Demokratikləşmə — hökumətin avtoritarizmdən liberal demokratiyaya, yəni daha demokratik bir nizama keçid prosesidir. Bu prosesin ən vacib xüsusiyyətləri əsas azadlıqların, xüsusilə siyasi hüquqların verilməsi, hər kəsin səs verə biləcəyi və rəqabətli seçkilərin təşkil edilməsi və bazar islahatlarıdır.Demokratikləşmə, daha demokratik bir siyasi rejimə doğru demokratik bir keçidi ifadə edir və demokratik yöndə baş verən mühüm siyasi dəyişiklikləri əhatə edir. Demokratikləşmə prosesi, avtoritar bir rejimdən tam mənasıyla demokratiyaya, avtoritar bir siyasi sistemdən yarı-demokratiyaya və ya bir siyasi sistemdən demokratik bir siyasi sistemə keçidi əhatə edən bir vəziyyət ola bilər.
Nəticə konsolidə ola bilər və ya demokratikləşmə tez-tez geri dönüşlərlə qarşılaşa bilər. Müxtəlif demokratikləşmə modelləri, bir ölkənin müharibəyə getməsi və ya iqtisadiyyatın inkişaf etməsi kimi digər siyasi hadisələri izah etmək üçün tez-tez istifadə olunur.
Demokratikləşmənin baş verməsi və dərəcəsi, iqtisadi inkişaf, tarixi irs, vətəndaş cəmiyyəti və beynəlxalq proseslər kimi müxtəlif amillərə bağlıdır. Demokratikləşmənin bəzi izahları, elitlərin demokratikləşməni yönləndirdiyini vurğulayarkən, digər izahlar isə aşağıdan yuxarıya doğru proseslərə fokuslanır.
Demokratikləşmənin əksi olan proses kimi tanınır.
Demokratiyanın meydana çıxması
Demokratikləşmə nəzəriyyələri, bir siyasi rejimin diktatorluq və ya avtoritarlıqdan demokratiyaya keçidi kimi böyük miqyaslı bir dəyişikliyi izah etməyi hədəfləyir. Akademiklər arasındakı bəzi anlaşmazlıqlar demokratiya anlayışı ilə bağlıdır. Digər fərqliliklər isə demokratiyanın necə ölçüləcəyi və hansı demokratiya indeksinin istifadə ediləcəyi mövzularını əhatə edir.
Demokratikləşmə prosesinə baxış
Geniş olaraq istifadə edilən bəzi demokratiya indeksləri arasında V-Dem Demokratiya İndeksləri və Demokratiya İndeksi vardır. Demokratiya indeksləri, seçkilərə əsaslanan, liberal, iştirakçı, müzakirəçi, bərabərlikçi və digər demokratiya prinsipləri arasında fərq yarada bilər və digər göstəriciləri əhatə edir. Demokratiya indeksləri, kəmiyyət və ya kateqorik ola bilər.
Demokratikləşmə dalğaları
Demokratikləşmə nəzəriyyələrinin nəticələrini izah etmək üçün istifadə edilən bir metod, demokratikləşmə dalğaları anlayışı ilə izah edilə bilər.
Samuel Hantinqton tərəfindən müəyyən edilən üç demokratikləşmə dalğası, tarix boyunca demokratiyanın böyük bir yüksəlişini ifadə edir. Samuel P. Hantinqton, tarix boyunca meydana gələn üç demokratikləşmə dalğasını müəyyən etmişdir. İlk dalğa ilə XIX əsrdə Qərbi Avropa və Şimali Amerikaya demokratiya gətirilmişdir. Bu dalğanın ardınca, Birinci Dünya müharibəsindən sonra diktatorluqların yüksəlişi prosesi yaşanmışdır. İkinci dalğa İkinci Dünya müharibəsindən sonra başlanmış, ancaq 1962 ilə 1970-ci illərin ortası arasında sürətini itirmişdir. Ən son dalğa isə 1974-cü ildə başlanmış və hələ də davam edir. Latın Amerikası və keçmiş Şərq bloku ölkələrinin demokratikləşməsi bu üçüncü dalğanın içərisində yer alır.
