Məhəmməd Əzəm Şah' (d. 28 iyun 1653 – ö. 20 iyun 1707) — daha qısa formada Əzəm Şah olaraq da bilinməkdədir. O, bu adla qısamüddətli də olsa (14 mart 1707 – 20 iyun 1707), Böyük Moğol imperiyasının hökmdarı olmuşdur. O, VI moğol hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gəlmişdir.
Məhəmməd Əzəm Şah | |
---|---|
Padşah-i-Mumalik Abu'l Faaiz Qütb-ud-Din Məhəmməd əzəm Şah-i-Ali Cah Qazi | |
Moğolların VII padşahı | |
14 mart 1707 – 20 iyun 1707 | |
Əvvəlki | Sultan Övrəngzib |
Sonrakı | I Bahadur şah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Burhanpur, Böyük Moğol imperiyası |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Cacau, Aqra yaxınlığı, müasir Hindistan |
Dəfn yeri | |
Atası | Sultan Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Uşaqları | Cavan Bəxt İsgəndər Şan Vala Cah Zih Cah Vala Şan Əli Təpər Gitti Ara Bəyim İffət Ara Bəyim Nəcib-un Nisə Bəyim |
Ailəsi | Teymurilər dövləti |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Əzəm 12 avqust 1681-ci ildə atası tərəfindən vəliəhd şahzadə elan edilmiş və bu vəzifədə atasının ölümünə qədər qalmışdır. Özünün hərbi kareyerası zamanı Əzəm Berar Subahın, Malvanın, Qucaratın və Dəkkənin canişini kimi xidmət etmişdir. Atasının ölümündən sonra 14 mart 1707-ci ildə Əhmədneqarda moğol taxtına oturmuşdur. Lakin qısa müddət sonra o, 20 iyun 1707-ci ildə ögey qardaşı Şah Aləmə məğlub olaraq taxtdann endirilmiş və 3 oğlu ilə birlikdə öldürülmüşdür. Şah Aləm isə Bahadur şah adı ilə taxta çıxmışdır.
Həyatının erkən dövrü
Doğulması
Qütbəddin Məhəmməd Əzəm 28 iyun 1653-cü ildə moğol şahzadəsi Mudi-unj-din (taxta çıxdıqdan sonra Övrəngzib adını götürmüşdür) ilə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində Burhanpurda dünyaya gəlmişdir. Anası Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. O, I İsmayılın oğlu olan Bəhram Mirzənin soyundan gələn Bədiüzzaman mirzə Səfəvinin qızı idi. Atası moğol sarayında güclü şəxslərdən biri olmaqla bərabər, orada Şahnəvaz xan adı ilə tanınmaqda idi. Dilras Banu Bəyim Əzəmi dünyaya gətirdikdən 4 il sonra qız övlad dünyaya gətirərkən yoluxduğu infeksiyadan vəfat etmişdir. Ata tərəfdən Teymuri qanı kimi böyük soyun qanını sahib olmaqla qalmayan, Əzəm ana tərəfdən də o dövrün dünyanın ən soylu sülalələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və bununla fəxr edirdi. Özünün kiçik qardaşı olan Şahzadə Məhəmməd Əkbərin vəfatından sonra o, atasının belə bir əsilzadə qanı daşıyan yeganə oğlu idi.
Əzim digər ögey qardaşları olan Şah Aləm (I Bahadur şah) vı Övrəngzibin əhəmiyyətsiz hesab edilən hindu arvadlarından olan övladları idi. görə, moğol sarayı Əzəmin Səfəvi şahlıq qanına və əcdadlarına sahib olmasından çox təsirləniblərmiş. Bunda onun ana babası Şahnəvaz xan Səfəvinin də yaddaşlardakı yerinin xüsusi əhəmiyyəti vardır.
Xarakteri
Əzəm böyüdükcə müdrikliyi, mükəmməlliyi və cəngavərliyi ilə seçilirdi. Övrəngzib oğlunun nəcib xasiyyətindən və gözəl əxlaqından hədsiz dərəcədə sevinir və onu oğlundan çox öz yoldaşı hesab edirdi. O, bəzən deyirmiş ki, "bu cür bərabərsiz cütlüklər arasında ayrılıq qaçınılmazdır". Əzəmin doğma bacı və qardaşları sırasına Şahzadə , , və kiçik qardaşı Məhəmməd Əkbər daxil idi.
Şəxsi həyatı
Əzəm ilk evliliyini 13 may 1668-ci ildə Ahom şahzadəsi Ramani Qabharu ilə etmişdir. Arvadının sonradan adı Rəhmət Banu Bəyimə dəyişdiriləcəkdir. O, Ahom kralı Svargadeo Cayadhvayın qızı idi və onların evliliyi nikah diplomatiyasına əsaslanmaqda idi.
