Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954).
Nəzər Heydərov | |
---|---|
18 may 1949 – 9 mart 1954 | |
Əvvəlki | Mir Bəşir Qasımov |
Sonrakı | Mirzə İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1968 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, neftçi |
Uşaqları | |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır.
1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır.
Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır. 1931-ci ildən başlayaraq 18 il Azərbaycan neft sənayesində işləmiş, Molotov adına mədənin direktoru, "Əzizbəyovneft" trestinin müdiri, Azərbaycan neft texniki təchizat trestinin müdiri, "Azneft" birliyi rəisinin müavini və rəisi, "Kirovabadneft" trestinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin 1949-cu ilin may ayında keçirilmiş IV sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişdir. O, bu vəzifədə 1954-cü ilədək işləmiş, paralel olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Nəzər Heydərov 1954–1959-cu illərdə "Azərnefttextəchizat" idarəsi rəisinin müavini olmuş, 1960-cı ildə isə fərdi təqaüdə çıxmışdır.
Nəzər Heydərov dəfələrlə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin, Zaqafqaziya və AzərbaycanMİK-lərinin üzvü olmuşdur. 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin, 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "" və "" ordenləri, "" və "" medalları ilə təltif edilmişdir.
Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Onun Zəngəzurda inqilabi hərəkatdan bəhs edən "Zəngəzur dağlarında" adlı kitabı 1972-ci ildə yayımlanmış, rus və erməni dillərinə tərcümə edilmişdir.
Ailəsi
Nəzər Heydərovun oğlu Arif Heydərov (1926–1978) Azərbaycan SSR daxili işlər naziri olmuş, xidməti otağında qətlə yetirilmişdir. Digər oğlu Qaçay Heydərov (1920–1990) isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuş, professor elmi adına layiq görülmüşdür.
İstinadlar
- Нәзәр Һейдәр оғлу Һейдәров // Коммунист. № 42 (8254). 28 феврал 1950-ҹи ил. С. 2.
- Һејдәров Нәзәр Һејдәр оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 162.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nezer Heyder oglu Heyderov 29 mart 1896 Gurculu Zengezur qezasi 30 dekabr 1968 Baki Azerbaycan sovet dovlet xadimi Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin sedri 1949 1954 Nezer HeyderovAzerbaycan SSR Ali Soveti Reyaset Heyetinin sedri18 may 1949 9 mart 1954EvvelkiMir Besir QasimovSonrakiMirze IbrahimovSexsi melumatlarDogum tarixi 29 mart 1896 1896 03 29 Dogum yeri Gurculu Zengezur qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 30 dekabr 1968 1968 12 30 72 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanPartiya Sovet Ittifaqi Kommunist Partiyasi 1919 1968 Tehsili Umumittifaq Senaye Akademiyasi d 1928 Moskva Neft Institutu d 1931 Fealiyyeti siyasetci neftciUsaqlari Arif Heyderov Qacay HeyderovTeltifleri Vikianbarda elaqeli mediafayllarHeyatiNezer Heyder oglu Heyderov 1896 ci ilde Zengezur qezasinin hazirda Qubadli rayonu Gurculu kendinde anadan olmusdur Gorus seherindeki bessinifli mektebde oxumus mektebi bitirdikden sonra emek fealiyyetine baslamisdir 1913 cu ilde Bakiya gelerek Ramana neft medenlerinde fehle olaraq islemis 1918 ci ilin sonlarinda medenlerde calismagi dayandiraraq doguldugu kende qayitmisdir 1919 cu ilin mart ayinda Nezer Heyderov bolsevikler partiyasina daxil olmus 1918 1920 ci illerde Zengezurda kendliler arasinda inqilabi is aparmisdir Azerbaycanda sovet hakimiyyeti qurulduqdan sonra Qubadli Inqilab Komitesinin sedri teyin edilerek hemin ilin sonunadek bu vezifede islemisdir Sonraki illerde o bir sira vezifelerde calismis Azerbaycan K b P Qubadli Qeza Komitesinin katibi Qubadli Qeza Icraiyye Komitesinin sedri Azerbaycan K b P Merkezi Komitesinin mesul telimatcisi olmusdur 1924 1926 ci illerde Agdas Qeza Icraiyye Komitesinin sedri vezifesinde islemis ardinca Susa Icraiyye Komitesine basciliq etmis ve Dagliq Qarabag Muxtar Vilayeti Icraiyye Komitesi sedrinin muavini olmusdur 1927 1928 ci illerde Azerbaycan SSR Ali Xalq Teserrufati Surasinda calismisdir Nezer Heyderov 1928 ci ilde Azerbaycan K b P MK terefinden Moskvada tehsil almaga gonderilmis Stalin adina Senaye Akademiyasinin neft sobesini ve Moskva Neft Institutunu bitirdikden sonra Bakiya qayitmisdir 1931 ci ilden baslayaraq 18 il Azerbaycan neft senayesinde islemis Molotov adina medenin direktoru Ezizbeyovneft trestinin mudiri Azerbaycan neft texniki techizat trestinin mudiri Azneft birliyi reisinin muavini ve reisi Kirovabadneft trestinin mudiri vezifelerinde calismisdir Azerbaycan SSR Ali Sovetinin 1949 cu ilin may ayinda kecirilmis IV sessiyasinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin sedri vezifesine secilmisdir O bu vezifede 1954 cu iledek islemis paralel olaraq SSRI Ali Soveti Reyaset Heyeti sedrinin muavini olmusdur Nezer Heyderov 1954 1959 cu illerde Azernefttextechizat idaresi reisinin muavini olmus 1960 ci ilde ise ferdi teqaude cixmisdir Nezer Heyderov defelerle Azerbaycan K b P Merkezi Komitesinin ve Baki Komitesinin Zaqafqaziya ve AzerbaycanMIK lerinin uzvu olmusdur 2 ci ve 3 cu cagiris SSRI Ali Sovetinin 2 ci ve 3 cu cagiris Azerbaycan SSR Ali Sovetinin deputati secilmisdir Lenin ve Qirmizi emek bayragi ordenleri Qafqazin mudafiesine gore ve 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medallari ile teltif edilmisdir Nezer Heyderov 30 dekabr 1968 ci ilde Bakida vefat etmis ve Fexri Xiyabanda defn olunmusdur Onun Zengezurda inqilabi herekatdan behs eden Zengezur daglarinda adli kitabi 1972 ci ilde yayimlanmis rus ve ermeni dillerine tercume edilmisdir Ailesi Nezer Heyderovun oglu Arif Heyderov 1926 1978 Azerbaycan SSR daxili isler naziri olmus xidmeti otaginda qetle yetirilmisdir Diger oglu Qacay Heyderov 1920 1990 ise Azerbaycan Xalq Teserrufati Institutunda kafedra mudiri olmus professor elmi adina layiq gorulmusdur IstinadlarNәzәr Һejdәr oglu Һejdәrov Kommunist 42 8254 28 fevral 1950 ҹi il S 2 Һeјdәrov Nәzәr Һeјdәr oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 162