Demokratikləşmə dalğalarından sonra demokratiyanın geriləmə dalğaları da müşahidə edilə bilər. Bunagörə də, Hantinqton 1991-ci ildə aşağıdakı təsviri təqdim etmişdir.
İlk demokratikləşmə dalğası, 1828-1926 İlk demokratiyanın geriləmə dalğası, 1922-1942 İkinci demokratikləşmə dalğası, 1943-1962 İkinci demokratiyanın geriləmə dalğası, 1958-1975 Üçüncü demokratikləşmə dalğası, 1974-
Demokratikləşmə dalğaları nəzəriyyəsi, Renske Doorenspleet, John Markoff, Seva Gunitsky və Svend-Erik Skaaning kimi bir çox başqa yazıçılar tərəfindən də istifadə edilmiş və tədqiq edilmişdir.
Seva Gunitskyə görə, XVIII əsrdən Ərəb baharına (2011-2012) qədər, 13 demokratik dalğa təyin edilə bilər.
Tarixi nümunələr
Demokratiyanın tarixi, demokratik inkişafın adətən yavaş, şiddətli və tez-tez geri dönüşlərlə dolu olduğunu nümayiş etdirir.
Böyük Britaniya
İngiltərədə, XVII əsrdə Magna Cartaya yenidən maraq yaranmışdır. İngiltərə Parlamenti, 1628-ci ildə "Petition of Right"ı qüvvəyə mindirmiş və vətəndaşlar üçün müəyyən azadlıqlar təmin edilmişdir. İngilis vətəndaş müharibəsi (1642-1651), Kral və oliqarxik lakin seçilmiş bir Parlament arasında baş vermiş və 1647-ci ildəki Putney müzakirələri zamanı siyasi iştirak hüquqları mövzusunda müzakirələr edən qruplar arasında siyasi partiya fikri formalaşmışdır. Bundan sonra, Protectorate (1653-1659) və İngilis Restorasiyası (1660) daha avtoritar bir idarəetməni bərpa etmiş, lakin Parlament 1679-cu ildə Habeas Corpus Qanununu qəbul etmiş və kifayət qədər səbəb və ya sübut olmadan həbs etməyi qadağan edən ənənəvi tətbiqi gücləndirmişdir. 1688-ci ildə baş vermiş olan Şanlı inqilab, fərdlərə müəyyən hüquqlar və azadlıqlar təmin edən 1689-cu ildəki Hüquqlar Bəyannaməsini qəbul edən güclü bir Parlament yaratmışdır. Bununla birlikdə, müntəzəm parlamentlərin zəruriliyini, sərbəst seçkiləri, Parlamentdə ifadə azadlığı qaydalarını və monarxiyanın gücünü məhdudlaşdıraraq, Avropanın qalan hissəsindən fərqli olaraq kral mütləqiyyətinin hakim olmayacağını müəyyən etmişdir. Yalnız 1884-də Kabotaj Qanununun qəbulu ilə əksər kişilər seçmək hüququna sahib olmuşdurlar.