3 yanvar 1669-cu ildə Əzəm özünün əmisi olan Dara Şükuhun sevimli arvadı Nadirə Banu Bəyimdən olan qızı Cahanzeb Banu Bəyimlə evləndi. Cahanzeb tez bir zamanda Əzəmin sevimli və əsas arvadı oldu. Deyilənə görə, onlar bir-birilərini səmimi şəkildə sevirlərmiş. Bu cütlüyün ilk oğlanları 4 avqust 1670-ci ildə dünyaya gəldi və uşağın babası Övrəngzib ona Bidar Bəxt adını qoydu. Cahanzeb özü də qayınatasının ən sevimli gəlini idi. Deyilənə görə, Övrəngzib Əzəm, Cahanzev və Bidar Bəxti saraydakı hər kəsdən daha çox sevirmiş. Bidar Bəxt özünü gələcəkdə uğurlu və cəsur sərkərdə kimi sübut etməyi də bacarmışdır.
Əzəmin üçüncü evliliyi də nikah diplomatiyasına əsaslanmalı idi. Onun bu dəfə atası Övrəngzibin dayısı olan Şaysta xanın qızı Pəri Bibi və ya digər adı ilə Duxt Rəhmət Banu ilə evlənməsi planlaşdırılırdı. Lakin evlilik Pəri Bibinin 1678-ci ildə qəflətən Dhakada vəfat etməsinə görə baş tutmadı. Onun xatirəsi üçün Dhakada Fort Övrəngzibabadda (indiki Lalbağ Fort) məqbərə ucaldıldı.
Sonuncu evliliyi də yenə nikah diplomatiyasının bir parçası kimi 1681-ci ildə baş tutdu. O, bu dəfə Şəhər banu Bəyim və ya digər adı ilə Padşah Bəyimlə evləndi. Şəhər Banu Bəyim Adilşahilər sülaləsinə mənsub idi və II Əli Adilşahın qızı idi. Bütün bu evliliklərə baxmayaraq, Əzəmin Cahanzebə olan sevgisi azalmamışdı. Onun 1705-ci ildə vəfat etməsindən Əzəm böyük kədər və acı hiss etməyə başladı. Bu onun ölümünə qədər davam etdi.
Bicapurun mühasirəsi
Zəmin
1637-ci ildə gənc şahzadə Övrəngzib Dəkkənin canişini kimi 25 minlik ordu ilə Bicapuru və onun hökmdarı mühasirəyə aldı. Mühasirə uğursuz oldu, çünki Adilşahilər bir digər şahzadə Dara Şükuhun vasitəçiliyi ilə Sultan Şahcahanla sülh imzalamağa nail oldular.
beləliklə problemli dövləti irsi olaraq almışdı. Bicapur sultanlığının ən bacarıqlı komandiri Əfzal xanla vuruşan və onu sülh danışlqlarında iştirak etmək adı ilə çağırıb öldürən Şivacinin başçılıq etdiyi Maratxanın hücumu ilə üzləşməli oldu və Bicapurun lidersiz qoşunları bundan sonra Şivaji üsyançıları tərəfindən darmadağın edildi. Nəticədə, Adil Şahi sülaləsi əsasən Şivaci və oğlu Sambhacinin başçılıq etdiyi üsyankar Maratha sayəsində xeyli zəiflədi.
İsgəndər Adilşah Adilşahi sülaləsinə rəhbərlik etmək üçün rəhbər seçildi. ilə ittifaqa girən və moğol vassalı olmaqdan imtina edən İsgəndər Adilşah Övrəngzibin qəzəblənməsinə səbəb oldu və moğollar onlara müharibə elan etdilər.
Mühariə
1695-ci ildə Övrəngzib Məhəmməd Əzəmi 50 minlik qoşunla Bicapuru ələ keçirməyə göndərdi. Ona bu işdə Ruhullah xan da yardım etməli idi. Moğol ordusu Bicapura 1685-ci ilin martında çatdı. Moğol ordusunun elit bölmələrinə komandanlıq edən Dilir xan və Qasım xan döyüşməyə və Bicapurun mühüm yerlərini ələ keçirməyə başladılar. Mühasirəyə alma bitdikdən sonra Əzəm mühasirə tikintilərinin təşkil edilməsini və topların gətirilməsini əmr etdi.
Bicapur qalası İsgəndər və onun sərkərdəsi Sarza xan tərəfindən yaxşı qorunurdu. Qalaya edilən moğol top atəşləri daha güclü toplara sahib olan Bicapur topları tərəfindən cavabla sakitləşdirilirdi. Bu zaman Bicapurun sahib olduğu məşhur top olan Məlik-i Meydan topunun bir mərmisinin diametri 69 sm-a çatırdı. Moğollar açıq yerdə əraziləri ələ keçirmək əvəzinə uzun xəndəklər qazdılar və toplarını diqqətlə yerləşdirdilər, lakin heç bir irəliləyiş əldə etmədilər.
Moğollar Bicapur qalasını əhatə edən 10 fut dərinlikdəki xəndəkdən keçə bilmədilər. Üstəlik, 50 fut hündürlüyü 25 fut enində incə qranit və əhəng məhlulu divarlarını aşmaq demək olar ki, mümkün deyildi. Maratha imperatoru Sambhajinin rəhbərliyi altında Melgiri Panditin başçılıq etdiyi Maratha qüvvələri Solapurda moğal qarnizonundan gələn ərzaq, barıt və silah təchizatını kəsdikdə moğalların vəziyyəti daha da pisləşdi. Bundan sonra artıq moğollar eyni zamanda həm Adilşahilərə, həm də Maratha dövlətinə qarşı mübarizə aparmalı idi. Bijapuri top gülləsi 500 piyadanın ölümünə səbəb olan xəndəklərdə güclü partlayışa səbəb olan moğol barıt mövqeyinə dəydikdə vəziyyət daha da pisləşdi.
