Xorvatiyanın memarlığı (xorv. Hrvatska arhitektura) — Cənub-şərqi Avropada müasir Xorvatiya dövləti ərazisində memarlığın inkişafı faktiki olaraq bizim eranın əvvəllərindən indiyə qədər olan dövrü əhatə edir və bu və ya digər dərəcədə bugünkü Xorvatiya ərazisinə tarixin müxtəlif dövrlərində nəzarət etmiş ölkə və xalqların çoxsaylı təsirlərinə məruz qalaraq Avropa memarlığının bütün inkişaf mərhələlərini keçib.
Xorvatiya memarlığının xüsusiyyəti əhatə etdiyi ərazilərdə erkən və yüksək səviyyəli urbanizasiyadır. Bunu ölkə ərazisində əsası hələ antik və ya orta əsrlərdə qoyulmuş çoxlu sayda şəhərlərin olması da təsdiq edir. Şübhəsiz ki, Xorvatiya da memarlığın ən yüksək zirvəsi dövrüdür. Xorvat memarlığına Avstriya-Macarıstan imperiyası tərkibində olması da əhəmiyyətli dərəcədə təsir edib. Bu xorvat şəhərlərində istər avstriyalı, istərsə də imperiyada yaşayan digər millətlərin nümayəndələrindən olan memarların da işləməsinə də imkan vermişdir. Nəticədə bu Xorvatiyanın bir çox şəhərlərinin, o cümlədən də paytaxt Zaqrebin xarici görünüşünün formalaşmasına öz təsirini göstərmişdir. Xorvat dövlətinin yaradılması (qonşu cənub slavyan ölkələri ilə birgə formada) və tam müstəqilliyin əldə edilməsi (1991-ci ildə) də Xorvatiya memarlığının güclü inkişafı və müasirləşməsinə təkan vermişdir.
Antik və orta əsrlər dövrü
Xorvatiya ərazisində Adriatik dənizi sahilləri boyunca möhkəmləndirilmiş məntəqələrin, çoxsaylı antik şəhərlərin, xüsusilə də Roma şəhərlərinin xarabalıqları qorunub saxlanılmışdır. Roma imperiyasından qalma antik abidələrə Pulada təsadüf edilir. Bu şəhərdə gözəl şəkildə qorunub saxlanılmış amfiteatr (e.ə. I əsr – eramızın I əsri), Sergiya arkası və Avqust məbədi (I əsr), o cümlədən də Split – Diokletian sarayı (IV əsrin əvvəlləri).
Erkən Bizans dövrü memarlığından isə Poreçedə İtaliyanın Ravenna mozaikaları ilə yanaşı qoyula bilən mozaika ilə bəzədilmiş Yevfraziyev bazilikası (III-VI əsrlər) qorunub saxlanılıb. V-VI əsrlərə aid Salone (müasir Solin) bazilikası da qorunub saxlanılıb.
Faktiki olaraq müstəqil olan Xorvat dövləti dövründə — IX əsrin sonu – XII əsrin əvvələrində memarlıqda mərkəzi Avropa üslubu ilə yanaşı, Bizans ənənələri də müşahidə edilirdi. İndiyə qədər bu dövrə aid həm dini, həm də dünyəvi tikililər qorunub saxlanılıb. IX əsrə aid Zadarda yerləşən Rotonda tipli Müqəddəs Donata Kilsəsi Roman dövrünə qədər ölkə ərazisində ən iri tikililərdən biri hesab edilir. Zadar və Troqirdəki bazilika, knyaz sarayları da (məsələn, Split yaxınlığında Biyaçax) bu dövr memarlığına aiddir.
Roman üslubu Xorvatiyaya XII əsrin sonunda Şimali İtaliya və Mərkəzi Avropadan keçib. Zadarda 1175-ci ilə aid Müqəddəs Krşevan kilsəsini misal göstərmək olar. XIII əsrdə Xorvatiya ərazisində hakim memarlıq üslubu qotika oldu. Bu üslub Krka, Raba, Troqir (1240-cı ilə aid Radovan portalı və kafedral kilsə), Pazina şəhərləri üçün xarakterikdir. Qotik üslubda olan tikililərə ölkə paytaxtı Zaqrebdə olan XIII əsrə aid kafedral kilsə və Müqəddəs Marka kilsəsi də aid edilir.
