Alınaq Noyon (ö. 1284, Elxanilər dövləti) — Elxani dövlətində xidmət etmiş komandanlardan biri və Gürcüstan hakimi. O, Elxani hökmdarı Əhməd Təkudarın kürəkəni idi. Onun Hülakü xanın komandanlarından biri olmuş oğlu olduğu ehtimal edilir.
Alınaq Noyon | |
---|---|
Gürcüstan hakimi | |
– 1284 | |
Sonrakı | |
Elxani dövlətinin generalı | |
– 1284 | |
– 1289 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1282 |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Tügür Bitikçi (dəqiq bilinmir) |
Həyatı
Alınaq Əhməd Təkudarın taxt uğrunda mübarizədəki rəqibi Arquna qarşı yürüşı komandanlıq etmişdir. Arqun yazda özünə müttəfiqlər qazanmaq və güc toplamaq üçün Xorasanı tərk etdi. Onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əyanlar idilər. Eyni zamanda Təkudar da özünün ögəy qardaşı olan Qonqurtayın Arqun ilə ittifaq qura biləcəyindən şübhələnməyə başladı. Beləliklə, Qonqurtay Təkudarın Gürcüstan hakimi Alınaq tərəfindən taxta qarşı sui-qəsd planlamaqda ittiham edildi və 17 yanvar 1284-cü ildə həbs edildi. Elə növbəti gün Qonqurtay edam edildi. Cəzirə ərazisinə Keyxatu və Bayduya qarşı bir ordu göndərildi və onların hər ikisi Xorasana qaçdılar. Onlar Arqunun düşərgəsinə qatılmağı bacarsalar da, Tağaçar və Doladay kimi əmirlər həbs edildilər.
Təkudar növbəti həmləsini Alınağı 15 min nəfərlik qüvvə ilə onlara qarşı göndərməklə etdi. Özü də 26 aprel tarixində Muğanın Biləsuvar kəndində qışlayan orduya əlavə olaraq erməni və gürcüləri də cəlb edərək düşməninə qarşı yola düşdü. 4 may tarixində Qəzvinin cənubunda baş vermiş döyüşdı Arqun Alınağa qalib gəlsə də, Xorasana özünün olan torpaqlara geri çəkildi. Gələcəkdə Kübravilik sufi təriqətinin şeyxi olacaq Şeyx Əlaüddövlə Simnani də bu döyüşdə Arqunun ordusunda iştirak etmişdir. Arqun sülh danışıqlarına başlamaq istəsə də, Təkudar öz məsləhətçilərinin ziddinə gedərək bu təklifi rədd etdi. Bu dəfə də Arqunun oğlu Qazanın rəhbərlik etdiyi yeni bir nümayəndə heyyəti Təkudarın 31 may tarixində Semnandakı düşərhəsinə gəldi. Bu dəfəki danışıqlar yaxşı keçdi və Təkudar Arqunun qardaşı Keyxatunu onun yanına girov kimi göndərməsi şərtilə sülhü qəbul etdi. Arqun bu şərti qəbul etdi. O, qardaşı ilə birlikdə Novruzun da daxil olduğu iki əmiri Buğanın nəzarətinə göndərdi. Buğa bu dönəmdə Təkudarın ən nüfuzlu komandanı idi. 13 və ya 28 iyun tarixində onu təhvil alan Buğa da öz növbəsində Töday Xatunun düşərgəsinə göndərdi.
Razılığa gəlinməsinə və Arqunun öz öhdəsinə düşənləri yerinə yetirməsinə baxmayaraq, Təkdar onun üzərinə yeni yürüş təşkil etdi. Bu da öz növbəsində Buğanın Təkudara qarşı mənfi yanaşmasının ortaya çıxmasına və Arqunu dəstəkləməyə başlamasına yol açdı. Bir digər tərəfdən o, artıq Təkudarın etibarını itirmək üzərə idi. Çünki Təkudar bir başqa Cəlair generalı Ağ Buğa ilə yaxınlaşmışdı.
Arqun hücuma məruz qaldıqdan sonra qalasında cəmi 100 nəfər ilə müqavimət göstərdi. 4 günlük döyüşdən sonra Alınağa məğlub oldu və həbs edildi. Qələbə qazanan Təkudar Arqunu Alınağın düşərgəsində buraxdı və özü Kalpuşda düşərgə salmış əsas ordusunun yanına yollandı. Bundan yararlanan Buğa Alınağın düşərgəsinə hücum etdi və Arqunu azad buraxdı. Döyüşdə Alınaq öldürüldü. Bundan xəbər tutan Təkudar qərbə doğru irəlilədi və Sultaniyə yaxınlığında olan Buğanın ordasını qısas üçün yağmaladı. Vəziyyətin dəyişdiyini anlayan Təkudar 17 iyulda özünün Təxt-i Süleymandakı otlaqlarına, oradan da Dərbəndə getməyi planlayıb yola çıxdı. Onun məqsədi Dərbənd vasitəsiylə Qızıl Ordaya sığınmaq idi. Lakin Buğa tərəfindən göndərilmiş Qaraunas ona çatdı və həbs etdi. 26 iyulda Marağa yaxınlığındakı Ab-e Şor otlaqları yaxınlığında Təkudar Arquna təhvil verildi.