Amerika Birləşmiş Ştatları
Amerika inqilabı (1765-1783), Amerika Birləşmiş Ştatlarını yaratmışdır. Yeni Konstitusiya, bir icra orqanı, milli bir məhkəmə sistemi və Senatda ştatları, Nümayəndələr Palatasında isə əhalinin nümayəndəsi olan iki palatalı bir Konqres kimi nisbətən güclü bir federal milli hökumət yaratmışdır. İdeoloji mənada bir müvəffəqiyyət olan Amerika inqilabı, heç bir zaman tək bir diktatoru olmayan həqiqi bir respublikanın yaradılmasını təmin etmişdir; ancaq səsvermə hüquqları başlanğıcda yalnız ağ irqə mənsub olan və mülk sahibi olan kişilər (əhalinin təxminən %6-sı) ilə məhdudlaşırdı. Köləlik, Amerikan vətəndaş müharibəsindən (1861-1865) sonrakı, Yenidənqurma Dövrü konstitusiya dəyişiklikləri ilə Cənub ştatlarında qadağan edilməmişdir. Cənubdakı Jim Crow ayrıseçkiliyini dəf etmək üçün Afrika mənşəli Amerikalılara vətəndaş hüquqları təmin edilməsi prosesi 1960-cı illərdə baş vermişdir.
Fransa
Böyük Fransa inqilabı (1789), qısa bir müddət ərzində geniş bir seçki haqqı təmin etmişdir. Fransız inqilab müharibələri və Napoleon müharibələri iyirmi ildən çox davam etmişdir. Fransız Direktoriyası daha çox oliqarxik idi. Birinci Fransa imperiyası və Burbon sülaləsinin restavrasiyası dövrü daha avtoritar bir idarəetməni geri gətirmişdir. İkinci Fransa Respublikası dövründə kişilərin ümumi səsvermə haqqları var idi, ancaq ondan sonra İkinci Fransa imperiyası yaranmışdır. Fransa-Prussiya müharibəsindən (1870-71) sonra isə Üçüncü Fransa Respublikası yaradılmışdır.
Almaniya
Almaniyada, 1919-cu ildə Veymar Respublikasının yaradılması ilə ilk demokratiya yaranmışdır. Bu parlament respublikası, Almaniya imperiyasının Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra yaradılmışdır. Veymar Respublikası yalnız 14 il mövcud olmuş və Üçüncü Reyx diktatorluğu tərəfindən məhv edilmişdir. Tarixçilər, Veymar Respublikasının demokratikləşmə cəhdinin niyə müvəffəqiyyətsiz olduğunu hələ də müzakirə edirlər. Almaniya İkinci Dünya müharibəsində məğlubiyyətə düçar olduqdan sonra, demokratiya ABŞ rəhbərliyindəki işğal altındakı Qərbi Almaniyada yenidən yaradılmış və cəmiyyətin denazifikasiyası həyata keçirilmişdir.
İtaliya
1861-də İtaliyanın birləşdirilməsindən sonra İtaliya krallığı, Kralın əhəmiyyətli səlahiyyətlərə malik olduğu konstitusiyalı bir monarxiyaya çevrilmişdir. İtalya faşizmi, Birinci Dünya müharibəsindən sonra bir diktatorluğa çevrilmişdir. İkinci Dünya müharibəsindən sonra isə, İtalya Respublikası meydana çıxmışdır.
Yaponiya
Yaponiyada məhdud demokratik islahatlar Meyci dövrü (Yaponiyada sənaye modernləşməsinin başlandığı dövr), Taishō dövrü (1912-1926) və köhnə Shōwa dövründə tətbiq edilmişdir. Azadlıq və Xalqın Hüquqları Hərəkatı kimi demokratiya tərəfdarı hərəkatların və bəzi proto-demokratik institutların mövcudluğuna baxmayaraq, Yapon cəmiyyəti son dərəcə mühafizəkar bir cəmiyyət və bürokratiya tərəfindən məhdudlaşdırılmışdı. Tarixçi Kent E. Calder, "Meyci rəhbərliyinin, taktiki səbəblərlə bəzi plüralist xüsusiyyətlərə sahib olan konstitusiya idarəetməsini qəbul etdiyini" bildirir və İkinci Dünya müharibəsindən əvvəl Yapon cəmiyyətinə, "kənd mənşəli elitalar, böyük müəssisələr və hərbçilər" kimi "ənənəvi bir koalisiya"nın hakim olduğunu və bu hakim təbəqənin plüralizmə və islahatçılığa qarşı çıxdığını bildirmişdir. İmperiya məclisi, Yapon militarizmi, Böyük depressiya və Sakit okean müharibəsinin təsirlərinə baxmayaraq mövcudluğunu davam etdirsə də, siyasi partiyalar kimi digər plüralist institutlar mövcud ola bilməmişdirlər. İkinci Dünya müharibəsindən sonrakı müttəfiqlərin işğal dövründə isə Yaponiya daha enerjili, plüralist bir demokratiyanı qəbul etmişdir.
