İsgəndər Mahmudov (özb. Iskandar Mahmudov, rus. Искандар (Искандер) Кахрамонович Махмудов; 5 dekabr 1963, Buxara) — özbək əsilliRusiya milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Ona "Rusiyanın mis padşahı" deyirlər. Çünki ölkənin mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir. "Forbes"in 22 iyun 2014-cü ildə açıqladığı siyahıda 6,5 milyard dollar sərvəti ilə 23-cü sırada yer almışdır.
İsgəndər Mahmudov | |
---|---|
özb. Iskandar Mahmudov, rus. Искандар (Искандер) Кахрамонович Махмудов | |
Digər adı | "Rusiyanın mis padşahı" |
Doğum tarixi | 5 dekabr 1963(60 yaş) |
Doğum yeri | |
Uşağı | Cahangir |
Milliyyəti | özbək |
Təhsili |
|
Fəaliyyəti | təşəbbüskar |
Həyatı
İsgəndər Mahmudov 5 dekabr 1963-cü ildə Özbəkistan SSR-in Buxara şəhərində anadan olmuşdur. Buna görə də bəzən onun Buxara taciki olduğu da deyilir. Kiçik yaşlarında ailəsi Daşkəndə köçdüyündən bütün uşaqlığı və gəncliyi orada keçmişdir. Anası universitetlərdən birində xarici dil müəlliməsi, atası isə tikintidə mühəndis işləmişdir. Beləliklə, ailənin maddi təminatı pis olmayıb.
İsgəndər Mahmudov 1980-ci ildə məktəbi bitirdikdən sonra Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsinə daxil olub. Həmin dövrdə bu fakültə SSRİ-nin silahla təhciz etdiyi Şərq ölkələrində işləmək üçün mütəxəssislər yetişdirirdi. Buna görə də bəzi mənbələrdə İsgəndər Mahmudovun hətta hərbi xidmətə getmədiyi də yazılır.
Yaxın Şərqdə
Universitet illərində aktiv tələbə olması xüsusi xidmət orqanlarının diqqətini çəkir. İsgəndər Mahmudov dörd dil — özbək, rus, ingilis, ərəb dillərini bilir. Təhsilini bitirdikdən sonra onu baş mühəndis vəzifəsinə götürürlər. 1984-cü ildə işi ilə əlaqədar onu əvvəlcə Liviyaya göndərirlər. Orada il yarım işləyir. Daha sonra 2 il İraqda fəaliyyət göstərir. Bu arada rəsmi sənədlərdə onun İraqdakı iş yeri kimi tikintiylə məşğul olan sovet departamentində yanında "əsas mühəndislik idarəçiliyi" kimi göstərilmişdir, lakin reallıqda həmin ərəfədə onun silah təchizatı ilə məşğul olduğu, İraq, Misir, Suriya, Yəmən kimi ölkələrdə hərbi obyektlərin tikintisinə rəhbərlik etdiyi deyilir. Əslində, adi tərcüməçi üçün bütün bunlar çox geniş səlahiyyətlərdir, amma bir fakt da var ki, Şərqə göndərilən mütəxəssislərin heç də hamısı ərəb dilini İsgəndər qədər mükəmməl bilmirdilər. İş adamının özü də bunu gizlətmir:
"İraq, Misir, Suriya və Yəmənə göndərilən, ərəb dilini yaxşı bilən tərcüməçilər yalnız tərçüməçi deyildilər. Onlar həm də qərar verən səlahiyyətli şəxslər idi".
Rusiya mətbuatının İsgəndər Mahmudovun Yaxın Şərq ölkələrindəki fəaliyyətinə dair irəli sürdüyü başqa bir versiya da onun DTK casusu olmasıyla bağlıdır. Media iddia edir ki, iş adamı İraq və Liviyada tərcüməçi kimi yox, məhz casus kimi fəaliyyət göstərmişdir.
"Uzbekintorg"da
O, ilkin kapitalını adi istehlak mallarının satışından toplayıb, amma bəzi mənbələrdə İsgəndər Mahmudovun biznes tarixçəsinin "ərəb dövründən" başladığı irəli sürülür. Belə ki, Şərqdə onun əslən tacikistanlı olan, özü kimi "tərcüməçilik" edən Serqo Kərimovla tanış olduğu, sonradan həmkarının biznesini İsgəndərə etibar etdiyi deyilir, amma həmin dövrdə belə bir şəxsin mövcudluğu təsdiqlənmir, lakin hər iki halda, İsgəndər Mahmudov 4 illik ərəb dövründən böyük pullarla qayıdır. Bunun da 1988-ci ilə — yenidənqurma illərinin əvvəlinə təsadüf etməsi onun varlanma şansını artırır.
