Yefim İvanoviç Rodionov (rus. Ефим Иванович Родионов; oktyabr 1889, Xmelyovka[d], Saratov quberniyası[d] – 13 aprel 1942) — Azərbaycan-sovet siyasi xadimi, SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan SSR müvəkkili (1937–1938), Bakı Sovetinin sədri (1934–1936), Azərbaycan SSR xalq təchizat komissarı, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1930–1931), SSRİ Ali Sovetinin birinci çağırış deputatı. Siyasi repressiyaya uğramışdır.
Yefim Rodionov | |
---|---|
SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan SSR müvəkkili | |
avqust 1937 – iyul 1938 | |
Sonrakı | Lazar Braginski |
1934 – 1936 | |
Azərbaycan SSR xalq təchizat komissarı | |
7 iyun 1932 – 193? | |
Əvvəlki | Xəlil Ağamirov |
1930 – 17 fevral 1931 | |
Sədr | Dadaş Bünyadzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | oktyabr 1889 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 aprel 1942 (52 yaşında) |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yefim İvanoviç Rodionov 1889-cu ildə Saratov quberniyasının Xmelyovka (Xmelevka) kəndində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 13 yaşından Volqaboyunda tacir mağasında çalışmışdır. 1904-cü ildə ailə üzvləri ilə Bakıya köçmüş və buradakı mətbəələrindən birində şagird kimi işləməyə başlamışdır. 1905-ci ilin yazında Yefim Rodionov doğulduğu kəndə qayıtmış, lakin həmin ilin payızında yenidən Bakıya gələrək müxtəlif müəssisələrdə kağızpaylayan işləmişdir. 1906-cı ildən 1908-ci ilədək Dadaşovların dokunda çilingər köməkçisi və şagirdi, 1908–1911-ci illərdə isə çilingərlik etmişdir.
1911-ci ilin sonlarında Yefim Rodionov çar ordusunda hərbi xidmətə çağırılmış və burada o, əvvəlcə sıravi, sonra isə 1917-ci ilədək silah emalatxanalarında usta işləmişdir. 1918-ci ilin əvvəllərində Bakıda aparılan inqilabi işlərdə iştirak etmişdir. 1918–1919-cu illərdə Xatisovun zavodunda çilingərlik etmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. O, neft emalı zavodu komitəsinə, daha sonra bolşevik özəyi katibliyinə, işçi klubu sədrliyinə, Zavağzal rayon partiya komitəsi sədrliyinə seçilmişdir. Yefim Radionov 1919-cu ildə mərkəzi tətil komitəsinin işlərində iştirak etdiyinə görə iki dəfə həbs edilmiş, sonra isə Azərbaycandan sürgün edilmişdir.
1920-ci ilin yanvar ayında Bakıya qayıdan Yefim Radionov partiya tərəfindən ictimai işə göndərilmiş, Zavağzal işçi klubu idarə heyətinin sədri olmaqla yanaşı, gizli praktika işi aparmış və rayon partiya komitəsinə başçılıq etmişdir. O, Azərbaycan Kommunist Partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmiş və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra inqilab komitəsinin sədri, Zavağzal rayonu icraiyyə komitəsinin sədri vəzifələrində işləmişdir. Çox keçmədən Bakı İstehlak Cəmiyyətinin sədri vəzifəsinə irəli çəkilmişdir.
Yefim Rodionov 1921-ci ilin noyabr ayından 1922-ci ilin may ayınadək Xalq Poçt-Teleqraf Komissarlığının Azərbaycan müvəkkili vəzifəsində, sonra isə 1927-ci ilin iyun ayınadək "Azərittifaq"da çalışmışdır. 1927-ci ilin iyununda o, Xalq Ticarət Komissarlığı müvəkkili təyin edilmiş və bu vəzifədə iki il yarım işləmişdir. 1930–1933-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Xalq İşçi-Kəndli Müfəttişliyi Komissarlığının kollegiya üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR xalq təchizat komissarı və Bakı Soveti sədrinin müavini vəzifələrində çalışmışdır. 1934–1936-cı illərdə Bakı Şəhər Sovetinin sədri olmuş, 1937-ci ilin avqust ayında isə SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan müvəkkili təyin edilmişdir.
Yefim Rodionov Azərbaycan KP Bakı Komitəsinin, SSRİ və Azərbaycan SSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur. SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı seçilmişdir. 1932-ci ildə ZSFSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. 1936-cı ildə isə Sovet Azərbaycanının 15 illiyi münasibətilə layiq görülmüşdür.
