İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.
İlham və Fərizə Allahverdiyevlər | |
---|---|
İlham Əjdər oğlu Allahverdiyev Fərizə Çoban qızı Nəbiyeva | |
| |
Doğum tarixi | 12 iyun 1962 və ya 11 avqust 1970 |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ Saral, Spitak rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | 20 yanvar 1990 |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Atası | Əjdər Allahverdiyev Çoban Nəbiyev |
Anası | Ofeliya Allahverdiyeva Bağda Nəbiyeva |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Tokar Tələbə |
Həyatı
Erkən illəri
İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyirdi. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir.
Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.
Ailə üzvlərinin sözlərinə görə, İlham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi.Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər.
Ailə qurması
1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir. 1989-cu ilin martın 19-da nişanı olur. 1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda təzə açılmış "Leyla" şadlıq evində saat 6-da toy mərasimini keçirir.
Ölümləri
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər. İşdən qara fəhlə paltarı ilə gəlmişdi. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.
Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevi bir yerdə telefon budkasının yanında vurmuşdular. Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi. Həkimlər onun öz qanını yenidən özünə vurmuşdular. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilmədilər. Əməliyyat vaxtı onun qaraciyəri parçalanmışdı. Qarın boşluğu qanla dolu idi. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər. Amma 5–6 saatdan sonra o, keçindi.
Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar. O, daha sonra xatırlayır:
Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş… |
Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapdılar.
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyirdi. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:
Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da… |
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içərək, intihar edir. İntihar zamanı o hamilə idi. Onun bətnində 2 aylıq körpəsi vardı. Fərizə həkimə çatmamış, təcili yardım maşınında vəfat etdi.
Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.
İrsləri
2004-cü ildən İlham və Fərizənin toy günü olan 30 iyun tarixi hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonunun Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış 20 Yanvar abidə-kompleksinin açılışı olub. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.
2016-cı ildə şəhid İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı Elxan tərəfindən Azərbaycan İstiqlal Muzeyinə təhvil verilib. 2017-ci ildə Azərbaycan Xalça Muzeyində Səməd Təbrizlinin İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı olub. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma almasına kömək edib. Bu işə 2 ay vaxt sərf edilib. Toxunuş üçün 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05 x 1.55 metr olan xalçada 100 kvadrat sm-də 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri ipəkdəndir. 2017-ci ildə Türkiyə yazıçısı Yurtsevən Şən İlham və Fərizə haqqında "Ferize" romanını yazıb.
İstinadlar
- Kəngərli, Qulu. Qara Yanvar şəhidləri. Bakı: Gənclik. 1992. səh. 16. ISBN . (#accessdate_missing_url)
- Portianko, Alexandra. "Lover's Day in Azerbaijan". en.theoutlook.com.ua. 2018-02-15 tarixində . İstifadə tarixi: 20 yanvar 2018.
- "İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi". milli.az. 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
- İbrahimova, Aygün. "İlham və Fərizə: 20 Yanvarın əbədi yaşayacaq qəhrəmanlıq və sevgi dastanı". report.az. İstifadə tarixi: 20 yanvar 2018.
- "Bir məzarda uyuyan üç insan - 20 Yanvar faciəsinin qurbanları - FOTOLAR". publika.az. publika.az. İstifadə tarixi: 22 yanvar 2018.
- "İlham və Fərizənin günü…". femida.az. femida.az. 2020-01-30 tarixində . İstifadə tarixi: 20 yanvar 2018.
- "Fərizə: "Ana, məni ağlama…" - Yarımçıq məktubun sirri". femida.az. İstifadə tarixi: 20 yanvar 2018.
- "ETERNAL LOVE UNCRUSHED BY SOVIET TANKS". www.visions.az. 2020-08-07 tarixində . İstifadə tarixi: 20 yanvar 2018.
- "Как Ильхам и Фариза подарили Азербайджану День влюбленных". news.day.az. 2016-07-01 tarixində . İstifadə tarixi: 20 yanvar 2018.
- "PREZİDENT İLHAM ƏLİYEV BAKININ "20 YANVAR" DAİRƏSİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏ KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR". azertag.az. azertag.az. 2022-03-28 tarixində . İstifadə tarixi: 20 yanvar 2018.
- . minval.az. 2016-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.
- "İlhamla Fərizəyə 'Sədaqət' xalçası toxundu". www.azadliq.org. 2021-01-28 tarixində . İstifadə tarixi: 20 yanvar 2018.