XV–XVI əsrlərdə Osmanlı imperiyasının hücum təhlükəsi ilə əlaqədar şəhərlərin möhkəmləndirilməs prosesi sürətləndi (Zaqrebdə qala divarları). Bütövlükdə qeyri-müntəzəm planlaşdırması, sıx, az mərtəbəli tikiləri olan Şimali Xorvatiyadan fərqli olaraq Adriatik sahili boyunca şəhərlərdə müntəzəm tikinti işləri getmişdir. Dalmasiya sahili boyu bir çox ticarət şəhərlərində orta əsrlər dövründə şəhər kommunalarının daş binaları, xüsusi kilsə zəngləri olan bazilikalar inşa edilirdi. Kilsələrin fasadları arkatura ilə bəzədilirdi. Roman heykəltəraşlığının ən yüksək nailiyyəti Splitdə kafedral kilsəsinin qapıları üzərində müşahidə edilir (1214, memar Andrey Buvine).
Şimali Xorvatiyanın şəhərləri qala rolunu oynayırdı və istisna olaraq Osmanlı türklərinin hücumlarından müdafiə olunmaq üçün inşa edilirdi (Veliki Tabor qəsrinin möhkəm qüllələri var, XVI əsr). Zaqreb yaxınlığında, Slavoniyada və Zaqoryedə çoxsaylı qəsrlər qorunub saxlanılıb. Bu qəsrlər əsasən düzgün olmayan çoxbucaqlı formasına və möhkəm , lakin alçaq qüllələrə malik idi (Paytaxtın Zaqrebə köçürülməsinə qədər Xorvatiyanın mərkəzi olmuş Varajdin qəsri).
Dalmasiya Renessansı dövrü
Xorvatiyanın Adriatik dənizi sahili boyu ərazilərdə XV–XVI əsrlərdə Roman üslubu və qotikadan renessans üslubuna keçid qeydə alınmışdır. Renessans bir çox Dalmasiya və ada şəhərlərindəki – Dubrovnik, Şibyenik, Osor, Paqa, Xvar və Korçula şəhərlərində – xarici görünüşü dəyişdirdi.
Dalmasiya renessansının zirvəsi Şinyenikdəki Müqəddəs Yakov kilsəsi hesab edilir. Bu kilsə 1431–1536-cı illərdə, təxminən 1 əsr ərzində bina edilib. Məbədin açılışı 1555-ci ildə olub. Bu abidənin ərsəyə gəlməsində bir çox memarların əməyi olub, o cümlədən də Yuray Dalmasiyalı və Nikola Florensiyalını qeyd edə bilərik.
Dubrovnik bugünə qədər mükəmməl şəkildə qorunub saxlanılan renessans abidələrinin sayına görə yalnız Venesiya və İtaliyanın bəzi digər şəhərləri ilə müqayisə oluna bilər. Şəhərdə qala divarları, qüllələr, ictimai tikililər, kilsələr, evlər və saraylar diqqəti cəlb edir.
Mərkəzi Xorvatiyada renessansın cizgiləri Cənubi Almaniya və Niderlandın təsiri ilə miniatürdə və mehrab rəsminin nadir nümunələrində müşahidə olunur.
Barokko, klassisizm və tarixilik
XVI əsrin II yarısı – XVIII əsrdə Xorvatiya ərazisində quruculuq işləri Osmanlı hücumları və Avstriya-Osmanlı müharibəsi ilə əlaqədar dayandı.
