti, şübhəsiz ki, əsərlərində öz əksini tapmışdır. Rəsmlərindəki ustalıq onun incə təbiətindən və bədii həssaslığından irəli gəlir. “Oxuyan aşıq”, “Musiqiçilər”, “Aşıq Pənah”, “Mahnı” və başqa əsərləri rəssamın obu dövrdə yaratdığı musiqi mövzulu əsərlərdir. Onun 1965-ci ildə Azərbaycan xalq musiqisi olan Muğamdan bəhs edən "Muğam" kompozisyası rəssamın sənət həyatında mühüm yerə malikdir. Bu əsər Azərbaycan Rəsm sənətinin şah əsərlərindən hesab edilməklə yanaşı rəssamın ən məşhur tablolarındadır.
Müasir Azərbaycan rəssamlığında özünəməxsus üslub yaratmağa çalışan Nərimanbəyov şərq xalq dastanlarından, rəvayət və əfsanələrindən təsirlənərək silsilə rəsmlər yaratmağa başlayır. 1969-cu ildə “Boərəkət” kompozisiyasında sovet ideologiyasının hökm sürdüyü bir dövrdə rəssam bu mənalı mövzunu yenilikçi üslubla çəkmişdir. Müxtəlif ölkələrə etdiyi səyahətlər rəssama qədim və müasir dövrlərin böyük rəssamlarının yaradıcılığı ilə tanış olmaq, dünyanın ən məşhur şəhərlərini və muzeylərini ziyarət etmək, digər xalqların adət və ənənələri ilə tanış olmaq, sadə insanlarla ünsiyyət qurmaq imkanı yaratmışdı. Nərimanbəyov 1971-ci ildə Hindistana bədii səfərindən sonra 1972-ci ildən bu ölkə haqqında silsilə əsərlər yaratmışdır. "Dehlidə gəzinti", "Hindistanda bazar", "Mahatma Qandi", "Ana və uşaq", "Dilək ağacı", "Yel dəyirmanı olan oğlan", "Benqal kəndində səhər", "Bombey xatirələri" və başqa əsərlərində rəssam müxtəlif mədəniyyətlərə ev sahibliyi edən Hindistanı, onun qonaqpərvər insanlarını, zəngin təbiətini, məişət və gündəlik həyatını təsvir etmişdir.
Nərimanbəyov “Hindistan” silsiləsi ilə yanaşı, səyahətləri nəticəsində “Şəhərin görüntüləri” kompozisyasında bir çox mənzərə əsəri üzərində işləyib. Burada Səmərqənd (Özbəkistan), Vilnüs (Litva), Moskva (Rusiya), Havana (Kuba) və Almaniya şəhərlərinin təsvirləri var.
Toğrul Nerimanbəyov 1970-ci illərin ikinci yarısında divar rəsmləri çəkməyə başlayır. 1975-1978-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrının foyesində xalq nağıllarının motivləri əsasında “Nağıllar aləmində” adlı möhtəşəm divar rəsmini çəkir. Bu əsər rəssamın divar rəngkarlığı sənətində ilk addımı və ilk uğurlu əsəridir. 1978-ci ildə Nərimanbəyov daha bir böyük layihəni tamamlayır. Beləki, Bakıda “Moskva” mehmanxanasının foyesinin divarlarında “Aşiqin nəğməsi” adlı rəsm əsərini ərsəyə gətirir. Rəssamın rəsmləri kimi divar rəsmləri də milli folklordan ilhamlanmış qiymətli sənət əsərləridir. Bundan sonra Nərimanbəyov teatr dekorasiyası ilə yanaşı, səhnə avadanlığı da hazırlamağa başlayır. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə “Sevil” (1979) operası, “Nəsimi” (1979) və “Min bir gecə” (1980) baletləri üzərində işləyən Nərimanbəyov parlaq kolorit baxımından çox gözəl dekorativ kompozisiyalar hazırlamışdır. O, həmçinin Fərəc Qarayevin “Qobustan kölgələri” (1969) və Qara Qarayevin “Yeddi gözəl” (1972) baletlərinin səhnə dekorasiyalarının eskizlərini çəkmişdir.
Toğrul Nərimanbəyov "Azərbaycan xalq dastanları”, Azərbaycan şairi Rəsul Rzanın “Vaxt varkən” şeirlər toplusu, yazıçı Anarın “Dədə Qorqud” kitabı və filmi üçün kompozisiya və illüstrasiyalar hazırlamışdır. Türk xalqının ortaq keçmişi olan “Dədə Qorqud” hekayələrindən bəhs edən eyniadlı kitab üçün hazırlanmış illüstrasiyalar Azərbaycan rəssamlığının ən dəyərli nümunələrindəndir. Bu kitab sovet dövründə Rusiyanın paytaxtı Moskvada “Detskaya izdatelstva” (Uşaq nəşriyyatı) nəşriyyatı tərəfindən çap edilmişdir.
Sərgiləri
- 1989-cu ildə Boston şəhərində məşhur sərgi salonlarından birində keçirilən fərdi rəsm sərgisində 70-dən çox rəsm və qrafika işi nümayiş etdirilmişdir. Buradakı əsərlərdə sənətsevərlər “Gitarist Şehels”, “Gənc bəstəkar Romeo Meloni”, “Amerikalı qadın” və s. kimi tanış simalar gördülər. Daha sonra Nyu-York şəhərində keçirilən sərgidə də 70-dən çox rəsm və qrafika əsərləri izləyicilərə təqdim edildi.