Həmin ildə rəsmi iş kimi "Uzbekintorg" dövlət ticarət səhmdar cəmiyyətinə dəvət olunur. Sözügedən müəssisə milli kvota çərçivəsində ölkə üçün zəruri malların alınması ilə məşğul olmaqla bərabər özbək pambığının, eləcə də uranın satışını həyata keçirirdi. Beləliklə İsgəndər Mahmudov ilk biznes təcrübəsini "Uzbekintorg"da toplayır. Özbəkistanın kriminal aləminin yəhudi əsilli nümayəndələrini Mixayil və Lev Çernim qardaşlarını özünə ortaq seçərək biznesdə ilk addımlarını atmağa qərar verir. Qeyd edək ki, Daşkəndin qeyri-leqal biznes sahəsində geniş təcrübəyə malik olan Mixayil və Lev Çernim qardaşları "Rusiyanın alüminium kralları"dır və İsrail vətəndaşlarıdır. Bəzi mənbələrə əsasən Mahmudov Mixaillə hələ İraqda "tərcüməçilik" edərkən tanış imiş.
Rusiyada
1991-ci ildə Mixayil Çernim biznesini Moskvada davam etdirməyi qərara alır. Bu ərəfədə ona xaricilərlə ünsiyyəti bacaran mütəxəssis lazım olur. Ona görə də İsgəndər Mahmudov qardaşların alüminium biznesi ilə məşğul olan "Trans World Group" şirkətində işləməyə başlayır, lakin 1996-cı ilin sonu 1997-ci ilin əvvəlində Mixayil Çernim ortaq biznesdən kənara çəkilir. Mahmudov da şirkətdəki vəzifəsindən istefa verərək öz biznesini qurur. O, mis ticarətinə başlayır. Eyni zamanda o, Sənaye-Maliyyə Şirkəti olan "Meta Tools"da direktor vəzifəsini icra edir, lakin Mahmudov orada da çox qalmır və 1996-cı ildə "Aİ dağ-mədən və emalı zavodu"nun baş direktoru vəzifəsinə keçir.
1998-ci ildə Mahmudov iş adamı ilə yaxınlaşır. Həmin tarixdən 2002-ci ilədək "Sibirski alüminium"un baş direktoru olur. Hansı ki, 1999-cu ildə Deripaska bu şirkətin prezidenti funksiyasını yerinə yetirirdi. 1999-cu ilə "Uralelektromed"də rəhbərlik etdiyi Direktorlar Şurasına daxil olur. Həmin ildə ortaqlarının dəstəyi ilə bu müəssisənin bazasında "Ural dağ-mədən və metallurgiya" şirkətini yaradır. Biznesmen şirkətə özü rəhbərlik edir. 2002-ci ildə isə şirkət holdinqə çevrilir. Hazırda həmin holdinq bazarda Rusiya Federasiyasının mis hasilatının 40 faizini reallaşdıracaq mövqeyə sahibdir.
Sərvəti
İsgəndər Mahmudov mis dağ-mədən sənayesi ilə məşğul olan 20-yə yaxın müəssisənin sahibidir. O, Rusiyanın mis bazarının 40 faizinə nəzarət edir. Mis bazarının qalan 60%-i isə "Norilsk Nikel"in nəzarətindədir. Konkret olaraq "Ural dağ-mədən və metalurgiya" şirkətinin səhmlərinin 50 faizi, "Transmashholding"in səhmlərinin 22 faizi, "Kusbassrazrezuqol"ın səmlərinin 60 faizi, "Transqrupp"un səhmlərinin 33 faizi Mahmudova məxsusdur. O, Rusiya milyarderləri , , , ilə ortaqdır.
2012-ci ildə ortaqları və birgə "Transoyl"da 13 faizlik səhm payını alıb. 2013-cü ilin sentyabrında isə "Ural dağ-mədən və metallurgiya" şirkəti Çexiyanın "Let Kunovice" şirkəti ilə kiçik şərnişin təyyarələrinin istehsalına dair müqavilə imzalayıb.