Renessans üslubun Barokko əvəz etdi. Bu üslub Varajdin, Belovar, Bukvar kimi şəhərlərin simasını dəyişdirdi. Şimali Xorvatiya şəhərlərində (Varajdin, Pojeqa, Slavonskiy Brod, Bukovar, Belovar, Daruvar və d.) barokko üslubu XVII əsrin ortalarında müşahidə olunmağa başlandı. Bu işdə İtalyan və Avstriyalı memarların əməyini qeyd etmək lazımdır. XVIII əsrdə barokko üslubu Riyeke, Osiyetsi və Zaqrebdə fəal şəkildə tətbiq olunmağa başlandı. Xorvatiyada bu üslubun ən məşhur nümunələri aşağıdakılardır:
- Riyekada Müqəddəs Vita kilsəsi (1638–1727),
- Zaqrebdə Müqəddəs Yekaterina kilsəsi,
- Dubrovnikdə Müqəddəs Vlasiy kilsəsi (XVIII əsrin əvvələri),
- Zaqrebdə Orşiç-Rauxov sarayı (XVIII əsrin sonu),
- Varajdində Patatiçev sarayı. XIX əsrin əvvələrində klassisizm üslubunda tikililər meydana çıxdı. Xüsusilə də sarayların tikintisində bu üsluba müraciət edilirdi. Zaqrebdə memar B. Felbingerin inşa etdiyi Yelaçiç sarayını misal göstərmək olar.
1880-ci illərdən başlayaraq Zaqrebdə ilk dəfə olaraq müntəzəm planlı tikinti işlərinə başlanıldı. Digər xorvat şəhərlərində orta əsr tikinti üslubu XX əsrin ortalarına qədər qorunub saxlanılırdı. Daha fəal şəkildə Zaqreb (ictimai binalar, parklar, Avropanın ən gözəl məzarlığı olan Miroqoy) , Osiyek və Riyekada memarlıqda müasirləşmə müşahidə edilirdi.
XIX əsrin II yarısında Xorvat memarlığında tarixilik üslubu hakim rol oynamağa başladı. Neorenessans və neobarokko üslubunda ictimai binalar tikildi. İnşa işlərinə əcnəbi memarlar rəhbərlik edirdiː
- Zaqrebdə Yuqoslaviya elmlər və incəsənt akademiyası (hazırda Xorvatiya EİA) (1879–1880)
- Xorvat şəhərlərində teatr binaları, o cümlədən də Avropada tanınan Byuro Felner və Gelmerin iştirak inşası və ya bərpasında etdiyi iştirak etdiyi Zaqreb və Riyek teatrları, Y. Veketti və A. Beziçin inşa etdiyi Split şəhər teatrı.
İstinadlar
- Архитектура (раздел) в ст. Хорватия / / Украинская Советская Энциклопедия . — 2-е издание. — Т. 12. — М.: Главная редакция УСЭ, 1985. — С. 168–169
Xarici keçidlər
— www.leotour.com.ua portalında.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xorvatiyanin memarligi xorv Hrvatska arhitektura Cenub serqi Avropada muasir Xorvatiya dovleti erazisinde memarligin inkisafi faktiki olaraq bizim eranin evvellerinden indiye qeder olan dovru ehate edir ve bu ve ya diger derecede bugunku Xorvatiya erazisine tarixin muxtelif dovrlerinde nezaret etmis olke ve xalqlarin coxsayli tesirlerine meruz qalaraq Avropa memarliginin butun inkisaf merhelelerini kecib Split seherinin tarixi hissesinin gorunusu Dalmasiya Xorvatiya ve butun Adriatik hovzesinin mirvarisi adlanir Seher YUNESKO nun Umumdunya irsi obyektlerinin siyahisina daxil edilib Xorvatiya memarliginin xususiyyeti ehate etdiyi erazilerde erken ve yuksek seviyyeli urbanizasiyadir Bunu olke erazisinde esasi hele antik ve ya orta esrlerde qoyulmus coxlu sayda seherlerin olmasi da tesdiq edir Subhesiz ki Xorvatiya da memarligin en yuksek zirvesi dovrudur Xorvat memarligina Avstriya Macaristan imperiyasi terkibinde olmasi da ehemiyyetli derecede tesir edib Bu xorvat seherlerinde ister avstriyali isterse de imperiyada yasayan diger milletlerin numayendelerinden olan memarlarin