Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Tarixi
Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Eramızdan əvvəl XVI əsrdə Krit, XIII–XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə — Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H. Z. Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən "Muzey içində muzey" də deyirlər. Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb. Erməni işğalından azad olunmuş doğma və canlı muzey olan Şuşada işğaladək 8 muzey fəaliyyət göstərib. Hazırda bərpa işləri aparılan Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin evi, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı zəngin eksponat sayına görən fərqlənən muzeylərimiz olmuşlar. Çox təəssüflə bildiririk ki, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi erməni vandalları tərəfindən Ağdam şəhəri kimi tamamilə yerlə-yeksan olunub. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey — maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
İstinadlar
- 18 may — Beynəlxalq Muzeylər Günüdür [ölü keçid]
- "Beynəlxalq muzey günü". 2023-07-03 tarixində . İstifadə tarixi: 2022-05-23.
Xarici keçidlər
- Beynəlxalq Muzeylər Günü
- Muzeylər milli mədəniyyət nümunələrimizin qorunduğu məkandır
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Beynelxalq Muzeyler Gunu Beynelxalq Muzeyler Surasinin ICOM tesebbusu ile 1977 ci ilden etibaren 18 may tarixinde qeyd edilir Bu bayram bir qayda olaraq xalqlar arasinda medeni mubadile ve emekdasligin inkisafina komek suari ile kecirilir Muzeyler menevi deyerleri toplayan qoruyan ve teblig eden muessiselerdir Respublika muzeylerinde bu baximdan cox boyuk is aparilir Hemin gun butun muzeylerimizde bu pese bayrami qeyd edilir TarixiBu gunun meqsedi muzeylerin cemiyyetin heyatinda ne derecede muhum rol oynadigini gostermekdir Bu bayram qedim tarixe ve zengin medeniyyete malik Azerbaycanda da genis miqyasda qeyd edilir Eramizdan evvel XVI esrde Krit XIII XII esrlerde Cin III esrde Qedim Roma ve Yunanistanda estetik deyere malik esyalarin eserlerin senedlerin saxlandigi mekanlarin muasir muzeylerin selefleri hesab olundugunu nezere alaraq olkemiz erazisinde qurulmus Atropatena ve Albaniya dovletleri hokmdarlarinin saraylarini da bele yerler kimi qeyd etmek yerine duser Erken ve orta esrlerde ise Azerbaycanda hakim sulaleler terefinden kolleksiyaciliq enenelerine maraq guclenib qiymetli esyalar xezinelerde saray kitabxanalarinda muhafize edilib Azerbaycanin ictimai siyasi medeni heyatinda XIX esrin ikinci yarisindan etibaren suretle cereyan eden prosesler muzey isinin teskiline tekan verib Ilk bele muzeylerden biri gorkemli edib Celil Memmedquluzadenin tesebbusu ve yaxindan istiraki ile XIX esrin sonlarinda Naxcivanin Nehrem kend mektebinde teskil olunub Oten esrin evvellerinde ise Bakida xalq mektebleri mudiriyyeti nezdinde pedaqoji hemcinin Umumrusiya Texniki Cemiyyetinin Baki sobesi nezdinde qapali muzeyler yaradilib Lakin Nehrem kendindeki muzey istisna olmaqla adlari qeyd edilen mekanlar carizmin menafeyine uygun fealiyyet gosterib Tesadufi deyil ki Azerbaycanda askar edilen qiymetli arxeoloji esyalar Tiflis Moskva Peterburq muzeylerine gonderilib Azerbaycanda dovlet seviyyesinde 1919 cu ilde Xalq Cumhuriyyetinin dovrunde temeli qoyulmus ilk milli muzey 1920 ci ilden Azerbaycan Dovlet Muzeyi kimi fealiyyet gosterib Sovet hakimiyyetinin ilk illerinde Haci Zeynalabdin Tagiyev Murtuza Muxtarov Musa Nagiyev kimi Baki milyoncularindan musadire edilmis qiymetli senet eserleri bu muzeyin eksponatlari olub H Z Tagiyevin mulkunde yerlesen Milli Azerbaycan Tarix Muzeyinin binasinin ozu de tariximizden xeber veren das abide kimi qiymetlidir Ona gore de bu yere bezen Muzey icinde muzey de deyirler Oten esrin 30 cu illerinden etibaren bir birinin ardinca mahiyyetine gore muxtelif temayullu dovlet memorial seyyar edebiyyat incesenet tarix musiqi qoruq teatr muzeyleri yaradilib Sonraki illerde Azerbaycanda yeni muzeyler fealiyyete baslayib Ermeni isgalindan azad olunmus dogma ve canli muzey olan Susada isgaladek 8 muzey fealiyyet gosterib Hazirda berpa isleri aparilan Dovlet Qarabag Tarixi Muzeyi dahi bestekar Uzeyir Hacibeylinin evi vokal senetimizin banisi Bulbulun memorial gorkemli musiqici ve ressam Mir Mohsun Nevvabin xatire muzeyleri Azerbaycan Xalca Muzeyinin Susa filiali zengin eksponat sayina goren ferqlenen muzeylerimiz olmuslar Cox teessufle bildiririk ki kecmis SSRI de yegane olan Agdam Corek Muzeyi ermeni vandallari terefinden Agdam seheri kimi tamamile yerle yeksan olunub Azerbaycanda milli menevi deyerlerimize o cumleden muzey isine daim dovlet qaygisi olub 2000 ci il martin 24 de quvveye minmis Muzeyler haqqinda Azerbaycan Respublikasinin Qanunu olkemizde muzeylerin fealiyyetinin teskilati huquqi esaslarini ve muvafiq munasibetleri tenzimleyir Bu senede esasen muzey maddi medeniyyet abidelerinin komplektlesdirilmesi muhafizesi oyrenilmesi kutlevi numayisinin ve tebliginin heyata kecirildiyi medeniyyet elmi tedqiqat muessisesidir Istinadlar18 may Beynelxalq Muzeyler Gunudur olu kecid Beynelxalq muzey gunu 2023 07 03 tarixinde Istifade tarixi 2022 05 23 Xarici kecidlerBeynelxalq Muzeyler Gunu Muzeyler milli medeniyyet numunelerimizin qorundugu mekandirHemcinin baxMuzeyVikianbarda Muzei ile elaqeli mediafayllar var