Dayaklar (protoavstroneziya dilində Daya – “qurunun daxili, sahildən uzaq hissələri”) — Kalimantan adasının daxili rayonlarında (İndoneziya, Malayziya, Bruney) yaşayan Avstroneziya xalqlarının ümumiləşdirici adı.
Tarixi
Ənənəvi olaraq dayaklara tala əkinçiliyi ilə məşğul olan və İslamı qəbul etməyən adanın yerli sakinləri aid edilir; sahilyanı rayonlarda suvarma çəltikçiliyi ilə məşğul olan müsəlman malayyalılar, həmçinin cəngəlliklərdə ovçuluq və yığıcılıqla məşğul olan punanlar dayakladan fərqləndirilir. Ümumi sayları 4–5 mln. nəfərdir (2006).
Dilləri
Avstroneziya dil ailəsinin müxtəlif qollarına aid dillərdə (bax Kalimantan dilləri) danışırlar. Ayrı-ayrı dayak tayfalarında mnemonik piktoqrafiya mövcud idi. İban, nqacu və s. dillərdə 19-cu əsrin ortalarında xristian missionerlər tərəfindən işlənib hazırlanmış, yaxud İndoneziyada tətbiq edilən latın əlifbasının təsiri altında 20-ci əsrin ikinci yarısında yaranmış yazı sistemləri meydana gəldi. İndoneziya dayaklar arasında yayılmış nqacu dili, Saravakda isə iban dili etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunur. İndoneziya dili (İndoneziyada) və ədəbi Malayya dili (Malayziya və Bruneydə) də yayılmışdır. Malayya-dayak qrupuna aid dillərdə danışan dayaklar Kalimantanın şimal-qərbində yaşayırlar: ibanlar, yaxud dəniz dayaklar [Malayziyada Saravak ştatının əsas əhalisi, həmçinin İndoneziyanın Qərbi Kalimantan əyalətinin şimal-şərqində və Bruneydə (750 min nəfər, 2004) yaşayırlar], dil baxımdan onlara yaxın olan kanincallar və ya kenincallar (İndoneziyanın Mərkəzi Kalimantan əyalətinin şimal-qərbində Melavi çayı boyunda – 46 min nəfər), həmçinin Qərbi Kalimantan əyalətinin şimal-qərbində yaşayan və Malayya-dayak dilində danışan dayaklar (delanqlar – 200 min nəfər, kendayanlar, yaxud ambavanqlar– 154 min nəfər, bananaklar – 100 min nəfər, kayunqlar, selakolar – 100 min nəfər və s.). Quruda yaşayan kleman tanlar, yaxud quru dayaklar (420 min nəfər) Qərbi Kalimantan əyalətinin daxili rayonlarında və Saravakın cənub-qərində məskunlaşmışlar. Malayziyada onlar bidayu (ən iri qrupun adı) birliyinə konsolidasiya olunurlar.
Kalimantanın şimal, şimal şərqində və mərkəzi hissəsində yaşayan dayaklar melanau-kacanqa [melanau (Saravakın şimal sahilyanı və Bruney – 35 min nəfər)], recanq-sacau, Sabah [kadazanlar (köhnə adları – dusunlar; Sabahın əsas əhalisi, Bruneydə də yaşayırlar – 450 min nəfər] dillərində danışırlar); Bruney buxtası rayonunda yaşayan visayyalar (bisayyalar; Malayziyada 30 min nəfər) və visayyalar-tutonqlar (Malayziya və Bruneydə 30 min nəfər), Beravan-Aşağı Baram, bintulu və day [murutlar (Bruney, Sabah, Şərqi Kalimantanın şimalında 130 min nəfər); kelabitlər (əsasən, Kelabit yaylasında və Şərqi Kalimantan əyalətinin şimal qərbində, həmçinin Saravak və Bruneydə 70 min nəfər)] və kenya [kenyalar (Kalimantanın İndoneziya hissəsi və Saravak – 30 min nəfər)] qollarına aid dillərdə danışırlar. Kenyalarla qarışıq onlara mədəniyyətcə yaxın olan kayan-murik qolu dillərində danışan kayanlar (40 min nəfər) yaşayırlar. Barito çayı hövzəsində və Kalimantanın mərkəzi və cənub şərq hissəsində yaşayan Barito qoluna aid dillərdə danışan barito dayaklar sayca daha çoxdurlar: nqacular (800 min nəfər), maanyanlar, yaxud maanyaklar (150 min nəfər), lavanqanlar (100 min nəfər), bakumpaylar (100 min nəfər), sianqlar (60 min nəfər) və başqaları.
