Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952).
Kövsər Tarverdiyeva | |
---|---|
Kövsər Məmməd qızı Tarverdiyeva | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Rusiya imperiyası→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Cəfər Əlizadə |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmlər namizədi |
İş yeri | |
Alma-mater | İrəvan Pedaqoji Texnikumu |
Təhsili |
Həyatı
Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildəİrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir.
Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
30 yaşında olarkən o tibb sahəsində təhsil almağa qərar verir və 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisasında təhsil alır, lakin daha sonra həkim karyerasına davam etmir (cəmi il yarıma qədər həkim işləyib).
1948-ci ildən etibarən 55 il özünün ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) çalışıb.
Kövsər Tarverdiyeva 2013-cü ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
1952-ci ildə İrəvanda "Abovyan və Axundov" mövzusunda namizədlik dissertasiyasını erməni dilində müdafiə edərək filologiya elmləri namizədi adını alır. Həmin əsər 1958-ci ildə ayrıca kitab şəklində çap olunmuşdur.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan uşaq ədəbiyyatı və ədəbi əlaqələr mövzusunda mühazirələr oxumaqla yanaşı, elmi tədqiqatla ardıcıl məşğul olmuşdur.Azərbaycan, rus və erməni dillərində oxuduğu mühazirələr həmişə pedaqoji və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Elmi işinin mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin tarixinə həsr edildiyinə, işin yazıldığı dil isə erməni dili olduğuna görə danosbazlar o zamankı ölkə rəhbəri Mircəfər Bağırova gizli məlumat ötürdüyü iddia edilmişdir. Bağırov aravuranlara konkret cavab verib: "Türk qızı ermənilərin arasında ermənicə alimlik dissertasiyası müdafiə edibsə, bunun özü bir namizədlik mövzusu olmalıdır".
O, 100-dən çox elmi-kütləvi məqalələrinin, 8 kitab və monoqrafiyanın müəllifidir. Elmi-ədəbi fəaliyyətinə görə "Ali məktəb işçisi" fəxri adına, iki dəfə Azərbaycan SSR Ali Sovetinin Reyasət heyətinin fəxri fərmanına layiq görülmüş, "" və "" medalları ilə təltif olunmuşdur.
Əsərləri
- Abovyan və Axundov (erm. Աբովյանը և Ախունդովը). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1958;
- Əsgər ağa Gorani. Bakı: İşıq, 1977;
- Hikmətli sözlər aləmindən. (Tərtib edəni K. Tarverdiyeva). Bakı: Azərnəşr, 1984;
- Hikmətli sözlər aləmindən (rus. В мире крылатых слов). (Tərcümə və tərtib edəni K. Tarverdiyeva). Bakı: Azərnəşr, 1984;
- Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı, 1985;
- Vasaq Madatovun (Nəzmi) həyat və yaradıcılığı. Bakı: APİ Nəşriyyatı, 1987;
- Məslək dostları. Bakı: Azərnəşr, 1992;
- Xatirələrim. Bakı: ADPU, 2004.
Məqalələri
- K. Tarverdiyeva. Əsrlik dostluğun parlaq ənənələri (Azərbaycan-erməni ədəbi əlaqələrinə dair). — Qrakan tert, 17 fevral 1952 [erm. d.];
- K. Tarverdiyeva. Böyük vətənpərvər (N. V. Qoqolun vafatının 100 illiyi münasibətilə). — Sovet Ermənistanı, 23 fevral 1952;