Latın Amerikası
Latın Amerikası ölkələri, 1810-cu il ilə 1825-ci illər arasında müstəqillik qazanmış və qısa müddət sonra nümayəndəli hökumət və seçkilərlə bağlı erkən təcrübələr yaşamışdır. Bütün Latın Amerikası ölkələri, Kolumbiyanın 1810, Paraqvayın və Venesuelanın 1811 və Çilinin 1818-ci ildə yaratmış olduğu nümayəndəlikli orqanları müstəqillik sonrasında sürətlə yaratdılar. Adam Przeworski, Latın Amerikasında nümayəndəlikli orqanlar ilə edilən bəzi təcrübələrin çoxunun Avropa ölkələrindən daha əvvəl baş verdiyini göstərir. Fəhlə sinfinin səsvermə hüququna sahib olduğu kütlə demokratiyası isə ancaq 1930-cu və 1940-cı illər arasında yayılmışdır.
Səbəbləri
Həmçinin bax
İstinadlar
- Aries A. Arugay. "Democratic Transitions" (eng). 30.11.2021. 25 April 2024 tarixində . İstifadə tarixi: 28 may 2024.
- Rowman & Littlefield Publishers. "Historical Dictionary of Democracy". https://books.google.com (eng). 2019. 28 May 2024 tarixində . İstifadə tarixi: 28 may 2024.
- Matthijs ogaards. "Measures of Democratization: From Degree to Type to War" (eng). [University of Utah, Sage Publications, Inc.] 2010. 21 April 2023 tarixində . İstifadə tarixi: 28 may 2024.
Xarici keçidlər
Aries A. Arugay. "Democratic Transitions" (eng). 30.11.2021. İstifadə tarixi: 28 may 2024.
Rowman & Littlefield Publishers. "Historical Dictionary of Democracy". https://books.google.com (eng). 2019. İstifadə tarixi: 28 may 2024.
Matthijs ogaards. "Measures of Democratization: From Degree to Type to War" (eng). [University of Utah, Sage Publications, Inc.] 2010. İstifadə tarixi: 28 may 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Demokratiklesme hokumetin avtoritarizmden liberal demokratiyaya yeni daha demokratik bir nizama kecid prosesidir Bu prosesin en vacib xususiyyetleri esas azadliqlarin xususile siyasi huquqlarin verilmesi her kesin ses vere bileceyi ve reqabetli seckilerin teskil edilmesi ve bazar islahatlaridir Demokratiklesme daha demokratik bir siyasi rejime dogru demokratik bir kecidi ifade edir ve demokratik yonde bas veren muhum siyasi deyisiklikleri ehate edir Demokratiklesme prosesi avtoritar bir rejimden tam menasiyla demokratiyaya avtoritar bir siyasi sistemden yari demokratiyaya ve ya bir siyasi sistemden demokratik bir siyasi sisteme kecidi ehate eden bir veziyyet ola biler Netice konsolide ola biler ve ya demokratiklesme tez tez geri donuslerle qarsilasa biler Muxtelif demokratiklesme modelleri bir olkenin muharibeye getmesi ve ya iqtisadiyyatin inkisaf etmesi kimi diger siyasi hadiseleri izah etmek ucun tez tez istifade olunur Demokratiklesmenin bas vermesi ve derecesi iqtisadi inkisaf tarixi irs vetendas cemiyyeti ve beynelxalq prosesler kimi muxtelif amillere baglidir Demokratiklesmenin bezi izahlari elitlerin demokratiklesmeni yonlendirdiyini vurgulayarken diger izahlar ise asagidan yuxariya dogru proseslere fokuslanir Demokratiklesmenin eksi olan proses kimi taninir Demokratiyanin