Din və etiqadlar
Dayakların təqribən 1 milyonu ənənəvi etiqadlarını qoruyub saxlayır. Nqacu və ibanolarda adət hüququna, mürəkkəb mifoloji sistemə və şaman təbəqəsinin fərqləndirilməsinə əsaslanan müstəqil dini sistemlər yaranmışdır. Nqacuların kaharinqan (“dini mahiyyətlilik”) dini 1970-ci illərdən hinduizmin xüsusi forması kimi ümumindoneziya dini-siyasi quruluşuna daxil olmuşdur. Müsəlman və xristian dayaklarda ənənəvi inanclarnı qoruyub saxlamışlar. Dayaklar arasında İslam dininin yayılması 15-ci əsrən başlamış və hazırda davam etməkdədir. Müasir dayakların təqribən 70%-i xristiandır. Kalimantanda Avstraliya irqinə mənsub insanların qədim yaşayış abidələri (adanın şimalındakı Nia mağarasında, 40 min il əvvəl) qalmışdır. E.ə. 4–3-cü minilliklərdən başlayaraq avstroneziyalıların Kalimantana bir neçə axını nəticəsində Avstraliya irqinə mənsub qədim əhali buradan tamamilə sıxışdırılmışdır. Etnogenetik rəvayətlərdə dayaklar əcdadlarının mənşəcə Sumatra, Sulavesi, Filippin və digər adalardan olmaları haqqında məlumatlar var. Təqribən eramızın əvvəllərində, Hind-Çindən gəlmələrin axını zamanı burada Donqşon mədəniyyəti yayılmışdır. Burada metallurgiyanın (tunc və güman ki, dəmir) inkişafı, ehtimal ki, həmin mədəniyyətlə bağlıdır.
İnisiasiya, tatuirləmə, dişlərin qaraldılması və mişarlanması və s. adətlər qalmaqdadır; 20-ci əsrin birinci yarısınadək “düşmən başlarının ovu” adəti, insanların qurban verilməsi və ayini kannibalizm mövcud idi. Başlıca ayin bir neçə ildən bir həyata keçirilən təkrar dəfnetmə mərasimidir; tabutlar bəzən qayıq formasında düzəldilirdi. Kosmoqonik miflərdə dünya 3 təbəqəyə bölünür: baş tanrının (quş-kərgədan surətində təsvir olunurdu – Mahatala, Batara Quru və s.) idarə etdiyi yuxarı – səmavi təbəqə; ilanabənzər tanrı Cati nin idarə etdiyi aşağı – su və orta yer təbəqələri. Bütün təbəqələr Dünya Ağacı vasitəsilə birləşir. Bəzi mifologiyalarda hinduist-buddist və müsəlman təsəvvürləri müşahidə olunur
Kənd təsərrüfatı
Əsas ənənəvi məşğuliyyətləri talalarda toxa əkinçiliyidir (əsasən quru dərələrdə çəltikçilik, bəzi yerlərdə isə taro, yams, maniok); kelabitlər və kadazanların bəzi qruplarında suvarma və dağ yamaclarının terraslaşdırılması mövcuddur. Əsas əmək alətləri bıçaq-dəhrə (paranq), əkin payası, biçin bıçağıdır. Kəl, donuz, keçi, toyuq, nadir hallarda ov itləri yetişdirirlər. Ovçuluqla (sumpitan və kaman), bal, rotanq, kauçuk, kafur, dammara qatranı, qaranquş yuvaları və s.-nin yığımı ilə məşğuldurlar. Ağac (antropomorf heykəllər, evlər və qəbirüstü abidələr, həmçinin qayıq, qalxan və dəfn tikililəri üzərindəki ornamentlər), bambuk və sümük üzərində oyma, rotanq və bambukdan hörmə, toxuculuq, parçaların boyanması, tapanın düzəldilməsi, dəmirin əridilməsi, dəmirçilik (o cümlədən silahların – paranqların, mandou qılınclarının, nizələrin düzəldilməsi), qızıl və gümüşün emalı, oyulmuş qayıqların (döyüş qayıqlarının uz. 50 m, tutumu 70 nəfərlik idi), kobud keramikanın (qabları daş vasitəsilə düzəldir, qurudur və ya bişirirdilər, bəzən şirələyirdilər) hazırlanması inkişaf etmişdir; mis sincləri və çini qabları dəyərləndirirlər. Oyma, hörmə, divar naxışları, parçalar, muncuqlu bəzək əşyaları üzərində antropomorf və zoomorf təsvirlər, bəzi evlərin divarlarında məişət və ov səhnələri var. Ənənəvi yaşayış məskənləri 50-dək ailənin yaşadığı bir və ya bir neçə uzunsov evdən (uz. təqr. 400 m) ibarətdir. Müasir uzunsov evlər, xüsusilə Malayziyada, modernləşdirilmişdir. Belə evlərdə bilateral qohum qrup, yaxud tayfa yaşayır.