Buna cavab olaraq, Övrəngzib özünün bir digər oğlu Şah Aləmi və məşhur sərkərdəsi Abdullah xan Bahadur Firuz Cəngi oraya göndərdi. Bicapur qalasını mühasirəyə almış moğol ordusunun dağılmasının qarşısını almaq üçün moğolların bir digər məşhur sərkərdəsi Qaziəddin xan Firuz Cunq böyük bir qoşunla təchizat yollarını kəsmiş Maratha qüvvələri üzərinə yürüşə başladı. Eyni zamanda Abdulla xan Rəsulpur yaxınlığında 6 minlik Maratha ordusunu darmadağın etdi. Bu ordu Bicapurda mühasirəyə alınanlara maddi-texniki təminat daşımaqda idi.
gələn təminat yollarını yenidən bərpa edən moğollar Məhəmməd Əzəmin cəhdlərinə baxmayaraq, Bicapuru ələ keçirə bilmədilər. Qala qarşısındakı vəziyyətin durğunlaşmasından sonra Övrəngzib böyük bir ordu hazırlayaraq Bicapura yollandı. İyul 1686-cı ildə yola çıxan Övrəngzib 4 sentyabr 1686-cı ildə ora çatdı və Abdulla xanın yanında mövqe aldı. İmperatorun da şəxsi iştirakından cəsarətlənən və sayları təxminən 100 min nəfər olan moğol ordusu 8 günlük kəskin hücumlardan sonra qalannı 5 qapısını zədələməyi bacardılar, nəticədə istehkam divarlarının əhəmiyyətli bir hissəsini yıxdı, beləliklə, moğollara xəndəyi yarmağa və şəhəri fəth etməyə imkan yarandı.
İsgəndər Adilşah döyüşlər zamanı ağır yaralandı və aldığı yaralara görə 12 sentyabr 1686-cı ildə vəfat etdi. Onun ölümü ilə Adilşahilər sülaləsinə son qoyuldu. Övrəngzib Seyid qardaşlarının atası Seyid Miyanı oraya ilk canişin təyin etdi.
Moğollar Bicapuru ələ keçirsələr də, onların oradakı nəzarəti 1712-ci ildə I Bahadır Şahın ölümündən sonra zəiflədi. Bir neçə onillikdən sonra bölgədəki nəvvablar özlərinin müstəqilliyini elan etdilər. 1753-cü ildə isə, Maratha dövləti Bicapurun əksər hissəsini ələ keçirdi.
Benqalın subahdarı
Şahzadə Əzəm sələfi Əzəm Xan Kokanın ölümündən sonra Berar subahlığının, Malvanın və Benqalın 1678-ci ildən 1701-ci ilə qədər subahdarı olmuşdur. O, uğurlu şəkildə Kamrup bölgəsini 1679-cu ilin fevralında ələ keçirmişdir. Əzəm Dəkkəda Lalbağ qalasının tikintisinə başlasa da, bu qalanın tikintisi yarımcıq qalmışdır. Onun hakimliyi dövründə, Mir Mövla Divana, Muluk Çand da Huzur-Navisə təyin edilmiş, ehtiyyatların toplanmasına nəzarətlə səlahiyyətləndirilmişdir. Əzəm atası Övrəngzib tərəfindən geri çağırılmış və 6 oktyabr 1679-cu ildə Dəkkəni tərk etmişdir. O, daha sonra 1701-1706-cı illər aralığında Qucaratın canişini olmuşdur.
Taxta çıxması
1707-ci ilin fevral ayının üçüncü həftəsində Övrəngzib varislik müharibəsinin ortaya çıxmasının qarşısını almaq üçün Əzəm ilə onnu xüsusilə nifrət etdiyi qardaşı Kam Baxşı ayırdı. O, Əzəmi Malvaya, Kam Baxşı isə Bicapura göndərdi. Ölümündən bir neçə həftə əvvəl o, Əzəmə vida məktubunu yazdı. Övrəngzibin ölümünün ertəsi günü səhər Malvaya getmək əvəzinə Əhmədnaqardan kənarda qalan Əzəm imperator düşərgəsinə gəldi və atasının cəsədini Dövlətabaddakı məzarına dəfn etmək üçün apardı. Özünü imperator elan edən Əzəm taxta çıxdı. Lakin onun qardaşları başda olmaqla, bir neçə sülalə üzvləri tərəfindən qəbul edilmədi. Hələ Övrəngzib vəfat edən zaman Əzəmdən başqa övladları olan Kam Baxş və Məhəmməd Müəzzəm vilayət hakimləri idilər. Müəzzəm Kabil hakimi ikən, Qucaratın hakimi idi Kam Baxş atası ölən kimi öz adına sikkə zərb etdirsə də, Əzəm özünü hökmdar elan etməyə fürsət tapmışdı. Beləliklə, elə əsas mübarizədə Əzəmlə böyük qardaşı Müəzzəm arasında getdi. Nəticədə Əzəm və onun oğlu Bidar Bəxt 20 iyun 1707-ci il tarixində Cacau döyüşündə Şahzadə Məhəmməd Muəzzəmə məğlub olub öldürüldülər. Əzəm Şahın Quru Qobind Sinqh tərəfindən atılan oxla öldürüldüyü deyilməkdədir. Bundan sonra Məhəmməd Müəzzəm taxta çıxdı. Onun hökmranlıq adı I Bahadır şah olaraq bilinir.