- 1992-1993-cü illərdə Lüksemburqun “Kontinental” mehmanxanasında və “Chateau Burkslenkr” sərgi salonunda fərdi rəsm sərgilərinin keçirildi. Rəssamın bu şəxsi sənət sərgiləri ABŞ-da Boston və Nyu-York sərgiləri kimi çoxlu tamaşaçı topladı və böyük təsir bağışladı. Hər iki sərgidə Qırğızıstanın o zamanlar Lüksemburqdakı səfiri olmuş məşhur yazıçı Çingiz Aytmatov iştirak edib və Lüksemburq jurnallarından birinə verdiyi müsahibəsində Toğrul Nerimanbəyov sənətini yüksək qiymətləndirib: “...Toğrul rənglərə duyğu qatan, insanları yaşamağa inandıran rəssamdır. Sərgidə nümayiş olunan əsərlərə, xüsusən də “Çingiz Aytmatovun oğlu Eldarla” tablosuna baxdıqdan sonra bunu daha dərindən hiss etdim”.
- 1993-1998-ci illərdə Fransada bir neçə fərdi sərgisi keçirildi. 1998-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyi münasibətilə Parisdə Konven de Kordelyer sərgi salonunda böyük bir fərdi sərgisi təşkil edildi. Sərgidə “Köhnə Bakı”, “Siqaret çəkən Səttar Bəhlulzadə”, “Nəğməkar Azərbaycan”, “Gecə çayevi”, “Çayevində səhər”, “Şərq bazarı”, “Sevil İçərişəhərdə”, “Cənnət bağı”, həmçinin Parisdə rəsm etdiyi "Paris haqqında düşüncələr", "Müqəddəs Mişel", "Notr Dam", "Notr Damdan gələn qız", "Paris küçəsi", "Mormart", "Paris çiçəkləri", "Notr Dam kilsəsi", "İrma Lya Rudenin portreti" və s əsərləri sənətsevərlərin diqqətini çəkdi. Bu sərgidə Prinston Universitetinin professoru Bernd R.Seizinger, Sarbona Universitetinin professoru, kolleksiyonçu Rene Gere, tədqiqatçı Kleopatra Pavlidou kimi məşhur şəxslər Toğrul Nərimanbəyovun sənətinə olan rəğbətlərini və müsbət fikirlərini bildirdilər. Bernd R. Seizinger Bostonda Toğrul Nerimanbəyov adına sərgi salonu-muzey açmışdır.
Opera sənətçisi kimi
O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italyan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam bu istedadı haqqında söyləyir:
Mən oxumağı sevirəm. Oxumaq həyatımın ayrılmaz hissəsidir. Oxumayanda özümü narahat hiss edirəm. Həmişə rəsm çəkərkən oxuyuram. Əgər Allah insana iki istedad veribsə, onun birini tərk edib digərinə diqqət yetirməsi məncə nankorluqdur. Buna görə də oxumağı rəssamlıq qədər həyatımın mühüm missiyası hesab edirəm. İnsanlar rəsm çəkərkən istədiklərini kətana köçürür və onlar artıq insandan ayrılır, amma oxumaq insanın daxilindədir. Oxuyarkən daxili aləmimdə baş verənlər, səsin necə yarandığı mənim üçün hələ də möcüzədir.
Toğrul Nərimanbəyov Vilnüsdə (Litva) İncəsənət Universitetində rəssamlıq təhsili alarkən Vilnüs Konservatoriyasında klassik vokal öyrənməyə də başlayır. O, hər dəfə Bakıya gələndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşq edərdi. Bəzən evdə məşq edir, həyat yoldaşı Sevil xanım konservatoriya təhsili almış musiqiçi olduğundan onu pianoda müşayiət edirdi.
Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir. Nərimanbəyov 1999-cu ildə İtaliyada özəl müəllimlərdən peşəkar musiqi təhsili almışdır. 2000-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.
Ölümü
2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1964
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 7 iyul 1967
- Azərbaycan SSR Dövlət mükafatı — 1974
- SSRİ Dövlət mükafatı — 1980
- — 1980
- "SSRİ xalq rəssamı" fəxri adı — 22 iyun 1989
- — 5 avqust 2000
- — 9 avqust 2010
Filmoqrafiya
- Toğrul Nərimanbəyov (film, 1966) — (qısametrajlı sənədli televiziya filmi)
- Qobustan (film, 1967)
- Əllər və rənglər (film, 1974)
- Dədə Qorqud (film, 1975) — şəkillərin müəllifi (tammetrajlı bədii film)
- Dantenin yubileyi (film, 1978) — aktyor (tammetrajlı bədii film)
- Rənglərin melodiyası (film, 1981)
- Salam, Zeynəb! (film, 1982) — (qısametrajlı sənədli-bədii televiziya film-konserti)
- Yeddi gözəl (film, 1982) — geyim rəssamı (tammetrajlı film-balet)
- Toğrul (film, 2011)
Şəkillər
- Toğrul Nərimanbəyov - Göyçay bağlarında, 1965, Azərbaycan Milli İncəsənət Muzeyi
- Toğrul Nərimanbəyov - İçərişəhər xatirələri, 2009, Azərbaycan Milli İncəsənət Muzeyi
- Toğrul Nərimanbəyov - Bakı yağışdan sonra, 2000, Azərbaycan Milli İncəsənət Muzeyi
- Toğrul Nərimanbəyov - Raketka və tülpanlar, 1977, Şəki Rəsm Qalereyası
- Toğrul Nərimanbəyov - Gecə küçə, 1961, Yarat Müasir Sənət Mərkəzi
Mənbə
- Abdullayeva E. Toğrul Nərimanbəyov. Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.
- Nurəddin Həbibov. Azərbaycan İncəsənəti. Bakı: İşıq nəşriyyatl. 1992.
- Möhbəddin Səməd. Toğrul Nərimanbəyov Qrafik rəngarlıq. Bakı: İşıq nəşriyyatl. 1984. səh. 600.