Mədəniyyətləri
Adanın şimal və şimal şərqində meqalit abidələrinin (dolmenlər və mengirlər) yayılması eyni vaxta təsadüf edir. Qədim meqalitlər kelabitlərin ənənəvi mədəniyyətlərinə daxil olur. Kalimantan beynəlxalq ədviyyat ticarətinə qoşulmaqla əsas kafur tədarükçüsünə çevrilir. Sahilyanı rayonlar mərkəzləri Yava və Sumatrada yerləşən hinduist-buddist ada imperiyalarının (Şrivicaya, sonralar isə Macapahit) təsirinə məruz qalır. Onların ekspansiyası dayakların adasıdan köçməsinə gətirib çıxartdı. Məs., barito dayaklar bir qrupu 7-ci əsrdə Madaqaskarda məskunlaşaraq malaqasilərin əcdadlarından biri oldu. Dayaklar digər qrupu isə Kalimantanın cənub şərqindən Filippinə köçdü; onların nəsilləri olan sama-bacaolar (bax Oranqlautlar) “dəniz köçəriləri” kimi məşhurdur. Onların bir hissəsi (Sabah bacaoları) artıq Yeni dövrdə şimal-şərqində sahilyanı rayonlarında məskunlaşdı. Ada sahillərinin malayyalılaşdırılması dayaklar müqavimətilə rastlaşdı. İbanalar Cənubi Çin dənizində quldurluğa başladıqlarına görə onlar “dəniz dayaklar ” ləqəbini aldılar. Lakin dayakların əksəriyyəti 19-cu əsrədək Kalimantanın daxili rayonların da təcrid olunmuş vəziyyətdə yaşayırdılar. Dayaklar mədəniyyəti Cənub-Şərqi Asiyanın daxili rayonları üçün səciyyəvidir.
Ekzoqam qohum təşkilatlar yoxdur. Kişilər uzun saç saxlayırdılar. İri dayak tayfalarının icma birlikləri var idi. Tayfa üzvləri əyanlara (kahinlər də daxil olmaqla), icmaçılara və qullara bölünürdü. Nikah bilateraldır, varislik hüququ ata xətti üzrə hesablanır, qohumluq terminləri sistemi nəsilbənəsil keçir.
Ayin və məişət rəqsləri, o cümlədən kişilərin döyüş rəqsləri, heyvanları təqlid edən məzəli rəqslər, qadın asta rəqsləri və s. yayılmışdır. Vokal musiqi birsəslidir, bəzən xor unisonundan istifadə olunur. Ayin, epik, məhəbbət, qayıqçı nəğmələri yayılmışdır.
Qamelan musiqisi əsas yer tutur, ənənəvi peloq və slendro səs düzümündən istifadə edilir. Dodaq orqanı (kledi, sampotan), sinclər, metallofonlar, membranofonlar, bambuk ksilofonu (qambanq), bambuk varqanı, şaquli fleyta (sulinq), burun fleytası, boruşəkilli sitra (gövdəsi bambukdan) ən geniş yayılmış musiqi alətləridir. Sinclərdən mərasim (o cümlədən tunc sinclərdən ruhların çağırılması üçün) və siqnal aləti kimi də istifadə olunur. Xordofonlara da rast gəlinir (2–3 simli lütnyalar, sitralar və s.). İnstrumental ansambllar səciyyəvidir (təbillə sinclər dəsti; təbillə fleytalar ansamblı və s.). 20-ci əsrin sonlarından dayaklar, xüsusilə Malayziyada yaşayan dayakların həyatı modernləşir, şəhərlərə miqrasiya artır. Malayyalılaşdırma ilə yanaşı, ümumdayak etnomədəni eynilik inkişaf edir, Saravakın daxili rayonlarındakı tayfaları (kenyalar, kayanlar, kelabitlər) birləşdirən Sabah kadazanları, Saravak bidayuları, oranq-xulular (“daxili rayonlarda yaşayanlar”) adlı yeni etnik birliklər yaranır. Kalimantanın İndoneziya hissəsində baş verən analoji proseslər sosial toqquşmalara (məs., 1999–2001-ci illərdə hökumət proqramı çərçivəsində köçürülmüş madurlulara qarşı qırğınlar) gətirib çıxarır.