O, arvadı ilə birlikdə məşhur Sufi dərvişi və şeyxi olan nin dərgahında dəfn edildilər. Bu dərgah Övrəngabad yaxınlığındakı Xuldabad məntəqəsində və Övrəngzibin məqbərəsindən qərbdə yerləşməkdədir.
Qeydlər
- Tam adı: Padşah-i-Mumalik Abu'l Faaiz Qütb-ud-Din Məhəmməd əzəm Şah-i-Ali Cah Qazi
- Moğol imperiyasında vilayət sözü üçün işlədilmişdir.
- Subahdar, həmçinin Nazim kimi və ya ingiliscə Subah olaraq bilini. Bu titul Hindistanda hökmdarlıq edən bir çox türk sülaləsi tərəfindən Subah adlandırılan vilayətin hakimi üçün istifadə edilmişdir. Bu sülalələrə Müəzzilər, Hilçilər, Məmlük, Xələclər, Tuğluqoğulları sülaləsi, Moğol sülalələri daxildir. Subahdar farsca kökənli sözdür.
Həmçinin bax
İstinadlar
- Garg, 2018. səh. VIII
- Sarkar, 1925. səh. 21
- Eraly, 2007. səh. 147
- Sarkar, 1912. səh. 71
- Koch, 1997. səh. 104
- Nath, 1990. səh. 148
- Krynicki, 2005. səh. 1
- Sarkar, 1916. səh. 54
- Sarkar, 1933. səh. 43
- Krynicki, 2005. səh. 102
- Sarkar, 1974. səh. 219
- Elliot, 1959. səh. 48
- Musta'idd Khan və Sarkar, 1947. səh. 320
- Lal, 1988. səh. 260
- Chisholm, 1911. səh. 927
- Sarkar, 1919. səh. 264–265
- Roy, 2011. səh. 37
- Lal, 1988. səh. 287
- Kruijtzer, 2009. səh. 183
- Whitworth, 1885. səh. 301
- Islam, 2012
- Eraly, 2000. səh. 510–513
- Puri, 2003. səh. 198
- Irvine, 1904. səh. 578
- Gandhi, 2003. səh. 324
- Puri, 2003. səh. 199
- "World Heritage Sites – Ellora Caves – Khuldabad". 8 mart 2008. 10 mart 2022 tarixində . İstifadə tarixi: 26 noyabr 2022.
Mənbə
- Sirajul Islam. Subahdar. Banglapedia: National Encyclopedia of Bangladesh (Second ed.). Asiatic Society of Bangladesh. In Islam, Sirajul; Jamal, Ahmed A. (eds.). 2012.
- George Clifford Whitworth. An Anglo-Indian Dictionary: A Glossary of Indian Terms Used in English, and of Such English Or Other Non-Indian Terms as Have Obtained Special Meanings in India - Subah. London: Kegan Paul, Trench & Co. 1885.
- Sanjay Garg. A Critical Commentary on Elliot and Dowson's History of India as Told by its Own Historians. Studies in Indo-Muslim History by S.H. Hodivala Volume II: (Vols. V-VIII) & Yule and Burnell's Hobson-Jobson. 2018. ISBN .
- Sir Jadunath Sarkar. Anecdotes of Aurangzib. M.C. Sarkar & Sons. 1925.
- Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. I. M.C. Sarkar and Sons. 1912.
- Sir Jadunath Sarkar. A short history of Aurangzib, 1618-1707. Orient Longman. 1979.
- Sir Jadunath Sarkar. Studies in Aurangzib's reign: (being Studies in Mughal India, first series). Orient Longman. 1933.
- Saqi Must'ad Khan və Sir Jadunath Sarkar. Maāsir-i-Alamgiri: A History of the Emperor Aurangzib-ʻĀlamgir. Bengal: Royal Asiatic Society of Bengal. 1947.
- Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. III. South Asian Publishers. 1974.
- Sir Jadunath Sarkar. History Of Aurangjib. 1919.
- Annie Krieger-Krynicki. Captive Princess: Zebunissa, Daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN .
- Abraham Eraly. The Mughal World: Life in India's Last Golden Age. Penguin Books India. 2007. ISBN .
- Satish Chandra. Parties and politics at the Mughal Court, 1707–1740. Oxford University Press. 2002.
- Ebba Koch. King of the world: the Padshahnama. Azimuth Ed. 1997.
- Abraham Eraly. Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. 2000. ISBN .
- Henry Miers Elliot. The History of India: 1959 Volume 30 of The History of India: As Told by Its Own Historians; the Muhammadan Period; the Posthumous Papers of H. M. Elliot, Sir Henry Miers Elliot. Susil Gupta (India) Private. 1959.
- Surjit Singh Gandhi. A Historian's Approach to Guru Gobind Singh. 2003.
- Muni Lal. Aurangzeb. Vikas Publishing House. 1988. 404.