meydana cixmasiDemokratiklesme nezeriyyeleri bir siyasi rejimin diktatorluq ve ya avtoritarliqdan demokratiyaya kecidi kimi boyuk miqyasli bir deyisikliyi izah etmeyi hedefleyir Akademikler arasindaki bezi anlasmazliqlar demokratiya anlayisi ile baglidir Diger ferqlilikler ise demokratiyanin nece olculeceyi ve hansi demokratiya indeksinin istifade edileceyi movzularini ehate edir Demokratiklesme prosesine baxis Genis olaraq istifade edilen bezi demokratiya indeksleri arasinda V Dem Demokratiya Indeksleri ve Demokratiya Indeksi vardir Demokratiya indeksleri seckilere esaslanan liberal istirakci muzakireci beraberlikci ve diger demokratiya prinsipleri arasinda ferq yarada biler ve diger gostericileri ehate edir Demokratiya indeksleri kemiyyet ve ya kateqorik ola biler Demokratiklesme dalgalari Demokratiklesme nezeriyyelerinin neticelerini izah etmek ucun istifade edilen bir metod demokratiklesme dalgalari anlayisi ile izah edile biler Samuel Hantinqton terefinden mueyyen edilen uc demokratiklesme dalgasi tarix boyunca demokratiyanin boyuk bir yukselisini ifade edir Samuel P Hantinqton tarix boyunca meydana gelen uc demokratiklesme dalgasini mueyyen etmisdir Ilk dalga ile XIX esrde Qerbi Avropa ve Simali Amerikaya demokratiya getirilmisdir Bu dalganin ardinca Birinci Dunya muharibesinden sonra diktatorluqlarin yukselisi prosesi yasanmisdir Ikinci dalga Ikinci Dunya muharibesinden sonra baslanmis ancaq 1962 ile 1970 ci illerin ortasi arasinda suretini itirmisdir En son dalga ise 1974 cu ilde baslanmis ve hele de davam edir Latin Amerikasi ve kecmis Serq bloku olkelerinin demokratiklesmesi bu ucuncu dalganin icerisinde yer alir Demokratiklesme dalgalarindan sonra demokratiyanin gerileme dalgalari da musahide edile biler Bunagore de Hantinqton 1991 ci ilde asagidaki tesviri teqdim etmisdir Ilk demokratiklesme dalgasi 1828 1926 Ilk demokratiyanin gerileme dalgasi 1922 1942 Ikinci demokratiklesme dalgasi 1943 1962 Ikinci demokratiyanin gerileme dalgasi 1958 1975 Ucuncu demokratiklesme dalgasi 1974 Demokratiklesme dalgalari nezeriyyesi Renske Doorenspleet John Markoff Seva Gunitsky ve Svend Erik Skaaning kimi bir cox basqa yazicilar terefinden de istifade edilmis ve tedqiq edilmisdir Seva Gunitskye gore XVIII esrden Ereb baharina 2011 2012 qeder 13 demokratik dalga teyin edile biler Tarixi numuneler Demokratiyanin tarixi demokratik inkisafin adeten yavas siddetli ve tez tez geri donuslerle dolu oldugunu numayis etdirir Boyuk Britaniya Ingilterede XVII esrde Magna Cartaya yeniden maraq yaranmisdir Ingiltere Parlamenti 1628 ci ilde Petition of Right i quvveye mindirmis ve vetendaslar ucun mueyyen azadliqlar temin edilmisdir Ingilis vetendas muharibesi 1642 1651 Kral ve oliqarxik lakin secilmis bir Parlament arasinda bas vermis ve 1647 ci ildeki Putney muzakireleri zamani siyasi istirak huquqlari movzusunda muzakireler eden qruplar arasinda siyasi partiya fikri formalasmisdir