da islemesine de imkan vermisdir Neticede bu Xorvatiyanin bir cox seherlerinin o cumleden de paytaxt Zaqrebin xarici gorunusunun formalasmasina oz tesirini gostermisdir Xorvat dovletinin yaradilmasi qonsu cenub slavyan olkeleri ile birge formada ve tam musteqilliyin elde edilmesi 1991 ci ilde de Xorvatiya memarliginin guclu inkisafi ve muasirlesmesine tekan vermisdir Antik ve orta esrler dovruPulada Amfiteatr Xorvatiya erazisinde Adriatik denizi sahilleri boyunca mohkemlendirilmis menteqelerin coxsayli antik seherlerin xususile de Roma seherlerinin xarabaliqlari qorunub saxlanilmisdir Roma imperiyasindan qalma antik abidelere Pulada tesaduf edilir Bu seherde gozel sekilde qorunub saxlanilmis amfiteatr e e I esr eramizin I esri Sergiya arkasi ve Avqust mebedi I esr o cumleden de Split Diokletian sarayi IV esrin evvelleri Erken Bizans dovru memarligindan ise Porecede Italiyanin Ravenna mozaikalari ile yanasi qoyula bilen mozaika ile bezedilmis Yevfraziyev bazilikasi III VI esrler qorunub saxlanilib V VI esrlere aid Salone muasir Solin bazilikasi da qorunub saxlanilib Muqeddes Donata kilsesi Zadar Faktiki olaraq musteqil olan Xorvat dovleti dovrunde IX esrin sonu XII esrin evvelerinde memarliqda merkezi Avropa uslubu ile yanasi Bizans eneneleri de musahide edilirdi Indiye qeder bu dovre aid hem dini hem de dunyevi tikililer qorunub saxlanilib IX esre aid Zadarda yerlesen Rotonda tipli Muqeddes Donata Kilsesi Roman dovrune qeder olke erazisinde en iri tikililerden biri hesab edilir Zadar ve Troqirdeki bazilika knyaz saraylari da meselen Split yaxinliginda Biyacax bu dovr memarligina aiddir Roman uslubu Xorvatiyaya XII esrin sonunda Simali Italiya ve Merkezi Avropadan kecib Zadarda 1175 ci ile aid Muqeddes Krsevan kilsesini misal gostermek olar XIII esrde Xorvatiya erazisinde hakim memarliq uslubu qotika oldu Bu uslub Krka Raba Troqir 1240 ci ile aid Radovan portali ve kafedral kilse Pazina seherleri ucun xarakterikdir Qotik uslubda olan tikililere olke paytaxti Zaqrebde olan XIII esre aid kafedral kilse ve Muqeddes Marka kilsesi de aid edilir Veliki Tabor qesri XV XVI esrlerde Osmanli imperiyasinin hucum tehlukesi ile elaqedar seherlerin mohkemlendirilmes prosesi suretlendi Zaqrebde qala divarlari Butovlukde qeyri muntezem planlasdirmasi six az mertebeli tikileri olan Simali Xorvatiyadan ferqli olaraq Adriatik sahili boyunca seherlerde muntezem tikinti isleri getmisdir Dalmasiya sahili boyu bir cox ticaret seherlerinde orta esrler dovrunde seher kommunalarinin das binalari xususi kilse zengleri olan bazilikalar insa edilirdi Kilselerin fasadlari arkatura ile bezedilirdi Roman heykelterasliginin en yuksek nailiyyeti Splitde kafedral kilsesinin qapilari uzerinde musahide edilir 1214 memar Andrey Buvine Simali Xorvatiyanin seherleri qala rolunu oynayirdi ve istisna olaraq Osmanli turklerinin hucumlarindan mudafie olunmaq ucun insa edilirdi Veliki Tabor qesrinin mohkem qulleleri var XVI esr Zaqreb yaxinliginda Slavoniyada ve Zaqoryede coxsayli qesrler qorunub saxlanilib Bu qesrler esasen duzgun olmayan coxbucaqli formasina ve mohkem lakin alcaq qullelere malik idi Paytaxtin Zaqrebe kocurulmesine qeder Xorvatiyanin