Mahmudovun şəxsi sərvətinin həcmi heç də az deyil. İllər üzrə "Forbes"in siyahısında onun varidatı belə dəyərləndirilib:
- 2009-cu ildə 3,3 milyard dollar;
- 2010-cu ildə 8,5 milyard dollar;
- 2011-ci ildə 9,9 milyard dollar;
- 2012-ci ildə 8,2 milyard dollar;
- 2013-cü ildə 8,7 milyard dollar;
- 2014-cü ildə 6,5 milyard dollar.
Ailəsi
İsgəndər Mahmudov 2 dəfə evlənib. Özbək əsilli, bəzi mənbələrdə isə Buxara yəhudisi olan birinci həyat yoldaşından hələ Moskvaya köçməzdən əvvəl boşanıb. Bu evlilikdən onun Cahangir adlı bir oğlu var. Cahangir özü anasıyla birgə qonşuluqdakı villada yaşayır. Milyarder ikinci dəfə isə tatar əsilli top-model ilə evlənib. Bu evlilkdən milyarderin uşağı olmayıb.
Maraqlı faktlar
Akulalara simpatiya ilə yanaşan İsgəndər Mahmudovun ən böyük hobbisi dənizdir. Həm də akulalara aid hər bir əşyanı kolleksiya kimi toplayır. O, hətta akula ilə birgə dənizdə də üzüb. Özü bu haqda belə deyir:
"Bu balıq mənim xoşuma gəlir. Artıq uzun müddətdir dalğıclıqla məşğul oluram. Altmış metr dərinliyədək üzməyi bacarıram. Ən böyük xəyalım akula ilə birgə üzüb ona toxunmaq idi. Arzuma çatdım. Akula həqiqətən çox ağıllı canlıdır. Heç vaxt ilk hücuma keçmir. Onları incitmək olmaz".
Onun 100 milyon avro dəyərində "Predator" adlı yaxtası var. 73 metr uzunluğunda olan yaxtanı Niderlandın "Feadship" şirkəti istehsal edib.
Mənbə
- Leyla Əliyeva. "Milyonçu" layihəsi: Milyonçu mis kralı, təhlükəli Bakı özbəyi – Akula İsgəndər. publika.az, 06.06.2014 (az.)
İstinadlar
- Iskander Machmudov // MAK (pol.).
- "Iskander Makhmudov" Arxivləşdirilib 2013-02-01 at Archive.today Russian Capitalists
- "Iskander Makhmudov - Forbes". Forbes. 22 June 2014. 14 May 2022 tarixində . İstifadə tarixi: 22 June 2014.
Xarici keçidlər
- Forbes Magazine
- Uralskaya Gorno-Metallurgicheskaya Kompaniya
- UGMK.info: бизнес-портал о реальном секторе экономики
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Isgender Mahmudov ozb Iskandar Mahmudov rus Iskandar Iskander Kahramonovich Mahmudov 5 dekabr 1963 Buxara ozbek esilliRusiya milyoncusu dunyanin en zengin adamlarindan biri Ona Rusiyanin mis padsahi deyirler Cunki olkenin mis istehsalinin demek olar ki yarisi sink istehsalinin 2 3 si metal kirayesi biznesinin ise 1 4 hissesi onun elindedir Forbes in 22 iyun 2014 cu ilde aciqladigi siyahida 6 5 milyard dollar serveti ile 23 cu sirada yer almisdir Isgender Mahmudovozb Iskandar Mahmudov rus Iskandar Iskander Kahramonovich MahmudovDiger adi Rusiyanin mis padsahi Dogum tarixi 5 dekabr 1963 1963 12 05 60 yas Dogum yeri Buxara Buxara vilayeti Ozbekistan SSR SSRIUsagi CahangirMilliyyeti ozbekTehsili Daskend Informasiya Texnologiyalari Universiteti Ozbekistan Milli Universiteti d Fealiyyeti tesebbuskarHeyatiIsgender Mahmudov 5 dekabr 1963 cu ilde Ozbekistan SSR in Buxara seherinde anadan olmusdur Buna gore de bezen onun Buxara taciki oldugu da deyilir Kicik yaslarinda ailesi Daskende kocduyunden butun usaqligi ve gencliyi orada kecmisdir Anasi universitetlerden birinde xarici dil muellimesi atasi ise tikintide muhendis islemisdir Belelikle ailenin maddi teminati pis olmayib Isgender Mahmudov 1980 ci ilde mektebi bitirdikden sonra Serqsunasliq fakultesinin ereb dili bolmesine daxil olub Hemin dovrde bu fakulte SSRI nin silahla