- Möhbəddin Səməd. Toğrul Nərimanbəyov, Şux rənglərin təranəsi. Bakı: Çağdaş As nəşriyyatı. 2011.
- Vagif Muğallı. TUĞRUL NERİMANBEYOV’UN AZERBAYCAN RESİM SANATI İÇİNDEKİ YERİ VE ÖNEMİ. Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2015.
- Bown, Matthew Cullerne; Taylor, Brandon. Art of the Soviets: painting, sculpture, and architecture in a one-party state, 1917-1992. Manchester University Press ND. 1993. 152–. ISBN . İstifadə tarixi: 28 April 2011.
The 'decorativism' denounced in the late 1940s broke out again all over the place, exemplified in the work of the Azeri painter, Togrul Narimanbekov.
- Togrul Narimanbekov // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- https://www.bbc.com/azeri/azerbaijan/2013/06/130608_narimanbekov_died.
- Fichier des personnes décédées.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 345 nömrəli Sərəncamı 2022-04-19 at the Wayback Machine (az.)
- Muğallı, 2015. səh. 33
- . 2012-04-20 tarixində orijinalından arxivləşdirilib.
- Səməd, 2011. səh. 54
- Səməd, 2011. səh. 9
- Muğallı, 2015. səh. 36
- Muğallı, 2015. səh. 37
- [Fine Art: On a sculptor ...] (az.). Baku, Azerbaijan: Yeni Avaz. 13 February 2017. 11 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2017.
- ( "Toğrul Nərimanbəyov" (#bad_url). 525.az. 12.06.2013.
- ADRQ, 2017. səh. 53
- Muğallı, 2015. səh. 39
- Muğallı, 2015. səh. 53-54
- Səməd, 2011. səh. 11
- Azərbaycan Sover Ensiklopediyası, 1979. səh. 225
- Abdullayeva, 2013. səh. 21
- Səməd, 1984. səh. 8
- Abdullayeva, 2013. səh. 22
- Abdullayeva, 2013. səh. 23
- Möhbəddin, 1984. səh. 15
- Abdullayeva, 2013. səh. 25
- Möhbəddin, 1984. səh. 19-20
- Muğallı, 2015. səh. 44
- Muğallı, 2015. səh. 43
- Möhbəddin, 2011. səh. 48
- Muğallı, 2015. səh. 45
- Möhbəddin, 2011. səh. 49
- Muğallı, 2015. səh. 46
- Möhbəddin, 2011. səh. 50
- Muğallı, 2015. səh. 47
- Möhbəddin, 2011. səh. 42
- "Azərbaycan rəssamı Toğrul Nərimanbəyov". İstifadə tarixi: 17.05.2014.[ölü keçid]
- "Toğrul Nərimanbəyovun nəşini vətəninə gətirməyə qoymurlar — Qalmaqal". 2021-04-22 tarixində . İstifadə tarixi: 2013-06-08.
- . 2013-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
- "Toğrul Nərimanbəyov vəfat edib" [Togrul Narimanbekov died] (Turkish). BBC Azeri Service News. 8 June 2013. 1 February 2014 tarixində . İstifadə tarixi: 19 September 2023.
- "Большая трагедия знать, что нас сменит необразованное поколение – Эсмер Нариманбекова". azeri.ru. 2012-05-25 tarixində . İstifadə tarixi: 2023-09-19.
- Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1974-cü il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il tarixli Qərarı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ""T. F. Nərimanbəyovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2000-ci il tarixli, 381 nömrəli Sərəncamı". 2022-08-03 tarixində . İstifadə tarixi: 2020-10-31.
- ""T.F. Nərimanbəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2010-cu il tarixli, 1055 nömrəli Sərəncamı". 2020-06-11 tarixində . İstifadə tarixi: 2020-10-31.
Xarici keçidlər
- Toğrul Nərimanbəyovun "Kaspi" qəzetinə verdiyi müsahibə
- Toğrul Nərimanbəyov haqqında 3 saylı "ASAN xidmət" mərkəzinin k17m1 könüllü qrupunun təqdimatı
- 7 avqust Toğrul Nərimanbəyovun doğum günüdür
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Togrul Ferman oglu Nerimanbeyov 7 avqust 1930 Baki Azerbaycan SSR SSRI 2 iyun 2013 XV arondisman Paris Fransa Azerbaycan ressami SSRI ve Azerbaycan SSR Dovlet mukafatlari laureati SSRI nin ve Azerbaycanin xalq ressami Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudcusu Togrul NerimanbeyovDogum tarixi 7 avqust 1930 1930 08 07 Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 2 iyun 2013 2013 06 02 82 yasinda Vefat yeri XV arondisman Paris FransaDefn yeri Passi qebiristanligi d Fealiyyeti ressamTehsili Baki seheri 6 nomreli tam orta mekteb Vilnus Incesenet Akademiyasi d Janr portretMukafatlari 1989 1967 1964 1980 1974 2000 2010 1980 Vikianbarda elaqeli mediafayllar Onun eserleri Fransada Fransa qalereyasi Almaniyada Muasir Senet Muzeyi Koln Senet Muzeyi Hagen Polsada Muasir Senet Muzeyi Varsava ABS da Milli Aironavtika Muzeyi Vasinqton Macaristanda Muasir Milli Senet Muzeyi Budapest Bolqaristanda Muasir Milli Senet Muzeyi Sofiya Rusiyada Rusiya Milli Muzeyi Petersburq Tretyakov qalereyasi Moskva Serq Xalqlari Muzeyi Moskva Bestekar Qlinka Muzeyi Moskva kimi muxtelif olkelerin muzey ve qalereyalarinda sergilenir Togrul Nerimanbeyov