- Hugh Chisholm. Bijapur. III. Encyclopædia Britannica - Cambridge University Press. 1911.
- Gijs Kruijtzer. Xenophobia in Seventeenth-century India. Leiden University Press. 2009. ISBN .
- Kaushik Roy. War, Culture and Society in Early Modern South Asia, 1740-1849. Taylor & Francis. 2011. ISBN .
- William Irvine. The Later Mughals. Low Price Publications. 1904. ISBN .
- B.N. Puri. Comprehensive history of medieval India. Sterling Publishers. 2003. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed Ezem Sah d 28 iyun 1653 o 20 iyun 1707 daha qisa formada Ezem Sah olaraq da bilinmekdedir O bu adla qisamuddetli de olsa 14 mart 1707 20 iyun 1707 Boyuk Mogol imperiyasinin hokmdari olmusdur O VI mogol hokmdari Ovrengzible onun Sefevi sulalesinden olan esas arvadi Dilras Banu Beyimin evliliyinden dunyaya gelmisdir Mehemmed Ezem SahPadsah i Mumalik Abu l Faaiz Qutb ud Din Mehemmed ezem Sah i Ali Cah QaziMogollarin VII padsahi14 mart 1707 20 iyun 1707EvvelkiSultan OvrengzibSonrakiI Bahadur sahSexsi melumatlarDogum tarixi 28 iyun 1653Dogum yeri Burhanpur Boyuk Mogol imperiyasiVefat tarixi 20 iyun 1707 53 yasinda Vefat yeri Cacau Aqra yaxinligi muasir HindistanDefn yeri Humayun turbesiAtasi Sultan OvrengzibAnasi Dilras Banu Beyim SefeviUsaqlari Cavan Bext Isgender San Vala Cah Zih Cah Vala San Eli Teper Gitti Ara Beyim Iffet Ara Beyim Necib un Nise BeyimAilesi Teymuriler dovletiDini Islam Vikianbarda elaqeli mediafayllar Mehemmed Ezem 12 avqust 1681 ci ilde atasi terefinden veliehd sahzade elan edilmis ve bu vezifede atasinin olumune qeder qalmisdir Ozunun herbi kareyerasi zamani Ezem Berar Subahin Malvanin Qucaratin ve Dekkenin canisini kimi xidmet etmisdir Atasinin olumunden sonra 14 mart 1707 ci ilde Ehmedneqarda mogol taxtina oturmusdur Lakin qisa muddet sonra o 20 iyun 1707 ci ilde ogey qardasi Sah Aleme meglub olaraq taxtdann endirilmis ve 3 oglu ile birlikde oldurulmusdur Sah Alem ise Bahadur sah adi ile taxta cixmisdir Heyatinin erken dovruDogulmasi Qutbeddin Mehemmed Ezem 28 iyun 1653 cu ilde mogol sahzadesi Mudi unj din taxta cixdiqdan sonra Ovrengzib adini goturmusdur ile onun birinci ve esas arvadi Dilras Banu Beyimin ailesinde Burhanpurda dunyaya gelmisdir Anasi Dilras Banu Beyim Sefevi sulalesine mensub idi O I Ismayilin oglu olan Behram Mirzenin soyundan gelen Bediuzzaman mirze Sefevinin qizi idi Atasi mogol sarayinda guclu sexslerden biri olmaqla beraber orada Sahnevaz xan adi ile taninmaqda idi Dilras Banu Beyim Ezemi dunyaya getirdikden 4 il sonra qiz ovlad dunyaya getirerken yoluxdugu infeksiyadan vefat etmisdir Ata terefden Teymuri qani kimi boyuk soyun qanini sahib olmaqla qalmayan Ezem ana terefden de o dovrun dunyanin en soylu sulalelerinden hesab edilen Sefevi sulalesine mensub idi ve bununla fexr edirdi Ozunun kicik qardasi olan Sahzade Mehemmed Ekberin vefatindan sonra o atasinin bele bir esilzade qani dasiyan yegane oglu idi Ezim diger ogey qardaslari olan Sah Alem I Bahadur sah vi Ovrengzibin ehemiyyetsiz hesab edilen hindu arvadlarindan olan ovladlari idi gore mogol sarayi Ezemin Sefevi sahliq qanina ve ecdadlarina sahib olmasindan cox tesirleniblermis Bunda onun ana babasi Sahnevaz xan Sefevinin de yaddaslardaki yerinin xususi ehemiyyeti vardir Xarakteri Ezem boyudukce mudrikliyi mukemmelliyi ve cengaverliyi ile secilirdi Ovrengzib oglunun necib xasiyyetinden ve gozel exlaqindan hedsiz derecede sevinir ve onu oglundan cox oz yoldasi hesab edirdi O bezen deyirmis ki bu cur berabersiz cutlukler arasinda ayriliq qacinilmazdir Ezemin dogma baci ve qardaslari sirasina Sahzade ve kicik qardasi Mehemmed Ekber daxil idi Sexsi heyatiEzem ilk evliliyini 13 may 1668 ci ilde Ahom sahzadesi Ramani Qabharu ile etmisdir Arvadinin sonradan adi Rehmet Banu Beyime deyisdirilecekdir O Ahom krali Svargadeo Cayadhvayin qizi idi ve onlarin evliliyi nikah diplomatiyasina esaslanmaqda idi Mehemmed Ezem ve onun oglu 3 yanvar 1669 