- K. Tarverdiyeva. Əsrlik dostluğun parlaq ənənələri (Azərbaycan-erməni ədəbi əlaqələrinə dair). — Qrakan tert, 24 fevral 1952 [erm. d.];
- K. Tarverdiyeva. X. Abovyan və M. F. Axundov. — Sovet Ermənistanı, 5 aprel 1953;
- K. Tarverdiyeva. Böyük dostluq (Azərbaycan-erməni ədəbi əlaqələrinə dair). — Sovet Ermənistanı, 5 aprel 1953;
- K. Tarverdiyeva. M. F. Axundov və onun erməni ədəbiyyatı ilə əlaqəsi. — Azərbaycan SSR EA birləşmiş sessiyasının məruzələrinin tezisləri, 1954, 1957;
- K. Tarverdiyeva. Sabirin şeirləri erməni dilində. — Kommunist, 6 mart 1958 [erm. d.];
- K. Tarverdiyeva. M. Sabirin şeirləri erməni dilində. — Kommunist, 12 mart 1958;
- K. Tarverdiyeva. Sabirin uşaq şeirləri erməni dilində. — Kommunist, 23 dekabr 1960 [erm. d.];
- K. Tarverdiyeva. Onu heç vaxt unutmayacağam ( haqqında). — Qrakan Adrbecan, 1960, № 3, səh. 98–101 [erm. d.];
- K. Tarverdiyeva. Dostluğumuzun tarixi (Azərbaycan-erməni ədəbi əlaqələrinə dair). — Azərbaycan, 1961, № 5, səh. 130–135;
- K. Tarverdiyeva. Şairin əsərləri erməni dilində. — Bakı (axşam qəzeti), 26 mart 1962;
- K. Tarverdiyeva. Ə. Adıgözəlovun həyat və fəaliyyəti. — APİ-nin XVIII elmi sessiyası məruzələrinin tezisi, 1963;
- K. Tarverdiyeva. Mədəni əlaqələrin tarixinə dair. — Bakı (axşam qəzeti), 25 mart 1964;
- K. Tarverdiyeva. Goraninin məktəb, maarif və mədəniyyət sahəsində fəaliyyəti haqqında. — Azərbaycan məktəbi, 1964, № 8, s. 145–150;
- K. Tarverdiyeva. Əsgər ağa Adıgözəlov Gorani. — Azərbaycan, 1967, № 1, səh. 192–195;
- K. Tarverdiyeva. C. Məmmədquluzadə və erməni xalqı (S. Ayvazyanın "Əsərləri" kitabı haqqında). — Azərbaycan, 1967, № 5, səh. 135–137;
- K. Tarverdiyeva. Böyük dostumuz, sevimli şairimiz (H. Tumanyan haqqında). — Azərbaycan, 1969, № 9, səh. 33–35;
- K. Tarverdiyeva. Gəl, qardaşım (Azərbaycan-erməni ədəbi əlaqələrinə dair). — Azərbaycan, 1971, № 10, səh. 194–195;
- K. Tarverdiyeva. Erməni mətbuatı və Azərbaycan mədəniyyəti. — Azərbaycan, 1973, № 9, səh. 193–199;
- K. Tarverdiyeva. Maraqlı səhifələr (A. Bakıxanov və dostluğu haqqında).— Ədəbiyyat və incəsənət, 6 iyul 1974;
- K. Tarverdiyeva. Məhəbbət və gözəllik rəmzi (Nizami haqqında). — Azərbaycan qadını, 1979, № 11, səh. 1;
- K. Tarverdiyeva. Azərbaycan bayatıları erməni dilində. — Qrakan Adrbecan, 1981, № 3, səh. 109 [erm. d.];
- K. Tarverdiyeva. Mirzə Şəfi Vazeh. — Qrakan Adrbecan, 1981, № 6, səh. 98–101 [erm. d.];
- K. Tarverdiyeva. Qardaşlıq bayraqdarı (M. F. Axundov haqqında). — Qrakan Adrbecan, 1982, № 5, səh. 45–48 [erm. d.].
Həmçinin bax
İstinadlar
- XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı. Bakı: Nurlan. 2004. səh. 480.
- İrəvan: Ensiklopedik foto-toplu. Bakı: ADPU-nun nəşriyyatı. 2019. səh. 27.
- Əsgər Zeynalov. İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı: Mütərcim. 2016.
- Ք. Թարվերդիևա. Աբովյանը և Ախունդովը. Երևան: ՀՍՍՌ ԳԱ հրատ. 1958. 2023-07-25 tarixində . İstifadə tarixi: 2021-12-04.
- İttifaq Mirzəbəyli. "Bir mahnı varıydı… indi yenə var. 95 yaşlı Kövsər xanım İrəvanın ən qocaman ziyalısıdır". anl.az. "Xalq" qəzeti. 2023-07-25 tarixində . İstifadə tarixi: 21 iyul 2009.