tehciz etdiyi Serq olkelerinde islemek ucun mutexessisler yetisdirirdi Buna gore de bezi menbelerde Isgender Mahmudovun hetta herbi xidmete getmediyi de yazilir Yaxin SerqdeUniversitet illerinde aktiv telebe olmasi xususi xidmet orqanlarinin diqqetini cekir Isgender Mahmudov dord dil ozbek rus ingilis ereb dillerini bilir Tehsilini bitirdikden sonra onu bas muhendis vezifesine gotururler 1984 cu ilde isi ile elaqedar onu evvelce Liviyaya gonderirler Orada il yarim isleyir Daha sonra 2 il Iraqda fealiyyet gosterir Bu arada resmi senedlerde onun Iraqdaki is yeri kimi tikintiyle mesgul olan sovet departamentinde yaninda esas muhendislik idareciliyi kimi gosterilmisdir lakin realliqda hemin erefede onun silah techizati ile mesgul oldugu Iraq Misir Suriya Yemen kimi olkelerde herbi obyektlerin tikintisine rehberlik etdiyi deyilir Eslinde adi tercumeci ucun butun bunlar cox genis selahiyyetlerdir amma bir fakt da var ki Serqe gonderilen mutexessislerin hec de hamisi ereb dilini Isgender qeder mukemmel bilmirdiler Is adaminin ozu de bunu gizletmir Iraq Misir Suriya ve Yemene gonderilen ereb dilini yaxsi bilen tercumeciler yalniz tercumeci deyildiler Onlar hem de qerar veren selahiyyetli sexsler idi Rusiya metbuatinin Isgender Mahmudovun Yaxin Serq olkelerindeki fealiyyetine dair ireli surduyu basqa bir versiya da onun DTK casusu olmasiyla baglidir Media iddia edir ki is adami Iraq ve Liviyada tercumeci kimi yox mehz casus kimi fealiyyet gostermisdir Uzbekintorg daO ilkin kapitalini adi istehlak mallarinin satisindan toplayib amma bezi menbelerde Isgender Mahmudovun biznes tarixcesinin ereb dovrunden basladigi ireli surulur Bele ki Serqde onun eslen tacikistanli olan ozu kimi tercumecilik eden Serqo Kerimovla tanis oldugu sonradan hemkarinin biznesini Isgendere etibar etdiyi deyilir amma hemin dovrde bele bir sexsin movcudlugu tesdiqlenmir lakin her iki halda Isgender Mahmudov 4 illik ereb dovrunden boyuk pullarla qayidir Bunun da 1988 ci ile yenidenqurma illerinin evveline tesaduf etmesi onun varlanma sansini artirir Hemin ilde resmi is kimi Uzbekintorg dovlet ticaret sehmdar cemiyyetine devet olunur Sozugeden muessise milli kvota cercivesinde olke ucun zeruri mallarin alinmasi ile mesgul olmaqla beraber ozbek pambiginin elece de uranin satisini heyata kecirirdi Belelikle Isgender Mahmudov ilk biznes tecrubesini Uzbekintorg da toplayir Ozbekistanin kriminal aleminin yehudi esilli numayendelerini Mixayil ve Lev Cernim qardaslarini ozune ortaq secerek biznesde ilk addimlarini atmaga qerar verir Qeyd edek ki Daskendin qeyri leqal biznes sahesinde genis tecrubeye malik olan Mixayil ve Lev Cernim qardaslari Rusiyanin aluminium krallari dir ve Israil vetendaslaridir Bezi menbelere esasen Mahmudov Mixaille hele Iraqda tercumecilik ederken tanis imis Rusiyada1991 ci ilde Mixayil Cernim biznesini Moskvada davam etdirmeyi qerara alir Bu erefede ona xaricilerle unsiyyeti bacaran mutexessis lazim olur Ona gore de Isgender Mahmudov qardaslarin aluminium biznesi ile mesgul olan Trans World Group sirketinde islemeye baslayir lakin 1996 ci ilin sonu 1997 ci ilin evvelinde Mixayil Cernim ortaq biznesden kenara cekilir Mahmudov da sirketdeki vezifesinden istefa vererek oz biznesini qurur O mis ticaretine