cu ilde Ezem ozunun emisi olan Dara Sukuhun sevimli arvadi Nadire Banu Beyimden olan qizi Cahanzeb Banu Beyimle evlendi Cahanzeb tez bir zamanda Ezemin sevimli ve esas arvadi oldu Deyilene gore onlar bir birilerini semimi sekilde sevirlermis Bu cutluyun ilk oglanlari 4 avqust 1670 ci ilde dunyaya geldi ve usagin babasi Ovrengzib ona Bidar Bext adini qoydu Cahanzeb ozu de qayinatasinin en sevimli gelini idi Deyilene gore Ovrengzib Ezem Cahanzev ve Bidar Bexti saraydaki her kesden daha cox sevirmis Bidar Bext ozunu gelecekde ugurlu ve cesur serkerde kimi subut etmeyi de bacarmisdir Ezemin ucuncu evliliyi de nikah diplomatiyasina esaslanmali idi Onun bu defe atasi Ovrengzibin dayisi olan Saysta xanin qizi Peri Bibi ve ya diger adi ile Duxt Rehmet Banu ile evlenmesi planlasdirilirdi Lakin evlilik Peri Bibinin 1678 ci ilde qefleten Dhakada vefat etmesine gore bas tutmadi Onun xatiresi ucun Dhakada Fort Ovrengzibabadda indiki Lalbag Fort meqbere ucaldildi Sonuncu evliliyi de yene nikah diplomatiyasinin bir parcasi kimi 1681 ci ilde bas tutdu O bu defe Seher banu Beyim ve ya diger adi ile Padsah Beyimle evlendi Seher Banu Beyim Adilsahiler sulalesine mensub idi ve II Eli Adilsahin qizi idi Butun bu evliliklere baxmayaraq Ezemin Cahanzebe olan sevgisi azalmamisdi Onun 1705 ci ilde vefat etmesinden Ezem boyuk keder ve aci hiss etmeye basladi Bu onun olumune qeder davam etdi Bicapurun muhasiresiBicapur qalasinin xeritesiZemin 1637 ci ilde genc sahzade Ovrengzib Dekkenin canisini kimi 25 minlik ordu ile Bicapuru ve onun hokmdari muhasireye aldi Muhasire ugursuz oldu cunki Adilsahiler bir diger sahzade Dara Sukuhun vasiteciliyi ile Sultan Sahcahanla sulh imzalamaga nail oldular belelikle problemli dovleti irsi olaraq almisdi Bicapur sultanliginin en bacariqli komandiri Efzal xanla vurusan ve onu sulh danislqlarinda istirak etmek adi ile cagirib olduren Sivacinin basciliq etdiyi Maratxanin hucumu ile uzlesmeli oldu ve Bicapurun lidersiz qosunlari bundan sonra Sivaji usyancilari terefinden darmadagin edildi Neticede Adil Sahi sulalesi esasen Sivaci ve oglu Sambhacinin basciliq etdiyi usyankar Maratha sayesinde xeyli zeifledi Isgender Adilsah Adilsahi sulalesine rehberlik etmek ucun rehber secildi ile ittifaqa giren ve mogol vassali olmaqdan imtina eden Isgender Adilsah Ovrengzibin qezeblenmesine sebeb oldu ve mogollar onlara muharibe elan etdiler Muharie 1695 ci ilde Ovrengzib Mehemmed Ezemi 50 minlik qosunla Bicapuru ele kecirmeye gonderdi Ona bu isde Ruhullah xan da yardim etmeli idi Mogol ordusu Bicapura 1685 ci ilin martinda catdi Mogol ordusunun elit bolmelerine komandanliq eden Dilir xan ve Qasim xan doyusmeye ve Bicapurun muhum yerlerini ele kecirmeye basladilar Muhasireye alma bitdikden sonra Ezem muhasire tikintilerinin teskil edilmesini ve toplarin getirilmesini emr etdi Bicapur qalasi Isgender ve onun serkerdesi Sarza xan terefinden yaxsi qorunurdu Qalaya edilen mogol top atesleri daha guclu toplara sahib olan Bicapur toplari terefinden cavabla sakitlesdirilirdi Bu zaman Bicapurun sahib oldugu meshur top olan Melik i Meydan topunun bir mermisinin diametri 69 sm a catirdi Mogollar aciq yerde erazileri ele kecirmek evezine uzun xendekler qazdilar ve toplarini diqqetle yerlesdirdiler lakin hec bir irelileyis elde etmediler Mogollar Bicapur qalasini ehate eden 10 fut derinlikdeki xendekden kece bilmediler Ustelik 50 fut hundurluyu 25 fut eninde ince qranit ve eheng mehlulu divarlarini asmaq demek olar ki mumkun deyildi Maratha imperatoru Sambhajinin rehberliyi altinda Melgiri Panditin basciliq etdiyi Maratha quvveleri Solapurda mogal qarnizonundan gelen erzaq barit ve silah techizatini kesdikde mogallarin veziyyeti daha da pislesdi Bundan sonra artiq mogollar eyni zamanda hem Adilsahilere hem de Maratha dovletine qarsi mubarize aparmali idi Bijapuri top gullesi 500 piyadanin olumune sebeb olan xendeklerde guclu partlayisa sebeb olan mogol