- Kövsər Tarverdiyeva. Xatirələrim. Bakı: ADPU. 2004.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kovser Memmed qizi Tarverdiyeva 14 iyul 1914 Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya imperiyasi 2013 Baki edebiyyatsunas pedaqoq tercumeci publisist filologiya elmleri namizedi 1952 Kovser TarverdiyevaKovser Memmed qizi TarverdiyevaDogum tarixi 14 iyul 1914Dogum yeri Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya ImperiyasiVefat tarixi 2013Vefat yeri Baki AzerbaycanVetendasligi Rusiya imperiyasi SSRI AzerbaycanHeyat yoldasi Cefer ElizadeElm sahesi edebiyyatsunasliqElmi derecesi filologiya elmler namizediIs yeri Azerbaycan Dovlet Pedaqoji UniversitetiAlma mater Irevan Pedaqoji TexnikumuTehsili Irevan Azerbaycan Pedaqoji Texnikumu Azerbaycan Tibb Universiteti Azerbaycan Dovlet Pedaqoji UniversitetiHeyatiKovser Tarverdiyeva 14 iyul 1914 cu ildeIrevanda Gedercay ustundeki Demirbulaq mehellesinde bagbanliqla mesgul olan Mesedi Memmedin ailesinde anadan olmusdur Usaqliq illeri bu bag bagatli seherde kecen Kovser xanim o zaman butun Irevanda meshur olan Hasim bey mektebinde tehsil alir 9 cu sinfi bitirerken onun qabiliyyetini nezere alaraq Irevan Pedaqoji Texnikumunun sonuncu kursuna deyisdirirler Pedaqoji mektebi bitirdikden sonra Kovser xanim 1932 ci ilde Bakiya yollanmisdir Ailelikce Bakiya kocdukden sonra pedaqoji fealiyyete baslamis ve 1932 ci ilden fehle gencler mektebinde muellimlik etmisdir Kovser Tarverdiyeva 1937 ci ilden 1939 cu ile qeder V Lenin adina Azerbaycan Dovlet Pedoqoji Institutun Edebiyyat fakultesinin dekani vezifesinde calismisdir 1942 ci ilde Azerbaycan SSR Elmler Akademiyasinin Nizami adina Edebiyyat Institutunda aspirantura tehsilini tamamlamisdir 1942 1943 cu illerde Azerbaycan SSR Tehsil Nazirliyinde Kadrlar Idaresinin reisi vezifesinde calismis Daha sonra 1948 ci ile qeder Azerbaycan SSR Tehsil Nazirliyi Muellimleri Tekmillesdirme Institutunun elmi tedris isleri uzre prorektoru vezifesinde islemisdir 30 yasinda olarken o tibb sahesinde tehsil almaga qerar verir ve 1944 1949 cu illerde Azerbaycan Dovlet Tibb Institutunun mualice profilaktika ixtisasinda tehsil alir lakin daha sonra hekim karyerasina davam etmir cemi il yarima qeder hekim isleyib 1948 ci ilden etibaren 55 il ozunun ali tehsil aldigi Azerbaycan Dovlet Pedaqoji Institutunda daha sonra Universitet calisib Kovser Tarverdiyeva 2013 cu ilde Bakida vefat etmisdir Elmi fealiyyeti1952 ci ilde Irevanda Abovyan ve Axundov movzusunda namizedlik dissertasiyasini ermeni dilinde mudafie ederek filologiya elmleri namizedi adini alir Hemin eser 1958 ci ilde ayrica kitab seklinde cap olunmusdur XIX esr Azerbaycan edebiyyati tarixi Azerbaycan usaq edebiyyati ve edebi elaqeler movzusunda muhazireler oxumaqla yanasi elmi tedqiqatla ardicil mesgul olmusdur Azerbaycan rus ve ermeni dillerinde oxudugu muhazireler hemise pedaqoji ve elmi ictimaiyyet terefinden yuksek qiymetlendirilib Elmi isinin movzusu Azerbaycan Ermenistan munasibetlerinin tarixine hesr edildiyine isin yazildigi dil ise ermeni dili olduguna gore danosbazlar o zamanki olke rehberi Mircefer Bagirova gizli melumat oturduyu iddia edilmisdir Bagirov aravuranlara konkret cavab verib Turk qizi ermenilerin arasinda ermenice alimlik dissertasiyasi mudafie edibse bunun ozu bir namizedlik movzusu olmalidir O 100 den cox elmi kutlevi meqalelerinin 8 kitab ve monoqrafiyanin muellifidir Elmi edebi fealiyyetine gore Ali mekteb iscisi fexri adina iki defe Azerbaycan SSR Ali Sovetinin Reyaset heyetinin fexri fermanina layiq gorulmus Qafqazin mudafiesine gore ve Emek fealiyyetine