merkezi olmus Varajdin qesri Dalmasiya Renessansi dovruXorvatiyanin Adriatik denizi sahili boyu erazilerde XV XVI esrlerde Roman uslubu ve qotikadan renessans uslubuna kecid qeyde alinmisdir Renessans bir cox Dalmasiya ve ada seherlerindeki Dubrovnik Sibyenik Osor Paqa Xvar ve Korcula seherlerinde xarici gorunusu deyisdirdi Dalmasiya renessansinin zirvesi Sinyenikdeki Muqeddes Yakov kilsesi hesab edilir Bu kilse 1431 1536 ci illerde texminen 1 esr erzinde bina edilib Mebedin acilisi 1555 ci ilde olub Bu abidenin erseye gelmesinde bir cox memarlarin emeyi olub o cumleden de Yuray Dalmasiyali ve Nikola Florensiyalini qeyd ede bilerik Dubrovnik bugune qeder mukemmel sekilde qorunub saxlanilan renessans abidelerinin sayina gore yalniz Venesiya ve Italiyanin bezi diger seherleri ile muqayise oluna biler Seherde qala divarlari qulleler ictimai tikililer kilseler evler ve saraylar diqqeti celb edir Merkezi Xorvatiyada renessansin cizgileri Cenubi Almaniya ve Niderlandin tesiri ile miniaturde ve mehrab resminin nadir numunelerinde musahide olunur Barokko klassisizm ve tarixilikXVI esrin II yarisi XVIII esrde Xorvatiya erazisinde quruculuq isleri Osmanli hucumlari ve Avstriya Osmanli muharibesi ile elaqedar dayandi Renessans uslubun Barokko evez etdi Bu uslub Varajdin Belovar Bukvar kimi seherlerin simasini deyisdirdi Simali Xorvatiya seherlerinde Varajdin Pojeqa Slavonskiy Brod Bukovar Belovar Daruvar ve d barokko uslubu XVII esrin ortalarinda musahide olunmaga baslandi Bu isde Italyan ve Avstriyali memarlarin emeyini qeyd etmek lazimdir XVIII esrde barokko uslubu Riyeke Osiyetsi ve Zaqrebde feal sekilde tetbiq olunmaga baslandi Xorvatiyada bu uslubun en meshur numuneleri asagidakilardir Riyekada Muqeddes Vita kilsesi 1638 1727 Zaqrebde Muqeddes Yekaterina kilsesi Dubrovnikde Muqeddes Vlasiy kilsesi XVIII esrin evveleri Zaqrebde Orsic Rauxov sarayi XVIII esrin sonu Varajdinde Pataticev sarayi XIX esrin evvelerinde klassisizm uslubunda tikililer meydana cixdi Xususile de saraylarin tikintisinde bu usluba muraciet edilirdi Zaqrebde memar B Felbingerin insa etdiyi Yelacic sarayini misal gostermek olar 1880 ci illerden baslayaraq Zaqrebde ilk defe olaraq muntezem planli tikinti islerine baslanildi Diger xorvat seherlerinde orta esr tikinti uslubu XX esrin ortalarina qeder qorunub saxlanilirdi Daha feal sekilde Zaqreb ictimai binalar parklar Avropanin en gozel mezarligi olan Miroqoy Osiyek ve Riyekada memarliqda muasirlesme musahide edilirdi XIX esrin II yarisinda Xorvat memarliginda tarixilik uslubu hakim rol oynamaga basladi Neorenessans ve neobarokko uslubunda ictimai binalar tikildi Insa islerine ecnebi memarlar rehberlik edirdiː Zaqrebde Yuqoslaviya elmler ve incesent akademiyasi hazirda Xorvatiya EIA 1879 1880 Xorvat seherlerinde teatr binalari o cumleden de Avropada taninan Byuro Felner ve Gelmerin istirak insasi ve ya berpasinda etdiyi istirak etdiyi Zaqreb ve Riyek teatrlari Y Veketti ve A Bezicin insa etdiyi Split seher teatri IstinadlarArhitektura razdel v st Horvatiya Ukrainskaya Sovetskaya Enciklopediya 2 e izdanie T 12 M Glavnaya redakciya USE 1985 S 168 169Xarici kecidler www leotour com ua portalinda