Həmçinin bax
Xarici keçidlər
- www.worldmessenger.ning.com- social networking site run by Urban Dayaks Generation 2017-02-20 at the Wayback Machine
- www.dayakology.com - a site run by Dayaks
Istinadlar
- Dayaklar// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 389-390-391.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dayaklar protoavstroneziya dilinde Daya qurunun daxili sahilden uzaq hisseleri Kalimantan adasinin daxili rayonlarinda Indoneziya Malayziya Bruney yasayan Avstroneziya xalqlarinin umumilesdirici adi Dayaklarin sub etnik qruplari enenevi geyimlerdeTarixiEnenevi olaraq dayaklara tala ekinciliyi ile mesgul olan ve Islami qebul etmeyen adanin yerli sakinleri aid edilir sahilyani rayonlarda suvarma celtikciliyi ile mesgul olan muselman malayyalilar hemcinin cengelliklerde ovculuq ve yigiciliqla mesgul olan punanlar dayakladan ferqlendirilir Umumi saylari 4 5 mln neferdir 2006 DilleriAvstroneziya dil ailesinin muxtelif qollarina aid dillerde bax Kalimantan dilleri danisirlar Ayri ayri dayak tayfalarinda mnemonik piktoqrafiya movcud idi Iban nqacu ve s dillerde 19 cu esrin ortalarinda xristian missionerler terefinden islenib hazirlanmis yaxud Indoneziyada tetbiq edilen latin elifbasinin tesiri altinda 20 ci esrin ikinci yarisinda yaranmis yazi sistemleri meydana geldi Indoneziya dayaklar arasinda yayilmis nqacu dili Saravakda ise iban dili etnoslararasi unsiyyet vasitesi kimi istifade olunur Indoneziya dili Indoneziyada ve edebi Malayya dili Malayziya ve Bruneyde de yayilmisdir Malayya dayak qrupuna aid dillerde danisan dayaklar Kalimantanin simal qerbinde yasayirlar ibanlar yaxud deniz dayaklar Malayziyada Saravak statinin esas ehalisi hemcinin Indoneziyanin Qerbi Kalimantan eyaletinin simal serqinde ve Bruneyde 750 min nefer 2004 yasayirlar dil baximdan onlara yaxin olan kanincallar ve ya kenincallar Indoneziyanin Merkezi Kalimantan eyaletinin simal qerbinde Melavi cayi boyunda 46 min nefer hemcinin Qerbi Kalimantan eyaletinin simal qerbinde yasayan ve Malayya dayak dilinde danisan dayaklar delanqlar 200 min nefer kendayanlar yaxud ambavanqlar 154 min nefer bananaklar 100 min nefer kayunqlar selakolar 100 min nefer ve s Quruda yasayan kleman tanlar yaxud quru dayaklar 420 min nefer Qerbi Kalimantan eyaletinin daxili rayonlarinda ve Saravakin cenub qerinde meskunlasmislar Malayziyada onlar bidayu en iri qrupun adi birliyine konsolidasiya olunurlar Kalimantanin simal simal serqinde ve merkezi hissesinde yasayan dayaklar melanau kacanqa melanau Saravakin simal sahilyani ve Bruney 35 min nefer recanq sacau Sabah kadazanlar kohne adlari dusunlar Sabahin esas ehalisi Bruneyde de yasayirlar 450 min nefer dillerinde danisirlar Bruney buxtasi rayonunda yasayan visayyalar bisayyalar Malayziyada 30 min nefer ve visayyalar tutonqlar Malayziya ve Bruneyde 30 min nefer Beravan Asagi Baram bintulu ve day murutlar Bruney Sabah Serqi Kalimantanin simalinda 130 min nefer kelabitler esasen Kelabit yaylasinda ve Serqi Kalimantan eyaletinin simal qerbinde hemcinin Saravak ve Bruneyde 70 min nefer ve kenya kenyalar Kalimantanin Indoneziya hissesi ve Saravak 30 min nefer qollarina aid dillerde danisirlar Kenyalarla qarisiq onlara medeniyyetce yaxin olan kayan murik qolu dillerinde danisan kayanlar 40 min nefer yasayirlar Barito cayi hovzesinde ve Kalimantanin merkezi ve cenub serq hissesinde yasayan Barito qoluna aid dillerde danisan