Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri.
Gündüz Cəlilov | |
---|---|
9 avqust 1993 – 4 sentyabr 1999 | |
Əvvəlki | Zəlimxan Məmmədli |
Sonrakı | İbrahim Mehdiyev |
Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri | |
Yanvar 1994 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 mart 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
Gündüz Cəlilov 30 mart 1954-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir.
İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır.
Siyasi fəaliyyəti
Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988-1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur.
Gündüz Cəlilov 9 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 4 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 231 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Partiya fəaliyyəti
Gündüz Cəlilov 4 iyul 1992-ci il tarixində qurulmuş Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur. O, 1993-cü ilin avqustunadək partiyanın katibi və Mərkəzi Seçki Qərargahının sədr müavini vəzifəsini daşımışdır.
4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. Partiyanın Xətai rayon təşkilatının sədri Gündüz Cəlilov 3-4 sentyabr 1993 tarixli Azərbaycan Milli İstiqlal Partiyasının II (Növbədənkənar) Qurultayına nümayəndə seçilsə də, o partiya sıralarından xaric edildiyi üçün nümayəndəlik hüququnu itirmişdir. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar.
Gündüz Cəlilov 1994-cü ilin yanvar ayında Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri seçilmişdir.
İstinadlar
- Ҹәлилов Ҝүндүз Рамазан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 527–528. ISBN .
- "Arxivlənmiş surət". 2022-05-07 tarixində . İstifadə tarixi: 2022-05-07.
- "Arxivlənmiş surət". 2022-05-07 tarixində . İstifadə tarixi: 2022-05-07.
- "Arxivlənmiş surət". 2021-10-23 tarixində . İstifadə tarixi: 2022-05-05.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gunduz Ramazan oglu Celilov 30 mart 1954 Zehmet Zengibasar rayonu Xetai Rayon Icra Hakimiyyetinin sabiq bascisi Azerbaycan Demokratik Istiqlal Partiyasi Ali Meclisinin sedri Gunduz CelilovXetai Rayon Icra Hakimiyyetinin bascisi9 avqust 1993 4 sentyabr 1999EvvelkiZelimxan MemmedliSonrakiIbrahim MehdiyevAzerbaycan Demokratik Istiqlal Partiyasi Ali Meclisinin sedriYanvar 1994 Sexsi melumatlarDogum tarixi 30 mart 1954 1954 03 30 70 yas Dogum yeri Zehmet Zengibasar rayonu Ermenistan SSR SSRIPartiya Azerbaycan Demokratik Istiqlal Partiyasi 1993 Azerbaycan Milli Istiqlal Partiyasi 1992 1993 Fealiyyeti siyasetciHeyatiGunduz Celilov 30 mart 1954 cu il tarixinde Ermenistan Sovet Sosialist Respublikasinin Zengibasar rayonunun Zehmet kendinde anadan olmusdur 1970 ci ilde orta mektebi bitirmis 1975 ci ilde ise Azerbaycan Neft ve Kimya Institutundan mezun olmusdur Ixtisasca energetik muhendisdir Institutu bitirdikden sonra Azerenerjisalma muessisesinde muhendis kimi calismaga baslamisdir Siyasi fealiyyetiGunduz Celilov sovet dovrunde Sovet Ittifaqi Kommunist Partiyasinin uzvu olmusdur O 1983 cu ilden Azerbaycan Kommunist Partiyasinin Xetai Rayon Komitesinde telimatci 1985 ci ilden Neft Meden Masinqayirma Zavodu Partiya Komitesinin katibi olaraq calismisdir 1988 1990 ci illerde Xetai Rayon Xalq Deputatlari Sovetinin deputati olmusdur Gunduz Celilov 1990 ci ilin yanvarindan 1992 ci ilin iyulunadek Vetendas Birliyinin sedri olmusdur Gunduz Celilov 9 avqust 1993 cu il tarixinde Azerbaycan Respublikasi Prezidentinin selahiyyetini heyata keciren Azerbaycan Respublikasi Ali Sovetinin sedri Heyder Eliyevin 706 nomreli fermani ile Xetai Rayon Icra Hakimiyyetinin bascisi vezifesine teyin edilmisdir O 4 sentyabr 1999 cu il tarixinde Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyevin 231 nomreli serencami ile vezifesinden azad edilmisdir Partiya fealiyyeti Gunduz Celilov 4 iyul 1992 ci il tarixinde qurulmus Azerbaycan Milli Istiqlal Partiyasina uzv olmusdur O 1993 cu ilin avqustunadek partiyanin katibi ve Merkezi Secki Qerargahinin sedr muavini vezifesini dasimisdir 4 iyun Gence qiyami sonrasinda hakimiyyet deyisikliyi bas vermis ve Yeni Azerbaycan Partiyasi sedri Heyder Eliyev Azerbaycan Ali Sovetinin sedri ve prezidentin selahiyyetlerini muveqqeti icra eden secilmisdir Bu hakimiyyet deyisikliyi Azerbaycan Milli Istiqlal Partiyasi daxilinde muzakirelere sebeb olmus Heyder Eliyev ise qeyri resmi olaraq partiya sedri Etibar Memmedova ve partiya uzvlerine hakimiyyetde temsil olunmagi teklif etmisdir Partiya daxili muzakireler neticesinde temsil olunmagi destekleyenler Babek Huseynoglu Vaqif Kerimov Qabil Huseynli Mubariz Qurbanli Vilayet Quliyev Eldar Salayev Elcin Efendiyev ve basqalari partiyadan istefa vererek Azerbaycan Demokratik Istiqlal Partiyasini tesis etmisdir Partiyanin Xetai rayon teskilatinin sedri Gunduz Celilov 3 4 sentyabr 1993 tarixli Azerbaycan Milli Istiqlal Partiyasinin II Novbedenkenar Qurultayina numayende secilse de o partiya siralarindan xaric edildiyi ucun numayendelik huququnu itirmisdir ADIP in tesis olunmasi ucun yaradilan teskilat komitesinde Mubariz Qurbanli Qabil Huseynli Vaqif Kerimov Gunduz Celilov Vilayet Quliyev temsil olunublar Gunduz Celilov 1994 cu ilin yanvar ayinda Azerbaycan Demokratik Istiqlal Partiyasi Ali Meclisinin sedri secilmisdir IstinadlarҸәlilov Ҝүndүz Ramazan oglu Azәrbaјҹanda kim kimdir Sorgu mәlumat kitaby Tәrtibchi mүәlliflәr Teјmur Әһmәdov Taryјel Ҹaһanҝir Baky Azәrbaјҹan Ensiklopediјasy NPB 1999 S 527 528 ISBN 5 89600 253 x Arxivlenmis suret 2022 05 07 tarixinde Istifade tarixi 2022 05 07 Arxivlenmis suret 2022 05 07 tarixinde Istifade tarixi 2022 05 07 Arxivlenmis suret 2021 10 23 tarixinde Istifade tarixi 2022 05 05