baslayir Eyni zamanda o Senaye Maliyye Sirketi olan Meta Tools da direktor vezifesini icra edir lakin Mahmudov orada da cox qalmir ve 1996 ci ilde AI dag meden ve emali zavodu nun bas direktoru vezifesine kecir 1998 ci ilde Mahmudov is adami ile yaxinlasir Hemin tarixden 2002 ci iledek Sibirski aluminium un bas direktoru olur Hansi ki 1999 cu ilde Deripaska bu sirketin prezidenti funksiyasini yerine yetirirdi 1999 cu ile Uralelektromed de rehberlik etdiyi Direktorlar Surasina daxil olur Hemin ilde ortaqlarinin desteyi ile bu muessisenin bazasinda Ural dag meden ve metallurgiya sirketini yaradir Biznesmen sirkete ozu rehberlik edir 2002 ci ilde ise sirket holdinqe cevrilir Hazirda hemin holdinq bazarda Rusiya Federasiyasinin mis hasilatinin 40 faizini reallasdiracaq movqeye sahibdir ServetiIsgender Mahmudov mis dag meden senayesi ile mesgul olan 20 ye yaxin muessisenin sahibidir O Rusiyanin mis bazarinin 40 faizine nezaret edir Mis bazarinin qalan 60 i ise Norilsk Nikel in nezaretindedir Konkret olaraq Ural dag meden ve metalurgiya sirketinin sehmlerinin 50 faizi Transmashholding in sehmlerinin 22 faizi Kusbassrazrezuqol in semlerinin 60 faizi Transqrupp un sehmlerinin 33 faizi Mahmudova mexsusdur O Rusiya milyarderleri ile ortaqdir 2012 ci ilde ortaqlari ve birge Transoyl da 13 faizlik sehm payini alib 2013 cu ilin sentyabrinda ise Ural dag meden ve metallurgiya sirketi Cexiyanin Let Kunovice sirketi ile kicik sernisin teyyarelerinin istehsalina dair muqavile imzalayib Mahmudovun sexsi servetinin hecmi hec de az deyil Iller uzre Forbes in siyahisinda onun varidati bele deyerlendirilib 2009 cu ilde 3 3 milyard dollar 2010 cu ilde 8 5 milyard dollar 2011 ci ilde 9 9 milyard dollar 2012 ci ilde 8 2 milyard dollar 2013 cu ilde 8 7 milyard dollar 2014 cu ilde 6 5 milyard dollar AilesiIsgender Mahmudov 2 defe evlenib Ozbek esilli bezi menbelerde ise Buxara yehudisi olan birinci heyat yoldasindan hele Moskvaya kocmezden evvel bosanib Bu evlilikden onun Cahangir adli bir oglu var Cahangir ozu anasiyla birge qonsuluqdaki villada yasayir Milyarder ikinci defe ise tatar esilli top model ile evlenib Bu evlilkden milyarderin usagi olmayib Maraqli faktlarAkulalara simpatiya ile yanasan Isgender Mahmudovun en boyuk hobbisi denizdir Hem de akulalara aid her bir esyani kolleksiya kimi toplayir O hetta akula ile birge denizde de uzub Ozu bu haqda bele deyir Bu baliq menim xosuma gelir Artiq uzun muddetdir dalgicliqla mesgul oluram Altmis metr derinliyedek uzmeyi bacariram En boyuk xeyalim akula ile birge uzub ona toxunmaq idi Arzuma catdim Akula heqiqeten cox agilli canlidir Hec vaxt ilk hucuma kecmir Onlari incitmek olmaz Onun 100 milyon avro deyerinde Predator adli yaxtasi var 73 metr uzunlugunda olan yaxtani Niderlandin Feadship sirketi istehsal edib MenbeLeyla Eliyeva Milyoncu layihesi Milyoncu mis krali tehlukeli Baki ozbeyi Akula Isgender publika az 06 06 2014 az IstinadlarIskander Machmudov MAK pol Iskander Makhmudov Arxivlesdirilib 2013 02 01 at Archive today Russian Capitalists Iskander Makhmudov Forbes Forbes 22 June 2014 14 May 2022 tarixinde Istifade tarixi 22 June 2014 Xarici kecidlerForbes Magazine Uralskaya Gorno Metallurgicheskaya Kompaniya UGMK info biznes portal o realnom sektore ekonomiki