barito dayaklar sayca daha coxdurlar nqacular 800 min nefer maanyanlar yaxud maanyaklar 150 min nefer lavanqanlar 100 min nefer bakumpaylar 100 min nefer sianqlar 60 min nefer ve basqalari Din ve etiqadlarElinde nize olan dayakli Dayaklarin teqriben 1 milyonu enenevi etiqadlarini qoruyub saxlayir Nqacu ve ibanolarda adet huququna murekkeb mifoloji sisteme ve saman tebeqesinin ferqlendirilmesine esaslanan musteqil dini sistemler yaranmisdir Nqacularin kaharinqan dini mahiyyetlilik dini 1970 ci illerden hinduizmin xususi formasi kimi umumindoneziya dini siyasi qurulusuna daxil olmusdur Muselman ve xristian dayaklarda enenevi inanclarni qoruyub saxlamislar Dayaklar arasinda Islam dininin yayilmasi 15 ci esren baslamis ve hazirda davam etmekdedir Muasir dayaklarin teqriben 70 i xristiandir Kalimantanda Avstraliya irqine mensub insanlarin qedim yasayis abideleri adanin simalindaki Nia magarasinda 40 min il evvel qalmisdir E e 4 3 cu minilliklerden baslayaraq avstroneziyalilarin Kalimantana bir nece axini neticesinde Avstraliya irqine mensub qedim ehali buradan tamamile sixisdirilmisdir Etnogenetik revayetlerde dayaklar ecdadlarinin mensece Sumatra Sulavesi Filippin ve diger adalardan olmalari haqqinda melumatlar var Teqriben eramizin evvellerinde Hind Cinden gelmelerin axini zamani burada Donqson medeniyyeti yayilmisdir Burada metallurgiyanin tunc ve guman ki demir inkisafi ehtimal ki hemin medeniyyetle baglidir Inisiasiya tatuirleme dislerin qaraldilmasi ve misarlanmasi ve s adetler qalmaqdadir 20 ci esrin birinci yarisinadek dusmen baslarinin ovu adeti insanlarin qurban verilmesi ve ayini kannibalizm movcud idi Baslica ayin bir nece ilden bir heyata kecirilen tekrar defnetme merasimidir tabutlar bezen qayiq formasinda duzeldilirdi Kosmoqonik miflerde dunya 3 tebeqeye bolunur bas tanrinin qus kergedan suretinde tesvir olunurdu Mahatala Batara Quru ve s idare etdiyi yuxari semavi tebeqe ilanabenzer tanri Cati nin idare etdiyi asagi su ve orta yer tebeqeleri Butun tebeqeler Dunya Agaci vasitesile birlesir Bezi mifologiyalarda hinduist buddist ve muselman tesevvurleri musahide olunurKend teserrufatiEsas enenevi mesguliyyetleri talalarda toxa ekinciliyidir esasen quru derelerde celtikcilik bezi yerlerde ise taro yams maniok kelabitler ve kadazanlarin bezi qruplarinda suvarma ve dag yamaclarinin terraslasdirilmasi movcuddur Esas emek aletleri bicaq dehre paranq ekin payasi bicin bicagidir Kel donuz keci toyuq nadir hallarda ov itleri yetisdirirler Ovculuqla sumpitan ve kaman bal rotanq kaucuk kafur dammara qatrani qaranqus yuvalari ve s nin yigimi ile mesguldurlar Agac antropomorf heykeller evler ve qebirustu abideler hemcinin qayiq qalxan ve defn tikilileri uzerindeki ornamentler bambuk ve sumuk uzerinde oyma rotanq ve bambukdan horme toxuculuq parcalarin boyanmasi tapanin duzeldilmesi demirin eridilmesi demircilik o cumleden silahlarin paranqlarin mandou qilinclarinin nizelerin duzeldilmesi qizil ve gumusun emali oyulmus qayiqlarin doyus qayiqlarinin uz 50 m tutumu 70 neferlik idi kobud keramikanin qablari das vasitesile duzeldir qurudur ve ya bisirirdiler bezen sireleyirdiler hazirlanmasi inkisaf etmisdir mis sincleri ve cini qablari deyerlendirirler Oyma horme divar naxislari parcalar muncuqlu bezek esyalari uzerinde antropomorf ve zoomorf tesvirler bezi evlerin divarlarinda meiset ve ov sehneleri var Enenevi yasayis meskenleri 50 dek ailenin