Bu hakimiyyət mübarizəsində ölən Alınağln vəzifəsinə onun oğlu gətirildi.
Qeydlər
- Fəzlullah Rəşidəddinin yazdığı Cəmi ət-Təvarix əsərində onun atasının adının Tügür Bitikçi olduğu bildirilir. Eyni zamanda Tügür Bitigçinin Hülakü xanın komandanlarından biri olduğu qeyd edilmişdir.
Həmçinin bax
İstinadlar
- Hope, 2016. səh. 132
- Biran və Kim, 2023. səh. 722
- Jackson, 1986
- Hope, 2016. səh. 127-132
- Hamadani, 1998. səh. 551
- Elias, 1995. səh. 18–19
- Lane, 2018. səh. 60
- Fisher, 1991. səh. 364–368
- Wing, 2016. səh. 31
- Lang, 1955. səh. 80
- Dashdondog, 2010. səh. 210
Mənbə
- Hope, Michael. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. Oxford University Press. 2016. ISBN .
- Lane, George. The Mongols in Iran: Qutb Al-Din Shirazi's Akhbar-i Moghulan. Routledge. 2018. ISBN .
- Fisher, W. B. (William Bayne). The Cambridge history of Iran. Cambridge: University Press. 1991. ISBN .
- Biran, Michal; Kim, Hodong. The Cambridge History of the Mongol Empire 2 Volumes. Cambridge: Cambridge University Press. 2023. ISBN .
- Elias, Jamal J. (1995-01-01). SUNY Press. pp. 18–19. . The Throne Carrier of God: The Life and Thought of 'Ala' ad-dawla as-Simnani. SUNY Press. 1995. ISBN .
- Wing, Patrick. The Jalayirs and the Early Ilkhanate. The Jalayirids, Dynastic State Formation in the Mongol Middle East. Edinburgh University Press. 2016. ISBN .
- Dashdondog, Bayarsaikhan. The Mongols and the Armenians (1220-1335). BRILL. 2010. ISBN .
- Lang, D. M. Georgia in the Reign of Giorgi the Brilliant (1314-1346). Bulletin of the School of Oriental and African Studies, University of London. 17 (1). 1955. ISBN .
- Rashidaddin Hamadani. Compendium of Chronicles. Harvard University. translated by Thackston, W.M. 1998.
- P. Jackson. ARḠŪN KHAN. iranicaonline.org. 1986.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Alinaq Noyon o 1284 Elxaniler dovleti Elxani dovletinde xidmet etmis komandanlardan biri ve Gurcustan hakimi O Elxani hokmdari Ehmed Tekudarin kurekeni idi Onun Hulaku xanin komandanlarindan biri olmus oglu oldugu ehtimal edilir Alinaq NoyonGurcustan hakimi 1284SonrakiElxani dovletinin generali 1284 1289Sexsi melumatlarVefat tarixi 1282Fealiyyeti herbi lider d Atasi Tugur Bitikci deqiq bilinmir Iki Elxani hokmdarinin Arqun xan ile Sultan Ehmedin Tekudar muharibesi Sefevi dovrunde yeniden yazilmis Sefvet el Sefa eserinin 1582 ci ilde Sirazda hazirlanmis versiyasindan bir folio HeyatiAlinaq Ehmed Tekudarin taxt ugrunda mubarizedeki reqibi Arquna qarsi yurusi komandanliq etmisdir Arqun yazda ozune muttefiqler qazanmaq ve guc toplamaq ucun Xorasani terk etdi Onun esas destekcileri kicik esilzadeler ve eyanlar idiler Eyni zamanda Tekudar da ozunun ogey qardasi olan Qonqurtayin Arqun ile ittifaq qura bileceyinden subhelenmeye basladi Belelikle Qonqurtay Tekudarin Gurcustan hakimi Alinaq terefinden taxta qarsi sui qesd planlamaqda ittiham edildi ve 17 yanvar 1284 cu ilde hebs edildi Ele novbeti gun Qonqurtay edam edildi Cezire erazisine Keyxatu ve Bayduya qarsi bir ordu gonderildi ve onlarin her ikisi Xorasana qacdilar Onlar Arqunun dusergesine qatilmagi bacarsalar da Tagacar ve Doladay kimi emirler hebs edildiler Tekudar novbeti hemlesini Alinagi 15 min neferlik quvve ile onlara qarsi gondermekle etdi Ozu de 26 aprel tarixinde Muganin Bilesuvar kendinde qislayan orduya elave olaraq ermeni ve gurculeri de celb ederek dusmenine qarsi yola dusdu 4 may tarixinde Qezvinin cenubunda bas vermis doyusdi Arqun Alinaga qalib gelse de Xorasana ozunun olan torpaqlara geri cekildi Gelecekde Kubravilik sufi teriqetinin seyxi olacaq Seyx Elauddovle Simnani de bu doyusde Arqunun ordusunda istirak etmisdir Arqun sulh