Bundan sonra Protectorate 1653 1659 ve Ingilis Restorasiyasi 1660 daha avtoritar bir idareetmeni berpa etmis lakin Parlament 1679 cu ilde Habeas Corpus Qanununu qebul etmis ve kifayet qeder sebeb ve ya subut olmadan hebs etmeyi qadagan eden enenevi tetbiqi guclendirmisdir 1688 ci ilde bas vermis olan Sanli inqilab ferdlere mueyyen huquqlar ve azadliqlar temin eden 1689 cu ildeki Huquqlar Beyannamesini qebul eden guclu bir Parlament yaratmisdir Bununla birlikde muntezem parlamentlerin zeruriliyini serbest seckileri Parlamentde ifade azadligi qaydalarini ve monarxiyanin gucunu mehdudlasdiraraq Avropanin qalan hissesinden ferqli olaraq kral mutleqiyyetinin hakim olmayacagini mueyyen etmisdir Yalniz 1884 de Kabotaj Qanununun qebulu ile ekser kisiler secmek huququna sahib olmusdurlar Amerika Birlesmis Statlari Amerika inqilabi 1765 1783 Amerika Birlesmis Statlarini yaratmisdir Yeni Konstitusiya bir icra orqani milli bir mehkeme sistemi ve Senatda statlari Numayendeler Palatasinda ise ehalinin numayendesi olan iki palatali bir Konqres kimi nisbeten guclu bir federal milli hokumet yaratmisdir Ideoloji menada bir muveffeqiyyet olan Amerika inqilabi hec bir zaman tek bir diktatoru olmayan heqiqi bir respublikanin yaradilmasini temin etmisdir ancaq sesverme huquqlari baslangicda yalniz ag irqe mensub olan ve mulk sahibi olan kisiler ehalinin texminen 6 si ile mehdudlasirdi Kolelik Amerikan vetendas muharibesinden 1861 1865 sonraki Yenidenqurma Dovru konstitusiya deyisiklikleri ile Cenub statlarinda qadagan edilmemisdir Cenubdaki Jim Crow ayriseckiliyini def etmek ucun Afrika menseli Amerikalilara vetendas huquqlari temin edilmesi prosesi 1960 ci illerde bas vermisdir Fransa Boyuk Fransa inqilabi 1789 qisa bir muddet erzinde genis bir secki haqqi temin etmisdir Fransiz inqilab muharibeleri ve Napoleon muharibeleri iyirmi ilden cox davam etmisdir Fransiz Direktoriyasi daha cox oliqarxik idi Birinci Fransa imperiyasi ve Burbon sulalesinin restavrasiyasi dovru daha avtoritar bir idareetmeni geri getirmisdir Ikinci Fransa Respublikasi dovrunde kisilerin umumi sesverme haqqlari var idi ancaq ondan sonra Ikinci Fransa imperiyasi yaranmisdir Fransa Prussiya muharibesinden 1870 71 sonra ise Ucuncu Fransa Respublikasi yaradilmisdir Almaniya Almaniyada 1919 cu ilde Veymar Respublikasinin yaradilmasi ile ilk demokratiya yaranmisdir Bu parlament respublikasi Almaniya imperiyasinin Birinci Dunya muharibesindeki meglubiyyetinden sonra yaradilmisdir Veymar Respublikasi yalniz 14 il movcud olmus ve Ucuncu Reyx diktatorlugu terefinden mehv edilmisdir Tarixciler Veymar Respublikasinin demokratiklesme cehdinin niye muveffeqiyyetsiz oldugunu hele de muzakire edirler Almaniya Ikinci Dunya muharibesinde meglubiyyete ducar olduqdan sonra demokratiya ABS rehberliyindeki isgal altindaki Qerbi Almaniyada yeniden yaradilmis ve cemiyyetin denazifikasiyasi heyata kecirilmisdir Italiya 1861 de Italiyanin