Fransa Muasir Incesenet Ensiklopediyasi nda haqqinda melumat olan yegane azerbaycanli ressamdir Bu kitabda onun adi dunya sohretli ressamlarla yanasi yazilib O bacariqli ressam olmaqla yanasi hem vokal senetcisi hem de sair idi Togrul Nerimanbeyov klassik operalardan ariyalari xususile de italan bestekarlarin eserlerini ifa etmisdir Ressam 1996 ci ilde Bakida Kirxa konsert salonunda 1998 ci ilde Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinda 2000 ci ilde Bolonyadaki Italiya Oratoria di San Rosso zalinda boyuk konsertler vermisdir HeyatiTogrul Ferman oglu Nerimanbeyov 7 avqust 1930 cu ilde Baki seherinde dogulub Onun babasi susali huquqsunas Emirbey Nerimanbeyov car II Nikolay dovrunde muhaciretde olub Kiyevde ders deyib Azerbaycan Xalq Cumhuriyyeti qurulandan sonra Azerbaycana qayidib ve Bakida qubernator kimi fealiyyet gosterib Atasi Ferman Nerimanbeyov AXC nin xaricde oxumaga gonderdiyi 40 telebeden biri olub O Tuluza Universitetinin muhendis elektrik ixtisasini bitirib Fransada yasayarken Irma Lya Rude adli derzi bir xanimla aile heyati qurub Togrulun qardasi Vidadi burada dunyaya gelib 1929 cu ilde Ferman Nerimanbeyov arvadi Irma Lya Rude ve oglu Vidadi ile birge Bakiya qayidir ve telebe yoldasi elektriklesme naziri Islamzadenin komeyile Mingecevir SES de ise duzelir Togrul Nerimanbeyov hemin erefede dunyaya gelir 1930 cu ilin sonlarinda Ferman Nerimanbeyov Avropada tehsil almis diger azerbaycanlilar kimi represiyyaya meruz qalir ve Sibirin Marinski seherine surgun edilir Daha sonra anasi da hebs edilerek surgun edilir Togrul Nerimanbeyov bir muddet anasi ile birge hebsde yasayir Daha sonra mektebe baslayir ve seherler derse gedib axsam yeniden hebsxanaya qayidaraq cetin seraitde tehsil alir 1941 ci ilde Fransa Almaniya terefinden isgal olunarken Irma xanimin qarsisina Fransa vetendasligindan cixmasi eks halda surgun edilmesi serti qoyulsa da o vetendasliqdan cixmayaraq evvelce Qostanaya daha sonra Semerqende surgune gonderilir Valideynleri hebsde olarken Togrul ve qardasina Polyak esilli dayeleri Anna Andreyevna baxir Sonralar Nerimanbeyov dayesinin portretini cekerek tabloya Ana adini vermisdir Togrul Nerimanbeyov heyat yoldasi ve oglu ile Togrul Nerimanbeyov 1946 ci ilde evvelce Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebine daxil olur 1950 ci ilden ise Litva Incesenet Institutunda monumental ve dezgah ressamligi fakultesinde tehsil alir 1955 ci ilde buradan mezun olur Eyni vaxtda Vilnus Konservatoriyasinda klassik vokali da oyrenmeye baslayir Togrul anasi ile telebelik illerinde Semerqendde gorusur 1961 ci ilde Togrulun anasi beraet alib Bakiya qayidir Bir muddet sonra amnistiyaya dusen atasi Ferman bey Nerimanbeyov da Sibir surgununden veteni Azerbaycana qayidir 1980 ci illerden sonra Togrul Nerimanbeyov bir sira olkelerde yasayir Ilk evvel Bakidan Moskvaya seyahet eden ressam bir muddet burada yasadiqdan sonra 1989 cu ilde ABS in Massacuset statinin Boston seherine devet edilir ve burada ferdi sergiler acir 1992 ci ilde Lukusemburq seherine kocur 1992 1993 cu illerde senet heyatini burada davam etdirir Burada bir nece salonda sergileri kecilir ve boyuk regbet toplayir 1993 cu ilde Luksemburqdan Paris seherine kocur Qisa bir muddet icinde buradaki heyatina uygunlasan ressam ucun Fransani xususi eden sebeb anasi Irma xanimin eslen fransiz olmasi idi Parisde yasadigi dovr ressamin yaradiciliginin en mehsuldan dovrlerinden biri hesab edilir Aile heyati Togrul Nerimanbeyov iki defe aile qurub Onun ilk xanimi 1922 ci il dogumlu heykelteras Elmira Huseynova olub Bu evlilikden Togrul Nerimanbeyovun Esmer adli bir qizi dunyaya gelib Elmira Huseynova 23 yanvar 1995 ci ilde dunyasini deyisib Gorkemli ressam sonradan ikinci defe musiqici Sevil Necefzade ile aile heyatir qurur Bu evlilikden ressamin bir oglu dogulub Fransua Nerimanbeyov Oglu Fransua atasinin yolunu davam etdirerek ressamliqla mesgul olur Yaradiciligi Heyat namine adli resm eseriIlk illeri Ressamin yaradiciligi abstraksionizm ve fiquratizm uslubuna aid edilir Menzere portret monumental boyakarliq illustrasiya ve teatr ressamligi kimi muxtelif sahelerde yaratdigi eserler movzu ve janr rengarengliyi hemcinin ozunemexsus uslubu ile seciyyelenmisdir Ferdi uslubunu mueyyen eden baslica xususiyyetler dekorativ Azerbaycan incesenetinin reng harmoniyasi ve muasir dunya incesenetinin yeni istiqametleri ile six bagli olmusdur Sovet Ittifaqi dovrunde ressamin senetini