İnnabı - Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri.
İnnabı | |
---|---|
Tempi | Asta |
Mənşəyi | Azərbaycan |
Müəllifi | xalq musiqiçisi , 1902 |
Yaranma tarixi | ≈ XlX əsrin əvvəli |
Söz açımı
Burada heç də innab meyvəsi nəzərdə tutulmur, meyvənin rəngi aktuallaşdırılır. İnnabı rəngi adıdır, tünd qırmızı rəngi bildirir. Bu, qadınların toy zamanı bər-bəzəyə, şala, qumasha, tafta-baftaya bürünüb simvolik şəkildə qırmızılaşdırılmasına, qırmızıya boyanmasına işarədir, alt-şüur səviyyəsində isə birbaşa qadın başlanğıcına işarədir.
Tarixçə
İnnabı Azərbaycanın toy rəqsidir, bir rəqs forması kimi varlı qadınların evlərində meydana gəlmişdir. Onu adətən qonaqlardan olan iki rəqqasə ifa edərmiş. İnnabını Bakıda yalnız qadınlar oynardılar, bir çox rayonlarda isə onu həm qadınlar, həm də kişilər ifa edərdilər. Vaxtilə Azərbaycanda qadın və kişi toyları (və ya qız və oğlan toyları) ayrıca keçirilərdi. Kişi toyunda qadınlar, qadın toylarında kişilər iştirak etməzdilər. Bu dövrdə qadınların getdiyi yerlər də məhdud idi. Odur ki, qadınlar toya da, hamama da öz maddi imkanlarını, ailə durumlarını, ailədə tutduqları statusu göstərmək üçün, özlərini, var-dövlətlərini göstərmək üçün gedərdilər və demək olar ki, əksər bahalı bəzək əşyalarını özlərilə göstərərdilər. Toya gəlmiş qadınlar əksərən öz bəzək əşyalarını toplum içrə sərgiləməyə gələrdilər.
Belə bir fərziyə vardır ki, İnnabı rəqsini bakılı tarzən çox istedadlı xalq musiqiçisi Tati yaratmışdır. Əslidə isə XX əsrin əvvəlində (təqribən 1902-ci illərdə) yaranmış bu qədim xalq rəqsini Tati sadəcə olaraq işləyib hazırlamışdır.
Xüsusən tar, kamança və nağaranın muşayiəti ilə bu zərif rəqs son dərəcə melodikdir. Rəqs əsasən utana-utana, üzlərini gizlədərək incə süzgün hərəkətlər düzümü əsasında qurulub. Hərəkətlər müxtəlif istiqamətlərdə həm dövrə, həm da düz xətt boyunca cərəyan edir.
Bu rəqs uzun illər Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansanbılının repertuarında dəfələrlə ifa olunub. Hətta gözəl xanəndəmiz Murtuza Məmmədov (Bülbül) İnnabı melodiyasına bayatılar əlavə edib onu mahnı kimi oxumuşdur.
Texnikası
İnnabı bir rəqs forması kimi varlı və zadəgan qadınların evində meydana gəlmişdir. Bu rəqsin əşyaları kəlağayı, alına taxılan qızıl pullar, habelə kəhrəba, mirvari və qızıl boyunbağları sayılır. Rəqsin ölçüsü 6/8 (3/4)-ədir; hərəkətləri aram və süzgün, tempi isə ortadır. Qadın-qız yığıncaqlarında, toylarda, şənliklərində oynanardı.
Bir və bəzən iki qız tərəfindən ifa edilir. Məzmunca çox sadədir. Burada ifaçılar qadınların naz-qəmzəsini göstərməyə çalışırlar. Rəqsi qızlardan biri başlayır. Sonra ikinci qız guya könülsüz olaraq ona qoşulur və daim nazlanaraq kənara çəkilmək istəyir, ancaq rəfiqələr razılığa gəlib şən, coşğun hərəkətlərlə rəqsi davam etdirirlər.
Innabını ifa edərkən ağ rəqs paltarı heç də yerinə düşmür. Ona görə keçən əsrin 30-50-ci illərində rəqqasələr zər-xaranı imitasiya eləyən paltarlar geyinirdilər. Hətta Əminə Dilbazi xatırlayır ki, o, adi sovet üç qəpiklərini parıldadıb sinəsinə, alnına taxırdı və qızıl pul illüziyası, qədimilik illüziyası, boyunbağı, cütqabağı illüziyası yaradırdı.