barit movqeyine deydikde veziyyet daha da pislesdi Efsanevi Melik i Meydan topunun dunyada en boyuk tokme tunc herbi sursat oldugu bildirilir Buna cavab olaraq Ovrengzib ozunun bir diger oglu Sah Alemi ve meshur serkerdesi Abdullah xan Bahadur Firuz Cengi oraya gonderdi Bicapur qalasini muhasireye almis mogol ordusunun dagilmasinin qarsisini almaq ucun mogollarin bir diger meshur serkerdesi Qazieddin xan Firuz Cunq boyuk bir qosunla techizat yollarini kesmis Maratha quvveleri uzerine yuruse basladi Eyni zamanda Abdulla xan Resulpur yaxinliginda 6 minlik Maratha ordusunu darmadagin etdi Bu ordu Bicapurda muhasireye alinanlara maddi texniki teminat dasimaqda idi gelen teminat yollarini yeniden berpa eden mogollar Mehemmed Ezemin cehdlerine baxmayaraq Bicapuru ele kecire bilmediler Qala qarsisindaki veziyyetin durgunlasmasindan sonra Ovrengzib boyuk bir ordu hazirlayaraq Bicapura yollandi Iyul 1686 ci ilde yola cixan Ovrengzib 4 sentyabr 1686 ci ilde ora catdi ve Abdulla xanin yaninda movqe aldi Imperatorun da sexsi istirakindan cesaretlenen ve saylari texminen 100 min nefer olan mogol ordusu 8 gunluk keskin hucumlardan sonra qalanni 5 qapisini zedelemeyi bacardilar neticede istehkam divarlarinin ehemiyyetli bir hissesini yixdi belelikle mogollara xendeyi yarmaga ve seheri feth etmeye imkan yarandi Isgender Adilsah doyusler zamani agir yaralandi ve aldigi yaralara gore 12 sentyabr 1686 ci ilde vefat etdi Onun olumu ile Adilsahiler sulalesine son qoyuldu Ovrengzib Seyid qardaslarinin atasi Seyid Miyani oraya ilk canisin teyin etdi Mogollar Bicapuru ele kecirseler de onlarin oradaki nezareti 1712 ci ilde I Bahadir Sahin olumunden sonra zeifledi Bir nece onillikden sonra bolgedeki nevvablar ozlerinin musteqilliyini elan etdiler 1753 cu ilde ise Maratha dovleti Bicapurun ekser hissesini ele kecirdi Benqalin subahdariSahzade Ezem selefi Ezem Xan Kokanin olumunden sonra Berar subahliginin Malvanin ve Benqalin 1678 ci ilden 1701 ci ile qeder subahdari olmusdur O ugurlu sekilde Kamrup bolgesini 1679 cu ilin fevralinda ele kecirmisdir Ezem Dekkeda Lalbag qalasinin tikintisine baslasa da bu qalanin tikintisi yarimciq qalmisdir Onun hakimliyi dovrunde Mir Movla Divana Muluk Cand da Huzur Navise teyin edilmis ehtiyyatlarin toplanmasina nezaretle selahiyyetlendirilmisdir Ezem atasi Ovrengzib terefinden geri cagirilmis ve 6 oktyabr 1679 cu ilde Dekkeni terk etmisdir O daha sonra 1701 1706 ci iller araliginda Qucaratin canisini olmusdur Taxta cixmasiVeliehd sahzade Ezem atasi imperator Ovrengzibin yaninda dayanib 1707 ci ilin fevral ayinin ucuncu heftesinde Ovrengzib varislik muharibesinin ortaya cixmasinin qarsisini almaq ucun Ezem ile onnu xususile nifret etdiyi qardasi Kam Baxsi ayirdi O Ezemi Malvaya Kam Baxsi ise Bicapura gonderdi Olumunden bir nece hefte evvel o Ezeme vida mektubunu yazdi Ovrengzibin olumunun ertesi gunu seher Malvaya getmek evezine Ehmednaqardan kenarda qalan Ezem imperator dusergesine geldi ve atasinin cesedini Dovletabaddaki mezarina defn etmek ucun apardi Ozunu imperator elan eden Ezem taxta cixdi Lakin onun qardaslari basda olmaqla bir nece sulale uzvleri terefinden qebul edilmedi Hele Ovrengzib vefat eden zaman Ezemden basqa ovladlari olan Kam Baxs ve Mehemmed Muezzem vilayet hakimleri idiler Muezzem Kabil hakimi iken Qucaratin hakimi idi Kam Baxs atasi olen kimi oz adina sikke zerb etdirse de Ezem ozunu hokmdar elan etmeye furset tapmisdi Belelikle ele esas mubarizede Ezemle boyuk qardasi Muezzem arasinda getdi Neticede Ezem ve onun oglu Bidar Bext 20 iyun 1707 ci il tarixinde Cacau doyusunde Sahzade Mehemmed Muezzeme meglub olub oldurulduler Ezem Sahin Quru Qobind Sinqh terefinden atilan oxla oldurulduyu deyilmekdedir Bundan sonra Mehemmed Muezzem taxta cixdi Onun hokmranliq adi I Bahadir sah olaraq bilinir O arvadi ile birlikde meshur Sufi dervisi ve seyxi olan nin dergahinda defn edildiler Bu dergah Ovrengabad