gore medallari ile teltif olunmusdur EserleriAbovyan ve Axundov erm Աբովյանը և Ախունդովը Yerevan Ermenistan SSR EA Nesriyyati 1958 Esger aga Gorani Baki Isiq 1977 Hikmetli sozler aleminden Tertib edeni K Tarverdiyeva Baki Azernesr 1984 Hikmetli sozler aleminden rus V mire krylatyh slov Tercume ve tertib edeni K Tarverdiyeva Baki Azernesr 1984 Azerbaycan medeniyyeti ermeni dovri metbuatinda 1850 1920 Baki Yazici 1985 Vasaq Madatovun Nezmi heyat ve yaradiciligi Baki API Nesriyyati 1987 Meslek dostlari Baki Azernesr 1992 Xatirelerim Baki ADPU 2004 MeqaleleriK Tarverdiyeva Esrlik dostlugun parlaq eneneleri Azerbaycan ermeni edebi elaqelerine dair Qrakan tert 17 fevral 1952 erm d K Tarverdiyeva Boyuk vetenperver N V Qoqolun vafatinin 100 illiyi munasibetile Sovet Ermenistani 23 fevral 1952 K Tarverdiyeva Esrlik dostlugun parlaq eneneleri Azerbaycan ermeni edebi elaqelerine dair Qrakan tert 24 fevral 1952 erm d K Tarverdiyeva X Abovyan ve M F Axundov Sovet Ermenistani 5 aprel 1953 K Tarverdiyeva Boyuk dostluq Azerbaycan ermeni edebi elaqelerine dair Sovet Ermenistani 5 aprel 1953 K Tarverdiyeva M F Axundov ve onun ermeni edebiyyati ile elaqesi Azerbaycan SSR EA birlesmis sessiyasinin meruzelerinin tezisleri 1954 1957 K Tarverdiyeva Sabirin seirleri ermeni dilinde Kommunist 6 mart 1958 erm d K Tarverdiyeva M Sabirin seirleri ermeni dilinde Kommunist 12 mart 1958 K Tarverdiyeva Sabirin usaq seirleri ermeni dilinde Kommunist 23 dekabr 1960 erm d K Tarverdiyeva Onu hec vaxt unutmayacagam haqqinda Qrakan Adrbecan 1960 3 seh 98 101 erm d K Tarverdiyeva Dostlugumuzun tarixi Azerbaycan ermeni edebi elaqelerine dair Azerbaycan 1961 5 seh 130 135 K Tarverdiyeva Sairin eserleri ermeni dilinde Baki axsam qezeti 26 mart 1962 K Tarverdiyeva E Adigozelovun heyat ve fealiyyeti API nin XVIII elmi sessiyasi meruzelerinin tezisi 1963 K Tarverdiyeva Medeni elaqelerin tarixine dair Baki axsam qezeti 25 mart 1964 K Tarverdiyeva Goraninin mekteb maarif ve medeniyyet sahesinde fealiyyeti haqqinda Azerbaycan mektebi 1964 8 s 145 150 K Tarverdiyeva Esger aga Adigozelov Gorani Azerbaycan 1967 1 seh 192 195 K Tarverdiyeva C Memmedquluzade ve ermeni xalqi S Ayvazyanin Eserleri kitabi haqqinda Azerbaycan 1967 5 seh 135 137 K Tarverdiyeva Boyuk dostumuz sevimli sairimiz H Tumanyan haqqinda Azerbaycan 1969 9 seh 33 35 K Tarverdiyeva Gel qardasim Azerbaycan ermeni edebi elaqelerine dair Azerbaycan 1971 10 seh 194 195 K Tarverdiyeva Ermeni metbuati ve Azerbaycan medeniyyeti Azerbaycan 1973 9 seh 193 199 K Tarverdiyeva Maraqli sehifeler A Bakixanov ve dostlugu haqqinda Edebiyyat ve incesenet 6 iyul 1974 K Tarverdiyeva Mehebbet ve gozellik remzi Nizami haqqinda Azerbaycan qadini 1979 11 seh 1 K Tarverdiyeva Azerbaycan bayatilari ermeni dilinde Qrakan Adrbecan 1981 3 seh 109 erm d K Tarverdiyeva Mirze Sefi Vazeh Qrakan Adrbecan 1981 6 seh 98 101 erm d K Tarverdiyeva Qardasliq bayraqdari M F Axundov haqqinda Qrakan Adrbecan 1982 5 seh 45 48 erm d Hemcinin baxMireli Seyidov Teymur Ehmedov Ekber Yerevanli Sabir RzayevIstinadlarXX esr Azerbaycan yazicilari ensiklopedik melumat kitabi Baki Nurlan 2004 seh 480 Irevan Ensiklopedik foto toplu Baki ADPU nun nesriyyati 2019 seh 27 Esger Zeynalov Irevan xanligi gercekliyin aydinligi Baki Mutercim 2016 Ք Թարվերդիևա Աբովյանը և Ախունդովը Երևան ՀՍՍՌ ԳԱ հրատ 1958 2023 07 25 tarixinde Istifade tarixi 2021 12 04 Ittifaq Mirzebeyli Bir mahni variydi indi yene var 95 yasli Kovser xanim Irevanin en qocaman ziyalisidir anl az Xalq qezeti 2023 07 25 tarixinde Istifade tarixi 21 iyul 2009 Kovser Tarverdiyeva Xatirelerim Baki ADPU 2004