danisiqlarina baslamaq istese de Tekudar oz meslehetcilerinin ziddine gederek bu teklifi redd etdi Bu defe de Arqunun oglu Qazanin rehberlik etdiyi yeni bir numayende heyyeti Tekudarin 31 may tarixinde Semnandaki duserhesine geldi Bu defeki danisiqlar yaxsi kecdi ve Tekudar Arqunun qardasi Keyxatunu onun yanina girov kimi gondermesi sertile sulhu qebul etdi Arqun bu serti qebul etdi O qardasi ile birlikde Novruzun da daxil oldugu iki emiri Buganin nezaretine gonderdi Buga bu donemde Tekudarin en nufuzlu komandani idi 13 ve ya 28 iyun tarixinde onu tehvil alan Buga da oz novbesinde Today Xatunun dusergesine gonderdi Raziliga gelinmesine ve Arqunun oz ohdesine dusenleri yerine yetirmesine baxmayaraq Tekdar onun uzerine yeni yurus teskil etdi Bu da oz novbesinde Buganin Tekudara qarsi menfi yanasmasinin ortaya cixmasina ve Arqunu desteklemeye baslamasina yol acdi Bir diger terefden o artiq Tekudarin etibarini itirmek uzere idi Cunki Tekudar bir basqa Celair generali Ag Buga ile yaxinlasmisdi Arqun hucuma meruz qaldiqdan sonra qalasinda cemi 100 nefer ile muqavimet gosterdi 4 gunluk doyusden sonra Alinaga meglub oldu ve hebs edildi Qelebe qazanan Tekudar Arqunu Alinagin dusergesinde buraxdi ve ozu Kalpusda duserge salmis esas ordusunun yanina yollandi Bundan yararlanan Buga Alinagin dusergesine hucum etdi ve Arqunu azad buraxdi Doyusde Alinaq olduruldu Bundan xeber tutan Tekudar qerbe dogru ireliledi ve Sultaniye yaxinliginda olan Buganin ordasini qisas ucun yagmaladi Veziyyetin deyisdiyini anlayan Tekudar 17 iyulda ozunun Text i Suleymandaki otlaqlarina oradan da Derbende getmeyi planlayib yola cixdi Onun meqsedi Derbend vasitesiyle Qizil Ordaya siginmaq idi Lakin Buga terefinden gonderilmis Qaraunas ona catdi ve hebs etdi 26 iyulda Maraga yaxinligindaki Ab e Sor otlaqlari yaxinliginda Tekudar Arquna tehvil verildi Bu hakimiyyet mubarizesinde olen Alinagln vezifesine onun oglu getirildi QeydlerFezlullah Resideddinin yazdigi Cemi et Tevarix eserinde onun atasinin adinin Tugur Bitikci oldugu bildirilir Eyni zamanda Tugur Bitigcinin Hulaku xanin komandanlarindan biri oldugu qeyd edilmisdir Hemcinin baxCingiz xan Arqun xan Mukali qoyon CelayirIstinadlarHope 2016 seh 132 Biran ve Kim 2023 seh 722 Jackson 1986 Hope 2016 seh 127 132 Hamadani 1998 seh 551 Elias 1995 seh 18 19 Lane 2018 seh 60 Fisher 1991 seh 364 368 Wing 2016 seh 31 Lang 1955 seh 80 Dashdondog 2010 seh 210MenbeHope Michael Power Politics and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran Oxford University Press 2016 ISBN 978 0 19 876859 3 Lane George The Mongols in Iran Qutb Al Din Shirazi s Akhbar i Moghulan Routledge 2018 ISBN 978 1 351 38752 1 Fisher W B William Bayne The Cambridge history of Iran Cambridge University Press 1991 ISBN 0 521 06935 1 Biran Michal Kim Hodong The Cambridge History of the Mongol Empire 2 Volumes Cambridge Cambridge University Press 2023 ISBN 978 1 009 30197 8 Elias Jamal J 1995 01 01 SUNY Press pp 18 19 ISBN 978 0 7914 2611 1 The Throne Carrier of God The Life and Thought of Ala ad dawla as Simnani SUNY Press 1995 ISBN 978 0 7914 2611 1 Wing Patrick The Jalayirs and the Early Ilkhanate The Jalayirids Dynastic State Formation in the Mongol Middle East Edinburgh University Press 2016 ISBN 978 1 4744 0225 5 Dashdondog Bayarsaikhan The Mongols and the Armenians 1220 1335 BRILL 2010 ISBN 978 90 04 18635 4 Lang D M Georgia in the Reign of Giorgi the Brilliant 1314 1346 Bulletin of the School of Oriental and African Studies University of London 17 1 1955 ISBN 0041 977X Rashidaddin Hamadani Compendium of Chronicles Harvard University translated by Thackston W M 1998 P Jackson ARḠuN KHAN iranicaonline org 1986