- "İlham və Fərizə haqqında roman yazan Türk qələm adamı Bakıya gəlib". qaziler.az. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ilham ve Ferize Allahverdiyevler tam adlari Ilham Ejder oglu Allahverdiyev 12 6 1962 20 1 1990 ve Ferize Coban qizi Allahverdiyeva 11 8 1970 21 1 1990 Qara Yanvarda sehid olmus azerbaycanli aile cutluyu Bakinin Sehidler Xiyabaninda defn olunublar 2004 cu ilden onlarin toy gunu 30 iyun her il Azerbaycanda qeyri formal olaraq Sevgililer Gunu kimi qeyd olunur Ilham ve Ferize AllahverdiyevlerIlham Ejder oglu Allahverdiyev Ferize Coban qizi NebiyevaIlham ve Ferize Allahverdiyevlerin toyuDogum tarixi 12 iyun 1962 1962 06 12 ve ya 11 avqust 1970 1970 08 11 Dogum yeri Agdam Azerbaycan SSR SSRI Saral Spitak rayonu Ermenistan SSR SSRIVefat tarixi 20 yanvar 1990 1990 01 20 Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Sehidler XiyabaniAtasi Ejder Allahverdiyev Coban NebiyevAnasi Ofeliya Allahverdiyeva Bagda NebiyevaMilliyyeti azerbaycanliFealiyyeti Tokar TelebeHeyatiErken illeri Ilham Ejder oglu Allahverdiyev 1962 ci il iyunun 12 de Agdam rayonunda anadan olmusdur Evvelce oradaki 1 sayli sonradan Bakidaki 54 sayli orta mektebde tehsil alib 1972 ci ilde Bakiya kocub Atasi erken yasda dunyasini deyisib Bundan sonra Ilhami Agdamda yasayan nenesine heyan olmasi ucun onun yanina gonderirler O Agdamda hem zavodda isleyir hem de nenesinin qaygisina qalirdi Ilham 1980 82 ci illerde Latviyada herbi xidmet kecir Xidmetini basa vurandan sonra Bakiya qayidan Ilham Bakidaki Dadas Bunyadzade adina gemi temiri zavodunda tornaci isleyirdi Isleye isleye hem de Baki Texniki Texnikumunu bitirir Ferize Coban qizi Nebiyeva 1970 ci il avqustun 11 de Ermenistan SSR nin Spitak rayonunun Saral kendinde anadan olmusdur 1 nomreli tibb mektebinin axirinci kurs telebesi idi Aile uzvlerinin sozlerine gore Ilham ve Ferize de vetenperverlik hissi qeyri adi derecede yuksek idi Azerbaycan Xalq Cebhesinin mitinqlerine de ikisi birlikde gedirdiler Aile qurmasi 1989 cu ilde subay olan Ilhamin evlenmesi meselesi Allahverdiyevler ailesinin gundemine gelir Ilham ailesinin teklif etdiyi qizlarin hec birine razi olmayib onun bacisi ile bir sinifde oxumus Ferizenin adini cekir 1989 cu ilin martin 19 da nisani olur 1989 cu ilin 30 iyununda Ferize Ilhamla Bakida teze acilmis Leyla sadliq evinde saat 6 da toy merasimini kecirir Olumleri Ilham ve Ferizenin defni 1990 ci il 1990 ci ilin yanvarinda Ilhamla Ferize ailelerinden ayri yasamaq qerarina gelirler Lakin yanvarin 19 da Ilham Ferizeni yasadiqlari evden goturub anasinin yanina aparir Ferizenin tehlukesizliyine emin olandan sonra Ilham eynine qara paltar geyinib qardasi oglu Ejderi de opub evden cixir Axsama yaxin Ilham qardasi Elxanla Samaxinka deyilen erazide gorusurler Isden qara fehle paltari ile gelmisdi Ilham ve onun dostlari yardim ucun gedende indiki 20 Yanvar dairesinde ates aca aca gelen tanklarla qarsilasirlar Insanlari qetle yetireceklerini goren Ilham silahsiz insanlara gulle atmamalari ucun elini qaldirib tankin qarsisna cixir Sovet ordusunun esgerleri Ilhami gulleleyirler Ilhamla Fuad Babayevi bir yerde telefon budkasinin yaninda vurmusdular Gulle ona qabaqdan deymisdi O xestexanaya 00 10 da qebul edildi Ilham coxlu qan itirdiyinden ona qan vurmaq lazim idi Hekimler onun oz qanini yeniden ozune vurmusdular Onun uzerinde emeliyyat eden hekimin sozlerine gore Ilhami emeliyyat edende isiqlar sonmusdu Hekimler qezet yandirib onun isiginda emeliyyati aparsalar da Ilhami xilas ede bilmediler Emeliyyat vaxti onun qaraciyeri parcalanmisdi Qarin boslugu qanla dolu idi Hekimler qaraciyeri imkan daxilinde hemostatik tedbirler gormekle tamponada etmekle reanimasiyaya verdiler Amma 5 6 saatdan sonra o kecindi Seher tezden qardasi Elxan anasi ile birlikde yene Ilhami axtarmaga cixirlar O daha sonra xatirlayir Baki muharibeden cixmis seheri xatirladirdi Anamla indiki 20 Yanvar dairesinden