arasdiran senetsunaslar hemise Togrul Nerimanbeyovu novator novator kimi qeleme verirdiler Togrul Nerimanbeyov yaradiciligina 1950 ci illerde baslayir O bu barede deyir Menim senete ilk geldiyim iller cox qarmaqarisiq ve tezadli iller idi Ele bir dovr idi ki senetde sosialist realizmi kimi bir istiqamet boyuk oneme sahib idi Ustelik ressamlara seyyar eksponentler kimi bir siyasi meseleni reallasdirmaq tapsirigi verilmisdi Bu istedadli insanlarin bedii azadligini mehdudlasdirmaq sosialist realizm uslubunda yalniz sablon senet eserleri yaratmaq siyaseti idi Nerimanbeyov yaradiciligina yeni baslayanda onun bezi eserlerinde Avropa ve Rusiya incesenetinin tesiri olmusdur Gozleri enenevi resmlere oyresmis Azerbaycan senetseverleri ressamin ferqli bedii uslubunu birmeneli qarsilamadilar Ressam 1950 ci ilde Turkiyenin kucesi adli eseri ile Azerbaycan Dovlet Resm Sergisine qosulur Daha sonra 1953 cu ilde qardasi Vidadi Nerimanbeyovu resm etdiyi Qardasimin portreti Venera geceleri eserlerini erseye getirir O en ugurlu resmlerinden biri olan Yaylaqdan donus eserini 1954 cu ilde tamamlayir Nerimanbeyovun 1955 ci ilde Litva Incesenet Universitetinin ressamliq fakultesinde bitirme dissertasiyasi olan Baltikyani baliqcilar eseri ressamin ilkin eserleri sirasinda en qiymetli resm eserlerinden biridir 1955 ci ilde o veteni Azerbaycana qayidir Bu dovrde Azerbaycanda yasayan ressamlarin heyata ve senete baxislarinda ferqlilikler var idi Nerimanbeyov ozunu hemise muxtelif cereyanlarda muxtelif qollarda sinayib O rengkarligin muxtelif sahelerinde xususile menzere portret ve naturmortda coxlu ugurlu eserler yaratmisdir Ressam ilk menzere ve naturmort eserlerinde sert uslub senetinden tesirlenmisdir Onun bu istiqametde erseye getirdiyi ilk eserleri Bakida bag qapi onu 1955 Bayil menzeresi 1955 Baki gunorta vaxti 1956 tablolaridir Onun 1963 cu ilde cekdiyi Agaclar ve qayalar eseri de bu istiqametde cekilmis menzere eserlerindendir Bu yonde cekdiyi ilk naturmort eserleri ise Meyveler Qabaqla naturmort Narlar ve armudlar eserleridir Togrulun ilk ugurlu eserlerinden biri olan Xezerde sefeq 1957 romantik uslubda cekilmisdir Cesur neftcilerden behs eden Firtinadan da guclu 1960 Xosbextlik 1961 Sevinc 1963 nasist hebsxanasinin cetin seraitini tesvir eden Heyat ucun 1963 tablolarinda dramatizm ve ressamin felsefi fikirleri diqqeti celb edir Nerimanbeyov 1961 ci ilde Polsa ekspedisiyasi zamani cekdiyi Polyak genc qizin portreti Gorus Kafede Krakov Polsa sirki ve s eserlerinde olkede inkisaf eden seherler insanlarin heyati menevi dunyasi sevgi icinde yasayan sevgilileri kafelerde dincelen gencleri tesvir etmisdir Ressam yaradiclilginin ilk dovrlerinde diqqetelayiq portretler de cekmisdir Onun bu dovrde Turk sairi Nazim Hikmet 1960 Surucu Memmedaga 1960 Sair Resul Rza 1964 Ses senetcisi Bulbul 1964 Sair Bextiyar Vahabzade 1965 ketan uzerine yagli boya ile cekdiyi Siqaret ceken Settar Behlulzade 1961 ve Ressamin portreti 1962 resmleri ressamin cox deyerli portret eserlerindendir 1963 cu ilde Ana tablosunda Nerimanbeyov oz anasi ve atasi surgunde olarken ona ve qardasina dayelik eden polyak esilli Anna Andreyevnani tesvir etmisdir 1960 1980 ci iller Osmanli Sultani II Beyazidin elcileri Sah Ismayil Xetainin qebulunda 1504 Azerbaycan Tarix Muzeyinde saxlanilir 1960 1980 ci iller Nerimanbeyovun senetde ustaliq dovri idi Bu illerde Sovet Ittifaqinda ressamliq ozunun inkisaf dovrunu yasayirdi 1960 ci illerin ikinci yarisi hem de yeni senet cereyanlarinin ortaya cixdigi iller hesab olunur Bu dovrde o senet axtarislarini cesaretle davam etdirir Nerimanbeyov bu dovre aid eserlerinde xususen menzere ve naturmortlarinda Azerbaycan torpaginin bereketli olmasi ideyasini eks etdirmisdir O yaxin dostu Azerbaycanin diger meshur ressami Settar Behlulzade ile Azerbaycanin bolgelerini gezmis Goycay baglarinda 1965 Bolluq 1968 Bereket 1968 ve s kimi eserlerini bu seyahetler neticesinde meydana cixmisdir Nerimanbeyov menzere eserlerinde daha cox doguldugu seher olan Bakini tesvir edib Senetinin orta dovrlerinde ketan uzerinde yagli boya texnikasi ile Kohne Baki 1964 Bakida bahar 1964 Baki 1965 Bakida kulekli gun 1977 tablolarini erseye getirmisdir Nerimanbeyovun Bakiya onun tarixine ve memarligina bagliligi ressamin tablolarinda daha cox kohne seher menzerelerinin tesviri formasinda ozunu gosterirdi Nerimanbeyovun movzulu eserlerinde bolluq yaxsi heyat ideyalarinin on plana cixdigini goruruk O veteni