Əminə Dilbazinin İnnabısı
Əminə Dilbazi İnnabı rəqsində varlı qadının fərəhini, onun yarışmaq istəyini, lovğalığını yox, nisgilini, sevgisizliyini, xiffətini, bir sözlja, romantik dünyasını göstərməyə çalışırdı. Dilbazinin Innabısı heç də təsadüfi deyil ki, daha çox süzgün hərəkətlər, əl darağının zərif, incə oynatmaları üzərində qurulmuşdu, sındırmalar minimuma endirilmişdi. Əminə Dilbazi bu rəqsi məchul, məxfi bir sevgi macərası, bir sevgi əhvalatı kimi oynayırdı və onun rəqsinin Əzim Əzimzadənin rəsmindəki varlı qadınla heç bir əlaqəsi yox idi. Onun incə silueti, süzgün baxışları, uzun kiprikləri və ağır-səngin ədaları səhnədə çox maraqlı bir qadın obrazı yaradırdı. Təbii ki, bunun kökləri Azərbaycan rəqs mədəniyyəti ənənələrinin, toy mədəniyyəti ənənələrinin zənginliyindən irəli gəlir. Ancaq o fakt da danılmazdır ki, Əminə Dilbazi Azərbaycan toyunu, bu toyda rəqs edən qadınları yaxından tanıyıb, öyrənib və rəqs zamanı onların ümumiləşdirilmiş obrazına müraciət edib.
İnnabı incəsənətinin başqa qollarında
Əzim Əzimzadənin “Varlı evində toy” rəsmində rəqs eləyən varlı bir qadının fiquru şəklin, demək olar ki, mərkəzini tutur. Həmin qadının geyimi, bər-bəzəy İnnabı rəqsində verilən təsvirə tam uyğundur.
İstinadlar
- Ofeliya Zeynalova - Əminə Dilbazinin rəqs teatrı 2021-11-28 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
- ""Azərbaycan xalq rəqsləri" verilişi - İnnabı". 2015-02-08 tarixində . İstifadə tarixi: 2014-03-15.
- Большая советская энциклопедия - Иннаби 2019-07-14 at the Wayback Machine. М.: Советская энциклопедия 1969—1978.
- Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) 2022-04-01 at the Wayback Machine. Bakı: "Birləşmiş nəşriyyat", 1959.
Video
- "Azərbaycan xalq rəqsləri" verilişi - İnnabı
- Xalq artisti Cəmilə Bayramova - İnnabı
- Aytən Məhərrəmova - İnnabı (bayatılar)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Innabi Azerbaycanin meshur qedim qadin reqslerinden biri InnabiTempi AstaMenseyi AzerbaycanMuellifi xalq musiqicisi 1902Yaranma tarixi XlX esrin evveliSoz acimiBurada hec de innab meyvesi nezerde tutulmur meyvenin rengi aktuallasdirilir Innabi rengi adidir tund qirmizi rengi bildirir Bu qadinlarin toy zamani ber bezeye sala qumasha tafta baftaya burunub simvolik sekilde qirmizilasdirilmasina qirmiziya boyanmasina isaredir alt suur seviyyesinde ise birbasa qadin baslangicina isaredir TarixceInnabi Azerbaycanin toy reqsidir bir reqs formasi kimi varli qadinlarin evlerinde meydana gelmisdir Onu adeten qonaqlardan olan iki reqqase ifa edermis Innabini Bakida yalniz qadinlar oynardilar bir cox rayonlarda ise onu hem qadinlar hem de kisiler ifa ederdiler Vaxtile Azerbaycanda qadin ve kisi toylari ve ya qiz ve oglan toylari ayrica kecirilerdi Kisi toyunda qadinlar qadin toylarinda kisiler istirak etmezdiler Bu dovrde qadinlarin getdiyi yerler de mehdud idi Odur ki qadinlar toya da hamama da oz maddi imkanlarini aile durumlarini ailede tutduqlari statusu gostermek ucun ozlerini var dovletlerini gostermek ucun gederdiler ve demek olar ki ekser bahali bezek esyalarini ozlerile gostererdiler Toya gelmis qadinlar ekseren oz bezek esyalarini toplum icre sergilemeye gelerdiler Bele bir ferziye vardir ki Innabi reqsini bakili tarzen cox istedadli xalq musiqicisi Tati yaratmisdir Eslide ise XX esrin evvelinde teqriben 1902 ci illerde yaranmis bu qedim