kecerken yerde bir qan golmecesi gorduk Anam dayanib qana baxdi Teeccuble dedi ki bu ne dogma qandir Sonradan lap sonradan oyrendik ki bu qan dogrudan da cox dogma qan imis Onlar Ilhami hemin gunu Respublika Klinik Xestexanasinda tapdilar Ilhamin vuruldugunu ilk hiss eden ise Ferize olur gulleler atilanda Ilhami vurduqlarini deyir Ferize butun bu yasananlara tab getire bilmeyib Hey Ilham sene ozumu catdiracagam deyib intihar etmek isteyirdi O birinci defe ozunu yandirmaq istese de onun qarsisini aldilar Ferize toy sekillerini stolun ustune tokur onlara baxib yarimciq mektub yazmisdi Ana menim ucun aglama Hec biriniz aglamayin Men Ilhamsiz yasaya bilmerem Onsuz da Tecili yardim masini gelib ona iyne vursa da qerarinda qeti olan Ferize gece her kes yatandan sonra bir qab sirkeni icerek intihar edir Intihar zamani o hamile idi Onun betninde 2 ayliq korpesi vardi Ferize hekime catmamis tecili yardim masininda vefat etdi Evvelce Ilhami Xirdalandaki qebiristanliqda defn etseler de sonradan onu oradan cixarib yanvarin 22 de her ikisini Bakinin Sehidler Xiyabaninda defn etdiler Irsleri20 Yanvar abide kompleksi 2004 cu ilden Ilham ve Ferizenin toy gunu olan 30 iyun tarixi her il Azerbaycanda qeyri formal olaraq Sevgililer Gunu kimi qeyd olunur 2010 cu il yanvarin 20 de Bakinin Yasamal rayonunun Qara Yanvar faciesi qurbanlarinin xatiresine ucaldilmis 20 Yanvar abide kompleksinin acilisi olub Kompleksin uzerinde facie zamani helak olmus 147 neferin adi ve soyadi qizili herflerle hekk olunub 2016 ci ilde sehid Ilham Allahverdiyevin sexsi esyalari qardasi Elxan terefinden Azerbaycan Istiqlal Muzeyine tehvil verilib 2017 ci ilde Azerbaycan Xalca Muzeyinde Semed Tebrizlinin Ilham Allahverdiyev ve Ferize Nebiyevaya hesr etdiyi Sedaqet xalcasinin teqdimati olub Xalcanin ressamliq isi 3 ay toxunmasi 7 ay cekib Toxunma zamani 15 ferqli qaycidan istifade edilib ki bu da xalcada resmlerin qabariq forma almasina komek edib Bu ise 2 ay vaxt serf edilib Toxunus ucun 182 yun sap boyansa da qarisdirilan renglerle birge xalcada 290 dan cox rengden istifade olunub Olcusu 1 05 x 1 55 metr olan xalcada 100 kvadrat sm de 532 ilme var Butun xalcada ise 8 yuz min ilme yer alib Uzun iller qalmasini temin etmek ucun xalcanin erisleri ipekdendir 2017 ci ilde Turkiye yazicisi Yurtseven Sen Ilham ve Ferize haqqinda Ferize romanini yazib IstinadlarKengerli Qulu Qara Yanvar sehidleri Baki Genclik 1992 seh 16 ISBN 4702060204 accessdate missing url Portianko Alexandra Lover s Day in Azerbaijan en theoutlook com ua 2018 02 15 tarixinde Istifade tarixi 20 yanvar 2018 Ilham ve Ferize esl sevgi ve sedaqet salnamesi milli az 2018 01 20 tarixinde arxivlesdirilib Istifade tarixi 20 yanvar 2018 Ibrahimova Aygun Ilham ve Ferize 20 Yanvarin ebedi yasayacaq qehremanliq ve sevgi dastani report az Istifade tarixi 20 yanvar 2018 Bir mezarda uyuyan uc insan 20 Yanvar faciesinin qurbanlari FOTOLAR publika az publika az Istifade tarixi 22 yanvar 2018 Ilham ve Ferizenin gunu femida az femida az 2020 01 30 tarixinde Istifade tarixi 20 yanvar 2018 Ferize Ana meni aglama Yarimciq mektubun sirri femida az Istifade tarixi 20 yanvar 2018 ETERNAL LOVE UNCRUSHED BY SOVIET TANKS www visions az 2020 08 07 tarixinde Istifade tarixi 20 yanvar 2018 Kak Ilham i Fariza podarili Azerbajdzhanu Den vlyublennyh news day az 2016 07 01 tarixinde Istifade tarixi 20 yanvar 2018 PREZIDENT ILHAM ELIYEV BAKININ 20 YANVAR DAIRESINDE SEHIDLERIN XATIRESINE UCALDILMIS ABIDE KOMPLEKSININ ACILISINDA ISTIRAK ETMISDIR azertag az azertag az 2022 03 28 tarixinde Istifade tarixi 20 yanvar 2018 minval az 2016 11 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 09 05 Ilhamla Ferizeye Sedaqet xalcasi toxundu www azadliq org 2021 01 28 tarixinde Istifade tarixi 20 yanvar 2018 Ilham ve Ferize haqqinda roman yazan Turk qelem adami Bakiya gelib qaziler az 2018 01 22 tarixinde arxivlesdirilib Istifade tarixi 22 yanvar 2018