yaxinligindaki Xuldabad menteqesinde ve Ovrengzibin meqberesinden qerbde yerlesmekdedir yerlesen ezem ve arvadinin mezarlari QeydlerTam adi Padsah i Mumalik Abu l Faaiz Qutb ud Din Mehemmed ezem Sah i Ali Cah Qazi Mogol imperiyasinda vilayet sozu ucun isledilmisdir Subahdar hemcinin Nazim kimi ve ya ingilisce Subah olaraq bilini Bu titul Hindistanda hokmdarliq eden bir cox turk sulalesi terefinden Subah adlandirilan vilayetin hakimi ucun istifade edilmisdir Bu sulalelere Muezziler Hilciler Memluk Xelecler Tugluqogullari sulalesi Mogol sulaleleri daxildir Subahdar farsca kokenli sozdur Hemcinin baxDilras Banu Beyim Parhez Banu Beyim Qendehari BeyimIstinadlarGarg 2018 seh VIII Sarkar 1925 seh 21 Eraly 2007 seh 147 Sarkar 1912 seh 71 Koch 1997 seh 104 Nath 1990 seh 148 Krynicki 2005 seh 1 Sarkar 1916 seh 54 Sarkar 1933 seh 43 Krynicki 2005 seh 102 Sarkar 1974 seh 219 Elliot 1959 seh 48 Musta idd Khan ve Sarkar 1947 seh 320 Lal 1988 seh 260 Chisholm 1911 seh 927 Sarkar 1919 seh 264 265 Roy 2011 seh 37 Lal 1988 seh 287 Kruijtzer 2009 seh 183 Whitworth 1885 seh 301 Islam 2012 Eraly 2000 seh 510 513 Puri 2003 seh 198 Irvine 1904 seh 578 Gandhi 2003 seh 324 Puri 2003 seh 199 World Heritage Sites Ellora Caves Khuldabad 8 mart 2008 10 mart 2022 tarixinde Istifade tarixi 26 noyabr 2022 MenbeSirajul Islam Subahdar Banglapedia National Encyclopedia of Bangladesh Second ed Asiatic Society of Bangladesh In Islam Sirajul Jamal Ahmed A eds 2012 George Clifford Whitworth An Anglo Indian Dictionary A Glossary of Indian Terms Used in English and of Such English Or Other Non Indian Terms as Have Obtained Special Meanings in India Subah London Kegan Paul Trench amp Co 1885 Sanjay Garg A Critical Commentary on Elliot and Dowson s History of India as Told by its Own Historians Studies in Indo Muslim History by S H Hodivala Volume II Vols V VIII amp Yule and Burnell s Hobson Jobson 2018 ISBN 9780429757778 Sir Jadunath Sarkar Anecdotes of Aurangzib M C Sarkar amp Sons 1925 Sir Jadunath Sarkar History of Aurangzib Mainly Based on Persian Sources I M C Sarkar and Sons 1912 Sir Jadunath Sarkar A short history of Aurangzib 1618 1707 Orient Longman 1979 Sir Jadunath Sarkar Studies in Aurangzib s reign being Studies in Mughal India first series Orient Longman 1933 Saqi Must ad Khan ve Sir Jadunath Sarkar Maasir i Alamgiri A History of the Emperor Aurangzib ʻAlamgir Bengal Royal Asiatic Society of Bengal 1947 Sir Jadunath Sarkar History of Aurangzib Mainly Based on Persian Sources III South Asian Publishers 1974 Sir Jadunath Sarkar History Of Aurangjib 1919 Annie Krieger Krynicki Captive Princess Zebunissa Daughter of Emperor Aurangzeb Oxford University Press 2005 ISBN 9780195798371 Abraham Eraly The Mughal World Life in India s Last Golden Age Penguin Books India 2007 ISBN 9780143102625 Satish Chandra Parties and politics at the Mughal Court 1707 1740 Oxford University Press 2002 Ebba Koch King of the world the Padshahnama Azimuth Ed 1997 Abraham Eraly Emperors of the Peacock Throne The Saga of the Great Mughals Penguin Books India 2000 ISBN 978014100143 Henry Miers Elliot The History of India 1959 Volume 30 of The History of India As Told by Its Own Historians the Muhammadan Period the Posthumous Papers of H M Elliot Sir Henry Miers Elliot Susil Gupta India Private 1959 Surjit Singh Gandhi A Historian s Approach to Guru Gobind Singh 2003 Muni Lal Aurangzeb Vikas Publishing House 1988 404 Hugh Chisholm Bijapur III Encyclopaedia Britannica Cambridge University Press 1911 Gijs Kruijtzer Xenophobia in Seventeenth century India Leiden University Press 2009 ISBN 978 90 8728 068 0 Kaushik Roy War Culture and Society in Early Modern South Asia 1740 1849 Taylor amp Francis 2011 ISBN 978 1 136 79087 4 William Irvine The Later Mughals Low Price Publications 1904 ISBN 81 7536 406 8 B N Puri Comprehensive history of medieval India Sterling Publishers 2003 ISBN 978 81 207 2508 9