Azerbaycani xalqinin heyat terzini gundelik meisetini adet enenelerini tesvir etdiyi bir cox eser yaratmisdir Ressamin xalq meisetinden tesirlendiyi bayramlar movzusunda Buzovna kendinde bayram 1965 Festival 1982 bazar movzusunda ise Baki etrafi bazar 1968 Bakida bazar 1974 Seki bazari 1976 ve Payiz bazari 1976 eserlerinde serq bazarinin ses kuylu muhiti rengarengliyi tesvir edilmisdir Nerimanbeyov senetinin bu dovrunde portret eserlerine de boyuk onem vermisdir Ressamin portretlerinin en muhum xususiyyeti odur ki cekdiyi insanlarla evvelce uzun muddet dostluq eder onlari tanidiqdan sonra onlarin daxili alemini ideya ve dusuncelerini muxtelif cizgi ve renglerle tesvir ederdi 1960 80 ci illerde ressam Azerbaycan yazicilari sairleri ve ressamlari tesvir etdiyi Sair Fikret Qoca 1966 Yazici Anar 1968 Bestekar Emin Sabitoglu 1977 Mugenni Yaver Kelenterli 1977 ve Gurcu ressami Niko Pirosmani 1966 ve s kimi portretlerini cekmisdir Togrulun oz anasi fransiz esilli qadin Irma Lya Rudeni tesvir etdiyi Anamin portreti 1981 eseri de ressamin yaradiciliginda muhum yer tutur Ressamin ozunu tesvir etdiyi Avtoportret 1976 eserinde senet axtarisinda oldugunu anlamaq mumkundur Bu dovrde Nerimanbeyov usaqlarin portretlerini de cekmisdir Onun bu movzuda ugurlu eserleri Genc ressam 1965 Tomik 1969 Gunel 1972 Aysel 1974 Gunay 1975 ve s eserleridir Oz qizini cekdiyi Yatmis Esmer 1964 ve Qiz ve naturmort 1968 kompozisiyalarinda balaca qiz pakliq ve bolluq remzi kimi tebietin qoynunda qizilgullerin ciceklerin ve meyveli nar agacinin altinda tesvir edilib Nerimanbeyov ozu de pesekar musiqici oldugundan daim musiqi movzulu eserler hazirlayib Onun bedii sexsiyyeti subhesiz ki eserlerinde oz eksini tapmisdir Resmlerindeki ustaliq onun ince tebietinden ve bedii hessasligindan ireli gelir Oxuyan asiq Musiqiciler Asiq Penah Mahni ve basqa eserleri ressamin obu dovrde yaratdigi musiqi movzulu eserlerdir Onun 1965 ci ilde Azerbaycan xalq musiqisi olan Mugamdan behs eden Mugam kompozisyasi ressamin senet heyatinda muhum yere malikdir Bu eser Azerbaycan Resm senetinin sah eserlerinden hesab edilmekle yanasi ressamin en meshur tablolarindadir Muasir Azerbaycan ressamliginda ozunemexsus uslub yaratmaga calisan Nerimanbeyov serq xalq dastanlarindan revayet ve efsanelerinden tesirlenerek silsile resmler yaratmaga baslayir 1969 cu ilde Boereket kompozisiyasinda sovet ideologiyasinin hokm surduyu bir dovrde ressam bu menali movzunu yenilikci uslubla cekmisdir Muxtelif olkelere etdiyi seyahetler ressama qedim ve muasir dovrlerin boyuk ressamlarinin yaradiciligi ile tanis olmaq dunyanin en meshur seherlerini ve muzeylerini ziyaret etmek diger xalqlarin adet ve eneneleri ile tanis olmaq sade insanlarla unsiyyet qurmaq imkani yaratmisdi Nerimanbeyov 1971 ci ilde Hindistana bedii seferinden sonra 1972 ci ilden bu olke haqqinda silsile eserler yaratmisdir Dehlide gezinti Hindistanda bazar Mahatma Qandi Ana ve usaq Dilek agaci Yel deyirmani olan oglan Benqal kendinde seher Bombey xatireleri ve basqa eserlerinde ressam muxtelif medeniyyetlere ev sahibliyi eden Hindistani onun qonaqperver insanlarini zengin tebietini meiset ve gundelik heyatini tesvir etmisdir Nerimanbeyov Hindistan silsilesi ile yanasi seyahetleri neticesinde Seherin goruntuleri kompozisyasinda bir cox menzere eseri uzerinde isleyib Burada Semerqend Ozbekistan Vilnus Litva Moskva Rusiya Havana Kuba ve Almaniya seherlerinin tesvirleri var Togrul Nerimanbeyov 1970 ci illerin ikinci yarisinda divar resmleri cekmeye baslayir 1975 1978 ci illerde Azerbaycan Dovlet Kukla Teatrinin foyesinde xalq nagillarinin motivleri esasinda Nagillar aleminde adli mohtesem divar resmini cekir Bu eser ressamin divar rengkarligi senetinde ilk addimi ve ilk ugurlu eseridir 1978 ci ilde Nerimanbeyov daha bir boyuk layiheni tamamlayir Beleki Bakida Moskva mehmanxanasinin foyesinin divarlarinda Asiqin negmesi adli resm eserini erseye getirir Ressamin resmleri kimi divar resmleri de milli folklordan ilhamlanmis qiymetli senet eserleridir Bundan sonra Nerimanbeyov teatr dekorasiyasi ile yanasi sehne avadanligi da hazirlamaga baslayir Gorkemli Azerbaycan bestekari Fikret Emirovla birlikde Sevil 1979 operasi Nesimi 1979 ve Min bir gece 1980 baletleri uzerinde isleyen Nerimanbeyov parlaq kolorit baximindan cox gozel dekorativ kompozisiyalar hazirlamisdir O hemcinin Ferec Qarayevin Qobustan kolgeleri 1969 ve Qara Qarayevin Yeddi gozel 1972 baletlerinin sehne