Həbsi və ölümü
Yefim Rodionov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 18 iyul 1938-ci ildə "" rəhbərlərindən biri olduğu ittihamı ilə həbs edilmişdir. İşgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmiş, lakin 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdir. 30 avqust 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 13 aprel 1942-ci ildə həbs düşərgəsində vəfat etmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət almışdır.
İstinadlar
- Rodionov joldaşьn ASŞÇ Xalq Təçhizat Qomisarь tə'jin edilməsi haqqьnda // Qommunist. № 149 (3566). 26 ijun 1932. S. 4.
- A.S.Ş.Ç. Xalq Komissarlar Şyrasьnьn kərarь № 205 // Kommynist. № 40 (3155). 18 fevral 1931. S. 4.
- Jefim Ivanovic Rodionov // Qommunist. № 272 (5200). 26 nojabr 1937. S. 3.
- Родионов Јефим Иванович // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 167.
- SŞÇI Mərkəzi Içraijjə Qomitəsinin qərarь // Qommunist. № 23 (4650). 29 janvar 1936. S. 1.
- Родионов Ефим Иванович // Открытый список (rus). 2019-03-29 tarixində . İstifadə tarixi: 2023-01-31.
Xarici keçidlər
- Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг. 2023-01-31 at the Wayback Machine — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. —
- "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 2018-02-10 tarixində . İstifadə tarixi: 2018-02-16.
- "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində . İstifadə tarixi: 2018-02-16.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yefim Ivanovic Rodionov rus Efim Ivanovich Rodionov oktyabr 1889 Xmelyovka d Saratov quberniyasi d 13 aprel 1942 Azerbaycan sovet siyasi xadimi SSRI Xalq Rabite Komissarliginin Azerbaycan SSR muvekkili 1937 1938 Baki Sovetinin sedri 1934 1936 Azerbaycan SSR xalq techizat komissari Azerbaycan SSR Xalq Komissarlari Soveti sedrinin muavini 1930 1931 SSRI Ali Sovetinin birinci cagiris deputati Siyasi repressiyaya ugramisdir Yefim RodionovSSRI Xalq Rabite Komissarliginin Azerbaycan SSR muvekkiliavqust 1937 iyul 1938SonrakiLazar BraginskiBaki Seher Sovetinin sedri1934 1936Azerbaycan SSR xalq techizat komissari7 iyun 1932 193 EvvelkiXelil AgamirovAzerbaycan SSR Xalq Komissarlari Soveti sedrinin muavini1930 17 fevral 1931SedrDadas BunyadzadeSexsi melumatlarDogum tarixi oktyabr 1889Dogum yeri Xmelyovka d Saratov qezasi d Saratov quberniyasi d Rusiya imperiyasiVefat tarixi 13 aprel 1942 1942 04 13 52 yasinda Partiya Umumittifaq Kommunist bolsevikler Partiyasi 1919 1938 Fealiyyeti siyasetciTeltifleri 1932 1936 Vikianbarda elaqeli mediafayllarHeyatiYefim Ivanovic Rodionov 1889 cu ilde Saratov quberniyasinin Xmelyovka Xmelevka kendinde anadan olmusdur Kend mektebinde tehsil almis 13 yasindan Volqaboyunda tacir magasinda calismisdir 1904 cu ilde aile uzvleri ile Bakiya kocmus ve buradaki metbeelerinden birinde sagird kimi islemeye baslamisdir 1905 ci ilin yazinda Yefim Rodionov doguldugu kende qayitmis lakin hemin ilin payizinda yeniden Bakiya gelerek muxtelif muessiselerde kagizpaylayan islemisdir 1906 ci ilden 1908 ci iledek Dadasovlarin dokunda cilinger komekcisi ve sagirdi 1908 1911 ci illerde ise cilingerlik etmisdir 1911 ci ilin sonlarinda Yefim Rodionov car ordusunda herbi xidmete cagirilmis ve burada o evvelce siravi sonra ise 1917 ci iledek silah emalatxanalarinda usta islemisdir 1918 ci ilin evvellerinde Bakida aparilan inqilabi islerde istirak etmisdir 1918 1919 cu illerde Xatisovun zavodunda cilingerlik etmis 1919 cu ilde bolsevikler partiyasina daxil olmusdur O neft emali zavodu komitesine daha sonra bolsevik ozeyi katibliyine isci klubu sedrliyine Zavagzal rayon partiya komitesi sedrliyine