yasadigi bir ve ya bir nece uzunsov evden uz teqr 400 m ibaretdir Muasir uzunsov evler xususile Malayziyada modernlesdirilmisdir Bele evlerde bilateral qohum qrup yaxud tayfa yasayir MedeniyyetleriAdanin simal ve simal serqinde meqalit abidelerinin dolmenler ve mengirler yayilmasi eyni vaxta tesaduf edir Qedim meqalitler kelabitlerin enenevi medeniyyetlerine daxil olur Kalimantan beynelxalq edviyyat ticaretine qosulmaqla esas kafur tedarukcusune cevrilir Sahilyani rayonlar merkezleri Yava ve Sumatrada yerlesen hinduist buddist ada imperiyalarinin Srivicaya sonralar ise Macapahit tesirine meruz qalir Onlarin ekspansiyasi dayaklarin adasidan kocmesine getirib cixartdi Mes barito dayaklar bir qrupu 7 ci esrde Madaqaskarda meskunlasaraq malaqasilerin ecdadlarindan biri oldu Dayaklar diger qrupu ise Kalimantanin cenub serqinden Filippine kocdu onlarin nesilleri olan sama bacaolar bax Oranqlautlar deniz kocerileri kimi meshurdur Onlarin bir hissesi Sabah bacaolari artiq Yeni dovrde simal serqinde sahilyani rayonlarinda meskunlasdi Ada sahillerinin malayyalilasdirilmasi dayaklar muqavimetile rastlasdi Ibanalar Cenubi Cin denizinde quldurluga basladiqlarina gore onlar deniz dayaklar leqebini aldilar Lakin dayaklarin ekseriyyeti 19 cu esredek Kalimantanin daxili rayonlarin da tecrid olunmus veziyyetde yasayirdilar Dayaklar medeniyyeti Cenub Serqi Asiyanin daxili rayonlari ucun seciyyevidir Ekzoqam qohum teskilatlar yoxdur Kisiler uzun sac saxlayirdilar Iri dayak tayfalarinin icma birlikleri var idi Tayfa uzvleri eyanlara kahinler de daxil olmaqla icmacilara ve qullara bolunurdu Nikah bilateraldir varislik huququ ata xetti uzre hesablanir qohumluq terminleri sistemi nesilbenesil kecir Ayin ve meiset reqsleri o cumleden kisilerin doyus reqsleri heyvanlari teqlid eden mezeli reqsler qadin asta reqsleri ve s yayilmisdir Vokal musiqi birseslidir bezen xor unisonundan istifade olunur Ayin epik mehebbet qayiqci negmeleri yayilmisdir Qamelan musiqisi esas yer tutur enenevi peloq ve slendro ses duzumunden istifade edilir Dodaq orqani kledi sampotan sincler metallofonlar membranofonlar bambuk ksilofonu qambanq bambuk varqani saquli fleyta sulinq burun fleytasi borusekilli sitra govdesi bambukdan en genis yayilmis musiqi aletleridir Sinclerden merasim o cumleden tunc sinclerden ruhlarin cagirilmasi ucun ve siqnal aleti kimi de istifade olunur Xordofonlara da rast gelinir 2 3 simli lutnyalar sitralar ve s Instrumental ansambllar seciyyevidir tebille sincler desti tebille fleytalar ansambli ve s 20 ci esrin sonlarindan dayaklar xususile Malayziyada yasayan dayaklarin heyati modernlesir seherlere miqrasiya artir Malayyalilasdirma ile yanasi umumdayak etnomedeni eynilik inkisaf edir Saravakin daxili rayonlarindaki tayfalari kenyalar kayanlar kelabitler birlesdiren Sabah kadazanlari Saravak bidayulari oranq xulular daxili rayonlarda yasayanlar adli yeni etnik birlikler yaranir Kalimantanin Indoneziya hissesinde bas veren analoji prosesler sosial toqqusmalara mes 1999 2001 ci illerde hokumet proqrami cercivesinde kocurulmus madurlulara qarsi qirginlar getirib cixarir Hemcinin baxKalimantan AvstroneziyaXarici kecidlerwww worldmessenger ning com social networking site run by Urban Dayaks Generation 2017 02 20 at the Wayback Machine www dayakology com a site run by DayaksIstinadlarDayaklar Azerbaycan Milli Ensiklopediyasi 25 cildde VI cild Baki 2009 Seh 389 390 391