dekorasiyalarinin eskizlerini cekmisdir Togrul Nerimanbeyov Azerbaycan xalq dastanlari Azerbaycan sairi Resul Rzanin Vaxt varken seirler toplusu yazici Anarin Dede Qorqud kitabi ve filmi ucun kompozisiya ve illustrasiyalar hazirlamisdir Turk xalqinin ortaq kecmisi olan Dede Qorqud hekayelerinden behs eden eyniadli kitab ucun hazirlanmis illustrasiyalar Azerbaycan ressamliginin en deyerli numunelerindendir Bu kitab sovet dovrunde Rusiyanin paytaxti Moskvada Detskaya izdatelstva Usaq nesriyyati nesriyyati terefinden cap edilmisdir Sergileri1989 cu ilde Boston seherinde meshur sergi salonlarindan birinde kecirilen ferdi resm sergisinde 70 den cox resm ve qrafika isi numayis etdirilmisdir Buradaki eserlerde senetseverler Gitarist Sehels Genc bestekar Romeo Meloni Amerikali qadin ve s kimi tanis simalar gorduler Daha sonra Nyu York seherinde kecirilen sergide de 70 den cox resm ve qrafika eserleri izleyicilere teqdim edildi 1992 1993 cu illerde Luksemburqun Kontinental mehmanxanasinda ve Chateau Burkslenkr sergi salonunda ferdi resm sergilerinin kecirildi Ressamin bu sexsi senet sergileri ABS da Boston ve Nyu York sergileri kimi coxlu tamasaci topladi ve boyuk tesir bagisladi Her iki sergide Qirgizistanin o zamanlar Luksemburqdaki sefiri olmus meshur yazici Cingiz Aytmatov istirak edib ve Luksemburq jurnallarindan birine verdiyi musahibesinde Togrul Nerimanbeyov senetini yuksek qiymetlendirib Togrul renglere duygu qatan insanlari yasamaga inandiran ressamdir Sergide numayis olunan eserlere xususen de Cingiz Aytmatovun oglu Eldarla tablosuna baxdiqdan sonra bunu daha derinden hiss etdim 1993 1998 ci illerde Fransada bir nece ferdi sergisi kecirildi 1998 ci ilde Azerbaycan Xalq Cumhuriyyetinin 80 illiyi munasibetile Parisde Konven de Kordelyer sergi salonunda boyuk bir ferdi sergisi teskil edildi Sergide Kohne Baki Siqaret ceken Settar Behlulzade Negmekar Azerbaycan Gece cayevi Cayevinde seher Serq bazari Sevil Iceriseherde Cennet bagi hemcinin Parisde resm etdiyi Paris haqqinda dusunceler Muqeddes Misel Notr Dam Notr Damdan gelen qiz Paris kucesi Mormart Paris cicekleri Notr Dam kilsesi Irma Lya Rudenin portreti ve s eserleri senetseverlerin diqqetini cekdi Bu sergide Prinston Universitetinin professoru Bernd R Seizinger Sarbona Universitetinin professoru kolleksiyoncu Rene Gere tedqiqatci Kleopatra Pavlidou kimi meshur sexsler Togrul Nerimanbeyovun senetine olan regbetlerini ve musbet fikirlerini bildirdiler Bernd R Seizinger Bostonda Togrul Nerimanbeyov adina sergi salonu muzey acmisdir Opera senetcisi kimiTogrul Nerimanbeyovun mezari O bacariqli ressam olmaqla yanasi hem vokal senetcisi hem de sair idi Togrul Nerimanbeyov klassik operalardan ariyalari xususile de italyan bestekarlarin eserlerini ifa etmisdir Ressam bu istedadi haqqinda soyleyir Men oxumagi sevirem Oxumaq heyatimin ayrilmaz hissesidir Oxumayanda ozumu narahat hiss edirem Hemise resm cekerken oxuyuram Eger Allah insana iki istedad veribse onun birini terk edib digerine diqqet yetirmesi mence nankorluqdur Buna gore de oxumagi ressamliq qeder heyatimin muhum missiyasi hesab edirem Insanlar resm cekerken istediklerini ketana kocurur ve onlar artiq insandan ayrilir amma oxumaq insanin daxilindedir Oxuyarken daxili alemimde bas verenler sesin nece yarandigi menim ucun hele de mocuzedir Togrul Nerimanbeyov Vilnusde Litva Incesenet Universitetinde ressamliq tehsili alarken Vilnus Konservatoriyasinda klassik vokal oyrenmeye de baslayir O her defe Bakiya gelende Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinda mesq ederdi Bezen evde mesq edir heyat yoldasi Sevil xanim konservatoriya tehsili almis musiqici oldugundan onu pianoda musayiet edirdi Ressam 1996 ci ilde Bakida Kirxa konsert salonunda 1998 ci ilde Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinda 2000 ci ilde Bolonyadaki Italiya Oratoria di San Rosso zalinda boyuk konsertler vermisdir Nerimanbeyov 1999 cu ilde Italiyada ozel muellimlerden pesekar musiqi tehsili almisdir 2000 ci ilden etibaren Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinin solisti olmusdur Olumu2 iyun 2013 cu ilde Parisdeki hospitallardan birinde vefat etmisdir Parisin merkezinde yerlesen Passi qebiristanliginda defn olunmusdur Mukafatlari Azerbaycan SSR emekdar ressami fexri adi 1964 Azerbaycan SSR xalq ressami fexri adi 7 iyul 1967 Azerbaycan SSR Dovlet mukafati 1974 SSRI Dovlet mukafati 1980 Qirmizi emek bayragi ordeni 1980 SSRI xalq