secilmisdir Yefim Radionov 1919 cu ilde merkezi tetil komitesinin islerinde istirak etdiyine gore iki defe hebs edilmis sonra ise Azerbaycandan surgun edilmisdir 1920 ci ilin yanvar ayinda Bakiya qayidan Yefim Radionov partiya terefinden ictimai ise gonderilmis Zavagzal isci klubu idare heyetinin sedri olmaqla yanasi gizli praktika isi aparmis ve rayon partiya komitesine basciliq etmisdir O Azerbaycan Kommunist Partiyasinin birinci qurultayinda Merkezi Komitenin uzvu secilmis ve Azerbaycanda Sovet hakimiyyetinin qurulmasindan sonra inqilab komitesinin sedri Zavagzal rayonu icraiyye komitesinin sedri vezifelerinde islemisdir Cox kecmeden Baki Istehlak Cemiyyetinin sedri vezifesine ireli cekilmisdir Yefim Rodionov 1921 ci ilin noyabr ayindan 1922 ci ilin may ayinadek Xalq Poct Teleqraf Komissarliginin Azerbaycan muvekkili vezifesinde sonra ise 1927 ci ilin iyun ayinadek Azerittifaq da calismisdir 1927 ci ilin iyununda o Xalq Ticaret Komissarligi muvekkili teyin edilmis ve bu vezifede iki il yarim islemisdir 1930 1933 cu illerde Azerbaycan SSR Xalq Komissarlari Soveti sedrinin muavini Xalq Isci Kendli Mufettisliyi Komissarliginin kollegiya uzvu Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesi Reyaset Heyetinin uzvu Azerbaycan SSR xalq techizat komissari ve Baki Soveti sedrinin muavini vezifelerinde calismisdir 1934 1936 ci illerde Baki Seher Sovetinin sedri olmus 1937 ci ilin avqust ayinda ise SSRI Xalq Rabite Komissarliginin Azerbaycan muvekkili teyin edilmisdir Yefim Rodionov Azerbaycan KP Baki Komitesinin SSRI ve Azerbaycan SSR merkezi icraiyye komitelerinin uzvu olmusdur SSRI Ali Sovetinin milletler palatasinin birinci cagiris deputati secilmisdir 1932 ci ilde ZSFSR in Qirmizi emek bayragi ordeni ile teltif olunmusdur 1936 ci ilde ise Sovet Azerbaycaninin 15 illiyi munasibetile Qirmizi emek bayragi ordenine layiq gorulmusdur Hebsi ve olumu Yefim Rodionov Stalin repressiyalarinin qurbani olmusdur O 18 iyul 1938 ci ilde Sag trotskici ehtiyat merkezinin eksinqilabi milliyetci teskilatinin rehberlerinden biri oldugu ittihami ile hebs edilmisdir Isgencelere meruz qalaraq ittihami etiraf etmeye mecbur edilmis lakin 1939 cu ilde onceki ifadelerinden imtina etmisdir 30 avqust 1941 ci ilde mehkemenin hokmu ile emlaki musadire olunmaqla 10 il muddetine azadliqdan mehrum edilmisdir 13 aprel 1942 ci ilde hebs dusergesinde vefat etmisdir 1955 ci ilde SSRI Ali Mehkemesinin Herbi Kollegiyasinin qerari ile beraet almisdir IstinadlarRodionov joldasn ASSC Xalq Techizat Qomisar te jin edilmesi haqqnda Qommunist 149 3566 26 ijun 1932 S 4 A S S C Xalq Komissarlar Syrasnn kerar 205 Kommynist 40 3155 18 fevral 1931 S 4 Jefim Ivanovic Rodionov Qommunist 272 5200 26 nojabr 1937 S 3 Rodionov Јefim Ivanovich Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VIII ҹild Prado Sprint Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1984 S 167 SSCI Merkezi Icraijje Qomitesinin qerar Qommunist 23 4650 29 janvar 1936 S 1 Rodionov Efim Ivanovich Otkrytyj spisok rus 2019 03 29 tarixinde Istifade tarixi 2023 01 31 Xarici kecidlerSmirnov N Rapava Bagirov i drugie Antistalinskie processy 1950 h gg 2023 01 31 at the Wayback Machine AIRO XXI 2014 S 123 124 380 s ISBN 978 5 91022 274 2 Bagirov ve basqalarinin isi uzre SSRI Ali Mehmemesinin Herbi Kollegiyasinin 26 aprel 1956 il tarixli mehkeme Hokmu Siyasi buro ve Beriyanin isi Senedler toplusu M Kuckovo pole 2012 s 881 892 2018 02 10 tarixinde Istifade tarixi 2018 02 16 17 sentyabr 1939 cu il tarixli istintaqin yekun Qerari Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 2018 02 02 tarixinde Istifade tarixi 2018 02 16