birlesdirilmesinden sonra Italiya kralligi Kralin ehemiyyetli selahiyyetlere malik oldugu konstitusiyali bir monarxiyaya cevrilmisdir Italya fasizmi Birinci Dunya muharibesinden sonra bir diktatorluga cevrilmisdir Ikinci Dunya muharibesinden sonra ise Italya Respublikasi meydana cixmisdir Yaponiya Yaponiyada mehdud demokratik islahatlar Meyci dovru Yaponiyada senaye modernlesmesinin baslandigi dovr Taishō dovru 1912 1926 ve kohne Shōwa dovrunde tetbiq edilmisdir Azadliq ve Xalqin Huquqlari Herekati kimi demokratiya terefdari herekatlarin ve bezi proto demokratik institutlarin movcudluguna baxmayaraq Yapon cemiyyeti son derece muhafizekar bir cemiyyet ve burokratiya terefinden mehdudlasdirilmisdi Tarixci Kent E Calder Meyci rehberliyinin taktiki sebeblerle bezi pluralist xususiyyetlere sahib olan konstitusiya idareetmesini qebul etdiyini bildirir ve Ikinci Dunya muharibesinden evvel Yapon cemiyyetine kend menseli elitalar boyuk muessiseler ve herbciler kimi enenevi bir koalisiya nin hakim oldugunu ve bu hakim tebeqenin pluralizme ve islahatciliga qarsi cixdigini bildirmisdir Imperiya meclisi Yapon militarizmi Boyuk depressiya ve Sakit okean muharibesinin tesirlerine baxmayaraq movcudlugunu davam etdirse de siyasi partiyalar kimi diger pluralist institutlar movcud ola bilmemisdirler Ikinci Dunya muharibesinden sonraki muttefiqlerin isgal dovrunde ise Yaponiya daha enerjili pluralist bir demokratiyani qebul etmisdir Latin Amerikasi Latin Amerikasi olkeleri 1810 cu il ile 1825 ci iller arasinda musteqillik qazanmis ve qisa muddet sonra numayendeli hokumet ve seckilerle bagli erken tecrubeler yasamisdir Butun Latin Amerikasi olkeleri Kolumbiyanin 1810 Paraqvayin ve Venesuelanin 1811 ve Cilinin 1818 ci ilde yaratmis oldugu numayendelikli orqanlari musteqillik sonrasinda suretle yaratdilar Adam Przeworski Latin Amerikasinda numayendelikli orqanlar ile edilen bezi tecrubelerin coxunun Avropa olkelerinden daha evvel bas verdiyini gosterir Fehle sinfinin sesverme huququna sahib oldugu kutle demokratiyasi ise ancaq 1930 cu ve 1940 ci iller arasinda yayilmisdir SebebleriHemcinin baxIstinadlarAries A Arugay Democratic Transitions eng 30 11 2021 25 April 2024 tarixinde Istifade tarixi 28 may 2024 Rowman amp Littlefield Publishers Historical Dictionary of Democracy https books google com eng 2019 28 May 2024 tarixinde Istifade tarixi 28 may 2024 Matthijs ogaards Measures of Democratization From Degree to Type to War eng University of Utah Sage Publications Inc 2010 21 April 2023 tarixinde Istifade tarixi 28 may 2024 Xarici kecidlerAries A Arugay Democratic Transitions eng 30 11 2021 Istifade tarixi 28 may 2024 Rowman amp Littlefield Publishers Historical Dictionary of Democracy https books google com eng 2019 Istifade tarixi 28 may 2024 Matthijs ogaards Measures of Democratization From Degree to Type to War eng University of Utah Sage Publications Inc 2010 Istifade tarixi 28 may 2024