ressami fexri adi 22 iyun 1989 Istiqlal ordeni 5 avqust 2000 Seref ordeni 9 avqust 2010FilmoqrafiyaTogrul Nerimanbeyov film 1966 qisametrajli senedli televiziya filmi Qobustan film 1967 Eller ve rengler film 1974 Dede Qorqud film 1975 sekillerin muellifi tammetrajli bedii film Dantenin yubileyi film 1978 aktyor tammetrajli bedii film Renglerin melodiyasi film 1981 Salam Zeyneb film 1982 qisametrajli senedli bedii televiziya film konserti Yeddi gozel film 1982 geyim ressami tammetrajli film balet Togrul film 2011 SekillerTogrul Nerimanbeyov Goycay baglarinda 1965 Azerbaycan Milli Incesenet Muzeyi Togrul Nerimanbeyov Iceriseher xatireleri 2009 Azerbaycan Milli Incesenet Muzeyi Togrul Nerimanbeyov Baki yagisdan sonra 2000 Azerbaycan Milli Incesenet Muzeyi Togrul Nerimanbeyov Raketka ve tulpanlar 1977 Seki Resm Qalereyasi Togrul Nerimanbeyov Gece kuce 1961 Yarat Muasir Senet MerkeziMenbeAbdullayeva E Togrul Nerimanbeyov Baki Serq Qerb nesriyyati 2013 Nureddin Hebibov Azerbaycan Inceseneti Baki Isiq nesriyyatl 1992 Mohbeddin Semed Togrul Nerimanbeyov Qrafik rengarliq Baki Isiq nesriyyatl 1984 seh 600 Mohbeddin Semed Togrul Nerimanbeyov Sux renglerin teranesi Baki Cagdas As nesriyyati 2011 Vagif Mugalli TUGRUL NERIMANBEYOV UN AZERBAYCAN RESIM SANATI ICINDEKI YERI VE ONEMI Ankara T C ANKARA UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU SANAT TARIHI ANABILIM DALI 2015 Bown Matthew Cullerne Taylor Brandon Art of the Soviets painting sculpture and architecture in a one party state 1917 1992 Manchester University Press ND 1993 152 ISBN 978 0 7190 3735 1 Istifade tarixi 28 April 2011 The decorativism denounced in the late 1940s broke out again all over the place exemplified in the work of the Azeri painter Togrul Narimanbekov Togrul Narimanbekov Artists of the World Online Allgemeines Kunstlerlexikon Online AKL Online alm Hrsg A Beyer B Savoy B K G Saur Verlag Verlag Walter de Gruyter 2009 ISSN 2750 6088 doi 10 1515 AKL https www bbc com azeri azerbaijan 2013 06 130608 narimanbekov died Fichier des personnes decedees Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqinda Azerbaycan Respublikasi Prezidentinin 24 iyun 2009 cu il tarixli 345 nomreli Serencami 2022 04 19 at the Wayback Machine az Mugalli 2015 seh 33 2012 04 20 tarixinde orijinalindan arxivlesdirilib Semed 2011 seh 54 Semed 2011 seh 9 Mugalli 2015 seh 36 Mugalli 2015 seh 37 Fine Art On a sculptor az Baku Azerbaijan Yeni Avaz 13 February 2017 11 April 2017 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 12 April 2017 Togrul Nerimanbeyov bad url 525 az 12 06 2013 ADRQ 2017 seh 53 Mugalli 2015 seh 39 Mugalli 2015 seh 53 54 Semed 2011 seh 11 Azerbaycan Sover Ensiklopediyasi 1979 seh 225 Abdullayeva 2013 seh 21 Semed 1984 seh 8 Abdullayeva 2013 seh 22 Abdullayeva 2013 seh 23 Mohbeddin 1984 seh 15 Abdullayeva 2013 seh 25 Mohbeddin 1984 seh 19 20 Mugalli 2015 seh 44 Mugalli 2015 seh 43 Mohbeddin 2011 seh 48 Mugalli 2015 seh 45 Mohbeddin 2011 seh 49 Mugalli 2015 seh 46 Mohbeddin 2011 seh 50 Mugalli 2015 seh 47 Mohbeddin 2011 seh 42 Azerbaycan ressami Togrul Nerimanbeyov Istifade tarixi 17 05 2014 olu kecid Togrul Nerimanbeyovun nesini vetenine getirmeye qoymurlar Qalmaqal 2021 04 22 tarixinde Istifade tarixi 2013 06 08 2013 07 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 07 20 Togrul Nerimanbeyov vefat edib Togrul Narimanbekov died Turkish BBC Azeri Service News 8 June 2013 1 February 2014 tarixinde Istifade tarixi 19 September 2023 Bolshaya tragediya znat chto nas smenit neobrazovannoe pokolenie Esmer Narimanbekova azeri ru 2012 05 25 tarixinde Istifade tarixi 2023 09 19 Edebiyyat incesenet ve arxitektura sahesinde 1974 cu il Azerbaycan SSR Dovlet mukafatlarinin verilmesi haqqinda Azerbaycan KP MK nin ve Azerbaycan SSR Nazirler Sovetinin 1974 cu il tarixli Qerari 2020 01 16 at the Wayback Machine anl az sayti T F Nerimanbeyovun Istiqlal ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 5 avqust 2000 ci il tarixli 381 nomreli Serencami 2022 08 03 tarixinde Istifade tarixi 2020 10 31 T F Nerimanbeyovun Seref ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 9 avqust 2010 cu il tarixli 1055 nomreli Serencami 2020 06 11 tarixinde Istifade tarixi 2020 10 31 ol section Xarici kecidlerTogrul Nerimanbeyovun Kaspi qezetine verdiyi musahibe Togrul Nerimanbeyov haqqinda 3 sayli ASAN xidmet merkezinin k17m1 konullu qrupunun teqdimati 7 avqust Togrul Nerimanbeyovun dogum gunudur