xalq reqsini Tati sadece olaraq isleyib hazirlamisdir Xususen tar kamanca ve nagaranin musayieti ile bu zerif reqs son derece melodikdir Reqs esasen utana utana uzlerini gizlederek ince suzgun hereketler duzumu esasinda qurulub Hereketler muxtelif istiqametlerde hem dovre hem da duz xett boyunca cereyan edir Bu reqs uzun iller Azerbaycan Dovlet Filarmoniyasinin mahni ve reqs ansanbilinin repertuarinda defelerle ifa olunub Hetta gozel xanendemiz Murtuza Memmedov Bulbul Innabi melodiyasina bayatilar elave edib onu mahni kimi oxumusdur TexnikasiInnabi bir reqs formasi kimi varli ve zadegan qadinlarin evinde meydana gelmisdir Bu reqsin esyalari kelagayi alina taxilan qizil pullar habele kehreba mirvari ve qizil boyunbaglari sayilir Reqsin olcusu 6 8 3 4 edir hereketleri aram ve suzgun tempi ise ortadir Qadin qiz yigincaqlarinda toylarda senliklerinde oynanardi Bir ve bezen iki qiz terefinden ifa edilir Mezmunca cox sadedir Burada ifacilar qadinlarin naz qemzesini gostermeye calisirlar Reqsi qizlardan biri baslayir Sonra ikinci qiz guya konulsuz olaraq ona qosulur ve daim nazlanaraq kenara cekilmek isteyir ancaq refiqeler raziliga gelib sen cosgun hereketlerle reqsi davam etdirirler Innabini ifa ederken ag reqs paltari hec de yerine dusmur Ona gore kecen esrin 30 50 ci illerinde reqqaseler zer xarani imitasiya eleyen paltarlar geyinirdiler Hetta Emine Dilbazi xatirlayir ki o adi sovet uc qepiklerini parildadib sinesine alnina taxirdi ve qizil pul illuziyasi qedimilik illuziyasi boyunbagi cutqabagi illuziyasi yaradirdi Emine Dilbazinin Innabisi Emine Dilbazi Innabi reqsinde varli qadinin ferehini onun yarismaq isteyini lovgaligini yox nisgilini sevgisizliyini xiffetini bir sozlja romantik dunyasini gostermeye calisirdi Dilbazinin Innabisi hec de tesadufi deyil ki daha cox suzgun hereketler el daraginin zerif ince oynatmalari uzerinde qurulmusdu sindirmalar minimuma endirilmisdi Emine Dilbazi bu reqsi mechul mexfi bir sevgi macerasi bir sevgi ehvalati kimi oynayirdi ve onun reqsinin Ezim Ezimzadenin resmindeki varli qadinla hec bir elaqesi yox idi Onun ince silueti suzgun baxislari uzun kiprikleri ve agir sengin edalari sehnede cox maraqli bir qadin obrazi yaradirdi Tebii ki bunun kokleri Azerbaycan reqs medeniyyeti enenelerinin toy medeniyyeti enenelerinin zenginliyinden ireli gelir Ancaq o fakt da danilmazdir ki Emine Dilbazi Azerbaycan toyunu bu toyda reqs eden qadinlari yaxindan taniyib oyrenib ve reqs zamani onlarin umumilesdirilmis obrazina muraciet edib Innabi incesenetinin basqa qollarindaEzim Ezimzadenin Varli evinde toy resminde reqs eleyen varli bir qadinin fiquru seklin demek olar ki merkezini tutur Hemin qadinin geyimi ber bezey Innabi reqsinde verilen tesvire tam uygundur IstinadlarOfeliya Zeynalova Emine Dilbazinin reqs teatri 2021 11 28 at the Wayback Machine Musiqi dunyasi jurnali Azerbaycan xalq reqsleri verilisi Innabi 2015 02 08 tarixinde Istifade tarixi 2014 03 15 Bolshaya sovetskaya enciklopediya Innabi 2019 07 14 at the Wayback Machine M Sovetskaya enciklopediya 1969 1978 Qemer Almaszade Azerbaycan xalq reqsleri metodik vesait 2022 04 01 at the Wayback Machine Baki Birlesmis nesriyyat 1959 Video Azerbaycan xalq reqsleri verilisi Innabi Xalq artisti Cemile Bayramova Innabi Ayten Meherremova Innabi bayatilar Musiqi ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin